Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaqauz
Qaqauzlar — türk xalqı. Qaqauzların ümumi sayı təqribən 300 min nəfərdir, əsasən Moldovada yaşayırlar. Qaqauz dili türk dillərinin oğuz qrupuna aiddir. Dinləri əsasən pravoslavdır. Moldova tərkibində muxtar ərazi vahidi olan Qaqauziya vardır. == Mənşəyi == Qaqauzların mənşəyi haqqında bir çox fərqli fərziyyələr var: Qaqauzların əcdadları türkdilli xalqlardır: Oğuzlar , Peçeneqlər , Kumanlar ; Türkiyədə Səlcuq nəzəriyyəsi geniş yayılmışdır: Qaqauzlar 13- cü əsrdə Dobrucaya köçüb Polovtsiyalılarla birlikdə Oğuz dövlətini qurmuş Səlcuq türklərinin nəslindəndir ; Bolqarıstanda ən çox yayılmış fərziyyə budur ki, qaqauzlar türkləşmiş bolqarların nəslindəndir ; Qaqauzlar 7-ci əsrdə Volqa sahillərindən Balkanlara köçmüş , 9-cu əsrdə isə xristianlığı qəbul etmiş türk bulqarların törəmələridir . Onun müasir linqvistik əsaslandırması yoxdur.Çox güman ki, yuxarıda göstərilən qrupların hamısı qaqauz xalqının etnogenezində iştirak etmişdir === Genetik mənşə === Müxtəlif yaşayış məntəqələrindən olan qaqauzlarla aparılan genetik komponentin son tədqiqatı onların mənşəyi məsələsinə aydınlıq gətirməmişdir. Tədqiqatçılar qaqauzların genetik cəhətdən son dərəcə heterojen olduğunu qeyd ediblər. Bir nümunədə qaqauzların balkan kökləri, digərlərində türk (səlcuq) kökləri var idi . Bu qaqauzların zahiri, fiziki xüsusiyyətlərində də nəzərə çarpır.
Qaqauz dili
Qaqauz dili — qaqauzların danışdığı dil. Oğuz dil qrupuna daxildir. Moldovada 140 000, Balkan yarımadasında 100 000, Ukraynada 32 000, Bolqarıstanda 10 000 nəfər bu dildə danışır. Moldovanın Çadır-Lunq, Vulkaneşt, Komrat, Ukraynanın İzmail vilayətində və qismən Qazaxıstan və Özbəkistanda yayılmışdır. Moldova və Bessarabiya ərazisində əsasən iki dialekti vardır: çadırlunq-komrat (mərkəzi) və vulkaneşt (cənub). 1956-cı ildə kiril qrafikası əsasında əlifbası tərtib olunmuşdur.
Qaqauz folkloru
Qaqauzların mani adlandırdıqları şeir dördlükləri heyrətamiz dərəcədə Azərbaycan bayatılarıyla yaxın hətta bəzən əkizdirlər. Qaqauz folklorunda bir çox türk xalqları üçün ənənəvi sujetlər - “Koroğlu”, “Aşıq Qərib”, “Əsli-Kərəm”, “Arza-Qəmbər” dastanlarıyla, Nəsrəddin lətifələriylə bağlı motivlər haqqında əvəllərdə, “Koroğlu” şeirləri təqdim olunan səhifələrdə danışmışdıq. Ancaq qaqauzların indiki coğrafi məskənlə- riylə və son əsrlərdəki tarixi talelər ilə bağlı, başqa türk xalqlarında olmayan folklor nümunələri də var. Bunlardan “Sevastopol türküsü”nü, 1877-1878-ci illərin Osmanlı-Rus müharibəsinə aid dastanları, 1828-ci il Vama müharibəsinə həsr olunmuş dastanı və Türkiyədə də populyar olan “Yəmən türküləri”ni göstərmək olar. Qaqauz dilinin özəlliklərinə gəldikdə, bir neçə nöqtəni vurğulamaq istəyirik. Qaqauz türkcəsində bəzən “H” səsi düşür, məsələn: “hava” əvəzinə “ava”, “haçan” əvəzinə “açan”, “bər” əvəzinə “ər”, “həm” əvəzinə “əm”, “hesablanmtş” əvəzinə “esablanmış” - deyirlər. Əksinə, bəzən ilk səs kimi “H” əlavə olunur: anbar-hanbar, aylaq-haylaq və s. Bəzən sözün başında “R” əvəzinə “L” işlənir: Rüzgar-lüzgar. “Ğ” səsini, ümumiyyətlə, işlətmirlər: Dağlara yerinə daalara, oynamağa yerinə oynamaa, aramağa yerinə aramaa və s. deyirlər.
Qaqauz əlifbası
Qaqauz əlifbası — qaqauz dilində yazmaq üçün istifadə olunan əlifba. Əlifba var olduğu dövr ərzində müxtəlif qrafik əsaslarla mövcud olub və dəfələrlə islahatlara məruz qalıb. Son islahatlardan sonra qaqauz əlifbası latın əlifbasının əsasında fəaliyyət göstərir. Əlifbanın inkişaf dövrü 3 hissəyə bölünür: 1957-ci ilə qədər — əlifbanın yaradılması üçün ilk cəhdlər. 1957–1993-cü illər — kiril əlifbasının əsasında olan əlifba. 1993-cü ildən etibarən — latın əlifbasının əsasında formalaşmış müasir əlifba. == İlk təcrübələr == Qaqauz əlifbası ilə mətnlər ilk dəfə rus alimi V.Moşkov tərəfindən 1895–1896-cı illərdə nəşr edilib. Mətnlərin yazılışı üçün o Elmlər Akademiyasının kiril əlifbası ilə olan türkoloji əlifbasından istifadə etmişdir. Əlifba bu hərflərdən ibarət idi: а, б, в, г, д, е, ж, з, j, i, к, л, м, н, о, п, р, с, т, у, ф, х, ц, ч, ш, ы, џ, ӡ, l, h, ā, ē, ī, ō, ӯ, ы̄, ö, ȫ, ÿ, ä, ǟ. Hərflərin üzərindəki simvollar ………….
Başköy (Qaqauz Yeri)
Başköy (qaq. Başküü) Moldovanın Qaqauziya muxtariyətində bir kənddir.
Qaqauzca
Qaqauz dili — qaqauzların danışdığı dil. Oğuz dil qrupuna daxildir. Moldovada 140 000, Balkan yarımadasında 100 000, Ukraynada 32 000, Bolqarıstanda 10 000 nəfər bu dildə danışır. Moldovanın Çadır-Lunq, Vulkaneşt, Komrat, Ukraynanın İzmail vilayətində və qismən Qazaxıstan və Özbəkistanda yayılmışdır. Moldova və Bessarabiya ərazisində əsasən iki dialekti vardır: çadırlunq-komrat (mərkəzi) və vulkaneşt (cənub). 1956-cı ildə kiril qrafikası əsasında əlifbası tərtib olunmuşdur.
Qaqauziya
Qaqauziya (qaqauz. Gagauz Yeri/Gagauziya; mold. Găgăuzia) və ya rəsmi olaraq Qaqauz Yeri Muxtar Bölgəsi (qaqauz. Avtonom Territorial Bölümlüü Gagauz Yeri; mold. Unitatea Teritorială Autonomă Găgăuzia) — Moldova Respublikasının tərkibində muxtar ərazi. Qaqauziya Moldovanın cənubunda yerləşir. Paytaxtı Komrat şəhəri, ümumi sahəsi 1,832 kvadrat kilometrdir. == Tarix == === Orta əsrlərdə === Qaqauzlar ortodoks xristian mənşəli etnik türklərdir. Bizans yazılı mənbələrində Oğuzlar XI əsrdə Dunay çayını keçib Balkanlardakı Makedoniya, Paristrione, Yunanıstan və Bolqarıstanda yerləşən köçəri tayfalar olaraq qeyd edilmişdir. Bəzi müəlliflərə görə qədim Kutriqurların davamçılarıdır.
Maqauz
Maqauz, Novruzlu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 19 km məsafədə yerləşir. Erməni mənbələrində Moqes formasında qeyd edilir. Kəndin başqa adı Novruzlu olmuşdur. == Toponimi == Toponim muq (muğ) türk etnoniminin fars dilində işlənən forması olan maq etnonimi ilə türk dilində "mənsəb", "dərə", "dağ keçidi" mənasında işlənən auz sözünün birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Maku toponimindən və Uz tayfasının adındandır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 29. VI.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Kaxnut qoyulmuşdur.
Qavazi
Qavazi (gürc. გავაზი; keçmiş Axali Qavazi) — Şərqi Gürcüstandada kənd. Kaxetiya ölkəsinin Kvareli bələdiyyəsi ərazisindədir. Alazan-Həftəran vadisində, dəniz səviyyəsindən 255 yüksəklikdə və Qanıxçayın sol sahilində yerləşir. Bələdiyyə mərkəzi Kvareli şəhərindən 16 kilometr məsafədədir. 2014-cü il siyahıyalmasının nəticələrinə görə kənddə yaşayanların sayı 2945 nəfər olmuşdur. Qavazidə XIV əsrə aid memarlıq abidəsi — Qaraca kilsəsi var.
Qağayı
Qağayı (lat. Larus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi. Onlar həm dəniz kənarlarında həmdə göllərdə yayılmışlar. Bir çox növləri sinantrop həyat sürərək insanla birgə yaşayışdan fayda əldə edir. Bir qayda olaraq bu cinsə daxil olan növlərdə ya boz ya da qara rəngli ləkələr müşahidə edilir. İri və orta ölçülərə malik olurlar. Qağayılar üçün növlər arası çütləşmə xarakterikdir.
Bucaq (Qaqauziya)
Bucaq — Moldova Respublikasının tərkibinə daxil olan Qaqauziya Muxtar ərazisində kənd. == Haqqında == Moldova Respublikasının muxtar ərazisi olan Qaqauziyada yerləşən Bucaq kəndində əhalinin sayı 2004-cü ildə əhalinin siyahıya alınmasına dair statistik məlumata əsasən 1525 nəfərdir.. Onlardan 942 nəfəri qaqauz, 305 nəfəri moldovan, 115 nəfəri rus, 85 nəfəri ukraynalı, 56 nəfəri bolqar, 4 nəfəri isə qaraçıdır. Kənd dəniz səviyyəsindən 46 metr yüksəklikdə yerləşir. Kənddə Komrat dəmiryol stansiyası yerləşir. 31 may 1978-ci ildə Moldoviya SSR-nin Komrat rayonundakı "Bucaq" sovxoz-zavod yaşayış məntəqəsi əsasında Bucaq şəhər tipli qəsəbəsi təşkil olunmuşdur. Moldova müstəqillik əldə etdikdən sonra Bucaq şəhər tipli qəsəbədə əhalinin sayının azalması ilə əlaqədar o, kənd adlandırılmışdır.
Qaqauzca Vikipediya
Qaqauzca Vikipediya — Vikipediyanın qaqauz dilində olan bölməsidir.
Qaqauziya Başqanı
Qaqauziyanın Başqanı — Qaqauziyada ali icra vəzifəsinin adı. Vəzifə 23 dekabr 1994-cü il tarixli 344-XIII saylı Qaqauziyanın hüquqi stattusu haqqında qanunun 14-cü maddəsinə əsasən təsis edilib. Ona bölgənin bütün hakimiyyət orqanları tabedir. Başqan ümumi, bərabər, birbaşa, gizli və azad səsvermə ilə dörd il müddətinə seçilir. Eyni şəxs iki dəfədən artıq başqan seçilə bilməz. O Moldova vətəndaşı olmalı, yaşı 35-dən yuxarı olmalı və qaqauz dilini bilməlidir. Başqan Moldova prezidentini tərəfindən hökumət üzvü təsdiq edilir. Başqanın Qaqauziya ərazisində məcburi olan sərəncamlar vermək hüququ vardır.
Qaqauziya Respublikası
Qaqauziya Respublikası (qaq. Gagauz Respublikası) — keçmiş Moldova SSR ərazisində öz-özünü elan etmiş respublika. hüquqi olaraq 1990-cı ildən 1994-cü ilədək, faktiki olaraq isə 1995-ci ilə qədər mövcud olmuşdur. 1994-cü ilin dekabrı — 1995-ci ilin iyul tarixləri ərzində dinc yol ilə Moldova Respublikasının ərazisinə daxil edilmişdir. Hazırda Qaqauziya adlı muxtar ərazidi. == Tarixi == === İlkin dövr === Qaqauz xalqının problemləri haqqında ilk diskussiya 1980-ci illərin sonunda yarandı. 21 may 1989-cu ildə Qaqauz xalqının nümayəndələrinin birinci qurultayı keçirilmişdir. Beləliklə qaqauzların "Qaqauz Xalqı" adlı ictimai hərəkatı yarandı. 1989-cu il noyabrın 12-də Qaqauz xalqının nümayəndələrinin Fövqəladə qurultayı keçirildi, orada Moldova SSR-in tərkibində Qaqauz Muxtar Sovet Sosialist Respublikası elan edildi, amma ertəsi gün Moldova SSR Ali Sovetinin Rəyasət Heyəti Fövqəladə qurultayının qərarını ləğv edib onu konstitusiyaya zidd olduğunu adlandırdı. === Respublikanın elan edilməsi === 1990-cı il avqustun 19-da Moldova SSR-in cənubi çöl xalq deputatlarının I qurultayı keçirildi, orada "Qaqauz xalqının Moldova Respublikasından azadlıq və müstəqillik haqqında bəyannamə" qəbul edildi və SSRİ tərkibində Qaqauziya Respublikası elan edildi.
Qaqauziya bayrağı
Qaqauziya bayrağı — Moldova Respublikası tərkibində yerləşən muxtar respublikası bayrağı.
Qaqauziya gerbi
Qaqauziya gerbi — mavi fonda üzərində yeni doğan qızılı günəş təsvir edilmiş heraldik qalxandan ibarətdir. Qalxan üzərinə Qaqauziya bayrağının sarıldığı qızılı sünbül dəstəsi ilə əhatələnib. Qalxanın aşağı qismində üzüm yarpaqları və budaqları təsvir edilib. Bu respublikanın əsas məhsulunun göstəricisidir. Üç qızılı beş güşəli ulduz isə qalxanın üst hissəsində bərabərtərəfli üçbucaq formasında təsvir edilib. Gerbin müəllifi rəssam Fedor Dudoqludur. Gerb 1994-cü ildə təsdiq olunub.
Qaqauziya himni
"Tarafım" — Qaqauziya muxtariyyətinin rəsmi himni. Sözləri Mina Köseyə, musiqisi isə Mixayıl Kolsaya məxsusdur. 1995-ci ildə musiqisi, 1999-cu ildə isə mətni Qaqauziya Xalq Məclisi tərəfindən rəsmi olaraq qəbul edilib. == Qaqauziya himni haqqında akt == Qaqauziya muxtariyyətinin qanunu. Qaqauz himni haqqında. Qaqauziya Xalq Məclisi qərar qəbul edir: Maddə 1: Qaqauziyanın (Qaqauz yeri) himni kimi bəstəkar Mixayıl Kolsanın musiqisi təsdiq edilsin. Maddə 2: Təsdiq edilsin ki, Qaqauziya (Qaqauz yeri) himni regional və yerli radioda hər gün Moldova Respublikasının himnindən sonra səsləndirilsin. Maddə 3: Qaqauziya (Qaqauz yeri) himninin, təntənəli mərasimlərdə, Moldova Respublikasının bayramlarında, Qaqauziyanın (Qaqauz yeri) bayram və önəmli günlərində ölkənin rəsmi himni səsləndirildikdən sonra sələndirilməsi təsdiq edilsin. Rəhbər (başqan) Qaqauziyanın (Qaqauz yeri) Q.D.Tabunşik Komrat şəhəri 4 dekabr 1995-ci il.
Atauzı (Əbyəlil)
Atauzı kəndi (başq. Атауҙы) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Yangil kənd sovetliyinə daxil olan kənd. == Əhali == == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 52 km., kənd sovetliyindən (Yangil): 15 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitoqorsk): 60 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Atauzı gölü
Atauzı gölü (başq. Атауҙы) — Başqırdıstan Respublikası Əbyəlil rayonu ərazisində yerləşən göl. Göl İşkul kəndindən 6,5 km şərqdə yerləşir. Gölün sahəsi 8,3 km², uzunluğu — 4 km, maksimal eni — 2,1 km, orta dərinliyi 3,4 km, maksimal dərinliyi 6,5 km, hövzəsi 28,6 mln m³; su toplayıcı sahəsi — 69,8 km² təşkil edir. Tektonik xüsusiyyətə malikdir. dibi hamardır. Lilli-qumli suxurlardan ibarətdir. Göl atmosfer yağıntıları və yeraltı sularla qidalanır. Döldə çoxlu sayda balıq növləri yaşayır. Lanşaftı çöl və yaylalardan ibarətdir.
Ağ qağayı
Ağ qağayı (lat. Pagophila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Güləyən qağayı
Güləyən qağayı və ya böyük qarabaş qağayı – qağayıkimilər fəsiləsinə aid quş növüdür. == Təsviri == Olduqca iri ölçülü qağayı növüdür. Uzunluğu 58-67 sm, qanad açıqlığı isə 146-162 sm olur. Qamışlıqlarda, göl adalarında, dəniz sahilində iri koloniyalar halında yerdə 2-4 yumurta qoyaraq yuvalayır. == Ekologiyası == Bu quşlar balıqla, xərçəngkimilərlə, həşərat və hətta kiçik məməlilərlə qidalanır.Güləyən qağayı "Afrika-Avrasiya köçəri su quşunun qorunması haqqında saziş ("AEWA") tətbiq olunan növlərdən biridir.
Labrador qaqası
Labrador qaqası (lat. Camptorhynchus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Qarabaş qağayı
Qağalı (Xudafərin)
Qağalı (fars. قاقالو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (25 ailə).
Qağayı abidəsi
"Qağayı" abidəsi və ya "Qağayı" heykəli — Sumqayıt şəhərinin girəcəyində Bakı-Quba yolunun üzərində ucaldılmış abidə. Abidə 24 ədəd üst-üstə spiral şəklində qoyulan daş və onların üzərində olan qağayı qanadlarından ibarətdir. == Tarixi == Abidə 1964-cü ildə Süleyman Hacıyev tərəfindən hazırlanmışdır. İlk əvvəllər abidə 15 daş blokdan ibarət idi. Bu isə memarın şəhərin 15 illiyi münasibəti ilə sumqayıtlılara ərmağanı olmuşdur. Abidənin üzərində əvvəllər Sumqayıt yazısı olmuşdur. Sonrakı illərdə aparılan dəyişikliklər zamanı isə 15 daş blok prinsipinə əməl edilməmişdir. Üstəlik abidə alüminium konstruksiyalı bloklarla əvəzlənmişdir. Hazırda abidənin hündürlüyü 13 metr təşkil edir. Blokların sayı isə 24 ədədə çatdırılmışdır.