Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arbis ibn Basbas
Arbis ibn Basbas (VII əsr və ya VIII əsr, Leq çarlığı – VIII əsr, Leq çarlığı) — Leq çarlığının hökmdarı. O, ərəblərə qarşı vuruşmuşdur. Atası Basbas (Sabas) da Leq çarı olmuşdur. Ərəb tarixçisi Təbərinin yazılarında onun adı "Aviz" kimi çəkilir. Mərvan ibn Məhəmməd Qafqazda etdiyi yürüşlərdən sonra qışda Dərbənddə dayanmışdır. O, burada bütün Dağıstan padşahlarını çağıranda Arbis ibn Basbasdan başqa Şirvan, Layzan, Filan, Tabasaran və digər bölgələrdən olan padşahlar onun yanına gəlmişdilər. İbn Əsam əl-Kufi əsərində yazmışdı ki, buna qəzəblənən Mərvan döyüşçülərinə leqlər ölkəsinə basqın etməyə icazə vermişdir. Uzunmüddətli mühasirəyə tab gətirə bilməyən Arbis qalasından qaçmış və kamandan atılan oxla öldürülmüşdür. Ərəblər ardınca leqlərin ölkəsini qarət etmiş və yandırmışdır.
Bassas da İndiya adaları
Bassas da İndiya adaları (fr. Bassas da India) — Hind okeanında yaşayışı olmayan adalar. Adalar Fransanın mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyi Eparse adaları ərazisinə daxildir. Bölgədə yerləşən adalara Madaqaskar iddia edir. == Coğrafiya == Adalar qrupu Hind okeanının cənubunda, Mozanbik boğazında yerləşir. Mozambik və Madaqaskar arasındakı yolun üzərində, Avropa adasından 80 km aralıda qərarlaşır. Adaların sahəsi 0,2 km²-dir. Sahil xətdinin uzunluğu isə 35,2 km-dir. Ada öz növbəsində bir su altı dağdır ki, onun hündürlüyü 3000 metrdir. Güçlü qabarmalar zamanı adalar tamamən suyun altında qalır.
Balhae
Bohay (kor. 渤海, 발해) — Koreyanın şimalında Şimal-Cənub dövlətləri dövründə mövcud olmuş dövlət. 698-ci ildə Kral Go tərəfindən qurulmuş,926-cı ildə Kidanlar tərəfindən süquta uğradılmış və torpaqları Liao və Koquryo krallıqları arasında bölüşdürülmüşdür.
Balqaş
Balqaş (qaz. Балқаш) — Qazaxıstanın Karaqanda vilayətində yerləşən şəhər. Balxaş gölünün şimal sahilində, Qazaxıstan alçaq təpəliyinin cənubunda yerləşir. 1937-ci ildə əsası qoyulan Balqaş şəhəri ölkənin əsas misəritmə və mədən sənayesi mərkəzi olaraq fəaliyyət göstərmişdir. Şəhər ölkənin Çinlə dövlət sərhədindən təqribən 500 km qərbdə yerləşir.
Balxaş
Balxaş gölü (köhnə Türkcə: Terinğ köl; qaz. Balqaş Köli) Cənub-şərq Asiyada Balxaş-Alakul çökəkliyində yerləşən göl. Cəmi su hövzəsi 413,000 km²dir. Qazaxıstan sərhədləri içərisində olan, maksimum uzunluq 605 km, maksimum genişlik isə şərqdə 74 km, qərbdə 19 kmdir. Sahə 16.996 km²dir. Ən dərin nöqtəsi 25,6 metr ikən ortalama dərinlik 5,8 metrdir. Cəmi sahillərinin uzunluğu 2.385 kmdir. Dənizdən yüksəkliyi 341,4 metrdir. Balxaş gölü iki hissəyə ayrılır. Qərb hissəsi dayaz və enli, sahilləri çox parçalanmışdır.
Baqnas
Baqnas — Arsakda Uti mahalında kənd adı. Albaniya tarixi əsərində gözəlliyi ilə məşhur Taquhi (yazılışı ermənicədir) adlandırılan qızın kəndidir. (Albaniya tarixi). Qədim fars dilində baqa allah sözündən və ermənicə yazılışda Amaras toponimində olduğu kimi əlavə olunma as şəkilçisindən ibarətdir. Baq, baqa sözü ilə bağlı yer adları xristianlıqdan (IV əsrdə) əvvəlki sitayiş yerləri və ziyarətgahlarla bağlıdır. Bax: Astlablur və Ulduztəpə. == Həmçinin bax == Arsak Astlablur == Ədəbiyyat == Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı, 1990. Azərbaycan SSR-in qısa toponimlər lüğəti. Bakı, 1986.
Baskak
Baskak — Monqol və Qızıl Ordu dövlətlərində xanın işğal edilmiş ərazilərdəki nümayəndəsi. Yerli hakimlərin fəaliyyətinə nəzarət edir, vergilər toplayır, mükəlləfiyyətləri icra etdirirdilər.
Basqal
Basqal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Basqal kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Basqal kənd Soveti ləğv edilərək, Basqal şəhər tipli qəsəbəsi mərkəz olmaqla Basqal qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Tarixçilərin fikrincə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə mənsub olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur. Mərhum akademik Ziya Bünyadovun fikrincə, "bas" və "qal" ifadələrinin birləşməsindən əmələ gələn basqal sözü qala bas, qala qur, qala ucalt mənalarını verir. Aparılan arxeoloji tədqiqatların nəticələrinə görə, Basqalın cənub – şərqində yerləşən antik və orta əsrə aid abidələrlə zəngin olan "qalalar" adlanan ərazi qədim insan məskəni olub. Basqal qəsəbəsi 1932–1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın "Qalabaşı" məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir.
Bauhaus
Bauhauz (alm. Bauhauz‎, Hochschule für Bau und Gestaltung — Tikinti və bədii konstruksiya üzrə ali məktəb, və ya Staatliches Bauhaus) — 1919-1933-cü illərdə Almaniyada fəaliyyət göstərən tikinti və bədii konstruksiya məktəbi — təhsil müəssisəsi, həmçinin bu təşkilat çərçivəsində yaranmış rəssamlıq assosiasiyasıdır. Bauhauz dünya mədəniyyətində böyük hadisə və məşhur memarlıq, rəssamlıq, dizayn məktəbi olmuşdur. == Tarixi == 1919-cu ildə Almaniyanın Veymar şəhərinin mədəni mərkəzi olan Saksoniyada Tətbiqi İncəsənət Akademiyasıvə incəsənət məktəbləri yeni bir şəkildə təşkil olundu. Bu, yeni tip təhsil müəssisəsi idi. Onun yaradıcısı və ilk direktoru alman memarı Valter Qropius idi. Siyasi çəkişmələr nəticəsində, Bauhauz 1933-cü ildə Berlində öz fəaliyyətini dayandırdı. Bauhauz məktəbi 20-ci əsrdə memarlıq və dizayn sənət sahələrində yeni axınlar yaratmış bir məktəbdir. Qurulduğu zaman dünyanın ən seçmə və ən müasir memarlarını, sənətçilərini bir araya gətirib yalnız təhsil təşkilatı yaratmamış, eyni zamanda istehsal mərkəzi və bütün bunların danışılıb müzakirə edildiyi bir yer olmuşdur. Bauhaus memarlıqda olduğu qədər sənaye dizaynı və şəhərsalma kimi mövzularda yeniliklər gətirmiş, yeni bir memarlıq axını yaradaraq sənətin bütün budaqlarına təsir etmişdir.
Başbaşı
Başbaşı — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərinin inzibati ərazi vahidində yaşayış məskəni. == Haqqında == Başbaşı kəndi Araz çayının sahilində, Naxçıvan şəhərindən 12 km məsafədə cənub-qərbdə yerləşir. O, Culfa - Bu Uluxanlı (indiki Ermənistan) dəmir yolu xəttinin (1908) tikintisi zamanı yaradılıb. Buranın daimi əhalisi var. Naxçıvan duz mədəni Başbaşı dəmiryol stansiyası vasitəsilə buraya gətirilir. Hazırda stansiyadan qatarların görüşmə nöqtəsi kimi istifadə olunur. Burada bir terminal var. Kənd 3,2 hektar ərazini əhatə edir.
Başmaq
Başmaq — dabanı açıq ayaqqabı növü. Adətən, qabarıq pəncəli və hündürdaban olurdu. Şərq xalqlarının, xüsusilə türk xalqlarının məişətində geniş istifadə edilmişdir. Qadın başmaqlarının (zənənə başmaq) üzlüyü, adətən, tumac və ya müşküdən, bəzən isə parçadan (məxmər, tirmə) tikilirdi. Başmağın üzlüyü parça olduqda, onu müxtəlif tikmələrlə (muncuq, güləbətin, təkəlduz) bəzəyirdilər (güllü başmaq, məxməri başmaq, güləbətinli başmaq və s.).
Baştağ
Baştağ — binanın girişində, yuxarı hissəsində xüsusi fiqurlar və ya yazı elementləri ilə qapanan mütənasib biçimli memarlıq elementi. Çağlar memarlıqda girişin iki növü formalaşmışdı: baştağlar və portallar. Portalların ən bitkin növünə qədim yunan memarlığında, baştağlara isə qədim Misir memarlığında rast gəlinir. Memarlıq alimi Rayihə Əmənzadə XI əsrdən sonra Azərbaycanda milli memarlıq məktəblərinin formalaşdığı dövrdə yaranan baştağları 8 qrupa bölüb: taxça, üz, haşiyə, həcm-məkan, ayrıca dayanan, eyvan, balaxana ilə birləşdirilən və darvaza baştağlar. == Azərbaycan memarlığında baştağlar == Azərbaycan memarlığında haşiyə ilə çevrələnmiş dərin taxça quruluşlu baştağlar XII əsr abidələrində qeydə alınıb, XIV əsrdə Naxçıvandakı, sonralar Bakı və Ərdəbil, Təbriz və Bərdədəki abidələrdə özünü göstərib. Üz baştağların klassik örnəklərinin yaradılması memar Əcəmi Naxçıvaninin adı ilə bağlıdır. Bu nümunələrə Naxçıvan, Marağa, Qəbələ abidələrində rast gəlmək olur. Haşiyə baştağlar işğal altında olan Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli rayonlarında qalan tarixi abidələrdə daha çoxdur. === Həcm-məkan baştağlar === Həcm-məkan baştağlara Bakıda Şirvanşahlar sarayını, Şamaxı abidələrini göstərmək olar. Ayrıca dayanan baştağlardan Naxçıvandakı Qarabağlar kompleksini, Güney Azərbaycanın Sultaniyyə və Təbriz abidələrini, Bakıda Şirvanşahlar sarayının Şərq darvazasını, Gəncədə İmamzadə kompleksini, Buzovnadakı turbəni memarlar daha yüksək dəyərləndirilər.
Beşdaş
Beşdaş (Qərcimədaş) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyun. == Oyunun quruluşu == Bu oyunu iki və ya dörd uşaq oynayır. Hər uşaq beş balaca daş hazırlayır. Qurrə (çöp) atıb oyuna başlayırlar. Oyuna başlayan daşın birini əlində saxlamalıdır ki, buna saqqa deyərlər. Saqqanı göyə tullayıb ovucunun içində olan daşları yerə tökməli, saqqanı göydə tutmalıdır. Əvvəl saqqanı yuxarı tullamaqla daşları bir-bir ovucuna yığmalıdır. Əsas şərt ondan ibarətdir ki, daş götürülərkən nə başqa daşa dəyməli, nə də saqqa yerə düşməlidir. İki əllə götürmək və saqqanı tutmaq olmaz. Daşları bir-bir götürüb qurtarandan sonra yerə tökməli, yuxarıdakı şərtlərə əməl etmədən daşlərı yerdən iki-iki, sonra üçünü birdən, birini tək, sonra dördünü də birdən götürməlidir.
BosVaş
BosVash (eyni zamanda BosNYVaş, Boşinqton və ya Şimal-şərq meqapolisi) — ABŞ-nin şimal-şərq sahilindəki aqlomerasiya regionunu əhatə edən bir meqapolya. Meqapol, şimal-şərqdə Massaçusets ştatından Bostondan başlayır və cənub-şərqdə Vaşinqton şəhəri və Virciniyaya qədər uzanır. Başda Boston, Nyu-York, Filadelfiya, Baltimor və Vaşinqton olmaqla böyük şəhərləri, aqlomerasiya regionlarını, şəhərətrafı zonalar və daha kiçik şəhər mərkəzlərini özündə birləşdirir. Fransız coğrafiyaşünası Can Qottmann, 1961-ci ildə yazdığı “Megalopolis: ABŞ-nin Urbanizə edilmiş Şimal-şərqi sahilboyu əraziləri” (Megalopolis: The Urbanized Northeastern Seaboard of the United States) əsəri ilə meqapol termini geniş yayılmışdır. BosVaş 2010-cu ildəki siyahıyaalma nəticələrinə görə 52.332,123 əhaliyə sahibdir və bu da ölkə əhalisinin 17% -ni əhatə edir. BosVaşda Ağ ev, ABŞ Konqres Binası, Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı, Nyu-York Fond Birjasının, Beynəlxalq Valyuta Fondunun və bir çox iri transmilli şirkətin mənzil qərargahı yerləşir və ABŞ-nin ÜDM-nin 20%-ni təşkil edir.
Xaşxaş
Lalə və ya xaşxaş (lat. Papaver) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi. Xaşxaş ildə bir dəfə, mart və ya apreldə çiçək açar. Soğanlı bitkilərdən olub zanbaqgillər ailəsindəndir. Çoxaldılması toxum ilə deyil bala soğanları ilə olur. Toxum ilə çıxarmaq son dərəcə çətindir, bu üsula yalnız yeni növlər əldə etmək üçün müraciət edilir. Əksəriyyətlə bir soğan bir çiçək açır, amma bir soğanda iki və ya üç çiçək çıxaran xaşxaşlar da vardır. Bir və ya birdən çox olsa belə ildə bir dəfə çiçək açarlar. Çoxlu çiçək açan xaşxaşları çiçəkləri birdən birə ardınca ıçarlar. Əgər yalnız bir çiçək varsa bu il bir daha çıxarmayacaq deməkdir.
Başdaşı
Məzar, qəbir, və ya başdaşı — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq və ya qəbiristanlıq adlanır. == Qəbrin növləri == Kurqan Küp qəbir == Dinlərdə qəbir və dəfn == Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Yeni Baltas (Baltas)
Yeni Baltas (rus. Новобалтачево, başq. Яңы Балтас) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Tuşqır kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 9 km., kənd sovetliyindən (Tuşqır): 7 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 75 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (99%) üstünlük təşkil edir.
Bahar
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V. V. Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Başad
Başqa
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. == Həmçinin bax == Fəlsəfə Şəxsiyyət Təfəkkür == Ədəbiyyat == Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984–1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
Eləzəkul (Baltas)
Eləzəkul (rus. Зилязекулево, başq. Еләҙекүл) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 30 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 98 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Tatarlar (99 %) üstünlük təşkil edir.
Kazanka (Baltas)
Açay (rus. Асавка, başq. Аҫау) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 11 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 38 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 104 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (94%) üstünlük təşkil edir.
Kizqənbaş (Baltas)
Kizqənbaş (rus. Кизганбашево, başq. Киҙгәнбаш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 34 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 104 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Udmurtlar (59 %) üstünlük təşkil edir.
Kuzəy (Baltas)
Kuzəy (rus. Кузеево, başq. Күҙәй) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 127 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 8 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 65 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (83%) üstünlük təşkil edir.
Köntuqeş (Baltas)
Köntuqeş (rus. Кунтугушево, başq. Көнтүгеш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 247 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 14 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 82 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (92%) üstünlük təşkil edir.