Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qamışlu
Qamışlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. 1590-cı ilə aid mənbədə Rəvan əyalətinin Sürməli nahiyəsində Qamışlı kəndi qeyd olunur. 1918-ci ildə kənddən əhali qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Tsartonk adlandırılmışdır. 1728-ci ilə aid mə'lumatda Kamişli kimidir . Həmin mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Kamişlu kəndinin də adı çəkilir . Rayon mərkəzindən 15 km məsafədə, Böyük Qarasu çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində işlənən qamış bitki adına -lı şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir.
Qargülü
Xədicəgülü (lat. Galanthus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Acrocorion Adans.
Qarqulu
Qarqulu — Azərbaycan Respublikasının Zəngilan rayonunun Bartaz kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Yerli məlumata görə, bu yaşayış məntəqəsini XIX əsrdə Naxçıvanda mövcud olmuş Qarqulu kəndindən gələn ailələr salmışlar. Kəndin adı çox güman ki, qarqu (qamış) sözü ilə bağlıdır. Kənd Mehri silsiləsinin ətəyində yerləşir.
Qəribli
Qəribli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Şahmar Qəribli — azərbaycanlı rejissor, aktyor. İslam Qəribli — f.e.d, yazıçı-ədəbiyyatşünas, Kəndlər Qəribli (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Qəribli (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Ağ qargülü
Krasnov qargülü
Musa Qəribli
Qarqulu (Cəlilabad)
Qarğılı (əvvəlki adı: Qarqulu) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Mikayıllı kənd inzibati ərazi dairəsi tərkibindəki Qarqulu kəndi Qarğılı kəndi adlandırılmışdır. Yerli məlumata görə, kənd Qarqulu yeri adlı qışlaq ərazisində salındığına görə belə adlandırılmışdır. Bu, həmin ərazidə çoxlu qamış olması ilə bağlıdır. Burada qamışa qarğı (qarqu) deyilir. 2001-ci ildən kəndin adı Qarğılı kimi rəsmiləşdirilmişdir. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 853 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarqulu (Zəngilan)
Qarqulu — Azərbaycan Respublikasının Zəngilan rayonunun Bartaz kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Yerli məlumata görə, bu yaşayış məntəqəsini XIX əsrdə Naxçıvanda mövcud olmuş Qarqulu kəndindən gələn ailələr salmışlar. Kəndin adı çox güman ki, qarqu (qamış) sözü ilə bağlıdır. Kənd Mehri silsiləsinin ətəyində yerləşir.
Qarqulu (dəqiqləşdirmə)
Qarqulu (Zəngilan) — Zəngilan rayonunda kənd. Qarqulu (Cəlilabad) — Cəlilabad rayonunun Qarğılı kəndinin 27 mart 2001-ci ilə qədərki adı.
Qarqulu Çəm
Qarqulu Çəm (az-əbcəd. قارقولو چَم‎, fars. قارقلی‌چم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 609 nəfər yaşayır (192 ailə).
Qəribli (Ağdaş)
Qəribli — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qəribli kəndi Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qəribli kənd inzibati ərazi vahidi yaradılmışdır.
Qəribli (Tovuz)
Qəribli — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Yerli məlumata görə, kəndi vaxtilə Qərib adlı şəxs saldığına görə belə adlanmışdır. Əslində, bu tipli oykonimlər başqa yerdən gəlmiş, köçmüş ailələrin məskunlaşması ilə bağlıdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Zəyəmçayın sahilində, Haçaqaya dağının ətəyində yerləşir. Kənddə Qəribli kənd kitabxana filialı, Qəribli kənd klubu fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənd ərazisində Haçaqaya ziyarətgahı yerləşir Kənddə Qəribli kənd həkim məntəqəsi yerləşir.
Qəribli bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Voronov qargülü
Xaqani Qayıblı
Qayıblı Xaqani İsmayıl oğlu (1 mart 1964, Zemo Ləmbəli, Kaxetiya) — şair, tərcüməçi, publisist, ictimai xadim, professor, Estoniya prezidentinin şəxsi tərcüməçisi, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, 2016-cı ildən katibi, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzi müdiri, fəxri Estoniya vətəndaşlığı alan ilk türk, Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alim. Xaqani Qayıblı (1991-ci ilə qədər Xaqani Qayıbov, Türk Dünyasında isə Hakani Gayıblı və Hakan Kayısoy kimi də tanınır) 1 mart 1964-ci ildə Gürcüstanda, Aran Borçalıda - Qaraçöp mahalının Ləmbəli kəndində anadan olub. Şəcərəsi Qazax rayonunun Salahlı kəndindən, məşhur Qayıbovlar nəslindəndir. Səkkizillik məktəbi doğma elində, orta ixtisas məktəbini Azərbaycanın Qazax rayonunda fərqlənmə ilə bitirib. 1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyaya, Tartu Universitetinə göndərilib. Eyni müddətdə həm filologiya, həm də jurnalistika fakültələrində təhsil alaraq, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbədir. 2004-cü ildə ekstern yolu ilə Ankara Universitetini bitirib. 1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir. 1997-ci ildən Estoniya prezidentinin şəxsi tərcüməçisidir. 1998-ci ildən Tartu Universiteti Türk Dili Mərkəzi müdiridir.
İslam Qəribli
İslam Eynəli oğlu Qəribli (5 may 1954, Molalan, Lerik rayonu) — f.e.d, yazıçı-ədəbiyyatşünas, "Qızıl Qələm" mükafatı laureatı. İslam Eynəli oğlu Qəribli 5 may 1954-cü ildə Lerik rayonunun Molalan kəndində anadan olmuşdur. İbtidai təhsilini doğulduğu kənddə almış, orta təhsilini isə qonşu Şingədulan kənd orta məktəbində tamamlamışdır. 1971–1975-ci illərdə ADPU-nun filologiya fakültəsində oxumuş, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1975 −1979-cu illərdə Biləsuvar rayonunun Əmənkənd kəndində müəllim və tədris işləri üzrə direktor müavini vəzifələrində çalışmış, 1979–1990-cı illərdə Lerik payonunun Murya, Kaqoy, Molalan kəndlərində müəllim və məktəb direktoru olmuşdur. 1990-cı ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutuna dəvət olunmuş, hazırda həmin İnstitutun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir. "Məhəmməd Hadinin "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah" poeması adlı namizədlik, "M. Hadinin ədəbi-bədii irsi Azərbaycan dövri mətbuatında(1905–1920)" adlı doktorluq dissertasiyasının müəllifidir. Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub. İ. Qəribli aşağıdakı kitabların müəllifidir: "Ağçaydan başlanan yol", Bakı, "Ozan" nəşriyyatı −1997, 72 səh., tirajı 500 (Redaktoru Allahverdi Məmmədli) "Sönməyən ocaq", Bakı, "Mütərcim" nəşriyyatı −1997, 432 səh., tirajı 1000(Məsləhətçi filologiya elmləri doktoru, prof. Xeyrulla Məmmədov, redaktoru Allahverdi Məmmədli) "Məhəmməd Hadinin "İnsanların tarixi faciəlıəri, yaxud əlvahi-intibah" poeması, Bakı, "Elm" nəşriyyatı-2001, 121 səh., tirajı 500(Kitab AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub.
Şahmar Qəribli
Qəribli Şahmar Qərib oğlu — azərbaycanlı rejissor, aktyor. Şahmar Qəribli 1952-ci ildə anadan olmuşdur. 1971-1975-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində təhsil alıb. Ədil İsgəndərov­dan sə­nə­tin sir­lə­ri­nin öy­rən­ib. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə "Lider" telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. Şahmar Qəribli 40-a yaxın filmdə irili-xırdalı rollar ifa edib. 2014-cü ildə Mosk­va­da çox­se­ri­ya­lı "Jas­min" fil­mi­nə çə­ki­lib və Ka­mal ro­lu­nu oynayıb..
Aysel Qəribli
Aysel Nizami qızı Qəribli — Azərbaycanlı alim, ən gənc Filologiya üzrə elmlər doktoru (33 yaş), dossent, Türkologiya jurnalının məsul katibi. Azərbaycanda elmlər doktoru elmi dərəcəsini almaq üçün müdafiə edən ən gənc alim. == Həyatı == Aysel Nizami qızı Qəribli 6 mart 1990-cı ildə Qazax şəhərində anadan olub. 2007–2012-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr pilləsində təhsil alıb. 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsində elmi fəaliyyətinə başlayıb, 2013-cü ildə Tətbiqi dilçilik şöbəsinə keçib. 2012–2014-cü illərdə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində magistr pilləsini oxuyub. 2013-cü ildə "Azərbaycan dili qloballaşan dünyada" adlı kitabı dərc olunub. 2014–2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsində çalışıb. 2015-cil ildə "Azərbaycan təriqət şeirinin leksikası" adlı kitabı nəşr edilib. 2017-ci ildə "XIX əsr təriqət şeirinin lüğət tərkibi" mövzusunda dissertasiya işini müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi adını alıb.
İsmayıl Qəribli
İsmayıl Cavanşir oğlu Qəribli (10 yanvar 1984, Axaməd, İliç rayonu) — Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VI çağırış deputatı. İsmayıl Qəribli 10 yanvar 1984-cü ildə Şərur rayonunun Axaməd kəndində anadan olmuşdur. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini Hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin Magistratura fakültəsini Dövlət hüququ ixtisaslaşması üzrə bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların ixtisasının artırılması fakültəsini Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir. 2005–2006-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2007-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində sədrin köməkçisi vəzifəsində işləmişdir.2007–2009-cu illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş şöbəsində məsləhətçi, 2009–2015-ci illərdə Ali Məclis Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi və böyük məsləhətçi vəzifələrində işləmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 oktyabr 2015-ci il tarixli 325–04/S nömrəli sərəncamı ilə İsmayıl Cavanşir oğlu Qəribli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsinə təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 dekabr 2020-ci il tarixli 49-VI FR nömrəli fərmanı ilə İsmayıl Qəribli Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsinə təyin edilmişdir. 2009-cu ildən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin "Hüquq fənləri" kafedrasında müəllim, 2022-ci ildən baş müəllim işləyir.
Qəribli bələdiyyəsi (Tovuz)
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.