VASİL

[ ər. ] : vasil etmək – çatdırmaq, qovuşdurmaq, yetişdirmək, nail etmək. Müjdə ki, muradım oldu hasil; Məqsudə səni haq etdi vasil.
Füzuli; □ vasil olmaq – çatmaq, yetişmək, varmaq, qovuşmaq, nail olmaq.
Əzazilin sözün tutma, anın vəsvasına uyma; Ki, iblisə uyan olmaz könül məqsudinə vasil. Nəsimi.
[Qətibə:] Daha başqaları həqiqətə vasil olmadan bütün sərf edilən təlaşları mənfəətsiz görür. M.S.Ordubadi.
Bil ki, məqsudə olarsan vasil; Yerdə, göydə, nə isə əlhasil. A.Səhhət.

VARYAQLAR
VASİTƏ

Digər lüğətlərdə