Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baldız
Baldız — kişinin arvadının bacısı, yaxud arvadın ərinin bacısı. Kişinin arvadı sağ ikən öz baldızı ilə evlənməsi İslama görə qadağandır. Bu barədə Qurani-Kərimdə deyilir: "...iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır.
Başsız
Başsız (Eçmiədzin)
Buddizm
Buddizm (sanskr. बुद्ध धर्म, buddha dharmaIAST; pali बुद्ध धम्म, buddha dhamma, "Aydın təlim"; çin. 佛教 fójiào) — e.ə. I minilliyin ortalarında Qədim Hindistanda meydana gəlmiş və əsası Siddhartha Qautama tərəfindən qoyulmuş dini-fəlsəfi təlim. Buddizm Brahmanizmin qollarından biridir. Bu din Hindistan sərhədlərini aşaraq bütün şərq regionunu öz çənginə almışdır. Buddizmin zərif irfani düşüncələrə malik olması və dünyanın ən çox əhalisi olan regionunda yayılması səbəbindən bu dinin davamçıları çoxdur. Qeyd etmək lazımdır ki, son zamanlar Avropa və Amerikaya da təsir göstərməyə və adları çəkilən ərazilərdə yayılmağa başlamışdır. == Budda haqqında == Buddizm fərdi mənəvi təkamül və həyatın mahiyyətini dərindən qavrama üsuludur. === Buddizmin yaranma tarixi === Buddizm dünyanın ən qədim dinlərindən biridir.
Busido
Busido (yap, 武士道 "döyüşçünün yolu") - Yapon cəngavərlik kodeksi. Kodeksdə əsasən samurayların riayət etməsi tələb olunan qaydalar və həyat tərzi əks olunmuşdu. Bu baxımdan busido Avropa orta əsr cəngavərlik qaydalarının analoqudur. Kodeksə görə samuraydan ölümə qədər məğrurluq, sədaqət, qənaətcillik və döyüş sənətlərində məharət tələb olunurdu. Kodeksin inkişafına Buddizm və Konfutsiçilik ciddi təsir göstərmişdir. Busido (hərfi mənada “döyüşçünün yolu” deməkdir) cəngavər davranışı haqqında təlimi özündə əks etdirir. Busido – bir yandan samurayların əxlaq kodeksi, digər bir yandan isə – yapon millətinin sonralar ənənəyə çevrilmiş əzəli ruhunun daşıyıcısıdır. Qeyd etmək lazımdır ki, busido – samurayların əxlaq kodeksi kimi heç bir dərslikdə, yaxud qanun-qayda kitablarında sistemləşdirilməyib. Buna baxmayaraq, yaponların həyatında busidonun təsiri azalmamış, o hər bir yaponun qəlbində özünə möhkəm yer etmişdir. Samurayların əxlaq kodeksinə çevrilməmişdən hələ çox qabaqlardan busidonun əsas amilləri yapon xalqı arasında yaşamaqda idi.
Buşizm
Buşizm (Bushism) – ABŞ-nin 43-cü prezidenti Corc U. Buşa məxsus, danışarkən istifadə etdiyi səhv məzmunlu cümlələr nəzərdə tutulur. Bir çox hallarda cəmiyyətdə müəyyən məşhur və söz yükünə sahib şəxslər, əsasən də siyasətçilər öz gözlənilməz açıqlamaları ilə diqqət mərkəzində olurlar. Bu cür ifadələrə bir çox gözlənilməz açıqlamaların sahibi Corc Buşun şərəfinə "buşizm" adı verilib. 1993-cü ildə təsis olunmuş "Foot in Mouth" mükafatı isə həmin gözlənilməz açıqlamalara görə verilir. Corc Buş özü bu mükafata bir neçə dəfə namizəd göstərilsə də yalnız 2008-ci ildə layiq görülüb. Mükafatın son sahibi isə hazırkı ABŞ prezidenti Donald Trampdır. == Buşizmdən məşhur misallar == O da mənim kimi Texasdan olan qızdır. Sizdə də zəncilər var? (Braziliya prezidenti Fernando Kordozo ilə söhbəti zamanı) Siz qaça bilərsiniz, amma gizlənə bilməyəcəksiniz! Bir, iki, üç, dörd, beş, altı, yeddi, beş ...
Busida
Busida (lat. Bucida) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinə aid bitki cinsi.
Basdı
Budin
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Busir
Busir — 7-ci əsrin sonundan 8-ci əsrin əvvəllərinə qədər Xəzər xaqanlığına hökmdarlıq etmişdir. Xəzər xaqanlığı VII əsrdə Krım qotlarını özünə tabe etdi. 787-ci ildə isə Cənubi Krımdakı Doros (indiki Manqup) qalasını da ələ keçirən xəzərlər, qotların Krımdakı hakimiyyətlərinə tamamilə son qoydular. Qara dənizin şimal hssəsinin və Krımın Xəzər xaqanlığı tərəfindən tutulması, Xəzər xaqanlığı və Bizans arasındakı əlaqələrin daha da sıxlaşmasına gətirib çıxarmışdır. Xəzərlərin Krımı tutmasından əvvəl, 695-ci ildə taxtdan salınmış Bizans imperatoru II Yustinian Krım qotlarına sığınmışdı. Qotlar da II Yustinianı Xəzər xaqanı Busirə təhvil verdilər. 704-cü ildə Busir xaqan öz bacısını II Yustinian ilə evləndirdi. Yenidən Konistantinopola dönən II Yustinian hakimiyyəti ələ keçirsə də yenidən taxtdan salındı və öldürüldü. == İstinadlar == == Ədəbiyyat == Togan, Zeki Velidi. Hazarlar md.
Uldız
Uldız (IV əsr – 412) — Avropa Hun İmperiyasının hökmdarı. Uldız, Bizansı təzyiq altına almaq məqsədiylə Trakya üzərinə yeridi. Barış istəyən Trakya qubernatoruna "Günəşin batdığı yerə qədər hər yeri zəbt edə bilərəm" deyərək Şərqi Romaya (Bizansa) meydan oxudu. O, 404-409-cu illərdə Bizans üzərinə hücum etdi.Türklərin gücündən çəkinən Bizans, müqavilə bağlayaraq Hunların üstünlüyünü qəbul etdi.Bizans sülh bağlamağa məcbur oldu. Bu dövrdə Hunlar, Orta Avropadan Xəzərin şərqinə qədər uzanan geniş torpaqlara sahib olmuşdular. Dövlətin şərq bölgəsini Qaradonun idarə etdiyi bilinirsə də bu hökmdar haqqında çox məlumat yoxdur. Onun ölümündən sonra, 410-cu ildə hakimiyyətə Qaradon xan keçdi.
Anthurium bushii
Anthurium bushii (lat. Anthurium bushii) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Başsız (Bostanabad)
Başsız (fars. باش سيز‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 545 nəfər yaşayır (92 ailə).
Başsız (Eçmiədzin)
Başsız — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. == Toponim == Başsız — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı kimi qeyd olunur. Əsli Baş Sis. 1590-cı ilə aid mənbədə Başsız, 1727-ci ilə aid mənbədə isə kəndin adı Baş Sis kimidir. Sis-Kiçik Asiyanın cənubunda Kiligiya əyalətində şəhər və mahal adıdır. Cis və Masis orta əsrlərdə Türkiyənin cənubunda Qaraman əyalətində iki qalanın adı olmuşdur. Mənbələrdə ilk dəfə XVI əsrdən məlumdur. Kənd Sisdən gəlmiş türklərin məskunlaşması nəticəsində yaranmışdır. XVII əsrə aid erməni mənbəyinə görə Sis həm də Kozan adlanmışdır.
Buldır adası
Buldır adası (ing. Buldir Island, aleut. Идмааҳ) — Aleut adaları qrupuna, Siçovul adalarına daxil olan kiçik ada. == Coğrafiya == Ada su üstü bir qayalığı təşkil edur. Uzunluğu 7 km, eni 3–4 km təşkil edir. Ərazisi dağlıqdır. Əsasən tundra bitkiləri ilə örtülmüşdür. Adada iki vulkan vardır: Buldır (656 m) və Vostoçnı (580 m). Soyuq dəniuz iqliminə malikdir. Duman və atmosfer yağıntıları adı haldır.
Buyduz (Xudafərin)
Buyduz (fars. بويدوز‎) — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Xudafərin bölgəsinin Mincivan kəndistanında, Xudafərin qəsəbəsindən 25 km. cənub-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 147 nəfər yaşayır (30 ailə).
Büğdüz boyu
Büğdüz boyu — Oğuz Xaqanın Dastanına görə Oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki irmi iki Oğuz boyundan səkkizincisi; "Büğdüz"lərdir. Oğuz türklərinin Üçoqlar qolundan bir boydur. Oğuzların müsəlmanlaşmağa başladıqları 10. əsirdən batıya köçdə önemli rol oynadılar. Daha çox Batı Anadoluya ve Orta Anadoluya gəlib yerləşdilər. Büğdüz: "Hər kəsə təvaze göstərər və xidmət edər mənasındadır. Dəclə Kürdləri bəyi olub, Həzrəti Peyğəmbərə elçi gedən (622-623 illəri arasında Mədinəyə çatan), Bogduz-Aman Xanədanı nümayəndəsi və Kürmançın iki ana qolundan olan Boğlular, Yenikənd-Yabgularından onuncu əsrdəki Şahməlikin Atabəyisi olan Quzulu, Hələb Türkmənlərindən Büğdüzler bu boydandır.
Lama (buddizm)
Lama (buddizm) - Tibet (Nepal, Hindistan), Monqolustan və Buryatiyada budda rahibi. Termin VIII əsrdə Tibetdə meydana gəlmişdir. İlk vaxtlar yalnız ali kahinləri lama adlandırırdılar. Sonralar həm Tibetdə, həm də Mərkəzi Asiyanın digər rayonlarında rahibliyi qəbul edən hər kəsə lama deməyə başladılar.
Tibetdə buddizm
Tibetdə buddizm mahayana, vacrayana və bon dininin sintezindən ibarətdir. Tibet mütəfəkkirləri fəlsəfə sahəsində, əsasən madhyamikaya, yoqaçara ideyalarına və "Həqiqi mövcudat bətni" (tathaqata-qarbha) haqqında təlimə dayaqlanan mürəkkəb sxolastik doktrinalar yaradırdılar. Hind monastrlarında intişar tapmış və Tibet mühitinə köçürülmüş disput institutunun digər buddist ənənələrində analoqu yox idi. Dini təcrübə sahəsində bu həyatda "aydınlanma"ya yetişmənin (dzoqçen) ezoterik texnikaları inkişaf etdirilirdi.. VII-VIII əsrlərin Tibet çarları üçün hind Buddizminin qəbulu düşünülmüş siyasət idi. Bu siyasət tibetlilərin təhsil almaq üçün Hindistandakı buddist monastırlarına göndərilməsində, görkəmli missionerlərin (Şantarakşita, Padmasambhava, Kamalaşila və b.) ölkəyə dəvət edilməsində, sutraların və buddist traktlarının sanskritcədən Tibet dilinə tərcümə mərkəzlərinin yaradılmasında (Tibet yazısı VII əsrin ortalarında hind yazısı əsasında yaradılmışdır), məbədlərin tikilməsində, bon dinindəki qanlı qurbankəsmə ayinlərinə qadağa qoyulmasında ifadə olunurdu.
Tıvada buddizm
Tıvada buddizm — XVIII-XIX əsrlərdə Tıva ərazisində inkişaf etmiş Tibet buddizminin regional formasıdır. Buddizmin ilk dalğası bu əraziyə 9-cu əsrdə Uyğur xaqanlığı dövründə gəlir. XIII-XIV əsrlərdə Tıva Monqol İmperiyasının tərkibində olarkən ilk buddist məbədləri inşa olunmağa balanılır. Bunu respublikada arxeoloqların aşkar etdiyi ən qədim Buddist məbədləri sübut edir. 18-ci əsrin ikinci yarısında, Cunqar xanlığının Tzin sülaləsi qoşunları tərəfindən məğlub edilməsindən sonra Tıva Manqusun hakimiyyəti altına düşür və eyni zamanda Qeluq məktəbinin nümayəndələri olan monqol lamaları burada fəal missionerlik fəaliyyətinə başlayır. Nyinqma ənənəsi də kök salır. 1770-ci illərdən başlayaraq ilk stasionar Buddist monastırları xureelər meydana gəlir. XIX əsrin ikinci yarısında hər Tıvada kojuun monastırları (xuree) mövcud idi. Onlar iqtisadi baxımdan, yüzlərlə aratın xidmət etdiyi, mal-qaraya sahib olan, ticarətlə məşğul olan böyük təsrrüfatlar idi. Tuva buddizminin başçısı olaraq Çadan xureesinin rəhbəri Kambı Lama adını almışdı.
Yaponiyada buddizm
Yaponiyada buddizm — Yaponiyada ən geniş yayılmış, əhalinin əksər hissəsinin sitayiş etdiyi din. Yaponiyada buddizmin meydana gəlməsini ənənəvi olaraq 552-ci illə bağlasalar da, müasir tədqiqatçılar daha erkən tarixi – 538 -ci ili göstərməyə üstünlük verirlər. Buddizmin əleyhdarları nüfuzlu Nakatomi və Mononobe nəsilləri ilə tərəfdarları – sonda qalib gələn Soqa nəsli arasında gedən mübarizə şəraitində bərqərar olmuşdur. Buddizminin yayılmasında şahzadə Şotoku Tayşi (574–622) böyük rol oynamışdır; o konfusiçi və buddist təlimləri elementləri ilə şinto milli dinini özündə birləşdirən ilk yapon yazılı abidəsi – “17 maddədə nəsihətlər” əsərinin müəllifidir. Üç buddist sutrasının, o cümlədən Lotos sutrasının Yaponiyada ilk şərhinin müəllifliyini də ona aid edirlər. İmperator Şomu (724–749) zamanında buddizm dövlət dini kimi qəbul edildi. Buddizm ilkin olaraq sinto dininin stereotipləri çərçivəsində dövləti müdafiə edən və xəstəliklərdən qoruyan xüsusi magiya forması kimi qavranılırdı. Buddist fəlsəfi fikrinin təşəkkülündə başlanğıc mərhələ olan Nara dövründə (710–794) fəaliyyəti monastır divarları daxilində Buddizmin sxolastik öyrənilməsi ilə məhdudlaşan və yalnız aristokratiya arasında az sayda ardıcılları olan altı məktəb var idi. Yaponiyaya keçən ilk buddist məktəbi Sanron-şu (onun Çin proobrazı – Sanlun-zun) oldu. Hoso-şu məktəbi (yap.
Çində buddizm
Vicdan azadlığı prinsiplərinə ciddi riayət etməklə ÇXR dövləti, hökuməti ölkəyə feodal keçmişdən qalan və indi də milyonlarla çinlinin şüurunu əsir edən müxtəlif növ mövhumat və xürafatdan azad olmaq üçün əhali arasında maarifçilik işləri də aparır. Ənənəvi mövhumatlardan bəzisini və onların müasir Çin xalqının həyatında nə cür məna almasını nəzərdən keçirək. Buddizm Çinə e.ə. I əsrdə daxil olmuşdur. Eramızın IV əsrində bu dinin hər yerdə yayılması başlayır və tezliklə buddizm ölkənin ən nüfuzlu dininə çevrilir. Buddist nəzəriyyəsində üç başlıca istiqamət təşəkkül tapmışdır: çin buddizmi, tibet buddizmi (lamaizm) və pali buddizmi. Hal-hazırda ölkədə rahiblərin sayı təqribən 300 minə qədərdir, 13 mindən çox buddist məbəd və monastırı var, 33 buddist məktəbi fəaliyyət göstərir, təxminən 50 adda dini məzmunlu nəşrlər çap olunur. Tibet buddizmi əsasən Tibet muxtar rayonunda, Daxili Monqolustan muxtar rayonunda, Tsinxay əyalətində və digər ərazilərdə yayılmışdır. Tibetlilər, monqollar, tuylar, uyğurlar, nasilər, pumilər, manbaylar və başqa xalqlar, ümumilikdə təxminən 7 mln. insan ona etiqad edir.
Meksikada Buddizm
Buddizm Meksikada 108,701 ardıcıl və ya ümumi Meksika əhalisinin 0,09%-ni təşkil edən azlıq dinidir. == Tarix == Casa Tibet México (qərargahı Mexiko şəhərinin Colonia Romanında yerləşir) yaradılan Tibet Evlərinin üçüncüsü idi. Onun əsası XIV Dalay Lama tərəfindən Meksikaya ilk səfərində qoyulmuşdur. Casa Tibet-in əsas məqsədlərindən biri şərq kosmoqoniyasını əhatə edən ezoterik Yeni Əsr inancları ilə mübarizə aparmaq və əsl Tibet mədəniyyətini və mənəviyyatını yaymaq və qorumaqdır. Cari Direktor, Lama Marko Antonio Karam Dalay Lama tərəfindən Casa Tibet-ə başçılıq etmək üçün seçilmişdir. Casa Tibet-in iştirak etdiyi digər mühüm missiya Hindistanın Dharamşala şəhərində yerləşən tibetli uşaqların sponsorluğudur. Meksikada onlar küçə uşaqlarına, yerli uşaqlara və tək analara kömək ediblər. Casa Tibet prozelitizm etmir, lakin Tibet ideologiyası haqqında öyrənmək istəyən şəxsi rədd etməyəcək.
Rubus bushii
Buş böyürtkəni (lat. Rubus bushii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Qafqazın hər yerində və Türkiyədə təbii arealı vardır. Quba, Qusar rayonları ərazilərində rast gəlinir. Azərbaycanın nadir bitki növüdür. NT. Meşənin yuxarı hissəsi, subalp çəmənliyi fıstıq meşəliyində dərəli və qayalı açıq yerlərdə bitir. Azərbaycanda arealı çox geniş deyildir. Hündürlüyü 1 m-ə çatan кoldur. Torpağa az tələbkar və işıqsevəndir. Budaqları düz yönəlmiş, silindrvarı, cavan budaqların üzəri tündqırmızıya çalan bozumtul ləkəli və seyrək, qısatüklü, tək-tək qırmızı tikanlıdır.
Zen-buddizm
Zen, zen (yap. 禅; sanskr. ध्यान, dhyana – " dərketmə", çin. 禪chan, kor. 선 yuxu, vyet. thiền thien) Çin və bütün Şərqi Asiya Buddizminin ən mühüm məktəblərindən biridir. Son olaraq 5–6-cı əsrlərdə Çində daosizmin böyük təsiri altında formalaşmışdır. Çin, Vyetnam və Koreyada Mahayana Buddizminin dominant rahiblik formasıdır. Geniş mənada Zen mistik dərketmə məktəbi və ya Buddist mistisizmindən yaranan maarifçilik təlimidir. Dar mənada Zen bəzən Yaponiyada özünəməxsus milli xüsusiyyətə malik və XII əsrin sonlarında Çindən gəlmiş Buddizmin təsirli məktəblərindən biri kimi qəbul edilir.
Viburnum bushii
Viburnum prunifolium (lat. Viburnum prunifolium) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Viburnum bushii Ashe Viburnum prunifolium var. bushii (Ashe) E.J.Palmer & Steyerm. Viburnum prunifolium var. globosum Nash Viburnum pyrifolium Poir.