Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arara
Arara — Braziliyanın şəhəridir.
Aarra
Aarra — qədim ərəb mifologiyasında bitki və məhsuldarlıq tanrısı. Suriyadakı Bosra şəhərinin hamisi. Aarranın Günəş və İşıq ilahisi xüsusiyyətlərinə malik olması ehtimal edilir. Bosra Nəbatilər dövlətinin tərkibinə qatıldıqdan sonra Aarra Duşara ilə, ellinizm dövründə isə Dionislə eyniləşdirilmişdir. Başqa bir fərziyyəyə görə, Aarra Duşaranın qadağan olunmuş əzəli adıdır.
Araba
Аrаbа – türk mənşəli söz оlub, qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Kəndli təsərrüfаtındа аrаbаnın nəqliyyаt və dаşımа vаsitəsi kimi əvəzsiz rоlu оlmuşdur. Аrаbаyа qоşqu kimi işlədilən hеyvаn növlərindən аsılı оlаrаq аrаbаnın dа müхtəlif növləri hаzırlаnırdı: аt аrаbаsı, kəl аrаbаsı, öküz аrаbаsı, еşşək аrаbаsı. Аrаbаnın hаzırlаnmаsı хüsusi tехniki hаzırlığа mаlik ustаlаr tərəfindən icrа еdilirdi. Аrаbаyа lаzım оlаn hissələr хаrrаtlаr və dəmirçilər tərəfindən hаzırlаnır və sоnrа lаzımi qаydаdа qurаşdırmа işi аpаrılırdı. Аrаbа hissələrinin аdlаrı аşаğıdаkılаrdır: təkər, bаn, pər, kəmər, çərçivə, rеykа, sаmı, bоyunduruq, qоl, lаydır (çəmbər), ох, tоp, dislə, çumаçа. Аrаbа tək аt üçün hаzırlаndıqdа оnа qаrşı tərəfdən аt qоşmаq üçün iki qоl düzəldilir. Cüt qоşqu аrаbаlаrı təkqоllu оlub, аrаbаnın qаrşı tərəfindən оrtа hissəyə bərkidilir. Qоl аrаbаnın müхtəlif tərəflərə yönələ bilməsini təmin еtmək məqsədi ilə оnun ön hissəsinə birləşdirilmiş dişləyə bəndlənir. Dişlə türk mənşəli tuşlа sözündən оlub, аrаbаnın tuşlаnа biləcəyi istiqаməti ifаdə еdir.
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Ararat
Ararat — ermənilərin Ağrı dağına verdiyi ad. Ararat rayonu — Vedi rayonunun indiki adı. Ararat (şəhər) — Ermənistanda şəhər. Ararat (kənd) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Arava
Арaba (Аrava, Vadi-əl-Ərəb) (ivr. ‏הערבה‏‎, ərəb. وادي عربة‎) — səhra və vadi İordaniya və İsrail ərazisində yerləşir. Araba səhrası şimaldan Ölü dənizindən Aqaba körfəzinə qədər uzanan ərazidə yerləşir. Elədə böyük olmayan ərazi İordaniya çökəkliyini özündə ehtiva edir. Səhra Arava vadisinin daxilinə doğru 166 km uzanır. Bu ərazi Kiçik Asiya ilə Mərkəzi Afrika sınma zolağı boyunca uzanır. Səhranın ərazisi düzənlikdir. Bu iri vadi edom dağları ilə şərqdən və Neqeva ön dağlığı ilə şərqdən əhatələnir. Nə zamansa ərazi dənizin dibini təşkil etmişdir.
Araşa
Araşa, Barreyru - d i - Araşa (Araxa, Barreiro de Araxa) – Braziliyada, Minas-Jerays ştatında niobium-nadir torpaq elementləri yatağı. Niobiumun ehtiyatına görə dünyada ən iri yataqdır. 1954-cü ildə kəşf edilmişdir. 1960-cı ildən açıq üsulla istismar olunur. Nb2O5-in ehtiyatı 17 mln. ton (filizdəki orta miqdarı 2,5%), nadir torpaq filizlərinin ehtiyatı isə təqribən 500 mln. tondur (nadir torpaq elementləri oksidlərinin filizdəki miqdarı 2,8%). Yataq Minas-Jerays nadir metal əyalətində yerləşir və karbonatitlər massivinin zənginləşmiş laterit aşınma qabığı ilə əlaqədardır. Yan süxurlarını kembriyəqədərki kvarsitlər və muskovitli şistlər təşkil edir. Aşınma qabığının qalınlığı 100–200 m, bəzən daha çoxdur.
Asara
|status = Şəhər }} Asara— İranın Əlburz ostanının Kərəc şəhristanının Asara bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,030 nəfər və 282 ailədən ibarət idi. Asara şəhəri,Asara,Rey Zəmin, Sira, və Pol Xab kəndlərinin birləşməsindən yaranıb.
Alara qalası
Alara qalası — Alanyanın 37 kilometr qərbində, dənizdən 7 kilometr içəridə Səlcuqlu Sultanı I Əlaəddin Keyqubad tərəfindən 1232-ci ildə tikilmişdir. İpək yolu üzərində inşa edilən qalanın funksiyası, Alara çayı kənarındakı Alarahanda fasilə verən karvanların təhlükəsizliyini təmin etmək olubdur. Qala 200 metrdən 500 metrə qədər çıxan sıldırım bir təpə üzərində qurulmuşdur. Görkəmli bir görünüşü vardır. Xarici və daxili qala kimi iki hissədən ibarərətdir. 120 pilləli qaranlıq bir koridordan qalanın içinə gedilir. Ziyarətə açılmadığı üçün yabanı otların və xarabalıqların əhatəsində baxımsız vəziyyətdədir. Həmçinin tunelin ortasına doğru dərin bir çuxur var. Bunun ucu su almaq üçün keçdikləri mağaradır. Qalanın içində qayalar yonularaq tunellər tikilib.
Amara döyüşü
Amara döyüşü — 19 oktyabr ilə 20 oktyabr 2006-ci il aralığında keçirilmiş, Bədr Təşkilatının çoxsaylı üzvləri ilə Mehdi Ordusu və polislər arasında baş vermiş döyüşdür. == Arxa planda == Amara şəhəri nisbətən müharibə zamanı dinc şəhərlərdən idi. Həmin zamanlarda bu şəhərdə bir-birilə rəqabət aparan polis orduları, Bədr Təşkilatı və Mehdi Ordusu mövcud deyildi. Müharibənin əvvəllərində xeyli rəqib fraksiyalar arasında və məqsədli istiqamətində döyüşlər olub. Britaniya qüvvələri OMS polis ordusu ilə gündəlik təmasda olub. İraq minaatan atəşgahı ilə birlikdə ordu onların qərargahı idi. Britaniya qüvvələri 2006-cı ilin avqustunda Amaranı tərk etdi və İraq hökuməti şəhərə nəzarəti bərpa etdi. Oktyabrın ortalarında Amarada yol kənarında Bədr Təşkilatına məxsus bombanın partlaması nəticəsində Amaranın Polis Rəisi həlak oldu. Buna cavab olaraq, polis Mehdi Ordusunun üzvü olan və şübhəli bilinən terrorçunun qardaşını əsir götürdü. == Döyüş == Döyüşlər oktyabrın 19-da başladı.
Amara gölü
Amara ( rum. Lacul Amara) — Rumıniyada duzlu liman-göl. Göl Slobozia-Buzeu yolu yaxınlığında, Yalominsk dairəsindədir. Amara şəhəri gölün sahilində yerləşir. == Ümumi məlumat == Amara gölünün sahəsi 132 hektardır. Su kütləsinin həcmi təxminən 2600000 m³-dir. Göl S formalı olub uzunluğu 4 km, eni isə 200 - 800 metr arasında dəyişir. Maksimal dərinlik 3 metrdir. Göl çuxuru Yalominya çayı ilə əlaqəsi olmayan depresiyaya uyğun gəlir. İl boyu daima şirin su azlığından, güclü buxarlanmadan və quraq iqlim səbəbi ilə göl suyu yetərincə duzludur.
Amrita Arora
Amrita Arora (31 yanvar 1981) — Bollivud aktrisası. == Həyatı == Arora Çemburda Coyse Polikarp və Anil Arora ailəsində dünyaya gəlib. O Mumbaydakı Loreto qadın monastrında da olub. Amritanın bacısı Malaika Araro Xandır. Amritanın 2010-cu ildə dünyaya gəlmiş Azan adlı oğlu var. 2012-ci ildə özünün dediyinə görə ikinci uşaq gözləyir. == Karyerası == Arora Bollivuddakı debütünü 2002-ci ildə Fərdin Xanla birlikdə çəkildiyi Kitne Door Kitne Paas (Nə qədər uzaq, nə qədər yaxın) filmində reallaşdırır. Ancaq bu film o qədər də uğurlu olmur. Onun ilk uğurlu rolu komediya janrında oynadığı Awara Paagal Deewana (Avara, Dəlisov, Çılğın) filmi olmuşdur. Amritanın iştirak etdiyi Girlfriend (Rəfiqə) filmi mübahisəli bir film olmuşdur.
Araba (albom)
Araba – Mustafa Sandal-ın 1999-cu ildə çıxardığı 4-cü albomudur. == Mahnı haqqında == "Araba" albomu Fransaya məxsus "Sony Music France" leyblı tərəfindən istehsal edilmişdir. Albom uzun müddət Belçika, Fransa kimi avropa ölkələrinin hit-paradlarında yüksək mövqe qazanmışdır. Alboma daxil olan "Araba" mahnısı böyük uğur qazanmışdır. Bu mahnının kaver versiyası Fransa ifaçısı Faudel tərəfindən "La main dans la main" adı altında fransızca səsləndirilmişdir.
Ararat (kənd)
Dəvəli, Ararat — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.1728-ci ildən mə'lumdur == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Vedibasar çayından axan arxın yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1828–1829-cu illərdə kəndə İrandan gəlmə ermənilər yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır. 1975-ci ildə kənd Ararat adlandırılmışdır. == Toponimi == Toponim qacarların bir boyu olan dəvəli etnonimi əsasında əmələ gəlmiş etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ararat qoyulmuşdur. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədə Davalonots kimi qeyd olunmuşdur. Ehtimal ki, orta əsrlərdə Anadoluda mövcud olmuş Dəvəlu bölgəsindən gəlmiş ailələrin özləri ilə gətirdikləri addır. 1588-ci ilə aid mənbədə Azərbaycanda qışı Qarabağda keçirən bir el də Davilu adlanırdı.
Ararat (şəhər)
Ararat — Ermənistanda şəhər.
Ararat Respublikası
Ararat Respublikası və ya Kürd Ararat Respublikası(Kürd: Komara Agiriyê, کۆماری ئارارات və Kürd: Komara Araratê) özünü Kürd dövləti elan etmişdi. Türkiyənin şərqində, mərkəzi Karaköse vilayətində yerləşirdi. Agirî, kürd dilində Ararat adlanır. == Tarixi == Xoybun partiyasının mərkəzi komitəsinin rəhbərlik etdiyi Ararat Respublikası 28 oktyabr 1927-ci ildə və ya 1928-ci ildə, Türkiyənin cənub-şərqindəki kürdlər arasında üsyan dalğası zamanı müstəqillik elan etdi. Xoybunun ilk iclasında İhsan Nuri Paşa Ararat qiyamının hərbi komandiri elan edildi. 1927-ci ilin oktyabrında Kürd Ava, və ya Ararat Dağı yaxınlığındakı bir kənd olan Kürdəva, Kürdüstanın müvəqqəti paytaxtı olaraq təyin edildi. Xoybûn Böyük Güclərə və Millətlər İttifaqına müraciət etdi və eyni zamanda İraq və Suriyadakı digər kürdlərlə əlaqə yaratmaq üçün mesajlar göndərdi. Ancaq Türkiyə tərəfindən edilən təzyiq altında, Britaniya İmperiyası və Fransa Xoybun üzvlərinin fəaliyyətlərinə məhdudiyyətlər qoydular. Türk ordusu sonradan 1930-cu ilin sentyabrında Ararat Respublikasını məğlub etdi.
Ararat dialekti
İrəvan dialekti (erm. Երևանի բարբառ Yerevani barbař) — şərqi erməni dilinin İrəvan və onun ətrafında danışılan dialekti. Qrabar sözləri İrəvan dialektinin lüğət tərkibinin əhəmiyyətli hissəsini təşkil edir. Tarix boyu bu dialekt bir çox dillərin, xüsusən də rus və fars dillərinin təsirinə məruz qalmışdır və bu gün çoxlu alınma sözlər var. Bu gün erməni dilinin ən geniş yayılmış dialektidir.Tarixən bu dialekti əsasən danışıldığı Ağrı vadisinə istinadən Ararat dialekti kimi tanınırdı. XIX əsrdə müasir ədəbi erməni dilinin yaradılması üçün səylər göstərilmişdir. 1841-ci ildə erməni yazıçısı Xaçatur Abovyan İrəvan dialekti yazdığı "Ermənistanın yaraları" romanını tamamlamışdır. 1918-ci ildə İrəvan Birinci Ermənistan Respublikasının paytaxtı elan edildiyinə görə İrəvan dialektinin əhəmiyyəti artmışdır. Sovet dövründə şərqi erməni dili və İrəvan dialekti üstünlük təşkil edən rus dilinin güclü təsiri altına düşmüşdür və 1980-ci illərin sonunda ruslaşdırma erməni dilinin gələcəyi üçün zərərli hesab edilmişdir.Bu gün İrəvanda yaşayan ən azı 1 milyon insan danışıq ermənicəsinin əsasını təşkil edən İrəvan dialektində danışır. Bundan əlavə, Ermənistanda, qondarma Dağlıq Qarabağ Respublikasında və Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda faktiki olaraq bütün dialektika təhsil sistemi vasitəsilə İrəvan dialektinin təsiri altındadır.
Ararat mahmızçiçəyi
Ararat mahmızçiçəyi (lat. Delphinium araraticum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
Ararat mərzi
Ararat mərzi (erm. Արարատի մարզ) — Ermənistan Respublikasında I dərəcəli inzibati–ərazi vahidlərindən biri. İnzibati mərkəzi Artaşat şəhəridir.
Ararat qəbiristanlığı
Ararat Massis erməni qəbiristanlığı və ya sadəcə Ararat qəbiristanlığı — ABŞ-də, Kaliforniya ştatının Fresno şəhərində erməni qəbiristanlığı. 1885-ci ildə əsası qoyulan qəbiristanlıq ABŞ ermənilərinin tarixində bir çox görkəmli şəxsiyyətin, o cümlədən Soqomon Teyliryan, Viktor Maqakyan və Vilyam Saroyanın dəfn olunduğu yerdir. Ararat Massis qəbiristanlığı bir əsrdən artıq müddətdə Ermənistan və Yaxın Şərqdən kənarda tikilmiş yeganə erməni qəbiristanlığı idi.
Ararat rayonu
Vedi rayonu, Ararat rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Vedibasar mahalı rayonu ərazisində rayon. Mərkəzi Böyük Vedi şəhəridir. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. 1968-ci il mayın 5-nə qədər Vedi rayonu, həmin tarixdən isə Ararat rayonu adlandırılıb. Ərazisi 1399 kv. km-dir. Rayon mərkəzi Böyük Vedidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 49 km-dir. Vedi rayonu Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ilə Türkiyə arasında dağarası düzənlik olan Ağrı vadisində yerləşir. Bu düzənliyin uzunluğu 90 km, dəniz səviyyəsindən hündürlüyü 850-1000 metrdir.
Arata İsozaki
Arata İsozaki (yaponcaː 磯崎 新; 23 iyul 1931[…], Oita, Oita, Yaponiya – 28 dekabr 2022, Naha, Okinava prefekturası, Yaponiya) — Memar, dizayner və nəzəriyyəçi. 2019-cu ildə Pritsker mükafatının qalibi olmuşdur == Haqqında == Arata İsozaki (磯崎 新) 1931-ci ildə Oita (Fukuoka, Kyuşu) şəhərində anadan olub. 1954-ci ildə Tokio Universitetinin Mühəndislik fakültəsindən məzun olduqdan sonra karyerasına başlayıb. 1963-cü ildə o, öz şirkətini (Arata Isozaki & Associates) quranadək Kenzo Tangenin rəhbərliyi altında çalışıb. Kenzo Tange Aratanın ilk müəllimi də hesab oluna bilər. Məhz o, 1987-ci ildə Pritzker mükafatını alan ilk yaponiyalıdır. Kenzo Tangenin ən istedadlı şagirdlərindən biri olan İsozaki 1960-cı ildə onunla birgə Böyük Tokio layihəsi üzərində işləmişdir. Memarlar bu layihədə meqapolisi Tokio körfəzində iri körpü üzərinə daşımağı hədəf seçmişdilər. Asma evlərdən, toxunma yollardan ibarət olacaq bu layihə Le Korbuzye (gərçək adı fr. Charles-Édouard Jeanneret – İsveçrəli memar.
Arava Kimura
Arava Kimura (8 iyul 1931, Hiroşima – 21 fevral 2007, Kanaqava prefekturası) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib, 1 qol vurub.
Araya yarımadası
Pariya yarımadası (isp. Paria) — Cənubi Amerikanın şimal-şərqində, Venesuela ərazisində yerləşən yarımada. Karib Andının davamını təşkil edir. Karib dənizi suları ilə əhatələnir. Karyako körfəzini isə şimal hissədən əhatələyir. Marqarita adasından Kubaqua boğazı ilə ayrılır. Yarımadada sıx kollar və akasiya ağacları yayılmışdır. Yarımada Sukre ştatı ərazisinə daxildir. İnzibati baxımından Ribero və Kruz Salmeron Akosta rayonlarınma ayrılır. Qərb qutaracağında Araya şəhəri yerləşir.
Falco araea
Əl-Аmаrа
Amara — İraqın Meysan mühafazasının mərkəzi. Əhalisinin 79% ni şiələr təşkil edir. Bu da 1000 il əvvəl buralarda yaşayan Lurlar ilə bağlıdır. Şəhər həmçinin Dəclə və Fərat çayı arasında yerləşir.