vis-à-vis
visage
OBASTAN VİKİ
Visa Waiver Program
Vizadan İmtina Proqramı (VİP) (ing. Visa Waiver Program (VWP) — ABŞ federal hökumətinin müəyyən ölkələrin vətəndaşlarına turizm, ticarət və ya tranzit yolu ilə 90 günə qədər viza almadan ABŞ-yə səyahət etməsinə imkan verən proqramdır. Proqram 50 əyalətə və Kolumbiya Bölgəsinə, eləcə də ABŞ-nin digər əraziləri olan Puerto-Riko və ABŞ Vircin adalarına məhdud tətbiqetmə ilə aiddir. ABŞ hökuməti tərəfindən bu proqramda iştirak üçün seçilən ölkələr yüksək İnsan İnkişafı İndeksinə görə yüksək gəlirli iqtisadiyyata malik olan, bir sözlə inkişaf etmiş ölkələrdir. == Proqramda iştirak edən ölkələr == VİP-ə əsasən vizadan imtina hüququ qazanmaq üçün ABŞ-yə daxil olmaq istəyən səyahətçi, ABŞ Daxili Təhlükəsizlik Naziri tərəfindən təyin edilmiş bir ölkənin vətəndaşı olan "proqram ölkə" olmalıdır. Seçilmiş ölkənin vətəndaşı olmayan digər ölkələrin vətəndaşları vəya daimi sakinləri bu proqramdan yararlana bilməzlər. Proqram ölkələri olaraq təyin olunma meyarları İmmiqrasiya və Vətəndaşlıq Qanununun 217 (c) Bölməsində (Başlıq 8 ABŞ § 1187) göstərilmişdir. Kriteriyalar pasport təhlükəsizliyini və immiqrasiya və vətəndaşlıq qanununun 217 (c) (2) (A) bəndində göstərildiyi kimi 3%-dən çox olmayan və ABŞ-nin immiqrasiya qanunlarına davamlı olaraq uyğun gələn, çox aşağı miqrasiya dərəcəsi olan ölkələr olmalıdır. 2021-ci ildən etibarən 40 ölkənin və ərazinin vətəndaşları VİP çərçivəsində ABŞ-yə vizasız giriş hüququna malikdirlər: Qeydlər ^ - Yalnız Tayvan şəxsiyyət vəsiqəsi olan vətəndaşlar. ^ - Yalnız Britaniya vətəndaşları VİP-də iştirak edə bilərlər.
Aqno-Visambur
Aqno-Visambur (fr. Haguenau-Wissembourg) — Fransanın Qrand Est regionun rayonlarından biri. Departamenti — Aşağı Reyn . Rayon 2015-ci il yanvarın 1-də Strasbur-Kampan və Savern (rayon) rayonlarından Aqno, Visambur və bir neçə kommunalarının birləşməsi ilə formalaşmışdır.. Rayonun inzibati mərkəzi — Aqno. 2014-ci ildən bu günə kimi rayon başçısı Jan-Qi Merkandır. Subprefektura binası 1810-cu ildə inşa edilmişdir . Aqno-Visambur şimalındakı Savern və Strasburq vilayətləri ilə cənubda, şimalda Mozel departamentinin Sarqemin rayonu ilə və Almaniya ilə sərhəddir.
Mövlud Visaitov
Mövlud Visaitov — Böyük Vətən müharibəsi iştirakçısı, ilk 255-ci ayrı Çeçen-İnquş süvari alayının komandiri, sonra 28-ci Qvardiya Süvari Alayı (6-cı Qvardiya Süvari Diviziyası, 3-cü Qvardiya Süvari Korpusu, 2-ci Belarus Cəbhəsi) komandiri, qvardiya polkovnik-leytenantı, Sovet İttifaqı Qəhrəmanı (1990). == Bioqrafiyası == Laxa Nevre kəndində (və ya Nijni Naur, indiki Çeçenistanın Nadterek rayonu), kəndli ailəsində anadan olub. Milliyətinə görə çeçendir. 1942-ci ildən Sov. İKP üzvü. 1932-ci ildə kooperativ texniki məktəbi bitirib, mağaza müdiri işləyib. 1932-ci ildən Qızıl Orduda xidmət edir. 1935-ci ildə Ordjonikidze piyada məktəbini və 1941-ci ildə süvari komandir heyəti üçün təkmilləşdirmə kurslarını bitirir. Müharibənin əvvəlində general-mayor M. Maleevin komandanlığı altında 3-cü Süvari Diviziyasının 34-cü Süvari Alayında kapitan olur. 1941-ci ilin iyunundan kapitan rütbəsi alır.
Visali Şirazi
Mirzə Məhəmmədşəfi Visali Şirazi (1782, Şiraz – 1846) — Qacarlar dövrü İran şairi. == Həyatı == Mirzə Məhəmmədşəfi Məhəmmədismayıl oğlu 1783-cü ildə Fars əyalətinin mərkəzi Şirazda doğulmuşdu. Ləqəbi Mirzə Kiçik, künyəsi Əbu Məhəmməd və Əbu Əhməddir. Atası Məhəmməd İsmail, Nadir şahın katibi idi. Atasını kiçik yaşda itirincə ana tərəfindən babası şair Mirzə Əbdürrəhim onu himayəsinə aldı. Ardından dayısının yanına getdi, ondan ərəb və fars dilləri ilə bərabər gözəl yazı yazmağı və oxumağı öyrəndi. İstedadı sayəsində xətt sənətində və şeirdə uğur qazandı. Dayısının, şeir oxumasını əngəlləməsinə rəğmən Visal şeir söyləməyi sürdürdü. İlk dönəm şeirlərində “Məhcur” təxəllüsünü işlətdi; daha sonra şeyxi ona “Visal” təxəllüsünü verdi. Visal musiqi təhsili də aldı.
Visay adaları
Visay adaları (taqal Visayas, ing. Visayas) — Filippin arxipelaqı aid üç adalar qrupundan biridir. Qrupun şimalında Luzon adaları, cənubunda isə Mindanao adaları yerləşir. == Coğrafiyası == Arxipelaqın əsas adaları: Bohol Sebu Leyte Neqros Panay SamarPalavan adası isə Luzon adaları ilə Visay adaları arasında mübahisə predmetidir. Belə ki onun hansı arxipelaqa aid olması dəqiq deyil. == Əhalisi == Adalarda əsasən visay xalqı yaşayır. Onlar visay dilində danışır. 2010-ci il sıyahıya almasına görə adalarda 18 003 940 nəfər yaşayır. == İnzibati bölgü == Visay adaları üç regiona, hər region isə bir necə vilayətə bölünür.
Visayan dənizi
Visayan dənizi (isp. Visayan Mar) — Sakit okeanında Filippin arxipelaqına daxil olan (şimalda) Masbate, (şərq və cənub-şərqdə) Leyte, (cənubda) Sebu və Nerqos, (qərbdə) Panay adaları arasında yerləşir. Kamotes dənizi Kaniqao boğazı vastəsi ilə birləşir. Üstəlik dəniz Mindanao dənizi, Sibuyan dənizi, Sulu dənizi və Samar dənizi kimi dənizlərlə birləşir.

Digər lüğətlərdə

валансье́нский гегели́зм движо́к двухпо́люсный кры́шечка преесте́ственный разме́тка стара́тель то́ненько фолиа́нтный высокора́звитый загово́рщица зуба́тка коро́нка подшлёпнуть преве́нция прия́тельски прокатоли́ческий соразме́рность beak collection dalmatic perradii ассимилироваться скирдовать