Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abaeni
Abaeni — Urartu dövlətində şəhər. Assuriya çarı I Sarqon VIII yürüşündə Abaenini ələ keçirə bilmişdir. Qriqor Qapantsyan şəhərin Malazgird ilə Bağrevənd arasında olduğuna inanır. Bəziləri bunu Apaxunik vilayəti ilə eyniləşdirir. Adların fonetik yaxınlığı çox güman ki, təsadüfidir.
Abarqi
Abarqi (şum. 𒀀𒁇𒄀, A.BAR.GI; Ur[d]) — təqribən e.ə. 3500-cü ildə hakimiyyətdə olmuş Ur çarı. Onun məzarı 1926–1927-ci illərdə ingilis arxeoloq ser Leonard Vulli tərəfindən Ur şəhərində tapılmıdır. Abarqinin yanında çariça Şub-adın məzarı yerləşirdi. Bu məzarlarda saray sakinlərinin skeletləri və əşyaları da tapılmışdır.
Buruni
Buruni (mald. ބުރުނީ) - yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Txaa atoluna daxildir. == Coğrafi yerləşmə == Buruni adası Txaa atoluna daxil olan 66 adadan biridir. Lakkadiv dənizində yerləşən ada ölkənin paytaxtı Male şəhərindən 196 km cənub-qərbdə yerləşir. == Əhali == 2006-cı il məlumatına əsasən Burunidə 1130 nəfər yaşayır: 48,84 % kişi və 51,15 % qadın. Əhalinin yaş strukturu: 44,69 % — 18 yaşından aşağı; 14,07 % — 19 - 25 yaş arası; 35,57 % — 26 - 64 yaş arası və 5,66 % — 65 yaş və yuxarı. Savadlılıq səviyyəsi — 98, 93 %.
Abari
Abari — Ambrolauri rayonunda kənd. == Toponimkası == Abari — Ambrolauri rayonunda kənd adı. Hun tayfa ittifaqına daxil olmuş qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Tədqiqatçılara görə avarlar özlərini məhz "abar" adlandırırdılar. Orxan-Yenisey türk run yazılarında Apar kimidir. Mənşəcə Ermənistanda olmuş altı Abaran kənd adı ilə eynidir.
Aluni
Aluni— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Lurdigan şəhristanının Xanmirzə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,297 nəfər və 481 ailədən ibarət idi.
Berni
Berni (fr. Bernie) rejissor Alber Düpontelin 1996-ci ildə çəkdiyi faciəvi komediyadır. == Məzmun == Berni 30 yaşlı yetim oğlandır. Günlərin bir günü o ata və anasını axtarıb tapmaq qərarına gəlir. Lakin bu axtarışlar ona baha oturur. Xüsusilə atasını tapdıqdan sonra onunla birlikdə anasının yeni ailəsinin bütün üzvlərini amansızcasına qətlə yetirərək, anasını atasının köməyi ilə qaçırır. Bu da daha böyük faciəyə gətirib çıxarır. Filmin yaradıcıları "məcburi xoşbəxtlik olmaz" deyimini kinematoqrafik dillə izah etməyə çalışmışlar. Əlbəttə bu məcburiyyət digərlərinin bəlasına səbəb olur və qəhrəman yavaş-yavaş məhvə doğru addımlayır.
Burfi
Burfi — Hindistan mətbəxinin (həmçinin Banqladeş və Pakistan mətbəxləri) məşhur şirniyyatlarından biri. Burfi qatılaşdırılmış süddən hazırlanmış şirin, konfetə bənzər şirniyyat növüdür. Hindistan yaranmış bu şirniyyat adı "qar" mənasını verən "barf" sözündən yaranıb. Bir neçə növü mövcuddur:besan burfi (qoyunnoxudu unu qatılır), kaaji burfi (Braziliya fıstığından hazırlanır), pista barfi (yerpüstəsindən hazırlanır) və sing barfi (yer fındığından hazırlanır).
Alburi Lam
Alburi-Lam (çeç. Албар-Лам) Çeçenistan Respublikası ilə sərhəddə Dağıstanın Kazbekovskiy bölgəsindəki dağ zirvəsidir. Dəniz səviyyəsindən yüksəklik - 2177.0 metr. ən yaxın məskunlaşma yerləri: Almak, Burtunay, Kalininaul və indi fəaliyyətə başlamayan Alburi-Otar və Xaniy duk Alburi Lamın şərqində hündürlüyü 2294 metr olan Tsanta dağ zirvəsidir, beləliklə Alburi Lam Tsanta silsiləsinin ikinci ən yüksək dağ zirvəsidir. == Ad == Dağ, adını Çeçen taipası Akköydən (çeç. Ӏаккой) gələn və eyni zamanda Şircha-Evlanın Auxov kəndinin cənubunda yerləşən Alburi-Otar kəndinə sahib olan sahibinin şərəfinə adını aldı. Alburinin mal-qarasını otaran muzdlu bir çoban öldükdə, dağ sahibinin olduğu Almak kəndinə məzar daşı göndərdiyini söyləyirlər. Bu vaxt, Alburi, dağındakı otlaqların cəlb etdiyi ətraf kəndlərdən gələn mal-qara sahibləri ilə tez-tez qarşıdurmalarda olurdu. Qafqaz müharibəsi zamanı Alburi Şamilin tərəfinə keçən iki oğlu Guraş (çeç. ГӀураш) və Janbyuru (çeç.
Baburi adası
Babur adası — Azərbaycanda bir ada. Bakı şəhərindən 70 kilometr cənub-qərbdə, ölkənin şərq hissəsində yerləşir.
Murad Aşurlı
Murad Aşurlı — azərbaycanlı alpinist. 2013-cü ilin 19 may tarixində Yer kürəsinin ən yüksək zirvəsi olan Everest zirvəsində üçüncü dəfə Azərbaycan bayrağını qaldıran şəxs olaraq tarixə keçmişdir. Murad Aşurlı 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini Moskva şəhərində aldıqdan sonra ABŞ-yə köçüb. O, son illər ABŞ-də aparıcı telekommunikasiya şirkətlərindən birinin top-meneceri vəzifəsində çalışırdı. 2007-ci ildə Şimali Amerikanın ən yüksək nöqtəsi – Makkinli zirvəsini, 2013-cü ildə isə Everesti fəth edib. Murad Aşurlı 21 oktyabr 2014-cü ildə Himalay dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam zirvəsindən enərkən qəzaya uğrayıb. Bildirilir ki, "7 zirvə" kommersiya ekspedisiya qrupuna daxil olan Murad Aşurlu 8 digər alpinistlə birlikdə Ama Dablam zirvəsinə uğurla qalxıb. Lakin geri qayıdanda faciləvi şəkildə itkin düşüb. Ekspedisiyanın başlamasından əvvəl Murad “Finding your Everest” (“Öz Everestinin axtarışında”) adlı kitabı üzərində işi yekunlaşdırıb.
Senecio baurii
Senecio baurii (lat. Senecio baurii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
İsrafil Aşurlı
İsrafil Əli oğlu Aşurlı (16 yanvar 1969, Bakı) — alpinist, Azərbaycan Alpinizm Federasiyanın Baş katibi (2022-ci ildən). Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010–2016), dünyanın ən hündür zirvəsi hesab olunan Everesti, Antarktida və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı. 2007-ci ildə Everest (8848 m), 2009-ci ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə isə Kanqçencanqa (8586 m), 2019-ci ildə isə Lxotze (8516 m), Manaslu (8163 m), 2022-ci ildə Broud-Zirvəsi (8051 m) və 2023-ci ildə Makalu (8485 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır. İsrafil Aşurlı 1969-cu ilin 16 yanvarında Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən 6 saylı məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olmuşdur. İsrafil Aşurlı 1991-ci ildə "İnsol" şirkətinin əsasını qoymuşdur. Şirkət 1998-ci ildən Rusiyada simli və simsiz rabitə üçün telekommunikasiya avadanlıqlarının quraşdırılması və işə salınması ilə məşğuldur. Öz şirkətini yaratdıqdan sonrakı dövrdə İsrafil Aşurlının alpinizmə qarşı marağı artmışdır. Onun dediyinə görə, bu həvəs təsadüfən meydana gəlmişdir.
&Burn
&burn, Amerikalı müğənni Billi Ayliş və Amerikalı reper Vins Steypls tərəfindən səsləndirilən mahnıdır. 15 dekabr 2017-ci ildə Darkroom və Interscope Records vasitəsilə rəqəmsal yükləmə və striminq üçün sinql olaraq buraxılmışdır və daha sonra həmin ilin dekabrında Aylişin debüt EP-si olan "Don't Smile at Me"nin yenidən nəşrində yer almışdır. == Arxa plan və buraxılış == "&burn", Aylişin "Don't Smile at Me" EP-sini buraxdıqdan sonra ilk buraxılışı və ilk əməkdaşlığı idi (blackbear tərəfindən hazırlanan "Ocean Eyes" remiksindən başqa). Mahnı, Aylişin rəsmi sosial media hesablarında anons edildi və eyni gündə bütün əsas platformalarda yayımlandı. == Kompozisiya == "&burn", minimalist bir prodakşına və Aylişin emosional vokallarına əsaslanan qaranlıq və atmosferik bir pop mahnısıdır. Mahnının sözləri, xəyanət və qisas mövzularını araşdırır. == Tənqidi rəylər == "&burn", musiqi tənqidçilərindən ümumiyyətlə müsbət rəylər aldı. Mahnı, Aylişin vokalı, sözləri və prodakşını üçün tərifləndi. == Musiqi videosu == "&burn" üçün rəsmi musiqi videosu çəkilməyib. Lakin, Ayliş və Steypls mahnını birlikdə canlı ifa etdikləri bir video yayımlandı.
Evans burnu
Evans burnu (ing. Cape Ewans) — Mak-Medro boğazında, Ross adasının qərb sahilərində yerləşən burun. Burun qayalıqdan ibarətdir və şimal hissəsində Erebus buxtası yerləşir. Burun ilk dəfə 1901-1904-cü illər təşkil olunmuş «Diskaveri» ekspedisiyası zamanı Robert Skott tərəfindən Skuary burnu olaraq adlandırılmışdır. Skottun ikinci «Terra Nova» (1910—1913) ekspedisiyası zamanı isə burunun adı Kral donanmasının leytenantı Edvard evansın şərəfinə adlandırılmışdır. Burun Robert Skottun ikinci ekspedisiyası zamanı qərargah olmuşdur. Bu baza 1914—1917-ci illər Ernest Şekltonun rəhbərlik etdiyi Britanoiyanın Transantartika ekspedisiyası zamanı istifadə edilmişdir.Tikili hal-hazırda da qalır və Skott daxması (ing. Scott's Hut) adlanır 1987 - 1992-ci illər ərzində Beynəlxalq Qeryi-Hökumət ekologiya təşkilatı olan Qrinpisə aid Dünya Okeanı vbazası fəaliyyət göstərmişdir. Evans burnu insanın Antrakridada ilk addımları baxımından olduqca əhəmiyyətli ərazidir. Bu səbəbdən bölgə 1997-ci ildə Antraktidanın xüsusi qorunan ərazisi elan edilmişdir.
Evpatoriyski burnu
Evpatoriyski burnu (ukr. Євпаторійський) — Krımın qərbində, Evpatoriya şəhər sovetliyi ərazisində yerləşən burun. Qara dənizə daxil olan Kalamit körfəzi sahilindədir. Sahilləri akkumulyativ tipə sahibdir. Burun şomal-qərbdən Kalamit körfəzi ilə əhatələnir. Burada eyni adlı mayak vardır. İctimai çimərliklərə sahibdir. == Ədəbiyyat == Дмитрий Тарасенко — Весь Западный Крым: история, природа, культура, туристические маршруты. Бизнес-Информ, 2008, 406 с.
Finisterre burnu
Finisterre burnu (ing. Cape Finisterre, isp. Cabo Finisterre, qalis. Cabo Fisterra) — İspaniyanın Atlantik okeanı sahillərində yerləşən burun. Bəzən Finisterre burnunu İspaniyanın materikdə yerləşən ən ucqar qərb nöqtəsi hesab edirlər. Ancaq burundan da qərbdə yerləşən ərazilər vardır. Burunun adı latıncadan lat. Finis terrae tərcümədə «dünyanın sonu» anlamını verir. Burunun ən hündür nöqtəsi «Monte Facho» dağıdıər. Dağın hündürlüyü 238 metrdir.
Fliqeli burnu
Fliqeli burnu — Rudolf adasının ucqar şimak-şərq nöqtəsidir. Burun Frans-İosif Torpağına daxil olan adada yerləşir (Rusiya, Arxangelsk). Burun istər Rusiya və Avropa istərsə Avrasiyanın adada yerləşən ucqar nöqtəsi hesab edilir. Burun avstriyalı kartoqraf Avqust fon Fliqelinin şərəfinə adlandırılır (1811—1879). İlk dəfə 12 aprel 1874 ildə «Teqetrof» gəmisində aşkarlanmışdır. Burunda olan ilk insanlar matros Antoniyo Zaninoviç, miçman Eduard Orel və ekspedisiya rəhbərlərindən biri olan Yolius Payer olmuşdur. 2003-ci ildə burunda 300 kq-lıq xaç abidəsi qoyulmuşdur.
Flissinqski burnu
Flissinqski burnu — Avropanın ən ucqar şərq nöqtəsidir. Şimal adasının şimal-şərqində yerləşir. Burunun hündürlüyü 28 metr təşkil edir. Burun Avariynı körfəzini və Andromed buxtasını bir-birindən ayırır. Burundan bir qərən cənubda dənizə Andromed çayı tökülür. Şimal hissəsində adanın ən iri çayı olan Ovrajitaya çayı tökülür. == Açılış tarixi == Burun ilk dəfə Villem Barensin ekspedisiyası tərəfindən 1596-cı ildə aşkarlanır və xəritəyə salınır. Burun Hollandiya şəhəri olan Flissinq şəhərinin şərəfinə adlandırılır. 1596 ilin sentyabrında ekspedisiya gəmisi sahildə buzlara sıxılaraq və bu səbəbdən onlar sahildə qışlamalı olurlar. Onlar qışı suiti və ağ ayı ovlamaqla keçirirlər.
Flora burnu
Flora burnu — Frans-İosif Torpağına daxil olan Yuri Kuçiyev adasının cənub-qərbində yerləşir. Yuri Kuçiyev adası Nortbruk adasının cənub-qərb hissəsindən ayrılması nəticəsində əmələ gəlmişdir. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Burun arxipelaqın cənubunda yerləşir. Yay ayları tamamən buzdan azad olması səbəbindən bir çox qütb ekspedisiyalarının əsas sahilə yan alma ərazisidir. == Coğrafiya, geologiya, fauna və flora == Burnun ərazisi qərbdən şərqə doğru uzanır. Sahildən quruya doğru əsasən gil və qumdan ibarətdir. Şimal hissədə yerləşən zirvədə daş kömür vardır. Sahil hissədə dərinlik 20 metrdir. Ərazisi əsasən mamırla örtülüdür.
Florens burnu
Florens burnu (rus. Флоренс (мыс), ing. Florescence) — Çukot Muxtar Dairəsinə daxil olan Vrangel adasının qərbində yerləşir. Şərqi Sibir dənizinə tökülən Qusinaya çayının mənsəbinə yaxın ərazidə yerləşir. Burundan cənubda Kmo gölü yerləşir. Amerikalı kapitan Berri tərəfindən 1881-ci ildə (ing. florescence) adada olarkən burnun çiçəklərlə örtülməsi səbəbi ilə "Çiçəklənən" olaraq adlandırılmışdır.
Fom burnu
Fom burnu (rus. Мыс Фомы — Çukot Muxtar Dairəsi ərazisində, Vrangel adasının cənub-qərbin yerləşir. Blossom burnundan 20 km şimalda yerləşir. Tomas dağlarının dənizin içərilərinə girməsi ilə yaranmışdır. == Tarixi məlumat == Burun 1867-ci ilin avqustunda Balina ovçusu Tomas Lonq burnu onu ilk dəfə görmüş matros Tomasın şərəfinə Cape Thomas adlandırmışdlr.. 1911-ci ildə Fom burnuna İvan Semyonoviç Serqeevin təşkil etdiyi ekspedisiya zamanı Tomas dağına Rusiya bayrağını sancırlar. Bu isə adanın Rusiyaya mənsubluğuna zəmin yaradır. Burunda yeraltı düşərgələr, taxta silahlar aşkarlanmışdır. Bu tapıntılar Onkilonlara mənsubluğu ehtimal edilir.. == İstinadlar == == Mənbə == «Vrangel Adası» qoruğu.
Gürgan burnu
Gürgan burnu — Abşeron yarımadasının şərqində, Abşeron körfəzi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Xəzər rayonu ərazisinə daxildir. Burun Qu adasından şimal-qərbdədir.
Horn burnu
Horn burnu (nid. Kaap Hoorn, isp. Cabo de Hornos) — Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi]. Horun burnu anlayışı çox vaxt Cənubi Amerikanın cənub qurtaracağı kimi qəbul olunur. Horn burnu əslində Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi deyil. Horun burnundan 100 km cənub-qərbdə Dieqo-Ramires adaları yerləşir. Məhz bu adalar qitənin ən ucqar nöqtəsidir. Materikdə isə Bransuik yarımadasında olan Frоuаrd burnudur. == Coğrafiyası == Horn burnu Horn adasında yerləşir. Ərazini Cənubi Amerika ilə Antarktida arasında yerləşən Dreyk boğazının suları yuyur.
Hövsan burnu
Hövsan burnu — Abşeron yarımadasının cənubunda, Xəzər dənizi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə daxildir. Ərazisində yük terminalı vardır.
Kamau burnu
Kamau burnu, Baybvunq (vyet. мũi Cà Mau, vyet. мũi Bãi Bùng) — Vyetnamın materik hissəsinin cənubunda yerləşir. Kamau yarımadasının cənub-qərb qutaracağında yerləşir. Burun Siam yarımadasından qərbdə, Cənubi çin yarımadasından cənub-şərqdə yerləşir. Bayxap çayının mənsəbində, Kamau vilayətinin, Hqokhen qəzasında yerləşir. Ən yaxın ada — Funukok, ən yaxın şəhər — Kamau, ən yaxın fəniz limanı — Vuntau, ən yaxın hava limanı — Kamau, ən yaxın betynəlxalq hava limanı — Kantxo. Burunda eyni adlı (vyet. Vườn quốc gia Mũi Cà Mau) milli park vardır. Parkın sahəsi 41,862 ha-dır.