Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səlivə
Səlivə — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Coğrafi ad talış dilində sə (sı) "qırmızı" və livə "yarpaq" sözlərinin birləşməsindən ibarətdir (Dəmir ağacının yarpaqları payızda qırmızı rəngdə olur).
Səbihə Bəngüdaş
Səbihə Bəngüdaş (1904, İstanbul – 2 oktyabr 1992, Ankara) — türk rəssam və heykəltaraşdır. Türkiyənin ilk heykəltaraş qadındır. == Tərcümeyi-halı == Səbihə Bəngüdaş (qızlıqda Səbihə Ziya) 1904-cü ildə İstanbulda anadan olub. İlk təhsilini Əyyub Sultan Rəşad məktəbini (Əyyub Anadolu Lisesi) bitirmişdir. Atası Ziya bəy Şamdan Türkiyəyə gəlmişdir. Təhsilinin 4 ilini Şamda almışdır. Bundan sonra 1 il Fransada katolik məktəbində təhsilini davam etdirir. İstanbula qayıdan ailəsi Böyükada da məskunlaşır. O burada faud Paşanın məktəbinə daxil olur. 1920-ci ildə liseni bitirmədən Sanayi Nefis Mektebinin (bugünkü Mimar Sinan Güzel Sanatlar Üniversitesi)rəssamlıq bölməsinə daxil olur.
Səbihə Gökçən
Səbihə Göyçən (türk. Sabiha Gökçen; 22 mart 1913, Bursa, Xudavəndigar vilayəti – 22 mart 2001, Ankara) — dünyanın ilk qadın qırıcı təyyarə pilotu və ilk türk qadın pilotu. Mustafa Kamal Atatürkün qızlığa götürdüyü övladlarından biridir. == Həyatı == O, 22 mart 1913-cü ildə dünyaya göz açmış və 2001-ci ilin eyni günündə - martın 22-də dünyasını dəyişmişdir. O, Atatürkün Sabiha Gökçen adı ilə tanınmış mənəvi qızı idi. Onun atası Bursa vilayətinin baş katibi Mustafa Hafiz İzzət bəy, anası isə Xeyriyyə xanım idi. Sabiha özü də Bursada dünyaya gəlmişdi. Valideynlərini hələ balaca ikən itirmiş və böyük qardaşının himayəsi altında böyüyüb boya-başa çatmışdır. 1925-ci ildə 12 yaşının olmasına baxmayaraq, Bursanı ziyarət etməyə gələrək Hünkar adlı köşkdə qonaq qalan Atatürklə əlaqə yaradaraq təhsil almaq istəyini ona çatdırmağı bacarmışdır. Atatürk Sabihanın qardaşının icazəsi ilə onu öz himayəsinə götürmüş və özü ilə birlikdə Ankaraya gətirmişdi.
Səbihə Göyçən
Səbihə Göyçən (türk. Sabiha Gökçen; 22 mart 1913, Bursa, Xudavəndigar vilayəti – 22 mart 2001, Ankara) — dünyanın ilk qadın qırıcı təyyarə pilotu və ilk türk qadın pilotu. Mustafa Kamal Atatürkün qızlığa götürdüyü övladlarından biridir. == Həyatı == O, 22 mart 1913-cü ildə dünyaya göz açmış və 2001-ci ilin eyni günündə - martın 22-də dünyasını dəyişmişdir. O, Atatürkün Sabiha Gökçen adı ilə tanınmış mənəvi qızı idi. Onun atası Bursa vilayətinin baş katibi Mustafa Hafiz İzzət bəy, anası isə Xeyriyyə xanım idi. Sabiha özü də Bursada dünyaya gəlmişdi. Valideynlərini hələ balaca ikən itirmiş və böyük qardaşının himayəsi altında böyüyüb boya-başa çatmışdır. 1925-ci ildə 12 yaşının olmasına baxmayaraq, Bursanı ziyarət etməyə gələrək Hünkar adlı köşkdə qonaq qalan Atatürklə əlaqə yaradaraq təhsil almaq istəyini ona çatdırmağı bacarmışdır. Atatürk Sabihanın qardaşının icazəsi ilə onu öz himayəsinə götürmüş və özü ilə birlikdə Ankaraya gətirmişdi.
Səbihə Sultan
Ruqiyə Səbihə Sultan və ya Səbihə Osmanoğlu (19 mart 1894, İstanbul və ya Osmanlı imperiyası – 26 avqust 1971) — son Osmanlı sultanı Sultan Vahidəddinin qızı. == Həyatı == Səbihə Sultan 2 aprel 1894-cü ildə atasına məxsus Vahidəddin köşkündə dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Vahidəddin Əfəndi, anası isə onun ilk xanımı Əminə Nazikəda Qadınəfəndidir. Uşaq yaşlarında mükəmməl saray tərbiyəsi alan Səbihə Sultan bacısı Ülviyyə Sultanla birlikdə babasının xidmətçilərindən Mihrifələk xanımın oğlu Rəfiq bəy nəzarətində saray təhsilini tamamlamışdır. Ənənəvi Osmanlı tərbiyəsiylə yanaşı, Mile Voçino adlı bir italyan musiqiçidən piano dərsləri də almışdır. 1 fevral 1916-cı ildə İzzəddin Əfəndinin müəmmalı şəkildə vəfatının ardından, atası Vahidəddin Əfəndi taxt varisi elan olundu. Bu səbəblə vəliəhdin qızı olaraq Səbihə Sultanın evləndirilməsi müzakirə edildi. Onun üçün seçilən namizədlər arasında Rauf Orbay, Əhməd Muxtar Paşanın qardaşı oğlu Mehmed Əli Paşa və bir çox başqa ordu mənsubu da vardı. Üstəlik, sonuncu Qacar şahı Əhməd şah Qacar və o illərdə ordu daxilində yüksəlməyə başlayan Mustafa Kamal Paşa da Səbihə Sultan üçün əmisi Sultan Rəşada elçi düşmüşdü. Ancaq Səbihə Sultan o illərdə vəliəhd Əbdülməcid Əfəndinin oğlu Fərrux Əfəndiylə eşq yaşayırdı və bu səbəblə bu təkliflərin hamısını geri çevirdi.
Səbihə Sərtəl
Səbihə Dərviş Sərtəl (1895, Saloniki, Osmanlı imperiyası – 2 sentyabr 1968, Bakı, SSRİ) türk jurnalist və yazar. Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın yazardır. Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Sol düşüncəli yazar həmçinin türk mətbuat tarixində önəmli bir isim olan Mehmet Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır. == Həyatı == 1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Mehmet Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Mehmet Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi..
Səlimə Mehdiyeva
Səlimə İbrahim qızı Mehdiyeva — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Qeyri-kristallik yarımkeçiricilərin fizikası laboratoriyasının rəhbəri, professor (1993), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2017). == Həyatı == Səlimə İbrahim qızı Mehdiyeva 1941-ci ildə Naxçıvanda anadan olmuşdur. 1963-cü ildə BDU-nun fizika fakultəsini bitirdikdən sonra Az. MEA Fizika İnstitutunun aspiranturasına daxil olmuş, 1967-ci ildə Vilnus Dövlət Universitetində fizika və texnika baxımından çox maraqlı material olan selen yarımkeçiricisinin tətqiqi ilə bağlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1988-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini, 1993-cü ildə isə professor elmi adını almışdır. 1969-1978-ci illərdə Fizika İnstitutunda elmi katib, 1976-cı ildən isə həm də laboratoriya rəhbəri kimi fəaliyyət göstərmişdir. 1995-2002-ci illərdə Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini olmuş, hazırda “qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyasının rəhbəridir. Elmi məqalələrin sayı - 224 Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı - 61 Xaricdə çıxmış elmi əsərlərinin sayı - 127 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı - 14 Kadr hazırlığı- 13 fəlsəfə doktoru, 1 elmlər doktoru == Əsas elmi nailiyyətləri == İlk dəfə selendə köçürmə hadisələrinin, tarazlıqda olmayan müxtəlif elektron proseslərinin mexanizmləri, keçiricilik tipinin mənşəi, amorf, kristal, maya selenin elektrik, optik, istilik və mexaniki xassələrinə xarici faktorların təsir mexanizmləri müəyyənləşdirilmişdir. Selenin xassələrindəki anomallıqların səbəbinin onda olan oksigenin miqdarı və vəziyyəti ilə bağlı olduğu aşkar edilərək, seleni oksigendən təmizləmək üçün xüsusi qurğu təklif edilmişdir. Alınan nəticələr selenin xassələrini məqsədyönlü dəyişmək yollarının müəyyənləşdirilməsi və cihazların parametrlərinin yaxşılaşdırılması istiqamətində təkliflər verməyə imkan yaratmış və keçmiş ittifaqda yeni yüksək səmərəli selen cihazlarının hazırlanması üzrə xüsusi istehsal sahəsi də yaradılmışdı.
Səlimə Rüstəmova
Səlimə Rüstəm qızı Rüstəmova (1923, Xıdırlı, Ağdam rayonu – 16 avqust 1998, Bakı) — maarif xadimi, müəllimə, Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Səlimə Rüstəm qızı Rüstəmova 1923-cü ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. İlk təhsilini Xıdırlı kənd məktəbində almışdır. O, 1938–1940 illərdə Ağdam pedaqoji məktəbdə oxumuş, 1948–1950 illərdə Ağdam Dövlət Müəllimlər İnstitutunda təhsil almışdır. Səlimə Rüstəmova 1940-cı ildən pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, Ağdam şəhər 1 nömrəli orta məktəbdə, Ağdam şəhər 8 nömrəli orta məktəbdə ibtidai sinifdən dərs demişdir. Səlimə Rüstəmova 1948-ci ilin yanvar ayında Ağdam şəhər zəhmətkeş deputatları Sovetinə deputat seçilmişdir. O, 1951-ci ildə Boyəhmədli seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. Səlimə Rüstəmova 16 avqust 1998-ci ildə Bakıda vəfat etmişdir. == Ailəsi == Atası — Rüstəm Qulu oğlu Rüstəmzadə (1906–1943) Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində, Füzuli rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışmış və 1941–1943 illərdə Ağdam rayon Partiya Komitəsinin ikinci katibi işləmişdir.
Sənihə Sultan
Sənihə Sultan (7 dekabr 1851, Çırağan sarayı, İstanbul – 15 sentyabr 1931, Nitsa) — 31-ci Osmanlı sultanı Əbdülməcidin qızı, ilk türk sosioloqlarından Mehmed Səbahəddinin anasıdır. == Həyatı == 1852-ci ildə dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası Nalandil xanımdır. 1861-ci ildə atasının vəfatı ilə Osmanlı taxtına əmisi Sultan Əbdüləziz çıxdı. Əmisinin 1876-cı ildə taxtdan endirilərək öldürülməsinin ardından taxta böyük qardaşlarından V Murad, onun 93 günlük səltənətinin ardından digər qardaşı II Əbdülhəmid taxta çıxdı. Qardaşının səltənəti dönəmində 4 dekabr 1876-cı ildə Xəlil Rüfət Paşanın oğlu Mahmud Cəlaləddin Paşayla evləndirildi. Bu evlilikdən Mehmed Səbahəddin və Əhməd Lütfullah adında iki oğlu dünyaya gəldi. II Əbdülhəmid bacısı Rəfiyə Sultanın gənc yaşda vəfat etməsilə ona aid olan Çamlıca sarayını Sənihə Sultana təsis etdi. Sənihə Sultan uzun müddət ailəsilə birlikdə bu sarayda yaşadı. 1895-ci ildə sarayın aşağı hissəsində övladları üçün məktəb tikdirdi.
Təslimə Nəsrin
Təslimə Nəsrin (benq. তসলিমা নাসরিন, 25 avqust 1962[…]) onun adı mətbuatda Nasrin Cahan Taslima kimi tez-tez hallanır. O, 25 avqust 1962-ci ildə anadan olmuş,Banqladeşin feminist yazıçılarındandır.1986-1994-cü illərdə həkim-terapev işləyib. == Tərcümeyi-halı == O,"Kübar humanist" kimi əqidəsini təsvir edir.Hələ 1980-cı illərin sonlarında bir yazıçı kimi, ümumilikdə dinlərin xüsusilə də islamın öz radikal feminizm, tənqidi 10 ildən sonra ona dünya şöhrəti qazandırmışdır.Bunadan sonra onun üçün Banqladeş-ə qayıtmaq onun üçün mümkünsüz oldu.O bir müddət Hindistanda yaşadıqdan sonra Paris-ə ordanda Stokholm şəhərinə getmişdir.2007-ci ildə sosial etirazlarala əlaqədar olaraq Hindistan hökuməti onu bir neçə ay gizlətdi, bundan sonra o, İsveçə getdi, lakin Hindistana tezliklə yenidən qayıtdı.1 fevral 2009-cu ildən Nəsrin Parisdə yaşayır 2015-ci ildə "Məni müsəlman çağırmayın mən ateistəm Mən induizmdə daxil olmaqla bütün dinləri tənqid edirəm.Mən də müsəlmanların sıxışdırılması pisləyirəm.Mən Banqladeşdə induistlərin, Almaniyada nasistlərin, Bosniya, Fələstində yəhudilərin zülm əleyhinə qarşı etiraz edirəm" deyə bəyan edib.». == Əsərləri == === Poeziya === Shikore Bipul Khudha (Hunger in the Roots), 1986 The Game in Reverse: Poems and Essays by Taslima Nasrin 1995 Nirbashito Bahire Ontore (Banished Without and Within), 1989 Amar Kichu Jay Ashe Ne (I Couldn’t Care Less), 1990 Atole Ontorin (Captive In the Abyss), 1991 Balikar Gollachut (Game of the Girls), 1992 Behula Eka Bhashiyechilo Bhela (Behula Floated the Raft Alone), 1993 Ay Kosto Jhepe, Jibon Debo Mepe (Pain Come Roaring Down, I’ll Measure Out My Life for You), 1994 Nirbashito Narir Kobita (Poems From Exile), 1996 Jolopodyo (Waterlilies), 2000 Khali Khali Lage (Feeling Empty), 2004 Kicchukhan Thako (Stay For A While), 2005 Bhalobaso? Cchai baso (It’s your love! or a heap of trash!), 2007 Bondini (Prisoner), 2008 === Toplanmış esseleri === Nirbachito column (Selected Columns), 1990 Jabo na Keno jabo (I will not go; why should I?), 1991 Noshto meyer noshto goddo (Corrupt prose of a corrupt girl), 1992 ChoTo choTo dukkho kotha (Tale of trivial sorrows), 1994 Narir Kono Desh Nei (Women have no country), 2007 === Romanlar === Oporpokkho (The Opponent) 1992 Shodh (Revenge), 1992 (ISBN 978-81-88575-05-3) Nimontron (Invitation) 1993 Phera (Return) 1993 Bhromor Koio Gia (Tell Him The Secret) 1994 Forashi Premik (French Lover) 2002 Lajja (Shame), 1993 (ISBN 978-0-14-024051-1) === Tərcümeyi-hal === Amar Meyebela (My Girlhood), 1999 Utal Hawa (Wild Wind), 2002 Ka (Speak Up), 2003 Dwikhondito (Split-up in Two), 2003 Sei Sob Andhokar (All those darkness), 2004 Meyebela, My Bengali Girlhood — A Memoir of Growing Up Female in a Muslim World, 2002 (ISBN 1-58642-051-8) Ami Bhalo Nei, Tumi Bhalo Theko Priyo Desh (I am not okay, but you stay well my beloved homeland), 2006.
Vəlihə Abdullayeva
Abdullayeva Vəlihə Böyükağa qızı (1 yanvar 1949 – 1 yanvar 2024, Bakı) — Salyan Rayon İcra Hakimiyyətinin başçısı (1998–2001). == Həyatı == Vəlihə Abdullayeva 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1971-ci ildən Salyan Rayon Maliyyə şöbəsində, Salyan Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində, Salyan Rayon İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışmış, 1997-ci ildən Salyan Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini yerinə yetirmiş, 1998–2001-ci illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı işləmişdir. 1 yanvar 2024-cü il tarixində vəfat edib.
Salihə Aydəniz
Salihə Aydəniz (1973, Ergani, Diyarbəkir ili) — tibb bacısı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Salihə Aydəniz 1973-cü ildə Diyarbəkir ilinin Ergani ilçəsində anadan olub. Peşə Sağlamlıq Liseyinindən və Anadolu Universiteti Açıq Təhsil Bölməsindən məzun olub. Mardin ilinin Dargeçit ilçəsində tibb bacısı olaraq çalışıb. DBP, HDP və DEM üzvü olub. 2019-2023-cü illərdə Bölgələr Partiyasının (BDP) həmsədri olub. 2018-ci ildə Diyarbəkir ilindən, 2023-cü ildə isə Mardin ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü, 28-ci çağırışda isə TBMM İnzibati nəzarətçisi vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 2 uşaq anasıdır.
Səbihə Bozcalı
Xədicə Səbihə Bozcalı (türk. Sabiha Bozcalı; 1904, İstanbul – 12 aprel 1998, Türkiyə) — Türk rəssam və illüstratoru. O, öncə Münxen və Berlində, sonra isə Sanayi-i Nefise məktəbində rəssamlıq təhsili alıb. Səbihə Bozcalı sənaye istehsalını rəsmlərində önə çıxaran ilk qadın rəssam kimi də tanınır. Onun illüstrasiyaları dövrünün qəzetlərində dərc olunurdu. Rəşad Sevinçsoy və Nezih İzmiroğulları kimi illüstratorlarla yanaşı, Rəşad Əkrəm Qoçunun müəllifi olduğu İstanbul Ensiklopediyasının da illüstratorlarındandır. Bozcalı 11 cildlik İstanbul Ensiklopediyası üçün cəmi 901 illüstrasiya işləyib. O, Türkiyənin ilk qadın illüstratorudur. == Həyatı == Səbihə Bozcalı, Daxili İşlər naziri vəzifəsində çalışmış Faiq təxəllüsü ilə tanınan Memduh Paşanın sənətkar qızı Handan xanım və Bozcaadalı Həsən Hüsnü Paşanın oğlu admiral Rüştü Paşanın qızıdır. Bozcalı rəssamlıq təhsilinə 5 yaşında olarkən rəssam və muzey direktoru Əli Sami Boyardan dərs alaraq başlayıb.
Əlilə (Germi)
Əlilə (fars. اليله‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 430 nəfər yaşayır (90 ailə).
Düşərsən əlimə
Nu, poqodi! (rus. Ну, погоди!) — Sovet və Rusiya cizgi serialı. Cizgi serialının pilot bölümü 1969-cu ildə rejissor Gennadi Sokolski tərəfindən çəkildi, helə həmin ildə əsas cizgi serialının ilk nəşri işıq üzünü gördü. Süjetin əsasını Canavarın Dovşanı yemək ümidi ilə etdiyi davamlı uğursuz axtarışı təşkil edir. Sonda dovşan istənilən vəziyyətdən salamat çıxır, Canavar isə "Düşərsən, əlimə!" deyir və ya qışqırır. Səsi və görünüşünə görə bəzi insanlar Dovşanı dişi hesab edir. Amma əslində o erkəkdir. Canavar həmişə siqaret çəkən, zəifləri incidən, qanunlara biganə olaraq təsvir olunur. Canavarın böyük cüssəsi ilə balaca dovşanın öhdəsindən gələ bilməməsi gülüş yaradır.
Düşərsən əlimə!
Nu, poqodi! (rus. Ну, погоди!) — Sovet və Rusiya cizgi serialı. Cizgi serialının pilot bölümü 1969-cu ildə rejissor Gennadi Sokolski tərəfindən çəkildi, helə həmin ildə əsas cizgi serialının ilk nəşri işıq üzünü gördü. Süjetin əsasını Canavarın Dovşanı yemək ümidi ilə etdiyi davamlı uğursuz axtarışı təşkil edir. Sonda dovşan istənilən vəziyyətdən salamat çıxır, Canavar isə "Düşərsən, əlimə!" deyir və ya qışqırır. Səsi və görünüşünə görə bəzi insanlar Dovşanı dişi hesab edir. Amma əslində o erkəkdir. Canavar həmişə siqaret çəkən, zəifləri incidən, qanunlara biganə olaraq təsvir olunur. Canavarın böyük cüssəsi ilə balaca dovşanın öhdəsindən gələ bilməməsi gülüş yaradır.
Salihə Sera Kadıgil
Sera Kadıgil (29 noyabr 1984, İstanbul) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Sera Kadıgil 29 noyabr 1984-cü ildə İstanbul şəhərində anadan olub. Orta təhsilini Vəfa liseyində alıb. 2007-ci ildə İstanbul Universitetinin Hüquq bölməsindən məzun olub. 2010-cu ildə həmin universitetdə özəl hüquq üzrə magistr dərəcəsi alıb. Magistr dissertasiyası London Kraliça Meri Universitetində film əsərləri haqqında apardığı tədqiqatlar nəticəsində hazırlanıb. Hazırda İstanbul Universitetində PhD dərəcəsi üzrə təhsilini davam edir. İstanbul Vəkillər Kollegiyasının Heyvan hüquqları Komissiyasının İdarə Heyətinin üzvü vəzifəsində çalışıb. İngiliscə bilir. Evlidir.
Səbihə Rüfət Gürayman
Səbihə Rüfət (Ecəbilgə) Gürayman (türk. Sabiha Rıfat (Ecebilge) Gürayman; 1910, Bitola, Osmanlı imperiyası – 4 yanvar 2003, İzmir) — Türk inşaat mühəndisi və voleybolçu. Türkiyənin ilk qadın inşaat mühəndislərindən biri və Fənərbaxça İdman Klubuun ilk qadın voleybolçusu olub. Ölkənin müxtəlif yerlərində bir çox məktəb, dövlət idarələri və rəsmi binaların tikintisində çalışan Səbihə xanım Anıtkabirin tikintisində nəzarət rəisi vəzifəsində çalışıb. == Həyatı == Səbinə Gürayman1910-cu ildə Bitolada anadan olub. Onun atası kapitan Rüfət bəy Hərəkət Ordusu ilə İstanbula gələn zabitlərdən biri idi. İstanbula gəldikdən sonra ailəsini Monastırdən gətirərək Üsküdarda məskunlaşıb. Ailə Türkiyə İstiqlaliyyət müharibəsi zamanı əvvəlcə Bigada, sonra isə işğal altında olan İstanbulda yaşayıb. Səbihə xanım ilk təhsilini Beşiktaş Əsma Sultan İbtidai məktəbində alıb. 1925-ci ildə Nişantaşı Qız Orta məktəbini bitirib, daha sonra İstanbul Qız Liseyində oxuyub.
Eqlie
Eqlie (fr. Eygliers, oks. Aigliers) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Qiyestr kantonuna daxildir. INSEE kodu — 05052. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 749 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 488 nəfər (15-64 yaş) arasında 342 nəfər iqtisadi cəhətdən, 146 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70.1%, 1999-cu ildə 69.4%) idi. Fəal olan 342 nəfərdən 330 nəfəri (175 kişi və 155 qadın), 12 nəfəri işsizdir (5 kişi və 7 qadın).
Əsli Aybars
Əsli Aybars (türk. Aslı Aybars) — Türkiyə teatr və kino aktrisası. 25 may 1972-ci ildə İstanbul şəhərində anadan olmuşdur. 1990 - 1994 cü illər arasında Memar Sinan Universitetinin Dövlət Konservatoriyasının Teatr bölümünü bitirmişdir.
Əsli Həsənova
Əsli Bala qızı Həsənova (1905, Yelizavetpol – bilinmir) — Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyatı == Əsli Bala qızı Həsənova 1905-ci ildə Gəncə şəhərində anadan olub. 1936–1970-ci illərdə Gəncədəki Nizami adına sovxozda fəhlə işləmişdir. 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1970-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçi idi.
Əsli Nəmutlu
Əsli Nəmutlu (24 mart 1994, İstanbul – 12 yanvar 2012, Türkiyə) — Türk milli xizəkçi. == Həyatı == Saint Cozef Fransız Liseyində oxuyan Əsli, xizək etməyə daha 3 yaşında başladı və 2004-cü ildə Alov xizək dəstəsinə girərək ilk yarış təcrübəsini burada yaşadı. 2005-ci ildə Uludağda edilən yarışlarda kiçiklər kateqoriyasında üçüncü olduqdan bir il sonra, yenə Uludağda təşkil edilən yarışlarda slalomda 6-cılıq, böyük slalomda isə 4-cü lük əldə etdi. Eyni il Palandökendə edilən bu yarışların davam ayağında isə Türkiyə birinciliyini qazandı. Bu dərəcələriylə Türkiyə Milli Xizək Komandasına girən, eyni zamanda Alp İntizamı Milli Komandası oyunçusu Əsli Nəmutlu, Türkiyə Gənclər Xizək Çempionatına hazırlandığı Ərzurum Evli Xizək Mərkəzində məşq əsnasında düşərək boyunun qırılması nəticəsi 18 yaşında həyatını itirdi. Cənazəsi xüsusi təyyarələ İstanbula gətirilərək Qaracaəhməd Qəbiristanlığında torpağa verildi.
Əsli dəlillər
Üsuli-Fiqh və ya Əsli dəlillər (Ərəbcə: أصول الفقه Üsul ül-Fiqh), bir İslam hüququ yəni fiqh termini. == Ümumi məlumat == Əsli dəlillər termini və içində saxladığı alt başlıqlar, Şəri dəlillərin bir qismini əhatə edir. Şəri dəlillərin digər qismi isə fəri dəlillərdir. Əsli dəlillər dörd yerə ayrılır, bunlar: Kitab (Quran) Sünnə İcma Qiyas (Şiələrdə Ağıl) Bu dörd əsli dəlildən, ilk ikisi yəni Qur'an və Sünnət, vəhy dayanan yəni İslam dinindəki naslara dayanan dəlillərkən digər ikisi yəni icma və qiyas isə vəhy təməlli olmayıb ağli olmaqla bərabər İslami naslar ilə ilişkilidir. == Kitab == Kitab Allah-Təalanın Elçisi Məhəmmədə ərəbcə endirdiyi, müshəflərdə yazılaraq bizə qədər təvatür yolu ilə çatmış, Fatihə surəsi ilə başlayıb Nəs surəsi ilə qurtaran Qurani-Kərimdir. Üstün tutulan rəyə əsasən “qa-ra-ə” feilindən məsdərdir və kök mənası oxumaq, toplamaq və bir araya gətirməkdir. Quran yalnız bir etiqad, ibadət və əxlaqi kitab deyil, həm etiqad və ibadət, həm də insanlararası sosial-iqtisadi məsələləri ümumi prinsiplərlə tənzimləyən bir kitabdır. Ayələrdə belə buyurulur: “…Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!”[1] “…Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik).”[2] Qurani-Kərim Məhəmmədə (s.ə.s) ilk dəfə 610-cu ildə təfəkkür və ibadət üçün getdiyi Hira mağarasında, Ramazan ayının qədr gecəsində nazil olmağa başlamış, Cəbrayıl (ə.s) vasitəsilə 22 il 2 ay 22 gündə tamamlanmışdır. İlk nazil olan ayələr bunlardır: “(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
Əsli ədəd
Sadə ədəd — 2-dən başlayaraq yalnız 2 böləni (1-ə və özünə bölünən) olan natural ədəddir. == Sadə ədədlər cədvəlinin tərtibi tarixi == Sadə (əsli) ədədlər cədvəlini tərtib etmək işi ilə riyaziyyatçılar hələ çox qədim zamanlarda məşğul olmuşlar. Birinci belə işi riyaziyyatçı və coğrafiyaşünas Eratosfenin adına çıxırlar (bu alim bizim eradan əvvəl III əsrdə yaşamışdır). Eratosfenin üsulu ondan ibarətdir ki, natural ədədlər sırasından tədricən bütün mürəkkəb ədədlər pozulur. Əsli ədədlər cədvəli düzəltmənin bu üsuluna "Eratosfen xəlbiri deyirlər". == Sadə ədədlər == Vahiddən başqa, ancaq birə və özünə bölünən hər bir natural ədəd sadə (əsli) ədəd adlanır. 1 ədədi nə sadə (əsli) ədəd və nə də mürəkkəb ədəddir. Sonu 0, 4, 6, 8 rəqəmləri ilə qurtaran sadə ədədlər olmadığı kimi, sadə ədədlər içərisində 2, 5 ilə qurtaran ancaq bir ədəd var ki, o da 2 və 5 özüdür. Deməli 2 və 5-dən başqa bütün qalan sadə ədədlərin sonu 1, 3, 7, 9 rəqəmləri ilə qurtarır. 2 yeganə cüt ədəddir ki, sadə ədəddir.
Əziz Əsli
Əziz Əsli (d. 9.4.1938, Təbriz, İran) — keçmiş İranlı futbolçu. Dərayi və Persepolis klublarında oynayıb. Eləcə də İranın yığma komandasında çıxış edib.
Səbihə Göyçən Hava Limanı
Səbihə Göyçən Hava Limanı (türk. Sabiha Gökçen Havalimanı) — İstanbulun Pendik ilçəsinin sərhədlərində inşa edilən, şəhərin ikinci hava limanı. Havalimanı, dünyanın ilk qadın savaşçı pilotu və Türkiyənin ilk qadın pilotu olan Səbihə Göyçənin şərəfinə adlandırılmışdır. Təməli 1998-ci ilin fevralında qoyulmuş və 2001-ci ilin yanvarında tamamlanmış hava limanının dəyəri 550 milyon ABŞ dollarına bərabər olmuşdur. Hava limanı Malaysia Airports tərəfindən idarə olunur. Yerüstü xidmətləri, əməliyyatları, yük və təhlükəsizlik əməliyyatları ISG adlandırılan İstanbul Səbihə Göyçən Hava Limanı İnvestisiya İnşaat və İdarəetmə ASM tərəfindən həyata keçirilir. 2017-ci ildə 31.385.841 sərnişini, 219.656 təyyarəsini və 50.868 ton yük daşınmasını qəbul edən Səbihə Göyçən Hava Limanı, ölkənin ikinci ən işlək hava limanıdır. AirHelp Score 2019-a əsasən, dünyanın ən yaxşı 29-cu hava limanı seçilib, sorğuda 40-dan çox ölkədən 40 mindən çox sərnişinin iştirak etdiyi sorğuda 10-dan 7,93 bal toplayıb. == Quruluş == === Beynəlxalq terminalı === Yeni terminal binası illik 25 milyon sərnişin tutumuna malikdir, daxili və beynəlxalq reyslər eyni binada həyata keçirilir. İstanbul Səbihə Göyçən Beynəlxalq Hava Limanının terminalında yer alır: 4.818 nəqliyyat vasitəsi və 72 avtobus tutumlu 4 mərtəbəli avtopark 4 mərtəbəli və 128 otaqlı hava limanı oteli, quru və hava fərqli girişləri 112 check-in sayğacı, 24 şəxsi self-check sayğacı VIP bina və şəhər mənzərəsi olan CIP bölmələr 8 böyük gövdəyə (ICAO kodu E) və ya 16 orta gövdəyə (ICAO kodu C) eyni vaxtda xidmət edə biləcək çoxsaylı təyyarələrin dayanacaq sistemi, 400 m² konfrans zalı 5.000 m² qida və içki sənayesinin aparıcı markaları tərəfindən idarə edilən restoran və kafe sahəsi 4.500 m² beynəlxalq səviyyədə rüsumsuz mağazalar === Yük terminalı === İldə 90.000 ton yük anbarı 7.000 m² qapalı anbar ərazisi Hər biri 20 m² olmaqla 18 soyuq anbar === Aviasiya baxım, təmir və modifikasiya zonası === Hava limanı tərkibində THY Texniki ASM və Turkish Engine Center (TEC) şirkətləri ilə aviasiya baxımı, təmiri və modifikasiyasının həyata keçirildiyi bölgəsi yer alır.
Atrichantha elsiae
Hydroidea (lat. Hydroidea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Cinsin yeganə növü olan Hydroidea elsiae (Hilliard) P.O.Karis (köhnə adı Atrichantha elsiae) bitkisinin vətəni Cənubi Afrikadır.
Bulbophyllum elliae
Bulbophyllum elliae (lat. Bulbophyllum elliae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Hydroidea elsiae
Hydroidea (lat. Hydroidea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Cinsin yeganə növü olan Hydroidea elsiae (Hilliard) P.O.Karis (köhnə adı Atrichantha elsiae) bitkisinin vətəni Cənubi Afrikadır.
İlan Mesliye
İlan Mesliye (2 mart 2000, Loryan) — Liqa 2 təmsilçilərindən olan Loryan klubunda qapıçı kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Loryan === Mesliye öz futbolçu karyerasına 6 yaşı olarkən yerli klublarından olan Merlevenez klubunda start vermişdir. Uğurlu çıxışından sonra o, Loryan akademiyasına transfer olmuşdur. 1 fevral 2018-ci ildə Mesliye Loryan klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Mesliye peşəkar karyerasında debütünü 14 avqust 2018-ci ildə Valensiennes klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa Kuboku görüşündə Loryan rəqibinə 1–0 hesabı ilə qalib gəlmişdir.
Əşlə
Əşlə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.
Elise Norvood
Elise Norvood (18 iyun 1981, Sidney) — Avstraliyanı təmsil edən su poloçusu. Elise Norvood, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Elise Norvood, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Elize Reklü
Jan-Jak Elize Reklü (1830–1905) — Fransız səyyahı, tədqiqatçısı == Həyatı == Elize Reklü 1830-cü ildə Fransada kəndli ailəsində anadan olmuşdur. Anası kənd müəllimsə olduğundan ilkin təhsilini ev şəraitində almışdır. 12 yaşında ikən Elize Almaniyanın Neyvid şəhərinə oxumağa göndərilir. Gediş haqqı olmadığından alman dilində bir kəlmə belə bilməyən Elize Reklü Almaniyaya piyada yola düşməyə məcbur olur. Bu onun ilk, lakin plansız səyahəti olur. Neydendə yaşamaqla o, tez-tez şəhər ətrafına çıxar, Reyn çayının sahillərini gəzər, müxtəlif süxur və bitki nümunləri toplayardı. 848-ci ildə Fransada başlanan inqilab onun həyatında və dünya görüşündə böyük dəyişiklik yaratdı. 1849-cu ildə Reklü Almaniyada oxuyan böyük qardaşı ilə bərabər vətəni Fransaya səyahətə yola düşərkən insanların ağır həyat tərzini görməkdə onları istismarçılara qarşı mübarizədə fəal olmağa çağırır. Bu çağrışlar onun və qardaşının həbs olunmasına səbəb olur. Həsbdən azad olduqdan sonra Reklü Neyvid şəhərinə qayıdaraq fransız dilindən dərs deməyə başlayır.
Für Elise
Für Elise— Əsasən, Für Elise kimi bilinir (Alman dilində: [fyːɐ̯ ʔeˈliːzə]), Azərbaycan dilində "Eliza üçün" kimi tərcümə olunur və Lüdviq Van Bethovenin ən məşhur bəstələrindən biridir. Adətən bir bagatelle kimi təsnif edilir, bəzən də Albumblatt adlanır. Əsər bəstəkarın həyatı boyunca yayınlanmamışdır və bəstəkarın ölümündən 40 il sonra Lüdviq Nohl tərəfindən üzə çıxaılıb. Mahnı təxminlərə görə adı Therese olan və Bethovenin evlənmək istədiyi xanım üçün 1810 - cu ildə yazılıb. Amma Therese onunla evlənmək istəməyib. == Tarix == Əsər 1867- ci ildə, Bethovenin vəfatından (1827 - ci il) 40 il sonra yayınlanıb. Əsəri kəşf edən Ludviq Nohl, orijinal imzalı, 27 aprel 1810 - cu il tarixli əlyazma (indi itib) olduğunu təsdiqlədi. Musiqi Nohlun Neue Briefe Beethovens (Bethovendən Yeni Məktublar) əsərinin bir parçası olaraq (səhifə 28-33) Stuttgartda Johann Friedrich Cotta tərəfindən çapa verilib. === Elizanın şəxsiyyəti === "Eliza"- nın kim olduğu dəqiq məlum deyil. Max Unger Ludviq Nohlun əsərin adını səhv tərcümə etdiyini və orijinal əsərin "Für Therese" olaraq adlandırıldığını və Therese Malfatti von Rohrenbach zu Dezzanın (1792–1851) şərəfinə yazdığını güman edir.