Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avur
Avur — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Avur Yardımlı rayonunun Çayüzü inzibati ərazi vahidində kənd. Viləş çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, av (ov sözünun qədim variantı) və ur (qədim türk dillərində "bol", "cox") komponentlərindən ibarət olan bu toponim "ovlaq, ov heyvanları cox olan yer" mənasını ifadə edir. Qədim türk yazılı abidələrinin dilində avırmak/evirmək "bir şeyin ətrafında hərlənmək, dolanmaq" mənasında işlənmışdır. Kəndin adlandırılmasında onun coğrafi movqeyi nəzərə alınmışdır. Kəndin kənarındakı çay onun ətrafına dolanır.
Adur
Adur – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qaraçayın sahilində, Yan silsiləsinin yamacında yerləşir. Türk dillərində adir/adır/adur "tepelik", "dağlıq yer", "düzən olmayan yer", "suvarıla bilməyən yüksəklik", "bir neçə təpədən ibarət meşəsiz yer", "dağ ətəyi" mənalarında işlənir. Dağlıq yerdə, alçaq təpəli ərazidə yerləşən kəndin coğrafi relyefi adın verilməsində əsas olmuşdur. Fərqanə vadisini əhatə edən təpəli dağətəyi sahələr adır adlanır. Altay toponimiyasında Adur, Türkiyə toponimiyasında Ədirnə oykonimləri bu sözlə əlaqədardır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 573 nəfər əhali yaşayır.
Ajur
Ajur (fr. à jour) — mühasibatda təsərrüfat əməliyyatları başa çatdırılan gün bütün hesab qeydlərinin aparılmasını göstərən mühasibat uçotunun vəziyyəti. Bu, daha geniş mənada uçot hesabalama işlərinin qrafiklə müəyuən edilmiş müddətdə yerinə yetirilməsidir. Ajur ilə istənilən vaxt aralığı üçün müəssisə haqqında dəqiq təsəvvür əldə etmək mümkündür. == İstinadlar == == Əlavə ədəbiyyat == Ажур // Українська радянська енциклопедія : у 12 т. / гол. ред. М. П. Бажан ; редкол.: О. К. Антонов та ін. — 2-ге вид. — К. : Головна редакція УРЕ, 1974–1985.
Amur
Amur çayı — Rusiyada çay
Avar
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan avar xalqının dili. Avarlar (qafqazdilli) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Avarlar — Avar xaqanlığını quran türk xalqı. Avar xaqanlığı — bu günki Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən Türk dövləti. Ağ Hunlar — Hunların qərb qolu.
Avdur
Avdur — Azərbaycan Respublikasının Xocavənd rayonunun Mirikənd kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Avdur kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Kənd bəzi mənbələrdə Avdur Takır kimi qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, kənd keçmiş Buğuz qalasının yerində salınmışdır. Ərazidə köhnə qəbiristanlıqların olması burada çox qədimdən insanların məskunlaşmasından xəbər verir. Kənd sonralar yerini dəyişərək bir qədər aşağıda salınmışdır. Toponimi fars dilindəki ab (su) və duru (təmiz, saf) sözləriylə "təmiz sulu yer" mənasında açıqlayırlar və ya qədim türk dillərindəki "adur" (təpəlik yer, sıldırım) sözləri ilə əlaqələndirirlər. Avdur Takır toponiminə gəlincə, ikinci komponent takır türk dillərində "gurultu", "uğultu" mənalarını ifadə edir. Məsələn, Moldovanın ərazisində Lunqa çayının sağ, Yalpuq çayının sol qolu Avdarma/Avdırma adlanır.
Avqur
Avqur (lat. augur; an avis – quş) — Qədim Romada keşiş və məmur. O, quşların uçuşu, ötməsi və ya qar-qar etməsi ilə gələcəyi proqnozlaşdırırdı – auspisiya ilə məşğul olurdu. == Tarixi == Qədim Romada açıq falçılıq yalnız avqurlar kollecinin üzvlərinə icazə verilirdi. O, birinci Roma çarı Romul tərəfindən himayə üçün təsis edilmişdir. Kahinlərin tutduqları vəzifə ömürlük idi. Əvvəlcə onların sayı 3 ilə məhdudlaşdı. Yuli Sezar onların sayını 16-ya çatdırmışdır. Onlara işarələr əsasında məmurlara və hərbi xadimlərə məsləhət vermək vəzifəsi qoyulmuşdu. Heç bir hərbi müəssisə və ya islahat avqurlara ilkin müraciət olmadan tamamlanmırdı.
Avuar
Avuar (fransız dilində “avoir” – sahib olmaq, əmlak, aktiv sözündən yaranmışdır) geniş mənada sahibinin öhdəliklərini ödəmək imkanı verən müxtəlif aktivlərdir (pul vəsaitləri, çeklər, veksellerlər, akkreditivlər). Dar mənada isə avuar dedikdə bankların xarici ölkələrdə yerləşən banklardakı hesablarında əcnəbi valyuta ilə sahib olduqları vəsait başa düşülür. Hər hansı bir ölkəyə məxsus olan həmin vəsaitlərin toplusu onun əcnəbi avuarı adlanır. Həmin avuarların hesabına ödənişlər edilir, borc öhdəlikləri bağlanır, ölkələr arasında ödəniş dövriyyəsi həyata keçirilir. Dünya iqtisadiyyatında ödəniş dövriyyəsinin əhəmiyyətli hissəsi ABŞ dolları, avro, yapon yeni, ingilis funt sterlinqi ilə həyata keçirildiyindən, avuarların ən geniş olaraq bu valyutalarda yayılmışdır. == Növləri == Sərbəst; Dondurulmuş; Xüsusi rejimlə istifadə olunan; Əməliyyat avuarı (cari ödənişlər üçün); Sığorta avuarı (ehtiyat); İnvestisiya avuarı; Təzminat avuarı.Aydın olduğu kimi, avuarlar sahibinin borc öhdəliyini ödəmək üçün nəzərdə tutulmuş aktivlərdir. Bundan əlavə, onlar vasitəsilə təsərrüfat fəaliyyəti aparılır. Çünki mahiyyət etibarilə şirkətə “su üzərində qalmağa” kömək edir və hətta gəlir qazandırır. Yox əgər, məhz bank avuarlarından danışmalı olsaq, deməliyik ki, bu zaman avuarlar beynəlxalq əməliyyatlar və hesablamalaq üçün istifadə olunur. Bu bir növ bankın “təhlükəsizlik yastığıdır”.
Avun
Avun — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Avun kəndi Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Urakəran kəndi mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi adını ərazidəki eyniadlı çaydan almışdır. Toponim yerli əhalinin dilində Ovun kimi tələffüz edilir. Tədqiqatçıların bir qisminə görə, hidronim talış dilindəki ov (su) sözündən və həm məkan, həm də cəmlik bildirən -on şəkilçisindən ibarət olub, "sulu yer" deməkdir. Tədqiqatçıların digər qismi isə bu toponimi "ov, ovlaq" kimi izah edir. Əslində türk dillərində avun "sakitləşdirən, təsəlli verən, ovudan", "ram olan, sakitləşən" deməkdir. Deməli, Avun hidronimini "sakit çay" kimi qəbul etmək daha məqsədəuyğundur. Toponimikada Amur çayının adı da eyni məna ilə açıqlanır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində, dağətəyi ərazidə yerləşir.
Avuş
Avuş — Şərur rayonunda indiki Havuş kəndinin əvvəlki adı. Avuş — Şərur rayonunda Keçəltəpə dağının ətəyində gur sulu bulaq. Avuş — Şərur rayonu ərazisində çay. Avuş — Şərur rayonunda dağ, Dərələyəz silsiləsinə aiddir.
Lavur
Lavur (fr. Lavours) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01208. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 148 nəfər təşkil edirdi.
Amur (mifologiya)
Amur — Qədim Roma mifologiyasında məhəbbət tanrısı. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Amur arizeması
Amur arizeması (lat. Arisaema amurense) — aroidkimilər fəsiləsinin arizema cinsinə aid bitki növü.
Amur cökəsi
Amur cökəsi (lat. Tilia amurensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Amur enlibaşı
Amur enlibaşı (lat. Pseudorasbora parva) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin pseudorasbora cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Bədəni üst tərəfdən sarımtıl-boz, yanlardan açıq boz, üzgəcləri (bel, döş, qarın, anal və quyruq) açıq sarımtıl rəngdədir. Körpə fərdlərdə bədənin arxa hissəsində yan xətti boyunca tünd rəngli qara zolaq olur, yetkin fərdlərdə bu zolaq itir. İri fərdlərin pulcuqlarının arxa hissəsi aypara formalı qara zolaqla örtülmüşdür. Azərbaycan sularında yaşayan Amur enlibaşının uzunluğu 3.1–9.5 sm, kütləsi 0.33–10.7 q arasında dəyişir. == Yaşayış yeri və həyat tərzi == Şirin və şortəhər su hövzələrində yaşayan Amur enlibaşı durğun su tutarlarında daha çoxsaylı olur. Qış aylarında yırtıcı balıqlardan qorunmaq üçün su hövzələrinin dib hissələrində passiv hərəkət edirlər. Ömrün uzunluğu orta hesabla 4–5 il olub, 1–2 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Amur məxmərağacı
== Ümumi yayılması == Çində və Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə, gövdəsinin diametri 70 sm-ə çatan, kənarları aşağıya doğru əyilmiş, sıх çətirli ağacdır. Gövdəsi boz qabıqla örtülmüş və iki qatlıdır: üst qatı məхməri, alt qatı sarıdır. Yarpaqları lələkvaridir, 5-13 хırda yarpaqcıqdan ibarətdir, uzunluğu 25-35 sm-dir. Yarpaqcıqların kənarı tam və ya bir qədər dalğavari dişlidir, ucu sivridir. Üstdən nöqtəşəkilli, açıq-yaşıldır, lətli vəzilərlə örtülüdür. İyun-iyul aylarında çiçəkləyir. Çiçəkləri bircinslidir, sarımtıl-yaşıl rəngdədir, budaqlarının uclarında süpürgəşəkilli çiçək qrupunda toplaşmışdır. Meyvələri diametri 1 sm-ə çatan, şarşəkilli yaхud armud formalı, lətli, parlaq-qaradır, beş toхumludur. Sentyabr-oktyabr aylarında yetişir.
Amur nərəsi
Amur nərəsi (lat. Acipenser schrenckii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Amur plitəsi
Amur plitəsi — materik qabığı üzərində yerləşən litosfer plitəsi. Plitənin sahəsi 0,13066 steradion təşkil edir. Plitənin üzərində Mancuriya, Koreya yarımadası, Qərbi Yaponiya və Primorsk diyarının əraziləri yerləşir. Adətən Avrasiya plitəsinin təkib hissəsi kimi göstərilir. Şimaldan və qərbdən Avrasiya plitəsi, şimal-şərqdən Oxot plitəsi, cənubdan isə Filippin plitəsi ilə sərhədlənir. Avrasiya plitəsi ilə Amur plitəsi arasında Baykal rifi yerləşir.
Amur pələngi
Amur pələngi (lat. Panthera tigris altaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Nadir yarımnövdür, bəzi yerlərdə tamamilə yox olub. == Görünüşü == Zahiri görünüşü üçün pələngin görünüşünə bax. Bədənin uzunlu]u 190-290 sm. bəzən 317 sm. Quyruğunun uzunluğu 115 sm. qədər. Tük örtüyü qışda hündür, gur və sıxdır. Əsas fon rəngi açıq, narıncı çalarlı tünd sarıdır.
Amur quşarmudu
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Amur qızılquşu
Amur qızılquşu (lat. Falco amurensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Amur qərənfili
Amur qərənfili (lat. Dianthus amurensis) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Amur vilayəti
Amur vilayəti (rus. Амурская область) — Rusiya Federasiyasının subyektlərindən biri. == Coğrafiyası == Amur vilayəti Rusiyanın cənub-şərqində, şimaldan Stanovoy Silsiləsi və cənubda Amur çayı arasında yerləşir və şimalda Saxa respublikası ilə, şərqdən Xabarovsk diyarı və Yəhudi muxtar vilayəti, cənubda Çinin Heilongjiang şəhəri və qərbdə Zabaykal diyarı ilə həmsərhəddir.
Amur xoruzgülü
Amur xoruzgülü (lat. Adonis amurensis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Amur yasəməni
Amur yasəməni (lat. Syringa amurensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə Uzaq Şərqdə bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m, diametri 20-30 sm olan, sıx çətirli ağacdır. Yarpaq ayaları enli-yumurtavari və ya ellipsvari olub, zəif qırışlıdır. Çiçəkləri ətirli, ağ rəngli, diametri təxminən 6-8 mm, uzunluğu 25 sm-ə qədər olan sıx süpürgə çiçək qrupuna yığılmışdır. İyul ayında 3 həftəyə qədər müntəzəm və bol çiçəkləyir, meyvəsi oktyabr ayında yetişir, uzunluğu 1,5 sm, eni 0,3-0,4 sm olan, iki laylarla açılan qutucuqlardan ibarətdir. Meyvəsinin qabığı tünd boz və ya qonur rənglidir. == Ekologiyası == Balvericidir. Tez böyüyür.