Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çatdıraq
İsmarış —virtual aləmində sözlə və ya yazıylə göndərilən məlumat, ya da xəbər növü.
Əlili
Əlili, Salvard — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim kəngərli türk tayfasına mənsub əlili etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Salvard qoyulmuşdur.
Kikinin çatdırma xidməti
Kikinin çatdırma xidməti (魔女の宅急便, Majo no Takkyūbin) — 1989-cu ildə Studio Ghibli tərəfindən Hayao Miyazakinin rejissorluğu ilə 1985-ci ildə Yaponiyalı yazıçı Eiko Kadanonun eyni adlı romanı əsasında çəkilmiş anime filmi. Bu Studio Ghibli tərəfindən hazırlanmış dördüncü filmdir. Miyazakinin fikrincə yapon gəncləri uşaqlıq dövrünü başa vurduqdan sonra ailə bağlılığı və azadlıq arasında sıxışıb qalırlar. Bu film onlara həyatta istədiyini qazanmaq üçün güclü olmağı, çox çalışmalı və özlərini kəşf etməyi göstərir. Film eyni zamanda Walt Disney Pictures ilə birgə hazırlanan ilk Studio Ghibli filmidir. 1997-ci ildə ingilis dilində dublaj olduqdan sonra Beynəlxalq Seattle Film Festivalı-nda nümayiş olunmuşdur. Kiki on üç yaşlı cadugərdir. Qaydalara görə on üç yaşı tamam olmuş hər bir cadugar, cadugarlıq praktikası üçün evdən ayrıəlaraq bir il tək yaşamalıdır. Kiki pişiyi Cici ilə birlikdə anasının verdiyi süpürgəyə minərək cadugər olmayan başqa şəhərə gedir. Kikinin sadəcə uçmaq bacarığı olduğu üçün özünə məxsus bir çatdırma xidməti verən bir iş yaratmaq istəyir.
Foto gəlini
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi. Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır.
Fotoşəkil gəlini
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi. Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır.
Gültac Əlili
Gültac Əlili — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası.[mənbə göstərin] Əlili Gültac Müzəffər qızı 1 iyul 1987-ci ildə Gəncə şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr aktyorluğu fakultəsini bitirib. 2007-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist vokalist solist vəzifəsində çalışır. İşlədiyi müddətdə O. Rəcəbov, A. Babayev"Seytanın yubileyi" Xəyalə, R. Mirişli, M. Haqverdiyev"Qısqanc ürəklər" Leyla, S. Ələsgərov, Ş. Qurbanov "Milyonçunun dilənçi oğlu" Qonşu qız, İ. Kalman " İdialı qaraçı" Zari, R. Mirişli, M. Haqverdiyev "Amerikalı kürəkən" Reyhan, O. Rəcəbov, A. Babayev "Əlin cibində olsun" Əsmər, S. Ələsgərov, İ. Məlikzadə "Kələkbazlar" Çiçək, F. Sücəddinov, T. Vəliyeva "Mən dəyərəm min cavana"Gülnaz, R. Hacıyev"Talelər qovuşanda" Nərgiz, Ə. Haqverdiyev "Kimdir müqəssir" Bahar, Nikolay Qoqolun "Evlənmə" Aqafa Tixonovna, Ü. Hacıbəyov "O olmasın bu olsun"Gülnaz R. Heydər O. Kazımi"Qızıl Toy" Aygün, Ə. Səmədli"Toya bir gün qalmış" Kiçik qız.
Kiçik Plini
Kiçik Plini və ya tam adı ilə Qay Plini Sesili Sekund (lat. Gaius Plinius Caecilius Secundus; təq. 61, Komo – ən tezi 113 və ən geci 114, Vifiniya) —Qədim Roma dövlət xadimi, yazıçısı və hüquqşünası. O, b.e. 100-cü ildə konsul-suffekt vəzifəsini tutmuşdur. Kiçik Plini Böyük Plini tərəfindən övladlığa götürülmüşdür.. Romada Kvintiliandan ritorika öyrənmişdir. O, Domisianın hakimiyyəti dövründə, 81-ci ildə Suriyada hərbi tribun olmuş, burada Yevfrat və Daldidalı Artemidorla görüşmüşdür. B.e. 88-ci ildə Romaya qayıtmış, "cursus honorum" uğrunda çalışmış və 100-cü ildə, Trayanın hakimiyyətində konsulluq aldı.
Məhsa Əmini
Məhsa Əmininin ölümü — İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ölkədəki ən böyük problemlərdən biri olan geyimin, çadranın İslama uyğun olmamasından ötürü döyülərək öldürülən qadın. O, İran hökuməti polisi tərəfindən qondarma İslami rəhbərliyə görə həbs edilib, lakin iki saatdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun davranışının yaratdığı şiddətli qorxuya görə o, həm beyin, həm də infarkt keçirib və komaya düşüb. O, İranda qadınlara qarşı təcavüz və zorakılığın ən məşhur qurbanlarından biridir.
Məmməd Əlili
Əlili Məmməd Əli oğlu Əlizadə (7 noyabr 1898, Bakı – 13 iyun 1993) — Azərbaycan aktyoru və rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). Məmməd Əlili 7 noyabr 1898-ci ildə İçərişəhərdə, kasıb ailədə doğulmuşdu. Uşaqlığı ağır keçmişdi. Ailənin dolanışığına kömək etmək məqsədilə müxtəlif işlərlə məşğul olmuşdu. Cəfər Cabbarlı ilə tanış olandan sonra həyatı dəyişmiş, C. Cabbarlı onu məktəbə cəlb etmişdi. Onların uşaqlıqda başlanan dostluğu sonralar da davam etmişdir. M. Əlilinin incəsənətə bağlılığının tarixi "Pusfilm"in Bakıda çəkdiyi "Neft və milyonlar səltənətində" filminin tarixindən, yəni 1916-cı ildən başlayır. O vaxt mollaxanada oxuyan Məmməd filmin mollaxana ilə bağlı səhnəsində şagirdlər arasında rola çəkildi. İlk vaxtlar o, teatrda suflyor, truppa müdiri, tamaşa idarəedicisi, rejissor assistenti, rejissor kimi işləmişdi. 1932-ci ildə Moskvada Malı Teatrın yardım heyətində işləyə-işləyə rejissorluq sənətinin sirlərini öyrənib.
Od gəlini
Od gəlini — Azərbaycan dramaturqu Cəfər Cabbarlının 1927-ci ildə yazılmış 18 pərdəli tarixi faciəsi. Cabbarlının yeni dövrün ilk sanballı əsəridir. Faciə Ərəb əsarətinə qarşı Babək üsyanına həsr edilmişdir. Əsər ilk dəfə 1928-ci ildə Bakıda səhnəyə qoyulub. "Od gəlini" faciəsi IX əsrin aktual hadisələrinə və ərəb işğalçılarına qarşı ümumxalq azadlıq hərəkatına rəhbərlik etmiş sərkərdə Babəkin mübarizəsinə həsr edilib. Babək tamaşanın baş qəhrəmanı Elxan üçün prototip rolunu oynayıb. Əvvəlcə tamaşa "Babək" adlanırdı, lakin Cəfər Cabbarlı əsərin ideya-tematik çərçivəsini konkret tarixi hadisə ilə məhdudlaşdırmaq istəməmiş, ona daha geniş məzmun verməyə çalışmışdır. Tamaşanın üzərində iş hələ 1925-ci ildə, Cabbarlı bitirib onun ilk variantını teatra təqdim edəndən sonra başlayıb. Həcmi ağır, ideya-bədii cəhətdən natamam olan bu variant nə müəllifin özünü, nə də teatrı qane etmirdi. Ona görə də Cəfər Cabbarlı pyes üzərində işləməyə davam edərək onu xeyli sıxışdıraraq əsərin bədii keyfiyyətlərində ciddi təkmilləşməyə nail olub.
Orxan Əlili
Orxan Elşad oğlu Əlili (23 avqust 2000; Şəmkir, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Orxan Əlili 2000-ci il avqustun 23-də Şəmkir şəhərində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Orxan Əlili 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əlili noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlili ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlili ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlili ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Plini (filosof)
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Qorxmaz Əlili
Qorxmaz Əlilicanzadə (15 oktyabr 1958, Bakı) — Azərbaycanın tanınmış şoumeni, aktyor və müğənni, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2019). Qorxmaz Məmməd oğlu Əlilicanzadə 1958-ci il oktyabrın 15-də Bakının Maştağa kəndində anadan olmuşdur. Kiçik yaşlarında onda teatr sənətinə böyük maraq yarandığına görə, öz həyatını bütünlüklə Azərbaycan incəsənətinə bağlamışdır. 1979-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) "Kino və Dram Teatrı Aktyoru" fakültəsini, SSRİ xalq artisti Adil İsgəndərovun kursunu bitirmişdir. 1970-1980-cı illərdə Qorxmaz Əlilicanzadənin estrada sahəsində oynadığı rollar ona böyük şöhrət gətirmişdir. Təsadüf deyildir ki, o 1983-cü ildə respublikamızda keçirilən estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. Qorxmaz Əlilicanzadə sonrakı illərdə də bu müsabiqələrin qalibi adını qazanmışdır. 1985 və 1987-ci illərdə o beynəlxalq estrada artislərinin müsabiqələrində iştirak etmiş və bu müsabiqələrin laureatı olmuşdur. Qorzmaz Əlilicanzadə 1985-ci ildə Miniatür teatrını yaratmşdır. Tamaşaçılar bu teatrda oynanılan duzlu, məzəli tamaşaları bu gün də xatırlayırlar.
Ülviyyə Əlili
Ülviyyə Əliyeva (Əliyeva Ülviyyə Fərhad qızı; 15 sentyabr 1981) — azərbaycanlı aktrisa və teleaparıcı, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası. Ülviyyə Əliyeva 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili teatr aktyoru fakültəsinə daxil olmuşdur.1998-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında işləyib. İşlədiyi müddətdə bir sıra rollarda C. Məmmədquluzadə "Ölülər"də Nazlı, B. Vahabzadə "Atamın kitabı"nda Şəvkət bacı, Ə. Əmirli "Xoşbəxt gün"də Yeganə, Qabil "Şübhəli əhvalat"da katibə, Ə. Əmirli "20 il sonra"da Ofelya, Anar "Səhra yuxuları"nda 2-ci müxbir – iştirak etmişdir. 2001-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində O, bir çox obrazları özünəməxsuz ustalıqla oynamışdır. Azərbaycan televiziyasında və "Space TV" "ATV" kanalında bir sıra yumoristik verlişlərdə çıxış etmişdir. İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" ssenarisi əsasında "Hərənin öz payı+tayı" filmində çəkilmişdir. Ceyran-"Hərənin öz ulduzu",(Süleyman Ələsgərov, İsi Məlikzadə) Müğənni-"Səhnədə məhəbbət",(Sərdar Fərəcov, Əli Əmirli) Tülkü-"Baş tutmayan hiylə"(Rəşid Şəfəq, Əli Səmədli) Lalə-"Əlin cibində olsun"(Oqtay Rəcəbo, Aqşin Babayev) Aydan-"Məsmə xala dayımdır"(Ramiz Mustafayev, Cahangir Məmmədov) Gülər-"Talelər qovuşanda"(Rauf Hacıyev və Elxan Ocaqov, Faiq Zöhrabov) İradə-"Volqalı canan"(Ramiz Mustafayev, Abdulla Qüdrət) Qiyamət-"Bəydullanın möhtəşəm toyu"(Ramiz Əkbər) Zöhrə-"Bir günlük siğə"(Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin) Xədicə-"Aldın payını, çağır dayını (Adamın adamı)"(Vasif Adıgözəlov, Anar) Elya, Leyla-"Qıcqanc ürəklər"(Ramiz Mirişli, Marat Haqverdiyev) Çiçək-"Kələkbazlar"(Süleyman Ələsgərov, İsi Məlikzadə) İbadın qızı, Güldəstə-"Mən dəyərəm min cavana"(Faiq Sücəddinov, Tamara Vəliyeva) Telli-"Arşın mal alan"(Üzeyir Hacıbəyli) Fatoş-"Şəhərdən manyak var"(Sərdar Fərəcov, Əziz Nesin, Lib. Oruc Qurbanov) Zari-"İddalı qaraçı"(İmre Kalman, Tərcü.
İradə Əlili
İradə Əlili (tam adı: İradə Zülfəli qızı Əliyeva; 20 aprel 1964, Azərbaycan) — Azərbaycan mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, informasiya və sənəd menecmenti sahəsini tədris edən müəllimə, jurnalist, ictimaiyyətçi, Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Rəsul Rza" mükafatı laureatı, Prezident təqaüdçüsü. 1964-cü il 20 apreldə Sabirabad rayonunda anadan olub. Uşaqlığının və gəncliyinin bir hissəsi Azərbaycanın Sumqayıt şəhərində keçib. 1981-ci ildə Sabirabad rayonu 1 saylı orta məktəbi bitirdikdən sonra 1984-cü ildə Bakı Mədəni-Maarif Texnikumunun kitabxanaçılıq fakültəsinə daxil olmuş və 1986-cı ildə fərqlənmə diplomu ilə bitirmişdi. Daha sonra 1988-ci il Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinə daxil olmuş, 1994-cü ildə ali məktəbi bitirmişdir. Tarix üzrə fəlsəfə doktorudur. İradə Əlili Rusiya, Türkiyə və s. ölkələrdə konfranslarda iştirak etmişdir. Həm kitabxanaçı, həm də bu sahəni tədris edən müəllimədir. Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinində müəllimə, Mədəniyyət Nazirliyinin mədəniyyət işçilərinin ixtisas artirma kursunda müəllimə işləmişdir.
Əbdülhüseyn Əmini
Əbdülhüseyn Şeyx Əhməd oğlu Əmini (1902-1970) — İslam alimi. Məşhur "Əl-Qədir" kitabının müəllifi. Əllamə Əmini kimi tanınan Əbdül-Hüseyn Əmini 1902-ci ildə Təbrizdə bütün nəsli alim, fəqih, abid, zahid və ədib olan bir ailədə dünyaya göz açmışdır. O, iman, elm, əməl və əxlaq mərkəzi sayılan bir evdə tərbiyə alıb boya-başa çatmışdır. İbtidai təhsilini möhtərəm atası alim və fəqih Mirzə Məhəmməddən öyrəndi. Sonra o dövrün İslam elminin və mədəniyyətinin ən tanınmış mərkəzi sayılan Təbrizin Talibiyyə mədrəsəsində təhsil almışdır. Ərəb ədəbiyyatı, fiqh və üsuli-fiqh elmlərini Təbrizin məşhur alim və ariflərinin, o cümlədən Ayətullah Seyid Məhəmməd Hüseyn Musəvinin və Ayətullah Seyid Murtəzanın yanında öyrəndi. Əbdül-Hüseyn dərin istedada və zəkaya malik olduğu üçün Təbrizlə kifayətlənməyib təhsilini davam etdirmək üçün o dövrün ən məşhur dini və elmi mərkəzlərindən olan İraqın Nəcəf şəhərinə yollandı və oranın ən böyük alim və fəqihlərinin yanında dərs aldı. Əbdül-Hüseyn Nəcəfdə dini təhsilinin birinci mərhələsini başa vurduqdan sonra doğulduğu şəhərə, Təbrizə qayıdır və dini elmlərin tədrisi, təbliği və tədqiqatı ilə məşğul olur. Onun bu dövrdə qələmə aldığı kitablarından Quran haqqında olan "Fatihətül-kitab" əsəridir.
Şəkil gəlini
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi. Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır.
Əli Əmini
Əli xаn Hacı Möhsün xan oğlu Əmini (12 dekabr 1905, Tehran – 12 dekabr 1992, Paris) —İranın baş naziri. Əli Əmini 12 dekabr 1905-ci ildə Tehran şəhərində anadan olmuşdu. Müzəffərəddin şah Qacarın qız nəvəsidir.. Atası Möhsün xan Əminüddövlə Qacarlar dövründə dövlət xadimi idi. . Mirzə Əli xan Əminəddövlə Transcript of Amini interview as part of Harvard Iranian Oral History Project directed by Dr. Habib Ladjevardi Dr. Ali Amini, Prime Minister, Switzerland, 1962, A short passage (1:53) of an interview, in French, with Dr. Ali Amini, YouTube.
Dandır çörəyi
Təndir çörəyi — yerdə açılan və ətrafı palçıqla suvanmış bir çuxurun içində bişirilən çörək. Çörək təndirin üzərinə yapışdırılaraq bişirilir. Təndir çörəyi də kövrək çörəyi kimi bol miqdarda hazırlanıb uzun müddət saxlana bilər. Orta əsrlərdə Bakı əhalisinin məişətində ən çox yayılmış tikililər sırasına çörək bişirmək üçün nəzərdə tutulan təndirləri də aid etmək olar. İçəri Şəhərin müxtəlif sahələrindəki arxeoloji qazıntılar nəticəsində orta əsrlərdə Bakıda çörək bişirməsi üsulunu öyrənməyə imkan verən çoxlu sayda təndir aşkar edilmişdir. Azərbaycanda çörək bişirilməsinin çox qədim tarixi vardır. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Bakıdan aşkar edilmiş təndirlərin öyrənilməsi İçəri Səhərin qaranlıq səhifələrinin işıqlandırılmasına kömək edəcəkdir. Təndir çörəyi hazırlamaq üçün müxtəlif ərzaqlardan istifadə edilir. Xəmirin gəlməsi üçün əvəllər acıtmadan (bir kündə xəmiri saxlayıb qıcqırtmaq) istifadə edilirdi. Müasir dövrdə acıtmanın əvəzinə quru mayadan istifadə edilir.
Karri çörəyi
Karri çörəyi (カレーパン, karē pan) – populyar Yaponiya yeməyi. Bir miqdar Yapon karrisi xəmirlə qarışdırılır, xəmirə çörək qırıntıları əlavə edilir, daha sonra qızardılır. Bəzən isə qızardılmır, lakin qızardaraq bişirmək çörəyin ən geniş hazırlanma metodudur. Karri çörəyini çörəkçilərdə və mağazalarda tapmaq olar. Kare pan man ("Karri çörəyi adamı") "Anpanman" kitab seriyasının superqəhrəmanlarından biridir. Onun başı karri çörəyindəndir. Vikianbarda Karri çörəyi ilə əlaqəli mediafayllar var. Necə karri çörəyi bişirməli.
Kövrək çörəyi
Kövrək çörəyi paxlava, piroq istehsalında istifadə edilən kövrəkdən fərqlidir. Oxlov ilə açılmış xəmirin saç üzərində bişirilməsi ilə əldə edilər. Kövrək çörəyinin ən əhəmiyyətli xüsusiyyəti dayanıqlı olmasıdır. Türk mədəniyyətində köməkləşərək bir səfərdə qonşu və qohumların da iştirakıyla edilər. Edildiyi zaman isə hər kəs üçün çox miqdarda edilər. Üst üstə düzülərək lay halında anbarlanar və üzəri örtülər. İstifadə ediləcəyi zaman üzərinə su səpilər bir az gözlədilərək yumşalması təmin edilər. yeyilməyə hazır hala gələn kövrək, eləcə yenilə bildiyi kimi, müxtəlif yemək vəsaiti olaraq da istifadə edilə bilər.
Kəsmə çörəyi
Kəsmə çörəyi (az-əbcəd. کَسمه چؤرگی،کَسمه‎) - Qəzvin bölgəsində daha çox hazırlanan şiriniyyat növü ki quruluşuna görə incə, uzunsov və quru olaraq, üstü isə küncüt ilə bəzədilir. Kəsmə sözü Azərbaycan türkcəsi və başqa türk dillərindəki kəsmək məsdərindən alınıb ki buda bu çörəyin hazırlanması ilə əlaqəlidir. 1 kq un 200 q şəkər tozu 1 stəkan bitki yağı və ya kərə yağı 2 ədəd yumurta sarısı 2 yemək qaşığı bərk qatıq 1 yemək qaşığı vanil 1 çay qaşığı soda 1 yemək qaşığı çörəkçi mayası Üzü üçün 1 ədəd yumurta Lazım olan miqdarda küncüt Şəkər və suyu odun üstünə qoyub, 1 dəqiqə qaynadandan sonra oddan götürüb və tamamilə soyudun, qatığı soda ilə qarışdırıb və kənara qoyun.Xəmiri 1/4 ilıq su və 1 yemək qaşığı şəkərlə qarışdırıb və işləyənə kimin isti bir yerə qoyub (10 dəqiqə), sonra bir qabda yumurtanı parçalayıb və üzərinə yağ əlavə edin. Üzərinə hil və vanil əlavə edib qarışdırıcı ilə qarışdırın, sonra soyudulmuş qatıq və ərinmiş şəkər əlavə edərək, sonra çörəkçi mayasını əlavə edin.Bütün maddələr qarışdırıldıqdan sonra unu süzüb və az-az üzərinə tökün. Xəmir əllərə yapışmırsa, təxminən 2 ilə 3 saat arasında üstünü örtüb, sonra xırda topları xəmirin içərisindən götürün, vərdənə ilə açıb, üzərinə bir yumurta sürtəndən sonra küncüt səpib və sobanın üst qatına 5 - 10 dəqiqə 170 dərəcə üstünə qoyun.Çörəyin rəngi qonur olandan sonra sobadan götürün.
Böyük Plini
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. == Təbiət tarixi == Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Əlinin qətli
Əlinin qətli və ya Əlinin öldürülməsi — xarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində Rəşidi xəlifəsi və Şiə İslamın birinci imamı Əli ibn Əbu Talibə qarşı törədilmiş sui-qəsd hadisəsi. Əli başına zəhərli qılıncla zərbə endirilməsindən iki gün sonra,:308 hicri təqvim ilə 40-cı ilin ramazan ayının 21-də (və ya 19-da), miladi təqvim ilə yanvar ayının 28-də 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. O, Ömər və Osmandan sonra sui-qəsdə uğramış ardıcıl üçüncü xəlifədir. Əli Osmanın 656-cı il tarixində sui-qəsd ilə öldürülməsindən sonra xəlifə olmuşdur. Buna baxmayaraq, o, Levant valisi I Muaviyə də daxil olmaqla müxtəlif fraksiyaların müxalifəti ilə qarşılaşdı. Erkən İslam dövlətində İlk fitnə adlanan vətəndaş müharibəsi baş verdi ki, bu da Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələnmişdir. Bu hadisələr xəlifə Osman ibn Əffanın sui-qəsd yolu ilə öldürülməsindən sonra başlamış və Əlinin dörd illik hakimiyyət dövrü boyunca davam etmişdir. 657-ci ildə baş vermiş Siffeyn döyüşündən sonra Əli I Muaviyə ilə arbitraja razılaşdıqdan sonra onun ordusunun içərisindən daha sonra xarici (mənası – "çıxıb gedənlər") adlandırılan bir qrup ortaya çıxdı.:390 Üsyan qaldıran xaricilər tərəfindən Əlinin bəzi tərəfdaşları öldürüdü. Buna baxmayaraq, Əlinin başçılıq etdiyi ordu onları 658-ci ilin iyul ayında baş verən Nəhrəvan döyüşündə darmadağın etdi.:260–261 İbn Mülcəmin Məkkədə xaricilərdən olan əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi ilə görüşündən sonra onlar razılaşırlar ki, müsəlmanların o vaxtkı vəziyyəti Əlinin, I Muaviyənin və Misir valisi Əmr ibn əl-Asın günahıdır. Onlar dövrün "acınacaqlı vəziyyəti"ni dəyişdirmək və Nəhrəvanda öldürülən yoldaşlarının intiqamını almaq üçün bu üç nəfəri öldürmək qərarına gəlirlər.
Əlinin öldürülməsi
Əlinin qətli və ya Əlinin öldürülməsi — xarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində Rəşidi xəlifəsi və Şiə İslamın birinci imamı Əli ibn Əbu Talibə qarşı törədilmiş sui-qəsd hadisəsi. Əli başına zəhərli qılıncla zərbə endirilməsindən iki gün sonra,:308 hicri təqvim ilə 40-cı ilin ramazan ayının 21-də (və ya 19-da), miladi təqvim ilə yanvar ayının 28-də 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. O, Ömər və Osmandan sonra sui-qəsdə uğramış ardıcıl üçüncü xəlifədir. Əli Osmanın 656-cı il tarixində sui-qəsd ilə öldürülməsindən sonra xəlifə olmuşdur. Buna baxmayaraq, o, Levant valisi I Muaviyə də daxil olmaqla müxtəlif fraksiyaların müxalifəti ilə qarşılaşdı. Erkən İslam dövlətində İlk fitnə adlanan vətəndaş müharibəsi baş verdi ki, bu da Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələnmişdir. Bu hadisələr xəlifə Osman ibn Əffanın sui-qəsd yolu ilə öldürülməsindən sonra başlamış və Əlinin dörd illik hakimiyyət dövrü boyunca davam etmişdir. 657-ci ildə baş vermiş Siffeyn döyüşündən sonra Əli I Muaviyə ilə arbitraja razılaşdıqdan sonra onun ordusunun içərisindən daha sonra xarici (mənası – "çıxıb gedənlər") adlandırılan bir qrup ortaya çıxdı.:390 Üsyan qaldıran xaricilər tərəfindən Əlinin bəzi tərəfdaşları öldürüdü. Buna baxmayaraq, Əlinin başçılıq etdiyi ordu onları 658-ci ilin iyul ayında baş verən Nəhrəvan döyüşündə darmadağın etdi.:260–261 İbn Mülcəmin Məkkədə xaricilərdən olan əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi ilə görüşündən sonra onlar razılaşırlar ki, müsəlmanların o vaxtkı vəziyyəti Əlinin, I Muaviyənin və Misir valisi Əmr ibn əl-Asın günahıdır. Onlar dövrün "acınacaqlı vəziyyəti"ni dəyişdirmək və Nəhrəvanda öldürülən yoldaşlarının intiqamını almaq üçün bu üç nəfəri öldürmək qərarına gəlirlər.
Eleni Fureyra
Eleni Fureyra (yun. Ελένη Φουρέιρα; d. 7 mart 1987, Fieri, Albaniya) və ya doğum adı ilə Entela Fureray — Yunanıstan müğənnisi, aktrisası, rəqqasəsi və modelyeri. O, öz musiqi karyerasına 2007-ci ildə Mystique qrupunun üzvü olaraq başlamışdır. 2009-cu ildə Fureyra qrupdan ayrılaraq solo karyerasına başlamışdır. Eleni Fureyra 2010-cu ildə Yunanıstanın Universal Music Greece albom şirkəti ilə anlaşma imzalamışdır. Həmin ildə ifaçının öz adını verdiyi debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və ardınca 2012 və 2014-cü illərdə Fureyranın Ti poniro mou zitas və Anemos agapis studiya albomları satışa buraxılmışdır. Hər iki albom Yunanıstanda və Kiprdə uğur qazanmışdır. 2015-ci ildə Fureyranın Minos EMI şirkəti ilə müqaviləsinin vaxtı sona çatdıqdan sonra ifaçı Panik Records şirkəti ilə anlaşma imzalamışdır.
Elina Bıstritskaya
Elina Bıstritskaya (4 aprel 1928, Kiyev – 26 aprel 2019, Moskva) — SSRİ-nin görkəmli teatr və kino aktrisası, pedaqoq, SSRİ xalq artisti (1978). Elina Avraamovna Bıstritskaya 4 aprel 1928-ci ildə Kiyevdə anadan olub. Tibb Texnikumunda, bir müddət Pedaqoji İnstitutun filologiya fakültəsində, daha sonra Kiyev Dövlət Teatr Texnikumunda (1953) təhsil alıb. Vilnüs Rus Dram Teatrında (1953–1956), A.S.Puşkin adına Moskva Dram Teatrında (1956–1958), Malıy Teatrda (1958) çalışıb. 1979-cu ildən A.Lunaçarski adına GİTİS-də pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1950-ci ildən kinoya çəkilmişdir. 1980-ci ildən SSRİ Bədii Gimnastika Federasiyasının və SSRİ Teatr Xadimləri İttifaqının hərbi-vətənpərvərlik komissiyasına rəhbərlik edib. Ana və Uşağın Sağlamlığının Müdafiəsi Beynəlxalq Fondunun vitse prezidenti, "Stabil Rusiya" siyasi təşkilatının fəal üzvlərindən olmuşdur. "Mədəniyyət və İncəsənətə Dəstək" Fondunun təsisçisidir. SSRİ-nin (1978), Qazaxıstanın, Gürcüstanın və Rusiya Federasiyasının (1966) xalq artisti olmuşdur.
Elina Hacıyeva
Elina Hacıyevanın ölümü — Bakı şəhərində 162 saylı tam orta məktəbdə 14 yaşlı 8-ci sinif şagirdi Elina Ədalət qızı Hacıyevanın intihar hadisəsi. Elina Hacıyeva 2019-cu il aprelin 4-də saat 09:11-də məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. Bu, onun 2-ci intihar cəhdi olub. Bu, 2015–2019-cu illərdə Azərbaycanda baş verən 10-cu məktəbli intihar hadisəsidir. Elina Hacıyeva 6 aylıq olanda onun valideynləri boşanıb. Sonradan anası Sevil Hacıyeva ikinci dəfə ailə quraraq, bu izdivacdan da iki övladı olub. O, 1-ci sinifə Bakı şəhəri 49 nömrəli tam orta məktəbə gedib. 3 il orada oxuyub. Həmin məktəbin rus bölməsi bağlananda, bu bölmənin şagirdləri azərbaycandilli bölmələr arasında bölüşdürüləndə valideynləri Elinanı başqa məktəbə keçirməli olublar. 4-cü sinifdən başlayaraq Elina Bayılda Bakı şəhəri 203 nömrəli tam orta məktəbə getməyə başlayıb.
Elina Neçayeva
Elina Neçayeva (est. Elina Netšajeva, rus. Элина Нечаева; 10 noyabr 1991, Tallin) — rus mənşəli Estoniya sopranosu. O, "La Forza" mahnısı ilə Estoniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Elina Neçayeva 10 noyabr 1991-ci ildə Estoniyanın paytaxtı Tallin şəhərində rus ailəsində anadan olmuşdur. O, 2011-ci ildə Tallin Fransız Məktəbində təhsilini başa vurmuşdur. 2016-cı ildə Estoniya Musiqi və Teatr Akademiyasını klassik musiqi ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir. Estoniya televiziyasında Elina ilk dəfə 2009-cu ildə Eesti otsib superstaari musiqi yarışmasındakı iştirakı ilə görülmüşdür. Daha sonra ifaçı 2014-cü ildə Estoniyanın Klassikatähed yarışmasında iştirak etmiş və nəticə olaraq finaladək yüksələ bilmişdir. 2017-ci ildə Neçayeva Estoniyanın Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Eesti Laul milli seçim turuna aparıcılıq etmişdir.
Elina Svitolina
Elina Mixailovna Svitolina (ukr. Еліна Світоліна; 12 sentyabr 1994, Odessa, Ukrayna) - Ukraynalı peşəkar tennisçi; 16 WTA turnirinin qalibi (bunlardan 14-ü təkdir); təklikdə WTA-2018 Tour Finalın qalibi; keçmiş dünyanın üçüncü raketkası. Bütün Böyük Dəbilqə turnirlərində ən azı dörddə bir finalda oynamış tennisçi. Yeniyetmələrdə Böyük Dəbilqə tək turnirinin qalibi (French Open 2010); təklərdə Böyük Dəbilqə turnirinin finalçısı (Uimbledon 2012); cütlüklərdə Böyük Dəbilqə turnirinin finalçısı (Uimbledon 2010); gənclər sıralamasında dünyanın keçmiş birinci raketkası. Elina Yelena və Mixail Svitolinaların ailəsində anadan olub; valideynləri onun böyük qardaşı Yulianı bir müddət peşəkar bir tennisçi kimi yetişdirmək istəyirdilər. Paralel olaraq Elinanı da bu idman növünə cəlb etmişdilər. Beş yaşından bəri ukraynalı tennislə məşğul olmağa başlamışdır. Sevimli örtük - torpaqdır. 2019-cu ilin sentyabr ayından etibarən fransız tennisçi Qael Monfils ilə görüşür. 2010-cu ildə, karyerasının yeniyetməlik çağında, Svitolina qızlar arasında Fransa Açıq Çempionatını qazana bildi.
Eqini Fema
Yucin Fama (ing. Eugene Francis "Gene" Fama; 14 fevral 1939[…], Boston) — amerikalı iqtisadçı. 2013-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Xüsusilə portfel nəzəriyyəsi və varlıq qiymətləri mövzusunda olan tədqiqatları ilə tanınır. Yucin Fama çağdaş maliyyənin atası hesab olunur. İqtisadiyyat üzrə Nobel mükafatına varlıq qiymətləri mövzusundakı təcrübi analizlərlə bağlı tədqiqatlarına görə layiq görülmüşdür. Yucin Fama yeni məlumatların tez-tez daxil olduğunu söyləyərək, səhm qiymətlərini qısamüddətli dövrdə təxmin etmənin olduqca çətin olduğunu ifadə etmişdir.
Spilornis elgini
Spilornis elgini (lat. Spilornis elgini) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli ilanyeyən cinsinə aid heyvan növü.
Ay çörəyi
Ay çörəyi yoxsa Ayçörəyi , Türkiyə mətbəxinə aid olaraq, ümumiyyətlə darçın , qoz , fındıq , kakao və kişmiş yerləşdirilərək, aypara şəklində hazırlanan çörək növü. Aypara şəklində olmayan, eyni materiallardan istifadə edərək düzəldilmiş düzbucaqlı pastiç (İzmir çörəyi kimi də tanınır), çox zamanlar ayçörəyi adı ilə də satılır. 3 stəkan un 100 qr. marqarin 1 qəhvə fincanı süd 1 ədəd yumurta ağı bir miqdar yaş maya 1 stəkan döyülmüş fındıq 1/ 2 stəkan şəkər tozu 1 dilim bayat çörək içi 1 yemək qaşığı quru üzüm 1 çay qaşığı da 3 su stəkanı un , 100 qr marqarin , 1 qəhvə fincanı süd və 1 ədəd yumurta ağını bir kasada çalın. Bir çimdik yaş mayanı ilıq suda əridib digər qarışıqların içinə əlavə edin. Yoğuraraq xəmir edin. Üzərini nəmli bir dəsmalla örtün. 1 saat köpməsi üçün saxlayın. Ayrı bir qabda 1 su stəkanı döyülmüş fındıq, yarım su stəkanı toz şəkər , 1 dilim bayat çörək içi , 1 xörək qaşığı quru üzüm , 1 çay qaşığı darçın qoyun . Xəmirdən limon böyüklüyündə parçalar qoparın.
Baget çörəyi
Baget (fr. une baguette de pain) — fransız çörəyidir.Bəzi tarixçilər, bagetin inqilabdan sonra Napoleon Bonapart tərəfindən icad edildiyini qarşıya qoyur. O günə qədər yumru bişirilən çörəklər bu haldaykən daşına bilmirdi. Rusiya səfərinə hazırlanan Fransız İmperatoru, çörəklərə incə, uzun bir şəkil verilərək əsgərlərin şalvarına dayaza bilməsini planlamışdı. Beləcə baget, Napoleonun ordularıyla bütün Avropaya yayıldı.
Cad çörəyi
Cad çörəyi — darı unundan bişirilən çörək. Azərbaycanın bəzi bölgələrində cad çörəyini qarğıdalı unundan da hazırlayırlar. Cad çörəyi A və B2 vitaminləri ilə zülal, kalsium, fosfor və dəmir mineralları baxımından zəngindir. Bu çörəyin bişirilməsində qabardıcı tozlardan və əlavə qatqılardan istifadə edilmədiyi üçün dietik çörək də adlanır. Cad çörəyinin üstünlüklərindən biri də uzun müddət saxlanıldıqda xarab olmamasıdır. Bir vaxtlar buğda unu qıt olanda, kasıblıq zamanlarında cad çörəyi həmişə insanların köməyinə çatıb. Cad adi isə çörəyin üstü cadar-cadar, girintili-çıxıntılı, "cod" olduğuna görə verilib.
Noxud çörəyi
Noxud çörəyi (az-əbcəd. نوخود چؤرگی‎) - Qəzvin bölgəsinin yerli və ənənəvi şirniyyatlarından biridir ki daha çox Novruz bayramlarında hazırlanır. 100 q şəkər tozu 200 q noxud unu 100 q qatı yağ 1 çay qaşığı hil tozu 0,25 çay qaşığı püstə tozu yoxsa püstə dilimləri üstünü bəzəmək üçün İşə başlamazdan öncə şəkər tozu və noxud ununu ələndiyinizdən əmin olun. Şəkər tozu və qatı yağı böyük bir qaba töküb və elektrikli qarışdırıcı ilə qarışdırın. Mikserlə qarışdırmağa təxminən 4-5 dəqiqə davam edin. Hil tozunu noxud unu ilə qarışdırın. Sonra ələnmiş noxud ununu bir neçə addımda şəkər tozu və qatı yağ qarışığına əlavə edin. Sonra maddələri bir qaşıq və ya bir çəngəl ilə qarışdırıb və hamar olduqdan sonra əl ilə yoğurmağa başlayın. Bu şirniyyatın xəmirləri əvvəlcə yapışqandır və birləşdirici bir quruluşa sahib deyil, ancaq xəmiri yoğurduqca daha az yapışqan olaraq, yumşaq olur. Xəmir tamamilə qabın ortasına yığıldıqda və birləşdirici və yumşaq bir toxuma tapdıqda xəmir hazırdır.
Qənd çörəyi
Qənd çörəyi (az-əbcəd. قند چؤرَگی‎) — Qəzvin bölgəsinin yerli və ənənəvi şiriniyyatlarından biri sayılır ki daha çox Novruz bayramında hazırlanır. 500 q ağ un 250 q şəkər tozu 250 q qatı yağ 1 mürəbbə qaşığı qabartma tozu 1 mürəbbə qaşığı hil tozu Qənd çörəyi hazırlamaq üçün ilk olaraq qatı yağı və hil tozunu əlimizlə hamar olana qədər ovuşdururuq. Az-az şəkər tozu əlavə edib hamar olana qədər qarışdırın. Unu az-az üstünə töküb yaxşı yoğurun. Hazırlanmış xəmir mətbəxdə 4 saat istirahət etsin. Dincəldikdən sonra bir az yoğurub, sonra xəmirdən bir fındıq ölçüsü götürüb və əlinizdə 180 dərəcə bir sobada 15 dəqiqə orta mərtəbədə şirniyyatın rəngi qızıla çalana qədər qoyun qalsın. Soba qabının yağlanmasına və ya yağdan təmizlənmiş kağıza ehtiyacı yoxdur. Sobanı 20 dəqiqə öncədən yandırın. Heç vaxt qatı yağı əritmirik, niyə ki bərk olmalıdır.
Sac çörəyi
Sac çörəyi və ya tava çörəyi Azərbaycanın Yaxın Şərq və Cənubi Asiya mətbəxlərində sac və ya tava adlanan qabarıq metal qabda bişmiş mayasız yastı çörəkdir.
Sarımsaq çörəyi
Sarımsaq çörəyi — sarımsaq,zeytun yağı və ya kərə yağı ilə örtülmüş bir növ çörəkdir. Bu çörək adətən baget şəklində hazırlanır. Bəzi versiyaları,Çeddar, Mozzarella və Brınza kimi müxtəlif pendir növləri ilə örtülür. Bəzi restoranlarda məzə kimi serv olunur.
Tabun çörəyi
Tabun çörəyi (ərəb. خبز طابون‎: Tabunn çörəyi, ivr. ‏לאפה‏‎: la-fah, ivr. ‏פיתה עירקית‏‎: İraq pitası, Qüdsdə: ivr. ‏אַשתנוּר‏‎ ash-tanur) — bir yastı çörək növü. Bir çox mətbəxlərdə istifadə olunur. Ənənəvi olaraq tabun təndirində bişirilir və müxtəlif doldurmalar ilə yeyilir.
Təndir çörəyi
Təndir çörəyi — yerdə açılan və ətrafı palçıqla suvanmış bir çuxurun içində bişirilən çörək. Çörək təndirin üzərinə yapışdırılaraq bişirilir. Təndir çörəyi də kövrək çörəyi kimi bol miqdarda hazırlanıb uzun müddət saxlana bilər. Orta əsrlərdə Bakı əhalisinin məişətində ən çox yayılmış tikililər sırasına çörək bişirmək üçün nəzərdə tutulan təndirləri də aid etmək olar. İçəri Şəhərin müxtəlif sahələrindəki arxeoloji qazıntılar nəticəsində orta əsrlərdə Bakıda çörək bişirməsi üsulunu öyrənməyə imkan verən çoxlu sayda təndir aşkar edilmişdir. Azərbaycanda çörək bişirilməsinin çox qədim tarixi vardır. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Bakıdan aşkar edilmiş təndirlərin öyrənilməsi İçəri Səhərin qaranlıq səhifələrinin işıqlandırılmasına kömək edəcəkdir. Təndir çörəyi hazırlamaq üçün müxtəlif ərzaqlardan istifadə edilir. Xəmirin gəlməsi üçün əvəllər acıtmadan (bir kündə xəmiri saxlayıb qıcqırtmaq) istifadə edilirdi. Müasir dövrdə acıtmanın əvəzinə quru mayadan istifadə edilir.
Vəqfikəbir çörəyi
Vəqfikəbir daş soba çörəyi Trabzon eli Vəqfikəbir mahalında çıxarılan çörəkdir. Türkiyənin bir çox elində edilməkdədir. Ümumiyyətlə ad Trabzon çörəyi olaraq bilinər. Trabzon da yayla mədəniyyəti gərəyi heyvandarlıqla məşğul olan və yazda yaylaya çıxan ailələr 2-3 gün davam edən yayla səfəri etməkdə idilər. Bunun təbii nəticəsi olaraq 2-3 gün boyunca pozulmayan çörəyə duyulan ehtiyac daş soba çörəyinin icadına gətirib çıxarmışdır. Keçmişi əsrlər əvvəlidir. Vəqfi kəbir Çörəyi, dadımlıq deyil doyumluqdur. Çörəklərin böyük edilməsi nəticəsi bişirmə müddəti uzandığından xarici qabıq qalın, çörəyin iç qisimi yumşaq, bişmiş və arzu edilən böyüklüklərdə məsamələrə sahib olar. Çörəyin pozulma müddəti uzun olar. Uyğun saxlama şərtlərində 5-15 gün qədər pozulmadan saxlana bilər.
Yoxa çörəyi
Yoxa çörəyi (az-əbcəd. یوخا چؤرَگی‎) — Azərbaycan türklərinin ənənəvi çörəklərindən biri ki Azərbaycan Respublikası və Güney Azərbaycanın bir çox yerlərində o cümlədən Qəzvin, Təbriz və Qaradağ bölgələrində hazırlanır. 5 stəkan ağ un 3 stəkan şəkər 3 yemək qaşığı qatı yağ Lazım olan miqdarda su Un, şəkər və yağı xəmir və su ilə qarışdırıb, xəmiri otaq temperaturunda 10 saat dincəlməyə qoyun. Sonra xəmiri xüsusi çubuqlarla açıb və hamarlaşdırmaqdan sonra, sac üzərində bişirin.
Çarx çörəyi
Çarx çörəyi (az-əbcəd. چرخ چؤرگی‎) - Qəzvin bölgəsinin yerli və ənənəvi şirniyyatlarından biridir ki daha çox Novruz bayramında hazırlanır. 500 q düyü unu 500 q ağ un 375 q qatı yağ 350 q şəkər tozu 5 ədəd yumurta sarısı 150 q qatıq 1 çay qaşığı qabartma tozu 1 yemək qaşığı hil tozu 4 yemək qaşığı gülab İlk olaraq yağı hamar olana qədər qarışdırıcı ilə qarışdırıb, sonra şəkər tozunu üstünə töküb və 4 dəqiqə qarışdırıcı ilə qarışdırın ki içi boş və yüngül olsun. Sonra hil tozu ilə yumurta sarısını əlavə edib və yenidən bir qarışdırıcı ilə qarışdırın. Daha az qarışdırırıq. İndi qabartma tozunu qatıqla qarışdırıb, hazırlanandan sonra , gülabı üzərinə töküb qarışdırın, sonra qatıq əlavə edib qarışdırın.Tərkiblərimizi yaxşı qarışdırıldıqdan və maddələr hamar olduqdan sonra bir dəfə düyü unu və ağ un əlavə etdikdən sonra əlimizin barmaqları ilə qarışdırmağa və yoğurmağa başlayırıq (təbii ki, xəmir yağlandığı və bərk olduğu üçün çox yoğurmamalıyıq).Xəmiri top(yuvarlaq) şəklinə çıxartmaqdan sonra freezer bag ilə üstünü örtüb bir sərin yerdə 4-5 saat qoyun qalsın. çörək qalıbını ətçəknə quraşdırırıq. Dincəlməkdən sonra xəmiri yenidən yumşalıncaya qədər çox yüngül yoğurun.İndi ətçəkənə töküb və dəyirmanın içindən keçirin, sonra xəmiri qayçı ilə istədiyiniz ölçüdə kəsin.Çörəyin üzünə döyülmüş püstə töküldükdən sonra sobada 15-20 dəqiqə 175° temperaturunda hazırlanmalıdır.
Çay çörəyi
Çay çörəyi (Qəzvin)
Çovdar çörəyi
Çovdar çörəyi — çovdar taxılından edilmiş unla bişirilmiş çörək növüdür.
Ölü çörəyi
Ölü çörəyi (türk. Ölü ekmeği) — Rəis Çəlikin 2019-cu il istehsalı türk filmi. Film Ərdahanlı yazıçı Dursun Akçamın eyni adlı əsəri əsasında ərsəyə gəlmişdir. Filmdə baş rolları Tərxan Ömərov, Borçalı aşığı Ziyəddin Əliyev, Silan Düzdaban və Mariam Buturişvili oynayır. İlk səhnədə aşıq və dostu buzun üzərində qırmızı bir alma tapırlar. Fikirləşirlər ki, görəsən bu alma bir gözəl tərəfindən dişlənilib ya yox. Mustafa adlı bir yetim Aşıq Ziyəddinin yanında aşıqlıq öyrənir. Şeir dediyi zaman ustadı təklif edir ki, dilinin arasına iynə qoyub dodaqdəyməz desin. Ancaq Mustafa dodaqdəyməzin qaydalarına əməl etmədi üçün iynə dodağını sancır. Daha sonra dostları ilə ziyarətgahın (övliya qəbri və dilək ağacı) yanında görüşən Mustafa kimin daha uzağa işəyəcəyi ilə bağlı bəhsə girir.
Törəmə
Törəmə — funksiyanın hər hansı verilmiş bir nöqtədə dəyişmə sürətini göstərir. y=f(x) funksiyası hər hansı a nöqtəsində kəsilməzdirsə, arqumentin sonsuz kiçilən artımına funksiyanın da sonsuz kiçilən artımı uyğun olur ki, bu təklifin əksi də doğrudur. Yəni arqumentin a nöqtəsindəki sonsuz kiçilən artımına funksiyanın da bu nöqtədə sonsuz kiçilən artımı uyğundursa, funksiya bu nöqtədə kəsilməzdir. Arqument artımı sifra yaxınlaşdıqda funksiya artımının arqument artımına nisbətinin limiti varsa, bu limitə f(x) funksiyasının a nöqtəsində törəməsi deyilir. Əgər Δ x {\displaystyle \Delta x} →0 şərtində Δ y Δ x = f ( x + Δ x ) − f ( x ) ( Δ x ) {\displaystyle {\frac {\Delta y}{\Delta x}}={\frac {f(x+\Delta x)-f(x)}{(\Delta x)}}} nisbətinin sonlu limiti varsa, onda həmin limitə y=f(x) funksiyasının x nöqtəsində törəməsi deyilir. Verilmiş x nöqtəsində törəməsi olan funksiyaya həmin nöqtədə diferensiallanan funksiya deyilir. (a, b) intervalının hər bir nöqtəsində törəməsi olan funksiya həmin intervalda diferensiallanan funksiya adlanır. Funksiyanın törəməsini tapmaq əməlinə həmin funksiyanın diferensiallanması deyilir. Eksponensial və alqoritmik funksiyalar: d d x e x = e x . {\displaystyle {\frac {d}{dx}}e^{x}=e^{x}.} d d x a x = ln ⁡ ( a ) a x .
Çökərə
Çökərə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 28 nəfərdir. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindəki Çoqara kəndi Çökərə kəndi adlandırılmışdır.
Çərəzə
Çərəzə (az-əbcəd. چرزه‎, fars. چرزه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 10 nəfər yaşayır (5 ailə).
Çatırdağ itburnusu
Çoxtikanlı itburnu (lat. Rosa spinosissima) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. İlk dəfə Avropadan təsvir edilmişdir. Çində, Rusyada Sibirdə, İngiltərədə, Şimali-Qərbi və Cənubi Asiyada yayılmışdır. Dik duran budaqlara malik 50-75 sm hündürlüyündə xırda kolcuqdur. Qopartikanları müxtəlifdir: nisbətən iri, düz və ya bir qədər dala doğru əyilmiş və xırda iynəşəkilli formada olur. May və iyun aylarında çiçək açır. Çiçəkləri tək-təkdir, çiçək saplağı 25-40 mm uzunluqdadır. Meyvələri kürəşəkilli və ya bir qədər dikvarı, basıqdır, yetişdikdə tünd qəhvəyi, demək olar ki, qara rəngdə olur. Əsasən meşələrdə, qayalıqlarda, çay kənarında, subalp çəmənlərdə, dəniz səviyyəsindən 1100-2300 m hündürlükdə bitir.
Çatırdağ yaylası
Çatırdağ (ukr. Чатир-Даг, krımtat. Çatır Dağ, Чатыр Дагъ) — Krım yarımadasının cənubunda, dənizdən 10 km aralıda yerləşən yayla. Krım dağlarının əsas sırasını təşkil edir. Əvvəllər silsilələr arasında məsafə böyük olmamışdır. Ancaq Ulu-Üzən və Alma çaylarının eroziya fəaliyyəti nəticəsində bu məsafə artır. Yayla yuxarı və aşağı olmaqla iki platodan ibarətdir. Yuxarı platonda iki zirvə vardır: şərqdə — Anqar-Burun (1453 m) və qərbdə — Əkizli-Burun (1527 m). Yaylanın uzunlu şimaldan cənuba 10 km, şərqdən qərbə isə eni 4 km təşkil edir. Massiv klassik kars rayonudur.