Vidadi Həsənov (rejissor)
Həsənov Vidadi Allahverdi oğlu (15 may 1973) — rejissor, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2015).
15 may 1973-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni-maarif işi" fakultəsinin "Teatr kollektivləri rejissorluğu" ixtisasına yiyələnmişdir.
1994-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında səhnə maşinisti vəzifəsinə daxil olmuşdur.1995-ci ildən 2016-cı ilə qədər rejissor assistenti kimi fəaliyyət göstərmişdir.
İşlədiyi müddət ərzində Süleyman Ələsgərov, İsi Məlikzadə "Subaylarınızdan görəsiniz" rejissor Yaşar Nuri, Səid Rüstəmov, Məmməd Səid Ordubadi "Beş manatlıq gəlin" rejissor Səyavuş Aslan, Fərəc Qarayev, Eduardo de Filippo "Filumena Marturano" rejissor Cənnət Səlimova, M.Qluza, Q.Qorin "Pominalnaya molitva" rejissor Cənnət Səlimova, C.Puaro "Vesyolinkiy ujin v kontse nedeli" rejissor Cənnət Səlimova, Ramiz Mustafayev, Cahangir Məmmədov "Məsmə xala dayımdır" rejissor Ədalət Ziyadxanov, Emin Sabitoğlu, Evgeni Şvarts "Qırmızı papaq" rejissor Boris Qrafkin, Qans Kristian Anderson "Düyməcik" rejissor Boris Lukinskiy, Rafiq Səməndər "Gülmək qadağandır" rejissor Yusif Əkbərov tamaşalarını idarə etmiş və Zülfüqar Hacıbəyov "50 yaşında cavan" rejissor Səyavuş Aslan, Süleyman Ələsgərov, Şıxəli Qurbanov "Özümüz bilərik" rejissor Səyavuş Aslan, Oktay Kazımov, Ramiz Heydər "Qızıl toy" rejissor Yusif Əkbərov, Süleyman Ələsgərov, İsi Məlikzadə "Hərənin öz ulduzu" rejissor Yusif Əkbərov, (22 iyun 1997) Soltan Hacıbəyov, Məhərəm Əlizadə "Qızıl gül" rejissor Səyavuş Aslan , Emin Sabitoğlu, Cahangir Məmmədov "10 min dollarlıq keyf" rejissor Ədalət Ziyadxanov, Emin Sabitoğlu, Vladimr Kalmanovski "Odnajdı v Baqdade" rejissor Cənnət Səlimova, İmre Kalman "Tsıqan premyer" rejissor Boris Lukinskiy, İmre Kalman "Silva" rejissor Cənnət Səlimova, İmre Kalman "Maritsa" rejissor Cənnət Səlimova, Frans Leqar "Vesyolaya vdova" rejissor Cənnət Səlimova,(18.dekabr 1999,) Qara Qarayev "Neistovıy Qaskonets" rejissor Cənnət Səlimova,(23 iyun 2003), Üzeyir Hacıbəyli "O olmasın, bu olsun" rejissor Cənnət Səlimova,(4 dekabr 1998,11 iyul 2008.), Emin Sabitoğlu, Rüfət Əhmədzadə "Hələlik" rejissor Ədalət Ziyadxanov,(25 dekabr 1999), Emin Sabitoğlu, Xalidə Hasilova "Nəğməli Könül" rejissor Yusif Əkbərov,(30 dekabr 1998), Sərdar Fərəcov, Əli Əmirli "Səhnədə məhəbbət" rejissor Yusif Əkbərov,(23 dekabr 2000), Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin "Bir günlük siğə" rejissor Yusif Əkbərov,(17 dekabr 2004), Emin Sabitoğlu, Tamara Vəliyeva "Bankir adaxlı" rejissor Faiq Zöhrabov, (12 may 2000), Rauf Hacıyev, Faiq Zöhrabov "Talelər qovuşanda" rejissor Faiq Zöhrabov,(23 yanvar 2003), Cavanşir Quliyev, Qeybulla Rəsulov "Məhəbbət oyunu" rejissor Faiq Zöhrabov,(15 dekabr 2001), Vasif Adıgözəlov, Anar "Aldın payını, çağır dayını" rejissor Faiq Zöhrabov (15 iyul2005),tamaşalarında rejissor assistenti kimi fəaliyyət göstərmişdir. Bundan başqa teatrda keçirilən tədbirlərdə iştirak etmiş, Gülçöhrə Şəfiyeva, Vaqif İbrahimoğlu, Hafiz Quliyev, Aleksandr Şarovski və başqa rejissorlara assistentlik etmişdir.
2006-cı ildə rus bölməsi üzrə truppa müdiri vəzifəsinə keçmiş və bu müddət ərzində Rəna Ağayeva, Aleksandr Xayt "Nu volk, poqodi" (rejissor Əhəd Hacıyev 29 aprel 2006), İmre Kalmanın "Bayadera" (rejissor Cənnət Səlimova 21 dekabr 2007), Rəşid Şəfəq Vladimir Zimin "Prikluçenie dajdeviçka" (rejissor Boris Qrafkin 17 may 2008),Üzeyir Hacıbəyli "Arşın mal alan"(quruluşçu rejissor Elvin Mirzəyev 11 oktyabr 2009),Mark Kamoletti "Xoşbəxt ailə oyunu oynayırıq və ya fransizsayağı qarnir"(quruluşçu rejissor Əsgər Əsgərov 1 oktyabr 2011),J.B.Molyer "Skapenin kələkləri"(quruluşçu rejissor Əsgər Əsgərov 22 yanvar 2013),Rauf Hacıyev "Qafqazlı qardaşqızı"(quruluşçu rejissor Əli Usubov 25 sentiyabr 2015),İ.Kalman "Silva"(quruluşçu rejissor Boris Lukinskiy 11 yanvar 2017) əsərləri təhvil verilmişdir.
2012-ci il 1 yanvar tarixindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında(indi ki Azərbaycan Dövlət Musiqili Teatr) Azərbaycan və Rus bölməsi üzrə aktyor heyətinə rəhbərlik edir.
Səyavuş Kərimi,Mirzə Fətəli Axundzadənin "Molla İbrahim Xəlil kimyagər"(rejissor Bəhram Osmanov 2012), Emin Sabitoğlu,Cahangir Məmmədovun "www.ferzeli-keyf.com"(rejissor Əhəd Hacıyev 21 may 2012),Ə.B.Haqverdiyev "Kimdir müqəssir?"(rejissor İradə Gözəlova 6 may 2013),2014-cü ildə Azərbaycan Dövlət Musiqili Teatrının açlışı ilə əlaqədar hazırlanan "Bu bizik Musiqili teatr" sou tamaşa(rejissor İrana Tağızadə 10 mart 2014),Oktay Kazımi, Ramiz Heydər "Qızıl toy" (rejissor Yusif Əkbərov27 sentyabar 2014),Uşaqlar üçün hazırlanan "Yatmış gözəl və cırtdanlar" (rejissor Elşad Rəhmanzadə26 dekabr 2014),Ə.Səmədli "Toya bir gün qalmış"(rejissor Əsgər Əsgərov 16 aprel 2015),Oqtay Zülfüqarov,Ramiz Heydər"Dəcəl çəpişlər"(rejissor Əhəd Hacıyev 16 may 2015),Elçin "Baladadaşın toy hamamı"bəstəkar Firudin Allahverdi(rejissor Cənnət Səlimova 10 mart 2016),F.Əmirovun musiqiləri əsasında "999-cu gecə"(rejissor İradə Gözəlova 25 may 2016),Əli Səmədli"Meşə çaqqalsız olmaz"(rejissor Əhəd Hacıyev 1 oktyabr 2016),İ.Əfəndiyev"Mənim günahım"(rejissor İradə Gözəlova 5 fevral 2017),İ.Sadıqov "Molla Nəsrəddinin beş arvadı"(rejissor Əsgər Əsgərov 14 iyul 2017) və s tamaşalarının təhfil verilməsində aktyorların məşqlərdə iştirakını təmin etmışdir.
Bir sıra tamaşalarda epizod rollarda çıxış etmişdir Süleyman Ələsgərov, Şıxəli Qurbanov "Özümüz bilərik"də Şikayətçi, Səid Rüstəmov, Məmməd Səid Ordubadi "Beş manatlıq gəlin"də kar Mövsüm, Oqtay Kazımov, Firuz Məmmədov"Dəli dünya"da satıçı və s rolları ifa etmişdir.