Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Belorus
Belarus Respublikası (əvvəlki yazılışı: Belorus; belar. Рэспубліка Беларусь) — Avropanın şərqində dövlət, dənizə çıxışı yoxdur. Ölkə şimal-şərqdən Rusiya Federasiyası, cənubdan Ukrayna, qərbdən Polşa, şimal-qərbdən isə Litva və Latviya ilə həmsərhəddir. Paytaxtı və ən çox əhalisi olan şəhəri Minskdir. 207,600 kvadrat kilometr sahəsinin təqribən 40%-i meşə ilə örtülüdür. İqtisadiyyatın əsas sahələri xidmət sənayesi və istehsalatdır. XX əsrə qədər müasir Belarus dövlətinin yerləşdiyi ərazidə Polotsk knyazlığı, Böyük Litva knyazlığı, Reç Pospolita və Rusiya imperiyası kimi dövlətlər hökmranlıq etmişdir. 1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra Belarus Xalq Respublikası müstəqilliyini elan etsə də, çox keçmədən ölkə Sovet Rusiyasının işğalına məruz qalır. 1922-ci ildə Sovet İttifaqının əsası qoyularkən Belorusiya Sovet Sosialist Respublikası da həmin ittifaqın qurucu üzvlərindən biri oldu. 1919–1921-ci illərdə baş vermiş Sovet-Polşa müharibəsi nəticəsində Belarus ərazisinin təqribən yarısı Polşa tərəfindən işğala məruz qaldı.
Belorus dili
Belarus dili, Belorus dili — Şərqi slavyan dillərindən biridir. Əsasən Belorusda, Rusiya Federasiyasında, Ukraynada, Litvada, Latviyada və Estoniyada yayılmışdır. Bu dildə danışanların ümumi sayı 8 milyonu keçir. İki əsas dialekti mövcuddur: şimal-şərq dialekti (polotski, vitebsk-mogilyov); cənub-qərb dialekti (qrodno-baranoviçi, slutsko-mozırsk və b.) Belorus yazısı kiril qrafikası əsasında tərtib olunmuşdur.
Bəlus (Ərdəbil)
Bəlus (fars. بلوس‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Qərbi Meşkin kəndistanında, Meşkinşəhrdən 14 km. cənub-qərbdə, Əhər avtomobil yolunun 10 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə nəfər yaşayır ( ailə).
Belarus
Belarus Respublikası (əvvəlki yazılışı: Belorus; belar. Рэспубліка Беларусь) — Avropanın şərqində dövlət, dənizə çıxışı yoxdur. Ölkə şimal-şərqdən Rusiya Federasiyası, cənubdan Ukrayna, qərbdən Polşa, şimal-qərbdən isə Litva və Latviya ilə həmsərhəddir. Paytaxtı və ən çox əhalisi olan şəhəri Minskdir. 207,600 kvadrat kilometr sahəsinin təqribən 40%-i meşə ilə örtülüdür. İqtisadiyyatın əsas sahələri xidmət sənayesi və istehsalatdır. XX əsrə qədər müasir Belarus dövlətinin yerləşdiyi ərazidə Polotsk knyazlığı, Böyük Litva knyazlığı, Reç Pospolita və Rusiya imperiyası kimi dövlətlər hökmranlıq etmişdir. 1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra Belarus Xalq Respublikası müstəqilliyini elan etsə də, çox keçmədən ölkə Sovet Rusiyasının işğalına məruz qalır. 1922-ci ildə Sovet İttifaqının əsası qoyularkən Belorusiya Sovet Sosialist Respublikası da həmin ittifaqın qurucu üzvlərindən biri oldu. 1919–1921-ci illərdə baş vermiş Sovet-Polşa müharibəsi nəticəsində Belarus ərazisinin təqribən yarısı Polşa tərəfindən işğala məruz qaldı.
Bellis
Qızçiçəyi (lat. Bellis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bellis L.-cinsin adı yunancadan "gözəl" kimi tərcümə olunur. Aralıq dənizi sahillərində, Amerikada, Avstraliyada və Yeni Zelandiyada yayılmış qızçiçəyi cinsinin 80 növü məlumdur. Gülçülükdə bir növdən istifadə olunur. Çoxillik qızçiçəyi (B.perennis) çoxillik ot bitkisidir. Azərbaycanda müxtəlif rəngli formaları yabanı halda geniş yayılmışdır. Birinci il yarpaqları, ikinci il çiçək saplağı tək-tək səbətlərdə inkişaf edir. Çiçəkləri yastı dilcikli ya da boruşəkilli olur. Çiçək qrupunun mərkəzində boruşəkilli sarı dişciyi var.
Benons
Benons (fr. Bénonces) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lyui kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01037. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 275 nəfər təşkil edirdi. == İdarəçilər == == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 176 nəfər arasında (15-64 yaş) 121 nəfər iqtisadi cəhətdən fəal, 55 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.8%, 1999-cu ildə bu 68.5%). Aktiv olan 121 sakindən 114 nəfəri (64 kişi və 50 qadın), 7 nəfər işsiz (1 kişi və 6 qadın) idi. Aktiv olmayan 8 nəfər arasında şagird və ya tələbə, 21 nəfər - təqaüdçü, 26 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Beyons
Beyonse Jizel Noulz-Karter (ing. Beyoncé Giselle Knowles-Carter) — əsasən Beyoncé adı ilə tanınan ABŞ müğənni, bəstəkar və aktrisası. Texasın Houston şəhərində doğulub böyüyən Beyonce 16 yaşında səhnələrə ilk addımını atmışdır. == Albomları == 2003 – Dangerously in Love 2006 – "B'Day" 2008 – "I Am... Sasha Fierce" 2011 – "4" 2013 - "Beyoncé" 2016 - "Lemonade" 2022 - "Renaissance" == Konsert turları == 2003 - Dangerously in Love 2007 - The Beyonce Experience 2009 - 2010 - I am ... World Tour 2013 - 2014 - Mrs. Carter Show World Tour 2014 - On The Run (feat.
Bəlqis
Bilqeys Zişərh qızi, Səba məlikəsi və ya Makida – hazırkı Efiopiya və ya Yəmənin ərazisində mövcud olduğu guman edilən tarixi Səba Krallığının (İbricə Sh'va və ya Səba שבא, Ərəbcə Səba və ya Səba سبأ, Amhar dilində: ሳባ) hökmdarıdır. Müasir arxeologiyaya görə bu krallığın mövcudluğu mübahisəlidir. Kitabı Müqəddəsdə kraliça haqqında söhbət açılmır. == İslama görə == Nəml surəsində 22-44-cü ayələrində Səba məlikəsi haqında söhbət gedir. Quranda məlikənin adı çəkilməsə də ərəb mənbələrində o, "Bilqeys" olaraq adlandırılır. Bilqeys haqqında Quran və Əhdi-Ətiq rəvayətləri bir-birinə çox bənzəyir.
Pelops
“Frigiyalı” və ya hətta “Frigiya kralı” olaraq bilinən Pelops, Frigiya ölkəsinin ən qərb ucunda, İzmir-Manisa arasındakı Spil dağı və Yamanlar dağı ətrafında, dağ ilə eyni adı daşıyan, lakin bu günümüzə qədər çox az iz qalmış, Sipylus şəhər mərkəzli ehtimal ki, eramızdan əvvəl XII əsrdə hökm sürmüş yerli bəy Tantal və həyat yoldaşı Dionanın oğlu, Niobenin qardaşıdır. Povest şəklində bu günümüzə qədər qalan məlumatlar qədim yunan mifologiyasından keçmişdir. Dövrü tarixi insanların və hadisələrin əfsanə və povestlərə və xüsusən də Qərbi Anadoluda olan Het/Luvi/Frigiya/Lidiya mədəniyyətlərinə görə fərqləndirmək çətin olduğu bir dövr olsa da, vətəni özündən bir neçə əsr sonra Lidiya mədəniyyətinin doğacağı məkan olacağına görə bəzi mənbələr, Pelopsu və buna görə Tantalı və Niobeyi Lidiyalı olaraq qəbul etmək üçün möhkəm bir zəmin olduğu qənaətinə gəlmişdilər. Rəvayətə görə Tantal oğlu Pelopsu Tanrılara qurban verdi və ətini onlara yedirtmişdir. Tanrılar bunu başa düşdükdə, Pelopsu yenidən diriltdilər və Tantalı cəzalandırdılar. Daha sonra Pelops Pisa kralı Oenomausun qızı Hippodameia ilə evləndi. Yunanıstana Anadolulu Pelops Spilindən böyük bir sərvətlə getmiş və onu orada da kral elan etmişdilər. Mora yarımadasının Qərb dillərindəki adı olan Peloponnes adı da Pelopsun adından gəlir. Bəzi mənbələr, qurduğu sülalədə özündən sonra gələn oğlu Atreusu, Het kralı III Hattuşilinin hakimiyyəti dövründə (e.ə. 1275-1250) Qərbi Anadolu sahil xəttinə hücumlar təşkil etdiyi, Hett qeydlərinə alınmış Ahhiyalı Attarsiya ilə əlaqələndirirlər.
Selsus
Selsus (yun. Kέλσον, lat. Celsus, II yüzilliyin ikinci yarısı) Roma filosofu, orta platonçuluğun təmsilçisi, Xristianlığın ən tanınmış antik tənqidçilərindən biri. Onun haqqında zamanımıza çox az bilgi gəlib çatmışdır. Məlumdur ki, o imperator Markus Avreliusun dostu idi. Selsus “Doğru söz” (yun. Λόγος άληθής) adlı kitabın müəllifi olmuşdur. Bu əsərin orijinal mətni zamanımıza çatmamışdır. Ancaq, Selsusla çəkişməyə girən xristian ilahiyyatçısı Origen onun fikirlərinə rəddiyələr yazaraq “Doğru sözün” bir çox fraqmentlərini özünün “Selsusa qarşı” (lat. Contra Celsum) əsərində vermişdir.
Bəluc
Bəluclar — Pakistanda, İranda və Əfqanıstanda kompakt halda yaşayan xalq. Dilləri Hind-Avropa dil ailəsinə daxildir. Bəluc dilinə ən yaxın dil kürd dilidir. İran İslam Respublikasında Sistan və Bəlucistan və Kirman vilayətlərində yaşayırlar, İran cəmiyyəti ilə az inteqrasiya olublar. İranda yaşayan bəlucların böyük bir qismi köçəri həyat tərzi sürür.
Delos
Dilos və ya Delos (q.yun. Δῆλος) — Yunanıstanda, Egey dənizinin Kiklad adalarında ada. Ada Cənubi Egey adaları periferiyasının Mikonos periferiya vahidinin Mikonos icmasında (dim) yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasında əldə olunan məlumatlara görə, adanın əhalisi 24 nəfərdir. Adanın sahəsi 3.536 km2, sahili isə 14 kilometr (8.7 mil) uzunluğundadır. Adanın ən hündür nöqtəsi Kint zirvəsidir. Diloslu Apollon homerik himninə görə, qədim əkiz tanrılar olan Apollon və Artemidanın doğumu Kinf dağında gerçəkləşmişdir. Qədim dövrlərdə Dilos adası yunanlar üçün müqəddəs bir yer olmuşdur. Apollon və Letoya burada sitayiş edilmişdir. Adada Apollon məbədi, Leto məbədi və Dionis evi kimi çoxlu tarixi memarlıq abidələri var.
Peluş
Peluş (fr. peluche) ön tərəfində uzun (8 mm-ə qədər) xovlu, bir növ məxmər olan parçadır. Xov ipək, yun, pambıq və ya polyester kimi sintetik liflər ola bilər. Kətanın özü həmişə pambıq parçadan hazırlanır. Dekorativ məqsədlər üçün, qadın geyimlərinin tikilməsi, maskarad və teatr kostyumları, mebel üzlükləri və bəzən avtomobil salonunun üzlənməsi üçün istifadə olunur. Peluş oyuncaq ayı və digər uşaq oyuncaqlarını hazırlamaq üçün istifadə olunur. Peluş, yumşaq və toxunuşa xoş olduğu üçün xüsusi dizayner oyuncaqlarının istehsalı üçün əsas materiallardan biridir. Onun xovlu bütün parça boyunca və ya ayrı-ayrı yerlərdə yerləşir. Məxmər ilə müqayisədə, peluş yığını daha az sıx və daha yüksəkdir. Liflərin növündən asılı olaraq, peluş kəsilə bilər (məxməri xatırladan), ilməli, birtərəfli, iki tərəfli.
Graptopetalum bellum
Graptopetalum bellum (lat. Graptopetalum bellum) — dovşankələmikimilər fəsiləsinin graptopetalum cinsinə aid bitki növü.
Kelsus Kitabxanası
Efes Kelsus Kitabxanası — Efes antik şəhərində yerləşən antik kitabxana. Roma İmperiyası dövründə 110–135-ci illərdə inşa olunan kitabxana iki mərtəbədən ibarətdir. Efes Kelsus Kitabxanasında 14 minə qədər kitabın saxlanıldığı ehtimal olunur. Kitabxana uzun müddət Efes şəhərində yaşayan əhali üçün fəaliyyət göstərmişdir. Efes Kelsus Kitabxanasında bəzi mühüm kitablar kitabxananın divarında oyulmuş rəflərdə saxlanılırdı. III əsrdə baş vermiş zəlzələ nəticəsində kitabxananın oxuzalı yanmış, lakin daha sonra təmir edilmişdir. Orta əsrlərdə baş vermiş zəlzələ nəticəsində kitabxana dağılmış və yararsız vəziyyətə düşmüşdür. Efes Kelsus Kitabxanası oğul Kelsus tərəfindən Asiya bölgəsinin rəhbəri olan atası K. Kelsusun şərəfinə 135-ci ildə inşa edilmişdir. Kitabxananın girişinə ədaləti və düzgünlüyü göstərən dörd ədəd heykəl yerləşdirilmişdir. Kitabxananın şimal hissəsində divar yazıları latın, cənub hissəsində ki, divar yazıları isə yunan dilində yazılmışdır və hər iki yazı Kelsus və oğıu Aqulianın həyatları və fəaliyyətləri haqqındadır.
Mərkəzi Belarus
Mərkəzi Belarus — Belarusda tarixi-etnoqrafik region. Respublikanın mərkəzi hissəsində yerləşir və Minsk vilayətinin böyük hissəsini, Mogilyev vilayətinin isə qərb hissələrini əhatə edir. Region şimaldan Poozeriya platosu ilə, şərqdən Podneprov ilə, cənubdan Şərqi Polesye ilə və qərbdən Ponemane ilə həmsərhəddir. Region əhalisi etnoqrafik baxımdan slavyan köklüdür. Əhali qədim dreqoviçlərin və kriviçlərin davamçılarıdı. Mərkəsi Belarusun dili belarus dilinin ortabelarus dialektinə aiddir. Bu dialekt cənub-qərb və şimal-şərq dialektləri arasında orta mövqe tutur. X əsrlərdən regionun şimal hissəsi Polotsk knyazlığına aid idi. XII əsrdən bu regiondan müstəqil Minsk, İzyaslav və Loqojski knyazlığı ayrılmış. XVI əsrdə Mərkəzi Belarus Böyük Litva knyazlığının tərkibinə keçmiş.
Proprioseiopsis beatus
Proprioseiopsis beatus (lat. Proprioseiopsis beatus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis beatus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Qorki (Belarus)
Qorki (belar. Горкі) — Belarusda şəhər. Mogilyov vilayətinə daxil olan Qorki rayonunun inzibati mərkəzi. 1 yanvar 2016-cı il tarixinə olan hesablamalara əsasən, şəhər əhalisinin sayı 33,830 nəfər hesablanmışdır.
Saltu-Velosu
Saltu-Velosu (port. Salto Veloso) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 4206 nəfərdir. Ərazisi 105,042 кm²-dir. Əhalinin sıxlığı 40,0 nəfər/кm²-dir. Bələdiyyənin bayramı 15 dekabrdır.
Senecio bellis
Senecio bellis (lat. Senecio bellis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sol Bellou
Sol Bellou (ing. Saul Bellow; 10 iyun 1915[…] – 5 aprel 2005[…]) — Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1976). Əsl adı və soyadı Solomon Belous olan Sol Bellou Kanada doğumlu amerikan yazıçısıdır. O, Peterburqdan Kanadaya köçmüş yəhudi mühacirlərin ailəsində dünyaya gəlmişdi. Özünün etirafına görə uşaqlıq illəri "bir az xaric, bir az polyak gettosu, bir az da orta əsr" kimi keçmişdi. Ticarətlə məşğul olan atası ilə dindar anası onu sırf yəhudi ənənələri ruhunda tərbiyə etmişdilər. Kiçik yaşlarından dörd xarici dildə danışır, rus və ingilis klassikasını oxuyurdu. Yazıçı olmağa qərar verən Sol Bellou 1933-cü ildə Çikaqo universitetinin ingilis filologiyası bölümündə təhsilə başlamışdı. Lakin üzləşdiyi antisemitizm onu Nort-Vestern universitetinin sosiologiya və antropologiya şöbəsinə dəyişilməyə məcbur etmişdi. Antropologiya bakalavrı diplomu ilə Çikaqoya qayıtdıqdan sonra pedaqoji institutda müəllim, "Britannika" ensiklopediyasında redaktor işləmişdi.
Solanum bellum
Solanum bellum (lat. Solanum bellum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Belarus-1221
Belarus-1221 — Minsk Traktor Zavodunun 20 aprel 1998-ci ildən istehsal etdiyi təkərli traktor modeli. Traktor altı silindrli turbo doldurma ilə və D-260 dizel mühərriki ilə təchiz edilmişdir. Traktor Rusiyada keçirilən "Ən yaxşı kənd təsərrüfatı maşını 2017" müsabiqəsinin "Ən yaxşı traktor" kateqoriyasında qalibi olmuşdur.
Belarus traktoru
Belarus (rus. Белару́с) — 1950-ci ildən Belarusun paytaxtı Minskdə yerləşən Minsk Traktor Zavodunda istehsal olunan traktor seriyası. Bu traktorlar Müstəqil Dövlətlər Birliyində yaxşı tanınır və dünyanın 100-dən çox ölkəsinə, o cümlədən ABŞ və Kanadaya ixrac edilir. == Tarixi == İkinci Dünya müharibəsinin sonunda SSRİ-də kənd təsərrüfatı infrastrukturu pis vəziyyətdə idi: müharibənin sonrakı illərində kənd təsərrüfatı maşınlarının istehsalı mövcud deyildi. Böyük kolxozlarda hələ də işləyən traktorlar və maşınların əksəriyyəti 1930-cu illərin əvvəllərində və ya daha əvvəl istehsal edilmişdi və ağır istifadədən köhnəlmişdilər. Kommunist dövləti SSRİ daxilində bir neçə yerdə yeni traktorların istehsalına göstəriş vermişdi. MTZ-nin əsas quraşdırma zavodu Minskdə olsa da, digər yerlərdəki zavodlarında da müxtəlif tipli traktorların istehsalı mövcud idi. Bütün bu traktorlar dizayn olaraq bir-birlərindən fərqlənsələr də, hamısı "Belarus" adı altında ixrac edilirdi. 1948-ci ildən bəri Minsk Traktor Zavodunda 3 milyona yaxın traktor hazırlanmışdır. Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putinə 70 illik yubileyində 1523.3 model Belarus traktoru hədiyyə etmişdir.
Belkıs Şövkət
Belkıs Şövkət və ya Belkıs Şövkət Xanım — təyyarəyə minən ilk türk qadını və qadın fəalı. Belkıs Şövkət 1 dekabr 1913-cü ildə ilk türk qadını kimi təyyarəyə minərək tarixə düşüb. De Babası II Mahmudun vəzirlərindən Əli Namık Paşa olub. Ata Paşanın oğlu Şövkət bəyin, yaxud bəzi başqa mənbələrə görə Ata Paşanın qızı idi. Belkıs Şevket Hanım aynı zamanda bir çocuk terbiyecisi Belkıs Şövkət Xanım həm də uşaq tərbiyəçisi, musiqi müəllimi və yazıçı idi. O, ingilis dilini də yaxşı bilirdi. == Təyyarəyə minən ilk türk qadını == İkinci Məşrutiyyətin elan edilməsindən sonra İstanbulda bəzi türk qadınları 1913-cü ildə Osmanlı Hüquqlarını Müdafiə Nisvan Cəmiyyətini (Qadınların Hüquqlarını Müdafiə Dərnəyi) qurdular. Bu cəmiyyət “Qadın dünyası” adlı jurnal da çıxarırdı. Belkıs Şövkət xanım da bu dərnəyin fəal üzvü və "Qadın Dünyası" jurnalının yazarlarından biri idi. Dərnək vasitəsilə həm türk qadınlarını təbliğ etmək, həm də Osmanlı ordusuna təyyarə hədiyyə edə biləcək yardım toplamaq üçün səylər göstərirdi.