Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Marka
Poçt markası — poçt ödəniş nişanı. Markanın yaranması və onun poçt ödəniş nişanı kimi istifadəsinin tarixi barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Lourens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər, lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Roumend Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.1840-cı ildə Londondakı İngilis Poct İdarəsinin sonradan idarəçisi olan Sir Rovland Hill, maraqlı bir hadisəyə şahid olmuşdu. Şotlandiyaya etdiyi bir səfər əsnasında, gənc bir qızın daşıma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona öncə verdiyini gördü. Bunun üzərinə ödənişi özü ödədi. Gənc qız ona təşəkkür etdi və bu pula ehtiyac olmadığını söylədi. Çünki, zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək, nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi. Bu hadisəyə şahid olan Hill, məktub yollanırkən, pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsi lazım olduğunu düşündü. Daşıma haqqının, zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq, məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi.
Varna
Varna (Bolqarıstan) — Bolqarıstanda şəhər. Varna (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. 5 oktyabr 1999-cu ildə ləğv olunmuşdur. Varna — İsmayıllı rayonu ərazisində mineral bulaqlar. Varna — İsmayıllı rayonu ərazisində göl. Girdimançayin sağ sahilində, 2260 m. yüksəklikdə yerləşir.
Varqa
Varqa - 1728-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı.
Vaka
Vaka (gürc. ვაყა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1423 nəfər idi. 2014-cü ildə 1160 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Agrostis varia
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Arenaria varia
Arenaria serpyllifolia (lat. Arenaria serpyllifolia) — qərənfilkimilər fəsiləsinin qumluca cinsinə aid bitki növü. == Sinonim == Alsinanthus serpillifolius (L.) Desv. Alsine serpyllifolia Crantz Alsinella serpyllifolia Gray Arenaria alpicola Beck Arenaria cantabrica Amo Arenaria condensata Lange Arenaria crassifolia Freyn ex Hallier Arenaria martrinii Tzvelev Arenaria olonensis Jord. ex Bonnier Arenaria patula Martrin-Donos Arenaria peloponnesiaca Rech.f. Arenaria serpyllifolia var. glutinosa W.D.J.Koch Arenaria serpyllifolia var. scabra Fenzl Arenaria serpyllifolia subsp. serpyllifolia Arenaria serpyllifolia var. serpyllifolia Arenaria serpyllifolia var.
Aykut Barka
Capsella varia
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Coronilla varia
Securigera varia (lat. Securigera varia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin securigera cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 80 sm-ə qədər, gövdəsi zəif, əyilib qalxan və ya düz, uzun, tin-tin və içi boş, çılpaq və ya tüklü, adətən budaqlanan çoxillik ot bitkisidir. Yalançı zoğları sərbəst olub, kiçikdir, xətvarineştərşəkilidir və uzunluğu 3 mm-dir. Yarpaqları tək lələkvaridir, qısa saplaq üzərində 15-25 ədəd oval və ya uzunsov, küt yarpaqcıqlar yerləşmişdir. Çiçəkləri 12-20 ədəd olmaqla, çiçək oxunun uzunluğu 3-15 sm-ə qədər olan, qısa başcığaoxşar çətirlərdə toplanmışdır; çiçək saplağı kasacıqdan iki dəfə uzun, ona bərabərvə ya ondan qısadır. Tac çəhrayı və ya bənövşəyi rəngdə olub, ağ zolaqlıdır. Paxlaları qəhvəyi rəngdədir, düz və ya qövsşəkilli əyilmişdir, 1-10 ədəd yastı-dördtilli buğumlardan ibarətdir. Toxumları uzunsovovaldır, qəhvəyi və ya qonur rəngdədir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Mersedes (marka)
Mersedes — 1901-1926-cı illər arasında Gottlieb Daimlerin şirkəti olan Daimler Motoren Gesellschaft tərəfindən istehsal olunan avtomobillər markası. 1926-cı ildə Karl Benzin şirkəti olan Benz & Cie ilə birləşdikdən sonra marka adı Mercedes-Benz olaraq dəyişdirilmişdir. == Markanın yaranması == 1897-ci ildə Fransanın Nitsa şəhərində yaşayan Avstriya taciri və Avstriyanın Nitsadakı baş konsulu Emil Yellinek, Gottlieb Daimlerin zavodunda olur və maşın alır. Beynəlxalq maliyyə dünyası və aristokratiya ilə yaxşı əlaqələrə sahib olan Jellinek, Daimler avtomobili ilə Fransız Rivierasında böyük diqqət çəkir. Daha sonra Yelinek, 1899-cu ildə 23 at gücünə malik mühərrik ilə təchiz olunmuş Daimler yarış avtomobilinə böyük qızı Mersedesin adını verir və bu maşın ilə Nitsa yarışında iştirak edərək birinci olur. Bu müvəffəqiyyətdən sonra Yelinek Daimler fabrikinə 36 avtomobil sifariş verir və bu vasitələrin Mercedes adlandırılmasını tələb edir. Emil Yelinekin əldə etdiyi satış müvəffəqiyyətindən sonra Daimler 1901-ci ildən sonra istehsal etdiyi avtomobilləri “Mersedes” adlandırmaq qərarına gəlir. 23 iyun 1902-ci ildə Mercedes marka adı kimi qeydiyyata alınmışdır. 26 sentyabr 1902-ci il tarixindən etibarən də qanunla da müdafiə edilir.
Qızıl marka
Qızıl marka (alm. Goldmark‎) — Almaniya imperiyası və Veymar Respublikasının pul vahidi. Valyutanın rəsmi adı "marka"dır (alm. Mark‎). 1870—1871-ci illərdəki Fransa–Prussiya müharibəsi və bir neçə alman dövlətlərindən ibarət yeni bir dövlət qurulduqdan sonra, 1871-ci il tarixli pul qanunu ilə "marka" adlı yeni pul vahidi tətbiq edildi. 43 il boyunca onun məzənnəsi dəyişməz olaraq qaldı və 1 marka 0,358425 qr təmiz qızıl demək idi.Alman imperatorluğunun 4 Avqust 1914-cü ildə Birinci Dünya Müharibəsinə girməsindən 3 gün sonra sikkələr və əskinasların qızılla sərbəst dəyişdirilməsi dayandırıldı. Ardınca gələn inflyasiya kağız pulların tamamilə ucuzlaşmasına səbəb oldu. 1917-ci ilin əvvəlində qızıl sikkələr 1,3 kağız marka = 1 qızıl nisbətində dəyişdirilirdisə, 1919-cu ildə nisbət artıq 14,5 kağız markaya bərabər oldu. Hiperinflyasiya ona gətirdi ki, 1923-cü ildə yeni renta markanı 1 trilyon kağız markaya dəyişdirirdilər.Birinci Dünya müharibəsinin başlaması ilə Alman imperiyası bir sıra çətinliklərlə üzləşdi. Onlardan biri müharibə aparmaq üçün böyük maliyyə xərcləri idi.
Securigera varia
Securigera varia (lat. Securigera varia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin securigera cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 80 sm-ə qədər, gövdəsi zəif, əyilib qalxan və ya düz, uzun, tin-tin və içi boş, çılpaq və ya tüklü, adətən budaqlanan çoxillik ot bitkisidir. Yalançı zoğları sərbəst olub, kiçikdir, xətvarineştərşəkilidir və uzunluğu 3 mm-dir. Yarpaqları tək lələkvaridir, qısa saplaq üzərində 15-25 ədəd oval və ya uzunsov, küt yarpaqcıqlar yerləşmişdir. Çiçəkləri 12-20 ədəd olmaqla, çiçək oxunun uzunluğu 3-15 sm-ə qədər olan, qısa başcığaoxşar çətirlərdə toplanmışdır; çiçək saplağı kasacıqdan iki dəfə uzun, ona bərabərvə ya ondan qısadır. Tac çəhrayı və ya bənövşəyi rəngdə olub, ağ zolaqlıdır. Paxlaları qəhvəyi rəngdədir, düz və ya qövsşəkilli əyilmişdir, 1-10 ədəd yastı-dördtilli buğumlardan ibarətdir. Toxumları uzunsovovaldır, qəhvəyi və ya qonur rəngdədir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Strix varia
Əlvan yapalaqca (lat. Strix varia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.
Varba adası
Varba adası (ərəb. جزيرة وربة‎) — Fars körfəzində, Küveytə məsxus olan ada. Adanın sahəsi 37 km²-dir. Adada yaşayış yoxdur. Adada Birləşmiş Millətlər Təşkilatı tərəfindən qismən maliyyələşdirilən M-1 adlı bir sahil mühafizə postunu saxlanılır. == Coğrafiya == Küveytin materik hissəsindən 100 metr, Bubiyan adasından 1.5 km, İraqdan isə 1 km aralıda yerləşir. Şəttül-Ərəb çayının məsəbində qərarlaşır. Adanın uzunluğu 15 km, eni isə 5 km-dir. == Ərazi iddiaları == 1994-cü ilin noyabrında İraq rəsmi sürətdə Küveytlə sərhədi tanımışdır. Bununlada onun adaya olan iddiası sona çatmışdır.
Varda körpüsü
Varda körpüsü— Adana vilayəti Karaisalı ilçəsinin Hacıkırı (Kıralan) kəndində yerləşib, yerli əhali tərəfindən "Böyük körpü" adlandırılır. Hacıkırı Dəmir Yolu körpüsü 1912-ci ildə Almanlar tərəfindən inşa edildiyi üçün Alman körpüsü kimi tanınır. Adanaya avtomobil yolu məsafəsi Karaisalıdan 64 km məsafədədir. Dəmir yolu ilə Adana stansiyasına məsafəsi 63 km-dir. Bu körpü Almanlar tərəfindən, polad qəfəs daş hörmə üsulu ilə aparılmışdır və 6 bölmədən ibarətdir. 1912-ci ildə istifadəyə verilmişdir. Körpünün tikilmə məqsədi İstanbul-Bağdat-Hicaz Dəmir yolu xəttini tamamlamaq olubdur. == Texniki xüsusiyyətləri == Kargir körpü növündə 3 əsas açıqlıqlıq və 4 əsas sütun üzərində qurulmuşdur. Körp 200 metr uzunluğunda və 99 metr hündürlüyündədi. Körpünün sütunları polad mesnet növü olub xarici örtməsi daş hörmə üsulu ilə tikilmişdir.
Varna (Bolqarıstan)
Varna (bolq. Варна) — Bolqarıstanın Qara dəniz sahilinin ən böyük şəhəri və dənizkənarı kurortu və bu ölkənin üçüncü böyük şəhəri. Varna vilayətinin və bələdiyyəsinin inzibati mərkəzi.Balkanlarda İstanbul, Afina, Buxarest, Belqrad, Sofiya, Saloniki, Zaqreb, Skopye, Tirana və Plovdivdən sonra 11-ci ən böyük şəhərdir.
Varna (İsmayıllı)
Varna — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Həftəsov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Həftəsov kənd inzibati-ərazi vahidi tərkibindəki Varna kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Varna döyüşü
Varna döyüşü — 1444-cü ildə Osmanlı türkləri ilə macarlar və onlara köməyə gəlmiş böyüx xaçlı ordusu arasında baş vermiş döyüş. Osmanlılar Macarıstanın başçılıq etdiyi xaçlı ordusunu məğlub edir. == Döyüş öncəsi == 1444-cü ildə Osmanlı taxtının azyaşlı II Mehmedə tapşırıldığını öyrənən daxili və xarici düşmənlər bundan istifadə edərək 100 minlik qoşunla hücuma keçmişdi. Macarlar Papanın təhrikilə Osmanlılarla bağladığı sülhü pozmuşdu. Baxmayaraq ki, taxtdakı II Mehmed ağıllı idi, yaxşı inkişaf etmişdi, amma yenə də uşaqdı. 12 yaşı vardı. Xaçlı ordusu hərəkətə gələn kimi Osmanlı dövlətinin hakimiyyət nümayəndələri II Muradı təkrar taxta çıxmağa dəvət etdilər, ancaq o, bu təklifi qəbul etmədi. Buna görə də uşaq hökmdarın dilindən atası II Murada belə məktub yazıldı: "Əgər padşah mənəmsə, sizə əmr edirəm ki, gəlib ordunun başında durasınız! Yox, sizsinizsə, gəlin dövlətinizi müdafiə edin!" Bu məktubdan sonra II Murad baş sərkərdə sifətiylə ordunu toplayıb yola düzəldi. Yol boyu bir neçə düşmən dəstəsini və gəmisini məhv edə-edə 9 noyabr-da Varna yaxınlığında xaçlı ordusu qarşısında qərargah qurdu.
Varta çayı
Varta (pol. Warta) — Polşada çay, Odra çayının sağ qolu. == Əsas göstəriciləri == Varta çayının uzunluğu-808 km olub, hövzəsinin sahəsi isə 53 700 km²-dir. Başlanğıcını Kiçik Polşa yüksəkliyindən götürən bu çay, Böyük Polşa düzənliyindən axır. Çayın su sərfi-215 m³/san-dir. Onun 350 km-i isə şlüzlarla tənzimlənir.
İndira Varma
İndira Varma (ing. İndira Varma) — məşhur Hind əsilli B.Britaniya aktrisası . == Həyatı == İndira Varma Hind əsilli ata ilə İsveçrəli İtalyan əsilli ananın övladıdır .
Varqa Yudit
Varqa Yudit (mac. Varga Judit; 10 sentyabr 1980, Mişkolç) — Macarıstan hüquqşünası, siyasətçi və dövlət xadimi. Fidez partiyasının üzvü. 2019-cu il iyulun 12-dən ədliyyə naziri vəzifəsini icra edir. 2018–2019-cu illərdə Macarıstan Baş Nazirinin Aparatında Macarıstanın Avropa İttifaqı işləri üzrə Dövlət Katibi olmuşdur. == Bioqrafiya == 10 sentyabr 1980-ci ildə Mişkols şəhərində anadan olmuşdur. 1993–1999-cu illərdə Mişkolsdakı Avas Gimnaziyasında oxuyub. 1999–2004-cü illərdə Mişkols Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2002–2004-cü illərdə isə respublika təqaüdü almışdır. 2003-cü ildə o, Nyurtingen-Qayslingen İqtisadiyyat və Ekologiya Ali Məktəbinin Erasmus tələbə təşəbbüsündən təqaüdünü alır.
Arka Bahçem
Arka Bahçem – Göksel-in 2005-ci ildə çıxardığı 4-cü albomudur.
Ramiro Vaka
Ramiro Vaka Ponse (1 iyul 1999-cu ildə anadan olub) — Boliviya Liqa Nasional B təmsilçilərindən olan Klub Quebraço klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Boliviya futbolçusudur. == Milli karyerası == Vaka Boliviya milli futbol komandasında debütünü 3 iyun 2017-ci ildə Nikaraqua millisinə qarşı oyunda etmişdir. O, 88-ci dəqiqədə Luis Xose Varqası əvəz etmişdir. Yoldaşlıq oyununda Boliviya rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.
Varna — Devnya kanalı
Varna — Devnya kanalı — Bolqarıstanın şimal-şərqindəki Varna vilayətində yerləşən dərin su yolları sistemi (2 kanal və 2 göl). Varna (şərqdə) və Devnya (qərbdə) şəhərlərini birləşdirir, Qara dənizin Varna körfəzindən başlayaraq Beloslav şəhəri və bir neçə kənd boyunca Varna və Beloslav göllərindən keçir. Kanalın ümumi uzunluğu 22 kilometrdir. Sahilləri boyunca bir sıra limanlar təchiz edilmişdir. Kanalın sahilində, texnoloji ehtiyaclar üçün kanaldan su götürən Varna SES yerləşir. == Tarixi == Kanal qurmaq fikri XVIII əsrdən bəri mövcud idi. Məşhur ingilis yazıçısı Çarlz Dikkens, Krım müharibəsi zamanı (1853-1856) Varnada hərbi müxbir kimi bolqarlar tərəfindən hazırlanmış, ancaq 1847-ci ildə Osmanlı sultanı Əbdülməcid tərəfindən rədd edilmiş kanal layihəsi barədə ilk dəfə məlumat vermişdir.XIX əsrin sonu - XX əsrin əvvəllərində Varna körfəzi ilə Varna gölü arasında müvəqqəti kanal çəkilmişdir. Mövcud su yolu 1970-ci illərdə inşa edilmişdir. Varna körfəzi ilə Varna gölü arasında kanal ikitərəfli olur, hansı ki burada, yerli əhali tərəfindən Ostrova və ya Qalata adlanan Bolqarıstanın ən böyük çay adasını yaradır. Kanalın üstündən Asparuhov körpüsü keçir.
Vaska Bicova-Qaydova
Vaska Bicova-Qaydova (mak. Васка Биџова-Гајдова; 26 iyun 1924, Pirlepe – 5 sentyabr 2004, Skopye) — Yuqoslaviya və Şimali Makedoniya opera müğənnisi (koloratura soprano). == Həyatı == Vaska Bicova-Qaydova 1924-cü ildə Prilep şəhərində anadan olmuşdur. Gənclik illərində müxtəlif xorlarda oxuyur və dərs deməyi planlaşdırırdı, lakin dirijor və bəstəkar Stefan Qaydovun məsləhəti ilə Skopyedəki Nina Monastri-Kuneli musiqi məktəbinə daxil oldu və 1951-ci ildə Makedoniya Milli Teatrının opera səhnəsində debüt etdi, "Sehirli fleyta" operasında Gecə Kraliçası rolunu canlandırdı. Sonra müğənni təhsilini Lyublyanada davam etdirdi, 1956-cı ildən 1958-ci ilə qədər isə Vyana Musiqi Akademiyasında (indiki Vyana Musiqi və İfaçılıq İncəsənəti Universiteti) oxudu.1974-cü il oktyabr Vaska Bicova-Qaydova Makedoniyanın "11 oktyabr" adlı Dövlət Mükafatı, 1979-cu ildə isə Yuqoslaviya Musiqiçilər Birliyinin Qızıl Lira mükafatına layiq görüldü.5 sentyabr 2014-cü ildə Skopye şəhərində vəfat etdi.
Barda Balka
Barda Balka — indiki İraqın şimalında, Kiçik Zab və Çəmçəmal çayları yaxınlığında arxeoloji abidə.Burada tapılan tapıntıların oxşarları Çəmçəmal vadisi ətrafında yerləşən digər ərazilərdə də aşkar edilmişdir. Alətlərin tapıldığı sahənin mərkəzində Neolit dövrünə aid meqalit mövcuddur.
Avarca
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan Avar xalqının dili. Avarlar, əsasən Dağıstanda, Azərbaycanda (Balakən və Zaqatala rayonları) və qismən də Türkiyədə yaşayırlar. 13-22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən, ana dili avar dili olan Azərbaycan vətəndaşlarının sayı 46.610 nəfərdir.