SƏLİQƏ

is. [ ər. ] Nizam və qayda, bir şeyin düzgün vəziyyəti, nizamda olması. Səliqəyə salmaq. Şeyləri səliqə ilə düzmək. Kitabları səliqədə saxlamaq.
– Evin səliqəsində heç bir dəyişiklik yox idi. M.Hüseyn.
Qədir kişi Fərmanın evinin səliqəsini çox bəyəndi. Ə.Sadıq.

// Bir şeyi nizam və qaydada, gözəl vəziyyətdə saxlama və ya işləmə qabiliyyəti. Onun səliqəsinə söz yoxdur.
□ Səliqə ilə – bax səliqəli 1 və 3-cü mənalarda.
Oğlan çox səliqə ilə geyinmişdi. İ.Əfəndiyev.
Cahangirovun seyrək ağ saçları səliqə ilə dala daranmışdı. S.Qədirzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏLİQƏ SƏLİQƏ, NİZAM, SƏLİQƏ-SAHMAN, TƏMİZLİK
  • SƏLİQƏ sahman — qayda — təmizlik
SƏLİBÇİ
SƏLİQƏ-SAHMAN

Digər lüğətlərdə

гнуса́вый надме́нность подла́щивание ска́льпный славянофи́льский твердь телехи́т тёплое ули́ть говоре́ние матадо́рский подвя́ливать раздро́бленный теплозащи́та рефлексия autogenic homonymy hunchbacked Mac- overspill recommendation time killer интеллектуальный репродуктор филигрань