Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Burğu
thumb|right|100px|Polad burğusu: Təpə bucağı 118°, Tilin mailliyi 27° Burğulama — metalların və süni materialların deşilməsində tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə burğu deyilir. Burğu çevrəvi deşiklərin tam materialda açılması üçün tətbiq olunur. Burğulama prosesində kəsmə iki hərəkətin cəmi nəticəsində yaranır: fırlanma - burğu və hissə, hər ikisi fırlanır, uzununa hərəkət - oxboyu veriş. Burğulama həm də artıq açılmış deşiklərin böyüdülməsi üçün də tətbiq olunur. Konstruksiyasına görə aşağıdakı növləri vardır: spiralvari, lələkli, dərinlik burğuları, mərkəzləyici, burğulama başlıqları, üzükformalı. Ən geniş yayılmış növü spiralvari burğudur. O müxtəlif həndəsi formalı deşiklərin hazırlanması üçün tətbiq olunur. Adətən tezkəsən alət poladından və ya da bərk xəlitədən hazırlanır. Burğuların ölçüləri normativləşdirilib.
Turku
Turku (keçmiş adı Abo, fin Turku, isv. Åbo) — Finlandiyanın cənub-qərbində Aurayokinin Arxipelaq dənizinə tökülən yerdə şəhər və port.Varsinays-Suomi vilayətinin inzibati mərkəzidir. 31 avqust 2013-cü il tarixinə əsasən əhali sayı 181 569 nəfərdir.
Türkü
Türkü — Bütün müstəvilərdə mahnı ilə sinonimləşir. Xalq ədəbiyyatında çox geniş şəkildə yayılmış şeir nümunələridir. Qəhrəmanlıq, məhəbbət, təbiət gözəlliklərinin təsviri və s. mövzularda olur. Türkülər xalq ədəbiyyatının çox qədim nümunələri sırasında həmişə mühüm əhəmiyyət kəsb etmişdir. Tarixi prosesdə dəyişikliklərə uğramasına baxmayaraq, həmişə xalq ruhunun ifadəsi türkülərdə əsas və başlıca amil kimi görünmüşdür. Ölçü və qafiyələnmə baxımından gəraylı və qoşmaya bənzəyən türkülər daha çox bəstə baxımından seçilir. Bölgə özəllikləri ilə fərqlənir. Özəlliklərinə görə Urfa ağzı, Egin ağzı, Kayabaşı, Türkməni və s. kimi sıralamalar vardır.
Buru
Buru (ind. Pulau Buru) — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir. Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.
Hövsan burnu
Hövsan burnu — Abşeron yarımadasının cənubunda, Xəzər dənizi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə daxildir. Ərazisində yük terminalı vardır.
Kadoş burnu
Kadoş burnu — Qara dəniz sahillərində, Tuapse yaxılığında yerləşən burun. Burun Aqoy kəndi ilə Tuuapse şəhəri arasında yerləşir. Kadoş burnu yaxınlığında Kiselyov qayası vardır. Milyon il əvvəl tektonik hərəkətlər sayəsində okean dibinin qalxması ilə meydana gəlmişdir. Burun ərazisində qədim insanın izlərinə və əmək aləıtlərinə rastlanılmışdır. Qədim insan məskəninin yaşı 335 min il olaraq qiymətləndirilir. Kadoş burnu birtki örtüyü ilə zəngindir. Burada müxtəlif növ quş, ilan və həşaratlara rastlamaq mümlkündür.
Kamau burnu
Kamau burnu, Baybvunq (vyet. мũi Cà Mau, vyet. мũi Bãi Bùng) — Vyetnamın materik hissəsinin cənubunda yerləşir. Kamau yarımadasının cənub-qərb qutaracağında yerləşir. Burun Siam yarımadasından qərbdə, Cənubi çin yarımadasından cənub-şərqdə yerləşir. Bayxap çayının mənsəbində, Kamau vilayətinin, Hqokhen qəzasında yerləşir. Ən yaxın ada — Funukok, ən yaxın şəhər — Kamau, ən yaxın fəniz limanı — Vuntau, ən yaxın hava limanı — Kamau, ən yaxın betynəlxalq hava limanı — Kantxo. Burunda eyni adlı (vyet. Vườn quốc gia Mũi Cà Mau) milli park vardır. Parkın sahəsi 41,862 ha-dır.
Kekurnıy burnu
Kekurnıy burnu — Çukot yarımadasının şimal-şərqində yerləşir. Çukot Muxtar Dairəsinin Çukot rayonu ərazisinə daxildir. Ən yaxın yaşayış məntəqəsi 5 km olaraq Uelen kəndidir. 1823-ci ildə Ferdinand Vrangel tərəfindən daş dirəklərin şərəfinə adlandırılır. Sahillərində bir çox quşlar yuva qurur.
Kibera burnu
Kibera burnu — Şərqi Sibir dənizində Nolde buxtası sahilində yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çaunski rayonu ərazisinə daxildir. 1824-ci ildə Ferdinand Vrangel öz ekspedisiyasının həkimi Avqust Kiberin şərəfinə adlandırmımdır. Burun ərazisində bir çox quş növləri yuva qurur. 19 iyul 1989 ildə An-26 tipli təyyarə burunda yerləşən qayalıqlara çırpılmışdır. Göyərtəsində olan 10 insan həlak olmuşdur.
Kokalyane burnu
Kokalyane burnu (bolq. нос Кокаляне, ‘Nos Kokalyane’ \'nos ko-'ka-lya-ne\) — Antarktidanın Cənubi Şetland adalarının Raggid adası sahillərindən qərbdə yerləşən buzlaqlardan azad olan burundur. Boqomil buxtasından cənubda yerləşmişdir. Burun qərbi Bolqarıstanda yerləşən Kokalyane şəhərinin adını daşıyır. == Yerləşməsi == Benson burnundan 810 m şimal-qərbdə, Uqain burnundan 970 m cənubda, Şeffild burnundan 2.51 km cənubda yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Kolbek burnu
Kolbek burnu — Meri Berd Torpağında, VII Eduard yarımadasının şimal-qərb qutaracağında yerləşən burun. Burun 1902-ci ilin yanvarında "Diskaveri" gəmisi tərəfindən kəşf edilir. Burun Robert Skottun SY Morning gəmisinin kapitanı Vilyam Kolbekin şərəfinə adlandırılmışdır.
Kolkasraqs burnu
Kolkasraqs (latış. Kolkasrags‎) — burun, Kurzem yarımadasının şimal qutaracağında, Kurzem tarixi-coğrafi vilayəti ərazisində yerləşir. Hazırda isə Latviyanın Dundaq diyarı ərazisində yerləşir. Baltik dənizinin Riqa körfəzinin girəcəyində strateji mövqeyə malikdir. Saaremaa adasındakı (Estoniya) burundan İrbe boğazı ilə ayrılır. Lattış dilində mənası "iti künc" mənasını verir. == Coğrafiyası == Burunun uzunluğu təqribi olaraq 6,5 km, hündürlüuü isə 2 metr təşkil edir. Burunun uerləşdiui regionda iqlim mülauimdir. Rusiya imperiyası dönəmində burun Kurlyadskaya quberniyasının Vindavski qəzasına daxil idi. Buradan keçənngüçlü axınlar səbəbindən burada qum rifi əmələ gəlmişdir.
Kolumbiya burnu
Kolumbiya burnu (ing. Cape Columbia) — Kanadanın ən ucqar şimal nöqtəsi. Burun Elsmir adasının şimalında, Linkoln dənizinin sahilində yerləşir. Burun ilk dəfə 1876-cı ildə britaniyalı dənizçilər Pelqam Aldriç və Corc Ners tərəfindən aşkar edilmişdir. Burun Şimal qütbündən 769 km məsafədə yerləşir. Qrenlandiya istisna qütbə ən yaxın quru sahəsi hesab edilir. Kolunmiya burnu ilə Kanadanın ən ucqar cənub nöqtəsi Midl adası arasında məsafə 4640 km-dir. == Mənbə == Corc Ners (1878). Narrative of A Voyage to the Polar Sea in H. M. Ships 'Alert' and 'Discovery'. London: Sampson Low, Marston, Searle, & Rivington.
Kolzat burnu
Kolzat burnu — Qrehem-Bell adasının ucqar şərq nöqtəsidir. Burun Frans-İosif Torpağı arxipelaqının şərqində yerləşir. Burunda quş koloniyasına rast gəlmək mümkündür. Burunun ən hündür nöqtəsi 108 metrdir. 1965-ci il məlumarına görə burada mayak vardır. burada həm də rəsədxana vardır. Burunun yerləşdiyi ərazinin sahil hissəsi il boyu buzla örtülü olur. == Mənbə == Zubov, N.N. (July 1933). The Circumnavigation of Franz Josef Land. Geographical Review.
Komorin burnu
Komorin burnu (tam. கன்னியாகு) Kanniyakumari, Kumari (tam. கன்னியாகுமரி, ing. Cape Comorin) — Hindustan yarımadasının cənub qutaracağında yerləşən daşlı burun. Burun Qərbi və Şərqi Qat dağlarınınbutaracağı olmaqla yanaşı Ərəbistan dənizi, Benqal körfəzi və Hind okeanının qovuşduğu yerdir. Komorin burnu Hindistanın tarixi Malabar və Koromandel sahilləreini əhatə edir. Burunun şimal hissəsində kanyakumari şəhəri yerləşir. Komorin yaxınlığında adada zəvvarlar arasında məşhiur olan Vivekanandanın məqbərəsi vardır. belə ehtimal edilir ki, əfsanəvi Lemuriya Komorin burnundan cənubda yerləşir. Hindistanın materik ərazisinin ən ucqar cənub nöqtəsi olsa da, ölkənin ən ucqar cənub nöqtəsi İndira burnudur.
Konuşin burnu
Konuşin burnu (rus. Конушин) — Rusiya, Arxangelsk vilayəti, Nenets Muxtar Dairəsi ərazisinə daxil olan, Kanin yarımadasında yerləşən burun. Burun Volosova çayı mənsəbindən 6,7 mil cənubda yerləşir. Ağ dənizə daxil olan Mezen körfəzi sahillərini yuyur. Öz növbəsində hündürlüyü 50 metrə çatan bir tirənin dənizə aşılan bir çıxıntısıdır. Burundan şimaldakı sahillər Kanin sahili, cənubdakı sahillər isə Konuşin sahili adlanır. Əsasən qumlu-gilli suxurlardan təşkil olunmuşdur. Burundan şimalda dəniz sahili nisbətən hündür və sərtdir. Cənubda doğru isə hündürlük azalır. Burunda Konuşinski mayakı quraşdırılmışdır.
Koriski burnu
Koriski burnu (yap. カモイワッカ岬) — İturup adasında yerləşən burun (Kuril adaları). İturup adasının şimalında yerləşən Medveji yarımadasının sonucunu təşkil edir. Öz növbəsində bir sıldırımlı qayadır. Burun yaxınlığında su üstü və su altı daşlar müşahidə edilir. Burada hündürlüyü 51 metr olan bir ada vardır. Sahillərində orta qabarma 1 metrdir. İnzibati baxımından Rusiyanın Saxalin vilayəti, Kuril şəhər dairəsinə daxildir. Yaponiya isə əraziyə iddia edir və buranı Hokkaydo qubernatorluğunun Nemuro dairəsi Sibetoro qəzasına daxil edir. Yaponiyada bəzən Koriski burnunu Yaponiyanın ucqar şimal nöqtəsi olaraq göstərirlər.
Lakatnik burnu
Lakatnik burnu (bolq. нос Лакатник, ‘Nos Lakatnik’ \'nos la-'kat-nik\) — Antarktidanın Cənubi Şetland adalarının Smit adası sahillərindən şimal-qərbdə yerləşən qayalardan ibarət burundur. Neofit zirvəsinin qolunu əmələ gətirir. Burun qərbi Bolqarıstanda yerləşən Lakatnik şəhərinin adını daşıyır. == Yerləşməsi == Burun Lista burnundan 1.6 km şimal-şərqdə, Ceyms burnundan 11 km şimal-şərqdə, Qarmen burnundan 2.66 km cənub-qərbdə, Smit burnundan 22 km cənub-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Lamanon burnu
Lamanon burnu — Saxalin adasının cənub sahillərində yerləşən burun. Burun 1787-ci ildə fransız Jan-Fransua Laperuz, bölgəyə təşkil olunan ilk Avropa ekspedisiyasının fiziki, botaniki və meteoroloqu Rober de Lamanonun şərəfinə adlandırmışdır. İnzibati baxımından Rusiya Federasiyasının Saxalin vilayəti ərazisinə daxildir. Uqleqorski rayonu ərazisində yerləşir . == Təsviri == Lamanon burnu İzılmetev buxtasında, İçara çayının mənsəbində yerləşir. Öz növbəsində daşdan ibarət olan terrasdır. Tatar boğazına daxil olur. Güçlü küləklərin təsirinə məruz qalır. Arkaya sahibdir və vulkanik suxurdan təşkil olunmuşdur. Burada kalsit, kvars, araqonit kimi suxurları müşahidə etmək mümkündür.
Lisbern burnu
Lisbern burnu (ing. Cape Lisburne) — Alyaskanın Lisbern yarımadası, Çukot dənizi sahillərində yerləşən burun. Burun Poit-Houl qəsəbəsindən 64 km şimal-şərqdə yerləşir. Alyyaska Milli Dəniz qoruğu ərazisinə daxildir. İnyupiklər burunu "Uivaq" adlandırırlar. Avropalılardan isə burunu ilk aşkarlayan Ceyms Kuk olmuşdur. 21 avqust 1778-ci ildə burunu Lisbern olaraq adlandırmışdır. İnyupiklər burunbun ilk sakinləridirlər. Burunda vaxtı ilə epidemiya olmuş və çoxlu insan həlak olmuşdur. Bu səbəbdən əhali Ümid burnuna köçmüşdür.
Lista burnu
Lista burnu — Antarktidanın Cənubi Şetland adalarının Smit adası sahillərindən şimal-qərbdə yerləşən qayalardan ibarət burundur. Riqqs zirvəsinin qolunu əmələ gətirir. Burunun adı Argentina tərəfindən verilmişdir. == Yerləşməsi == Burun Qarmen burnundan 4.26 km cənub-qərbdə, Batak burnundan 2.54 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Litke burnu
Litke burnu (çuk. Кэйикэй, esk. Кайкак) — Çukot yarımadası, Puatın buxtası sahillərində yerləşən qayalı burun. Sahillərini Berinq dənizinin suları yuyur. İnzibati cəhətdən Çukot Muxtar dairəsinin Çukotski rayonu ərazisinə daxildir. Burun ilk dəfə 1828-ci ildə dövrü dünya səyahətinə çıxmış "Sevyanin" gəmisində kəşf edilmişdir. Komandanın bir ildən sonra geri qayıtması ilə ekspedisiyanın rəhbəri olan Fyodor Litkenin şərəfinə adlandırılmışdır. Çukotkaça çuk. Кэйкэй adı isə tərcümədə — "piydən qırışlar" mənasını verir. Burunun qayalarında 5 min quş yuva qurur: berinq qrabatdağı, qütb qağayısı, gümüşü qağayı, Sakitokean təmizçisi və s.
Lizard burnu
Lizard burnu (ing. The Lizard) — İngiltərənin Kornuoll qraflığında yerləşən burun və yarımada. Böyük Britaniya adasının ucqar cənub qutaracağını təşkil edir. Lizard burnu LaManş boağzında gəmiləri əlverişli şəkildə müşahidə etmək baxımdan əla yerdir. Burada mayak və xilasetnə mənrəqəsi vardır. Burun yaxınlığılnda çoxlu sayda gəmi qəzaları müşahidə edilmişdir. Burun iki mühüm dəniz döyüşünə şahidlik etmişdir. Yarımadada eyni adlı şəhər vardır.
Martyan burnu
Martyan burnu (ukr. Мартьян, krımtat. Martyan, Мартьян) — Krımın cənubunda yerləşən burun. Ərazisində Martyan burnu qoruğu və Nikita botanik bağı yerləşir. Maksimal hündürlüyü 149 metrdir.
Maryato burnu
Maryato burnu (isp. Punta Mariato) — Panamanın cənubunda yerləşir və Şimali Amerikanın ən ucqar cənub nöqtəsidir. == Coğrafiyası == Veraquas vilayətinin cənubunda, Asuero yarımadasının qutaracağında Tomosi şəhərindən 70 km, Panama şəhərindən isə 350 km cənun-qərbdə yerləşir. Ətrafı Tpopik meşələrlə örtülüdür. Burada Serro Hoyya milli parkı yerləşir. Parkın ətazisi 33 400 h ərazini əhatə edir. 2 oktyabr 1984-ci ildə yaradılmışdır. Burnun yerləşdiyi bölgə balıqçılar və Serfinqləri cəlb edir.