Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amalfi
Amalfi (Amalfi) — Salerno körfəzinin sahillərində, İtaliyanın Salerno əyalətində yerləşən sahilkənarı şəhər.
Amanlı
Amanlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Amanlı Qax rayonunun Qıpçaq inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Etnotoponimdir. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Amanlı kəndində milli tərkibi ləzgilərdən ibarət 12 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 40 təsərrüfatda hər iki cinsdən toplam 160 nəfər əhali yaşamaqdadır.
Amellus
Amellus (lat. Amellus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Haenelia Walp. Kraussia Sch.Bip.
Apaklu
Apaklu —Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) dağ adı. == Toponimkası == Apaklu- Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) dağ adı. XX — əsrin 30-cu illərində ermənicə Apakesar idi. Qazax qəzasında Apaqe-Kar dağ adı məlumdur (yenə orada). İrəvan əyalətinin Göyçə mahalında Apaxe adlı kənd vardı. Musa Kalankatlının "Alban tarixi" əsərində Albaniyada Apaxe məntəqə adı çəkilmişdir.
Arallı
Arallı — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanının Hir bəxşində şəhər. == Tarix == 2019-cu ildə, Böyük Arallı və Kiçik Arallı kəndləri birləşdirilərək, şəhər statusu almışdır. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 3,261 nəfər yaşayır (913 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Axullu
Axullu — Azərbaycan Respublikasının Xocavənd rayonunun Axullu kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 16 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Axullu kəndi 16 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılar bu sözü haxıllı etnoniminin təhrif forması hesab edirlər. Etnotoponimdir. Akullar (Axsullar), daha dəqiq olaraq ağullar, Dağıstanın cənubunda (Ağul və Qürah rayonlarında) yaşayan xalqın adıdır. Etnoqrafik cəhətdən ləzgilərə yaxındırlar. Dağıstanda Uxul kəndi həmçinin ərazidə Ləzgisuyu adlı obyektin olması bunu bir daha sübut edir. Axu (axul) Qafqaz xalqlarının (abxaz) dilində "təpə, yüksəklik" deməkdir. == Tarixi == === Tarixi abidələri === Alban kilsəsi (IV–V əsr) Rzaqulubəy günbəzi (XIV əsr) Ərgüşən qalası == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Hamamlu
Meysəmiyə (/mejˈsæmiˈjæ/; Azərbaycan Türkcəsi: Meysəmiyə, میثمیه; Farsca: میثمیه) — Şərqi Azərbaycan ostanında kənddir. 2011-ci siyahıya alınmasına əsasən, əhalisi 135 nəfərdir. Əhalisinin əksəriyyətini Azərbaycan Türkləri təşkil edir. == Etimologiyası == Kənd Meysəm Xana aid olduğu üçün bu kəndə Meysəmiyə adı verilmişdir. Əvvəlki adı Hamamlı olmuş və sonralar dəyişdirilərək Meysəmiyə adlandırılmışdır. Meysəmiyə adı iki komponentə bölünür: Meysəm (xanın adı) və "Yer, məkan, ölkə" məzmunu yaradan qeyri-məhsuldar polisemantik –iyə şəkilçisi. == Tarixi == Kəndin tarixi E.ə. 1-ci minilliyə qayıdır. == Mədəniyyəti == === Dil === Kənddə danışılan dil Azərbaycan Türkcəsidir. === Xalıçılıq === Meysəmiyə orta əsrlərdən günümüzə qədər xalıçılıq mərkəzi kimi böyük şöhrət qazanmışdır.
Kamallı
Kamallı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Kamallı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd.
Amanu
Amanu (fr. Amanu) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Hao atolundan 15 km şimalda yerləşir. == Coğrafiya == Ada dairəvi formaya malikdir. Atollun uzunluğu 29 км, eni — 10 km, quru sahəsi isə 9,6 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 240 km²-dir. Qərbdən laqun okeanla kiçik boğazlarla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Hao kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada 163 nəfər yaşayır.
Amağu
Amağu (erm. Ամաղու) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd, türk mənşəli toponim. == Haqqında == Amağu kəndi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasındə, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunun mərkəzindən 10–12 km şərqdə, Arpaçayın sol qolu olan Amağu çayının yaxınlığında yerləşirdi. Kəndin adı ilk dəfə X əsrə aid mənbələrdə çəkilir. Monqollar tərəfindən xarabalığa çevrildikdən sonra kənd XIV-XV əsrlərdə yenidən bərpa edilmişdir. Kəndin yaxınlığında iki məbəd vardır ki, onlardan biri 1221-cı ildə tikilmişdir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Amagu, ya Ağuan - ağuam (Ağvan) toponiminin bir variantıdır, ya da həmin ərazidəki Ağu kəndindən fərqləndirmək üçün Aqu toponiminin önünə «am» sözü artırılmaqla əmələ gəlmişdir. Toponimin ikinci tərəfi aqu sözü ilə bağlıdır. Aqu (ağu) qədim türk dilində «səxavətli, əliaçıq» mənasını ifadə edir.
Mollu
Aşağı Mollu
Small
Con Kunkel Smol (ing. John Kunkel Small) (31 yanvar 1869, Harrisburq, Pensilvaniya — 20 yanvar 1938, Manhetten, ABŞ) — botanik. ABŞ florası (xüsusilə də Florida ştatı) taksonu üzrə ixtisaslaşmışdır..
Adallo Əliyev
Adallo Əliyev (avar. Гӏалиязул Гӏадалло Мухӏаммадил вас; 15 fevral 1932 – 30 avqust 2015, Mahaçqala) — Avar şairi, yazıçı, publisist, Şamil Basayevin İçkeriya və Dağıstan xalqları qurultayında müavinlərindən biri. == Bioqrafiya == Avar şeirinin klassiki və Dağıstanda mövcud siyasi sistemin ən sərt tənqidçilərindən biri, dağıstanlıların millətçilikdən və İslamdan kənarlaşdırılması istiqamətində bir kurs aparan şəxs. Kaxib orta məktəbini bitirdikdən sonra (1949) Dağıstan Pedaqoji İnstitutunun qiyabi şöbəsinə daxil olur. Doğulduğu kənddə ibtidai sinif müəllimi işləyir. O, ağır bədən xəsarəti yerinə yetirmək ittihamı ilə 5 il həbs cəzasına məhkum edilir. Amnistiya ilə (Stalinin ölümü ilə əlaqədar) tezliklə sərbəst buraxılır. Məktəb yaşında şeir yazır və dərc olunmağa başlayır. Respublika "Baqlarab bayrax" ("Qırmızı Bayraq") qəzetində işləməyə dəvət edilir. 1957-ci ildə Maksim Qorki adın Ədəbiyyat İnstitutuna daxil olur.
Amalfi Respublikası
Amalfi Respublikası və ya Amalfi hersoqluğu (it. Ducato di Amalfi) - İtaliyanın Amalfi şəhərində 958-1037-ci illər ərzində mövcud olmuş şəhər dövləti.
Amanlı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Amellus carolinianus
Amellus speciosus
Callistephus (lat. Callistephus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Yunancadan növün adı "gözəl bitki" kimi tərcümə edilir. Bu, gülün sarı mərkəz hissəsinin ağ ləçəklərlə əhatə edilməsi ilə izah olunur.Azərbaycanda dekorativ gülçülükdə onun bir növü- Çin kallistefusu (C.chinensis).Bunun çoxsaylı hibrid formaları vardır.Hazırda yabanı halda bitən bu növdən gülçülükdə istifadə olunmur.Çin astrası bir neçə qrupa bölünür:boruşəkilli astralar yığcamlığı ilə fərqlənirlər.Kürəşəkilli hamaşçiçəklilər yalnız boruşəkilli çiçəklərdən ibarətdir.Bu bitkilər qollu-budaqlı kol formasında olub,hamaşçiçəkləri ilə fərqlənirlər.Çin kallistefusunun hamaşçiçəkləri iri, sadə kürəşəkillidir.Birillik astralar fuzarioz xəstəliyinə yoluxa bilərlər.Xəstəliyin qarşısını almaq üçün toxumlarını əkindən əvvəl kimyəvi üsulla təmizləmək lazımdır.Qollu-budaqlı olması və iyunda yaxşı çiçəkləməsi üçün bitkiyə gübrə verməlidir.Astra olan əkin sahəsi vaxtaşırı alaqlardan təmizlənməlidir. == Sinonimləri == Amellus speciosus Gaterau Aster chinensis L. Aster lacinians Borbás Aster regalis Salisb. Asteriscodes chinense (L.) Kuntze Brachyactis chinensis (L.) Bureau & Franch. Callistemma chinensis (L.) Skeels Callistemma hortense Cass. Callistephus hortensis (Cass.) Cass.
Aster amellus
Gözəl çayırçiçəyi (lat. Aster amellus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çayırçiçəyi cinsinə aid bitki növü. Bu bitki Pireneydə və Alp dağlarından Karpatlara qədərki Avropa dağlarında yetişir. Avropadan kənarda Qərbi Asiyada (Türkiyə), Qafqazda, Sibirdə, Cənubi Asiyada (Uttarakhand, Hindistan) və Mərkəzi Asiyada (Qazaxıstan) rast gəlinir. == Yarımnövləri == Aster amellus subsp. bessarabicus (Bernh. ex Rchb.) Soó Aster amellus subsp. ibericus (Steven) V.E.Avet.
Axullu Yalı
Axullu yalı — Azərbaycan Respublikası Füzuli şəhərinin 10 km qərbdə, Xocavənd rayonu ilə sərhəddə yerləşən yüksəklikdir. Axullu yalı Qarabağ silsiləsinin ətəyində yerləşir. Toponim vaxtilə Füzuli rayonu ərazisində yaşayan Haxıllı nəslinin adındandır. Haxıllı nəsli həmin ərazidə Axullu adlı kənd də salmışdır. Bəzi tədqiqatçılar Axullu toponiminin təhrifə uğradığını qeyd edirlər.
Fernando Ramallo
Fernando Ramallo (isp. Fernando Ramallo Lucini; 3 aprel) — İspaniyalı kino aktyoru. == Həyatı == Fernando Madriddə anadan olmuşdur. Kino səhnəsinə təsadüfən düşüb. O zaman özünün oxuduğu kollecdə David Truebanın "Yaxşı həyat" adlı kinokomediya çəkilişində kastinqdə qalib olmuşdur. Belə ki, o 15 yaşında aktyorluq sahəsinə baş vurur. 2000-ci ildə çəkilmiş "Krampak" adlı filmdə o öz dostuna aşiq olan gənc oğlan rolunda oynadı. Bu rola görə o, Valensiyada keçirilən film festivalında nominasiya və mükafat qazanmışdır.
Kaafu atollu
Kaafu atollu (mald. މާލެ އަތޮޅު) — Maldiv adalarının inzibati vahididir. Ada Kaaşidu adası, Qaafaru mərcan adası, həmçinin Male mərcan adasından təşkil olunmuşdur. Öz növbəsində Male adası da Şimali Male və Cənubi Maledən təşkil olunub. Maldiv adalarının paytaxtı olan Male şəhəri coğrafi cəhətdən Şimali Male mərcan adasına daxildir. Ancaq Kaafu hissəsinə daxil olan inzibati vahid kimi götürülür. Kaafu atoll qrupunun paytaxtı Tulusdhoo hesab olunur. == İnzibati bölgüsü == Xaa Alifu, Xaa Daalu, Şaviyani, Noonu, Raa, Baa, Kaafu və s. adalar Maldiv adalarının müasir inzibati vahidlərinə mənimsənilmiş ərazi vahidləridir. Onlar mərcan adalarının atoll qruplarını əmələ gətirirlər.
Kamal Kamallı
Kamallı (Laçın)
Kamallı — Azərbaycan Respublikasının Laçın rayonu Kamallı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Laçın rayonunun Alxaslı inzibati ərazi vahidində yrləşən kənd dağlıq ərazidədir. Keçmiş adı Bozlu olmuşdur. Yaşayış məntəqəsinin əsasını Dərələyəz mahalından gəlmiş bozlu tayfasına mənsub ailələr salmışlar. Kəndin qərbindəki əkin sahələrindən biri Kamalın çuxuru adlanırdı. == Əhalisi == Kəndin əhalisi 1992-ci ildə 2 min nəfərə çatırdı ibarət idi. Onlar kəndin işğalından sonra on iki müxtəlif rayonda məskunlaşmışdır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik idi.
Kamallı (Saatlı)
Kamallı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1107 nəfərdir.[mənbə göstərin] == Toponimikası == Saatlı r-nunun Hacıqasımlı i.ə.v.-də kənd. Araz çayı sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Kamal adlı şəxs qoyduğundan kənd onun adını daşıyır. Güman etmək olar ki, bu kəndlər ya Dərələyəz mahalında vaxtilə mövcud olmuş Kamal kəndindən köçüb gəlmiş ailələrin gətirdiyi adla, ya da kamallı nəslinin adı ilə adlandırılmışdır. Keçən əsrdə Tatarıstan ərazisində də Kamallı adlı yaşayış məntəqəsi qeydə alınmışdır. Türk dillərində kamal sözü "qala", "səngər", "axın" mənalarında işlənir.
Nukuoro atollu
Nukuoro — ekvatordan bir qədər şimalda, Mikroneziya Federativ Ştatlarının Ponpei ştatında yerləşən qum atollu. Təxminən 900 nəfər əhalisi var. Atol klassik halqaşəkilli formasındadı, ortasında diametri 6 kilometrə yaxın olan laqun yerləşir. Adada hava limanı yoxdur, ayda bir dəfə qeyri-müntəzəm olaraq sərnişin gəmisi gəlib gedir. Həmçinin buranın ibtidai məktəbi var. İnsanların Nukuoroda nə vaxt peyda olması məlum deyil, lakin miqrasiya çox güman ki XII əsrdə başlayıb və qeyri-bərabər yayılıb. Ağlagələn miqrasiya istiqaməti Tuvaludu. Avropalılar atollu 1806-ci ildə tapıblar: ispan dənizçi Xuan Batista Monteverdinin komandanlığı altında olan gəmidən görüblər. Əhalisi Polineziya dili olan Nukuoro dilində danışırlar, bundan başqa yaşlılar ponapey dilini də bilirlər. Taro və kopra yetişdirilməsi (əsasən atollun cənub-şərq hissəsində), maldarlıq və balıqçılıqla məşğul olurlar Sahilində qara istridyələrə rast gəlmək mümkündü, onlar mirvari istehsal edirlər.