EDİLMƏK
EDİŞ
OBASTAN VİKİ
Edam edilmiş İntibah
Edam edilmiş İntibah (ukr. Розстріляне відродження, Rozstrilyane vidrodjennya) ifadəsi 1920-1930-cu illərdə Ukrayna Sovet Sosialist Respublikasında yaşayıb-yaratmış və Stalinin totalitar rejimi tərəfindən edam və ya repressiya edilmiş yazıçı və rəssamlar dövrünü təsvir etmək üçün istifadə olunur. Termin ilk dəfə polyak publisist Eji Qedroys ukraynalı ədəbiyyat tədiqatçısı, sonralar bu termini o dövrki nəslin ən möhtəşəm əsərlərinin toplusuna başlıq olaraq seçən Yuri Lavrinenkoya yazdığı məktubda istifadə etmişdir. == Arxa planı == Birinci Dünya müharibəsindən sonra Rusiya imperiyasının süquta doğru getməsi, imperiya senzurasının ləğv edilməsi, müstəqil Ukrayna dövlətinin qurulması və 1920-ci illərdə Sovet rejiminin nisbi yumşaqlığı, bunlar hamısı Ukraynada mədəni aktivliyin və ədəbiyyat intibahının çiçəklənməsinə səbəb oldu. Yeni ortaya çıxan şair və yazıçılar və çox sayıda peyda olan ədəbi qruplar Ukrayna ədəbiyyatının simasını dəyişmişdi. Bu prosesslər yerliləşdirmə, Yeni İqtisadi Siyasət və likbez tərəfindən dəstəklənirdi. == Ad == “Edam edilmiş İntibah” bənzətməsi Eji Qedroysa məxsusdur. O, ilk dəfə bu ifadəni Yuri Lavrinenkoya 13 avqust 1958-də yazdığı məktubda istifadə etmişdir. O, bu ifadəni 1917-1933-cü illər Ukrayna ədəbiyyatı antologiyası başlığı kimi qeyd etmişdir: "Ad haqqında. Buna daha ümumi ad vermək yaxşı olar: "Edam edilmiş İntibah.
Vəd edilmiş torpaqlar
Vəd edilmiş torpaqlar (ivr: הארץ המובטחת‎, rom:ha-Aretz ha-Muvtachat), Yəhudiliyə görə Yehova tərəfindən İsrail övladlarına vəd edilən torpaq. Tam sərhədləri məlum olmamaqla birlikdə, bu gün İsrail torpaqlarını formalaşdıran regionun vəd edilmiş torpaqlar olduğu inancı geniş şəkildə yayılmışdır. Tövratın Təkvin kitabının XV Babında isə belə yazır: O gündə Rəbb, İbrahim ilə əhd edib dedi: Misir çayından böyük çaya, Fərat çayına qədər bu məmləkəti, Keniləri və Kenizziləri və Kadmoniləri və Hetləri və Perizziləri və Refaları və Amoriləri və Kənanlıları və Girgaşiləri və Yəbusiləri sənin zürriyətinə (soyuna) verdim.Bu tərifə görə isə Fərat çayından Nil çayına kimi geniş region İsrail övladlarına vəd edilmişdir. Bununla yanaşı sərhədlərinin tam olaraq müəyyənləşdirilməmiş olmasına görə bu tərif də olduqca mübahisəlidir.
Gürcüstanın işğal edilmiş əraziləri
Gürcüstanın işğal edilmiş əraziləri (gürc. საქართველოს ოკუპირებული ტერიტორიები) 2008-ci il rus-gürcü müharibəsi zamanı Rusiya tərəfindən ələ keçirilən torpaqlardır. Torpaqların tərkibinə statusu beynəlxalq mübahisə olaraq qalan Abxaziya və Cənubi Osetiya daxildir. Müharibədən sonra işğal olunan ərazilərdə Rusiya hərbi qüvvələri yaradılır. Rusiya Avropa Birliyi Monitorinq Missiyasının həmin ərazilərə daxil olmasını izin vermir.
Universal koordinasiya edilmiş vaxt
Koordinasiya edilmiş ümumdünya vaxtı (ing. Universal Time Coordinated, fr. Universel Temps Coordonné; abbr. UTC) — Qrinviç meridianının orta Günəş vaxtı. Gecəyarıdan hesablanır, Bakı vaxtından 4 saat geridir. Zulu vaxtı - (ing. Zulu time, ru. зулусское время;;) – (slenq) zamanın Qrinviç meridianına görə qiymətini bildirən ifadə. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnteqrasiya Edilmiş Rəqəmsal Şəbəkə
İnteqrasiya edilmiş rəqəmsal şəbəkə (ing. Integrated Services Digital Network, qısaca ing. ISDN) — mövcud telefon şəbəkələri əsasında inkişaf etdirilən ümumdünya rəqəmsal kommunikasiya şəbəkəsi. ISDN-də məqsəd informasiyanın rəqəm analoq çevrilməsini tələb edən mövcud telefon xətlərini ən çeşidli informasiyaları (adi danışıqdan tutmuş kompüter verilənləri, musiqi və videoyadək) ötürmə bacarığına malik olan rəqəmli veriliş vasitələri ilə əvəzləməkdən ibarətdir. ISDN iki başlıca rabitə kanalı üzərində qurulub: verlənləri 64 kbit/san sürətilə ötürən B kanalı və idarəedici informasiyanı ya 16, ya da 64 kbit/san sürətilə ötürən D kanalı. Kompüterlər və digər qurğular ISDN ilə sadə standart interfeyslərlə birləşirlər. ISDN istifadəçilərə daha sürətli və çeşidli rabitə xidmətləri verir. Qoşulma universal qurğu, telefon xəttindən istifadə etməklə müxtəlif cür – telefon, telefaks, internet və digər elektron-rabitə növlərindən eyni vaxtda istifadəyə imkan verən komplekt qoşulma hesab olunur. Evinizə bir İSDN xətt çəkdirdiyinizdə iki xəttiniz olar. Bir xətti səs, digərini məlumat transferi üçün istifadə edə bilərsiniz.
İnteqrasiya edilmiş giriş cihazı
Integrated access device (azərb. İnteqrasiya edilmiş giriş cihazı‎) və ya qısaca IAD — geniş ərazi şəbəkələrinə və İnternetə çıxışı təmin edən müştəri tərəfindən təchiz edilmiş avadanlıq. O xüsusilə daşıyıcı və ya provayder PoP-u ilə paylaşılan keçid vasitəsilə səs və məlumat da daxil olmaqla bir çox məlumat kanallarını birləşdirir. Giriş bağlantısı T1 xətti, DSL bağlantısı, kabel (CATV) şəbəkəsi, genişzolaqlı simsiz əlaqə və ya metro-Ethernet bağlantısı ola bilər. PoP-də müştərinin ümumiləşdirilmiş məlumatı adətən müştərilərlə əsas şəbəkə arasında oturan mürəkkəb və bahalı qurğular olan ADM və ya MSPP-yə (multiservis təminat platforması) yönəldilir. Onlar müştərilərdən gələn trafik axınlarını idarə edir və həmin axınları ictimai telefon şəbəkəsinə və ya müvafiq genişmiqyaslı şəbəkələrə (ATM, Frame Relay və ya İnternet) yönləndirirlər. IAD bəzən müştərinin qoşulmaq istədiyi provayder tərəfindən quraşdırılır. Bu provayderə giriş bağlantısının xüsusiyyətlərini idarə etməyə və istifadə zamanı onun əməliyyatını idarə etməyə imkan verir. Rəqabətli provayderlər indi simsiz optik (yəni Terabeam) və metro-Ethernet şəbəkələri də daxil olmaqla müxtəlif giriş texnologiyaları üzərindən xidmətlər təklif edirlər. Köhnə telekommunikasiya protokolları və nəqliyyat üsulları (T1 xətləri və vaxt bölgüsü multipleksasiyası) əsas daşıma üçün uyğun olan giriş metodları ilə əvəz olunur.
Aktivlərlə təmin edilmiş qiymətli kağızlar
Aktivlərlə təmin edilmiş qiymətli kağızlar — dəyəri və ödənişləri müvafiq əsas aktivlər hesabına formalaşan qiymətli kağızlar. Qiymətli kağızların bu formaları adətən avtomobil kreditləri və kredit kartı ödənişləri kimi kiçik və qeyri-likvid aktivlərin sekuritləşdirilməsi yolu ilə yaradılır. İnvestorlar üçün bu cür qiymətli kağızlar korporativ borc alətlərinə investisiya yatırmağa alternativ hesab olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Ежегодник: Энциклопедия российской секьюритизации Финансовый глоссарий: ипотека и секьюритизация (Moody's Investors Service. 2007. Glossary of mortgage finance and secularization terms (Russian). World Bank Glossary) Федеральный закон "Об ипотечных ценных бумагах" от 11.11.2003 N 152-ФЗ Jason H. P. Kravitt, Securitization of Financial Assets, Second Edition, Aspen Publishers, New York, New York, 2005. Steven L. Schwarcz, Structured Finance A Guide to the Fundamentals of Asset Securitization, November 1990, Second Printing, Practicing Law Institute. McLean, Bethany (2007). «Asset Backed Securities: The Dangers of Investing in Subprime Debt», Fortune.
Azərbaycanda restavrasiya edilmiş tarixi abidələr
Azərbaycanda Rusiya, sovet və müstəqillik dövründə bir çox tarixi abidələr restavrasiya edilmişdir.
Ermənilər tərəfindən işğalı edilmiş Qazax rayonun kəndləri
Qazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləri — Qazax rayonu 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal olunan kəndlər: Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, və Xeyrimli kəndləridir. == Bağanis Ayrım == Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə əvvəlcədən təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal edilmişdir. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşmüşdür. İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutulmuş, 10 nəfər dünyasını dəyişmiş, 15 nəfərdən çox insan isə yaralanmışdır. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilmişdir. Xüsusi strateji əhəmiyyətli Bağanis Ayrım kəndi İcevan – Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndin işğalı xüsusi plan əsasında həyata keçirilmişdir. Kənddə işğal olunan zaman 600 nəfər yaşayırdı. Bağanis Ayrım kəndi Qazax rayonunun Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli və Məzəm kəndləri ilə həmsərhəddir. Əhalisi əsasən əkinçilik və maldarldıqla məşğul olan kəndin əsrarəngiz təbiəti, saysız-hesabsız bulaqları olub.
Tapılmış və bərpa edilmiş Azərbaycan filmlərinin siyahısı
Tapılmış və bərpa edilmiş Azərbaycan filmlərinin siyahısı — == Siyahı == === Tapılmış === Əvəz-əvəzə Vulkan üzərində ev İki yoldaş Dəcəl dəstə === Tapılmış və bərpa edilmiş === Bəstəkar Müslüm Maqomayev === Bərpa edilmiş === Əzablı yollar Şəhərimin daşları Foto "Fantaziya" Bircəciyim Su ərizəsi İstintaq Bizim Cəbiş müəllim Qətldən yeddi gün sonra Uşaqlığın son gecəsi Bizi bağışlayın Ötən ilin son gecəsi Tütək səsi Bəyin oğurlanması Gümüşgöl əfsanəsi Gümüşü furqon Yay günlərinin xəzan yarpaqları Arşın mal alan Bir ailə == İstinadlar == == Mənbə == "AZƏRBAYCANDA KİNO SƏNƏTİNİN YARANMA TARİXİ. SƏSSİZ DÖVR (1920-1935)". www.azerbaijan.az. www.azerbaijan.az. 2018-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016. "AZƏRBAYCAN KİNOSU 1935-1988-Cİ İLLƏRDƏ. SƏSLİ DÖVR". www.azerbaijan.az. www.azerbaijan.az. 2018-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016.
Qazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləri
Qazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləri — Qazax rayonu 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal olunan kəndlər: Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, və Xeyrimli kəndləridir. == Bağanis Ayrım == Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə əvvəlcədən təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal edilmişdir. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşmüşdür. İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutulmuş, 10 nəfər dünyasını dəyişmiş, 15 nəfərdən çox insan isə yaralanmışdır. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilmişdir. Xüsusi strateji əhəmiyyətli Bağanis Ayrım kəndi İcevan – Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndin işğalı xüsusi plan əsasında həyata keçirilmişdir. Kənddə işğal olunan zaman 600 nəfər yaşayırdı. Bağanis Ayrım kəndi Qazax rayonunun Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli və Məzəm kəndləri ilə həmsərhəddir. Əhalisi əsasən əkinçilik və maldarldıqla məşğul olan kəndin əsrarəngiz təbiəti, saysız-hesabsız bulaqları olub.
Rusiya tərəfindən işğal edilmiş Ukrayna torpaqlarının ilhaqı referendumu
2022-ci il sentyabrın sonlarında Ukraynaya Rusiya tərəfindən göndərilmiş məmurlar Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya tərəfindən ilhaqı ilə bağlı referendumlar keçirmişdirlər. Keçirilmiş bu referendumlar şərhçilər tərəfindən saxta referendumlar kimi təsvir edilmiş və dünyanın müxtəlif ölkələri tərəfindən pislənmişdir. Hazırda referendumların nəticələrinin etibarlılığını Şimali Koreyadan başqa dünyanın heç bir suveren dövləti qəbul etməmişdir. Səsvermə Ukraynanın dörd regionunda - Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Donetsk və Luqansk vilayətlərində təşkil edilmiş, Rusiyanın marionet dövlətləri olan Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası ərazilərində, həmçinin müharibənin ilk həftəsində Rusiya tərəfindən ələ keçirilmiş və Rusiya tərəfindən təyin edilmiş hərbi administrasiyaları olan Xerson vilayəti və Zaporojye vilayətində baş tutmuşdur. Rusiya Federasiyasının Silahlı Qüvvələri hərbi əməliyyatların davam etdiyi dörd regiondan heç birinə tam nəzarəti həyata keçirmir və eyni zamanda da, əhalinin böyük hissəsi 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlayandan sonra regionları tərk etmişdirlər. Referendumlar beynəlxalq hüquqa görə qeyri-qanuni olmuşdur və Birləşmiş Millətlər Təşkilatı tərəfindən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması halı kimi qətiyyətlə pislənilmişdir. 2022-ci il sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin Rusiya parlamentinin hər iki palatasına müraciətində Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını elan etmişdir. Birləşmiş Millətlər Təşkilatı, Ukrayna və bir çox başqa ölkələr ilhaqı pisləmişdirlər.

Digər lüğətlərdə

обсервато́рия по-живо́тному посолове́лый угрожа́юще филоде́ндрон америка́нец вентили́роваться вы́пучиться депони́ровать кла́ксон просро́чить стака́нный conquistador ee Enniskillen futile immotile Labourite manners-bit newsworthy sympatric species tantalian wheelbase запасть полный