Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Başnalı
Başnalı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4 km şimal-qərbdə, Gərni çayından ayrılan arxın kənarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli başnalı tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin I.XII. 1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Bağramyan qoyulmuşdur. == Əhalisi == Kəddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1829-32-cı illərdə İranın Xoy və Salmas bölgələrindən ermənilər köçürülüb burada yerləşdirilmişdir.
Danakil
Danakil — Afrikanın şimalında, Efiopiyanın şimalında, Eritreyanın cənub-şərqində yerləşən səhra. Avropalılar tərəfindən XX əsrin birinci yarısında aşkarlanmışdır. Səhra 100 000 km² sahəni əhatə edir. Danakil səhrasına 100–200 mm yağıntı düşür. дождя. Havanın temperaturu 63°С, səhtdə isə 70°С olur. Səhrada Afar xalqı yaşayır. Əsasən duz hasilatı ilə məşğul olurlar. 2000 metr dərinlikdə duzun aşkarlanması buranın vaxtı ilə okeanın dibi olmasını isbatlayır. Kaliy ehtiyatlarının 105 milyon ton olması ehtimal edilir.
Daşbaşı
Daşbaşı (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Daşbaşı (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Daşbaşı (Zəngəzur) — Qərbi Azərbaycannın Qafan rayonununda kənd. Daşbaşı (Kvemo-Kartli) — Gürcüstanın Tsalka bələdiyyəsinin Trialeti Sadabo icması kənd.
Daşqapı
Daşqapı — türk və altay mifologiyasında yeraltı keçidi. Taşkapı da deyilir. Qaya qapısı (Kaya kapısı və ya Kıya kapısı) olaraq da bilinir. Yeraltı dünyasına gedən keçidin qapısıdır. Bir mağaranın içində olar. Xarici qapı mənasına da gəlir ki, bu kainatın son qapısı deməkdir. Çox uzaq diyarlardaki bir mağaranın içində olar. Əhəmiyyətli qapıların və ya keçidlərin olduğu mağaralar, in içində in, quyu içində quyu olacaq şəkildə kompleks yerlərdir. Bəzi nağıllarda bu qapıya Arqalıx adı verilər. Dəmir sürüşkən keçid və quru sürüşkən keçid olaraq təsvir olunur.
Masaaki
Masaaki — ad. Masaaki Şirakava — Yaponiya Mərkəzi Bankının rəhbəri Masaaki Hiqaşiquçi — Yaponiya futbolçusu.
Danalı
Danalı (Əcəbşir)
Danaçı
Danaçı — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Danaçı kəndin əsl adı Dinçi olmuşdur. Lakin sonradan Danaçı olaraq respublika tərəfindən dəyişdirilmişdir. Dinçi tələffüz cəhətdən avarca tərcüməsindən din insanı deməkdir. Kənddə avar xalqı yaşayır. Zaqatalanın bir çox kədlərində də avar xalqı yaşayır. Çünki bu ərazilər avar millətinə mənsub olmuşdur. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Masaki
Masaki — Yaponiyada ad. Bu adı olan tanınmışlar Masaki Tsuçihaşi — keçmiş Yaponiya futbolçusu. Masaki Yokotani — keçmiş Yaponiya futbolçusu.
Taşnak
Erməni İnqilabi Federasiyası, Daşnaksutyun (erm. Հայ Յեղափոխական Դաշնակցություն; Hay Heğapoxakan Daşnaksutyun) — millətçi-terrorçu erməni partiyası (digər adı "Erməni inqilabi ittifaqı");ən iri və mütəşəkkil erməni siyasi təşkilatlarından biri. 1890-cı ildə Tiflisdə yaradılıb. Erməni diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərir. Hazırkı ali şura sədri İşxan Sağatelyandır. 1890-cı ildə Gürcüstanın mərkəzi Tiflisdə yaradılmış bu partiyanın əsası üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən qoyulub. Təşkilat ilk vaxtlar "Erməni İnqilabçılarının İttifaqı" adlanırdı. Daşnakların məqsədi, silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq idi. 1891-ci ildə nəşr olunan və Daşnaksutyunun mətbu orqanı olan "Droşak" (bayraq) qəzetində daşnaklar öz proqramları barədə bunları yazırdılar: "Bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir.
Aşnak
Aşnak, Əşnək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənubda, Alagöz dağının cənub-qərbində, İrəvan-Talin avtomobil yolunun sol tərəfində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı həm də Eşnək formasında göstərilir. Kəndin adı ilk dəfə V əsrdə xatırlanır. Burada IV-V əsrlərə aid alban kilsəsinin qalıqları, IX-X əsrlərdə tikilən qalanın xarabalıqları indi də durur. Qədim Aşnak kəndi indiki Aşnak kəndindən 5 km qərbdə yerləşmişdir. Toponim aşina //aşna türk etnoniminə cəmlik bildirən -k şəkilçisinin artırılması yolu ilə düzəlib «aşina tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Edigey dastanı
"Edigey" – özündə canlı tarixi əks etdirən dastandır və onun Krım-tatarlarına, başqırdlara, qazaxlara, qaraqalpaqlara, noqaylara, özbəklərə, baraba tatarlarına, dağlı altaylara və s. bir çox türk xalqlarına aid variantı mövcuddur. "Edigey" ilk olaraq 1820-ci ildə "Сибирский вестник"də Q. İ. Spasski tərəfindən nəşr olunmuşdur. Daha sonralar Ç. Vəlixanov, V. V. Radlov, S.Cığatay və başqaları tərəfindən dastanın 30-a yaxın mətni nəşr edilmişdir. XIV əsrin sonu XV əsrin əvvəllərində baş verən hadisələri özündə bədii şəkildə əks etdirən dastanda Toxtamış xanla Edigey arasında gedən mübarizədən bəhs olunur. Azərbaycanda "Edigey" dastanının noqay və Anadoludan toplanmış rumeli variantları Qumru Şəhriyar tərəfindən tərcümə olunaraq "Dədə Qorqud" dərgisində (Bakı, 2017 (1), (2); 2018 (1) nəşr edilmişdir. == Qaynaqlar == 1. В. М.Жирмунский. Избранные труды. Тюркский героический эпос. Издательство "Наука", Ленинградское отделение, Ленинград, 1974 2. Qəhramanlıq salnaməsi – "Edigey" dastanı (noqay variantı) – I (noqaycadan tərcümə edəni Q. Şəhriyar).
Ergenekon dastanı
Ərgənəqon (türk. Ergenekon) və ya Ərgünə-xun (monq. Эргүнэ Хун/Ergüne xun) — mənbələrə görə Göytürklərin dirilişi ilə əlaqəli hekayə. Ərgənəqon türklərin Orta Asiyadakı əfsanəvi anayurdu. Rus tarixçi Gumilevin araşdırmalarına görə Dik Yamac mənasını daşıyır., Qədim əsərlərdəki təsvirlərə görə Ərgənəqonun Altay dağlarındakı, Beluça dağında olduğundan bəhs edilir. == Tarixi əsərlərdə == XIV əsrdə Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin qələmə aldığı Cəmi ət-Təvarix (Tarix toplusu) adlı əsərinin "Mujallad-i Awwal" (Birinci Kitabı: Monqol tarixi)in "Bab-i Awwal" (Birinci Bölüm: Türk ve Monqol qəbilələrinin tarixi)ində monqolların yaradılış dastanı olaraq qeyd edilmiş əfsanə, 17. yüzildə Şibanın nəvələrindən və Xivə xanlığının xanı olan Əbulqazi Bahadır xanın qələmə aldığı Şəcərəyi Türk adlı əsərdə də monqolların yaradılış dastanı olaraq qeyd edilmişdir, lakin bəzi mənbələrə görə də Türk dastanıdır. Bəhsi keçən hər iki tarixi mənbədə Nekuz (Nüküz) və Qiyan (Kıyan) adlı qardaşlar ilə xanımları tatarlar tərəfindən məğlub edildikdən sonra Ərgənəqon (Farsca:ارگنه قون; Ergene Qon) adı verilən dar və sıldırım bir yerə getmiş, 400 ildə sülaləsi çoxalıb Ərgənəqondan çıxmşdır. Ərgənəqondan çıxdıqları zaman yol göstərənin Börteçine olduğu düşünülməkdədir. Ancaq Göytürklərin diriliş dastanı ilə olan oxşarlıqları səbəb göstərərək Türklərə aid bir dastan olduğunu iddia edən tədqiqatçılar da var.
Erqenekon dastanı
Ərgənəqon (türk. Ergenekon) və ya Ərgünə-xun (monq. Эргүнэ Хун/Ergüne xun) — mənbələrə görə Göytürklərin dirilişi ilə əlaqəli hekayə. Ərgənəqon türklərin Orta Asiyadakı əfsanəvi anayurdu. Rus tarixçi Gumilevin araşdırmalarına görə Dik Yamac mənasını daşıyır., Qədim əsərlərdəki təsvirlərə görə Ərgənəqonun Altay dağlarındakı, Beluça dağında olduğundan bəhs edilir. == Tarixi əsərlərdə == XIV əsrdə Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin qələmə aldığı Cəmi ət-Təvarix (Tarix toplusu) adlı əsərinin "Mujallad-i Awwal" (Birinci Kitabı: Monqol tarixi)in "Bab-i Awwal" (Birinci Bölüm: Türk ve Monqol qəbilələrinin tarixi)ində monqolların yaradılış dastanı olaraq qeyd edilmiş əfsanə, 17. yüzildə Şibanın nəvələrindən və Xivə xanlığının xanı olan Əbulqazi Bahadır xanın qələmə aldığı Şəcərəyi Türk adlı əsərdə də monqolların yaradılış dastanı olaraq qeyd edilmişdir, lakin bəzi mənbələrə görə də Türk dastanıdır. Bəhsi keçən hər iki tarixi mənbədə Nekuz (Nüküz) və Qiyan (Kıyan) adlı qardaşlar ilə xanımları tatarlar tərəfindən məğlub edildikdən sonra Ərgənəqon (Farsca:ارگنه قون; Ergene Qon) adı verilən dar və sıldırım bir yerə getmiş, 400 ildə sülaləsi çoxalıb Ərgənəqondan çıxmşdır. Ərgənəqondan çıxdıqları zaman yol göstərənin Börteçine olduğu düşünülməkdədir. Ancaq Göytürklərin diriliş dastanı ilə olan oxşarlıqları səbəb göstərərək Türklərə aid bir dastan olduğunu iddia edən tədqiqatçılar da var.
Gilqameş dastanı
Gilqameş dastanı — tarixdə ən qədim yazılı dastandır. 12 gil lövhəsi Akkad mixi yazısı ilə yazılmışdır. Gilqameş dastanı Qədim Babilin mədəniyyət abidəsi nümunəsidir. Hammurapi qanunları kimi bu sənət əsəri də Şumer və Babil qarışığından ibarətdir. Uruk kralı Gilqameşin ölümsüzlük axtarışından bəhs edən dastan eyni zamanda Nuh tufanının ən qədim versiyasını də saxlamaqdadır. Gilqameş, ən yaxın dostu Enkidunun ölümündən sonra ölümsüzlüyə çatma səyinin nafilə olduğunu anlamış və tanrı Enlilinin öyüdləriylə insanın ancaq özündən sonra ad qoymaqla ölümsüzlüyə çata biləcəyini qəbul etmişdir. == Tarixiliyi == Dastan tarixə məlum ən qədim mədəniyyətlərdən olan şumerlərin yaşayışı haqqında məlumat verir və eyni zamanda ilk yazılı dastan xüsusiyyətini daşıyır. Təxminən e.ə. 2600-cü ildə Şumeri idarə edən dastanın qəhrəmanı Gilqameş həqiqi tarixi şəxsiyyət olmuşdur. Onun qəhrəmanlıqları öz həməsrlərini riqqətə gətirmişdir və onlar Gilqameş haqqında ibarəli rəvayətlər qoşmağa başlamışdılar.
Gılqamış dastanı
Gilqameş dastanı — tarixdə ən qədim yazılı dastandır. 12 gil lövhəsi Akkad mixi yazısı ilə yazılmışdır. Gilqameş dastanı Qədim Babilin mədəniyyət abidəsi nümunəsidir. Hammurapi qanunları kimi bu sənət əsəri də Şumer və Babil qarışığından ibarətdir. Uruk kralı Gilqameşin ölümsüzlük axtarışından bəhs edən dastan eyni zamanda Nuh tufanının ən qədim versiyasını də saxlamaqdadır. Gilqameş, ən yaxın dostu Enkidunun ölümündən sonra ölümsüzlüyə çatma səyinin nafilə olduğunu anlamış və tanrı Enlilinin öyüdləriylə insanın ancaq özündən sonra ad qoymaqla ölümsüzlüyə çata biləcəyini qəbul etmişdir. == Tarixiliyi == Dastan tarixə məlum ən qədim mədəniyyətlərdən olan şumerlərin yaşayışı haqqında məlumat verir və eyni zamanda ilk yazılı dastan xüsusiyyətini daşıyır. Təxminən e.ə. 2600-cü ildə Şumeri idarə edən dastanın qəhrəmanı Gilqameş həqiqi tarixi şəxsiyyət olmuşdur. Onun qəhrəmanlıqları öz həməsrlərini riqqətə gətirmişdir və onlar Gilqameş haqqında ibarəli rəvayətlər qoşmağa başlamışdılar.
Koroğlu dastanı
Koroğlu — Altay, Türkiyə, Türkmənistan, Azərbaycan türklərinin əfsanələrində və xalq əhvalatlarında iştirak edən xalq qəhrəmanıdır. Əsl adı Rövşən olmuşdur. "Koroğlu" Rövşənin ləqəbidir və ona atasının gözləri xan tərəfindən çıxarıldıqdan sonra verilmişdir. == Haqqında == Dastanda Koroğlunun kim olduğundan, onun etdiyi mübarizələrdən bəhs edir. Koroğlunun atası Alı kişinin Həsən xan tərəfindən gözləri çıxardılır. Əslində Həsən xan Alı kişini öldürmək fikrində idi, lakin qonağı Hasan paşanın Alı kişinin gözlərinin çıxardırılmasını söyləməsi onu bu fikrindən daşındırdı. Koroğlunun əsl adı Rövşəndir. Atası ölmədən əvvəl ona "Koroğlu" adını qoydu. Bunuda qeyd eləmək lazımdır ki, Koroğlunun vətəni Çənlibeldir. Dastanda Koroğlunun başına qoçaq oğlanlar yığışınca Çənlibel igidlərin məskəni olmuşdur.
Köç Dastanı
Köç dastanı — Uyğur dastanı. == Dastanın məzmunu == Uyğurların yurdunda "Hulqun" adlı bir dağ vardı. Bu dağdan Tuşla və Sələngə adlı iki çay axardı. Bir gecə oradakı bir ağacın üzərinə göydən ilahi bir işıq düşdü. İki çay arasında yaşayan xalq bunu diqqətlə izlədi. Ağacın gövdəsində şişkinlik əmələ gəldi, ilahi işıq 9(doqquz) ay 10(on) gün şişkinlik üzərində durdu. Ağacın gövdəsi yarıldı və içində beş uşaq göründü. Bu ölkənin xalqı bu uşaqları böyütdü. Ən kiçikləri olan Buqun xan böyüyüncə xaqan oldu. Ölkə zəngin, xalq isə xoşbəxt oldu.
Masaaki Hiqaşiquçi
Masaaki Hiqaşiquçi (d. 12 may 1986) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Masaaki Kato
Masaaki Kato (d. 22 dekabr 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.
Masaaki Mori
Masaaki Mori (d. 12 iyul 1961) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Masaaki Savanobori
Masaaki Savanobori (d. 12 yanvar 1970) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 16 oyun keçirib, 3 qol vurub.
Masaaki Şirakava
Maasaki Şirakava (27 sentyabr 1949, Fukuoka və ya Kitakyuşu, Fukuoka prefekturası) — Yaponiya Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C-" qiymətini vermişdir.
Nart dastanı
Nart dastanı(adıq Нартхымэ акъыбарыхэ; Nartxıme aqıbarıxe; abxaz dili. Нарҭаа ражәабжьқәа; Nartaa raƶuabƶkua; qaraç.-balk. Нарт таурухла; Nart tawruxla; oset. Нарты кадджытæ; Nartı kadjıtæ; Narty kaddžytæ; çeç. Нарт Аьрштхой; Nart ärştxoý; Nart ärştxoj) — Şimali Qafqaz mənşəli nağıllar toplusu. Bu, bölgədəki qəbilələrin, o cümlədən abazin, abxaz, çərkəz, osetin, qaraçay-balkar və çeçen-inquş folklorunun əsas mifologiyasını formalaşdırır. "Nart" sözü "nar" sözünün osetin dilindəki cəm halı olan Nartæ sözündən gəlməktədir. "Nar" sözü özü də Proto Hind-Avropa dillərinin alt qrupu Proto Hind-İran dilində (*h₂nḗr) "qəhrəman, kişi" mənasında işlənmişdir. Çeçen dilində "nart" nəhəng deməkdir. Dastandakı hekayələrdə önə çıxan qəhrəmanlardan bəziləri bunlardır: Sosruko (ubıx, abxaz və adıge : sawsərəqʷa (Саусырыкъо); osetin : Soslan (Сослан)) — Hiyləgər kimi də peyda olan qəhrəman.
Neft Daşları
Neft Daşları — Azərbaycan Respublikasının daxilində, Bakının Pirallahı inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Neft Daşları qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Neft Daşları qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Neft Daşları qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. Xəzərin dibində neftin olması qədim vaxtlardan məlum idi. Bir çox tarixçilərin, səyyahların əsərlərində dəniz səthi üzərində mazutlu daşların görünməsi, suda qaz qabarcıqlarının çıxması təsvir edilmişdi. Dənizin həmin hissəsinin “Qara daşlar” adlandırılması da məhz bununla əlaqədar idi. Neft Daşları dünyanın ilk neft platformasıdır. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilmişdir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir. “Neft Daşları” paytaxt Bakıdan 90 km aralıda yerləşir.
Nəsimi dastanı
"Nəsimi dastanı" (en. A Tale of Nasimi; ru. Легенда о Насими, yaxud Сказание о Насими) — Fikrət Əmirovun 1973-cü yazdığı balet. Libretto yazıçı Anara məxsusdur. Baletmeyster Nailə Nəzirovanın quruluş verdiyi bu tamaşa ilk dəfə 23 sentyabr 1973-cü il tarixdə nümayiş etdirilərək, tamaşacıların böyük rəğbətini qazanmış, 1974-cü ildə isə Respublika Dövlət mükafatına layiq görülmüşdür. Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyatından bəhs edir. I səhnə: Cəlladların rəqsi II səhnə: Nəsiminin monoloqu III səhnə: Nəsimi və sevgilisinin birinci dueti IV səhnə: Qızların Nəsimi və sevgilisi ilə rəqsi V səhnə: Hücum VI səhnə: Qızların kədəri VII səhnə: Nəsimi və sevgilisinin ikinci dueti VIII səhnə: Nəsiminin üsyanı IX səhnə: Savaş X səhnə: Əbədilik Baletdə Lütfiyar İmanovun ifasında Nəsiminin ariyası və dünyanı lənətləyən kiçik şeiri səslənmişdi.