Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qulan
Qulan (lat. Equus hemionus) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Xarici görünüş baxımından eşşəyə bənzəsədə onda at əlamətləri vardır. Qulanlar Afrika eşşəklərindən fərqli olaraq heç zaman əhlilləşdirilməmişdir. == Xüsusiyyətləri == Növ olaraq 1775-ci ildə qeydə alınmışdır. Onlar ilk dəfə olaraq pleytosen dövründə Mərkəzi Asiya ərazisində yayılmışdır. Onların qalıqlarına Şimali Qafqazdan tutmuş Yaponiyaya və Arktik Sibir zonası (Böyük Beqiçev adası) ərazisinə qədərki bölgədə rastlamaq mümkündür. Qulanın bədən uzunluğu 175—200 sm, quyruğunun uzunluğu 40 sm, hündürlüyü 125 sm, çəkisi 120—300 kq təşkil edir. Bu göstəricilərlə qulan adi ev eşşəyindən böyükdür. Erkəklərlə dişilər arasında fərq olduqca azdır.
Qaldan-Boşoqtu
Qaldan-Boşoqtu (monq. Галдан бошигт) 1644 — 1697 — Cunqar xanlığının üçüncü hakimi, Erdeni-batırın oğlu. == Həyatı == Qaldan, Batır-xuntaycının altıncı oğlu olaraq 1644-cü ildə doğulmuşdu. 1650-ci ildə Buddizmi öyrənməsi üçün Tibetə göndərilmiş və təqribən 13 il orada təhsil aldıqdan sonra ölkəsinə dönmüşdür. Cunqariyaya döndükdən sonra Senqe tərəfindən dini və idari işlərə məmur edilmiştir1. Erdeni-batır xuntaycı və Senqedən sonra Cunqar xanlığının taxtına 1671-ci ildə Qaldan-Boşoqtu keçmişdir. Qaldan, uzun müddətli bir təhsil alması və Tibet kimi qədim mədəniyyət mərkəzlərində yetişməsi səbəbiylə geniş bir dünya görüşünə və təcrübəsinə sahib idi. Bütün Oyrat oymaqlarını və Xalxa-Monqollarını Cunqar xanlığının damı altında toplayaraq çevrəsindəki böyük qüvvələrə qarşı ayaqda dura biləcəyini düşünürdü. Qaldan-Boşoqtu xan, Rusiya ilə münasibətləri inkişaf etdirərək qərb sərhəd-sınırlarının güvənliyini qorumağa çalışdı. Rus hökuməti də şərq sərhəd-sınırlarının və şəhərlərinin güvənlik altında olmasını istəyirdi.
Gültan Kışanak
Gültan Kışanak (15 iyun 1961, Elazığ ili və ya Elazığ) — kürd əsilli Türkiyə jurnalisti, yazıçısı və siyasətçisi. Ailəsi əslən Dərsimdəndir. O , Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatı və Diyarbəkir bələdiyyə sədridir. Kışanak 2016-cı ilin oktyabrından həbsdədir. == Erkən illəri == Gültan Kışanak 15 iyun 1961-ci ildə Türkiyənin Elazığ şəhərində, əslən dərsimli olan bir kürd ailəsində anadan olmuşdur. O, 1978-ci ildə Dəclə Universitetinin Təhsil fakültəsində təhsil almağa başlamış, lakin 1980-ci ildə həbs olunmuş və iki il Diyarbəkir həbsxanasında saxlanılmışdır. Özünün dediyinə görə, o, onun yanında ayağa qalxmaqdan imtina etdiyi üçün iki ay həbsxana rəisinin it daxmasında saxlanılmışdır. Kışanak başqa bir çıxışında altı ay it daxmasında yatdığını söyləmişdir. 1986-cı ildə İzmirin Egey Universitetində jurnalistika təhsili almağa başlamışdır. 16 mart 1988-ci ildə Səddam Hüseynin Hələbcəyə hücumuna etiraz edərkən həbs edilmişdir.
Güldən Qaraböcək
Güldən Qaraböcək (türk. Gülden Karaböcek) (4 noyabr 1953, Ankara) - türk pop musiqiçisi. Arabesk və pop üslubunda ifa etdiyi mahnılar ilə türk musiqi dünyasının önəmli adlarından biri hesab olunur. 28 avqust 1953-cü ildə İstanbulda doğulub. Musiqiyə marağı gənc yaşlarından başlayıb. 1970-ci illərin əvvəllərində peşəkar musiqi karyerasına qədəm qoyan Qaraböcək, həmin illərdə məşhur olan arabesk üslubunu pop musiqisi ilə birləşdirərək özünəməxsus musiqi üslubu inkişaf etdirməyi bacarıb.
Qulan (Culfa)
Qulan (fars. قولان‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. Qulanın yaxınlığında bir qızıl yataqı mövcüddür ki Qaraçı adlanır. Bu kənd araz çayının güney sahilində yerləşərək öz yaxşı dadlı narı ilə seçilir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 491 nəfər yaşayır (105 ailə).
Kitab əl-buldan
Kitab əl–buldan (ərəb. كتاب البلدان‎; azərb. Ölkələr haqqında kitab‎; ing. Book of Countries) — IX əsr ərəb tarixçisi və coğrafiyyaşünas–səyyahı Əbül–Abbas Əhməd ibn Əbu Yaqub ibn Cəfər Vəhb ibn Vadih əl–Katib əl–Abbasi əl–Yaqubi tərəfindən yazılması hicri təqvimlə təqribən 278–ci (miladi 891–ci) və ya 292–ci (miladi 905–ci) ildə sona çatdırılmış ümumi coğrafiya əsəri. Abbasilər xilafətinin məmurları üçün nəzərdə tutulmuşdu. == Əlyazmaları == Akademik İ. Y. Kraçkovskinin qeydlərinə əsasən əsərin iki əlyazması məlumdur: birincisi Sankt-Peterburq Dövlət Universitetinin professoru A. O. Muxlinski (rus. Антон Осипович Мухлинский; d. 1808 – ö. 1877) tərəfindən Misirdə aşkarlanmışdır və Münhendə Bavariya Dövlət Kitabxanasında (alm. Bayerische Staatsbibliothek‎) saxlanılır, ikincisi isə alman ərəbşünas F. Kern (alm.
Mucəm əl-Buldan
Mucəm əl–buldan (ərəb. كتاب معجم البلدان) — coğrafiyaşünas və səyyah Yaqut əl–Həməvinin 1224-cü ildə yazmağa başladığı və 1228-ci ildə bitirdiyi coğrafi lüğət. Yaqut əl-Həməvinin “Mucəm əl-buldən” əsəri XIII əsrin əvvəllərində Qafqaz, eləcə də Azərbaycanda baş vermiş hadisələrin gərginliyini əks etdirməklə yanaşı, monqollaraqədərki bəzi məsələlər, bölgənin tarixi coğrafiyası və dövrün müsəlman aləminin görkəmli elm və mədəniyyət xadimlərinin fəaliyyəti ilə oxucuları tanış edir. Mürəkkəb siyasi şəraitdə meydana gəlmiş “Mucəm əl-buldən” əsərində Azərbaycanın və bütövlükdə Qafqazın siyasi-iqtisadi-mədəni həyatı haqqında qiymətli elmi materiallar yer alır. Əsər sözügedən ərazidə orta əsr şəhərlərinin ziyalı mühiti və Xilafət tərkibində olan ölkələrlə elmi-mədəni əlaqələrin öyrənilməsi, eyni zamanda bölgənin monqol hücumlarından əvvəlki və sonrakı vəziyyəti ilə bağlı müqayisəli təhlil aparılması baxımından da mühüm elmi əhəmiyyət kəsb edir.Tarixçi alim Nərgiz Əliyeva Yaqut əl-Həməvinin sözügedən əsərini geniş şəkildə tədqiq etmiş və 2020-ci ildə onun "Mucəm əl-buldən" əsərində Azərbaycan və Qafqaz" adlı monoqrafiyası nəşr olunmuşdur. == Xarici keçidlər == Jacut's geographisches Wörterbuch herausg. von F. Wüstenfeld (1870) Jacut's geographisches Wörterbuch herausg. von F. Wüstenfeld (1873) Предисловие // Якут аль-Хамави. Му'джам ал-Булдан — Алфавитный перечень стран (Материалы по Азербайджану). Перевод с арабского З. М. Буниятова и П. К. Жузе.
Aşağı Gulan (Sərdəşt)
Aşağı Gulan (fars. گولان سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (23 ailə).
Ləsə Gülan (Bükan)
Ləsə Gülan (fars. لاسه گلان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (16 ailə).
Yuxarı Gulan (Sərdəşt)
Yuxarı Gulan (fars. گولان عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə nəfər yaşayış yoxdur.
Sen-Moris-de-Qurdan
Talisyo (fr. Thézillieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15-64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 76.0%, 1999-cu ildə 70.4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Kitab əl-buldan (əl-Yaqubi)
Kitab əl–buldan (ərəb. كتاب البلدان‎; azərb. Ölkələr haqqında kitab‎; ing. Book of Countries) — IX əsr ərəb tarixçisi və coğrafiyyaşünas–səyyahı Əbül–Abbas Əhməd ibn Əbu Yaqub ibn Cəfər Vəhb ibn Vadih əl–Katib əl–Abbasi əl–Yaqubi tərəfindən yazılması hicri təqvimlə təqribən 278–ci (miladi 891–ci) və ya 292–ci (miladi 905–ci) ildə sona çatdırılmış ümumi coğrafiya əsəri. Abbasilər xilafətinin məmurları üçün nəzərdə tutulmuşdu. == Əlyazmaları == Akademik İ. Y. Kraçkovskinin qeydlərinə əsasən əsərin iki əlyazması məlumdur: birincisi Sankt-Peterburq Dövlət Universitetinin professoru A. O. Muxlinski (rus. Антон Осипович Мухлинский; d. 1808 – ö. 1877) tərəfindən Misirdə aşkarlanmışdır və Münhendə Bavariya Dövlət Kitabxanasında (alm. Bayerische Staatsbibliothek‎) saxlanılır, ikincisi isə alman ərəbşünas F. Kern (alm.
Yeddi oğuldan biri (film, 2007)
== Məzmunu == Yeddi oğuldan biri. Ənvər Həsənov (film, 2007): Film xalq artisti, kino aktyoru və rejissor Ənvər Həsənovun həyat və yaradıcılığına həsr edilmişdir. Filmdə aktyorun özü də çıxış edir. == Film haqqında == Yeddi oğuldan biri. Ənvər Həsənov (film, 2007): Film əməkdar artist, kino aktyoru və rejissor Ənvər Həsənovun həyat və yaradıcılığına həsr Filmdə "Torpaq dəniz od səma", "Uşaqlığın son gecəsi", "Dəli Kür", "Yeddi oğul istərəm...", "Bizim küçənin oğlanları", "Dədə Qorqud", "Dərviş Parisi partladır", "Arxadan vurulan zərbə", "Babək", "Qanlı zəmi" filmlərindəki kadrlardan istifadə edilmişdir. == Seriyaları == Yeddi oğuldan biri... Elçin Məmmədov (film, 2012) Yeddi oğuldan biri... Ənvər Həsənov (film, 2007) Yeddi oğuldan biri...
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
== Məzmunu == Yeddi oğuldan biri. Ənvər Həsənov (film, 2007): Film xalq artisti, kino aktyoru və rejissor Ənvər Həsənovun həyat və yaradıcılığına həsr edilmişdir. Filmdə aktyorun özü də çıxış edir. == Film haqqında == Yeddi oğuldan biri. Ənvər Həsənov (film, 2007): Film əməkdar artist, kino aktyoru və rejissor Ənvər Həsənovun həyat və yaradıcılığına həsr Filmdə "Torpaq dəniz od səma", "Uşaqlığın son gecəsi", "Dəli Kür", "Yeddi oğul istərəm...", "Bizim küçənin oğlanları", "Dədə Qorqud", "Dərviş Parisi partladır", "Arxadan vurulan zərbə", "Babək", "Qanlı zəmi" filmlərindəki kadrlardan istifadə edilmişdir. == Seriyaları == Yeddi oğuldan biri... Elçin Məmmədov (film, 2012) Yeddi oğuldan biri... Ənvər Həsənov (film, 2007) Yeddi oğuldan biri...
Bulqan
Bulqan — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərinin inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaracuq kənd inzibati-ərazi vahidi tərkibindəki Qaracuq kəndinin bir hissəsi Bulqan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraçuq kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Bulqan kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. == Tarixi == Bulqan Naxçıvanın qədim yaşayış məntəqələrindən biridir. Kənd ərazisində orta əsrlərə aid yaşayış yeri olmuş, buradan sənduqə tipli bir neçə qəbirüstü abidə, müxtəlif dövrə aid çəhrayı rəngdə bişirilmiş sadə və şirli qab qırıntıları tapılmışdır. Bulqan kəndi yarandığı vaxtdan Araz çayının kənarında yerləşmiş, 1963-1969-cu illərdə Araz su anbarının tikintisi ilə əlaqədar əvvəlki yerindən indiki əraziyə köçürülmüş, keçmiş kənd Araz dəryaçasının altında qalmışdır. Mənbələrdə “Bulğan” adı ilə qeydə alınmış kənd XVI əsrdə Naxçıvan nahiyəsinə, XVIII əsrdə Qarabağ nahiyəsinə, XIX əsrdə Naxçıvan mahalına, 1925-1930-cu illərdə Naxçıvan dairəsinə daxil olmuşdur. XIX əsr və ondan əvvəlki dövrlərdə kənddə kəngərlilərin Qızılqışlaq tayfasına məxsus 29 ailə yaşamış, kəndin torpaq sahələri Əmir Suar bəyə və üç qardaşa məxsus olmuş, ərazidə daha çox buğda və arpa əkilmişdir. Bulqanda yaşayan Qızılqışlaq tayfası və tirələrinin, eləcə də kəngərlilərin Əlixanlı tayfasına məxsus ailələrin yaylaq yeri XIX əsrdə Əli Məmməd qışlağı, “Güllü qışlaq”, “Kalançı qışlaq” və “Mağara qışlaq” adları ilə tanınmış indiki Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndləri olmuş, bu kəndlərin əsası kəngərlilər tərəfindən qoyulmuşdur. Dilimizdə “Bulqan” adının mənası haqqında yekdil fikir yoxdur.
Cülyan
Cülyan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Cülyan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Cülyan kəndi dağətəyi ərazidə yerləşir.Kəndin adı Hun tayfa ittifaqına daxil olan Çullu türklərinin adından qaynaqlanır.Çullu etnonimi sonralar təhrif olunaraq Cülyan kimi formalaşmışdır. Kəndin adı latıncadakı Julian adından gəlir. Mənası "həmişə cavan" deməkdir. == Turizm == Cülyan kəndi həm də əsas turizm mərkəzlərindən biridir. Təkcə kənddə 10-dan yuxarı istirahət mərkəzləri və kafelər var. == Əhalisi == 1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıya alınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Cülyan kəndində 49 evdə , 410 nəfər (202 nəfəri kişilər, 208 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Əhalisi 1426 nəfərdir ki onunda 734 nəfəri kişi, 692 nəfəri qadındır. == Təhsil == Cülyan kəndində ilk məktəb (4 illik) 1929-cu ildə açılmışdır. Sonra 9 illik məktəb kimi faəliyyətinə davam edən Cülyan kənd məktəbi 1988-ci ildən etibarən 11 illik kənd tam orta məktəbinə çevrilmişdir.
Cüzdan
Cüzdan, pul kisəsi və ya portmanat — şəxsiyyət vəsiqəsi, pul, kredit kartı, fotoşəkil, kontakt kimi obyektləri daşımağa yarayan və əksəriyyətlə dəridən ya da dəriyə bənzər maddələrdən tikilən kiçik ölçülü qatlama çanta.
Gülalan
Gülalan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Gülalan Xaçmaz-Niyazabad yolunda yerləşir. Qaraçı İnzibati Ərazi Dairəsi tərkibindədir. Qaraçı, Qaraqurdlu, Cığatay, Hacıqurbanoba, Qarabağı kəndləri ilə qonşudur. Gülalan gölü qoruğu kəndin ərazisində yerləşir.
Gülbaf
Gülbaf — İranın Kirman ostanının Kirman şəhristanının Gülbaf bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,341 nəfər və 2,039 ailədən ibarət idi.
Qalqan
Qalqan (fr. Galgan, oks. Galganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12108. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 36 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 349 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 192 yaşda olan (15-64 yaş arasında) 145 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 70.7%).
Qalxan
Qalxan – ox, qılınc və başqa silahlardan qorunmaq üçün bir savaş vasitəsidir. Ən köhnə qalxanlar ağacdan düzəlirdi, lakin daha sonra dəmir, polad və başqa materiallardan da istifadə edilirdi. Müasir zamanda gülləkeçirməz şüşədən düzələn qalxanlara da rast gəlmək olar. Qalxanlar qədim zamanlarda meydana çıxmış, lakin son orta əsrlərdə zirehlərin təkmilləşdirilməsi və qılıncoynatmaların inkişafı səbəbindən onların əhəmiyyəti azalmışdır. Odlu silahların yayılması ilə qalxanlar tədricən döyüş əhəmiyyətini itirmişdir. Lakin sonrakı dövrdə Avropa ölkələrində dekorativ qalxanların istehsalına başlanılmışdır. (Bunlar orta əsr qalxanlarının bənzəri idi, lakin praktiki istifadə üçün nəzərdə tutulmamışdı - əsasən aristokratların qalalarında və saraylarında otaqların bəzədilməsinə xidmət edirdi). Birinci Dünya Müharibəsi zamanı, mövqe savaşı şəraitində, piyadaları qorumaq üçün yenidən metal qalxanlar geniş yayılmışdır. Son zamanlar hüquq-mühafizə orqanlarının xüsusi birləşmələrində küçə asayişi, kiçik hücum hərəkətləri və s. bərpa edilərkən qalxanlardan istifadə olunur.
Qoydan
Qoydan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 68 nəfər, 35 kişi, 33 qadındir. Əhali əsasən heyvandarlıq və arıçılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 6 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin yaxınlığından keçir.
Qəlyan
Qəlyan — Orta Şərq, Qafqaz və Cənubi Asiyaya xas ənənəvi bir tütün çəkmə vasitəsi İstifadəçinin bir xortum vasitəsilə sudan keçərək süzülən tüstünü içinə çəkməsini təmin edən bir qurğudur. Qəlyanın içim şəkli və forması yüzlərlə il keçdikdən sonra daha da formlaşmışdır. Bu istifadə ənənəsi ilə sadə bir alətdən daha çoxunu ifadə edir, hətta şərq mədəniyyətinin bir parçası halına gəlmişdir. Qəlyan təməl olaraq 4 hissədən meydana gələr: Sər: Qəlyanın uzun gövdəsi. Boyun qisimi dar olmaqla birlikdə qarın qisiminə enildikcə diametri genişləyən, quruluş olaraq dolçaya bənzəyən bir parçadır. Şüşə, metal və dulusçuluqdan edilir. Lülə: Ən üstdə olan, təmbəkinin qoyulduğu dəlikli tabaq. Gümüş, düyü ya da misdən edilmiş, oymalarla bəzəkli bir mühafizə ilə çevrilidir, üzərinə köz qoyularaq lazımlı istilik təmin edilir. Marpuç: Tüstünü şüşədən alan və ağıza çatdıran hissədir. Bu hissədə istifadə edilən xortum qoyun dərisindən edilir.
Çulpan
Güldür Güldür Şou
Güldür Güldür Şou (türk. Güldür Güldür Show) — Əli Sunalın aparıcılıq etdiyi birinci Fox TV-də, sonra isə Show TV-də yayımlanan komediya proqramı. Hər həftə məşhur qonaqların olduğu bölümlərdən ibarətdir. == Tarixi == Layihə ilk dəfə ATV telekanalında "5-ər Beşer" adı ilə başlamışdır. Teleserial başlamasından 4 ay sonra bitmişdir.2012-ci ilin yayında ekranlara Star TV-də "İnsanlar Aləmi" adıyla çıxmışdır. Şou 2013-cü ildə yenə ad və kanal dəyişdirmişdir. FOX TV-də Güldür Güldür adıyla ekranlara geri qayıtmış, reytinqləri də gündən-günə artmışdır. 24 avqust 2013-cü il tarixində Show TV-ə transfer olmuşdur. İlk vaxtlarda yaxşı reytinq almasada, sonra yenidən reytinqləri artmışdır. 25 fevral 2014-cü il tarixində verilişin adı Güldür Güldür Show olmuşdur.
Antuan Qallan
Antuan Qallan (fr. Antoine Galland, 4 aprel 1646[…], Paris – 17 fevral 1715[…], Paris) — fransız şərqşünas, antikvar, tərcüməçi, Avropada"Min bir gecə" əsərinin ilk tərcüməçisi kimi məşhurlaşmışdır. Qədim Yazılar Akademiyasının üzvü (1701), "Kollec d & Frans"da ərəb dili müəllimi (1709-cu ildən). == Həyatı == Fransız şərqşünası Antuan Qallan 1646-cı ildə Rollo şəhərində (Pikardiya vilayəti) sənətkar ailəsində anadan olmuş, 1715-ci ildə Parisdə vəfat etmişdir. Noyon və Parisdəki Plessi kollecində təhsil almışdır. "Kollec dö Frans"da Şərq dilləri sahəsində ixtisaslaşaraq, Konstantinopolda Fransa səfirliyində işləmişdir (1670). İki dəfə Ləvan şəhərinə elmi məzuniyyətə göndərilmişdir. Şərqdə işlədiyi müddətdə Şərq xalqlarının dilləri, adət və ənənələri, ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Çoxlu əlyazmaları, şəkilləri, mərmər əşyaları və qədim yazıları toplayıb öyrənmişdir. 1701-ci ildə o, Fransanın Qədim Yazılar Akademiyasının üzvü təyin olunmuşdur.
Avstriya quldeni
Avstriya-Macarıstan quldeni (alm. Gulden‎, mac. forint, xorv. forinta/florin, çex. zlatý) — 1858–1892-ci illərdə Avstriya və Avstriya-Macarıstan imperiyalarında pul vahidi. == Tarixi == 24 yanvar 1857-ci ildə Avstriya alman dövlətləri ilə pul vahidlərini unifikasiya edən pul konvensiyasını (Vyana Pul Konvensiyası) imzaladı. Əvvəllər 1753-cü il tarixli konvensiya əsasında zərb olunan qulden yeni valyutanın 1 qulden 5 kreytserinə bərabər oldu. Köln markası yerinə zərbedilmənin əsasını gömrük funtu təşkil etdi (Zollphund = 500 q), onlar içərisində 45 qulden Avstriyada, şimali alman torpaqlarında isə 30 taler zərb olunurdular. Daha əvvəl 60 kreytserə bölünən qulden, 100 yeni kreytserə (Neukreuzer) bölünməyə başladı. Konvensiyaya uyğun olaraq, şimali alman dövlətləri 900-cu əyarlı gümüş müttəfiq taleri (Vereinstaler) və ikiqat müttəfiq taleri zərb etməyə başladı, onlar müvafiq olaraq 1,5 və 3 Avstriya-Macarıstan quldeninə bərabər idilər.
Ağıldan bəla
Ağıldan bəla (rus. Го́ре от ума́) — Aleksandr Qriboyedovun 1824-cü ildə yazdığı komediya. == Məzmunu == Əsər XIX əsrin 20-ci illərində Rusiya imperiyasında azadlıq ideyalarının geniş yayılmasınnda mühüm rol oynamışdır. Əsərdə dvoryan cəmiyyətinin içəridən çürüməsi prosesi və bu cəmiyyətin sütunları sayılan dvoryan-saray zadəganlığının mühafizəkarlığı, böyük rütbə sahiblərinin cəhaləti, mədəniyyətsizliyi, kübar aləminin vətənpərvərlik hissindən tamamilə məhrum olması, ümumi əxlaqi irinləmə, tipik məişət səhnələri və tipik surətlərlə inandırıcı bir formada əks etdirilmişdi. Əsər 4 pərdədən ibarətdir.
Bulqan nekropolu
Bulqan nekropolu — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ərazisisində eyniadlı kəndin yaхınlığında nekropol. == Tariхi == Burada aparılan qazıntılar zamanı sənduqə tipli bir neçə qəbirüstü abidəyə təsadüf edilmişdir. Qəbirlərin əksəriyyəti batmış və yerində dördkünc çalalar saхlanmışdır. Əksər qəbirlərin başdaşları düşmüşdür. Onların bəzisində yuxarısı tağvari formada tamamlanan başdaşıları olmuşdur. Nekropoldan müasir dövrədək Bulqan əhalisi tərəfindən istifadə edilmişdir. Onu XII-XIX əsrlərə aid etmək olar.