Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hasil
Hasil — vurma əməlində alınan rəqəmə deyilir. Məsələn: 6 ifadəsi 2 və 3 (həmçinin, 1 və 6) rəqəmlərinin vurulmasından, x ⋅ ( 2 + x ) {\displaystyle x\cdot (2+x)} hasili x {\displaystyle x} və ( 2 + x ) {\displaystyle (2+x)} ifadələrinin vurulmasından alınmışdır. == Xarici keçidlər == Product on Wolfram Mathworld Product at PlanetMath.org.
Qabil
Qabil — Kişi adı və təxəllüs.
Qatil
Qatil — qətli törədən cinayətkar şəxsə verilən addır. Öldürən, adam öldürən, cani deməkdir.
Qaşıq
Qaşıq - yemək yeyən zaman istifadə olunan mətbəx ləvazimatı. Yarım kürəvari şəklə sahibdir. Sulu, yaxud dənəli yeməkləri yeyilməsində istifadə olunur. Deşikli qaşıqlardan maye olmayan, yaxud mayedə həll olunmayan hissəcikləri, ya da köpüyü yığmaq üçün istifadə olunur. Salat, qızardımış kartof kimi iri dənəli qidaların servis olunmasında iki qaşıq maşa kimi istifadə olunur. Qaşıqlardan biri baş, işarət və üzük barmaqları ilə, digəri isə balaca, orta və üzük barmaqları ilə tutulur.
Qəsil
Aşağı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. Yuxarı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd.
Xaşıl
xəşil — is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü). (2 nəfərlik) 1 stəkan un 3 stəkan qaynadılmış soyuq su 1/3 çay qaşığı duz Bəkməz (doşab) əridilmiş kərə yağı Şəkər tozu Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq. ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın. Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk. Yemək getdikcə qatılaşacaq.
Yaşıl
Yaşıl – rənglərdən biri. Sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir. Yaşılı Meksika, Avstraliya, İrlandiya və Misirdə daha çox sevirlər. Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir. Yaşıl bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir.
Qasım
Qasım — kişi adı. Qasım Qasımov Qasım Qasımov (mühəndis) Qasım Qasımov (siyasətçi) Qasım Qasımov (repressiya qurbanı) Qasım Abdullayev (xanəndə) — xanəndə. Qasım Rzayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Qasım İsmayılov — Azərbaycan siyasətçisi Xəstə Qasım — XVIII əsr Azərbaycan aşığı.
Fasil-Gebbi
Fasil-Gebbi və ya Kral tikilisi (amh. ፋሲል ግቢ — Fasil Ghebbi) — Efiopiyanın Qondar şəhərindəki qala dağıntılarıdır. 17-ci əsrdə İmperator Fasiledes (Fasil) tərəfindən qurulmuşdu və Efiopiya imperatorlarının evi idi. Unikal memarlığı Nubiya üslubları da daxil olmaqla müxtəlif təsirləri nümayiş etdirir. Ərazi 1979-cu ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Gebbi amhar dilində bir tikili və ya əlavə üçün istifadə olunur. Kompleksə Fasiledes qalası, I İyasu sarayı, III Devit salonu, ziyafət salonu, tövlələr, İmperatriçə Mentevab qalası, bir dəftərxana, kitabxana və üç kilsə daxildir. == Tarix == Fasil-Gebbinin mənşəyinə, Efiopiya imperatorlarının əmlaklarını gəzib kəndlilərin məhsullarından yayınmaq və çadırlarda məskunlaşmaq kimi köhnə ənənələrində rast gəlmək olar. Bu əlaqəni əks etdirərək məntəqə tez-tez katama ("düşərgə" və ya "möhkəmləndirilmiş qəsəbə") və ya I Baida Məryəmin Kral salnaməsindəki imperiya düşərgəsinə tətbiq olunan makkababya adı ilə anılır. İmperator Fasiledes bu köçərilik ənənəsini pozdu və Qondar şəhərini özünün paytaxtı olaraq qurdu.
Fasil-Qebbi
Fasil-Gebbi və ya Kral tikilisi (amh. ፋሲል ግቢ — Fasil Ghebbi) — Efiopiyanın Qondar şəhərindəki qala dağıntılarıdır. 17-ci əsrdə İmperator Fasiledes (Fasil) tərəfindən qurulmuşdu və Efiopiya imperatorlarının evi idi. Unikal memarlığı Nubiya üslubları da daxil olmaqla müxtəlif təsirləri nümayiş etdirir. Ərazi 1979-cu ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Gebbi amhar dilində bir tikili və ya əlavə üçün istifadə olunur. Kompleksə Fasiledes qalası, I İyasu sarayı, III Devit salonu, ziyafət salonu, tövlələr, İmperatriçə Mentevab qalası, bir dəftərxana, kitabxana və üç kilsə daxildir. == Tarix == Fasil-Gebbinin mənşəyinə, Efiopiya imperatorlarının əmlaklarını gəzib kəndlilərin məhsullarından yayınmaq və çadırlarda məskunlaşmaq kimi köhnə ənənələrində rast gəlmək olar. Bu əlaqəni əks etdirərək məntəqə tez-tez katama ("düşərgə" və ya "möhkəmləndirilmiş qəsəbə") və ya I Baida Məryəmin Kral salnaməsindəki imperiya düşərgəsinə tətbiq olunan makkababya adı ilə anılır. İmperator Fasiledes bu köçərilik ənənəsini pozdu və Qondar şəhərini özünün paytaxtı olaraq qurdu.
Hasil Abdullayev
Hasil Fətəliyev
Fətəliyev Hasil Kamaləddin oğlu — Azərbaycan şərabçılığı tarixində ilk doktor və professor. == Həyatı == Fətəliyev Hasil Kamaləddin oğlu 1959-cu ildə Azərbaycan Respublikasının Zərdab rayonunda müəllim ailəsində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti — ADAU) "Meyvə-tərəvəzçilik və üzümçülük" fakültəsinin "üzümçülük və üzümün ilkin emalı" ixtisaslaşmasını fərqlənmə diplomu ilə (Lenin təqaüdü ilə) bitirmiş və SSRİ Kənd Təsərrüfatı Nazirliyinin göndərişinə əsasən həmin institutda assistent vəzifəsinə təyin edilmişdir. Moskva Yeyinti Sənayesinin Texnologiyası İnstitutunun "Şərabçılığın texnologiyası" kafedrasında birillik elmi stajkeçməyə göndərilmiş və sonra aspiranturada təhsil almışdır. 1987-ci ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1991-ci ildən dosentdir. 2005-ci ildə doktorluq dissertasiya işini müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi, sonra isə professor elmi adı almışdır. Professor H. K. Fətəliyev 192 elmi əsərin, o cümlədən, 15 müəlliflik şəhadətnaməsi və patentin, 5 dərslik, 5 dərs vəsaiti, 1 monoqrafiya, 3 tövsiyə və bir neçə elmi populyar vəsaitin, 150-dən çox elmi məqalə və metodik göstərişlərin müəllifidir. 30 elmi əsəri xarici ölkələrin sahəyə dair ən aparıcı jurnallarında nəşr olunmuş, elmi tədqiqat işlərinin nəticələrinə dair Türkiyə, Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Fransa, Almaniya və digər ölkələrdə keçirilən konfrans və simpoziumlarda məruzələr edilmişdir. Professor H. K. Fətəliyevin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 5 nəfər texnika üzrə fəlsəfə doktoru və 1 nəfər elmlər doktoru hazırlanmışdır.
Keit Qasım
Keit Qasım — Hamrin bölgəsində (Mərkəzi Mesopotamiya) eramızdan əvvəl 5-ci minilliyin birinci yarısından başlayaraq üçlü yaşayış təbəqəsinə malik arxeoloji abidə.
Mark Qasol
Mark Qasol (isp. Marc Gasol; d. 29 yanvar 1985, Barselona, İspaniya) — İspan peşəkar basketbol oyunçusu. NBA liqində Memfis Qrizzlisdə oynayır. 2007 NBA seçmələrində mərhələ 2, yığma 48, Los-Anceles Leykers tərəfindən seçilib. Mərkəz mövqeyində oynayan basketbolçu, NBA liqində oynayan Pau Qasolun qardaşıdır. Boyu 2.16 sm-dir. == Həyatı == 1985-ci ildə anadan olub. Sonralar ailəsi ilə birliktə Amerika Birləşmiş Ştatlarına köçüblər. Kolleci orada bitirib.
Muzdlu qatil
Muzdlu qatil — bir şəxsi və ya şəxsləri öldürmək üçün pul ilə müqavilə əsasında fəaliyyət göstərən cinayətkar. Bəzən hegomon qruplar və ya şəxslər arasında düşən mübahisəni muzdlu qatil tutmaqla və kiminsə öldürülməsi ilə son qoyulur. Əsasən ABŞ, Yaponiya, Rusiya və İtaliya kimi dövlətlərdə, mafiyanın ayaq açıb yeridiyi ölkələrdə bu cinayətkar qatillərdən tez-tez istifadə olunur. Türkiyədə də siyasi qətillər zamanı, dərin dövlətin istəmədiyi şəxsləri aradan qaldırmaq üçün muzdlu qatillərdən istifadə olunduğu ehtimal olunur. Muzdlu qatillər əsasən keçmiş hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşlarından təşkil olunurlar.
Məşədi Qasım
Məşədi Qasım Hacı Kərim oğlu (1863, Daşkənd, Yeni Bəyazid qəzası – 1921, Şuşa) — erməni daşnaklarına qarşı vuruşan xalq qəhrəmanı, sərrast gülləatan. Məşədi Qasım 1863-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edib. Göyçədən Qarabağa gəlib, laçınlı Sultan bəylə bərabər ermənilərə qarşı döyüşüb. Bir neçə il Sultan bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə Göyçəyə qayıdarkən Şuşada vəfat edib və orada da dəfn olunub. Qardaşı Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra oğlu Fəzi əmisi Kərbəlayi Əmrahla yenidən dədə-baba yurduna qayıdıb. Məşədi Qasımın nəvələri, nəticələri və digər qohumları hazırda Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayırlar. 11-ci sinif "Azərbaycan tarixi" dərsliyində: Göyçə mahalının kəndləri də daşnak quldur dəstələrinin hücumlarına məruz qalırdı. Həmin mahalın Daşkənd kəndinin sakini Məşədi Qasım kişi erməni quldurlarına qarşı mübarizədə ad qazanmışdı.
Orta Qəsil
Orta Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qulbəndə kənd inzibati ərazi dairəsində kənd. Dadaşova Gözəl Alı qızı — d.
Qabil Abbasoğlu
Qabil Abbas oğlu Rüstəmov (16 dekabr 1968, Eyvazalılar, Jdanov rayonu) — 2008-2021-ci illərdə "Lent.az" informasiya agentliyinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Pressklub.az saytının baş redaktoru Qabil Abbasoğlu 1968-ci il dekabr ayının 16-da Beyləqan rayonunun Eyvazalılar kəndində dünyaya gəlib. 1975-1985-ci illərdə orta məktəbdə təhsil alıb. 1986-cı ildə Gəncə Kənd Təsərrüfatı İnstitutuna qəbul olub. 1992-ci ildə mühəndis-mexanik ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildən "Yeni Müsavat" qəzeti ilə əməkdaşlıq edərək, jurnalist fəaliyyətinə başlayıb. 1992-ci ildə AzərTAc-ın Gəncəbasar İnformasiya mərkəzinin baş redaktoru olub. 1993-cü ildən fəaliyyətini Bakıda - "Cümhuriyyət", "Müxalifət" və "Yeni Müsavat" qəzetlərində baş redaktorun müavini, şöbə redaktoru kimi davam etdirib. 2005-ci ilin yanvar ayına qədər "Yeni Müsavat", həmin ilin fevral ayında isə "Gün-səhər" qəzetlərində müvafiq olaraq, baş redaktorun müavini və baş redaktor kimi fəaliyyət göstərib. 2008-ci ilin iyun ayında Lent.az saytının rəhbəri vəzifəsinə təyin olunub. 2021-ci ildən Pressklub.az saytının baş redaktorudur.
Qabil Ağayev
Qabil Hüseynli
Qabil İsmixan oğlu Hüseynli və ya Qabil İsmixan oğlu Hüseynov (10 noyabr 1953, Seydimli, Mirbəşir rayonu) — Azərbaycan Demokratik İstiqlal Partiyasının sabiq sədri, Azərbaycanın sabiq dövlət müşaviri, fəlsəfə elmləri doktoru, professor. Qabil Hüseynli 10 noyabr 1953-cü il tarixində Mirbəşir rayonunun Seydimli kəndində anadan olmuşdur. Seydimli kənd orta məktəbində təhsil almışdır. 7-ci sinifdən etibarən Tərtər rayonunda nəşr olunan "Qızıl bayraq" qəzetinin Seydimli kəndi üzrə müxbiri olmuşdur. 9–10-cu sinifləri Cəmilli kəndindəki tam orta məktəbdə oxumuşdur. Qabil Hüseynli ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda almışdır. Qabil Hüseynli 1977-ci ildən Azərbaycan Politexnik İnstitutunun fəlsəfə və politologiya kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildə fəlsəfə elmləri namizədi, 1991-ci ildə isə fəlsəfə elmləri doktoru elmi adını almışdır. Qabil Hüseynli və Heydər Əliyev arasında səmimi dostluq münasibəti olmuşdur. Atası İsmixan Hüseynov İkinci Dünya müharibəsi iştirakçısı, baş serjant olmuşdur.
Qabil Hüseynov
Qabil İsmixan oğlu Hüseynli və ya Qabil İsmixan oğlu Hüseynov (10 noyabr 1953, Seydimli, Mirbəşir rayonu) — Azərbaycan Demokratik İstiqlal Partiyasının sabiq sədri, Azərbaycanın sabiq dövlət müşaviri, fəlsəfə elmləri doktoru, professor. Qabil Hüseynli 10 noyabr 1953-cü il tarixində Mirbəşir rayonunun Seydimli kəndində anadan olmuşdur. Seydimli kənd orta məktəbində təhsil almışdır. 7-ci sinifdən etibarən Tərtər rayonunda nəşr olunan "Qızıl bayraq" qəzetinin Seydimli kəndi üzrə müxbiri olmuşdur. 9–10-cu sinifləri Cəmilli kəndindəki tam orta məktəbdə oxumuşdur. Qabil Hüseynli ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda almışdır. Qabil Hüseynli 1977-ci ildən Azərbaycan Politexnik İnstitutunun fəlsəfə və politologiya kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildə fəlsəfə elmləri namizədi, 1991-ci ildə isə fəlsəfə elmləri doktoru elmi adını almışdır. Qabil Hüseynli və Heydər Əliyev arasında səmimi dostluq münasibəti olmuşdur. Atası İsmixan Hüseynov İkinci Dünya müharibəsi iştirakçısı, baş serjant olmuşdur.
Qabil Manafov
Manafov Qabil Nadir oğlu — Əməkdar müəllim (2011), professor. Manafov Qabil Nadir oğlu 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə Bakı şəhər 20 saylı orta məktəbi bitirdikdən sonra D. Bünyadzadə adına AXTİ-nə (indiki ADİU) daxil olmuş və oranı 1974-cü ildə bitirərək iqtisadçı, siyasi-iqtisad müəllimi ixtisasını almışdır. 1974–1976-cı illərdə təyinatı üzrə Azərbaycan Dövlət Plan komitəsi nəzdində iqtisadçı vəzifəsində çalışmışdır. 1975-ci ildə ordu sıralarında xidmət etmişdir. 1976–1979-cu illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası nəzdində İqtisadiyyat İnstitutunun əyani aspirantı olmuşdur. 1982-ci ildə "Siyasi iqtisad" ixtisası üzrə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1980–1982-ci illərdə V. İ. Lenin adına APİ-da (indiki N. Tusi adına APU) "Siyasi iqtisad" kafedrasında laborant vəzifəsində işləmişdir. 1982-ci ilin noyabrından indiki dövrə qədər ADİU-nin "İqtisadi nəzəriyyə-2" kafedrasında çalışır. Bu dövrdə o, baş laborantdan başlamış, professor vəzifəsinədək yüksəlmişdir.
Qabil Mehdixanlı
Qabil Əzizulla oğlu Quliyev (d. 19 aprel 1949) — azərbaycanlı aktyor, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). Qabil Mehdixanlı 19 aprel 1949-cu ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. O, ilk təhsilini 8 illik kənd məktəbində, orta təhsilini Cəlilabad 1 saylı şəhər orta məktəbində almışdır. 1966-cı ildə orta məktəbin 10-cu sinfini bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbində oxumuş və bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək 1968-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Azərbaycanın xalq artistləri Əliheydər Ələkbərov və professor Rza Təhmasibin sinfində təhsil almışdır. Tələbəlik illərində Akademik Dövlət Dram Teatrında əvvəlcə səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyətində aktyor kimi çalışmışdır. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla onu Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərsələr də, bu təyinatla razılaşmayıb hərbi xidmətə yollanır və Moskvada "Mosfilm" kinostudiyasının hərbiləşdirilmiş kino-bazasında xidmət edir. O burada kütləvi səhnələrin çəkilişlərində iştirak edir, kaskadyorluq sənətinin sirlərinə yiyələnir. Bir ildən sonra hərbi xidmətini başa vurub vətənə dönür və taleyini Lənkəran Dövlət Dram Teatrına bağlayır.
Qabil Mehdiyev
Qabil Mehdiyev (tam adı: Qabil Sabir oğlu Mehdiyev; d. 1 may 1977, Naxçıvan, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti və Respublikanın Fəxri bədən tərbiyəsi və idman işçisidir. "Tərəqqi" medalı ilə təltif olunub. "Qızıl qələm" mükafatı laureatıdır. Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan İdman Jurnalistləri Federasiyasının sabiq prezidenti. 1977-ci il may ayının 1-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Ailəlidir. Bir qızı və bir oğlu var. 1984-cü ildə C. Məmmədquluzadə adına Nehrəm kənd 1 saylı orta məktəbinə daxil olub, 1994-cü ildə həmin məktəbi bitirib. 1994-cü ildə Bakı Sosial İdarətemə və Politologiya İnstitutuna (Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası adlanır) daxil olaraq, 1998-ci ildə həmin institutu politoloq ixtisası üzrə bitirib.
Qabil Orucəliyev