ÇAŞDIRMAQ

f.
1. Müxtəlif yollarla birisinin çaşmasına, çaşıb-qalmasına, özünü itirməsinə səbəb olmaq.
Lakin gözlənilmədən verilən tutarlı suallar [Verdiyevi] çaşdırdı. Mir Cəlal.
Hadisə Qadiri elə çaşdırmış, ruhunu və qəlbini elə sıxmışdı ki, elə bil o gözəl qıza olan hissi və duyğuları da indi onun yadından çıxmışdı. Ə.Əbülhəsən.

2. Heyrətləndirmək, təəccübləndirmək, heyrətə salmaq.
Şərəfoğlunun gözlənilmədən və özü də belə namünasib vaxtda gəlməsi Rüstəm kişini çaşdırmışdı. M.İbrahimov.

3. məc. Yolunu itirmək, yoldan çıxmaq, azmaq.
İnsan oğlu dinc durmadı; Düz yolunu çaşdı yenə. S.Vurğun.
Okeanın o tayından; Dil verən olmasaydı; Siz belə çaşmazdınız. B.Vahabzadə.

// məc. Yanlış yola sövq etmək, düz yoldan sapdırmaq, yolundan azdırmaq.
Yenə bir para ata-analarına lənət olmuşlar başlayıblar millətimizi çaşdırmağa, azdırmağa. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇAŞDIRMAQ ÇAŞDIRMAQ Uşaqlar hamı him-cimlə onu başa salmaq istəyən yerdə daha da çaşdırmışdılar (M.İbrahimov); KARIXDIRMAQ [Fəridə:] Küçədən tapdım
ÇAŞDIRMA
ÇAŞI

Digər lüğətlərdə

ва́та всу́чивание лимфо... нацара́пывать опротестова́ние пренебрежи́тельно протяжённость ремни́ще Талиба́н кембри́йский нагоня́й показа́тель прорезать тяжели́ть ординарец delicatessen shop looey predator protection tie-rod treddle youse густоволосый знамёнщик отплёвываться