VARO:UT
VARTAVAR
OBASTAN VİKİ
Varta çayı
Varta (pol. Warta) — Polşada çay, Odra çayının sağ qolu. Varta çayının uzunluğu-808 km olub, hövzəsinin sahəsi isə 53 700 km²-dir. Başlanğıcını Kiçik Polşa yüksəkliyindən götürən bu çay, Böyük Polşa düzənliyindən axır. Çayın su sərfi-215 m³/san-dir. Onun 350 km-i isə şlüzlarla tənzimlənir.
Aruz Vartan
Aruz Vartan (ermənicə: Հարութ Վարդան) (23 iyun 1880 – 14 aprel 1945) — Naxçıvanda anadan olmuş erməni əsilli alman film aktyorudur. O, karyerası ərzində əsasən dəstəkləyici rollar olmaqla 90-dan çox filmə çəkilmişdir. == Həyatı == Azərbaycanın Naxçıvan Muxtar Respublikasında anadan olan Aruz Vartan Gürcüstan irsinə sahibdir. O, 1898-ci ildə Tiflisdə orta məktəbi bitirmiş, daha sonra qısa müddətdə Xarkovda (indiki Ukrayna ərazisi) tibb təhsili almışdır. O, Sankt-Peterburqa köçməmişdən əvvəl bir müddət Yaponiyada yaşamışdır. == Fəaliyyəti == 1905-ci il inqilabı zamanı o, Almaniyada Saksoniyaya köçdü və Frayburq Mədən və Texnologiya Universitetində təhsil aldı. O, Almaniyaya qayıtmamışdan əvvəl Çilidə və Boliviyada mədən mühəndisi kimi işləmişdir, daha sonra isə səhnədə və ekranlarda aktyor və ifaçı kimi fəaliyyət göstərmişdir. Öz fəaliyyətinin ilk illərində o, əsasən aparıcı rollarda yer alırdı, lakin zaman keçdikcə xarakterik rolları ifa etməyə başladı. Faşizm dövründə o, kiçik rollarda yer aldı, xüsusilə də ruslarda, məsələn, Bakıya hücumlar (1942). Aruz Vartan İkinci Dünya Müharibəsinin son həftələrində təbii səbəblərdən dünyasını dəyişdi.
Komitas Vartabed
Komitas Vartapet və ya tam adı Soğomon Kevork Soğomonyan (erm. Սողոմոն Գևորգի Սողոմոնյան və ya erm. Կոմիտաս Վարդապետ; 26 sentyabr və ya 8 oktyabr 1869, Kütahya — 22 oktyabr 1935, Paris) — Osmanlı ermənisi, bəstəkar, musiqişünas və xor rəhbəri. == Həyatı == Soqomon Soqomonyan musiqiyə bağlı və təkcə türkcə danışan Kütahyalı bir ailədə doğulmuş, bir yaşındaykən anası, 10 yaşındaykən atası ölmüşdür. 1881-ci ilə qədər atasının anası tərəfindən böyüdülmüş, həmin vaxtda Qərbi Azərbacyanın Üçkilsə şəhərindəki erməni kilsəsinin ruhani məktəbinə gedərək 1895-ci ildə buranı bitirərək keşiş olmuşdur. VII əsrdə yaşamış bir erməni xalq ozanı olan Katolikos Komitasın şərəfinə Komitas adını almışdır. "Keşiş" anlamına gələn "Vartapet" ləqəbi ilə birlikdə anılmağa başlandı. Üçmüədzin (Eçmədzin və ya Üçkilsə) Manastırı xorunda iştirak etdikdən sonra 1896-cı ildə Berlinə gedərək Kaiser Friedrich Wilhelm Universitetinə yazılmış və musiqişünaslıq təhsili almışdır. 1899-da musiqişünaslıq doktoru dərəcəsini almış və Üçmüədzinə dönmüşdür. Kənd yerlərini qarış-qarış gəzərək 3000-ə qədər Erməni, Azərbaycan, Anadolu, Türk, Kürd və Fars xalq mahnısını toplayaraq nota köçürmüş, kolleksiya yaratmışdır.
Lenin bayrağı (qəzet, Vartaşen)
"Oğuz yurdu" — Oğuz rayonunda çıxan qəzet. Rayon qəzeti 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamış, sonralar "Varlı həyat", "Lenin bayrağı" adı ilə fəaliyyət göstərmişdir. 1929-cu ildə rayonun Xalxal kəndində müəllim kimi fəaliyyətə başlayan Sultan Əfəndiyev qəzetin ilk redaktoru təyin edilib (1934–1954-cü illər). Sonralar Qara Abidzadə, Abuzər Qasımov, Həsən Nəcməddinov, Sirin Salahov, Nemət Əhmədov, Əyyub Yusifov, Rasim Amanov, Adil Tağıyev, Nazim Hüseynli redaktorluq etmişlər. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı A. Əlihüseynov 30 aprel 2009-cu il tarixində "Rayonda çıxan "Oğuz yurdu" qəzetinin ilk sayının çapdan çıxmasının 75 illiyinin qeyd olunması haqqında" sərəncam vermişdir. 2014-cü il iyunun 12-də Oğuz rayonunda "Oğuz yurdu" qəzetinin 80 illik yubileyi keçirilib.
Vartan Sarkisov
Vartan Sarkisov (erm. Վարդան Սարգսյան; rus. Вартан Степанович Саркисов; 8 mart 1875, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 29 mart 1955, Bakı, Azərbaycan SSR) — XX əsrin birinci yarısında fəaliyyət göstərmiş Azərbaycan və SSRİ memarı. 8 mart 1875-ci ildə Şuşa şəhərində erməni aləsində doğulmuş Vartan Sarkisov ilk təhsilini Şuşa real məktəbində almışdır. Şuşada təhsilini tamamladıqdan sonra, Tbilisi real məktəbinə daxil olmuş və 1894-cü ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdir. Tbilisidə təhsil aldığı müddətdə o, rəsmlər çəkməyə başlamışdır. Məhz həmin dövrdə Sarkisov, sonradan bütün ömrü boyu sevdiyi opera musiqisi ilə də maraqlanmağa başlamışdır. Tbilisidə təhsilini başa vurduqdan sonra Sarkisov Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universitetinə daxil olmuşdur. Burada o, sonradan Bakıda fəaliyyət göstərmiş digər bir erməni memar Nikolay Bayevlə bir sinifdə təhsil almışdır. 1901-ci ildə təhslini başa vurduqdan sonra iş təcrübəsi qazanmaq üçün Moskvaya yola düşmüşdür.
Vartana
Vartana — Kirovakan rayonunda kənd. 27 noyabr 1988-ci ildə Kirovakan şəhərində at oynadan daşnak terror qrupu Vartana kəndinə soxulmuşdur. Daşnak Qazanstyan Samvelin terror qrupu Bayramov Qaranı (evindən çıxmadığına görə) vəhşicəsinə qətlə yetirmişlər. Lyova və Lendrum Xaçaturyan qardaşları Hüseynova Leylini əzabla qətlə yetirirlər. Vanesyan Samvelin terror qrupu İsgəndərov Mehralını, arvadı Xanımı və 17 yaşlı Alimi öldürülməzdən əvvəl Xanımı soyunduraraq ərinin gözləri qarşısında lüt-üryan rəqs etməyə məcbur etmişlər. Bundan sonra hər üçünü parça-parça doğramışlar. Qriqori Çavuşyanla Hamlet Qasparyanın terror qrupu 1924-cü il təvəllüdlü Əliyev Abdullanı öldürmüşlər. Evlərini tərk etmədiklərinə görə Məmmədov Süleyman Yosmedyan Surenin, Alıyev Əhmədi isə Vazgenin terror qrupu qətlə yetirmişdir. Terrorçu Zehranyan Suren Əliyeva Fatmanı «Niva» markalı minik maşınının təkərləri altına salıb əzmişdir. Beləliklə, kənd əhalisini ölümlə təhdit edərək doğma ev-eşiyini tərk etməyə məcbur etmişlər.
Vartanazur
Seyidlər kəndi, Vardanazor (Vartanazur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonu ərazisində kənd. Rayon mərkəzindən 9 km şimal-qərbdə yerləşir. XIX əsrin əvəllərində kəndin adı Vardanazor kimi rəsmiləşdirilimişdir. Toponim seyidlər tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 36 nəfər, 1873cü üdə 316 nəfər, 1886-cı ildə 480 nəfər, 1897-ci ildə 506 nəfər, 1904 - cü ildə 439 nəfər, 1914 - cü ildə 1053 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, qırğınlarla sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 177 nəfər, 1926-cı ildə 180 nəfər, 1931-ci ildə 243 nəfər azərbaycanlı yaşamışdır.
Vartaşen
Oğuz (əvvəlki adı: Vartaşen) — Azərbaycanda şəhər, Oğuz rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vartaşen şəhəri Oğuz şəhəri adlandırılmışdır. Vartaşenin çoxdan qurulduğu, Bejanov tərəfindən sübut edildiyi kimi, bir çoxu kəndin yanında olduğu kimi, qədim kurqan və qəbiristanlıqlardır. Vartaşen və Nic qəsəbələri, əfsanələrə görə, qədim dövrlərdə Kür çayının cənubundakı qədim erməni Utik vilayətində məskunlaşmış Utievlər və ya biri üçün doğma yerlər idi. 1722-ci ildə I Pyotrun Qafqaz ekspedisiyası zamanı ona ünvanladığı bir məktubda özlərini "Ağvanlar" adlandırdılar. 1807-ci ildə Şəki xanı Cəfər Kuli Xanın (azərbaycanlı) rus olduğu Vartaşen və Nici ermənilərə verəcəkdi, rus çarı I Alexander-a bir məktub yazdı: 1824-cü il Şəki əyalətinin kameral təsvirinə əsasən Kərimli kəndində (indiki Oğuz şəhərində) 657 təsərrüfatda 3153 nəfər əhali yaşayırdı ki, onların da 1646 nəfərini kişilər, 1507 nəfərini isə qadınlar təşkil edirdi. 1 yanvar 2013-cü il tarixli məlumata əsasən əhalisi 6,891 nəfər olsa da.2019-cu ilin məlumatına görə 7,400 nəfərdən artıq şəhərdə yaşayır. 1819-cu il üçün Şəki vilayətinin təsviri Vartaşenin "Tatar" (Azərbaycan) kəndini göstərir. Vartaşen məktəbinin keçmiş müdiri Mixail Bejanov "Qafqazın yerlərini və tayfalarını təsvir etmək üçün materiallar toplusu" kitabında Udinlərin Vartaşen və Nic kəndlərində yaşadıqlarını və bir çox "tatar" (yəni Azərbaycan) sözlərini özündə cəmləşdirən Dağ dilində danışdıqlarını qeyd edir. 1908-ci il üçün "Qafqaz təqvimi" nə görə kənddə 1090 erməni, 629 rus və 35 azərbaycanlı (tatar) yaşayırdı.
Vartaşen kolxozçusu
"Oğuz yurdu" — Oğuz rayonunda çıxan qəzet. Rayon qəzeti 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamış, sonralar "Varlı həyat", "Lenin bayrağı" adı ilə fəaliyyət göstərmişdir. 1929-cu ildə rayonun Xalxal kəndində müəllim kimi fəaliyyətə başlayan Sultan Əfəndiyev qəzetin ilk redaktoru təyin edilib (1934–1954-cü illər). Sonralar Qara Abidzadə, Abuzər Qasımov, Həsən Nəcməddinov, Sirin Salahov, Nemət Əhmədov, Əyyub Yusifov, Rasim Amanov, Adil Tağıyev, Nazim Hüseynli redaktorluq etmişlər. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı A. Əlihüseynov 30 aprel 2009-cu il tarixində "Rayonda çıxan "Oğuz yurdu" qəzetinin ilk sayının çapdan çıxmasının 75 illiyinin qeyd olunması haqqında" sərəncam vermişdir. 2014-cü il iyunun 12-də Oğuz rayonunda "Oğuz yurdu" qəzetinin 80 illik yubileyi keçirilib.
Vartaşen rayonu
Oğuz rayonu (əvvəlki adı: Vartaşen rayonu) — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Oğuz şəhəridir. Şəki xanlığının mahallarından Xaçmaz mahalı və Padar mahalı Oğuz rayonu ərazisində olub. Oğuz rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 1963–1965-ci illərdə Nuxa (1968-ci ildən Şəki) rayonunun ərazisi Oğuz rayonunun tərkibində olmuşdur. Rayon mərkəzi Vartaşen (indiki Oğuz şəhəri) 1961-ci ilə qədər kənd olmuşdur. 1961–1968-ci illərdə ona şəhər tipli qəsəbə, 1969-cu ildə rayon tabeliyində şəhər statusu verilmişdir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonu Oğuz rayonu adlandırılmışdır. Oğuz rayonu Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Burada insanlar hələ neolit dövründə məskunlaşmışlar.