Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Daləki
Daləki— İranın Buşehr ostanının Dəştistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,861 nəfər və 1,637 ailədən ibarət idi.
Damənə
Damənə — İranın İsfahan ostanının Fəridən şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,513 nəfər və 1,156 ailədən ibarət idi.
Küləcə
Küləcə — belə qədər düz, ətəyi büzməli olan qadın üst geyimi. Yaxası açıq olan küləcənin uzunluğu dizə qədər, qolu isə dirsəkdən aşağı olur. Küləcə əsasən, məxmər və tirmədən tikilir. Yaxasına, bel kəsiyinə, ətəyinə və qollarının ağzına çox vaxt güləbətin, muncuq, pilək və məlilə ilə tikmə tikilir. Azərbaycanlı qadının geydiyi tumanın uzunluğu, Naxçıvan—Ordubad zonasından başqa, topuğa qədər olur. Naxçıvan—Ordubad zonasında qadınlar nisbətən qısa tuman geyirlər. Tuman 10–12 taxta müxtəlif naxışlı ipək və ya yun parçalardan tikilir. Üst tumandan başqa onun altından geyilən tumanlara ara tumanı və alt tumanı deyilir. Tumanlar büzməli yaxud qırçınlı olub lifəsinə tumanbağı keçirilir. Keçi sapından toxunmuş tumanbağının iki baş tərəflərində rəngli ipək və güləbətin saplardan hazırlanmış qotazları olur.
Buta Palace
Buta Palace — 2006-cı ildə Heydər Əliyev prospektində tikilmiş Buta Palace binası Beynəlxalq Bakı aeroportu yaxınlıqda yerləşir, kiçik və böyük zallardan ibarətdir və 800 avtomobillik avtodayanacağa malikdir. Karvansara üslubunda stilləşdirilmiş böyük zal 1572 kvadrat metr ərazidən ibarətdir və 2000 qonağa qədər yerləşdirmə imkanına malikdir. == Konsertlər == 50 Cent, Pitbull, Akon, Devid Vendetta kimi dünya məşhurlarının konsertləri və beynəlxalq Avroviziya müsabiqəsinin milli seçiminin yarımfinal və final gecələri məhz burada keçirilib.
Dalçev buxtası
Dalçev buxtası (bolq. Далчев залив, ‘Dalchev Zaliv’ \'dal-chev 'za-liv\) — 3.72 km uzunluğu olan və Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən 2.45 km şimal-qərbdə yerləşmişdir. Studena burnundan şərqdə, Altimir buzlağından şərqdə yerləşmişdir. Buxta Bolqarıstanlı heykəltaraş Lyubomir Dalçevin (1902-2002) adını daşıyır. == Yerləşməsi == Dalçev buxtası 64°34′20″ c. e. 63°09′20″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Darləçək qlobulariya
Darləçək qlobulariya (lat. Globularia trichosantha) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin qlobulariya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, 3-25 sm hündürlüyündə ot bitkisidir. Kökyanı rozet yarpaqları dərivari, tamkənarlı, tərs yumurtavari və ya uzunsov tərs yumurtavaridir. Üst tərəfədən oyuqlu və ya 3 dişciklidir. Gövdə yarpaqları xırda, oturaq ellipsvari və ya ellipsvari-xətvaridir. Sonuncu başcıqlar 15–20 mm diametrdə, kürəvaridir. Kasacıq 6–7 mm, meyvə verən zamanı 7,5–88 mm-ə qədər uzanır.
Dərəçə (Bostanabad)
Dərəçə (fars. دره چه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 55 nəfər yaşayır (10 ailə).
Elmi dərəcə
Elmi dərəcə – müəyyən bilik sahəsində ali təhsilli mütəxəssisə verilən ixtisas dərəcəsi. == Haqqında == Azərbaycan Respublikasında fəlsəfə doktoru (birinci) və elmlər doktoru (ikinci) elmi dərəcələri var. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir. Azərbaycan Respublikasının "Təhsil Qanunu"na əsasən ali məktəb təhsilindən sonrakı təhsil doktorantura hesab olunur və müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Mardan Palace
Mardan Palace — Azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən Türkiyənin Antalya şəhərində tikilmiş otel. Açılışı 23 may 2009-cu il tarixində keçirilmişdir. Açılışda Monika Belluççi, Şeron Stoun, Riçard Gir, Nursultan Nazarbayev və s. iştirak etmişdir. Hotelin tikintisi 1.4 milyard avroya başa gəlmişdir.
Teləçe rayonu
Teləçe rayonu (tatar. Теләче районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın mərkəzində yerləşir. İnzibati mərkəzi Kazandan 78 km məsafədə yerləşən Teləçe kəndidir və ən yaxın dəmiryol stansiyasına Arça 39 km məsafədədir. 2011-ci ilin may ayında İldus Fatixoviç Zaripov rayion rəhbərı olur. Sərhədləri: şimalda — Saba, şərqdə — Mamadış və Kukmara ilə, cənubda Balık Bişməse ilə, qərbdə Pitrəç və şimal-qərbdə Arça rayonları ilə. Relyefi təpəli düzənlikdir. Tikinti daşları, əhəng, torf yataqlarına sahibdir. Rayon ərazisindən Myaşa çayı axır. Teləçe rayonu 10 fevral 1935-ci ildə qurulmuşdur.
Alice Faye
Alice Faye (5 may 1915[…], Nyu-York, Nyu-York ştatı – 9 may 1998[…], Ranço-Miraj[d], Kaliforniya) Amerikalı məşhur müğənni və aktrisadır. İlk filmləri 20th Century Fox şirkəti tərəfindən hazırlanmış, daha sonra digər film istehsalçısı olan şirkətlərinin filmlərində görünmüşdür. 1943-cü ildə ifa etdiyi "You'll Never Know" ("Heç vaxt bilməyəcəksiniz") mahnısı ona Akademiya mükafatı gətirdi. Dövrün uşaq aktyoru Şirli Templ ilə baş rolda oynadığı 1936-cı il istehsalı olan "Poor Little Rich Girl" ("Yoxsul Kiçik Zəngin Qız") filmi ilə məşhurluq qazanmış Alice Faye 5 may 1915-ci ildə New York şəhərində anadan olub və 9 may 1998-ci ildə Kaliforniyada 83 yaşında mədə xərçəngindən vəfat etmişdir.
Alice Munro
Elis Enn Manro (eləcə də Munro, ing. Alice Ann Munro; 10 iyul 1931[…] – 13 may 2024) — Kanada yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı (2013) və Buker mükafatı (2009) laureatı. == Həyatı == Elis Manro 1931-ci ildə fermer Erik Leydlou və məktəb müəlliməsi Enn Klark Leydlounun ailəsində anadan olub. O yeniyetmə yaşlarında yazıçılığa başlamış və özünün ilk hekayəsi olan "Kölgənin ölçüləri"ni 1950-ci ildə Qərbi Ontario universitetində ingilis dili və jurnalistika oxuyarkən nəşr etdirmişdir. Həmin dövrdə Elis ofisiant, tütünyığan və kitabxanaçı işləyirdi. 1951-ci ildə o, universitetdən ayrıldı və Ceyms Manro ilə evlənərək Vankuverə köçdü. Bu evlilikdən onun 3 qızı — Şeyla, Cenni və Andrea dünyaya gəlmişdir (1953, 1957, 1966). 1963-cü ildə cütlük Viktoriya şəhərinə köçdü və burada indiyədək fəaliyyət göstərən "Munro's Books" kitab mağazasını açdı. 1972-ci ildə Elis və Ceyms boşandılar. Elis Qərbi Ontario universitetində yazıçılıq fəaliyyəti ilə məşğul olmaq üçün Ontarioya qayıtdı.
Anethum dulce
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.
Apium dulce
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. == Sinonimləri == Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
Dance-pop
Dans-pop — Rəqs yönümlü pop musiqi, 1980-ci illərdən başlayan post-disko dövründə inkişaf etmişdir.
Dance Alone
Dance Alone (azərb. Tək rəqs et‎) — Makedoniya Respublikasının 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yana Burçeska "Dance Alone" mahnısı ilə Makedoniya Respublikasını Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Yoakim Persson, Aleks Omar, Florens və Borislav Milanov tərəfindən bəstələnmişdir.
Dance Passion
Dance Passion – Roxette qruppunun Pearls of Passion albomun remiks albomudur.
Eden Alene
Eden Alene (ivr. ‏עדן אלנה‏‎; 7 may 2000, Qüds, İsrail) — Efiopiya əsilli ailədə doğulan yəhudi müğənni. İsraili 2021 Avroviziya Mahnı Müsabiqəsində Set Me Free mahnısı ilə təmsil etmişdir.
Foeniculum dulce
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.
Nils Dalen
Nils Dalen - AGA cooker və Dalen light ın ixtiraçısı, AGA şirkətinin yaradıcısı, Fizika üzrə Nobel mükafatının sahibi isveçli alim. 1912-ci ildə fənərlərin açılmasında istifadə edilən qaz akkumulyator ilə birlikdə istifadə olunan avtomatik tənzimləyicini icad etməsi ilə əlaqədər Nobel fizika mükafatını qazanmışdır. Dale Vastra Götaland şəhərinin kiçik bir kəndi olan Stanstopda anadan olmuşdur. Ailəsinin fermasını idarə, sonra isə bostan, süd məhsulları və toxum ticarəti sahələrində genişlətdi. 1892-ci ildə süd yağını test edib südün keyfiyyətini ortaya qoyan bir alət icad etdi və bu yeni icadını Gustav de Lavala göstərmək üçün Stockholma getdi. De Laval icaddan çox məmnun qaldı və öz-özünü öyrədən Daleni sadə texniki təhsil alması üçün cəsarətləndirdi. Dalen Chalmers Texniki Universitetinə qəbul oldu. 1896-ci ildə master və doktorluq tamamlamış olaraq Chalmers Texniki Universitetini tərk etdi. Dalen tam Gustav də Lavalın tipində olan bir ixtiraçı idi.İmkansız şeyləri sınamaqdan qorxmazdı, lakin şirkət iqtisadiyyatı rəhbərliyində olduqca diqqətli davranırdı. Bir məhsulu bazara çıxartmazdan əvvəl bazarda iştirak edə biləcəyindən əmin olurdu.
Daler Nəzərov
Daler Mehrubonoviç Nəzərov (tac. Далер Мехрубонович Назаров, 8 sentyabr 1959, Düşənbə) — tacik müğənnisi və bəstəkarıdır. Dalərin yaradıcılığında həm xalq, həm də müasir motivlər var, o, həm Tacikistanın müasir musiqisinə, həm də ümumilikdə fars-tacik xalq musiqisinə böyük təsir göstərib və göstərməkdədir. == Bioqrafiya == Daler Nəzərov 1959-cu ildə Stalinabadda (Düşənbə) anadan olub, Tacikistanın mədəniyyət naziri Mehrubon Nazarovun ikinci oğludur. O, ana dilini "Pamir" adlandırır. İki il musiqi məktəbində oxuyub, amma oranı tərk edib. Adına Dövlət Pedaqoji İnstitutunun "Rus filologiyası" ixtisası üzrə ali təhsil almışdır. Taras Şevçenko. 1992-ci ildə vətəndaş müharibəsindən Alma-Ataya qaçıb, 1997-ci ildə Düşənbəyə qayıdıb. == Filmoqrafiya == == İstinadlar == == Ədəbiyyat == Mark Slobin, Alexander Djumaev, Larisa Dodhoudoyeva.
Cinnamomum dulce
Cinnamomum burmanni (lat. Cinnamomum burmanni) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin darçın ağacı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cinnamomum burmanni var. kiamis (Nees) Meisn.
Onuncu Dərəcə boğazı
Onuncu Dərəcə boğazı (ing. Ten Degree Channel) - Hind okeanınında yerləşən Andaman adalarını (Kiçik Andaman) Nikobar adalarından ayırır. Boğaz 10 dərəcədə yerləşir. Hind okeanında yerləşən Andaman dənizini Benqal körfəzi ilə birləşdirir. Eni 140 km, dərinliyi 1280 m təşkil edir.
Salehə Dilaşub Sultan
Salehə Dilaşub Sultan (Serbiya – 3 yanvar 1690, Ədirnə Sarayı, Ədirnə, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin xanımı və II Süleymanın anası, Validə sultan. Əsli və doğum tarixi bilinməsə də, serb əsilli olduğu və təxminən 1627-ci ildə dünyaya gəldiyi güman edilir. Saraya necə alındığı bilinməsə də, Sultan İbrahimin taxta çıxdığı ilk günlərdə hərəminə alındığı ehtimal olunur. 15 aprel 1642-ci ildə yeganə övladı olan Şahzadə Süleymanın dünyaya gəlməsiylə Sultan İbrahimin ikinci hasəkisi oldu. Bu dövrdə 1300 axca günlük məvacib alan Dilaşub Sultana, bundan başqa Bolu sancağının da bütün gəlirləri hədiyyə edilmişdi. Bir çox tarixi mənbədə olduqca mülayim, gülərüz və sakit təbiətli olaraq xarakterizə olunur. 8 avqust 1648-ci ildə Sultan İbrahimin taxtdan endirilərək öldürülməsinin ardından onun Turhan Sultandan doğulan oğlu IV Mehmed taxta çıxarıldı. Ancaq yeni sultan hələ 7 yaşında idi və Validə sultan olan Turhan Sultan taxt naibəsi olmaq üçün çox təcrübəsiz idi. Bu səbəblə dövlət adamları və saray əyanları yeni sultanın nənəsi Mahpeykər Kösəm Sultanın taxt naibəliyinə gətirilməsini istədilər. "Valide-yi kəbir" ünvanıyla hakimiyyəti yenidən ələ alan Mahpeykər Kösəm Sultanın istəyilə, Sultan İbrahimin bütün hərəmi Köhnə saraya göndərilsə də, Şahzadə Süleymanın anası Dilaşub Sultan və Şahzadə Əhmədin anası Müəzzəz Sultan Topqapı sarayında övladlarıyla birlikdə qaldılar.
Səkkizinci Dərəcə boğazı
Səkkizinci Dərəcə boğazı - Hind okeanınında yerləşən Lakkadiv adalarını (Mininoy adası) Maldiv adalarından ayırır. Boğaz 8 dərəcədə yerləşir. Lakkadiv dənizini Hind okeanı ilə birləşdirir. Eni 150 km yaxındır. Qedim fransız xəritələrində boğazı Courant de Malicut, Maldiv dilində isə Maliku-Kandu adlandırılırdı.