Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qroq
Qroq (ing. grog)-isti alkoqollu içkidir. Romu xatırladan bu içkidə su və şəkər tozu qarışığı da var. Bəzən isti çay kimi də istifadə edilir. İçkinin adı Britaniyanın vitse-admiralı Edvard Vernona (Edward Vernon; 1684—1757)- «Олд Грог» (Old Grog) adından gəlir. O zamanlarda Britaniya Krallığının gəmi heyətinə hər gün 80% -lı rom verilirdi (təqribən 280 millilitr) buda onların öz davranışlarını aparmasında və içkili matroslar arasında davalara səbəb olurdu. Admiral Vernon matroslar arası alkoqulluğu azaltmaq üçün romu yalnız su qatılaraq verilməsini əmr etdi ki, bundan belə rom su və ya limon soku ilə qarışılaraq verilməyə başladı.Bu matrosların ağız dadına uyğun olmadı. Belə ki, bu qarışıqda romun faizi azalmışdı. Onu rom 3 suda və ya qroq adlandırmağa başladılar. Bu içkinin müasir çeşidlərinə müxtəlif qarışıqlar da əlavə edirlər.
Rob
Rob — ad. Rob Burdon — Linkin Parkın zərb alətçisi. Rob Qonsalves — Kanadalı rəssam. Rob Elder — Ficili oxatan.
Eriksson-Qlob
Aviçi Arena — İsveçin Stokholm şəhərində yerləşən çoxməqsədli bağlı arena. 16,000 tamaşaçı tutumuna malikdir. Aviçi Arena dünyanın ən böyük yarım kürə binasıdır və inşaatı iki il çəkib. Arenanın şəkli İsveç Günəş sistemindəki Günəşi təmsil edir. Eyni zamanda Günəş sistemində yer alan Günəşin Dünya üzərindəki ən büyük ölçülü modeli ünvanınada sahibdir. Arenanın tikilməsinə 10 sentyabr 1986-cı il tarixində başlanılıb, 19 fevral 1989-cu il tarixində arena açılıb. İsveçin ən böyük mahnı müsabiqəsi olan (eyni zamanda ölkənin Avroviziya Mahnı Müsabiqəsinə seçim turu olaraq keçirdiyi) Melodifestivalenin finallarına 1989 və 2002-ci ildən 2012-ci ilədək Aviçi Arenada keçirilib. Həmçinin Avroviziya Mahnı Müsabiqəsinə 2000-ci ildə ev sahibliyi etmişdir. Eyni zamanda Aviçi Arenada müxtəlif zamanlarda bir çox dünya ulduzlarının (Cennifer Lopes, Selin Dion, Britni Spirs, Rihanna, Mayli Sayrus, Keti Perri, Lady Gaga, Ariana Qrande və b.) konsertləridə keçirilmişdir. Aviçi Arena 10 may, 12 may və 14 may tarixlərində 2016 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etmişdir.
Gros-Dratov
Gros-Dratof (alm. Groß Dratow‎) — Almaniyada kommunadı, Meklenburq-Ön Pomeraniya əyalətində yerləşir. Muric rayonuna qatılır. Zeenlandşaft Varen tərəfindən idarə edilir. Əhali 387 insan (31 dekabr 2006 il). Sahə 25,77 km². Rəsmi kod — 13 0 56 015.
Nis Qrot
Nis Qrot (d. 4 may 1988) — Niderlandı təmsil edən həndbolçu. Nis Qrot Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Qrod adası
Qrod adası (bolq. остров Грод, ‘Ostrov Grod’ \'os-trov 'grod\) — Cənubi Şetland adalarının Robert adasının şimal-qərbində yerləşən, Onoqur adaları arxipelaqının ən cənubda yerləşən adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 610 m, eni 200 metrdir. Robert adasından 130 m məsafədə yerləşmişdir. Ada Bolqarıstan hökmdarı Qrodun (6-cı əsr) adını daşıyır. Ada Şipot burnundan 940 m cənub-qərbdə, Misnomer burnundan 810 m şimalda yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə daxil edilmişdir. Livingston Island to King George Island. Arxivləşdirilib 2014-02-04 at the Wayback Machine Scale 1:200000.
Qron çayı
Qron çayı (slovak. Hron) —Slovakiyanın ən uzun ikinci çayı olub, Dunay çayının sol qoludur. Ümumi səthinin sahəsi Slovakiyanın ərazisinin 11%-ni təşkil edir. Çayın uzunluğu-298 km, hövzəsinin sahəsi isə-5454,56 km²-dir. İlk əvvəllər çay Hron adı altında "Özünə" adlı topluda 170-ci ildə söylınilir. 1075-ci ilin orta əsrlər yazılarında isə çayın adı Gron kimi qeyd edilir. XVII əsrdən 1930-cu ilə qədər daşıma üçün bu çaydan istifadə olunurdu.
Seprus Qrou
Spryus-Qruv — Kanadanın Alberta vilayətində şəhər.
Grok (çatbot)
Grok — böyük dil modelləri (LLM) əsasında xAI tərəfindən hazırlanmış dialoqlu generativ süni intellekt çatbotu. O, Maskın həmtəsisçisi olduğu OpenAI-ın ChatGPT-nin yüksəlişinə birbaşa cavab olaraq İlon Mask tərəfindən bir təşəbbüs olaraq hazırlanmışdır. Çatbot "yumor hissinə sahib" və Twitter-ə (indiki X) birbaşa çıxış kimi reklam olunur. Hazırda beta sınaq mərhələsindədir. == Zəmin == 2023-cü ilin noyabrında xAI erkən giriş proqramında iştirak etmiş təsdiqlənmiş istifadəçilərlə məhdudlaşan seçilmiş istifadəçilərə üçün böyük dil modellərinə (LLM) əsaslanan çatbotun sınaq versiyasını göstərməyə başladı. İlkin betadan çıxdıqdan sonra botun yalnız X Premium+ abunəçiləri üçün əlçatan olacağı açıqlandı. İlkin baxış zamanı xAI çatbotu "çox erkən beta məhsul – 2 aylıq təlimlə edə biləcəyimizin ən yaxşısı" və "hər keçən həftə sürətlə təkmilləşə bilər" kimi təsvir etdi. == Xüsusiyyətləri == xAI, çatbotun "suallara bir az ağılla cavab vermək" üçün hazırlanmış olduğunu və "üsyankar bir xətt"ə sahib olduğunu, həmçinin "digər Sİ sistemləri tərəfindən rədd edilən mübahisəli suallara cavab verməyə" hazır olduğunu bildirdi. Həmçinin botun "Avtostopçunun Qalaktika bələdçisindən ilhamlanaraq yaradıldığı və demək olar ki, hər şeyə cavab verməsi üçün nəzərdə tutulduğu" bildirildi. X işçisi tərəfindən paylaşılan çıxarışda Grok-dan vulqar bir şəkildə "Milad musiqisini dinləmək nə vaxt uyğundur?" sualına cavab verməsinin istəndiyini göstərir.
GRB 970508
GRB 970508 — 8 may 1997-ci ildə, saat 21:42-də (UTC) qeydə alınan qamma şüası partlayışı (qısaca QŞP). Qamma şüası partlayışı uzaq qalaktikalarda meydana gələn və qamma şüası saçan partlayışlar və bunların ortaya çıxardığı parıltıdır. Əsasən uzun müdət davam edən "artıq parıltı" (Rentgen şüaları, ultrabənövşəyi şüalanma, infraqırmızı şüalanma, radiodalğalar) ilə müşahidə olunur. GRB 970508 İtaliya-Hollandiya istehsalı peyk BeppoSAX-ın Qamma Şüası Partlayış Müşahidəçisi tərəfindən qeydə alınmışdır. Astronom Mark Metzqer GRB 970508-in Yerdən azı 6 milyard işıq ili uzaqlıqda qeydə alındığını bildirmişdir. Bu bir qamma şüası partlayışı üçün verilən ilk uzaqlıq statistikasıdır. Bu partlayışa qədər astronomlar GRP-ların Yerdən nə qədər uzaqlıqda baş verdiyini necə müəyyən edəcəklərinə qərar verməmişdilər. Bəzi astronomlar patlayışların Süd Yolu qalaktikasında meydana gəldiyini; amma sönük olduqları, çünki çox enerjiyə sahib olmadıqlarını düşünürdülər. Bəziləri bunun əksinin olduğunu düşünürdü. Bu partlayış partlayışların qaynağının qəti olaraq Süd Yolunun xarici olduğunu göstərmişdir.
Rob Bourdon
Rob Bourdon — Linkin Parkın zərb alətçisi. 1996-cı ildən bu günə qədər Linkin Park qrupunda fəaliyyət göstərir. Linkin Park qrupuna gəlməmişdən əvvəl ofisant işləmişdir.
Rob Burdon
Rob Bourdon — Linkin Parkın zərb alətçisi. 1996-cı ildən bu günə qədər Linkin Park qrupunda fəaliyyət göstərir. Linkin Park qrupuna gəlməmişdən əvvəl ofisant işləmişdir.
Rob Duqan
Rob Dugan (ing. Rob Dougan; mart 1969, Sidney) — müxtəlif musiqi janrlarını sintez edən bəstəkardır. Onun kompozisiyaları özündə orkestr musiqini, trip-hop və ivokal elementlərini əks etdirir, eyni zamanda, qismən elektron musiqiyə aid edilir. 1995-ci ildə buraxılmış və "Matritsa", sonralar isə "Bleyd" treylerində istifadə edilmiş «Clubbed to Death (Kurayamino variation)» sinqlı ilə məşhurlaşmışdır. "Clubbed to Death" 2002-ci ildə işıq üzü görmüş və müəllifin debüt albomu hesab edilən «Furious Angels» albomuna daxil edilmişdir. 1-CD [RDR Album Volume 1.- Clubbed to Death] (11 kompozisiya, 1995 il). «Furious Angels». 1-CD (14 kompozisiya, 2002 il) baza redaksiyasında. 2-CD (15+10 kompozisiya, 2003 il) təkrar nəşr (ikinci disk birinci diskin instrumental versiyasıdır). 1994: «Hard Times».
Rob Elder
Rob Elder (25 aprel 1981, Suva, Fici) — Ficili oxatan. Rob Elder Ficini 2004, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Rob Elder birinci dəfə Olimpiya Oyunlarına 2004-ci ildə qatıldı. O, Afinada baş tutan XXVIII Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Park Kyung-Mo ilə üz-üzə gəldi. Həmin görüşdə Rob Elder rəqibinə 138:154 hesabı ilə uduzdu. Rob Elder özünün ikinci Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Kim Bun-Min ilə üz-üzə gəldi. Həmin görüşdə Rob Elder rəqibinə 2:3 hesabı ilə uduzdu. Rob Elder növbəti Olimpiya Oyunlarına 2016-ci ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Vei Çun-Heng ilə üz-üzə gəldi.
Rob Qonsalves
Rob Qonsalves (ing. Rob Gonsalves; d. 1959, Toronto, Kanada) — Kanadalı rəssam. Rob Qonsalves 1959-cu ildə Kanadanın Toronto şəhərində qaraçı ailəsində anadan olmuşdur. Ən böyük arzusu memar olmaq olsa da, uaqlıqdan rəsmə marağı var idi. Salvador Dalinin yaradıcılığı ilə tanış olduqdan sonra isə onun sürrealizmə olan diqqəti daha artır. Rob Qonsalves 70-dən çox əl işinin müəllifidir. Onun əsərlərinə dünyanın bir çox aparıcı insanları, hətta senatın özü də biganə qalmamışdır. İlk mühüm sərgisi 1990-cı ilə Torontoda təşkil olunmuşdur. Müxtəlif zamanlarda Nyu-York və Los-Ancelesdə "Art expo", Las-Veqasda "Dekor" adlı rəsm sərgiləri təşkil olunmuşdur.
Rob Barel
Rob Barel (23 dekabr 1957, Amsterdam) — Niderlandı təmsil edən triatlonçu. Rob Barel Niderlandı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 43-cü pillədə başa vurdu.
Grab the Moment
Grab the Moment (azərb. Anı tut‎) — Norveçin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Norveçli duet JOWST və Aleksandar Valmann "Grab the Moment" mahnısı ilə Norveçi Avroviziya 2017-də təmsil etmişdir. Mahnının musiqisi və sözləri Yoakim Uid Stin (JOWST) və Conas MakDonnell tərəfindən bəstələnmişdir.
Munja I Grom
Munja I Grom (azərb. İldırım və şimşək‎) — Bosniya və Herseqovinanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş mahnı. Mahnını Vukajin Brajic ifa edib.
Qros Morn dağı
Qros Morn dağı (fr. Gros Morne) — Reyunyon adasında yerləşən dağ. Zirvə dəniz səviyyəsindən 3019 metr yüksəklikdə yerləşir. Adanın ikinci ən böyük zirvəsidir. Qros Morndan şimalda Silao şəhəri yerləşir. Piton-de-Nej massivinin tərkibinə daxildir. Vulkanin massiv olsa da aktiv deyildir. Ətəkləri sıldırımlıdır. Əsasən bazalt təbəqədən təşkil olunmuşdur Dağa çıxmaq elədə çətin bir iş olmasada zirvənin ilk fəthi 1939-cu ildə gerçəkləşmişdir.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
Alen Rob-Qriye
Alen Rob-Qriye(fr. Alain Robbe-Grillet, 18 avqust 1922[…] – 18 fevral 2008[…], Kann[d], Kalvados, Fransa) — Fransa kinorejissoru, yazıçı. == Həyatı == Alen Rob-Qriye 18 avqust 1922-ci ildə mühəndis ailəsində anadan olmuşdur. Yazıçı olmazdan öncə o, aqronom işləmişdir. Öz əsərlərində həmişə obyektivizmə əsaslanan Rob Qriye əsərlərində hər şeyin necə var elə – yazıçının müdaxiləsi olmadan verilməsinin tərəfdarı idi. Yazıçıya şöhrət gətirən əsəri "Rezinlər" romanı olub. Bu, bizə yunan mifologiyasından məlum olan Edip əhvalatının çətinləşdirilmiş variantı idi. Onun məşhur əsərləri sırasına "İzləyən", Amerika tənqidçiləri tərəfindən şedevr sayılan "Qısqanclıq" romanları da daxildir. Yazıçılıqdan əlavə Rob Qriye özünü kino sahəsində də sınamışdır. O, Alen Renenin "Keçən yay Marienbadedə" filminin ssenarisini işləmiş və buna görə "Oskar" mükafatını qazanmışdır.
Qro Harlem Brundtland
Qro Harlem Brundtland (norv. Gro Harlem Brundtland, ɡruː hɑːɭɛm brʉntlɑnː dinlə; 20 aprel 1939[…], Berum, Akersxus[d]) — Norveçin ictimai-siyasi xadimi, baş naziri. Qro Harlem 1939-cu ildə Norveçin Berum şəhərində, əvvəl səhiyyə və sosial məsələlər, sonra müdafiə naziri olmuş həkim Qudmund Harlemin və “radikal sosialist”, Stokholmda dövlət vəzifəsində çalışan ilk vəkil qadın İnqa Sandberqin ailəsində anadan olub. 1940-cı ilin aprelində Almaniya Norveçə hücum etdiyi üçün valideynləri onu Stokholma - nənəsinin (vəkil Marqaret Sandberqin) yanına göndərərək özləri işğalçılara qarşı müqavimət hərəkatına qoşulublar. Amma 3 il sonra onlar da ölkəni tərk edib ora getmək məcburiyyətində qalıblar. Müharibədən sonra ailə Osloya geri qayıdıb, Qro Ruselyokka məktəbində təhsil almağa başlayıb, Norveçin ilk siyasi təşkilatlarından olan İşçi Pariyasının uşaq təşkilatına üzv olub. Heqdehaugen məktəbində oxuduğu illərdəsə Sosialist Şagirdlər Assosiasiyasının qurulmasında iştirak edib. Həmin illər haqqında Qro Harlem memuarlarında belə yazır: “Evimizdəki kitab rəfləri fəhlə hərəkatı, sosial demokratiya, Karl Evanqın seksual təhsil kitablarıyla doluydu. Evimizdəki siyasi müzakirələr, o cümlədən, İşçi Partiyasının üzvü olan atamın Norveç hökumətində nazir vəzifəsinə təyin olunması da mənə ciddi təsir etmişdi. Qadın fəhlələrin 1887-ci ildə Kristianadakı ilk tətili haqqında valideynlərimin danışdıqları da yaddaşımda dərin iz buraxmışdı.
La-Balm-le-Qrot
La-Balm-le-Qrot (fr. La Balme-les-Grottes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38026. Kommunanın 1999-cu il üçün əhalisi 675 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 192 ilə 383 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 40 km cənub-şərqdə, Qrenobldan 80 km şimalda yerləşir.
Qros-Morn Milli Parkı
Qros-Morn Milli Parkı – Kanadada yerləşən milli park. YUNESKO-nun Dünya irsi siyahısındadır. Qros-Morn Milli Parkı Kanadanın Yenidünya bölgəsinin qərbində 1.805 km² sahəsi ilə Kanadanın Atlantik okeanı sahilindəki ikinci ən böyük milli parkıdır. Geoloji tarixi və möhtəşəm mənzərələri ilə 1987-ci ildə WHS elan edilmişdir. Şimali Amerika qitəsinin ən uc bölgəsi olan bu sahə tektonik fəaliyyətlərə məruz qalmışdır. Parkda eyni zamanda buz fəaliyyətləri nəticəsində yaranmış ada da görmək mümkündür. Fiyordları, şəlalələri, gölləri, buzlaq vadiləri, geoloji strukturları ilə çox görkəmli bir mənzərəyə sahibdir.
Qros Morn Milli Parkı
Qros-Morn Milli Parkı – Kanadada yerləşən milli park. YUNESKO-nun Dünya irsi siyahısındadır. Qros-Morn Milli Parkı Kanadanın Yenidünya bölgəsinin qərbində 1.805 km² sahəsi ilə Kanadanın Atlantik okeanı sahilindəki ikinci ən böyük milli parkıdır. Geoloji tarixi və möhtəşəm mənzərələri ilə 1987-ci ildə WHS elan edilmişdir. Şimali Amerika qitəsinin ən uc bölgəsi olan bu sahə tektonik fəaliyyətlərə məruz qalmışdır. Parkda eyni zamanda buz fəaliyyətləri nəticəsində yaranmış ada da görmək mümkündür. Fiyordları, şəlalələri, gölləri, buzlaq vadiləri, geoloji strukturları ilə çox görkəmli bir mənzərəyə sahibdir.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Rob-B-Hood (film, 2006)
Rob-B-Hood (ing. Rob-B-Hood, çin. 寶貝計劃) — film 2006-cı ildə Benni Çanın rejissorluğu ilə döyüş komediya janrında çəkilmişdir. Filmin premyerası 8 sentyabr 2006-cı ildə, Rusiyada isə 13 sentyabr 2007-ci ildə baş tutdu. Rus kassasında filmin adı "Robin Hood", "30,000,000 üçün körpə", "Uşaq bezlərində xəzinə" adları ilə məşhurdur. Film üç itkin oğrunun hekayəsindən bəhs edir. Hər cür qumarda daim xarab olan bir kirpik. Bir ahtapot bütün pullarını zəngin xanımları evləndirmək ümidi ilə xərcləyir, baxmayaraq ki, əslində onun artıq bir arvadı var. Öz patronu və müəllimi, təqaüdə çıxacaq sahibi, özü də bütün əmanətlərindən soyulana qədər. Narkotik və ya köpək balığı olsun, çevrilən hər şeyi oğurlamağa hazır olduqları təəccüblü deyil.
Ereb
Ereb (yun. Ἔρεβος; lat. Erebus, mənası zülmət, qaranlıq deməkdir.) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə daimi zülməti tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niksin qardaşı və ondan dünyaya gətirmiş olduğu Efir və Hemeranın atasıdır. Mifologiyaya görə, yeraltında qalan mağaralar və digər qaranlıqlar Erebin hökmündədir.
Eros
Eros (yun. Ἔρως) — qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı. Afroditanın və Aresin qızıl qanadlı oğludur. O öz oxu ilə nəinki insanların hətta tanrıların da ürəyini "yaralayarmış". O, insanlara ən gözəl duyğuları yaşatdırarmış. Ən qəddar insanları belə yumuşaltmağa qadir Erot onların həyatını bəzəyər və canlandırarmış. Erotika sözünün də Erotun adından götürüldüyü bildirilir. Erotun Psixeya adlı sevgilisi olmuşdur. == Mənşəyi == Hesiod teoqoniyasına görə Xaos, Geya və Tartardan sonra doğulmuş ilk tanrılardan biridir. == Eşq və nifrət tanrısı == Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çıxmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır.
Erot
Eros (yun. Ἔρως) — qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı. Afroditanın və Aresin qızıl qanadlı oğludur. O öz oxu ilə nəinki insanların hətta tanrıların da ürəyini "yaralayarmış". O, insanlara ən gözəl duyğuları yaşatdırarmış. Ən qəddar insanları belə yumuşaltmağa qadir Erot onların həyatını bəzəyər və canlandırarmış. Erotika sözünün də Erotun adından götürüldüyü bildirilir. Erotun Psixeya adlı sevgilisi olmuşdur. == Mənşəyi == Hesiod teoqoniyasına görə Xaos, Geya və Tartardan sonra doğulmuş ilk tanrılardan biridir. == Eşq və nifrət tanrısı == Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çıxmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır.
Froj
Froj (fr. Froges) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38175. Kommunanın 2012-ci il üçün əhalisi 3393 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 965 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Gerb
Gerb (pol. herb alm. Erbe‎ — irs) və ya Tuğra - irslə ötürülən və ölkəni, şəhəri, nəsli, fərdi xarakterizə edən elementlərlə bəzədilmiş emblem. Gerblərləri heraldika elmi tədqiq edir. Gerb aşağıdakı əsas qruplara bölünür: dövlət gerbləri, torpaq gerbləri (şəhər, vilayət, quberniya, əyalət və s.), korporativ gerbləri (orta əsr sexləri), nəsil gerbləri (zadəgan nəsilləri).
Gərab
Gərab (Luristan)