VİDA

is. [ ər. ] Görüşüb bir-birindən müvəqqəti və ya həmişəlik ayrılma; xudahafizləşmə, sağollaşma; əlvida.
Hacı təntənəli bir vida ziyafəti düzəltmişdi. M.S.Ordubadi.
Şükufələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca, Gülsümün vidasına cavabən: “Get, Allah səni xoşbəxt eləsin!” deyirdilər. Ə.Haqverdiyev.

□ Vida etmək (eləmək)1) görüşüb ayrılmaq, vidalaşmaq, əlvida etmək, xudahafizləşmək, sağollaşmaq.
Xülaseyi-kəlam, vida etdilər; Rahi-Yəmən tutub səhər getdilər. Q.Zakir.
Göz yumub onlara Azər, köpürən; Gurlayan şəhrə vida etdi həmən. H.Cavid.
Elm və maarif arzusunda olan Abbasqulu ağa cavan yaşlarında Amsar kəndinə vida edib, təhsil dalınca getdi. Ə.Sadıq;

// məc. mənada. Gülzara hənuz yetmədən xar; Gül qıldı vidayi-səhni-gülzar. Füzuli;
2) bax həyata vida etmək.
Qulam müəllimin arzusu o idi ki, yetmiş-səksən yaşına qədər ömür sürsün və bu ömrün hamısını da müəllimliyə sərf etsin, axırıncı dəfə məsum çocuq gözlərinə baxıb vida etsin. S.Rəhimov.

Həyata vida etmək, vidayi-həyat etmək – həyatla vidalaşmaq, ölmək.
Dursunun gəncliyinin ən azğın çağında atası Pirverdi bütün sərvətini ona buraxıb həyata vida etdi. A.Şaiq.
– Çörək! Çörək! – deyərək eyləyir vidayi-həyat; Kömək dilər kimi ətrafını süzər sakit. C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VİDA VİDA Bu gecə Səttar xan bir vida ziyarəti vermişdi (M.S.Ordubadi); AYRILIQ, AYRILMA, ƏLVİDA, XUDAHAFİZLƏŞMƏ
  • VİDA ayrılma — xudahafizləşmə — sağollaşma — əlvida
VİCVİCƏ
VİDALAŞMA

Digər lüğətlərdə