vidikon
vikari 2021
OBASTAN VİKİ
Lisa Vikari
Lisa Vikari (alm. Lisa Vicari‎; 11 fevral 1997, Münhen) — almaniyalı aktrisa. == Bioqrafiya == Vikari 1997-ci ildə Münhen şəhərində həkim ailəsində anadan olmuşdur. O on yaşında teatr təhsili aldı və qısa müddət sonra ilk qısa filmi olan Tunnelblicke-də rol aldı. 2010-cu ildə uşaqlar üçün olan Hanni və Nanni filmində rol aldı. Sonrakı il Hell filmində rol aldı. Vikari 2017-ci ildə Luna filmində baş rolu canlandırdı. 2017-2020-ci illər aralığında Netflix serialı Dark-da Marta Nilsen rolunu canlandırdı. Vikari Potsdamda media təhsili alır.Vikari 2020-ci ildə Netflix-in romantika-komediya janrında olan Isi və Ossi filmində rol aldı.
Vikar
Vikarius (lat. vicarius, cəmdə: vicarii) — Qədim Romada zabit və məmur köməkçisi ya müavini. Roma İmperiyasında imperator Diokletian və Böyük Konstantindən sonra prefekt tabeliyində olan diosez hakimlərinin adı. Xristiyanlıqda yeparxiyası olmayan kilsə yepiskopuna vikar deyilir. O, yeparxiya yepiskopunun müavini və ya yardımçısıdır.
Vikarın evində qətl
"Vikarın evində qətl" yaxud "Yepiskopun evində qəl" (ing. The Murder at the Vicarage) — Aqata Kristi tərəfindən yazılmış roman. Detektiv janrında olan roman "Mis Marpl" silsilə əsərlərindən olub 1930 cu ildə qələmə alınmışdır. == Personajlar == Jane Marple — qarımış qız, həvəskar detektiv. Leonard Klement — qəsəbə vikarı. Qrizelda klement — vikarın gənç arvadı. Dennis Clement — vikarın qardaşı oğlu. Mari — vikarın ev xidmətçisi. Polkovnik Protero — istefada olan hərbçi polkovnik, Sent-Meri-Mid kilsə rəhbəri. Lucius Protero — polkovnik Proteronun birinci nigahdan olan qızı.

Digər lüğətlərdə

вамп заква́шивать ку́ща лужо́к неблагоро́дство обмы́лить подпи́счик пососа́ть пристрочи́ть дове́ять и́вушка изжига́ть призва́нье систематизи́рованно смолова́рня couch emergency landing gemmule haematocrit infernal opium poppy Zulu изуверский негладкий посредничать