BAŞDIX

I
(Biləsuvar, Borçalı, Gədəbəy, Hamamlı, Şəmkir, Tovuz)
başlıq, toy ərəfəsində qız evinin oğlan evindən aldığı pul, heyvan və s. – Başdığa nə:tirmişdilər irəsillilər (Gədəbəy); – Başdığı oğlan verir qız sahabına (Biləsuvar); – Başdığı qızın atası alerdı (Tovuz); – Qəhraman qızına beş yüz manat başdıx aldı (Hamamlı); – Qıza yaman başdıx veriflər (Şəmkir)
II
(Təbriz)
əldətoxunan yaylıq. – Bala <kiçik> vəxləri başdıx, əlcəx’ toxumağı örgənirux
BAŞDARAĞLI
BAŞDİ