Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kisə
Kisə (qab) — çox sayda dağıla bilən əşyaların , ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan məişətidə istifadə edilən xüsusi qab. Kisə (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Kisə (hamam əşyası) — yuyunarkən bədəndən çirki (kiri) çıxarmaq üçün cod parçadan tikilən və ələ keçirilərək istifadə edilən torbacıq.
RISE
RISE - Scotland's Left Alliance (azərb. RISE - Şotlandiyanın Sol Alyansı‎, qısa RISE kimi tanınır) – Şotlandiyada Şotlandiya Sol Layihəsi və Şotlandiya Sosialist Partiyası seçki ittifaqından mövcud olan siyasi partiya. İttifaq Radikal Sol Koalisiya nümunəsi üzərində qurulmuşdur. Partiyanın adı Hörmət (Respect), Azadlıq (Independence), Sosializm (Socialism) and Environmentalizm (Environmentalism) qısaltmasından yaranmışdır. Şotlandiya Sol Layihəsi oktyabr 2014-də Şotlandiyanın müstəqilliyi üzrə referendumdan sonra onlayn layihə kimi yaranıb. Layihə 2015-ci ilin avqustun 29-da Qlazqonun "Mariott" mehmanxanasında RISE partiyası kimi qeyd olub və ilk konfransını keçirmişdir.
Vine
Vine — Twitter tərəfindən 2013-cü ilin yanvar ayında istifadəyə təqdim edilən pulsuz video paylaşma tətbiqi. Tətbiq, istifadəçinin maksimum 6 saniyəlik qısa videolar çəkməsini təmin edir. Çəkilən videolar Facebook və Twitter üzərindən paylaşıla bilir. Həmçinin, Dünyada və Türkiyədə gündəlik həyatda istifadə edilən tətbiqi halına gəlmişdir. 27 oktyabr 2016-cı ildə tətbiqin bağlanacağı çatdırılmışdır. İstifadəçilərin videoları Vine tətbiq daxilində yayımlanırdı və Facebook, Instagram və Twitter kimi digər xidmətlərdə də bu videoları paylaşmaq mümkün olurdu. Vine tətbiqi, digər istifadəçilərin yaydığı video materiallara, mövzu qruplarına və populyar meyilli video materiallara nəzər salmaq üçün də istifadə edilə bilirdi. Vine Instagram və Mobli kimi məşhur tətbiqlərlə yarışmağı bacarmışdır. 2015-ci ilin dekabr ayında, Vine, 200 milyon aktiv istifadəçiyə malik idi. Vine, Dom Hofmann, Rus Yusubov və Kolin Kroll tərəfindən 2012-ci ilin iyun ayında yaradılıb.
Vişi
Vişi- Fransanın mərkəzi hissəsində,Alye departamentində kurort şəhəri.Əhalisi 58 min (1975) nəfərdir.Fransız dilində "isti kənd" deməkdir.Bu ad şəhərin ətrafındakı isti sulu bulaqlarla əlaqədardır.
Vişnə
Albalı (lat. Prunus subg. Cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Albalı yarımcinsinə aid 140 növ var. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır: mərmərik albalı; mahaleb albalısı; çöl albalısı. Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl albalılarının təbii hibrididir. Azərbaycanda mərmərik və çöl albalısı bitən sahələr çoxdur. Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri iyulun axırı və avqustda yetişir.
Aişə
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 605 - 672) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. == Haqqında == Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. İlk müsəlmanlardan olan Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. İslamı bacısı Əsma ilə birlikdə qəbul edən Aişə 16 yaşında nişanlamış, 19 yaşında peyğəmbər Məhəmməd ibn Abdullahla evlənmişdir. Aişə Məhəmməd peyğəmbərlə evlənməzdən əvvəl isə Cübeyr ibn Mutim ilə nişanlı olmuşdur.
Aişə Qəzzafi
Aişə əl-Qəddafi (ərəb. عائشة القذافي‎; 25 dekabr 1976, Tərabülüs əl-Qərb) — Müəmmər əl-Qəzzafinin övladlarından biri, yeganə qızı, Liviyanın BMT İnkişaf Proqramındakı keçmiş xoşməramlı səfiri. Liviya rəhbərinin yeganə qızıdır. İraqın sabiq rəhbəri Səddam Hüseynin vəkillər qrupunun hüquqi işlər üzrə müşaviri olub. 2006-cı ildən əmisi oğlu, polkovnik Əhməd-əl-Qəzzafi-əl-Qəhsiyə ilə nikahda olan Aişə üç övlad anasıdır. Hazırda "Vəetəsəmu" xeyriyyə fondunun rəhbəridir. 2011-ci ildə Liviyada baş vermiş hadisələrlə bağlı olaraq BMT-nin xoşməramlı səfiri statusundan məhrum edilmişdir. Qardaşlarından fərqli olaraq, Aişə Qəzzafi çox soyuqqanlı təsir bağışlayır. Liviya vətəndaş müharibəsinin ilk günlərində o, "Son insan və son gülləmizə qədər döyüşəcəyik. Kişilər həlak olarsa, biz əlimizə silah alacağıq.
Aişə Sultan
Aişə Sultan — 8. Osmanlı sultanı II Bəyazidin qızı Aişə Sultan — 12. Osmanlı sultanı III Muradın qızı Aişə Sultan — 14. Osmanlı sultanı I Əhmədin qızı Aişə Sultan — 22. Osmanlı sultanı II Mustafanın qızı Aişə Sultan — 23. Osmanlı sultanı III Əhmədin qızı Aişə Sultan — 34.
Kisə (qab)
Kisə — çox sayda dağıla bilən, səpələnən əşyaların, ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan bu günümüzə qədər məişətimizdə istifadə edilən xüsusi qab. == Ümumi məlumat == Xalqımızın məişətində əski çağlardan bir çox məmulatları kisəyə qablaşdırmışlar. Kisə sözü bu gün də məişətimizdə yaşamaqdadır. Əsasən ərzaqlar - un, düyü, şəkər, arpa, buğda, eləcədə bir çox tikinti materialları - qum, gips və sairə kisələrə qablaşdırılır.
Nisə Bəyim
Nisə Bəyim (tam adı: Rəhimova Nisəbəyim İsmayıl qızı; 6 mart 1955, Sabirabad, Azərbaycan SSR) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998). Rəhimova Nisəbəyim İsmayıl qızı 6 mart 1955-ci il tarixində Sabirabad şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Rəhimov İsmayıl Cabbar oğlu Şamaxı şəhərindən, anası Məlikova Məryəm Əlabbas qızı Zərdab rayonunun Əlvənd kəndindəndir. 1961-ci ildə Sabirabad şəhərində M. Müşfiq adına 4 saylı orta məktəbə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirərək, Sabirabad şəhər M. Müşfiq adına 4 saylı orta məktəbində əmək fəaliyyətinə başlamış və hal-hazırda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2020-ci ilin noyabr ayının 26-da vəfat etmişdir. Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunur. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunur. Bu vaxtdan etibarən onun yazıları "Azərbaycan", "Ulduz", "Gənclik", "Azərbaycan qadını", "Pəncərə" və digər dərgilərində, müxtəlif qəzetlərdə, Tehranda nəşr olunan "Yol" jurnalında, "Yaşıl budaqlar", "Vətən sevgisi", "Min beş yüz ilin oğuz şeiri", "Poeziya günü", "Aran" toplu və almanaxlarında dərc olunmuşdur.
Nisə Mehdiyeva
Mehdiyeva Nisə Əşrəf qızı — Mikrobiologiya sahəsində ilk qadın elmlər doktoru (1969), professor (1986). 1928-ci il aprel ayının 12-də Bakıda anadan olmuşdur. O, 1950-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetini müvəffəqiyyətlə bitirmişdir. Nisə Mehdiyeva 1950-1952-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) müəllim işləmiş, 1952-1955-ci illərdə SSRİ Elmlər Akademiyasının Botanika İnstitutunun aspirantı olmuşdur. Nisə Mehdiyeva 1955-ci ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1986-cı ildə mikrobiologiya üzrə respublikada ilk professor elmi adını almışdır. Nisə Mehdiyeva 1955-1957-ci illərdə Respublika Elmlər Akademiyasının Rəyasət Heyətində biologiya üzrə elmi katib işləmişdir. 1958-ci ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaq biologiyası laboratoriyasını təşkil edərək akademiyada mikrobiologiya elminin əsasını qoymuşdur. 1968-ci ildə akademiyada ilk dəfə neft mikrobiologiyası sahəsində laboratoriyaya rəhbərlik etmişdir. Nisə Mehdiyeva 1972-ci ildə laboratoriya Mikrobiologiya sektoru, 1994-cü ildə isə Mikrobiologiya İnstitutu statusu almışdır.
Nisə Mirişli
Nisə xanım Məmməd qızı Mirişli — Nisə xanım Məmməd qızı Mirişli 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdu. Atası Məmməd kişi dəmir yolu mühəndisi, anası tibb işçisi idi. Nisə xanım orta təhsilini Bakı şəhəri 132 nömrəli məktəbdə almışdı. Hələ o kiçik yaşlarında öz çalışqanlığı və ictimai həvəsi ilə fərqlənirdi. Nisə xanım məktəbin son illərində artıq peşəsində müəyyənləşdirmişdi. O, şərəfli peşə olan həkimliyi seçmişdi. 1950-ci ildə N.Nərimanov adına Tibb İnstitutuna daxil olur və 1956-ci ildə müalicə-profilaktika fakultəsini bitirir. O, təyinatla Qazı-Məhəmməd rayonuna Traxoma əleyhinə disspanserin baş həkimi vəzifəsinə göndərilir. Qısa müddət ərzində oftalmoloq peşəsinin sirlərinə yiyələnir və rayonun əhalisi arasında nüfuz qazanır. Elə o illərdə onu infeksion xəstəliklərlə mübarizə daha çox düşündürürdü.
Nisə Qasımova
Nisə Qasımova (13 fevral 1954, Bakı) — müğənni, Azərbaycan Respublikasının xalq artisti (2008). Nisə Fətulla qızı Qasımova 1954-cü ilin 13 fevralında Bakı şəhərində anadan olmuşdur. Hələ uşaqlıqdan sarı saçları, yaşıl gözləri və qeyri-adi gözəlliyi ilə yaxınlarından seçilən müğənni musiqiyə maraq göstərir və daim diqqət mərkəzində olurdu. Geniş səs diapazonu, musiqiyə marağı balaca Nisənin taleyini çox erkən yaşlarından ömürlük səhnəyə bağlayır. Atası Fətulla kişinin tam fərqli sahədə yəni dövlət xidmətində çalışmasına baxmayaraq, milli musiqi və muğamların bilicisi və savadlı xanəndə olması Nisə xanımın elə ilk olaraq ailədən musiqi ilə tərbiyələnməsinə şərait yaradır. Beləcə 8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun heyətinə qəbul olan Nisə Qasımova çox keçmir ki, peşəkar musiqi heyətinin diqqətini özünə cəlb edib 9 yaşında olarkən xorun gənc solisti olur. "Günəş adlı yaxın dostum var mənim" məxsusi olaraq onun üçün yazılan bu mahnı ilə müxtəlif konsert proqramlarında çıxış edir. Çox keçmir ki, gənc Nisə 1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəzdindəki " Lalə qızlar ansamblı"na solist kimi dəvət olunur. Konsertlərin birində Nisə xanımın çıxışına valeh olan tanınmış bəstəkar və impressario Ələkbər Tağıyev elə həmin ərəfələrdə gənc sənətçiyə iş birliyi təklif edir. Bundan əvvəl SSRİ xalq artisti Zeynəb Xanlarovanı Azərbaycan səhnəsinə təqdim etmiş Ələkbər Tağıyev 1972-ci ildən Nisə Qasımova ilə yaradıcılıq birliyinə başlayır.
Nisə Rzayeva
Nisə Heydər qızı Rzayeva (10 yanvar 1937, Azərbaycan SSR – 8 mart 2017, Mingəçevir) — Azərbaycanın teatr və kino aktrisası, Mingəçevir Dövlət Dram Teatrının aktrisası Azərbaycanın SSR Əməkdar artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü(1965). N. H. Rzayeva 10 yanvar 1937-ci ildə anadan olmub, 1969-cu ildən Mingəçevir Dövlət Dram Teatrında aktrisa vəzifəsində çalıb və Nisə Rzayeva Mingəçevir Teatrının ilk aktyorlarından biri kimi bu vaxtadək teatrın səhnəsində 100-ə qədər rolun ifaçısı olmuşdur. Onun teatrımızın səhnəsində yaratdığı İ. Əfəndiyevin "Mahnı dağlarda qaldı" – Fəxrəndə xanım, H. Cavid "Ana" – Ana, M. Hüsüyn "Cavanşir" – Zibeydə xanım, G. Xuqayev "Andro və Sandro" – Marqo, Anar "Şəhərin yay günləri" – Dilarə, İ. Əfəndiyevin "Tənha iydə ağacı" – Xan nənə, P. Kilqas "Hakim Martinin səhəri" – İnqa, S. Vurğun "Fərhad və Şirin" – Şirin, İ. Əfəndiyev "Unuda bilmirəm" – Nərmin, N. Həsənzadə "Nabat xalanın çörəyi" – Nabat xala, S. S. Axundov "Eşq və İntiqam" – Yasəmən, S. Rəhman "Əliqulu evlənir" – Nazlı, Ə. Əmirli "Köhnə ev" – Zəhra, S. S. Axundov "Laçın Yuvası" – Pəricahan və.s rolları bu gün də teatrsevərlərin yaddaşındadır, mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmişdir. Nisə Rzayeva şəhərimizin ictimai mədəni həyatında fəal iştirak edib. 1965-ildən Azərbaycan Teatr Xadimlər İttifaqının üzvüdür, Əmək vetranıdır, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, müxtəlif dövlət və ictimai təşkilatların, ayrı-ayrı rayonların Fəxri Fərmanlarına layiq görülmüş, Sosialist Əməyi yarışının iştirakçısıdır. 1982-ci ilin dekabr ayının 2-də Azərbaycan SSR Əməkdar artisti Fəxri adına 02.12.1982, 8 mart 2017-ci ildə 80 yaşında dünyasını dəyişmişdir. Mingəçevir şəhərində dəfn olunub.
Nisə Surəsi
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır. Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Sid Vişes
Sid Vicious (Simon John Ritchie; 10 may 1957 – 2 fevral 1979). 1957-ci ildə Londanda atası John Ritchie və anası Anne Ritchie olan ailədə anadan oldu.Anne hippi idi.Atası isə Buchingham Palace-də mühafizəçi işləyirdi.Simon (Sİd)-in doğulmasından bir muddət sonra atası John Ritche öz ailəsini tərk etdi.Bundan sonra Anne və John İvisa adasına köçdülər.Orada John-un anası Christopher Beverley adlı biriylə evləndi.Bundan sonra John soyadını dəyişib John Beverley oldu.Burada narkotik sataraq dolanışığını təmin etməyə başladı. 6 aydan sonra onun ögey atası öldü və onlar Şərqi Londona (Hackney) köçdülər.1965-də Londona döndüyündə John 8 yaşında idi. Bir müddət sonra Anne oğlunu küçəyə atdı. Yetkinlik çağına gəldiyində John təcavüzkar və əvvəldən kəskin xarakterli bir uşaq olaraq tanınırdı. Bir The Ramones fanatı olmadan əvvəl David Bowie və T-Rex kimi musiqiçiləri dinləyirdi.O həmçinin vaxtını oxuduğu Clevedon Secondary Modern-un yerləşdiyi Somerset-de keçirdi. Sid-ə "Sid Vicious" ləqəbini gələcəkdə qurulacaq Sex Pistols qrupunun vokalisti John Lydon (Johnny Rotten) verdi.Johnny 1976-cı ildə Sex Pistols qrupunu qurdu, Sid hələ 19 yaşında idi.Sex Pistolsun qışqırdıcı stili onun ilk zamanlarında çox sevilməməsinə səbəb oldu. Bu vəziyyət qrupda bas gitara çalan Glen Matlock-un ayrılmasına səbəb oldu (öz deyişiylə "çox çox" Beatles dinləyirdi). Bu hadisənin ardından Johnny boşalan yeri Sid ilə doldurmağı düşündü. Sid Sex Pistolsda ehtiyat drummer olaraq vəzifə yerinə yetirmişdi,lakin əvvəllər heç bass gitara çalmamışdı.1977də bas gitara çalmağı öyrənməyə başladı.
Vitse-admiral
Vitse-admiral — Azərbaycan Hərbi Dəniz Qüvvələrində ali hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-leytenant rütbəsidir.
Vitse-prezident
Vitse-prezident (ing. Vice President) — hökumətin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs hesab olunur. Vitse-prezidentin əsas funksiyası ondan ibarətdir ki, o, prezidentinin vəfatı, istefası və ya hakimiyyətdən uzaqlaşdırılması hallarında prezidenti əvəz edir. Vitse-prezidenti həm də Milli Məclisə də rəhbərlik etdiyi üçün onun hakimiyyətin icraedici, yoxsa qanunverici qoluna mənsub olması mübahisəlidir.
Vitse krallıq
Vitse-krallıq ("Vitse-kral": "kralın nümayəndəsi", "vitse-prezident" və ya "vitse-admiral") — vitse-kral tərəfindən idarə edilən koloniya idarəetmə sistemi. Qeyri-məhdud hakimiyyətə malik olan monarxın həmin yerdəki nümayəndəsi. Vitse-kral vəzifəsi vərəsəlik yolu ilə keçmir və monarx tərəfindən təyin edilir.
Vize Kırklareli
Vize — Kırklarelinin təbiətində, İstanbuldan 140 km məsafədə tarixi və təbii gözəllikləri ilə önə çıxan bir ilçədir. "Cittaslow" deyilən sakit şəhər adı ilə Türkiyədəki 10 ilçədən biri olmuşdur. 2015 Türkiyə statistika qurumunun məlumatlarına görə rayon əhalisi 13.095 nəfərdir. Vize eyni zamanda Bolqarıstan şəhərlərinə bənzər Frakiyadakı Qara dəniz ilçələrindən biridir. Vize Yunanıstan və Bolqarıstan ilə mədəniyyət və turist mübadiləsini davam etdirən Balkan ilçəsidir. Tarixdə fərqli adlarla tanınan şəhər Buzia, Bizye, Bida, Biza, Vuza, Vizii və nəhayət, Vize kimi tanınır. Adının kökü Buzasdan gəlir, Bizas Poseydonun bir oğlunun adıdır. Eyni zamanda Buzas Frak dilində keçi deməkdir və Frakiyalılar üçün bu çox işlədilən bir addır. Həmçinin Byzas adının əfsanəvi bir Frakiya kralının adından gəldiyi deyilir ki, bu da Byzas su pərisi Semestranın oğludur. Vizedə ilk dəfə Frakyalıların bir qolu olan Astaylar məskunlaşmışdı.
Şiəlikdə Aişə
Şiələrin Aişəyə baxışı ümumiyyətlə xoş deyil. Bu, ilk növbədə, onun Əhli-Beytə (İslam peyğəmbəri Məhəmmədin ailəsinə) nifrət etməsi və o dövrün "Birinci fitnə"dəki (vətəndaş müharibəsi) hərəkətləri ilə əlaqədardır. Cəməl döyüşündə onun iştirakı geniş şəkildə bu cür hörmətsizlik əlaməti hesab olunur. Şiələr də Aişənin sağlığında siyasi iştirakına görə onu mübahisəli şəxs hesab edirlər. Aişə birinci xəlifə Əbu Bəkrin qızı olduğu üçün siyasi ailə nəslindən idi. Aişə Məhəmmədin siyasi həyatında da fəal rol oynamışdır; o, döyüşçülər arasında müharibədən əvvəl danışıqlara başlamaq, döyüşlər aparmaq və müharibələri bitirmək kimi hərbi bacarıqları öyrəndiyi müharibələrdə onu müşayiət etdiyi bilinirdi. Sünnilər deyirlər ki, Aişə Məhəmmədin xanımı olduğu üçün onu tənqid etmək peyğəmbəri tənqid etməyə bərabərdir. Şiələr isə Quranda həm Nuhun, həm də Lutun xanımlarının vəziyyətinə istinad edərək buna qarşı çıxırlar: Tanınmış Quran təfsirçisi İsmayıl ibn Kəsir bu ayə haqqında demişdir: "Buna görə də ərlərinin bütün məhrəm bilikləri onlara nə kömək etdi, nə də əzabdan çəkindirdi, buna görə də, Allahın “(Onlar Allaha qarşı onlara heç bir fayda vermədilər) kəlamı, zövcələrinin kafir olmalarına görədir." Şiələr Aişənin Məhəmmədin sevimli arvadı olduğu fikrini rədd edir və Quran ayəsinə uyğun olaraq Məhəmmədin öz xanımlarından heç birini fərqləndirmədiyinə inanırlar: Həmçinin Məhəmməddən sitat gətirirlər: "Kişinin iki arvadı olsa və onlardan birinə meyl edərsə, Qiyamət günü bir tərəfi aşağı çökmüş halda gələcəkdir." Digərləri, Ümmü Sələmənin Əhli-Beytə bağlılığına görə onun sevimli həyat yoldaşı olduğuna inanırlar. Ümmü Sələmə Məhəmmədin ailəsinə sədaqəti və ölümündən sonra onun əmrlərinə itaət etməsi ilə Aişədən fərqli olaraq təqdim olunur. Əliyə qarşı ordu toplayan Aişədən fərqli olaraq Ümmü Sələmə gərginliyi sakitləşdirməyə çalışırdı.
Aişə Qurbanlı
Aişə Qurbanlı (28 aprel 1993) — Azərbaycanı təmsil edən cüdoçu. == Karyerası == Aişə Qurbanlı beynəlxalq turnirlərdə birinci uğurlarına 2015-ci ilin noyabrında African Open turnirində bürünc, Oceania Open turnirində isə gümüş medala sahib olmaqla imza atdı. IJF Qran-Pri seriyalı turnirlərdə onun ən yaxşı nəticəsi 2017-ci ilin aprelində Antalyada baş tutan turnirdə qeydə alıdı (beşinici pillə). Karyerası ərzində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya və Avropa Çempionatlarında uğura imza ata bilməyən Aişə Qurbanlı Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Qadınların -48 Kq. turnirində çıxış edən Aişə Qurbanlı olimpiadanın 1/16 final mərhələsində Portuqaliya nümayəndəsi Katarina Kostaya vaza-ari balı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.
Vibe Biyker
Vibe E. Biyker (nid. Wiebe E. Bijker; 19 mart 1951, Delft, Cənubi Hollandiya) — Niderlandlı professor və sosioloq. O, Niderlandın Maastrixt Universitetində Sosial Elmlər və Texnologiyalar Departamentinin keçmiş sədridir. Vibe Biykerin atası Eko Biyker 1953-cü ildə gənc Biyker iki yaşında olarkən fəlakətli bənd yarmasından sonra Delta planının həyata keçirilməsində iştirak edən mühəndis idi. O, daha sonra Delft Hidravlika Laboratoriyasının direktor müavini olmuşdur. Ehtimal olunur ki, Niderlandın bəzi hissələrinin dəniz səviyyəsindən aşağıda olması faktı, əsrlər boyu bu vəziyyəti əhatə edən innovasiyalar barədə narahatlıqlar və atasının bu prosesdə iştirakı gənc Biykerin texnologiya araşdırmalarında marağına səbəb olmuşdur. 1969-cu ildə Emmelordda gimnaziyanı bitirdikdən sonra Biyker 1974-cü ildə Amsterdam Universitetində fəlsəfə üzrə bakalavr dərəcəsini, 1976-cı ildə Delft Texnologiya Universitetində fiziki mühəndislik üzrə mühəndis dərəcəsini və 1990-cı ildə Tvente Universitetində fəlsəfə doktoru dərəcəsini almışdır. Biyker 1987-ci ildən Maastrixt Universitetində fəlsəfə üzrə assistent və dosent olmuşdur. O, sonradan, 1994-cü ildə texnologiya və cəmiyyət üzrə tam professor olmuşdur. Biykerin tədqiqat sahələrinə elm, texnologiya və cəmiyyətin sosial və tarixi tədqiqatları, texnologiyanın inkişafı nəzəriyyələri, elm, texnologiya və cəmiyyətşünaslıq metodologiyası, texnoloji mədəniyyətin demokratikləşməsi, elm və texnologiya siyasəti, İKT, multimedia və informasiya cəmiyyətinin sosial-mədəni ölçüləri, gender və texnologiya, memarlıq, planlaşdırma və mülki mühəndisliyin meta tədqiqatları daxildir.
Vitse-kral
Vitse-krallıq ("Vitse-kral": "kralın nümayəndəsi", "vitse-prezident" və ya "vitse-admiral") — vitse-kral tərəfindən idarə edilən koloniya idarəetmə sistemi. Qeyri-məhdud hakimiyyətə malik olan monarxın həmin yerdəki nümayəndəsi. Vitse-kral vəzifəsi vərəsəlik yolu ilə keçmir və monarx tərəfindən təyin edilir.
Vitse-krallıq
Vitse-krallıq ("Vitse-kral": "kralın nümayəndəsi", "vitse-prezident" və ya "vitse-admiral") — vitse-kral tərəfindən idarə edilən koloniya idarəetmə sistemi. Qeyri-məhdud hakimiyyətə malik olan monarxın həmin yerdəki nümayəndəsi. Vitse-kral vəzifəsi vərəsəlik yolu ilə keçmir və monarx tərəfindən təyin edilir.