Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rizvan
Rizvan — Kişi adı, təxəllüs. Rizvan Abasov — Azərbaycan Respublikasının əməkdar mühəndisi. Rizvan Cəbiyev — Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı. Rizvan Hümbətov — "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş döyüşçü Rizvan Qarabağlı — Azərbaycan memarı, memarlıq namizədi Rizvan Məmmədov — Rizvan Muradov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Rizvan Paşayev — fizika-riyaziyyat elmləri doktoru, professor. Rizvan Piriyev — coğrafiyaşünas, professor (1972). Rizvan Rəsulov — SSRİ idman ustası Rizvan Teymurov — Azərbaycanın Milli Qəhrəmanı; Rizvan Baxşıyev — Rizvan Hacıyev — Rizvan Mirzəyev — Rizvan Nağıyev — Bu təxəllüsü olanlar Ələsgər Rizvan — Təbriz teatrının aparıcı səhnə ustalarından olub.
Vilvan
Vilvan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Vilvanın kəndinin yaranması haqqında müxtəlif fikirlər var. Vilvan ərazisində aparılmış qazıntılar zamanı tapılmış keramika nümunələrinə istinadən bu yerlərdə eramızın IV əsrində yaşayış məskəni olduğunu tarixi faktlarla sübut edir. Təxminən 5–6 hektar ərzidə tapılmış maddi-mədəniyyət nümunələrinə əsasən ərazinin keçmişdə kənd məskənin qalıqları olduğu ehtimal edilir. Kənddə atəşpərəstlik dinin əks etdirən tarixi, maddi-mədəniyyət abidələri də olmuşdur. Qədim məzarlıqda qəbirüstü abidələrdə günəş simvolları öz əksini tapırdı. Qəbirüstü nümunələr kompozisiyası, quruluşu, ornament motivləri baxımından atəşpərəstlik dövrünün abidələrindən idi. Kənddə gələn tarixçi-alimlərdən biri qəbirüstü abidələrin tünc və daş dövrünə aid olduğunu bildirmişdi. Təəssüf ki, bu yerlər baxımsızlıq üzündən dağıdılmışdı. 1988-ci ildə AMEA-nın Tarix İnstitutunun arxeoloqları tərəfindən aşkara çıxarılmış kurqanlara istinad etsək, deyə bilərik ki, Vilvanın yaranma tarixi 4 min ilə yaxındır.[mənbə göstərin] Tədqiqatçılar Vilvan kəndinin mənasını müxtəlif variantlarda izah edirlər.
Vilvar
Vilvar (az-əbcəd. ویلوار‎, fars. ولوار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 35 nəfər yaşayır (16 ailə).
Vəzvan
Vəzvan — İranın İsfahan ostanının Şahinşəhr və Meymə şəhristanının Meymə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,661 nəfər və 1,413 ailədən ibarət idi.
Nizvа
Nizva (ərəb.-نزوی) — Omanda şəhər, Daxiliyyə regionun inzibatimərkəzi. Plkənin qədim şəhərlərindən biridir. Paytaxtı Maskatdan 165 km aralıda yerləşir. 2003-cü ildə burada 68,785 sakin siyahıya alınmış, 2008-ci ildə əhalinin sayı artıq 85 minə çatmışdı. Mühüm ticarət və turistik mərkəzidir. Burada universitet, texniki kollec, Polis Akademiyası yerləşir.
Tivat
Tivat (mont. Тиват/Tivat) - Monteneqroda şəhər. Vrmaç yarımadasında yerləşir. Əhalisi 9.467 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Fəxrülmülk Rizvan
Fəxrülmülk Rizvan (XI əsr – ən tezi 1113 və ən geci 1114) — 1095-ci ildən vəfatına qədər Hələbin səlcuq əsilli əmiri. Rizvan qardaşı Böyük Səlcuqlu sultanı I Məlikşahın göstərdiyi xidmətlərə görə bir mükafat olaraq bölgəni və ona bitişik əraziləri verdikdən sonra Suriyada bir bəylik quran Tutuşun ailəsində anadan olmuşdur. Məlikşahın ölümündən sonra Tutuş Səlcuqlu tacına iddiasını qalmışdır, ancaq İranın Rey şəhəri yaxınlığında qardaşı oğlu Börküyarıqın qüvvələri tərəfindən qılıncdan keçirilmişdir. Bunun ardınca Rızvan Hələb şəhərinə getmiş və özünü ərazinin yeni əmiri elan etmişdir. Qardaşı Dukakın Dəməşq şəhərində yeni bir əmirlik elan etməsi ilə Suriya Səlcuqlu Dövləti iki hissəyə bölünmüş və qardaşlar arasında rəqabət başlamışdır ki, bu da 1097-ci ildə Birinci Səlib yürüşü başladıqdan sonra belə davam etmişdir. Rızvan səlibçiləri qızılla qovmağa çalışmış və 1098-ci ildə Antioxiyanın mühasirəsinin bitməsindən sonra qurulan bir səlibçi dövləti olan Antioxiya knyazlığına qarşı vuruşmuşdur. I Boemund Rızvanın idarəsindəki ərazisini işğal etmiş, Hələbin ətraflarına qədər irəliləmişdi. Boemondun xələfi Antioxiya regenti Tankred də Rizvana qarşı vuruşmuşdur. Buna baxmayaraq, onlar daha sonra Edessa qrafı II Balduin və Telbəşir hakimi I Joslenin dəstəklədiyi Mosul əmiri Çavlu Sakavuya qarşı müttəfiq olmuşdur. Rizvanın şəxsiyyəti müəmmalı idi.
Nazim Rizvan
Rizvanov Nazim Abbas oğlu (Nazim Rizvan) — şair, ədəbiyyatşünas, yazıçı, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi. Nazim Rizvan 1951-ci il mayın 12-də Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini,1981-ci ildə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat institunun aspiranturasını bitirmiştir. 1981-1987-ci illərdə institutun "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsində kiçik elmi işçi, 1987-2003-cü illərdə isə böyük elmi işçi vəzifələrində çalışmışdır. 1985-ci ildə "Məhəmməd Hüseyn Şəhriyar yaradıcılığında vətənpərvərlik" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1996-2003-cü illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Cəmiyyətinin ağsaqallar şurasının sədri olmuşdur. 2003-cü il oktyabrın 3-də Bakıda vəfat etmişdir. Bədii yaradıcılığa 1963-cü ildə "Göy-göl" şeiri ilə başlamışdır. İlk mətbu şeiri 1967-ci ildə Azərbaycan Demokrat Firqəsinin organı olan "Azərbaycan" qəzetində dərc olunmuşdur. Bundan sonra "Çinar pöhrələri", "Odlu misralar", "Azərbaycan", "Yaşıl budaqlar", "Yeni səslər" ədəbi almanaxlarında, qəzet və jurnallarda çıxış etmişdir.
Rizvan Abasov
Rizvan Abasov — Azərbaycan Respublikasının Əməkdar mühəndisi. Rizvan Fərman oğlu Abasov 23 noyabr 1958-ci ildə Puşkin rayonunun Təzəkənd kəndində anadan olmuş və 1965-1976-cı illərdə Ağalıkənd orta məktəbində təhsil almışdır. 1977-1979-cu illərdə Sverdlovsk vilayətində daxili qoşun hissəsində hərbi xidmətdə olmuşdur. 1980-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna daxil omuş və oranı 1986-cı ildə mühəndis-hidrotexnik ixtisası ilə bitirmişdir. 1986-cı ildən "Xəzərdənizneftqaztikinti" trestinin 3 saylı tikinti qurşdırma idarəsində işə başlamış və 1997-ci ilədək quraşdırıcı, usta, iş icraçısı, sahə rəisi vəzifələrində işləmişdir. 1997-2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin istehsalat şöbəsinin rəisi, baş mühəndisin müavini və 2003-cü ildən 2006-cı ilin fevral ayına kimi trestin baş mühəndisi və müdiri vəzifələrində işləmişdir. 2006-cı ilin fevral ayından ömrünün sonunadək "Neftqaztikinti" trestinin müdiri vəzifəsində çalışmışdır. Elmi-tədqiqat islərinin yerinə yetirilməsində iştirak edirdi, 2 elmi əsərin müəllifi idi. Dövlət əhəmiyyətli "Bakı-Supsa" neft kəmərinin, "Çıraq-Səngəçal" sualtı qaz saxlama anbarı, Dübəndi xam neftin yığılması, hazırlanması, nəqli mərkəzi məntəqəsi, kompressor stansiyası "Azərtrans Terminalı və Səngəçal Terminalı arası birləşdirici boru kəmərlərinin və boruların təmizlənməsi stansiyası, "Saquramo-Qırmızı körpü" magistral qaz kəmərinin Qardabani-Navtludi sahəsində bərpa işlərinin aparılmasında və digər obyektlərin tikintisində, fəal iştirak etmişdir. Son zamanlar onun rəhbərliyi ilə Respublikada qeyd olunan obyektlərin dünya standartlarına uyğun yeni texnologiyalar gətirilməsini təmin etmişdir.
Rizvan Abbasov
Rizvan Abdullayev
Rizvan Abdullayev (Abdullayev Rizvan Yusif oğlu) — Tibb elmləri doktoru, professor. Rusiya Tibb Elmləri Akademiyası Mərkəzi Elmi‑Tədqiqat Vərəm İnstitutunun aparıcı elmi işçisi, biokimya laboratoriyasının müdiri. Abdullayev Rizvan Yusif oğlu 1961-ci il aprelin 30-da Azərbaycan Respublikasının Ağstafa şəhırində anadan olub. 1978-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) sanitariya-gigiyena fakültəsinə daxil olub. 1984-cü ildə institutu bitirib və təyinatla Dəvəçi (indiki Şabran) şəhərinin Mərkəzi rayon xəstəxanasının kliniki diaqnostika laboratoriyasına göndərilib, orada əvvəlcə həkim-laborant, sonra isə laboratoriya müdiri vəzifəsində çalışıb. 1988-ci ildə müsabiqə yolu ilə Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ftiziopulmonologiya İnstitutunun kiçik elmi işçisi vəzifəsinə keçib. 1990-cı ildə Rusiya Tibb Elmləri Akademiyasının Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunun (RTEA METVİ) aspiranturasına daxil olub. Sonrakı dövrdə R.Abdullayevin əmək fəaliyyəti və formalaşması RTEA METVİ ilə bağlıdır. 1993-cü ildə o, “Ağciyər vərəminə tutulmuş xəstələrdə kimyəvi terapiya prosesində energetik mübadilə göstəricilərinin və eritrositlərin oksigen ötürmə funksiyasının klinik əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edib. Kliniki-eksperimental xarakterə malik olan bu tədqiqat ftiziatriyanın aktual probleminə – ağciyər vərəminə tutulmuş xəstələrin müalicəsinin effektivliliyinin artırılmasına həsr edilib.
Rizvan Baxşıyev
Rizvan Cəbiyev
Rizvan İsrafil oğlu Cəbiyev (5 dekabr 1940, Axtaçı, Kürdəmir rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005). Rizvan Cəbiyev 1940-cı il dekabrın 5-də Kürdəmir rayonunun Axtaçı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. Rus dilini bilir. Əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Rizvan Cəbiyev ailəlidir, üç övladı var. Mərhum reper Anar Nağılbazın atasıdır. 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 72 nömrəli Kürdəmir dairəsindən bitərəf namizəd olan Rizvan Cəbiyev I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Rizvan Cəbiyev Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 72 saylı Kürdəmir dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Rizvan Cəbiyev II çağırış Milli Məclisin deputatı seçilib.
Rizvan Fərzəliyev
Rizvan Fərzəliyev - Araz Naxçıvan MFK-ın müdafiəçisi kimi oynayan Azərbaycan futzalçısıdır. O, Azərbaycan yığmasının kapitanıdır. 2011-ci ildə UEFA Avropa Furzal Çempionatında Ukraynanı məğlub edərək yarım finala yüksəlməyə kömək edən son penalıtini qola çevirən futzalçı. Yarımfinalda Portuqaliya ilə düşən Azərbaycanın qələbə qolunun müəllifi. Bu ölkənin bu idmanda ən yaxşı performansı idi.
Rizvan Hacıyev
Rizvan Hümbətov
Rizvan Hüseynov
Rizvan Hüseynov (tarixçi)
Rizvan Kamil
Məhəmməd Rizvan Kamil (4 oktyabr 1971[…], Bandunq) — İndoneziyanın ən sıx əyaləti olan Qərbi Yavanın 15-ci qubernatoru olan memar ve siyasətçi. O, həmçinin Bandunq un meri idi. O, 23 iyun 2013-cü il tarixində Bandunqun meri kimi seçilmişdir. O, həmçinin Bandunq Texnologiya İnstitutu Memarlıq Departamentində memar və müəllimdir. Kamil üç ortaq ilə 2004-cü ildə Urbane İndoneziya memar firmasını qurdu. 2018-ci ildə müvəffəqiyyətlə ikinci mer seçkisi əvəzinə qubernator vəzifəsinə seçildi. Emil Bandunq Texnologiya İnstitutunda memarlığını oxudu və Magistr dərəcəsi üçün Berkli Kaliforniya Universiteti Ətraf Mühit Kollecində Şəhər Dizayn təhsilini davam etdirdi. 2006-cı ildə Emil İlin Beynəlxalq Gənc Dizayn Sahibkarlığı təqdimatında İndoneziyanı təmsil edən British Council-in Gənc Yaradıcı Təşəbbüskar mükafatının qalibi oldu. 2009-cu ildə Emil Elle Decor jurnalı tərəfindən İlin Memarı seçildi. Urbane İndoneziya 2008-ci ildən 2010-cu ilədək və yenidən 2012-ci ildə BCI Asia Top 10 mükafatlarında siyahıya alınmışdır.
Rizvan Mirzəyev
Rizvan Muradov
Rizvan Mustafayev
Rizvan Abış oğlu Mustafayev (1957, Kirovka, Ağstafa rayonu) — Dövlət Gömrük Komitəsinin işlər idarəsinin rəisi, Gömrük Xidməti polkovniki. 1957-ci ildə Ağstafa rayonu Kirovka kəndində ziyalı ailəsində anadan olub. Qazax rayonu Köhnəqışlaq kənd 8-illik və Tatlı kənd orta məktəbini bitirərək ali təhsil almaq və işləmək üçün 1974-cü ildə Bakı şəhərinə gəlmişdir. Ali təhsilini Azərbaycan Mühəndis İnşaat İnstitutunda, Ali Komsomol Məktəbində, Marksizm-Leninizm Universitetində, Rusiya Federasiyasının Volqaətrafı Sosial-Siyasi İnstitutunda, Bakı Sosial-Siyasi İdarəetmə və Politologiya İnstitutunda almışdır. Əmək fəaliyyətinə 1974-cü ildən Sənaye-Tikinti Nazirliyi sistemində fəhlə, çilingər kimi başlamış, 1976–78-ci illərdə hərbi xidmətdə olmuş, 1979–81-ci illərdə Avtomobil Yolları və Tikintisi Nazirliyi sistemində mühəndis, böyük mühəndis vəzifələrində işləmiş, 1981–90-cı illərdə Komsomol və Partiya orqanlarında-Bakı Metropolitenində Komsomol Komitə katibi, Nəsimi rayon Komsomol Komitəsinin təşkilat şöbəsində təlimatçı, şöbə rəisi, II katib və rayon Partiya Komitəsinin təşkilat şöbəsində fəaliyyət göstərmiş, 1992–97-ci illərdə Azəravtoyol Dövlət Şirkətində aparıcı mühəndis vəzifəsində çalışmışdır. 1997-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Komitə sədri yanında İnspeksiya şöbəsində baş inspektor, ümumi şöbənin rəisi, Daxili Təhlükəsizlik İdarəsinin (İnspeksiya İdarəsi) rəisi vəzifəsində xidmət etmiş, 2009-cu ildən DGK-nın İşlər İdarəsinin rəisi vəzifəsində xidmət göstərir. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. Ailəlidir, üç övladı var.
Rizvan Məmmədov
Rizvan Nağıyev
Rizvan Paşayev
Paşayev Rizvan Teymur oğlu (25 dekabr 1949, Qubadlı rayonu – 22 oktyabr 2007, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, professor. Rizvan Paşayev 25 dekabr 1949-cu ildə Qubadlı rayonunun Tatar kəndində anadan olmuşdur. Orta məktəbi Zəngilan rayonunda bitirmiş, 1968–1974-cü illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsində oxumuşdur. Təhsilini başa vurduqdan sonra Tətbiqi riyaziyyat və kibernetika fakültəsində işləməyə başlamışdır. Əvvəlcə hesablama maşınları laboratoriyasının müdiri, sonra isə müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır. 1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adını almışdır. 1989–2000-ci illərdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı seçilmişdir. 1998-ci ildə Rusiyanın Novosibirsk Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. R. Paşayevin xidmətləri yüksək qiymətləndirilmişdir. O, dəfələrlə Təhsil Nazirliyinin və BDU-nun Fəxri Fərmanları ilə təltif olunmuş, 2000-ci ildə ölkə Prezidentinin fərmanı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.
Rizvan Piriyev
Piriyev Rizvan Xanəmi oğlu — coğrafiyaşünas, professor (1972). Rizvan Piriyev 1924-cü ildə Azərbaycanın Şamaxı rayonunda anadan olub. 1941-ci ildə Şamaxı pedaqoji texnikumunu əla qiymətlərlə bitirib. 1942-ci ildə ordu sıralarına çağırılıb və Leninqrad cəbhəsində döyüşüb. 1944-cü ildə şikəst olaraq ordu sıralarından tərxis edilib. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsinə daxil olub və 1951-ci ildə fakültəni fiziki coğrafiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Böyük Vətən müharibəsindəki xidmətlərinə görə III dərəcəli "Şöhrət ordeni", beş medal və Leninqradın müdafiəsi ilə əlaqədar iki döş nişanı ilə təltif edilib. 1954-cü ildən fiziki-coğrafiya kafedrasında geodeziya və kartoqrafiya fənlərindən mühazirə və məşğələ dərsləri aparmağa başlayıb. 1958-ci ildə "Şimal-Şərqi Azərbaycan çaylarının morfometrik xarakteristikası" mövzusunda namizədlik, 1969-cu ildə isə "Azərbaycan Respublikası relyefinin morfometrik təhlili" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1972-ci ildə professor adına layiq görülüb.