Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ələvi
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. == İyerarxiya nərdivanı == Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
Əməvi
Əməvilər (ərəb. الأمويون‎) və ya bəni Üməyyə ‏(ərəb. بنو أمية‎) — əsası I Müaviyə tərəfindən 661-ci ildə qoyulan müsəlman xəlifələri sülaləsi. Süfyani və mərvani əməviləri VIII əsrin ortalarına qədər Əməvilər xilafətini idarə etmişlər. Əməvilər sülaləsinin dövründə Xilafət ordusu indiki Cəbəlüttariq boğazını keçərək Avropaya girdi, müasir İspaniya torpaqlarına daxil olub yürüşü davam etdirdi. 750-ci ildə Əbu Müslimin qiyamı nəticəsində Əməvilər sülaləsini əvəz edən Abbasilər tərəfindən hakimiyyətdən devrilmiş və İspaniyada Kordova xilafətinin əsasını qoyan xəlifə Hişam ibn Əbd əl-Malikin nəvəsindən başqa bütün əməvilər həlak olmuşdur. Sülalənin banisi Əbdşəms ibn Əbdmanafın oğlu və Əbdülmütəllibin əmisi oğlu Üməyya ibn Əbd Şəms olmuşdur.
Ələvi Ocaqları
Ocaq (türk. Alevi Ocakları; kürd. Ocaxên elewî) — əsasən ələvilikdə, həmçinin bəktaşilikdə imam məqamında oturan dədələrin soyunu ifadə edən termin, dədəlik anlayışı strukturuna görə nəslə tabe olan qurum. Odur ki, ata öləndə oğlu onun yerinə keçir və bu, ələvi ənənəsində ocaq adlanır. == Strukturlaşdırma == Ələvi Ocaqları bir-birinə bağlıdır və aralarında nəsil ağacı tipli bir əlaqə mövcuddur. Nəsil ağacının başında Hacı Bektaş Vəlidir. Hər ocağın nəslindən gələn insanlar var. Ocaqların böyük oğulları olan dədələr kiçik qardaşlarından daha yüksək mövqedədirlər. Bu iyerarxik quruluş "əl-ələ, haqq" zehniyyətinin bir hissəsidir. Türkiyədə elə ocaqlar var ki, onların iyerarxiyası tədqiq olunmadığından qurulmamışdır.
Əməvi Xilafəti
Əməvi xilafəti və ya Dəməşq xilafəti ( 661-750; Böyük Britaniya : / ʊ ˈ m aɪ j æ d , uː ˈ - / , ABŞ : / uː ˈ m aɪ ( j ) ə d , - aɪ æ d / ; Ərəbcə : ٱلْخِلَافَة ٱلْأُمَوِيَّة , romanlaşdırılmış : əl-Xilafət əl-ʾUmawīyah ) dörd böyük xilafətdən ikincisi idi. Məhəmməd peyğəmbərin vəfatından sonra I Muaviyə tərəfindən quruldu . Xilafət Əməvilər sülaləsi tərəfindən idarə olunurdu ( ərəb : ٱلْأُمَوِيُّون , əl-ʾUmawīyūn , və ya بَنُو أُمَيَّة , Banū Umayyah , "övladları ). Ailə Birinci Fitnə başa çatdıqdan sonra altıncı xəlifə olmuş Böyük Suriyanın uzun müddət valisi olmuş Müaviyə ibn Əbi Süfyanla birlikdə sülalə, irsi hakimiyyət qurdu .661-ci ildə. 680-ci ildə I Muaviyənin vəfatından sonra varislik uğrunda ixtilaflar İkinci Fitnə ilə nəticələndi və hakimiyyət nəhayət qəbilənin başqa qolundan olan I Mərvanın əlinə keçdi . Böyük Suriya daha sonra Əməvilərin əsas güc bazası olaraq qaldı, onların paytaxtı Dəməşq idi. Əməvilər , Transoxiana , Sindh , Maqrib və Pireney yarımadasını ( Əndəlus ) İslam hakimiyyəti altına daxil edərək müsəlmanların fəthlərini davam etdirdilər. Ən böyük ölçüdə Əməvi Xilafəti 11.100.000 km 2 (4.300.000 sq mi) ərazini əhatə etdi və bu onu ərazi baxımından tarixin ən böyük imperiyalarından birinə çevirdi. İslam dünyasının əksər hissəsində sülalə 750-ci ildə Abbasilərin başçılıq etdiyi üsyan nəticəsində devrildi. Sülalədən sağ qalanlar Əmirlik şəklində olan Kordovada möhkəmləndilər.və sonra xilafət , İslam Qızıl dövründə dünya elm, tibb, fəlsəfə və ixtira mərkəzinə çevrildi.
Əməvi məscidi
Əməvi məscidi (ərəb. جامع بني أمية الكبير‎ Jāmi' Banī 'Umayya al-Kabīr), Şam Cümə məscidi kimi də adlandırılan məscid Şam şəhərinin qədim şəhər hissəsində yerləşir və dünyanın ən böyük və ən qədim məscidlərindən biridir. 634-cü ildə Şam şəhərinin Ərəblər tərəfindən alınmasından sonra, Roma İmparatoru I Konstantin dövründə Yahya peyğəmbər şərəfinə tikilən Xıristiyan bazilikası, Ebu Ubeyde bin Cerrahın başçılığı ilə 635-ci ildə bəzi dəyişiklər edilərək məscid kimi istifadə edilirdi. Yetmiş il ərzində həm kilsə, həm də məscid kimi iki dinin ibadətxanası olmuş bina müsəlman əhalinin zaman keçtikcə artması ilə əlaqəli tamamilə məscidə çevrilmişdir. Məsciddə bu gün hələ də qorunan Yahya peyğəmbərin qəbri və türbəsi kimi müqəddəs abidələri mühafizə edilir.Həmçinin məscidin içində Şiəlik üçün dəyərli əsərlər vardır. Məscidin şimal hissəsinə əlavə edilmiş balaca bir bağcada Səlahəddin Əyyubinin türbəsi tikilmişdir. Orijinal planı ilə bu günə qədər öz gözəlliyini saxlaya bilən Şam Əməvi məscidinin tikilişindən sonra İslam dövlətlərində tikilən bütün məscidlərin memarlığına model olmuş bir binadır. Məscid memarlığına bir çox yeniliklər əlavə etmişdir. Məscidin bitki və həndəsi motiflərilə, şəhər və bina təsvirləridən meydana gələn möhtəşəm mozaik bəzəkləri də memarlıq sənətinin tarixi üçün mühüm yer tutur. Məscidin başqa bir xüsusiyyəti də İslam aləmində ilk dəfə ümumi ayaqyolu burada tikilməsi olmuşdur.
Əyad Ələvi
Əyad Ələvi (kürd. إياد علاوي; 31 may 1945, Bağdad) — İraq siyasətçisi. O, 2014–2015-ci illərdə və 2016–2018-ci illərdə İraqın vitse-prezidenti vəzifəsində çalışmışdır. Əvvəllər o, 2004–2005-ci illərdə İraqın müvəqqəti baş naziri və 2003-cü ildə İraqın İdarə Heyətinin sədri (38-ci baş nazir) vəzifələrində işləmişdir.
Ələvi Misri duası
Əndəlüs Əməvi dövləti
Əndəlüs Əməvi Xilafəti (ərəb. خلافة قرطبة‎) və ya Kordova Xilafəti — indiki İspaniya və Portuqaliyada mövcud olmuş tarixi sünni İslam xilafəti. == Tarixi == Kordova Xilafəti (və ya Əndəlüs Əməvi Xilafəti) 929-1031-ci illər arasında paytaxtı İspaniyanın Kordova şəhəri olmaqla Pireney yarımadasında mövcud olmuş güclü bir İslam dövləti idi. Əndəlus adıyla tanınan bölgədə yerləşən bu xilafət Qərbi Avropada İslam sivilizasiyasının zirvələrindən biri hesab edilir və əhalisi, mədəniyyəti və iqtisadiyyatı ilə seçilirdi. Xilafətin qurucusu III Əbdürrəhman Əməvilər sülaləsinin bir üzvü olaraq Kordova Əmirliyini xilafətə çevirdi. O, Əməvilərin Suriyadakı xilafətindən olan varisliyə iddia edərək Bağdaddakı Abbasilərə rəqib olaraq Kordova Xilafətini elan etdi. Bu statusu qazanmaqla, o, siyasi və dini liderlik mövqeyini gücləndirdi və həm müsəlman, həm də xristian qonşularına qarşı üstünlük qazandı. Kordova Xilafəti elm, sənət, və texnologiyanın inkişafı ilə məşhur idi. Xüsusilə Kordova şəhəri Avropanın ən böyük və ən inkişaf etmiş şəhərlərindən biri hesab edilirdi. Kitabxanalar, universitetlər, və tibb elmləri ilə məşhur idi; İslam dünyasından, eləcə də xristian Avropasından alimlər burada təhsil alır və bilik mübadiləsi edirdilər.
Hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi əl-Bakuvi
Mir Məhəmməd Kərim ağa (1855 və ya 1853, Bakı – 1938) — Bakı qazısı, "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən. == Həyatı == Tam adı Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi olan müəllif 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Hz. Əlidən gəlməsi səbəbilə özünü Ələvi, Hz. Hüseyn soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün də Bakuvi adları ilə tanıtmışdır. Axund Mir Məhəmməd Kərim ağa İçərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır. "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən, ilk dəfə bu müqəddəs kitabın təfsirini (izahı) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında xidmətləri olan din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar səngimirdi. O dövürdə mollalar istəmirdi ki, camaat "Qurani-Kərim"i dərindən mənimsəsinlər.
Nəşəvi
Nəşəvi — təxəllüs.- Naxçıvani təxəllüsnün sinonimi Əbu Əbdüllah əl-Müfərric Nəşəvi — XIII əsr memarı Əhməd ibn Hacəf Nəşəvi — Şihabəddin Məhəmməd ən-Nəşəvi — Həddad ibn Asim Əbül Fədd ən - Nəşəvi, əl - Müfərric ibn - Əbu Əbdullah ən Nəşəvi, Əbu - Əbdullah əl - Hafiz ən - Nəşəvi, Əbu Abbas ən - Nəbhani ən - Nəşəvi, Əbu Xatim Əbu ər - Rəhman ibn - Məhəmməd ən - Nəşəvə, - şəriət elmlərinin mahir bilicisi, geniş erudisiyalı, "Kitab əl - ənşab" əsərinin müəllifi kitabdar Əbu - l - Fədi Xadadad ibn - Bəkran ən - Nəşəvə Ərəb alimlərindən Yaqut Həməvi özünün “Mücəm əl-buldan” əsərində Naxçıvan şəhərindən çoxlu alim çıxdığını və onların ən-Nəşəvi nisbəsilə məşhur olduqlarını göstərir.
Qələvi
Qələvilər — suda həll olan əsaslara deyilir. Qələvilərə LiOH, NaOH, KOH, RbOH, CsOH, Ca(OH)2, Sr(OH)2, Ba(OH)2 əsasları aiddir. Digər əsaslar ya suda az həll olur, ya da həll olmur: Zn(OH)2, Fe(OH)2, Cr(OH)2 və.s. == Alınması == 1) Aktiv metalların (Li,Na, K, Rb, Cs, Ca, Sr, Ba) su (H2O) ilə qarşılıqlı təsiri zamanı əvəzetmə reaksiyası ilə alınır: 2 Li + 2 H 2 O ⟶ 2 LiOH + H 2 {\displaystyle {\ce {2Li + 2H2O -> 2LiOH + H2}}} 2) Qələvi və qələvi-torpaq metalların hidridlərinin su ilə reaksiyasından alınır: KH + H 2 O ⟶ KOH + H 2 {\displaystyle {\ce {KH + H2O -> KOH + H2}}} == Qələvilərin adlandırılması == Əvvəlcə, sabit valentli metalın adı, sonra hidroksid sözü deyilir.
Əcəmi
Əcəmi (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Əcəmi (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Əcəri
Əcəri (yaxud Həcəri) — Qəbələ vilayətinin cənubunda, Qarasu və Girdimançayın arasında yerləşmiş tarixi vilayət. Cənubda Kür çayına qədər uzanırdı. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır.
Əcəvit
Mustafa Bülənd Ecevit (türk. Mustafa Bülent Ecevit, 28 may 1925[…], İstanbul – 5 noyabr 2006[…], Ankara) — şair, jurnalist, publisist, partiya sədri, baş nazir və siyasət adamı. == Haqqında == Müxtəlif dövrlərdə Ankara, Zonquldağ və İstanbuldan millət vəkili olmuşdur. Təmsilçilər Məclisinin üzvü, Cümhuriyyət Xalq Partiyası və Demokratik Sol Partiyasının sədri seçilmişdir. Türkiyə Çalışma Bakanı, dövlət naziri, baş nazir köməkçisi və baş nazir kimi fəaliyyət göstərmişdir. Ali təhsili olmadığı üçün Türkiyə prezidentliyinə namizəd ola bilməmişdir. Atası əslən güneydoğudan köçərək gəlmiş bir kürd kökənli müderrisin oğlu Kastamonu doğumlu Əhməd Fəxri Əcəvit Ankara Hüquq Fakültəsində professor idi . Anası Fatma Nazlı (milliyyətcə boşnak) isə rəssamdı. 1944-cü ildə Robert kolecini bitirən Bülənd Ecevit elə həmin il fəaliyyətinə Basın Yayın Genel Müdirliyində tərçüməçiliklə başladı. 1946-cı ildə sınıf yoldaşı Rahşan (Aral) Ecevit ilə ailə həyatı qurdular.
Ələhi
Ələhi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Eyni adlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən qərbdə, Ordubad-Nürgüt avtombil yolunun yaxınlığında, Gilançayın sol sahilində, Qapıcıq dağının ətəyindədir. Natamam orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi var. == Tarixi == Ələhi Ordubad rayonunun Bist inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin yamacındadır. Tədqiqatçıların fikrincə, toponim qədim türk dillərində işlənən əlik (çökəklik) sözü ilə əlaqədar yaranmışdır və kəndin coğrafi movqeyi ilə bağlıdır. Kəndin ərazisində eyniadlı bulaq da var.. == Əhalisi == Əhalisi 141 nəfərdir. Əhali bağçılıq, heyvandarlıq və arıçılıqla məşğuldur.
Ənəviz
Ənəviz (fars. اناويز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 302 nəfər yaşayır (61 ailə).
Ərəşi
Ərəşi — təxəllüs.
Bədəvi
Bədəvilər — Ön Asiyada və Şimali Afrikada yaşayan köçəri ərəblər. Köçəri bədəvilər çoxlu tayfalara və nəsillərə ayrılırdılar. Tayfanın otlaq yeri ümumi idi. Lakin sürülər ayrı-ayrı nəsillərə məxsus idi. Yaxşı otlaqlar üzərində tez-tez tayfa müharibələri – toqquşmaları olurdu. Qan intiqamı adəti də şiddətli vuruşmalara səbəb olurdu. Öldürülmüş və ya təhqir olunmuş ərəbin intiqamını almaq üçün bütün nəsil ayağa qalxırdı. Hər bir tayfa öz tanrısına inanırdı, səcdə edirdi. Bu isə ərəblər arasındakı çəkişməni daha da gücləndirirdi. Hər bir tayfanın başçısı vardı, onlar yürüşlər zamanı döyüşçülərə başçılıq edir, köç üçün yer seçir, nəsil üzvlərini mühakimə edirdilər.
Koordinasiya ədədi
Koordinasiya ədədi - kristallokimyanın əsas anlayışlarından biri; hər hansı atom və ya ion ətrafında ən yaxın məsafədə olan atom, yaxud ionların sayı. Qoldşmidt-Paulinq kristallokimyasında hesab edilir ki, koordinasiya ədədi radiusların (məsələn: ion birləşmələrində kation və anionların radiusları) nisbəti ilə müəyyən edilir. Povarennixə görə, koordinasiya ədədi əsasən əlaqələrin istiqamətlənməsi ilə təyin olunur. Hesab edilirdi ki, birləşmələrin əsas həcmi anionlardan təşkil olunub. Məsələn: oksigen birləşmələrində, xüsusən silikatlarda, Qoldşmidtə görə, həcmin 90–92%-ni oksigen anionları təşkil edir, kationlar isə onların arasındakı boşluqlarda yerləşir. Bu halda koordinasiya ədədi asılı olaraq kationlar birləşmələrin xüsusi çəkisinə təsir edir. Məsələn: Sobolevə görə, alümosilikat və silikatların sıxlığı arasındakı fərq Al-un koordinasiya ədədi ilə bağlıdır. Belə ki, çöl şpatlarında Al koordinasiya ədədi 4-dür və onlar nisbətən yüngüldür, alüminiumun silikatlarında isə koordinasiya ədədi 6 olub nisbətən daha sıxdır. Son vaxtlar belə fikir irəli sürülür ki, birləşmələrin həcminin əsasını kationlar təşkil edir və həcmin dəyişməsi isə əsasən anionların koordinasiya ədədi ilə müəyyən olunur. Oksigen birləşmələrində oksigenin koordinasiya ədədi böyük olduqca birləşmələrin sıxlığı da çoxalır.
Kəsbi Ərəşi
Kəsbi Ərəşi XVIII əsri şair Kəsbi Ərəşi barədə Salman Mümtaz məlumat vermiş, onun XVII əsrdə yaşa­dı­ğını, I Şah Abbas dövrünün (1587-1629) tarixi şəxsiyyətləri Yusif xan və Molla Həsənin dostu olduğunu bildirmişdir. «XI əsri-hicrinin əvvəllərində Şah Ab­bas Kəbir tərəfindən Yusif xan adlı bir zat Şirvan vilayətinə bəylərbəyi təyin olun­muşdu. Yusif xan özü gözəl təbi-şerə malik olduğu kimi, və­ziri Molla Həsən də o vaxtın dərin bilikli, fəsahətli şair­lə­rindən idi. Bu şairdust əmirin əhdində bəzi türkcə və farsca şeirlər söyləyən qüdrətli şairlər də yetişmişdir ki, onlardan da bəhs etmək mənfəətdən xali de­yil­dir.
Memar Əcəmi
Memar Əcəmi və ya Əcəmi ibn Əbubəkr Naxçıvani (1120-ci illər, Naxçıvan – XIII əsr, Naxçıvan) — mənşəcə Azərbaycan türklərindən olan, XI–XII əsrlərdə indiki Azərbaycan ərazisində Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifi. == Həyatı və yaradıcılığı == XI və XII əsrlər — Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə bir sıra dahi şəxsiyyətlər yaşayıb-yaratmışlar: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi və başqaları. Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi memarı kimi şöhrət qazanmışdır. Tanınmış sənətşünaslardan Ə. V. Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır.
Mersenn ədədi
Mersenn ədədi — ( 2p ) - 1 düsturu ilə ifadə olunan ədəd. Əgər "p" sadə ədəddirsə və düsturla hesablanıb alınan ədəd də sadə ədəddirsə, alınan ədəd Mersenne ədədi adlanır. == Tarixi == İlk dəfə bu düsturu hazırlayan və ilk Mersenn ədədini alan şəxs fransız riyaziyyatçısı Maren Mersenn (1588-1648) olmuşdur. == Düstur və nümunə == === Düstur === Mersenn ədədini almaq üçün bu düsturdan istifadə olunur: ( 2p ) - 1 Bu zaman iki şərt ödənməlidir. "p" mütləq sadə ədəd olmalıdır. Alınan ədəd sadə olmalıdır. Əgər hər iki şərt də ödənirsə alınan ədəd Mersenne ədədidir. === Nümunə === p = 2 (sadə ədəd) (2p ) - 1 = ( 22 ) - 1 = 4 - 1 = 3 (sadə ədəd) Nəticə: 3 Mersenn ədədidir. == Tapılması == İndiyə qədər 48 Mersenn ədədi tapılıb. Mersenne ədədlərinin sonsuz olub olmadığı elmə məlum deyil.
Mina Əhədi
Mina Əhədi (farsca:مینا احدی) — əslən İran azərbaycanlılarından olan siyasi aktivist. Hal-hazırda İran Fəhlə-Kommunist partiyasının Mərkəzi Komitəsinin və Siyasi Büronun üzvüdür. == Həyatı == 1956-cı ildə Cənubi Azərbaycanda Əbhər şəhərində anadan olmuşdur. Həyat yoldaşı da siyasi aktivist olmuş və İran İslam Respublikası tərəfindən cütlüyün məxsusi olaraq evlilik ildönümü tarixində edam edilmişdir. Bu hadisə Mina Əhədinin edam hökmünə qarşı sonrakı mübarizəsinin əsas motivasiya qaynağı olmuşdur. O, hal-hazırda Almaniyada yaşayır və işləyir. 2 qız övladı vardır. == Siyasi fəaliyyəti == Mina Əhədi inanc əsaslı qanunlar sisteminə qarşıdır və bütün vətəndaşların bərabər olacağı hüquq sistemini dəstəkləyir. Bundan əlavə Mina Əhədi Edam Əleyhinə Beynəlxalq Komitənin və Daşlama (Rəcm) Əleyhinə Komitənin əsas simasıdır. O, həmçinin Almaniya Keçmiş Müsəlman Mərkəzi Şurasının əsas qurucusudur.
Səfəvi
Səfəvilər — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü Azərbaycanın şahı elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan türklərinin milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir. == Səfəvilər sülaləsinin mənşəyi == Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti" və ya "Məmalik-e Əcəm" adlandırılmışdır. Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür.
Xavi
Xavi Hernandez, Xavier Hernández Creus (25 yanvar 1980, Terrassa, Kataloniya) — Xavi kimi tanınan ispan futbolçu. 2008-ci ildə ən yaxşı oyunçu seçilib . = Barselona = O, La Masiyada təhsil almışdır. "Barselona" ilə 8 La Liqa, 2 Kral kuboku və 4 Çempionlar Liqası qazanıb. == Həyatı == Futbol həyatına "Barselona" infrastrukturunda başlayan Xavi 18 yaşında "Barselona"nın A komandasına yüksəldi. 1998-ci ildən bu yana "Barselona" heyətində olan Xavi Avro 2008-də Turnirin Ən Yaxşı Oyun Çıxaran Futbolçusu seçilmişdir. Pas faizi, üstün oyun zəkası, texnikası və yaradıcılığı çox yüksəkdir. "Barselona"nın La Liqa çempionluqlarında böyük pay sahibi olmuşdur. 2010 FİFA Dünya Kubokunda göstərdiyi performans ilə İspaniyanın dünya kubokunu qazanmasında böyük rol oynamışdır. 2 yanvar 2011-ci ildə "Levante" ilə liqa matçında "Barselona"nın heyətində 1000-ci dəfə forma geymiş və adını "Barselona" tarixinə yazdırmışdır.
Max ədədi
Max ədədi, hərəkət halında olan hər hansı bir kütlənin sürətinin, kütlənin mövcud olduğu şərtlər daxilindəki səs sürətinə olan nisbətidir. Qısaca Ma ya da M deyilir. Adını Avstriyalı fizik və filosof Ernst Maxdan almışdır. Ernst Maxdan əvvəl bu mövzu haqqında Fransız fizik Sarrau da tədqiqatlar apardığında Sarrau ədədi də adlanır. Nümunə olaraq, dəniz səviyyəsində, 1 atm təzyiq şəraitində və 15oC hava istiliyində 1 Max = 1226,5 km/saat (340 metr/saniyə) olaraq müəyyənləşdirilir. Yerdə səs sürəti göyə nisbətdə daha yuxarı dəyərdədir. Yerdən yuxarıya doğru qalxdıqca havanın temperaturu aşağı düşür. Dəniz səviyyəsindən 11 km hündürlüyə qədər (Stratosfer sərhədinə qədər) olan atmosfer təbəqəsinə troposfer deyilir. Səs sürətinin kvadratı havanın temperaturu ilə düz nisbətdə dəyişdiyinə görə, yerdən yuxarıya doğru qalxdıqca səs sürəti aşağı düşür. Bununla əlaqədar olaraq o yüksəklikdəki max ədədi dəniz səviyyəsinə görə daha aşağı olur.
Ecevit
Mustafa Bülənd Ecevit (türk. Mustafa Bülent Ecevit, 28 may 1925[…], İstanbul – 5 noyabr 2006[…], Ankara) — şair, jurnalist, publisist, partiya sədri, baş nazir və siyasət adamı. == Haqqında == Müxtəlif dövrlərdə Ankara, Zonquldağ və İstanbuldan millət vəkili olmuşdur. Təmsilçilər Məclisinin üzvü, Cümhuriyyət Xalq Partiyası və Demokratik Sol Partiyasının sədri seçilmişdir. Türkiyə Çalışma Bakanı, dövlət naziri, baş nazir köməkçisi və baş nazir kimi fəaliyyət göstərmişdir. Ali təhsili olmadığı üçün Türkiyə prezidentliyinə namizəd ola bilməmişdir. Atası əslən güneydoğudan köçərək gəlmiş bir kürd kökənli müderrisin oğlu Kastamonu doğumlu Əhməd Fəxri Əcəvit Ankara Hüquq Fakültəsində professor idi . Anası Fatma Nazlı (milliyyətcə boşnak) isə rəssamdı. 1944-cü ildə Robert kolecini bitirən Bülənd Ecevit elə həmin il fəaliyyətinə Basın Yayın Genel Müdirliyində tərçüməçiliklə başladı. 1946-cı ildə sınıf yoldaşı Rahşan (Aral) Ecevit ilə ailə həyatı qurdular.
Elüvi
Elüvi — əsas süxurların aşınma məhsulunun əmələ gəldiyi əvvəlki yerində qalan hissəsidir. Elüvi aşınma qabığını əmələ gətirir.
Exeria
Eriya (lat. Eria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.