Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Varanus
Varan (lat. Varanus) — varanlar fəsiləsunə aid heyvan cinsi. Varanus Odatria Soterosaurus Philippinosaurus Papusaurus Euprepiosaurus Empagusia Polydaedalus Psammosaurus В. Р. Алифанов. Ящерицы в эпоху динозавров. Fry, Brian G., et al. (2006). Early evolution of the venom system in lizards and snakes.
Vardenis
Basarkeçər, Vardenis — Ermənistan Respublikasında şəhər. Basarkeçər rayonunun mərkəzi. Basarkeçər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Göyçə gölünün yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. 1969-cu ildən şəhər tipli qəsəbə və eyni adlı rayonun mərkəzi olmuşdur. Kənddə tarixən azərbaycanlılar yaşamışdıır. 1831-ci il əhalinin siyahıya alınmasında burada 178 nəfər yalnız azərbaycanlının yaşadığı göstərilir. 1831-ci ildən sonra Türkiyədən köçürülən 1296 nəfər (1873-cü il siyahıya alınmasına əsasın) erməni burada yerləşdirilmiş, azərbaycanlılar sıxışdırılmağa başlanmışdır. 1897-ci ildə burada 85 nəfər azərbaycanlı, 2108 erməni yaşamışdır.
Vareze
Vareze (it. Varese) — İtaliyanın Lombardiya regionunda şəhər.
Bernhard Varenius
Bernhard Varenius - alman coğrafiyaçısıdır. == Həyatı == Almaniyanın Hamburq şəhərinin şimalında, Elbe Nehri kənarında bir şəhərdə 1622-ci ildə anadan olmuşdur. Kahin ailəsində anadan olan Berhard ailənin 4-cü övladı idi. Anası 1623-cü ildə doğuş vaxtı rəhmətə geib və ailəsi 1628-ci ildə Uelzdən köçmüşdür. Atası 1635-ci ildə öldükdə sonra kimsəsiz uşaqların hamısı Almaniyada Varenius şəhərində bir kilsədə öz təhsillərini davam etmişlər və Tübingenə getmişlər. Daha sonra Tibb, astronomiya və coğrafiya fənlərini öyrənmiş, coğrafiyaya daha çox marağı olduğu üçün onu seçmiş və biliklərini artırmağa davam elemişdir.1649-cu ildə təhsilini başa vuraraq Amsterdama gəlmişdir. Həmin il ""Descriptio Regni Japoniae" adlı əsəsinrdə Yaponiya və Siam haaqında məlumat vermişdir. Ən vacib əsəri isə Coğrafiyanın xüsusiyyətidir. 1650-ci ildə bu kitabı bitirmiş və həmin il rəhmətə getmişdir. == İş həyatı == Varenius bu kitabı coğrafiyanın bir çox prinsipləri ortaya qoymuşdur.
Levon Larents
Levon Larents (Kirişçiyan) (erm. Լևոն Լարենց (Քիրիշճյան), d. 1875 – ö. 24 aprel 1915) — Erməni əsilli Osmanlı yazıçısı, tərcüməçisi, jurnalisti, redaktoru, şairi və müəllimi. == Bioqrafiya == Levon Larents 1875-ci ildə İstanbulun Samatiya səmtində erməni əsilli bir ailədə anadan olmuşdur. Təhsilini 1902-ci ildə məzun olduğu yerli Robert Kollecində tamamlamışdır. Larents Robert Kollecində təhsil alan zamanlarda dostları ilə birlikdə "Zepur" adlı ermənidilli bir jurnalı nəşr edirdi. Məzuniyyətindən qısa bir müddət sonra Larents "Puzantion" qəzetinə yardım etməyə başlamışdır. Daha sonra Adabazarına köçərək oradakı "Qetronaqan Məktəbi"ndə Sivilizasiya tarixi dərsi keçirdi. Larents 1905-ci ildə Hnçak siyasi partiyasının islahat hərəkatının bir parçası halına gələn Osmanlı İmperiyasındakı ictimai təzyiqdən qaçaraq ABŞ-yə qaçmışdır.
Qotfrid Vaqener
Qotfrid Vaqener (alm. Gottfried Wagener‎; 5 iyul 1831, Hannover – 8 noyabr 1892, Tokio) və ya Qotfrid Vaqner – Almaniya texniki konsultantı və müəllimi. Meyci dövründə Yaponiyada incəsənət, sənaye, keramika və parçaçılıq sahələrinin inkişafına töhfələr vermişdir. Vaqener hökumət və istehsalçılar üçün məsləhətçilik etmiş, Qərb üslublarını tətbiq etmək, istehsalı artırmaq, xarici ticarət üçün məhsullar hazırlamaq, yapon dulusçuluq məmulatlarını xaricdə populyarlaşdırmaq üçün yollar göstərmişdir. Vaqener ənənəvi yapon incəsənət məmulatlarının öyrənilməsinin, saxlanılmasının və tətbiqinin vacib olduğunu vurğulamışdır. Qotfrid Vaqener 1831-ci ildə Hannover şəhərində anadan olub və Göttingen şəhərində yerləşən Qeorq-Avqust Universitetindən məzun olub. 1868-ci ildə fabrik tikintisinə kömək etmək məqsədilə Yaponiyanın Naqasaki şəhərinə gedib. Növbəti il səlahiyyətli şəxslərə kömək edərək Arita dulusçuluq məmulatları üçün peçin inkişaf etdirilməsində iştirak edib. 1871-ci ildə Tokioya gedərək müəllim kimi dövlət xidmətinə daxil olub. Uzun müddət Nanko Universitetində və Tokio Universitetində fizika və tətbiqi kimya mövzularında dərslər verib.
Silvia Paredes
Silvia Paredes (23 yanvar 1983) — Ekvadorlu marafonçu. Silvia Paredes Ekvadoru 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Silvia Paredes birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 1 saniyəyə qət edərək 157 marafonçu sırasında 95-ci yeri tutdu.
Varanus varius
Varanus varius (lat. Varanus varius) — varanlar cinsinə aid heyvan növü. Avstraliyada lace goanna kimi də tanınır. Rəngarəng varanlara Avstraliyanın şərqi və cənub-şərq düzənliklərində yaşayırlar. Qidalanmaq üçün böyük məsafə qət edərək (gün ərzində 3 km-ə qədər) dəniz sahillərində, qayalıqlar və onlara bitişik düzən yerlərdə, meşələrdə tez-tez rast gəlinir. Bədənin yüxarı hissəsi çoxlu ağ, sarı, yaxud krem rəngində olan ləkələr olan qara, göy-qara rəngdə olur. Quyruğu nazik, uzun olub baş və bədənin uzunluğundan təqribən 1,5 dəfə böyükdür. Cütləşmə adətən isti aylarda olur. Eyni dişı fərdlə cütləşmək istəyində olan erkək fərdlər arasında döyüş baş verir. Dişilər adətən termit yuvalarının üst hissəsinə bir dəfəyə 2-12 ədəd yumurta qoyur.
Vardenis (dəqiqləşdirmə)
Vardenis — Basarkeçər şəhərinin 1969-cu ildə dəyişdirilmiş adı. Vardenis rayonu — Basarkeçər rayonunun 1969-cu ildə dəyişdirilmiş adı. Vardenis — Abaran rayonundakı Güllücə kəndinin 15.06.1946-cı ildə dəyişdirilmiş adı.
Vardenis rayonu
Basarkeçər rayonu (1969-cu ildən Vardenis rayonu) — Göyçə mahalı ərazisində rayon. Mərkəzi Basarkeçər (Vardenis) şəhəridir. Basarkeçər rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il iyunun 11-nə kimi Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Ərazisi 1151 km²-dir. Rayon mərkəzi Basarkeçər (dəyişdirilmiş adı Vardenis) rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 168 km-dir. Rayon ərazisində irili-xırdalı çoxlu dağ zirvələri və Göyçə gölünə tökülən çaylar vardır. Onlardan ən böyüyü Məzrə (dəyişdirilmş adı Masrik) çayıdır. Çaxırlı yaylası da bu rayon ərazisindədir.
Vardges Petrosyan
Vardges Hamazaspoviç Petrosyan (erm. Վարդգես Պետրոսյան; 9 avqust 1932, Əştərək – 15 aprel 1994, İrəvan) — erməni sovet yazıçısı, dramaturq. Ermənistan Yazıçılar İttifaqınin sədri (1975–?), Sov.İKP-nın üzvü (1952–?), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1976–?), Yaradıcılığa şeirlə başlamışdır: "İnsan haqqında ballada" (1958) kitabı. "Son gecə" (1959), "Yarımçıq portretlər" (1963), "Şəhərin yarıaçıq pəncərələri" (1964), "Ani apteki" (1973), "Yaşadığımız və yaşamadığımız illər" (1975) və s. hekayə və povest kitablarının, pyeslərin, publisistik əsərlərin müəllifidir. "Hippokrat andı" pyesi Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur. "İnsan haqqında ballada" (1958) "Son gecə" (1959), "Yarımçıq portretlər" (1963), "Şəhərin yarıaçıq pəncərələri" (1964), "Ani apteki" (1973), "Yaşadığımız və yaşamadığımız illər" (1975) "Yaşadığımız və yaşamadığımız illər", Bakı, 1980. "Oktyabr inqilabı" ordeni "Lenin" ordeni Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.518 "Mübarizə bu gün də var", 525-ci qəzet.
Varənov (Ərdəbil)
Varənov (fars. وره نو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (5 ailə).
Varanus reisingeri
Varanus reisingeri (lat. Varanus reisingeri, ing. Yellow Tree Monitor) — Varanus prasinus kompleksinin varan növüdür. Bu növ İndoneziya üçün endemikdir. Varanus reisingeri öz quyruğunu ağacların ətrafında hərəkət etmək üçün istifadə edir.
Ficus virens
Ficus virens (lat. Ficus virens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Jennifer Warnes
Cennifer Uorns - ABŞ musiqiçisi və aranjimançısı. Müğənni kimi, o, daha çox əsərlər üzərində etdiyi qeyri-adi interpretasiyalar ilə tanınıb.
Varese BK
Varese - Italiyanın eyni adlı şəhərini təmsil edən basketbol klubu. Varese basketbol komandası 1946-cı ildə Varese şəhərində təşkil olunmuş, ilk vaxtlar öz çıxışı ilə fərqlənməmişdir. İlk böyük uğurunu 1961-ci ildə, İtaliya çempionatının qalibi kimi qeyd etmişdir. 1970-ci ildə isə klub ilk dəfə çempionlar kubokunu qazanmış, sonralar daha 4 dəfə Avropanın bu əsas turnirinin qalibi olmuşdur. Komandanın sonuncu uğuru 1999-cu ildə milli birinciliyin və İtaliya superkubokunun qalibi olmasıdır. Varese basketbol komandası hazırda A seriyası üzrə çıxış edir. Basketbol üzrə İtaliya çempionu (10 dəfə): 1961, 1964, 1969, 1970, 1971, 1973, 1974, 1977, 1978, 1999 Çempionlar kuboku (5 dəfə): 1970, 1972, 1973, 1975, 1976.
Vareze əyaləti
Vareze əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Villem Barens
Villеm Barеns (nid. Willem Barentsz; 1550-1597) — hоlland mənşəli qütb tədqiqatçısıdır. Villеm Barеns 1594-1597-ci illərdə Asiyanın şimalı ilə Çin və Hindistana dəniz yоlu tapmağa üç dəfə cəhd göstərən dənizçi оlmuşdur. Nоvaya Zеmlya, Şpispеrgеn, Ayı adalarını kəşf və tədqiq еtmişdir. 1597-ci ildə buzlaqlar arasında sıradan çıхmış gəmini tərk еdərək gеri qayıdarkən ölmüş və Nоvaya Zеmlya adasında basdırılmışdır. Adı Barеns dənizi ilə əbədiləşdirilmişdir. 1933-cü ildə rus qütb tədqiqatçıları еkspеdisiyanın bəzi qalıqlarını tapmış və Pеtrоqraddakı Arktika muzеyinə təhvil vеrmişlər. Кольские карты "Шкипер эпохи" статья в журнале "Вокруг света" (№ 11 (2818), ноябрь 2008) Gerrit de Veer, Om de Noord : de tochten van Willem Barentsz en Jacob van Heemskerck en de overwintering op Nova Zembla, zoals opgeteken (The three voyages of William Barentz to the Arctic regions, 1594, 1595, and 1596) Фридрих Гельвальд, Путешествия Виллема Барентса и его открытия. (Из книги "В области вечного льда. История путешествий к Северному полюсу с древнейших времен до настоящего", 1881 г.).
Yegişe Çarens
Yeğişe Çarents (erm. Եղիշե Չարենց; 13 (25) mart 1897, Qars, Qars vilayəti, Rusiya imperiyası – 27 noyabr 1937, İrəvan) — Ermənistan-sovet şairi, yazıçı və ictimai fəalı. Şair bir müddət Bakıda çap olunan ermənicə "Kommunist" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinə başçılıq etmişdir. Kommunizmin erkən tərəfdarı, Çarens bolşevik partililer qatıldı, lakin Stalin terror 1930-cu ildə başlayan kimi, o, tədricən stalinizm ilə məyusluğu artıb və 1930-cu təmizləmələr zamanı edam edildi. Çarentsavan şəhəri onun şərəfinə adlandırılmışdır.
Amblyseius arenus
Amblyseius curiosus (lat. Amblyseius curiosus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius curiosus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Aranes dili
Aranes dili (Qaskon dilində: Aranés; ispan dilində: Aranese; katalan dilində: Aranès; Fransız dilində: Aranais) Kataloniyanın Val-d'Aran regionunun rəsmi dilidir. Bu dil təxmini olaraq 7000 insan tərəfindən ana dili kimi istifadə edilir. Fransada danışılan qaskon dilinin bir ləhcəsi hesab edilir. 1984-cü ildən bəri isə bu dil məktəblərdə tədris olunur.
Pyrola virens
Pyrola chlorantha (lat. Pyrola chlorantha) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin pirola cinsinə aid bitki növü. Thelaia chlorantha (Sw.) Alef.
Crepis virens
Crepis capillaris (lat. Crepis capillaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü.
Hieracium virens
Crepis capillaris (lat. Crepis capillaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü.
Levi Varner
Levi Varner (9 aprel 1844, Saffild[d] – 14 avqust 1896[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı rəssam. == Həyatı == Varner Konnektikut ştatının Şeffild şəhərində anadan olub. O, 1896-cı ildə Nyu Yorkdakı Mərkəzi Parkda velosiped sürərkən baş verən qəza nəticəsində vəfat edib. == Yaradıcılığı == Gənc yaşlarında o, teleqrafçı işləyib. Yığdığı pul ilə 1869-cu ildə Parisə köçüb. Burada heykəltəraşlıq təhsili alıb. Eyni zamanda Jan-Batist Karponun köməkçisi kimi çalışıb. 1870–1871-ci illərdə təhsilini davam etdirərək Xarici Legiona daxil olub. 1872-ci ildə Nyu-Yorka köçüb. O, 1877-ci ildə Amerika Rəssamlar Cəmiyyətinin qurucularından biri və üzvü olub.