Əvarif əl-Məarif
“Əvarif əl-məarif”, təsəvvüf sahəsində yazılmış qiymətli mənbələrdən sayılır. Əsər Azərbaycanlı müəllif, böyük təsəvvüf alimi Əbu Həfs Ömər Sührəvərdiyə aiddir. Əsər həm tarixilik, həm də mənbə xüsusiyyəti baxımından vacib əhəmiyyətə malikdir. Əsərdə təsəvvüfün bütün sahələrinə toxunulmuş, təsəvvüf anlayışlarının, istilahlarının dərin izahı verilmiş, Quran ayələri və peyğəmbər hədislərindən nümunələr gətirilərək oxucular üçün aydınlaşdırılmışdır.
Həqiqətən cəhalət bir zülmətdir. Nur, bu zülmət içərisində ağlın bəsirətini bürüdükcə qaranlıqlar çəkilib gedər və ağıl Haqqı göstərər.