Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vimba vimba
Qarasol (lat. Vimba vimba) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Növün daxilinə aşağıdakı növlər daxildir: Vimba vimba carinata (Pallas, 1814) — Kiçikqaradəniz qarasolu, Azov və Qara dəniz sularında yaşayır. Vimba vimba persa (Pallas, 1814) — Xəzər qarasolu, Xəzər dənizində yayılmışdır. Vimba vimba tenella (Nordmann, 1840) — Kiçik qarasol, Qara dəniz sularında yaşayır Vimba vimba vimba (Linnaeus, 1758), Şimal və Baltik dənizi sularında yayılmışdır.60 sm uzunluğa, 3 kq çəkiyə sahib olur. Maksimal yaşam müdddəti 17 ildir. Əti ağ rəngdə olur və olduqca dadlıdır. Bu səbəbdən qiymətli sənaye balığı hesab edilir. Sürüləmə dövrü may-iyun ayları baş tutur. Vətəgələrdə belə yetişdirilir.
Lima
Lima Perunun paytaxtı.Şəhər sakit okeandan 12 km şərqdə Kallau çayının limanında yerləşir.Lima 21-ci əsrin ən sıx şəhərlərindən biridir.Əhalisinin sayı 7.368.069 nəfərdir.
Sima
Sima - yer qabığında sial təbəqəsindən altda yerləşən və tərkibi başlıca olaraq silisium və maqneziumdan ibarət olan təbəqədir. Hazırda sial və sima təbəqələri əvəzinə silikat təbəqəsi termini daha çox işlənməkdədir.
Vimba
Qarasol (lat. Vimba) — balıq cinsi. Bədəni az hündürdür. Ağzı aşağıda və aypara şəklindədir. Udlaq dişləri bir sırada yerləşir, yanlardan basıqdır, sayı adətən 5-5-dir. D III 8 (9), A III (15) 16-22-dir. Anal üzgəci bel üzgəcinin qurtaracağındakı vertikaldan başlayır. Bel üzgəcinin gerisində pulcuqla örtülü olmayan omurğa vardır. Peysər ilə bel üzgəcinin başlanğıcı arasında pulcuqla örtülü olmayan şırım olur. Bel üzgəcinin qurtaracağı ilə quyruq üzgəcinin başlanğıcı arasında aydın görünən omurğa olur.
Vita
Vita Tbilisi BK — Tbilisidə Basketbol klubu.
Viza
Viza (lat. visus — ziyarət) — Bir xarici ölkəyə daxil olmaq, orada yaşamaq, yaxud oradan getmək üçün xarici pasportda edilən xüsusi qeyd və ya rəsmi icazə. == Viza Növləri == Alınma məqsədinə görə viza növləri aşağıda verilmişdir. Tranzit vizalar Qısa müddətli viza Uzun müddətli viza İmmiqrasiya vizası Rəsmi viza Transit Viza Tranzit vizası, bir ölkədən digərinə getmək üçün üçüncü ölkənin ərazisindən keçmək lazım gəldiyi hallarda alınan viza növüdür. Tranzit vizası viza sahibinə bu ölkənin ərazisindən keçməyə imkan verir. Tranzit vizası qısamüddətli vizadır. Qısamüddətli viza Qısamüddətli viza, viza müraciətinin edildiyi ölkəyə qısa müddətə səyahət etməyə imkan verən bir viza növüdür. Turist vizası, tibbi viza, ziyarət vizası, atletik və ya sənət vizası, qaçqın vizası, rəqəmsal köçəri vizası, xüsusi viza kimi vizalar qısamüddətli viza növünə daxildir. Qısamüddətli viza sahibləri səyahət etdikləri ölkədə maksimum 90 gün qala bilərlər. Uzun müddətli viza Uzunmüddətli viza bir ölkədə 90 gündən çox qalmağa imkan verən viza növüdür.
Vıhma
Vıhma (est. Võhma) — Estoniyanın mərkəzində, Vilyandimaa bölgəsində şəhər. Türi—Vilyandi dəmiryol qovşağı, həmçinin dəmiryol stansiyası var.
Zima
Zima (rus. Зима) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Vimba vimba persa
Xəzər qarasolu (lat. Vimba vimba persa) — Qarasol növünə aid yarımnöv. == Yayılması == Əsasən Cənubi və Orta Xəzərdə yayılmışdır. Samur çayının aşağı axarında Vələmir və Qusar çaylarında, Kürün aşağı axarında, Azərbaycanın cənub çaylarından Viləş, Qumbaşı və Lənkəran çaylarında yayılmışdı. Böyük və Kiçik Qızılağac körfəzlərində nisbətən çoxsaylıdır. Aqraxan və Araqum su hövzələrində, Türkmənbaşı körfəzinə qədər Həsənqulu rayonunda, Xəzərin qərb sahili çaylarından Terekdə, Rubasçayda qeydə alınmışdır. == Morfoloji əlamətləri == Bədən nisbətən alçaqdır. Beli göyümtül-boz, qarnı gümüşü-ağ, bədənin aşağı hissəsindəki üzgəclər solğun-sarımtıldır. Ağzı alt aypara formasındadır. Bel üzgəcində 8, anal üzgəcində 16–19 şüa var.
Vim
Vim — Bram Mulenar tərəfindən yazılmış və 1991-ci ildə istifadəyə buraxılmış mətn redaktorudur. Vim *nix əməliyyatlar sistemində ki, vi redaktoru əsasında yazılmışdır. Vim pulsuz və açıq kodlu redaktordur. Ilk olaraq Amiga üçün yaradılsada, sonradan inkişaf etdirilmiş və cross platform olaraq bir çox əməliyyatlar sitemində çalışır. 2006-cı ildə linux jurnalı oxucuları arasında keçirilən səsvermədə ən çox istifadə olunan redaktor seçilmişdir. Vim həm komanda rejimində, həm də qrafik rejimdə işləyir. Qrafik rejimdə istifadə olunan vim — gvim adlanır.
Lima Lima (aerobatika eskadronu)
Lima Lima Uçuş Komandası (ing. Lima Lima Flight Team) ABŞ-nin İllinoys ştatında bazalaşan mülki aerobatika eskadronudur. Uçuşlar üçün 6 ədəd Beechcraft T-34 Mentor təyyarəsinin daha güclü mühərrikə məxsus versiyasını istifadə olunur. T-34 təyyarələri hərbi aerobatika komandalarında istifadə olunan təyyarələrdən daha aşağı sürətə sahib olduğuna görə şou zamanı "ölü vaxt" olmur.
Adriana Lima
Adriana Lima (12 iyun 1981, Salvador, Baiya) — Braziliyalı model. == Həyatı == Əsl adı Adriana Franseska Limadır. 12 iyun 1981-ci ildə Braziliyada, Salvador, Bahia şəhərində anadan olub. Atası Nelson Torres, anası Maria da Graça Limadır. Adriananın uşaqlığı çox çətin keçib, belə ki, atası anasıyla onu hələ 6 aylıq olarkən atıb getmişdir. Əvvəllər atası ilə münasibətləri gərgin olmasına baxmayaraq, mətbuatın verdiyi məlumatlara görə hal-hazırda onların münasibətləri normallaşmaq üzrədir. == Karyerası == Baxmayaraq ki, məktəbdə oxuduğu vaxt bir çox gözəllik müsabiqələrində qalib gəlmişdi, Adriana Limanın heç vaxt model olmaq kimi bir fikri olmamışdır. Amma ən yaxın rəfiqəsi model məktəbində oxumaq istədiyi və tək getmək istəmədiyi üçün Adriana da onunla modellik məktəbinə sənədlərini verdi. Hər iki qız şəkillərini müsabiqəyə göndərdilər, amma yalnız Adriana müsabiqədən keçə bildi. Tezliklə - 15 yaşında Adriana Ford şirkətinin "Dünyanın super modeli" yarışmasına qatılaraq birinci yerə çıxdı.
Baba Vida
Baba Vida (bolq. Баба Вида) — Bolqarıstanın şimal-qərbində Vidin şəhərində yerləşən orta əsrlərdə tikilmiş qala. Baba Vida dəniz səviyyəsindən 39 metr yüksəklikdə yerləşir. Qalanın tikintisinə X əsrdə Qədim Roma qəsri Bononiyanın yerləşdiyi ərazidə başlanılıb və İkinci Bolqarıstan İmperatorluğunun (XII əsrin sonu - XIV əsr) dövründə başa çatıb. Əfsanəyə görə Baba Vidanın tikilməsi Vidində hökmdarlıq edən bolqar boyarının üç qızı Vida, Kula və Qamza ilə bağlıdır. Boyar ölməzdən əvvəl öz ərazisini üç qızı arasında bölüşdürür. Böyük qızı Vidaya Vidin və Karpat dağlarından şimaldakı torpaqlar, ortancıl Kulaya Zayeçar və Timok vadisi, kiçik qızı Qamzaya isə Moravanın qərbindəki ərazi çatır. Kula və Qamzanın əyyaş zadəganlarla ailə qurmalarını görən Vida bütün evlilik təkliflərini rədd edir və öz şəhərində qala tikdirərək ömrünün sonuna qədər orada yaşayır. Baba Vida qalası orta əsrlərdə Bolqarıstanın əsas müdafiə vasitələrindən biri olmuşdur. Qala Bizans imperatoru II Bazilin rəhbərlik etdiyi ordunun mühasirəsinə səkkiz ay davam gətirmiş, lakin dağıdılmış və Bolqarıstan hömdarı İvan Sraçimir tərəfindən yenidən inşa edilmişdir.
Dima Bilan
Dima Bilan (rus. Дима Билан; 24 dekabr 1981, Cökətəy Ayağı, Stavropol diyarı) — Rusiyalı müğənni. == Həyatı == Dima Bilan 24 dekabr 1981-ci ildə Qaraçay-Çərkəzdə anadan olmuşdur. 2 yaşında olanda ailəsi ilə birlikdə Tatarıstana, 6 yaşında olanda isə Kabardi-Balkariyaya köçmüşdürlər. Məktəbə də orada getmişdir. Məktəbdə şeirlər yazmış və mahnılar oxumuşdur. Gnesins Musical College-den məzun olmuşdur. 2008-ci ildə hamının onu tanıdığı ismi, yəni Dima Bilanı gerçək adı olaraq dəyiştirdi. == Albomları == 2003-cü ildə Dima Bilan ilk albomunu çıxartdı. Albomun adı "Ya noçnoy xuliqan" ("Mən gecə avarasıyam") oldu.
Emanuelle Lima
Emanuelle Lima (d. 3 may 1996) — Braziliyanı təmsil edən bədii gimnast. Emanuelle Lima 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Lima həmdə 2015-ci ildə Pan Amerika Oyunlarında iki qızıl və bir gümüş medal qazanıb. == Karyerası == Emanuelle Lima 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Cessika Mayer, Qabrielle da Silva və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Euseius hima
Euseius hima (lat. Euseius hima) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Lima Universiteti
Lima Universiteti (isp. Universidad de Lima) — Perunun paytaxtı Lima şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 25 aprel 1962-ci ildə qoyulmuşdur.
Lima qrupu
Lima qrupu (isp. Grupo de Lima) — Venesuelada baş qaldıran siyasi böhranı aradan qaldırmaq məqsədi ilə təşkil olunmuş beynəlxalq təşkilat. Təşkilat adını aldığı Perunun Lima şəhərində 8 avqust 2017-ci ildə təşkil olunmuşdur. == İştirakçı dövlətlər == Qrupun tərkibinə Cənubi və Mərkəzi Amerika bir çox dövlətləri, həmçinin Kanada və Sent-Lüsiya daxildir. Uruqvay, Barbados, Qrenada, Yamayka, həmçinin ABŞ və Avropa İttifaqı təşkilata öz dəstəyini bildirmiş amma ona üzv olmamışlar.
Lima şəhəri
Lima Perunun paytaxtı.Şəhər sakit okeandan 12 km şərqdə Kallau çayının limanında yerləşir.Lima 21-ci əsrin ən sıx şəhərlərindən biridir.Əhalisinin sayı 7.368.069 nəfərdir.
Maskasız sima
Maskasız sima (ing. The Naked Face) — Sidni Şeldonun 1970-ci ildə yazdığı romandır.
Nima Yuşic
Nima Yuşic (farsca: نیما یوشیج), əsl adı Əli İsfəndiyaridir (d. 12 noyabr 1895 – ö. 6 yanvar 1960) — sadəcə Nima adıyla tanınan İran şairi idi. Fars və mazandaran dillərində yazırdı. == Həyatı == Nima Yuşic kimi tanınan məşhur müasir İran şairi və fars azad şeirinin atası Əli İsfəndiyari 1897-ci ildə Mazandaranın uzaq və gözəl mənzərəli kəndlərindən olan Yuş kəndində dünyaya gəlmişdir. Nimanın atası İbrahim xan Əzəmus-səltənə şücaətli atçılardan idi və heyvandarlıq və əkinçiliklə məşğul olub. İbrahim xan musiqi və xəttatlıqla da məşğul idi. Anası da çox zövqlü bir qadın idi və daima Nizami Gəncəvinin "Yeddi gözəl" və Hafiz Şirazinin divanını oxuyurdu. Nimanın uşaqlıq illəri bu səmimi ailədə və İranın yaşıl və sıx şimal meşələrində keçmişdir. O, bir müddət çobanlarla birlikdə yaylaq və qışlaqları gəzib dolaşmışdır.
Rima Məmmədova
Rima Məmmədova — Azərbaycan kino aktrisası, xoreoqraf, pedaqoq. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasının dosenti == Həyatı == Rima Məmmədova 1942-ci ildə Rusiyanın Saratov şəhərində anadan olub. Bakı Xoreoqrafiya məktəbində təhsil alıb. 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət inistutuna da rejissorluq təhsili alıb. 1967-ci ildə isə təhsilini bitirib. 1972–1974-cü ildən Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiyasının İnistutunun aspirantura şöbəsinə çalışıb. == Pedaqoji fəaliyyəti == 1960–1967-ci ilə kimi Azərbaycan Opera və Balet Teatrının balet artisti kimi fəaliyyət göstərib. 1967–1987-ci illərdə İncəsənət İnustutunda müəllim kimi çalışıb. 1978-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin direktoru vəzifəsinə daxil olmuşdur.
Rima Sen
Rima Sen(benq. রিমা সেন, Reema Sen; 29 oktyabr 1981, Kəlkətə) — hind aktrisası və modeli. == Həyatı == Əsl adı Riya Dev Vermadır. 29 oktyabr 1981-ci ildə Kəlküttə şəhərində anadan olmuşdur. Subaydır.
Rima Vladimir
Rima Vladimir — Ay torpağında geoloji quruluşlu bir bölgənin adı.
Port Vila
Port Vila (ing. Port Vila) — Vanuatunun ən iri şəhəri və paytaxtı. Yeni Hebrid arxipelaqına daxil olan Efate adasının cənubunda yerləşir. Vanuatunun əsas iqtisadi və siyasi mərkəzi. Əhalisi 29,3 min nəfər (2003). Şəhərdə ingilis, fransız və Malaneziya mədəniyyətləri öz əksini tapıb. İkinci dünya müharibəsi zamanı şəhər ABŞ və Avstraliyanın qoşunları tərəfindən hərbi baza kimi istifadə edilirdi. 1987-ci ildə baş verən güclü siklon şəhərdə güclü dağıntılara gətirdi. Kənd təsərrüfatı və balıqçılıq şəhərdə iqtisadiyyatın əsas sahələridir. Turizm həmçinin gəlirlərin əhəmiyyətli mənbəyidir.
VİM-Avia
"VİM-Avia" (rus. «ВИМ-Авиа») — Rusiyanın ən böyük aviaşirkətlərindən biri. 24 təyyarəsi olan aviaşirkət 30 məntəqəyə uşuşlar həyata keçirərək, illik ortalama 1,6 milyon sərnişin daşıyır. 2017-ci ilin sentyabr ayında əlavə vəsait olmadan fəaliyyəti davam etdirə bilmədiyi üçün "VİM-Avia" müflis olduğunu elan edib və satışa çıxarılıb.