Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balqaş
Balqaş (qaz. Балқаш) — Qazaxıstanın Karaqanda vilayətində yerləşən şəhər. Balxaş gölünün şimal sahilində, Qazaxıstan alçaq təpəliyinin cənubunda yerləşir. 1937-ci ildə əsası qoyulan Balqaş şəhəri ölkənin əsas misəritmə və mədən sənayesi mərkəzi olaraq fəaliyyət göstərmişdir. Şəhər ölkənin Çinlə dövlət sərhədindən təqribən 500 km qərbdə yerləşir.
Bulqan
Bulqan — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərinin inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaracuq kənd inzibati-ərazi vahidi tərkibindəki Qaracuq kəndinin bir hissəsi Bulqan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraçuq kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Bulqan kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. == Tarixi == Bulqan Naxçıvanın qədim yaşayış məntəqələrindən biridir. Kənd ərazisində orta əsrlərə aid yaşayış yeri olmuş, buradan sənduqə tipli bir neçə qəbirüstü abidə, müxtəlif dövrə aid çəhrayı rəngdə bişirilmiş sadə və şirli qab qırıntıları tapılmışdır. Bulqan kəndi yarandığı vaxtdan Araz çayının kənarında yerləşmiş, 1963-1969-cu illərdə Araz su anbarının tikintisi ilə əlaqədar əvvəlki yerindən indiki əraziyə köçürülmüş, keçmiş kənd Araz dəryaçasının altında qalmışdır. Mənbələrdə “Bulğan” adı ilə qeydə alınmış kənd XVI əsrdə Naxçıvan nahiyəsinə, XVIII əsrdə Qarabağ nahiyəsinə, XIX əsrdə Naxçıvan mahalına, 1925-1930-cu illərdə Naxçıvan dairəsinə daxil olmuşdur. XIX əsr və ondan əvvəlki dövrlərdə kənddə kəngərlilərin Qızılqışlaq tayfasına məxsus 29 ailə yaşamış, kəndin torpaq sahələri Əmir Suar bəyə və üç qardaşa məxsus olmuş, ərazidə daha çox buğda və arpa əkilmişdir. Bulqanda yaşayan Qızılqışlaq tayfası və tirələrinin, eləcə də kəngərlilərin Əlixanlı tayfasına məxsus ailələrin yaylaq yeri XIX əsrdə Əli Məmməd qışlağı, “Güllü qışlaq”, “Kalançı qışlaq” və “Mağara qışlaq” adları ilə tanınmış indiki Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndləri olmuş, bu kəndlərin əsası kəngərlilər tərəfindən qoyulmuşdur. Dilimizdə “Bulqan” adının mənası haqqında yekdil fikir yoxdur.
Calğan
Aşağı Calğan
Qalqan
Qalqan (fr. Galgan, oks. Galganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12108. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 36 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 349 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 192 yaşda olan (15-64 yaş arasında) 145 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 70.7%).
Bağlan
Bəğlan vilayəti
Balkan
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir.
Çalğan
Daşlı Çalğan — Azərbaycanın Siyəzən rayonunda kənd. Orta Çalğan — Azərbaycanın Siyəzən rayonunda kənd.
Balan
Balan (En) — Fransada kommuna. Balan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Balan xalçası — İranda xalça.
Baqan
Paqan müasir Myanmanın ərazisində yerləşən qədim paytaxt şəhərdir. Şəhər İrivadi çayının qərb sahili boyunca 145 km cənubi-qərbdə Mandalaya, Maquey dairəsində Çauk şəhəri yaxınlığında yerləşir. Hazırda qədim şəhərin yerində arxeoloji zona məbədlər, monastırlar yerləşir. Aşkar mədəni və tarixi əhəmiyyətinə baxmayaraq, siyasi səbəblərdən YUNESKO-nun Dünya İrsi siyahısına salınmadı. == Tarixi == Paqan xarabalıqları 40 км² sahəni əhatə edir. Məbədlərin əksəriyyətinin XI-XIII əsrlərdə tikildiyi Paqan şəhəri Krallığın paytaxtı idi. Krallığın paytaxtını kral Pinbya 874-cü ildə Paqana köçürüb. 1287-ci ildə bu səltənət Monqollar tərəfindən işğal edilmişdir. Bu şəhər monqollar tərəfindən talan olunaraq çoxlu dini əşyalar oğurlandı.
Aşağı Calğan
Aşağı Calğan - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 1886-cı ildə yuxarı və aşağı Calğanın toplam əhalisi 53 evdə 137 nəfəri kişilər, 134 nəfər isə qadınlar olmaqla 271 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 2,139 nəfər azərbaycanlı yaşamaqda idi. Etiqad baxımından kənd əhalisi müsəlmanlardan ibarətdir.
Balian İbelin
İbelinli Baliyan — səlibçi zadəgan. == Həyatı == Balian İbelin Fransada doğulmuşdur. 1187-ci ildə Qüds kralı Gi De Luzinyanın orduları yürüşə yollananda Balian yürüşdən imtina edir. Gi de Luziyan Xittin döyüşündə Səlahəddin Əyyubiyə məğlub olur. Tezliklə müsəlmanlar Qüdsü mühasirəyə alırlar. Baliyanın rəhbərliyi ilə az sayda səlibçi şəhəri uzun müddət qəhrəmancasına qoruyurlar. Müsəlmanlar dəfələrlə hücuma keçsələr də itki verib geri çəkilirlər. Bu vaxt Baliyan qalada ehtiyatlarının tükəndiyini hiss edib, Səlahəddinə bütün xristiyanların və kraliçanın cıxıb getməsinə icazə verildiyi halda şəhəri təhvil verəcəyini bildirir. O, bildirir ki, əgər Səlahəddin buna icazə verməsə hər bir cəngavər ölənə kimi 10-12 müsəlman döyüşçüsünü öldürəcək. Səlahəddin məcbur qalıb xristiyanları buraxır.
Balkan Kuboku
Balkan Kuboku — Balkan ölkələrindən Avropa kuboklarına qatılmayan klub komandaları arasında təşkil olunmuş turnir. == Tarixi == 1960-cı ildən başlayan bu turnir, Türkiyənin Fənərbaxça klubunun prezidenti Faruk İlqaz tərəfindən irəli sürülən təkliflə 1967-də Balkan İkinciləri Kuboku adı ilə təşkil olundu. 28 dəfə oynanılan bu turnir 1994-cü ildən etibarən keçirilmir.
Balkan Muharibəsi
Balkan Yarımadası
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir.
Balkan dağları
Balkan dağları (bolq. Ста́ра планина́, serb. Стара планина / Stara planina) — Bolqarıstanın qərbindən şərqinə doğru uzanaraq ölkəni iki yerə bölən dağ. Dağın uzunluğu 600 km-dir. Balkan dağları Dəmirqapı boyunca Dunay çayının keçdiyi cənubi Karpat dağlarının təbii davamıdır. Bu dağlar "Balkan yarımadası" və "Balkanlar" coğrafi adlarının əsasını təşkil etmişdir. Bu dağ ölkəsinin ərazisi XX əsrin 70-ci illərinin sonlarından sovet və Bolqarıstan coğrafiyaşünasları tərəfindən etibarən tədqiq olunmağa başlanmışdır. Elmi işlər Stara Planina və Qafqazın ərazilərinin müqayisəli tədqiqatı proyektinin bir hissəsi idi və ona SSRİ EA Coğrafiya İnstitutunun direktoru İ. P. Gerasimov və Bolqarıstan EA Coğrafiya İnstitutunun direktoru J. S. Qlıbov rəhbərlik edirdi. Qədim dövrlərdə dağ silsiləsi Hem, Em (q.yun. Αἶμος, lat.
Balkan dilləri
Balkan dilləri— Balkan dilləri beş ayrı qrupa ayrılmaqdadır. 1. Slavyan dillərini danışanlar, 2. Latın mənşəli dilləri danışanlar, 3. Rumca danışanlar, 4.Albanca danışanlar, 5.Türkcə danışanlar. == Slavyan dillərini danışanlar == 1. Slavyan dillərini danışanlar :Bu dil qrupu da üç əsas hissəyə ayrılır. Ən başda Serbiyada serbcə, Bosniya Herseqovinada boşnaq dilində, Monteneqroda monteneqro dilində və Xorvatiyada xorvat dilində təxminən 20 milyon insan tərəfindən danışılan serb və xorvat aksentləri gəlir. İkinci qrupa makedon dili və bolqar dilində danışanlar və ümumi olaraq 9 milyona yaxınlaşan köhnə Yuqoslaviya və Bolqarıstanda yaşayan slavyanlar təşkil edir. Üçüncü Slavyan qrupuna isə slovenlər və sayları az olan çexlərlə, slovaklar meydana gətirir.
Balkan ittifaqı
Balkan İttifaqı — 1912-ci ildə Şərqi pravoslav krallıqlarına aid olan Yunanıstan, Bolqarıstan, Serbiya və Monteneqro dövlətlərinin həmin dövrdə Avropanın cənub-şərqinin çox hissəsinə nəzarət edən Osmanlı İmperiyasına qarşı yaratdığı dördtərəfli ittifaq idi. 1900-cü illərin əvvəllərindən etibarən Makedoniyada partizan hərəkatının başlanması, ardınca Osmanlı ərazisində baş vermiş "Gənc türklər" inqilabı və Bosniya böhranı Balkanlardakı siyasi vəziyyəti bir xeyli gərginləşdirmişdi. 1911-ci ildə başlamış olan İtaliya-Osmanlı müharibəsi Osmanlı İmperiyasını zəiflətmiş, Balkan dövlətlərini isə daha da ruhlandırmışdır. 13 mart 1912-ci ildə Serbiya və Bolqarıstan krallıqları Rusiya imperiyasının təsiri altında Avstriya-Macarıstan əleyhinə birgə fəaliyyət göstərmək məqsədilə ittifaq müqaviləsi imzaladı. Həmin müqavilə əslində Avstriya-Macarıstana qarşı imzalansa da, onun gizli maddələrindən birində bu ittifaqın Osmanlı İmperiyası əleyhinə fəaliyyət göstərəcəyi də qeyd olunurdu. Bunun ardınca, Serbiya ilə Monteneqro və Bolqarıstanla Yunanıstan arasında da eyni ikitərəfli ittifaq müqavilələri imzalandı. Bu ittifaq 1912-ci ilin oktyabrında başlamış Birinci Balkan müharibəsində qələbə qazandı və demək olar ki, Osmanlı İmperiyasının Avropada sahib olduğu əraziləri tamamilə işğal etdi. Bu qələbəyə baxmayaraq, ittifaq üzvləri arasındakı fikir ayrılıqları davam edirdi. Nəticədə, 16 iyun 1913-cü ildə Bolqarıstanın keçmiş müttəfiqləri üzərinə hücuma keçməsi ilə birlikdə İkinci Balkan müharibəsi başlandı. == Arxa plan == 1856-cı ildə başa çatmış Krım müharibəsindən sonra Rusiya fikirləşirdi ki, digər böyük dövlətlər onun Aralıq dənizinə çıxış əldə etməsinə qarşı çıxmaz.
Balkan küknarı
Balkan küknarı (lat. Picea omorika) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Balkan yarımadasındakı əkinlər dəniz səviyyəsindən 950-1500 m hündürlükdə, kölgəli qayalıq yamaclarda yayılmışdır. Hündürlüyü 30-40 m-ə qədər, qısa budaqlarla inkişaf edən, ensiz-piramidal ucu biz çətirli olub, ikinci dərəcəli sallaq budaqlı, qabığı nazik, qırmızımtıl-boz, zoğları sıx tüklüdür. İynəyarpaqların uzunluğu 0,8-2 mm, hamar, möhkəm, üst tərəfdə ağ zolaqlı, alt tərəfdə tünd-yaşıl, parlaqdır. Qozaları yumurtavarı-uzunsov, uzunluğu 4-6 sm, qonur rəngli, parlaq, toxum qabıqları bərk, üstü yumru, enli və zəif bitişikdir. Qışa, kölgəyədavamlı, torpağa az tələbkar, meşədə gillicə torpaqlarda yaxşı bitən bitkidir. 300 ilə qədər yaşayır, xəstəlik və zərərvericilərə az yoluxur, çox dekorativdir, qaza və tüstüyə davamlıdır. Park əkinlərində geniş istifadə edilir. Azərbaycanda Bakının küçə və parkalrında əkilib becərilir.
Baltan (Sərdəşt)
Baltan (fars. بالتان‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (7 ailə).
Baluan Şolaq
Baluan Şolaq (qaz. Балуан Шолақ) və ya Nurməhəmməd Baymırzaulı (qaz. Нұрмағанбет Баймырзаұлы; d. 1864, Karaoktel, indiki Aqmola vilayəti, Qazaxıstan – 1919, Kayraktı, indiki Cambul vilayəti, Qazaxıstan) — Qazaxıstan musiqiçisi, bəstəkarı, dombraçalanı, igidi və döyüşçüsü. == Bioqrafiya == Əslən ulu juzlardan biri olan dulatların Sambet tayfasından olan Nurməhəmməd Baymırzaulı 1864-cü ildə indiki Qazaxıstanın Aqmola vilayətində, Şu çayının sahillərində yerləşən Karaoktel kəndində anadan olmuşdur. Atasının adı Baymırza, anasının adı isə Qaynıkey olub. Uşaqlıqda xalq mahnıları oxuyar və dombra ifa edərdi. Gənc yaşlarında Baluan Şolaq (azərb. Rəqibsiz güləşçi‎) ləqəbini qazanmışdır. Daha sonra Şolaq müxtəlif aullar gəzmiş, istedadlı gənc dombraçalanları öz yanına almış və o dövrün adət-ənənələrinə uyğun əyləncə yığıncaqları qurmuşdur.
Balxan dağları
Balxan dağları — Türkmənistanın qərbində Uzboy dərəsi ilə ayrılan dağ silsilələri Böyük Balxan dağlarının hündürlüyü 1880 m, uzunluğu 70 km-ə qədərdir. Yura və Tabaşirin əhəngdaşı və qumdaşılarından ibarətdir. Kiçik Balxan dağlarının hündürlüyü 777 m, uzunluğu 30 km-ə qədərdir. Əsasən, əhəngdaşı və merkeldən ibarətdir. Yamaclarında səhra (seyrək halda) və çöl bitkiləri bitir. Bəzi yerləri əkin üçün istifadə olunur.
Balxan körfəzi
Balxan körfəzi — Xəzər dənizinin şərqində yerləşir. Türkmənbaşı körfəzinin şimal-şərqində yerləşir. Şimali Çələkən körfəzi ilə Dərdcə yarımadası ilə ayrılır. XX əsrdə uzunluğu 100 km, eni isə 15 km təşkil edirdi. Orta dərinliyi 0,5-1 metrdir. Maksimal dərinliyi 2 metri keçmir. Bu səbəbdən gəmiçilik üçün yararsırdır. Suyuun səviyyəsi qalxarkən körfəz vaxtı ilə mövcud olan çayın estuarisi ilə şərqə genişlənir. Rəvayətə görə buraya Amudərya çayı axırdı. Yüksək buxarlanma səbəbindən burada duzluluq Xəzərdən 2-3 dəfə yüksək olur.
Kalğan (Bostanabad)
Kalğan (fars. كلغان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 352 nəfər yaşayır (67 ailə).
Orta Çalğan
Orta Çalğan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Orta Çalğan kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi eyniadlı digər kəndlərdən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsilə­sinin ətəyində, dəniz səviyyəsindən 522 metr yüksəklikdə yerləşir. == Əhalisi == Əhalisinin sayı 54 nəfərdir.
Yuxarı Calğan
Yuxarı Calğan - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik tatlardan ibarətdir. 1886-cı ildə yuxarı və aşağı Calğanın toplam əhalisi 53 evdə 137 nəfəri kişilər, 134 nəfər isə qadınlar olmaqla 271 nəfər sünni islam etiqadlı tat əhalidən ibarət idi. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 746 nəfər tat yaşamaqda idi. Etiqad baxımından kənd əhalisi sünni müsəlmanlardan ibarətdir. == Mənbə == Единый школьный портал Министерства образования и науки Республики Дагестан: средняя школа села Верхний Джалган Дербентского района Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine: История образования села Джалган.