Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fiest
Fiest və ya Tiest ( q.yun. Θυέστης) — yunan mifologiyasında personaj. O, Pelops və Hippodamiyanın oğlu, Atreyin qardaşı, Egisfin atasıdır. Fiestin adı "İliada" və "Odisseya"da xatırlanır. Fiestin mifi bütün yunan mifologiyasındakı ən dəhşətli miflərdən biri hesab edilir. Sofoklun indiki dövrə qədər gəlib çatmamış faciə trilogiyası bu mifə həsr edilmişdir. == İncəsənətdə == Sofoklun "Arteya və ya mikenalılar", "Birinci Fiest", "Fiest", "Fiest Sikionda" faciələrinin, Evripidin "Kritlilər" və "Fiest" faciələrinin, Karkina Kiçiyin, Aqafonun, Diogenin, Kleofontun, Heremonun, Tarslı Apollodorun, Pakuviyanın, Enniyanın, Senekiyalı Variyanın "Fiest" komediyasının baş qəhrəmanıdır.
Vest
Vest (ing. West) — hal-hazırda Reemtsma və İmperial Brands şirkətlərinə məxsus və istehsal olunan Alman siqaret markası.
Alen Vest
Alen Vest (25 mart 1929 – 1 dekabr 1978) — ABŞ-nin ən məşhur həbsxanası olan Alkatraza məhkumluq çəkmiş cinayətkar. 1962-ci ilin iyun ayında həbsxanadan qaçmağa cəhd etmişdir.
Devid Vest
Devid Vest Milli Basketbol Assosasiyasına daxil olan Qolden Steyt Various komandasında oynayan peşəkar basketbolçudur. O, 1980-cı ilin avqust ayının 29-da anadan olub. O Xarvier Universitetinin basketbol komandasında oynayıb. Vest iki dəfə NBA all starı (2008-2009) və 2017-ci ildə NBA çempionu olub. == Orta məktəb və kollec illəri == O Hanver Manhet orta məktəbini və Virciniya ştatında Şimali Karolina və Harver Hərbi məktəbi bitirib. O ilk dəfə Hangreyvdə 1998-99-cu illərdə basketbol oynamağa başlayır. Harverde o çıxış edərək öz peşəkarlığın göstərir və Atlanta 10-na daxil olur. Vest bu zaman 11.7 xal və 9.2 rebonud qazanır. Sonralar o Lonq Aysland Universitetinde çıxış edir. Burada da kifayet qeder xal elde edir.
Kanye Vest
Ye (tam adı: Kanye Omari West; 8 iyun 1977, Atlanta, Corciya) — amerikalı repçi, müğənni, mahnı yazarı, prodüser və dəb dizayneri. Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Kanye Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində gördüyü prodüserlik işləri ilə məşhurlaşmağa başlayıb. O, müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etmiş, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirmişdir. Kanye 2004-cü ildə GOOD Music səsyazma şirkətini təsis edir. Onun buraxdığı ilk altı studiya albomu Rolling Stone tərəfindən 2020-ci ildə tərtib edilmiş "Bütün zamanların ən möhtəşəm 500 albomu" siyahısına daxil edilmişdir. Kanye bir çox sənətçi ilə ortaq albom hazırlamışdır – Jay-Z ilə "Watch the Throne" (2011), Kid Cudi ilə "Kids See Ghosts" (2018) və nəhayət Ty Dolla Sign ilə "Vultures 1" (2024) Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Kanye, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Kanye 24 "Qremmi" qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həm də Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur. Time jurnalı onu 2005 və 2015-ci illərdə "100 ən nüfuzlu" insanlardan biri adına layiq görüb. Dəb dizayneri kimi Kanye, Nike, Louis Vuitton, Gap, A.P.C. moda markaları ilə tərəfdaşlıq etmişdir. O, Adidas ilə birlikdə Yeezy ayaqqabılarını təqdim etmişdir.
Ki-Vest
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
Mey Vest
Mey Vest (ing. Mae West; 17 avqust 1893–22 noyabr 1980) — ABŞ aktrisası.
Nord-vest
Vest-Bromiç
Vest-Bromviç (ing. West Bromwich) — İngiltərədə şəhər. Vest-Midledns qraflığında yerləşir və Sandvel rayonuna daxildir. Vest-Bromviç adına ilk dəfə q086-cı ildə Bromviç şəklində "Qorxulu məhkəmə" kitabında rast gəlinir. Bu ifadə "süpürgə kəndi" mənasını verir. Şəhərdə XII əsrdən etibarən katoliklərin Benediktin rahiblik ordeni fəaliyyət göstərir. 1727-ci ildə London-Şruzberi yolunun çəkilməsi şəhərin inkişafına və böyüməsinə səbəb olur. Vest-Midlends qraflığında Kasl Bromviç adlı kənd olduğundan sonradan Bromviçin əvvəlinə "Vest" artırılır. Yəni "Qərbi Bromviç". Şəhər Vest Bromviç Albion klubu ilə təmsil olunur.
Vest-Hind
Vest-Hind, Vest-İndiya və ya Qərbi Hind (ing. West Indies, nid. West-Indië; hərf. Qərbi Hindistan) — Karib dənizinin adaları, o cümlədən Karib adaları, Baham adaları və Meksika körfəzi ilə Atlantik okeanının bitişik sularında yerləşən adalar verilən tarixi adı. Bu, Cənubi və Cənub-Şərqi Asiya ölkələrinə verilən Ost-Hind ilə ziddiyyət təşkil edir. Vest-Hind regionunun adını səhvən Avropadan qərbə doğru hərəkət edərək Hindistana getdiklərinə inanan ilk Avropa naviqatorları vermişdilər. Buradan Amerikanın yerli sakinlərinə hindi adı verilmişdi. Вест-Индия // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Vest Aylend
Vest Aylend (ing. West Island) — Avstraliyanın xarici ərazisi Kokos adalarının paytaxtı. Sahəsi 6,2 kv. km., əhalisi 120 nəfərdir. Avstraliyaya qədər olan məsafə 2100 kilometrdir.
Vest Bromviç
Vest-Bromviç (ing. West Bromwich) — İngiltərədə şəhər. Vest-Midledns qraflığında yerləşir və Sandvel rayonuna daxildir. Vest-Bromviç adına ilk dəfə q086-cı ildə Bromviç şəklində "Qorxulu məhkəmə" kitabında rast gəlinir. Bu ifadə "süpürgə kəndi" mənasını verir. Şəhərdə XII əsrdən etibarən katoliklərin Benediktin rahiblik ordeni fəaliyyət göstərir. 1727-ci ildə London-Şruzberi yolunun çəkilməsi şəhərin inkişafına və böyüməsinə səbəb olur. Vest-Midlends qraflığında Kasl Bromviç adlı kənd olduğundan sonradan Bromviçin əvvəlinə "Vest" artırılır. Yəni "Qərbi Bromviç". Şəhər Vest Bromviç Albion klubu ilə təmsil olunur.
Vest Danbartonşir
Vest Danbartonşir (ing. West Dunbartonshire, şot.kelt Siorrachd Dhùn Bhreatainn an Iar) — Şotlandiyanın 32 dairəsindən biri. Şimal qərbdə Arqayl end Byut, şimal şərqdə Sterlinq, şərqdə İst Danbartonşir, cənub şərqdə Qlazqo Siti və cənubda Renfruşir ilə həmsərhəddir.
Vest sindromu
Vest sindromu və ya İnfantil spazmlar- yaşdan asılı olan epileptik sindromdur, 3–7 aylıq uşaqlarda müşahidə olunur, körpələrin epileptik ensefalopatiyaları qrupuna aiddir. VS ilə xəstələnmə səviyyəsi hər 1000 diri doğulmuş uşaq üçün 0,4-ə bərabərdir. Epilepsiyanın Beynəlxalq təsnifatına uyğun olaraq VS epilepsiyanın yayılmış formalarına aid edilmişdir. VS-nin kriptogen (beynin zədələnməsi güman olunur, ancaq təsdiq edilmir) və simptomatik (xeyli tez-tez rast gəlinən) formaları ayırd edilir. Kriptogen formalar üçün – dəqiq səbəbin olmaması, xəstəliyin meydana çıxmasına qədər uşağın normal sinir-psixi inkişafı, digər növ tutmaların qeyd edilməməsi, neyroradioloji müayinə üsulları zamanı beyin zədələnməsi əlamətlərinin olmaması xarakterikdir. VS-nin simptomatik formaları üçün – müəyyən edilmiş etiologiya (pre-, peri-, postnatal etioloji faktorlar), xəstəliyin meydana çıxmasına qədər uşağın sinir-psixi inkişafının ləngiməsi, nevroloji pozuntular, bir sıra hallarda baş beynin KT və MRT müayinələri zamanı patoloji dəyişikliklər xarakterikdir. Bir xəstədə tutmaların müxtəlif variantlarının olması mümkündür. Əksər hallarda İS-lər simmetrikdir, daha az hallarda isə asimmetrik və ya unilateral olur. Asimmetrik İS-lər VSnin simptomatik formaları üçün daha xarakterikdir. Asimmetrik spazmlar adətən təcrid olunmuş şəkildə meydana çıxır, lakin onlar fokal tutmadan sonra və ya əvvəl də inkişaf edə bilərlər, bəzi hallarda isə İS yayılmış və ya fokal tutma ilə eyni vaxtda əmələ gələ bilər.
Tay Vest
Taymon S. Vest (5 oktyabr 1980, Uilminqton[d], Delaver) — ABŞ film rejissoru. O, qorxu janrında çəkdiyi filmlərə görə məşhurdur. Tay Delaver ştatının Vilminqton şəhərində anadan olub. Onun adı olan Taymon babasının soyadı olmuşdur. Tay 2001-ci ildə "Teen People" jurnalının payız mövsümü nəşrində yer alıb. Tay Vest School of Visual Arts-da təhsil almışdır. Tay Vest avstraliyalı dicey Alison Wonderland ilə nişanlanıb. 13 iyun 2023-cü ildə onların Maks adlı bir oğlan uşağı dünyaya gəlib.
Vest-Aylend
Vest Aylend (ing. West Island) — Avstraliyanın xarici ərazisi Kokos adalarının paytaxtı. Sahəsi 6,2 kv. km., əhalisi 120 nəfərdir. Avstraliyaya qədər olan məsafə 2100 kilometrdir.
Nort Vest Keyp
Nort Vest Keyp yarımadası (ing. North West Cape) — Avstraliyanın qərbində yerləşən yarımada. Yarımada şərq hissədən Eksmut körfəzi, digər iki hissədən isə Hind okeanı ilə əhatələnir. yarımadadan şimaı-qərbdə Myuron adası qərarlaşır. İqlimi istidir. Yarımsəhradır. İllik yağıntının miqdarı illərdən asılı olaraq dəyişir:2007-ci ildə 259 mm, 2003-cü ildə 51 mm. Minimal yağıntı sentyabr-deklabr ayları arası düşür. Maksimal temperatur: yanvar — 38 °C, iyul — 24,1 °C. Ağır iqlim şərtlərinə baxmayaraq burada 630 növdən artıq flora nümuməsi aşkarlanmışdır. Sahil sularında mərcan rifi yayılmışdır.
Vest-Hind şirkəti
Vest-Hind şirkəti — müstəmləkə dövrünün Avropa ölkələrindəki bir sıra ticarət cəmiyyətlərinin adı: Vest-Hind şirkəti (Hollandiya) (Geoctroyeerde Westindische Compagnie) — fəaliyyət dövrü 1621—1792 illər; Vest-Hind şirkəti (Danimarka) (Vestindisk kompagni) — fəaliyyət dövrü 1659—1776 illər; Vest-Hind şirkəti (Fransa) (Compagnie des Indes occidentales) — fəaliyyət dövrü 1664—1674 illər; Vest-Hind şirkəti (İsveçrə) (Svenska Västindiska Kompaniet) — fəaliyyət dövrü 1787-1805 illər.
Vest Melburn (Florida)
Vest Melburn, ABŞ-nin Florida ştatının Brevard dairəsində yerləşən bir şəhərdir. 26 Noyabr 2009 tarixində şəhərin əhalisi 18.155 nəfər olmuşdur. 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya alınmaya görə, şəhərdə 11.487 nəfər, 5.176 ev və 3.207 ailə var. Şəhərin əhali bölgüsünə görə əhali 79.0% Ağ, 11.3% Afroamerikalı, 0.3% Yerli Amerikalı, 5.2% Asiya mənşəli, 0.1% Sakit okean adaları mənşəli, 1.1% digər qruplardan ibarətdir.
Vest Çester Universiteti
Vest Çester Universiteti (ing. West Chester University) — ABŞ-nin Pensilvaniya ştatında yerləşən dövlət universiteti. Əsası 1871-ci ildə Pensilvaniya əyalətində ali təhsilin instusionallaşdırılması ilə qoyulmuşdur. Yerləşdiyi şəhərin ən böyük dövlət universitetidir. Hazırda 6 kollec və 1 peşə məktəbində 118 bakalavr, 103 magistr və 4 doktorantura proqramı üzrə təhsil alan 17719 tələbəsi vardır. Əsas kampusları Filadelfiya və Vest Çester şəhərlərində yerləşir. Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Mərkəzi Ştatlar üzrə Ali Təhsil Komissiyası tərəfindən tənzimlənir. Bundan əlavə, ali təhsil müəssisəsi Pensilvaniya Dövlət Ali Təhsil Sisteminin tərkib hissəsidir. Forbes jurnalının dərc etdiyi siyahıya görə Vest Çester Universiteti ABŞ-də yerləşən dövlət universitetləri arasında ən nüfuzlu 150 ali təhsil ocağı arasında yerləşir. Həmçinin Vest Çester Universiteti 2019-cu ildə "U.S. News" reytinq cədvəlində ABŞ-nin şimal ştatlarında fəaliyyət göstərən 1400 universitet arasında 17-ci yerdə qərarlaşmışdır.
Vest-Hind Federasiyası
Qərbi Hind adaları federasiyası 1958-1962 ci illərdə Karib dənizi hövzəsində Britaniya dəniz kənarı torpaqlarında hökm sürmüş qısa ömürlü siyasi birlik. Federasiya Trinidad və Tobaqo, Barbados, Yamayka, Leeverd və Vinvard adalarının bir araya gəlməsi ilə araya gəlmişdir. Paytaxtı Trinidad və Tobaqonun mərkəzi olan Port of Spein şəhəri idi. Federasiyanin hədəfi bir ölkə halında Britaniyadan ayrılaraq azad olmaq idi. Nəticədə federasiyaya daxil olan adaların bir qismi Aquilla Montserrat, Sayman adaları və Türks və Kaykos adaları xaricində Antiqua və Barbuda, Barbados, Dominika, Qrenada, Yamayka, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinlər və Trinidad və Taboqo olmaq üzrə Britaniyadan ayrılırlar. Federasiya Britaniyanın Karib torpaqlarında qurulmuş siyasi birlik idi. Hədəf 1962-ci ildə müstəqillik əldə etmək idi, ancaq bu birlik müəyyən çətinliklər səbəbindən varlığını qoruya bilmir. Federasiyanın ən böyük əhalisinə və ərazisinə malik olan Yamayka birliyin siyasi və iqtisadi yükü üzərinə düşməsindən qorxaraq 1961-ci ildə birlikdən cıxır. 1962-ci ildə Yamayka və Trinidad Tabaqo Millətlər Birliyinə üzv olaraq öz müstəqilliyini elan edirlər. 1966-cı ilədə Barbados istiqlaliyyətini elan edir.
Vilyam Edvard Vest
Viliam Edvard Vest (10 dekabr 1788, Leksinqton, Kentukki – 2 noyabr 1857, Neşvill) — Amerikalı portret rəssamı. Vest 1788-ci ildə Kentukki ştatının Leksinqton şəhərində anadan olub. Onun atası gümüşçü olub. Atası onun hələ uşaq yaşlardan incəsənətlə məşğul olmasına kömək olmuşdur. O, 1809-cu ildə Filadelfiyaya köçdü. 1817-ci ildə Qərbi Avropanı, əsasən İtaliya, Fransa və İngiltərənin bir çox yerlərini gəzdi. Ona tez-tez varlı ailələrin portretlərini çəkmək üçün sifafişlər gəlirdi. Bu müddət ərzində o, Vaşinqton İrvinqlə tanış oldu. Tanışlıqdan sonra onunla əməkdaşlıq edərək onun kitabları üçün çoxsaylı illüstrasiyalar çəkdi. Vestin əsərləri Kral İncəsənət Akademiyasında və Britaniya İnstitutunda sərgidə göstərildi.
Vest-Hind şirkəti (Danimarka)
Danimarka Vest-Hind şirkəti, və ya Danimarka Vest-Hind və Qvineya şirkəti (dan. Vestindisk kompagni, Det Vestindisk-Guineiske kompagni) — Danimarka Qərbi Hindistandakı müstəmləkələrini istismar edən və onlarla ticarət edən bir şirkət. 1625-dən 1754-cü ilə qədər mövcud olmuşdur. Şirkət əslində 1625-ci ildə Hollandiyalı Yan de Villem Kopenhagendə Danimarka kralından Qərbi Hindistan, Braziliya, Virciniya və Qvineya ilə ticarət etmək üçün bir lisenziya aldığı zaman quruldu . 11 mart 1671-ci ildə şirkət bir kral imtiyaz məktubu aldı və Danimarka Vest-Hind şirkəti (30 avqust 1680 — Danimarka Vest-Hind və Qvineya şirkəti) kimi tanındı. Şirkət, Danimarka Qərbi Hindistanını — Karib dənizindəki Sent-Tomas, Sent-Con və Sent-Krua adalarını əhatə edirdi. Ardından adalar Danimarkalılar tərəfindən 1672-ci ildə Sent-Tomas, 1718-ci ildə Sent-Con, 1733-cü ildə Sent-Krua tərəfindən müstəmləkə edildi. Şirkət mərkəzi Kopenhagendə olan bir səhmdar cəmiyyət olaraq təşkil edildi. XVII və XVIII əsrin əvvəllərində şirkət Afrikadan qullar tədarük edərək, Qərbi Hindistanda bəkməz və rom əldə edərək üçbucaqlı ticarətlə inkişaf etdi. Şirkət, Danimarka Qərbi Hindistan koloniyalarının bütün işlərini 1754-cü ilə qədər idarə etdi, o zaman hökumət şirkətin bütün səhmlərini alıb rəsmi olaraq ləğv etdi və adalar Ticarət Palatasının yurisdiksiyasına daxil oldu.
Vest-Hind şirkəti (Fransa)
Fransa Vest-Hind şirkəti (fr. Compagnie française des Indes occidentales) — 1664-1674-cü illərdə mövcud olan Fransız ticarət şirkəti. Şirkət, 1664-cü ildə Yeni Fransa müstəmləkə edən Kardinal Richelieu'nun kurduğu, Yüz Səhmdarın Şirkəti olaraq da bilinen Yeni Fransa Şirkətinin yerinə kral niyyətli Jan-Batist Kolber tərəfindən yaradıldı. Şirkət mərkəzi 6 milyon livr sərmayə ilə yeni qurulan Normandiya Le Havre-də yerləşirdi. Şirkət, Afrika və Amerikanın Atlantik sahillərində yerləşən bütün Fransız mülklərinə 40 il müddətində sahiblik etdi və Amerika ilə ticarətdə inhisara sahib oldu. Şirkətin Kanadada Qvadeluapa başlayan şəkər istehsalından əldə etdiyi gəlir hesabına məskunlaşacağı düşünülürdü. Antillərdəki Fransız köçkünlər, şirkəti Afrikadan yetərincə kölə tədarük etməməkdə ittiham etdilər, nəticədə Fransız şəkər istehsalının İngilislərə itkisi oldu (İngilislər 1670-ci illərdə Yamaykada kölə idxal etməyə başladı). Firmanın Afrikadan az kölə gətirməsinin səbəbi, Hollandiyalıların Amerikaya qul tədarükü üçün İspanlardan aldığı inhisardır (Asiento). Kolbert 1660-cı illərdə Hollandiyanı Fransız iqtisadiyyatının inkişafına cəlb etdiyindən, kölə bazarında qiymətlərin enməsinə və Hollandiyalı tacirlərin qəzəbinə səbəb olmamaq üçün Afrika sahillərindəki Fransız fəaliyyətlərini məhdudlaşdırdı. Bununla birlikdə, 1669-cu ildə Kolbert, Hollandiyada Afrikadakı möhkəmləndirilmiş postları ələ keçirmək üçün gizli bir plan hazırladı.
Vest-Hind şirkəti (Hollandiya)
Hollandiya Vest-Hind şirkəti (nid. Geoctroyeerde West-Indische Compagnie) — 1621-ci ildə yaradıldıqdan sonra Amerika və Qərbi Afrikada ticarət və müstəmləkəçilik inhisarını Baş Ştatlardan alan Hollandiyanın Birləşmiş Əyalətləri Respublikasının bir ticarət şirkəti. Əsas fəaliyyət sahələri: kölə ticarəti, qızıl, gümüş, xəz, şəkər, fil sümüyü ticarəti və özəlləşdirmə (xüsusilə İspan gəmilərinin soyulması). Şirkət metropoliyada (Amsterdam və Rotterdam da daxil olmaqla) beş ofisə sahib idi və 19 tacirdən ibarət bir məclis tərəfindən idarə olunurdu. Portuqaliya müstəmləkə imperiyasının zəifləməsindən istifadə edərək Hollandiyalılar Braziliyanın şimal hissəsini (bax Hollandiya Braziliyası), habelə Surinamı və Qərbi Hindistandakı bir sıra adaları ələ keçirməyi bacardılar (bax Niderlan Antil adaları). Yeni Amsterdam Şimali Amerikadakı əsas Hollandiyaticarət məntəqəsi oldu (bax Yeni Niderland). Afrika sahillərində bir sıra Portuqaliya ərazilərini ələ keçirməyi bacardılar və yeni qalalar tapdılar (bax Hollandiya Qvineyası). Şirkət 1674-cü ildə yenidən təşkil edildi, lakin artıq eyni əhəmiyyətə malik deyildi (Braziliyadakı əraziləri Portuqaliya, Yeni Amsterdam və Şimali Amerikadakı digər əmlak İngiltərə tərəfindən ələ keçirildi). Birgə sahiblərin əksəriyyəti Şimali Amerikada sahib olduqlarını itirdilər; istisnası, əmlakı çiçəklənən Kilian van Rensseler idi (özü də Amerikalı tacirlərin və siyasətçilərin görkəmli bir sülaləsini meydana gətirdi). 1791-ci ildə Vest-Hind şirkətinin səhmləri Hollandiya hökuməti tərəfindən satın alındı ​​və müstəqil olaraq mövcud olmağı dayandırdı.
Kuest
Kuest (rus. куэста, ing. cuesta) (isp. cuesta-döş, dağ yamacı) — K. eroziya və denudasiya vasitəsilə bu proseslərə qarşı qeyri-bərabər davamlığı olan maili, monoklinal yatımlı lay dəstələrində yaranmış, asimmetrik tirə. K. maili yamacı onu "mühafizə" edən davamlı layların yatımına uyğun gəlir, dik yamacında layların "kəlləsi" çıxır. Layların kəllələri bəzən paralel yerləşərək kuest relyef tipi əmələ gətirir (mis: Dağlıq Krımda, Böyük və Kiçik Qafqazın şimal yamacında).
Orest
Orest (q.yun. Ὀρέστης, "dağlı"; lat. Orestes) — Troya müharibəsində vuruşan Mikena kralı Aqamemnon və Klitemnestranın oğlu. Onun dəliliyi və təmizlənməsi bir çox Qədim Yunan oyunu və əfsanəsinin mövzusu olmuşdur. Orestes yunanca "oreibates" ("ορειβάτης") sözündən gəlir. Mənası alpinistdir. Metaforik olaraq, dağları fəth edə bilən biri kimi istifadə olunur. Homer hekayəsində Orest Tantal və Niobe ilə birbaşa əlaqəli olan Atreyin lənətlənmiş evinin üzvüdür. Troya müharibəsinə gedən yolda yaxşı bir külək üçün tanrıça Artemisə dua edən Aqamemnon, ilahənin işarəsi ilə qızı İfiqeniyanı qurban vermək istəyir, amma arvadı buna qarşıdır. Buna baxmayaraq, qərarından vaz keçməyən Aqamemnon qızını qurban verərkən ilahə tərəfindən xilas edilir, bunun əvəzinə bir dişi maral qurban edilir.
Triest
Triest (it. Trieste; sloven. Trst) — İtaliyanın şimal şərqində Friuli-Venesiya-Culiya regionunda eyni adı daşıyan Triest vilayətinin mərkəzi olan bir bələdiyyə, şəhər və limandır. Sloveniya sərhədi yaxınlığında yerləşən Triest Adriatik dənizindəki Triest körfəzinin yaxınlığında yerləşir. Triest, 1867-1918-ci illər aralığında Avstriya-Macarıstan imperatorluğunun sərhədləri daxilində olmuşdur. Avstriya-Macarıstan imperatorluğunun süqutu və Birinci dünya müharibəsindən sonra Triestin İtaliyaya verilməsi, onun iqtisadi və mədəni əhəmiyyətinin azalmasına gətirib çıxardı. Bu gün Triest bir sərhəd şəhəridir. Xalqı qonşu regionların etnik qarışığıdır. Şəhər mərkəzində polyak və italyan dillərində danışılır. İtalyan və sloven dilləri yerli dillər kimi qəbul edilir.
Verst
Verst (rus. Верста) — keçmiş rus uzunluq ölçü vahidi. 500 sajenə, 1066,781 metrə bərabərdir. 1 verst = 1066 m = 3500 fut.
Vesta
Viləş
Viləş (əvvəlki adları: Nikolayevka; Kalinovka) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi adlandırılmış, Kalinovka kənd inzibati ərazi dairəsi Viləş kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Əhalisi 2397 nəfərdir. Keçmiş adı Nikolayevka olmuşdur. 1843-cü ildə Volqaboyundan köçüb gələn rus kəndlilərinin məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində sovet dövlət xadimi M.Kalininin şərəfinə Kalinovka adlandırılmışdır. 5 mart 2013-cü ildə Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Öncəqala kənd inzibati ərazi dairəsinə daxil edilmişdir. Kalinovka kəndi azərbaycan ərazisində ən qədim molokan kəndlərindəndir. Rusların ilk məskunları 1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar.
Ələşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
Şikəst
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Views
Views — kanadalı repçi-müğənni Dreykin dördüncü studiya albomu. 29 aprel 2016-cı ildə Cash Money Records, Republic Records və Young Money Entertainment tərəfindən buraxılıb. Albomdan beş sinql hit olub: "Hotline Bling", "Pop Style", "Controlla" və "Too Good". 01. Keep the Family Close 02. 9 03. U With Me? 04. Feel No Ways 05. Hype 06.