Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəvasir
Dəvasir (ərəb. الدواسر‎) — Ərəbistan yarımadasının ən böyük ərəb qəbilələrindən biri. Onun özəyi Nəcdin cənubunda yerləşir. Qəbilə Mərib bəndinin sonuncu padşahı Zayıd Məltumun nəslindəndir. Onlar Əzd kimi tanınan daha böyük qəbiləyə aiddirlər. Dəvasir qəbiləsi Ərəbistanın ən güclü və nüfuzlu qəbilələrindən biridir, çünki onlar Səud ailəsinin çox hissəsinin dayılarıdır. Qəbilə sivilizasiya və köçəriliyi özündə birləşdirir. Bir tərəfdən dəvə və mal-qara sahibi olan bədəvilərdən ibarətdir, digər tərəfdən isə xurma ağacları, şəhərlər və təsərrüfatlarla məşğuldurlar və onların torpaqları Ərəbistan yarımadasının ən məhsuldar torpaqlarından biridir. == Etimologiyası == Dəvasir termininin tərifi və mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Bunlardan ən populyarı odur ki, o, ya qəbilənin sələfi "Dosser"in adından, ya da "əsgərlər" kimi tərcümə olunan eyniadlı ərəb sözündən götürülmüşdür.
Əvasim
Əvasim (ərəb. العواصم‎, hərf. "müdafiələr, istehkamlar"; təkdə Asimə, اَلْـعَـاصِـمَـة, hərf. "müdafiəçi") — Kilikiya, Suriyanın şimalı və Yuxarı Mesopotamiyada Bizans imperiyası ilə Əməvi və Abbasi xilafətləri arasındakı sərhəd zonasının müsəlman tərəfinə istinad etmək üçün istifadə olunan ərəbcə termin. Bu, VIII əsrin əvvəllərində, müsəlman fəthlərinin ilk dalğası azaldıqdan sonra qurulmuş və Bizans irəliləyişləri tərəfindən əzilən X əsrin ortalarına qədər davam etmişdir. Bu, suğur (اَلـثُّـغُـوْر; təkdə səqr, اَلـثَّـغْـر, hərf. "yarıq, açılış") kimi tanınan möhkəmləndirilmiş istehkamlar zəncirindən yaranmış irəli markalardan, həmçinin əsas əvasim olaraq bilinən sərhəd zonasının arxa və ya daxili sahələrindən ibarət idi. Suğur termini Əndəlus və Mavəraünnəhr yürüşlərində də istifadə edilmişdir. Bu, XIV əsrdə Misir Məmlükləri tərəfindən yenidən canlandırılmaq üçün Fərat regionunda bərpa edilmişdir. Qazi (islam) Honigmann, Ernst (1935). Byzance et les Arabes, Tome III: Die Ostgrenze des Byzantinischen Reiches von 363 bis 1071 nach griechischen, arabischen, syrischen und armenischen Quellen. Corpus Bruxellense Historiae Byzantinae (in German). Brussels: Éditions de l'Institut de philologie et d'histoire orientales.
Cəvahir İsgəndərova
Cəvahir Allahverdi qızı İsgəndərova (3 mart 1914, Tiflis – 4 oktyabr 2003, Bakı) — Azərbaycanın teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1954). == Həyatı == Cəvahir İsgəndərova 3 mart 1914-cü ildə Tiflisdə anadan olub. O, Gənc Tamaşaçılar Teatrının yaradıcılarından olmuşdur. Bakıda qız məktəbində təhsil alan Cəvahir İsgəndərova kiçik yaşlarından dram dərnəyinin üzvü olmuşdur. 1927-ci ildə oynanılan Lətif Kərimlinin "Fırtına" əsərinin tamaşasında Anna rolunu ifa etmişdir. Elə həmin gündən onun karyerası Gənc Tamaşaçılar Teatrı ilə bağlı olmuşdur. Azərbaycan SSR xalq artisti, aktyor Əliağa Ağayevin həyat yoldaşı olmuşdur. Cəvahir İsgəndərova 4 oktyabr 2003-cü ildə Bakıda vəfat edib.
Gəvahir (Azərşəhr)
Gəvahir (fars. گواهر‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (31 ailə).
Zəvacir (Xudabəndə)
Zəvacir (fars. زواجر‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 808 nəfər yaşayır (198 ailə).
Saxir səhrası
Saxir səhrası (ərəb. الصخير‎) — Bəhreyn ərazisində yerləşə səhra. Elədə hündür olmayan təpələrə və vahələrə sahib olan səhra. Bəhreynin görməli yerlərindən sayılır. Zallaq limanınından qərbdə yerləşir. Cənub vilayətinin böyük hissəsini əhatə edir. Səhrada əl-Saxir sarayı yerləşir. Saray 1870-ci ildə tikilib. 2000-ci illərdən səhrada infrastruktur tikililərinin inşasına başlanılmışdır. Burada Universitet şəhərciyi salınmış, Saxir Beynəlxalq Avtodromu qurulmuşdur.
Əvarif əl-Məarif
“Əvarif əl-məarif”, təsəvvüf sahəsində yazılmış qiymətli mənbələrdən sayılır. Əsər Azərbaycanlı müəllif, böyük təsəvvüf alimi Əbu Həfs Ömər Sührəvərdiyə aiddir. Əsər həm tarixilik, həm də mənbə xüsusiyyəti baxımından vacib əhəmiyyətə malikdir. Əsərdə təsəvvüfün bütün sahələrinə toxunulmuş, təsəvvüf anlayışlarının, istilahlarının dərin izahı verilmiş, Quran ayələri və peyğəmbər hədislərindən nümunələr gətirilərək oxucular üçün aydınlaşdırılmışdır. Həqiqətən cəhalət bir zülmətdir. Nur, bu zülmət içərisində ağlın bəsirətini bürüdükcə qaranlıqlar çəkilib gedər və ağıl Haqqı göstərər.
Müsnəd Əbu Əvani
Müsnəd Əbu Əvanə (ərəb. مسند أبي عوانة‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair Hafiz Əbu Avani əl-İsfərayeni tərəfindən tərtib edilmiş hədislər toplusu. Əbu Avanə Xorasan, İraq, Hicaz, Yəmən, Şam, Ərəbistan yarımadası, Fars, İsfahan və Misiri gəzərək hədisləri toplayıb öyrənirdi. Əbu Avanə əl-İsfərayeninin tələbələri Əbu Əli ən-Neysaburi, İbn Ədi və ət-Təbərani idi. O, Şafii məzhəbini əl-Muzani və ər-Rəbi ibn Süleymandan (İmam Şafiinin şagirdləri) götürərək İsfareyndə ilk yayan şəxs olmuşdur. Əbu Əvanənin "Müsnədi" Müslim ibn əl-Həccac tərəfindən təkrar nəzərdən keçirilmiş Səhihi Müslim kimidir. Məcmuədə Müslimdən gələn hədislərlə yanaşı, Əbu Avanənin özündən də az sayda hədislər vardır. Buda Müsnəddə təkcə etibarlı (səhih) deyil, həm də yaxşı (həsən) və hətta zəif (daif) hədislərin olmasını izah edir.
Avaxıl
Avaxıl — Azərbaycan Respublikasının Şamaxı rayonunun Avaxıl inzibati ərazi vahidində kənd. Avaxıl çayın (Ağsu çayın mənbəyi) sahilindədir. Yaşayış məntəqəsinin adı ərazisindəki mineral bulağın adından goturulub.Yerli toponimikada bu adın hava axan, havası bol olan yer və s.mənada izahları vardır. == Mədəniyyəti == Kənddə XIX əsrə aid məscid binası və hələ tam öyrənilməmiş qədim qəbristanlıqlar, o cümlədən Ömər Soltan Xəlvəti Avaxıli, Əhməd Rəvanı, qəbristanlıqları və Pir Qulu, Murad piri, Feyzulla piri, Alçalı pir, Pir Hüseyn, Pir Hacı, Dünya nənə və b. ziyarətgahlar mövcuddur. Ümumiyyətlə kənd ərazisinin bəzi yerlərindən saxsı qırıqları, saxsı kəhrizlərə və başqa maraq doğuran tapıntılara rast gəlinsə də heç zaman tarixi-arxeoloji tədqiqatlar aparılmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dəniz səviyyəsindən 1.386 metr hündürlükdə, rayonun inzibati mərkəzi Şamaxı şəhərindən 29 km uzaqlıqda yerləşir. Kənd Qabandağ silsiləsinin ətəyində Yekəqurşaqlı və Hallacı aşırımlarının arasında yerləşir. Ərazisində onlarla şirin su mənbələri , gözəl səfalı bulaqlar, o cümlədən müalicəvi əhəmiyyətli "İlisu" suyu vardır. Şamaxı rayonunun ən böyük şirin su mənbələrindən olan Qırxbulaq, Qoşabulaq, Kamil bulağı, Buzbulaq, Şıxbulağı, Nehrə bulağı, Şaqqulu bulaq, Əzgilli bulaq, Avaxıl bulağı, Böyük bulaq, İlisu, Kötüklü, Şirəli bulaq,Cəfər bulağı, Qaraçöhrə bulağı,Sərçə bulağı və bundan savayı onlarla şirin su mənbələri mövcuddur.
Elixir
Elixir — Erlang (BEAM) virtual maşınında işləyən funksional və bölünmüş çoxməqsədli proqramlaşdırma dili. Erlang əsasında hazırlanması bölünmə, imtinaya qarşı dözümlülük, yumşaq real vaxt rejimində icra və protokollar vasitəsilə tətbiq olunan markoslar və polimorfizm ilə metoproqramlaşdırmanı təmin edir. Proses ağacları ilə işləmək üçün Erlang / OTP istifadə edir. Əvvəllər Ruby on Rails yaratma çərçivəsinin əsas inkişaf etdiricilərindən biri Plataformatec-in həmtəsisçisi Xose Valim tərəfindən hazırlanmışdır. Onun məqsədi Erlang alətləri və ekosistemi ilə uyğunluğu saxlayaraq Erlang VM-də daha yüksək genişlənmə qabiliyyəti və səmərəliliyi təmin etmək idi.
Vayxır
Vayxır (Babək) — Azərbaycanın Babək rayonunda kənd. Vayxır (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Vayxır — Babək rayonunda mineral bulaqlar.
Axir (islam)
Əl-Axir (ər. الآخر) — Allahın adlarından biri. Varlığının sonu olmayan, bütün varlıqların həyatı son tapsa da varlığı daimi olan, deməkdir. Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Allah Öz əzəli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, Özü görünməz, dərkolunmazdır. Allahın varlığı aşkar, mahiyyəti isə tamamilə gizlidir). Allah kainatı yoxluqdan yaradıb və onu ən sonda yenə əvvəlki vəziyyətinə qaytaracaq, yox edəcəkdir. Yox olmayacaq heç bir əşya, ölümsüz olan heç bir canlı mövcud deyil. Dünyadaki bütün canlılar doğar və ölərlər, hər şeyin bir ömrü, müddəti var.
Əl-Axir
Əl-Axir (ər. الآخر) — Allahın adlarından biri. Varlığının sonu olmayan, bütün varlıqların həyatı son tapsa da varlığı daimi olan, deməkdir. Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Allah Öz əzəli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, Özü görünməz, dərkolunmazdır. Allahın varlığı aşkar, mahiyyəti isə tamamilə gizlidir). Allah kainatı yoxluqdan yaradıb və onu ən sonda yenə əvvəlki vəziyyətinə qaytaracaq, yox edəcəkdir. Yox olmayacaq heç bir əşya, ölümsüz olan heç bir canlı mövcud deyil. Dünyadaki bütün canlılar doğar və ölərlər, hər şeyin bir ömrü, müddəti var.
II Evaqor
II Evaqor (q.yun. Εὐαγόρας; e.ə. IV əsr) — Salamin hökümdarı (təxminən e.ə. 360 — 351), hökümdar Nikoklun oğlu. Siyasətdə farsların xeyrinə tutduğu mövqeyinə görə salaminlilər onu qovdular və onun yerinə hakimiyyətə onun qardaşı oğlu Pnitaqoru gətirdilər. Əhəmənilərin yanına qaçmışdır və Saydanın satrapı təyin olunmuşdur, oradan da üsyankar yerli əhali tərəfindən qovulmuşdur. Gizlincə Salaminə qayıtmışdır və orda tutularaq ölüm cəzasına məhkum edilmişdi. == Ədəbiyyat == Евагор // Brokhauz və Efronun ensiklopedik lüğəti : в 86-cı t. (82-ci tom и 4-cü əlavə). — Sankt-Peterburq, 1890—1907.
Vayxır (Babək)
Vayxır — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndi Alagözməzrə kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Vayxır kənd inzibati-ərazi vahidi yaradılmışdır. Kəndin yaxınlığında Köhnə Vayxır adlı xarabalıq mövcuddur. Həmin kəndin dağılması nəticəsində indiki Vayxır yaşayış məntəqəsi yaranmışdır. Kəndin adı oradakı Vayxır mineral bulağının adındandır. Bulağın adı isə orta fars dilində vah – "yaxşı", "xeyirxah" (müasir "beh/bəh" sözünün qədim halı) və xvar – "yer" sözlərindən ibarətdir ki, bu da bulağın müalicə əhəmiyyətli mineral su olması ilə əlaqədardır. Vayxır kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Naxçıvançayın sahilində, alçaq təpəlikdə yerləşir. Əhməd Qəşəmoğlu — şair, publisist, sosioloq, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1978). Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Vayxır kənd tam orta məktəbi fəaliyyət göstərir.
Vayxır (bulaq)
Vayxır — Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 17 km şimalda, kəndin şimal-qərbindəki okean səviyyəsindən 1100 m. yüksəklikdə çıxan bir neçə mineral bulaq və həmin bulaqlardan çıxan mineral su. Minerallaşma dərəcəsinə görə 2 tipə ayrılır: minerallaşma dərəcəsi 7,4 q/l xloridli-hidrokarbonatlı-sulfatlı-natriumlu-kalsiumludur. 4 əsas buruq quyusundan çıxan suyun gündəlik debiti 3,2 mln/l-dir. Mikroelementlərlə çox zəngindir: brom 1-4,3, yod 0,2-0,8, dəmir 3, arsen 1,5-2,8, mis 0,5, sink 0,07, stronsium 3 mq/litrdir. Həzmetmə orqanlarının xəstəlikləri, xroniki qastrit, diatez, şəkər diabeti, zob, sümük və oynaq və digər maddələr mübadiləsi pozuntuları zamanı istifadə edilir. İkinci qrupdan olan bulağın suyu "Sirab" mineral suyu kimi zəif minerallaşmış karbonqazlı, hidrokarbonatlı, kalsiumlu-natriumludur. Vayxır mineral bulaqları 1972-ci ildə elmi şəkildə öyrənilərək, orada 1985-ci ildə Vayxır Mineral Su Zavodu yaradılmışdır. 1987-ci ildən "Vayxır" mineral suları 0,5 litrlik şüşə qablarda sənaye üsulu ilə istehsalına başlanmışdır. Vayxır mineral sularından daxili xəstəliklərin müalicəsində qaraciyər (hepatiti), öd kisəsi iltihabı, xroniki qastiritlər, xroniki kolitlər və.s müalicəsində (sutkada 0,5 litr, 18-20 Cº) içilməsi əhəmiyyətlidir.
Vayxır (Şərur)
Vayxır — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Şərur rayonunun İbadulla i.ə.v. də kənd . Düzənlikdədir. Oykonim mənşəcə Babək r-nundakı vayxır kəndinin ərazisində köhnə vayxır adı ilə xarabalıqları qalmış qədim kəndin adı ilə bağlıdır.
Vayxır mədənləri
Vayxır mədənləri — Naxçıvan Muxtar Respublikası Babək rayonu ərazisində aşkar olunmuş qədim mədənlər. I və II Kültəpə yaşayış yerlərinin yaxınlığında oval çalalardan ibarətdir. Burada filizin saflaşdırılması nəticəsində əmələ gəlmiş süxur yığınlarının toplandığı sahədə (1,2 km2) kəşfiyyat qazıntıları zamanı daş çəkic, boz rəngli gil qab qırıqları aşkar olunmuşdur. Tapıntıların e. ə. II minilliyə aid olması ehtimal olunur.
Vayxır piri
Vayxır piri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndində ziyarətgah. Vayxır piri xalq arasında künbəz adlanır. Pirin binası bişmiş kərpiclə üzlük çəkilməklə bərpa edilmişdir. Bina dairəvi formadadır. Girişi ş. tərəfdəndir. Girişin hər iki tərəfində olan dördkünc formalı sütunun üzərində tağşəkilli ocaq düzəldilmişdir. Pirin divarında taxçalar vardır. Binanın dam örtüyü konusvarı formada olub, dəmirdən hazırlanmışdır. İçərisində iki qəbir vardır.
Vayxır qalası
Vayxır qalası — Babək rayonunda, Naxçıvançayın sol sahilində, eyniadlı kəndin yaxınlığında arxeoloji abidə. Vayxır qalası hər tərəfdən dərin yarğan, yaxud sıldırım qayalarla əhatələnmiş və təbii mühafizəyə malikdir. Qala, eyni zamanda, əlavə müdafiə istehkamı ilə də möhkəmləndirilmişdir. Müdafiə divarının (cənub divarının uzunluğu 150 m., şimal divarının uzunluğu 140 m.) həm dördkünc bürcləri, həm də bucaqşəkilli çıxıntıları var. Müdafiə divarları yüngülcə yonulmuş iri qaya parçalarından hörülərək gil məhlulu ilə bərkidilmişdir. Kəşfiyyat xarakterli tədqiqatlarda öyrənilmiş, bərpa layihəsi hazırlanmışdır. Qalanın e.ə. II minilliyə aid olması ehtimal olunur. Vayxır qalasının sahəsi 2 hektardan artıqdır. Qalanın divarları (eni 4–5 m.) yonulmamış iri qaya parçalarından, heç bir bərkidiçi məhlul olmadan tikilmişdir.
İlaxır çərşənbə
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.
Evax
Filago (lat. Filago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Çaxır turşusu
Çaxır turşusu — ikiəsaslı dördatomlu turşudur. Çaxır turşusunda iki asimmetrik karbon atomu olduğu üçün onun altı stereoizomeri (4 fəal izomeri və iki rasemik forması) olacağını gözləmək olardı. Ancaq çaxır turşusu molekulunda (eritritdə olduğu kimi) müəyyən dərəcədə simmetriklik (quruluşlu bərabər iki asimmetrtrik sistem) olduğu üçün onun dörd stereoizomer forması vardır. Bunlardan ikisi optik-fəal (sağ və sol çaxır turşuları), üçüncüsü üzüm turşusu adlanan rasemin r-forma və dördüncü mezoçaxır turşusu adlanan inaktiv l formasıdır. Üzüm turşusu üzüm şirəsində rast gəlinir. Sağ və sol çaxır turşularını qarışdırmaqla üzüm turşusu alınır. Bu zaman istilik əmələ gəlir və alınan üzüm turşusu xassələrinə görə çaxır turşularından xeyli fərqlənir. Bundan başqa üzüm turşusu trans-etendikarbon turşusunu (fumar turşusu) permanqanat ilə oksidləşdirdikdə də alınır. Siseten-dikarbon turşusu oksidləşdirildikdə isə mezoçaxırturşusu alınır. Paster, rasemik birləşmələrin xassələrinin və onların parçalanmasına aid əsas işlərini üüm turşusu üzərində aparmışdır.
Səyyət Askan Əşayir Milad (Puldəşt)
Səyyət Askan Əşayir Milad (fars. ‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 617 nəfər yaşayır (148 ailə).
Köhnə Vayxır abidəsi
Köhnə Vayxır abidəsi — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndində orta əsrlərə aid arxeoloji abidə. Abidə 1961-ci ildə O.H.Həbibullayev tərəfindən qeydə alınmışdır. Yaşayış yeri yamacda yerləşdiyindən mədəni təbəqə güclü aşınmaya məruz qalaraq dağılmışdır. Bəzi yerlərdə daşdan, yaxud çiy kərpicdən hörülmüş tikinti qalıqları saxlanmışdır. Aşınma zamanı yaşayış yerində əmələ gəlmiş yarğanlarda təbəqənin qalınlığı 1,5 metrdir. Yerüstü materiallar, əsasən, çəhrayı rəngdə bişirilmiş sadə və şirli qabların qırıqlarından ibarətdir. Onların bir qismi iri qum qatılmış gildən, bir qismi isə narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmişdir. Qablar hər iki tərəfdən yaxşı sığallanmışdır. Sadə qabların biri hündür ayaqlı olub oturacağı yastı və diskşəkillidir. Gövdəsinin yuxarı hissəsi kasa formalı olub, ağzının kənarı bir yerdə nov şəklində xaricə doğru çıxıntılıdır.
Vayxır su anbarı
Heydər Əliyev adına (Vayxır) su anbarı - tikintisi 2005-ci ildə Əkbərov Vəli tərəfindən başa çatdırılmışdır. Onun ümumi sututumu 100 mln m³, bəndinin uzunluğu 550 m, hündürlüyü 70,5 m-dir. Su anbarı Naxçıvan Muxtar Respublikasının Babək, Şahbuz və Culfa rayonlarında 6,9 min hektar yeni torpaqların suvarılması və 9,9 min hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə nəzərdə tutulmuşdur. Su anbarının layihəsi hələ 1981-ci ildə hazırlanmışdır. 1982-1983-cü illərdə inşaat işlərinə başlanıb. Lakin anbarın tikintisinə uzun illərdiki dayandırılmışdı.
Vayxır yaşayış yeri
Vаyхır yаşаyış yеri — Şərur rаyоnunundа Tumаslı kəndinin ərаzisində yеrləşir. Yаşаyış yеrinin bəzi qismlərində möhrə tikintilərin qаlıqlаrı qаlmışdır. Аrаşdırmаlаr zаmаnı yаşаyış yеrinidən çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Аşkаr оlunmuş mаtеriаllаrа əsаsən Vаyхır yаşаyış yеrini XIV-XVIII əsrlərə аid еtmək оlаr.
Çaxır Çəməni (Meşkinşəhr)
Çaxır Çəməni (fars. چاخرچمني‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Meşkin şəhristanının Mərkəzi bölgəsinin Ərşəq kəndistanında, Meşkinşəhrdən qəsəbəsindən 42 km şimaldadır. Kənddə 2006-cı il siyahıya alınmaya görə 192 nəfər yaşayır (48 ailə).