Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ərəş
Yaşayış məntəqələri Ərəş sancağı - Şirvan əyalətinin sancağı Ərəş sultanlığı Ərəş qəzası 1873-1926 Ərəş (şəhər) — Azərbaycanın Şirvan (indiki Yevlax rayonu) ərazisində mövcud olmuş şəhər. Ərəş (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Ətək
Ətək və ya yubka — beldən asılan və ayaqları bütün və ya qismən əhatə edən boru və ya konus formalı geyim. Ətək paltarın və ya donun alt hissəsidir və yaxud bir insanı beldən aşağı hissəsini əhatə edən ayrı bir xarici geyimdir. Qərb dünyasında, ətək adətən qadın geyimi hesab olunur. Lakin, istisnalar da var: Kilt, Şotlandiyanın ənənəvi kişi geyimidir. Yubkaların ətəyinin uzunluğu mikro ölçüdən döşəmə uzunluğuna qədər dəyişə bilər və estetika mədəni anlayışlarına, geyinənin şəxsi zövqünə görə, moda və sosial kontekst kimi amillərin təsirinə görə dəyişə bilər. Əksər ətəklər ayrı geyimlərdir, lakin bəziləri şort və mayo kimi bir geyimlərin bir hissəsi ola bilər. Ətəklər erkən dövrlərdən bəri alt bədəni örtməyin ən sadə yolu kimi geyilib. Mis dövrünün əvvəlindən indiki Serbiya və qonşu Balkan xalqlarının ərazisində yerləşən Vinça mədəniyyətinin (e.ə.5700-4500) istehsal etdiyi heykəlciklər qadınlara ətək kimi geyimlər göstərir. Ətək Yaxın Şərqdə və Misirdə bütün qədim mədəniyyətlərdə kişilər və qadınlar üçün standart geyim idi. Mesopotamiyadakı şumerlər kaunakes geyirdilər, bu bir kəmərlə bağlanmış xəz yubka növü idi.
Atəş
Atəş — soyad, təxəllüs. Əhməd Atəş — Kürd şərqşünası. Toxtamış Atəş — professor, publisist Mirzəağa Atəş — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist. Ülkər Atəş — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist.
Mirzəağa Atəş
Mirzəağa Atəş (Mirmövsümov Mirzəağa Nəsir oğlu; 1935, Qarabulaq (Xızı), Xızı rayonu – 2002, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist. Mirzəağa Mirmövsümov həm Azərbaycanda, həm keçmiş postsovet məkanında peşəkar ssenarist və dramaturq kimi tanınır. Mirmövsümov Mirzəağa Nəsir oğlu 1935-ci ildə Xızıda anadan olmuşdur. Adı Günəşlidir... (film, 1992) (qısametrajlı sənədli süjet-Mozalan № 162) Astana (film, 1988) Bağlı qapılar (film, 1986) Bir daha keyfiyyət barədə (film, 1987) Bir məktubun izilə (film, 1990) Bir sinədə iki ürək (film, 1987) Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini (film, 1986) Canlı naxışlar (film, 1987) Cavidi xatırlarkən (film, 1982) Çətin sual (film, 1979) Dərd çox… (film, 1988) Diaqnoz (film, 1991) Fəryad (film, 1993) Gəlinlər (film, 2002) Hacı Qara (film, 2002) Haqlı narazılıq (film, 1988) Heyvandarların gileyi (film, 1991) İgidlik rəmzi (film, 1992) İsrafçılıq (film, 1980) Kimə inanaq?
Nejla Atəş
Nejla Ateş (türk. Nejla Ateş; əsl adı Naciyə Batır, türk. Naciye Batır; 7 mart 1932, Konstansa – aprel 2005, İstanbul) — Türkiyə rəqqasəsi və aktrisası. ABŞ-də "Turkish Delight" kimi də tanınırdı. "Kral Riçard və səlibçilər", "Sinbadın oğlu" və "Fanni" filmlərində çəkilmişdir. 1954-cü ilin noyabrında Sentral parkda onun çılpaq heykəli ucaldılmışdır.
Atəş Aslanov
Atəş kisəsi
Atəş kisəsi və ya oqnevoy meşok (rus. огневой мешок) — iki və ya üç tərəfdən kütləvi və cəmləşmiş atəş hücumu həyata keçirmək əvvəlcədən təyin edilmiş ərazi sahəsi. Qarşı tərəfə ən qısa zamanda maksimum ziyan vurmaq üçün hərbi hissənin atəş sistemi daxilində təşkil olunur. Bu, həm cəbhənin ön xəttində, həm də müdafiənin dərinliklərində yerləşə bilər. Bundan Əfqanıstanda sovet qoşunlarına qarşı dəfələrlə tətbiq olunmuşdur. Birinci Qarabağ müharibəsi zamanı həyata keçirilmiş "Çeildağ" əməliyyatı əsnasında ermənilər tərəfindən Azərbaycan hərbçilərinə qarşı da istifadə edilmişdir. Həmçinin, eyni taktikadan İkinci Qarabağ müharibəsi zamanı baş tutan Hadrut döyüşündə Azərbaycan hərbçiləri tərəfindən istifadə edilmişdir.
Atəş nöqtəsi
Atəş nöqtəsi — şərti olaraq ətrafın qoruyucu xüsusiyyətlərinə istinad edərək taktiki cəhətdən sərfəli atəş mövqeyində müdafiə məqsədi ilə düşmənə ayrı bir atəş vasitəsilə qarşılıq (pulemyot, minaatan, qumbaraatan, topçu silahı və s.) ifadə edən müəyyən bir termindir. Atəş nöqtəsinin döyüşə hazır olması atəş gücü atəş mövqeyi tutduqda, hesablanmasına döyüş tapşırığı verildiyi, atəş məlumatları və döyüş sursatları hazırlandığı, kamuflyaj edildiyi və təhlükəsizlik təşkil edildiyi zaman meydana gəlir. Bütün digər atəş nöqtələrinə əlavə olaraq müasir istehkam fərqləndirir: uzunmüddətli atəş nöqtəsi - qarnizonlarının qorunması və maddi-texniki dəstəyi üşün nəzərdə tutulmuş, əlavə möhkəm materiallardan (polad, dəmir-beton) düzəldilən və döyüş sahəsini izləmək üçün xüsusi avadanlıqla (periskoplar, su boruları, havalandırma sistemləri, siqnalizasiya, rabitə, həyat dəstəyi və s.) təchiz edilmiş atəş nöqtəsi; taxtadan ibarət yeraltı atəş nöqtəsi - mühəndis-istehkam birlikləri tərəfindən qırıntı materiallarından sahə müdafiə strukturları kimi tez bir zamanda qurula bilən atəş nöqtəsi.
Atəş qarışqası
Atəş qarışqası (lat. Solenopsis) — Hymenoptera dəstəsindan bir həşərat növü.
Atəş ramı
Atəş ramı və ya Taran — döyüşdə istifadə oluna biləcək ən sonuncu hücum variantıdır. Hücum vasitələri bitmiş və ya zədələnmiş təyyarənin digər təyyarəyə və ya yer hədəfinə çırpılması ilə məhv üsuludur. Təyyarələrin ixtirasından çox əvvəl dəniz və quru döyüşlərində bu hücum növündən istifadə olunmuşdur. Atəş ramı ilə Kamikadze hücumları eyni deyildir. Çünki atəş ramı zamanı pilotun sağ qalmaq ehtimalı vardır. İlk taran 1914-cü ildə Birinci Dünya Müharibəsi zamanı Pyotr Nesterov tərəfindən həyata keçirilmişdir. Azərbaycan Hərbi Hava Qüvvələri tarixində ilk dəfə atəş ramı həyata keçirən pilot polkovnik Zaur Nudirəliyev olmuşdur.
Susdurucu atəş
Susdurucu atəş (ing. Supressive fire) — hərb elmində, düşmənə atəş açıb, onu qısa döyüş qabiliyyətini məhrum etmək, döyüşdə meydanının görüntüsünə mane, koordinasiya və idarəedilmə dağınıqlığı hədəfi ilə istifadə olunan taktiki fənd.
Toxtamış Atəş
Toxtamış Atəş (1944-2013) — professor, publisist Professor Toxtamış Atəş 1944-cü ildə İstanbulda anadan olub. Türkiyədə şərqşünaslıq-fars filologiyasının əsasını qoyan Fuad Körpülü, Zəki Vəlidi Toran kimi Cümhuriyyət dövrünün böyük və məşhur professorlarından olan Kürd Əhməd Atəşin orludur. Əhməd Atəş Məhəmmədhüseyn Şəhriyarın yaxın dostu kimi onunla tez-tez görüşmüş, həm də "Heydərbabaya salam" poemasını ilk dəfə Türkiyədə nəşr etdirərək onu dünya türkoloji dairələrinə tanıtmışdı. O, Güney Azərbaycan ədəbiyyatı başda olmaqla şərqşünaslıq və türkologiya sahəcində Türkiyə Cümhuriyyətinin qurucu alimlərindən ən birincisi kimi zoxlu sayda əsər yazmışdı.Toxtamış Atəş orta və lisey təhsilini Avstriya orta məktəbində və Vəfa Liseyində alıb, daha sonra Istanbul Universitetinin iqisadiyyat fakültəsində oxuyub, 1967-ci ildə həmin universiteti bitirib, 1968-ci ildə orda siyasət elimləri doktoru, 1974-cü ildə dosent, 1982-ci ildə isə professor olub. Müxtəlif dövrlərdə ABŞ və Almaniya universitetlərində dərs deyib. İstanbul Universiteti iqtisad fakültəsi beynəlxalq münasibətlər kafedrasında müəllimi, eyni zamanda Bilgi Universitetinin qurucularından biri və idarə heyətinin üzvüdür. "Cümhuriyyət" qəzetində köşə yazarıdır, ayrı-ayrı mətbuat orqanlarında məqalələr nəşr etdirir. Indiyədək 30-dan artıq kitabı çapdan çıxıb.Evli və bir uşaq atası olan Toxtamış Atəş 1968-cı il hadisələrinin önündə gedən gənc liderlərindən olub.
Ülkər Atəş
Ülkər Atəş (1 aprel 1963, Söyüdlü, Gədəbəy rayonu) — Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist. "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-nin sədr müavini, "Əlillər dünyası" qəzetinin redaktoru. "Xatun", "Ozan", "Qızıl mikrofon", "Qızıl qələm" media mükafatları laureatı. Ülkər Atəş (İsmayılova) 1963-cü il aprelin 1-də Azərbaycanın Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur. Bakıda Gözdən Əlillər üçün olan məktəbdə təhsil almağa başladı. Orta təhsilini başa vuran Ülkər Atəş Neftçi Qurban adına Mədəniyyət Sarayının nəzdindəki Qarmon şöbəsini, Bakı Mədəni Maarif Texnikumunu və daha sonra Britaniyanın “Oksfam” şirkətinin Massaj Reabilitasiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetinə qəbul olaraq, “Şərqşünaslıq” ixtisasına yiyələnmişdir. 1998-99, 2001-2004 və 2007-ci illərdə Ümumrespublika Baxış Müsabiqələrinin bədii qiraət üzrə laureatı olmuşdur.Dövrünün məşhur “Günay”, “Bozqurd”, “Millət”, “Ekspress”, “Cümhuriyyət”, “Zaman”, “Yeni Azərbaycan”, “Kredo”, “Nota”, “Vətən fədailəri” və s. kimi qəzetlərində, eləcə də, “Kirpi”, “Ulduz” kimi ədəbi-bədii jurnallarda əsərləri dərc olunmuş, görkəmli elm və ictimai xadimlər tərəfindən müsbət rəy almışdır. 1994-cü ildən jurnalistik fəaliyyətə başlamış, 1998-ci ildən etibarən “İcmal” qəzetində xüsusi müxbir işləmişdir.
Əhməd Atəş
Əhməd Atəş (1917 və ya 1911, Birecik[d], Şanlıurfa ili – 20 oktyabr 1966, İstanbul) — Kürd şərqşünası. Əhməd Atəş 1917-ci ildə Türkiyənin Birecik şəhərində anadan olmuşdu. Konya litseyində oxuduqdan sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsini 1939-cu ilda bitirmişdi. Eyni il asistent oldu. Professor Hellmut Ritterin yanında ərəb-fars filologiyası çalışmalarına başladı. 1953-cü ildə də professor oldu. Şərqşünaslıq İnstitutnun rəsmi quruluşunu təşkil etdi. Ayrıca yabançı bilim adamlarıyla Şark Tetkikleri Cemiyətinin qurulması onun sayəsində başa gəldi. Hasan Ali Yücelin Milli Təhsil nazirliyi dönəmində yayınlanma qərarı çıxan İslam ensiklopediyasının yayın qurulunda Adnan Adıvar ilə çalışmağa başladı. İran ədəbiyyatına ilişkin çalışmalarından ötürü İran tərəfindən ona "Bilimsel Takdir Madalya"sı verildi.
Ərəş (Yevlax)
Ərəş (əvvəlki adı: Şilyan) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Yevlax rayonunun Şilyan kəndi Ərəş kəndi və müvafiq olaraq Şilyan kənd Soveti Ərəş kənd Soveti adlandırılmışdır.
Ərəş (şəhər)
Ərəş — Azərbaycanın qədim şəhərlərindən biri. Şirvan ərazisində, indiki Yevlax rayonunun Xaldan qəsəbəsinin sahəsində mövcud olmuşdur. Ərəşin adına XV əsrə qədərki mənbələrdə təsadüf olunmur. Ehtimal etmək olar ki, Ərəş şəhər kimi məhz bu zamandan mövcuddur. Tarixçi Əmin Əhməd Razinin fikrincə, Ərəşin əsası Ənuşirəvan (Sasani hökmdarı I Xosrov) tərəfindən qoyulmuşdur. İndiki Xaldan kəndini xalq arasında Ərəş də adlandırırlar. Haqqında söhbət gedən əsl Ərəşin mərkəzi, ehtimal edidiyinə görə, Xaldandan üç kilometr şərqdə, Nemətabad deyilən kənddədir. XVI əsrdə ingilis səyyahları Ərəşin adını bütün Cənubi Qafqazın iri ipəçilik mərkəzi kimi çəkirlər. Ceffri Deketin yazdığına görə, Ərəş Şamaxıdan dəvə yolu ilə 4 günlük məsafədə yerləşirdi. A.Cenkinson yazırdı: "Ölkənin Ərəş adlanan baş və ən varlı ticarət şəhəri Gürcüstan sərhədində yerləşirdi.
Ərəş bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ərəş qəzası
Ərəş qəzası — Yelizavetpol quberniyasında inzibati vahid. 1873-cü ildə yaradılmışdı. Ərazisi 2308,10 kv.verst idi. Qafqaz təqviminin (1917) məlumatına görə qəzada 99400 nəfər əhali yaşayırdı; onların 53144 nəfəri (53,46%) kişi, 46256 nəfəri (46,54%) qadın idi. Qəza idarə sistemi fəaliyyət göstərirdi. Əhali, əsasən, kənd təsərrüfatında çalışırdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il avqustun 26-da Ərəş qəzasının Ağdaş yaşayış məntəqəsinə şəhər statusu vermiş, daxili işlər nazirinə şəhərin ərazisi və burada tətbiq ediləcək özünüidarənin forması haqqında xüsusi məruzə təqdim olunmasını tapşırmışdı. Azərbaycan hökumətibin 10 dekabr 1919-cu il tarixli qərarı ilə Ərəş qəzası Ağdaş qəzası adlandırılmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra qəzanın adının necə işlədilməsində fikir aydınlığı olmamışdır. Azərbaycan Mərkəzi Statistika İdarəsi tərəfindən 1922-ci ildə nəşr olunan Azərbaycanın yaşayış məskənlərinin siyahısında qəzanın adı Ağdaş (keçmiş Ərəş), 1921-ci il kənd təsərrüfatı siyahıya almasının 15-ci buraxılışında isə, sadəcə olaraq, "Ərəş" kimi verilmişdir.
Ərəş sultanlığı
Ərəş sultanlığı — sultanlıq Səfəvilər dövründə təşkil edilmişdir. Ərazisi əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. 1795-ci ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır. Orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. Buranı "Sultan" titulu daşıyan feodal hakimlər idarə edirdilər. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi. 1795-ci ildə Sultanlıq ləğv edilərək Şəki xanlığına qatıldı. Çarizmin 1873-cü ildə Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Qəzanın ərazisi 3212,5 kv.km. əhalisi isə 52371 nəfər idi.
Ətək (şəhər)
Ətək ㅡ Yəməndə şəhər. Şəbva mühafəzəsinin inzibati mərkəzi. Səna şəhərindən 458 km uzaqlıqda yerləşir.
Atəş Anbar
Atəş Anbar (fars. آتش‌انبار‎) — İranın Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşinin Əfşariyyə dehistanının ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 103 nəfər yaşayır (32 ailə). Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Mini ətək
Mini ətək diz qapağından yuxarıda qalan qısa ətəklərə verilən ümumi addır. Tarixi E.ə. XIV əsrə gedib çıxan mini ətək 1960-cı illərdə məşhurlaşmışdır. Jozefina Beykerin 1920-ci illərdə nümayişlərdə istifadə etdiyi "banan paltarı" müasir mini ətəyin ilk nümunələrindən biri hesab olunur. Mikro ətək çox qısa bir yubka növü olub, mini ətəkdən daha qısadır. Mikro ətək, altından başqa bir paltar geyilmədiyi təqdirdə, ombanın aşağı hissəsini açıq buraxır. Bunun qarşısını almaq üçün onu tayt və ya şortla bərabər geyinmək mümkündür. == Xarici keçidlər == "1960'ların modası". Viktoriya və Albert Muzeyi. 18 sentyabr 2016 tarixində arxivləşdirilib.
Fərid əl-Ətrəş
Fərid əl-Ətrəş (ərəb. فريد الأطرش‎; 18 oktyabr 1910[…] və ya 19 oktyabr 1910, Süveyda – 26 dekabr 1974, Beyrut) — Misir bəstəkarı, müğənni, virtuoz ud ifaçısı və aktyor. XX əsr ərəb musiqisinin görkəmli nümayəndələrindən biridir. Suriyadan Misirə köçmüş druz ailəsində doğulmuşdur. Uşaq yaşlarından anasından ud çalmağı öyrənmişdir. Misir Konservatoriyasında təhsil almış, Misir radiosunda musiqiçi kimi çalışmışdır, Yaradıcılığının ən mükəmməl dövrü 1930–1974 illərə təsadüf edir. Ərəb xalq musiqisindən bəhrələnmiş, müxtəlif janrlarda (məhəbbət, vətənpərvərlik, dini) mahnılar bəstələmişdir. Əsərl ərində Qərb musiqisinin də təsiri hiss olunur. Məşhur mahnıları: "Bahar", "Xəyalımın nuru", "Pıçıltı", "Sevgi tarixçəsi" və s. 30-dan artıq filmə musiqi bəstələmişdir: "Gənclik arzuları" (1943), "Cənab bülbül" (1946), "Yalnız səni sevirəm" (1949), "Ölməz melodiya" (1952), "Ürəyimin təranəsi" (1954), "Sev­gi sahili" (1961), "Naməlum qadından məktub" (1963), "Böyük məhəbbət".
Zombilənd: İkiqat Atəş
Zombilənd: İkiqat Atəş (ing. Zombieland: Double Tap) — Ruben Fleyşerin rejissorluğu ilə 2019-cu ildə çəkilmiş postapokaliptik zombi komediya filmi. Bu "Zombilənd" filminin davamıdır. Filmdə hadisələr Ağ Evdə keçir. Amansız və qorxmaz dörd zombi ovçusu daxili səyahətlərini davam etdirir. Bu dəfə onlar yalnız canlı ölülərin yeni növləri ilə mübarizə aparmalı, digər sağ qalanlarla da tanış olmalıdırlar. Bundan əlavə, qəhrəmanlarımızın sıralarında ciddi fikir ayrılığı müşahidə olunur.
Uzunmüddətli atəş nöqtəsi
Uzunmüddətli atəş nöqtəsi (rus. Долговременная огневая точка, DOT, bəzən "uzunmüddətli müdafiə nöqtəsi" də deyilir) — uzunmüddətli müdafiə və qorunan otaqdan (döyüş qazamatı) müxtəlif atəş silahlarını atmaq üçün davamlı materiallardan hazırlanmış ayrı bir kiçik kapital istehkam binası. DOTlar əsasən monolitik və ya yığma dəmir-beton, məhlul əsaslı daş, möhkəmlətmə və zireh örtüklü dəmir kirişlərdən tikilir. Tamamilə metaldan hazırlanmış atəş nöqtəsinə zirehli başlıq deyilir. Monolitik dəmir-beton ən çox istifadə ediləndir. Bu quruluşdan möhkəmləndirilmiş sahə sistemində tək və ya bir çox ola bilər. Digər uzunmüddətli istehkam tikililəri kimi, DOT da hərbi qulluqçuları düşmən atəşinə məruz qalmaqdan qoruyur (güllə, qəlpə, mina, mərmi və hava bombası partlayışları) və qarnizona düşmən üzərinə bu nöqtələrdən qala topları və pulemyot qurğuları vasitəsilə atəş etməyə imkan verir. Torpağa batmış tanklar (köhnəlmiş və ya müstəqil hərəkət etmək qabiliyyəti olmayan) bəzən DOT kimi, həmçinin təməllərə quraşdırılmış tank qüllələri (tank qülləsi qutuları) kimi istifadə olunurdu.
Bris Etes
Bris Etes — 11 aprel 1984-cü ildə Monakonun paytaxtında anadan olmuşdur. Monakolu yüngül atletdir. Monakonu 2015 Avropa Oyunlarında təmsil etdi. == Həyatı == Bris Etes 11 aprel 1984-cü ildə Monakonun paytaxtında anadan olmuşdur. == Karyerası == Bris Etes karyerası ərzində böyük uğurlar qazanmadı. O Monako ilə birgə yalnızca beynəlxalq yarışlarda uğur əldə etdi. Bris 2015 Avropa Oyunlarında iştirak etdi. Həm də Bris vətəninin bayrağını açılış mərasimində Bakı Olimpiya Stadionuna gətirdi.
Efes
Efes (yun. Eφεσος, lat. Ephesus) — Anadolunun qərb sahillərində İzmir ilinin Səlcuq ilçəsinin 3 km uzaqlığında yerləşən tarixi yunan şəhəri. Efes Qədim Yunanıstan dövründə İoniyanın 12 şəhərindən biri olmuşdur. Şəhərin neolit dövründə salındığı ehtimal olunur.
Təteş
Təteş və ya Tetüşi (tatar. Тәтеш; rus.
Teş
Teş (fr. Têche) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38500. Kommunanın 2012-ci il üçün əhalisi 581 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 162 ilə 411 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 27 km qərbdə yerləşir.
Efes Məclisi
Efes Məclisi aşağıdakı mənaları verə bilər: Birinci Efes Məclisi — 431-ci ildə təşkil edilmişdir. İkinci Efes Məclisi — 449-cu ildə təşkil edilmişdir. Üçüncü Efes Məclisi — 475-ci ildə təşkil edilmişdir.
Ellen Estes
Ellen Estes (d. 13 sentyabr 1978) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Ellen Estes, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Ellen Estes, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Enes Kanter
Enes Kanter (türk. Enes Kanter; doğulub 20 may 1992-ci il, Sürix, İsveçrə) — türk basketbolçusu. Son vaxtlar NBA-da Boston Seltiks komandasında oynamış. 2011-ci ildə keçirilən NBA Draftın birinci raunduna 3 nömrə ilə seçilmişdir. == Bioqrafiyası == 2006-2008-ci illərdə Fənərbaxça Ülker gənclər komandasında oynamışdır. Sonra 2008-2009-cu il mövsümündə böyüklər komandasına keçdi, lakin nadir hallarda oynaya bildi. Komandanın ən azı doqquz matçında - dördü Avroliqada, beşi isə Türkiyə çempionatında oynamışdır. Fənərbaxça və Olympiakos Kanterə peşəkar müqavilələr təklif etdilər, lakin ABŞ-dəki kolleclərdən birində oynamaq istədiyi üçün imtina etdi. === Kollej === Kanter ABŞ-yə getdi və Kaliforniyanın Simi-Velli şəhərinin Stounridj hazırlıq məktəbində oynamağa başladı. 14 aprel 2010-cu ildə Kanter Kentukki Universitetinə keçdi və NCAA-da çıxış etməyə başladı.
Enes dili
Enes dili — eneslərin dili. Samodi dillərinə aiddir. Rusiya Federasiyasının Taymır rayonunun Yenisey çayı sahillərində yaşayırlar. Enes dilində 43 nəfər danışır (2010). 2002-ci ildə onların sayı 119 idi. Bir-birindən kəskin fərqlənən iki dialekti var — somatu (tundra, xantay, turuxan) və pe-bay (meşə, baixin, karasin, manqazey). Qrammatikası ilə nenes dilinə və nqanasan diliə yaxındır və qohum dillər sayılır. == Enes əlifbası == Əlifbası 1980–1990-cı illərdə hazırlanıb. Rəsmi surətdə qəbul edilmənib, ancaq onunla üç kitab buraxılıb (o cümlədən məktəblilər üçün rus-enes lüğəti). "Таymır" qəzetində nadir hallarda enes dilində materiallar dərc edilir.
Enes Ünal
Enes Ünal (d. 10 may 1997; Bursa, Türkiyə) — hücumçu mövqeyində çıxış edən Türkiyəli futbolçu. İngiltərə Premyer Liqasında çıxış edən AFC Bournemouth komandasının futbolçusudur. Debüt oyununa 16 yaş 107 gün olan zaman, Bursasporun heyətində çıxan Enes Ünal, həm də 2015-ci ildən etibarən Türkiyə yığmasının formasını geyinir. == Həyatı == Enes Ünal 10 may 1997-ci ildə Türkiyənin Bursa ilinin Osmanqazi ilçəsində anadan olub. Onun atası Mesut Ünal, "Bursaspor"un sabiq futbolçusudur. == Karyerası == === Bursaspor (2013-2015) === === Genk (2015-2016) === === NAK Breda (2016) === === Tvente (2016-2017) === 2016-cı il 23 iyulda "Mançester Siti" komandası Enes Ünalı, Hollandiya Erediviziyasında çıxış edən "Tvente" komandasına icarəyə verdi. O, "Tvente" komandasının heyətində birinci qollarını, 2016-cı il 21 avqustda "Qroninqen" komandasına qarşı baş tutan oyunda vurdu. "Tvente" komandasının 4:3 hesablı qələbə qazandığı oyunda Enes Ünal, 23, 26 və 39-cu dəqiqələrdə qol vurdu. Ümumi olaraq isə Enes Ünal, mövsüm ərzində "Tvente" komandasının heyətində 33 oyuna çıxdı və 19 qol vurdu.
Enes İbrahim
Enes İbrahim — Makedoniya Respublikası Parlamentinin millət vəkili, türk siyasi xadimi. == Həyatı == Enes İbrahim 1984-cü ilin 8 avqust tarixində Makedoniyanın paytaxtı Skopye şəhərində türk ailəsində anadan olmuşdur. İlk təhsilini Təfəyyüz məktəbində aldıqdan sonra Yəhya Kamal Kollecində təhsil almışdır. Ali təhsil almaq üçün Skopye şəhərində yerləşən Skopye Kiril və Metodiy Universitetinin filologiya faklütəsinə daxil olmuşdur. Tələbə olduğu müddətdə sosial aktivliyi ilə seçilən Enes İbrahim Makedoniyada yaşayan türk icmasının problem və çətinliklərini ölkə gündəminə gətirməyə çalışırdı. == Fəaliyyətləri == 2008-ci ildə ölkənin ictimai çevrəsi ilə birlikdə Üfüq təşkilatını yaratmış, 2012-ci ildə həmin təşkilatın sədri seçilmişdir. Eyni zamanda təşkilatın rəsmi mətbu orqanı olan Üfüq jurnalının təşkilatda rəhbər olduğu müddət ərzində baş redaktoru kimi çalışmışdır. İctimai fəaliyyətində əsasən Makedoniya yaşayan etnik azlıqların problemlərini qabardan Enes İbrahim mövzu ilə bağlı istər ölkə daxilində, istərsə də ölkə xaricində onlarca tədbir, konfrans və platformalar təşkil etmişdir. 2012-ci ildə Türk Hərəkatı Partiyasına qoşulmuşdur və 2013-cü ildə partiyanın keçirdiyi daxili qurultayda baş katibi,2018-ci ildə səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. 2014-cü ildə Makedoniyada keçirilən erkən parlament seçkilərində iştirak edərək qalib gəlmişdir.
Etel Kama
Etel Kama (7 avqust 1992-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Kama 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Qrin Buffalos FK klubunda çıxış edir.
Etel Kennedi
Etel Skeykl Kennedi (tam adı: ing. Ethel Skakel Kennedy; 11 aprel 1928, Çikaqo, İllinoys – 10 oktyabr 2024, Boston) — Amerikalı insan hüquqları müvəkkili. ABŞ senatoru Robert Kennedinin həyat yoldaşı, Corc Skeykl və Enn Brennekin altıncı övladıdır. 1950-ci ildə Robert F. Kennedi ilə ailə həyatı qurub. Cütlüyün on bir övladı var. Həyat yoldaşı 1968-ci il iyunun 5-də sui-qəsdə məruz qalıb həyatını itirdikdən qısa müddət sonra Etel, Robert F. Kennedi Ədalət və İnsan hüquqları Mərkəzini yaratmışdır. Xeyriyyəçiliklə məşğul olan bu qeyri-kommersiya təşkilatının yaradılmasında məqsəd Robert F. Kennedinin ədalətli və sülhsevər dünya arzusunu reallaşdırmaqdır. 2014-cü ildə Etel Kennedi prezident Barak Obama tərəfindən Prezident Azadlıq medalı ilə təltif edilmişdir. Massaçusetsdə yaşayırdı. 2024-cü ildə vəfat edib.
Etel Voyniç
Etel Lilian Voyniç (ing. Ethel Lilian Voynich; 11 may 1864, Ballintempl[d], Kork[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 27 iyul 1960, Nyu-York, Nyu-York ştatı) — İngilis yazıçısı, tərcüməçisi, bəstəkarı, görkəmli ingilis alimi və riyaziyyat professoru Corc Bulinin qızı, Vilfred Voyniçin həyat yoldaşı. Veneradakı Voyniç krateri onun şərəfinə adlandırılmışdır. == Həyatı və fəaliyyəti == Atası Corc Bula onun doğulmasından 6 ay sonra vəfat etdiyi üçün Etel onu heç tanımırdı. Anası Meri Everest yunan dili professorun qızı idi. Meri istedadlı riyaziyyatçı idi. Himalay dağlarının ən hündür zirvəsi Everest dağı (Comolunqma) Merinin əmisi Corc Everestin adını daşıyır. Ana beş qızı yoxsulluq içində böyüdüb. Buna görə də, ən kiçiyi Etel səkkiz yaşına çatanda onu mərhum ərinin mədəndə kvartal ustası işləyən qardaşının yanına apardı. O, çox dindar və sərt bir insan idi.
Eten Paskal
Etyenn Paskal (ing. Étienne Pascal, 1588 – 1651) — Fransa riyaziyyatçısı Blez Paskalın atasıdır, sonralar onun adı ilə Paskal ilbizi adlanan 4-cü tərtib gözəl bir əyrini tapmışdır.
Həsən Əftəs
Həsən Əftəs (ərəb. حسن افطس‎) Əli Əsğər Əli oğlunun yeganə oğlu. Həsənin atası Əli Əsğər oğlu anasının bətnində olarkən Ərəbistanın Yənbə şəhərində 30 yaşında dünyasını dəyişmişdir. Ona Əftəs deyilməsinin səbəbi onun burnunun üstündə bir az içəri getmə olmasındanidi. O, uca qamətli və iyididi buna görədə ona Rəmhi ali Əbutalib (ərəb. رمح آل أبي طالب‎) deyirdilər. Məhəmməd Nəfsi Zəkiyyənin Abbasilərə qarşı sürdüyü savaşlarda onun müavin və bayraqdarı idi. Nəfsi Zəkiyyə öldürüldükdən sonra və qoşunu dağıldıqdan sonra Həsən gizləndi. Onun gizləndiyindən sonra İmam Sadiq İraqa gəldi və Əbu Cəfər Mənsurun yanına gedib dedi: Ey Mənsur, istəyirsən ki, Məhəmməd Rəsulullaha bir yaxşılıq edəsən? dedi: Hə, ey Əbaəbdillah.
Leaves' Eyes
Leaves' Eyes — Alman və Norveç metal qrupu. 2003-cü ildə Liv Kristine-in Theatre Of Tragedy qrupundan ayrıldıqdan sonra və Liv Kristine-in həyat yoldaşı Atrocity qrupunun vokalisti Alexander Krull ayrıldıqdan sonra qurulmuşdur. Liv Kristine Norveçli,Alexander Krull isə Almaniyalı olduğundan qrup iki ölkənin təmsilçisi kimi qeyd edilir. Qrupun ilk studio albomu 2004-cü ildə "Lovelorn" adlı albomları olmuşdur. Bu albomun işləri qurtardıqdan sonra Liv Kristine hamilə idi və onların ilk uşaqları dünyaya gəldi.
Mətanət Eres
Mətanət Əhmədova (31 dekabr 1975, Sumqayıt) — aktrisa. Mətanət Əhmədova 1975-ci il dekabırın 31-də Sumqayıt şəhərində doğulmuşdur. 1992-ci ildə elə Sumqayıtda orta məktəbi bitirdikdən sonra, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram, teatr və kino aktyorluğu fakültəsinə daxil olub. İkinci kursdan etibarən 16 il İlham Miniatür Teatrında çalışmışdır. Hazırda Şuşa Musiqili Dram teatrında fəaliyyət göstərir. Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Pərvanələrin rəqsi (serial, 2012) — Xatirə Tək olanda qorxma...
Necati Ateş
Necati Ateş (3 yanvar 1980, İzmir) — Türkiyənin keçmiş futbolçusudur. Uşaqlıq illərinin bir hissəsini Almaniyada keçirən Necati 14 yaşında ailəsi ilə birlikdə Türkiyəyə qayıdıb. O, məmləkəti İzmirdə Narlıdere Esnafsporun akademiyasında futbol oynamağa başlayıb. Üç il burada oynadıqdan sonra İzmirin güclü komandalarından olan Altayın akademiyasına transfer oldu. Burada əsasən PAF komandasında çıxış etsə də, ilk mövsümündən A komandasında məşqlərə başlayıb və 16 dekabr 1997-ci ildə İstanbulspor ilə Türkiyə kuboku matçında Ömər Pehlivanı 46-cı dəqiqədə əvəzləyərək ilk rəsmi matçını Altayda keçirib. 18 yanvar 1998-ci ildə "Bursaspor" la oynanan Super Liqa matçının 56-cı dəqiqəsində oyuna sonradan girərək birinci liqa oyununa çıxdı. O, yaşı az olmasına baxmayaraq, Altayda ilk mövsümündə 8 yarışda iştirak edib və bu yarışlarda iki qol vurub. Sonrakı iki mövsüm Altayda o qədər də müsbət keçmədi və iki mövsümdə 14 yarışda iştirak edə bildi. O, Altaydakı 3-cü mövsümünün fasiləsindən mövsümün sonuna kimi "Aydınspor" a icarəyə verilib. Mövsümün sonunda Altay'a qayıtdıqdan sonra Altay 1.
Ocean Eyes
"Ocean Eyes" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən birinci sinql. Mahnını əvvəlcə Finneas öz qrupu üçün yazmışdı, lakin Aylişin səsinə uyğun olduğunu gördükdən sonra mahnını ona vermək qərarına gəldi. Mahnı ilk dəfə 18 noyabr 2015-ci ildə SoundCloud-da buraxılıb. Bir il sonra 2016-cı ildə Darkroom və Interscope Records tərəfindən yenidən yayımlanmışdır.
Rhinestone Eyes
Rhinestone Eyes — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca üçüncü studiya albomu "Plastic Beach"-də səsləndirilmiş mahnı.
Mətə-mətə
Mətə-mətə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bəzən bu oyunu "Mətə qorudu"də adlandırırlar. Bir neçə uşaq bir yerə cəm olub sanama üsulu ilə "işçi" seçirlər. İşçi seçildikdən sonra düzəngah bir yerdə 15-20 sm dərinlikdə, 12-18 sm diametirlikdə mətə (çala) qazılır. Mətənin ətrafında mətədən 1 metr radiusda dairə cızılır. Çəkilmiş cızıq üzərində oyunçuların (işçidən başqa) sayına uyğun bir-birindən eyni məsafədə aralı, diametri 25 sm olan dairələr cızılır. Mətədən ən azı 3-4 metr aralıda isə işçi üçün diametri 25 sm-lik dairə cızılır. Oyunçuların (işçidən başqa) sayına uyğun bir ucu əyri dəyənək və işçi üçün 5-7 sm uzunluğunda çilik (taxta və ya ağac parçası) düzəldilir. Bundan sonra oyun başlayır. Oyunçular ağaclarını götürüb mətə ətrafında öz yerlərini (cızılmış dairəyə bir ayağnı qoymaq) tutur.