Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lusi Domisi Paris
Paris (v. 67) — Domisiya Lepidanın köləsi, sonradan azad insan, aktyor. == Həyatı == Paris öz azadlığını satın ala biləcək qədər varlanmışdır. O, azadlığını əldə etdikdən sonra Lusi Domisi Paris (lat. Lucius Domitius Paris) adını almışdır. Bunun müqabilində Domisiya Lepida azad edilmiş kölələrdən biri olan Atimet vasitəsilə nüfuzlu və məşhur anası Aqrippinanın onu vəzifədən salmaq üçün plan hazırladığına dair uydurmalarına Neronu inandırmaqda istifadə etmək üçün ona təsir etmişdir. Bununla belə, Paris teatrsevər Neronun rəğbətini o qədər yüksək tutmuşdu ki, hətta plan uğursuzluğa düçar olanda belə, sui-qəsdçilər arasında yalnız o cəzalandırılmamışdı və hətta az sonra imperator tərəfindən "azad doğulmuş" elan edilmişdir. Beləliklə, Domisiya onu azad etmək üçün aldığı məbləği geri ödəməli olmuşdur. Buna baxmayaraq, Neron sonradan Parisi özünə rəqib aktyor kimi görməyə başlamışdır. E.ə.
Qney Domisi Korbulon
Qney Domisi Korbulon (lat. Gnaeus Domitius Corbulo; təq. 7 – 67, Korinf, Peloponnes) — Roma sərkərdəsi, 39-cu ildə konsul-suffekt. O,Domisilər zadəgan plebey ailəsinin adı indiki dövrdə məlum olmayan qolundan olmuşdur. Korbulon ilk növbədə, imperator Neronun Şərqə yürüşündə iştirak edən sərkərdə kimi tanınır. Adını paylaşdığı atası imperator Tiberi dövründə pretor kimi senata daxil olmuşdur. Fahişə olan anası Vistiliya pretorian statuslu ailədən gəlirdi və altı fərqli kişidən yeddi uşağı olmuşdur. Bu uşaqlardan bəziləri dövrün siyasi səhnəsinin mühüm fiqurları idi. Romanın sərhəd ərazilərində artan Parfiya təsirindən narazı qalmış Neron Romanın vassal padşahlarının hakimiyyətini bərpa etmək missiyası ilə legat Qney Domisi Korbulonu böyük bir ordunun başçısı təyin edərək Ermənistana göndərmişdir. 58–63-cü illər Parfiya–Roma müharibəsi zamanı Ermənistan çarı I Trdat Parfiya hakimi olan qardaşı I Vologezin köməyi ilə Roma ordusunu sıxışdırmaq üçün çevik qüvvələr göndərmiş, Korbulon da eyni taktikadan istifadə edərək muşkiləri Ermənistanın periferik rayonlarını qarət etmək üçün göndərmişdir.
Damiyə
Damiyə — Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı. == Toponimkası == Damiyə Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı. İrəvan quberniyasının Eçmiadzin qəzasında Dəm, Surməli qəzasında Dəmitəpə, Şarur-Dərələyəz qəzasında Dəmitəpə və Dəmibulaq. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında Dəmidaq adları ilə mənaca eynidir.
Domino
Domino — sümük daş (domino daşı) ilə oynanılan oyun. Oyunun əsas şərti eyni xallı daşlardan ibarət domino zənciri yaratmaqdır. == Tarixi == Domino oyununun çoxəsrlik tarixi var. Qədim Çin əfsanələrinə görə, bu oyun artıq XII əsrdə Şərqdə məşhur olub. Onun ilk növü əsasında daha 47 variantı meydana çıxıb ki, həmin oyunlarda istər ağ­qara, istərsə də rəngbərəng daşlardan istifadə olunub. Müxtəlif rənglər daşların üstünlüyünü bildirib. SSRİ dövründə Salyan rayonunda yerləşən Plastmas zavodunda istehsal olunan dominonun SSRİ ölkələrinə satılması haqqında məlumatlar mövcuddur. Bu çox maraqlı oyun öz adı ilə dominikan rahiblərinə borcludur. Belə ki, həmin ruhanilərin geyimi – başlıqlı qara bürüncəklər belə adlandırılıb. İkincisi, istənilən işə, o cümlədən oyuna başlamazdan əvvəl Tanrıya həmd və şükür etmək lazım idi ki, bu da “Domino gratias” və ya “Benedicamus domino” adlanıb.
Dofine
Dofine (fr. Dauphiné Fransızca tələffüz: [dofine]) — Fransanın cənub-şərqində yerləşən tarixi bölgə. Fransa dofeni titulu Dofine bölgəsindən meydana gəlmişdir. İlk dəfə 1349-cu ildə bölgənin şahzadəsi V Karla verilmişdir. Karl hökmdar olduqdan sonra həmin regionu və titulu ən böyük oğluna ötürmüşdür. Beləliklə, bu titul "taxta ən yaxın prens və ya prenses" mənasında, yəni "vəliəhd" mənasında işlənmişdir.
Domin
Karel Domin (çex. Karel Domin;4 may 1882[…] – 10 iyun 1953 və ya 16 may 1953, Praqa) — Çex boyaniki və siyasətçisi. == Botanik adlandırılma üzrə elmi işləri == Cheilanthes parryi Domin Dryandra sessilis (Knight) Domin, Vĕstn. Král. Ceské Společn. Nauk, Tř. Mat. Přír. 2: 19 (1923) (=Banksia sessilis (Knight) A.R.Mast & K.R.Thiele Oryza australiensis Domin Pityrogramma dealbata (C.Presl) Domin Rozpr. Ceské Akad.
Doris
Doris (lat. Doris) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin nudibranchia dəstəsinin dorididae fəsiləsinə aid heyvan cinsi. == Növləri == Doris alboranica Bouchet, 1977 Doris atypica (Eliot, 1906) Doris bertheloti (d'Orbigny, 1839) Doris bicolor (Bergh, 1884) Doris bovena Er. Marcus, 1955 Doris caeca (Valdés, 2001) Doris cameroni (Allan, 1947) Doris chrysoderma Angas, 1864 Doris claurina (Er. Marcus, 1959) Doris falklandica (Eliot, 1907) Doris flabellifera Cheeseman, 1881 Doris fontainii d'Orbigny, 1837 Doris fretterae T. E. Thompson, 1980 Doris granulosa (Pease, 1860) Doris ilo (Er. Marcus, 1955) Doris immonda Risbec, 1928 Doris kerguelenensis (Bergh, 1884) Doris kyolis (Ev. Marcus & Er.
Anno Domini
Miladi tarix (lat. Anno Domini) — İsa Məsihin doğumunun yeni eranın başlanğıcı kimi qəbul edilməsi və həmin tarixin il hesablanması üçün başlanğıc nöqtəsi götürülməsinə əsaslanan anlayış. Qriqorian təqvimi (Ay təqvimi)nə əsasən bəşəriyyət tarixi eramızdan əvvələ və bizim eraya bölünür. Bu hesablamada sıfırıncı il yoxdur. Belə ki, eramızdan əvvəl 1-ci ildən sonra eramızın 1-ci ili gəlir. Bu il hesablama sistemi eramızın VI əsrində kilsə xadimi İqumen Kiçik Dionisi tərəfindən müəyyənləşdirilmiş İsa Məsihin doğum tarixinə əsaslanır. Lakin hazırda onun hesablamalarının səhv olduğu güman edilir. Belə ki, İsanın eramızdan əvvəl 4-cü ildən (Böyük İrodun vəfat ili) sonra doğulmuş olması mümkün sayılmır. İsa peyğəmbərin doğulması ilə milad təqvimi başlayır.
Denise Bilmann
Denise Bilmann (11 dekabr 1962, Sürix) — İsveçrəli Fiqurlu konkisürmə ustası, idmançı. == Həyatı == Denise Bilmann 1981-ci ildə Avropa və Dünya çempionu olmuşdur və 3 dəfə İsveçrə dünya çempionatında qızıl medal almışdır. Bir yarışmada üçlü lutz atan ilk qadın Fiqurlu konkisürmə ustasıdır. İlk dəfə 1978-ci il Avropa çempionatında çıxış etmişdir. 1980-ci il qış olmiyasında sərbəst proqramı birinci tamamlayıb, toplamda dördüncü sırada yer almışdır. Billmann dönüşünə adını verən idmançıdır. Denise Bilmann bu dönüşü tapmamış ancaq dönüşün tanınmasına yardımçı olmuşdur.
Doliye buzlağı
Doliye buzlağı (bolq. ледник Долие, ‘Lednik Dolie’ \'led-nik do-'li-e\) — 9.5 km uzunluğu, 2.4 km eni olan və Antarktidanın Qreyam Torpağının Loubye sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq MakKanse buzlağından cənub-qərbdə, Blaqun buzlağından şimal-şərqdə, Vilkinson buzlağından şimal-qərbdə yerləşmişdir. Liebiq zirvəsindən şimal-qərbdə yerləşmişdir. Buzlaq cənubi Bolqarıstanda yerləşən Doliye şəhərinin adını daşıyır. == Yerləşməsi == Doliye buzlağı 66°48′10″ c. e. 65°58′40″ q. u. koordinatlarında yerləşmişdir.
Domino effekti
Domino effekti — hər hansı davranışda dəyişiklik etdikdə bu proses zəncirvari bir reaksiyanı aktivləşdirir və digər davranışlarda da dəyişikliyə səbəb olur. == Tarixi == "Domino effekti" nəzəriyyəsi ilk dəfə Con Foster Dalles tərəfindən irəli sürülüb. Bu termin ABŞ siyasətçiləri tərəfindən 1950–1980-ci illərdə, yəni Soyuq Müharibə dövründə Amerikanın digər dövlətlərə müdaxiləsinə haqq qazandırmaq üçün istifadə edilirdi.
Megatriorchis doriae
Megatriorchis doriae (lat. Megatriorchis doriae) — megatriorchis cinsinə aid heyvan növü.
Möminə Xatun
Möminə Xatun (v. 1175, Naxçıvan) — Səlcuqlu sultanı II Toğrulun həyat yoldaşı olmuşdur. II Toğruldan Arslan adlı bir oğlu olmuşdur. 1135-ci ildə II Toğrulun ölümündən sonra hakimiyyətə keçən Sultan Məsud onu Şəmsəddin Eldəniz ilə evləndirmişdir. Şəmsəddin Möminə Xatunla evlənmədən öncə, oğlu Arslanın atabəyi olduğu dövrdə də onun etimadını qazanmış, onun məsləhətlərini nəzərə alaraq saray çəkişmələrinə qarışmamışdır. Möminə Xatunun ikinci evlilikdən iki oğlu — Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan və adı bilinməyən bir qızı olmuşdur. Hakimiyyət işlərində hər iki ərinə məsləhət verən bu xanım həmçinin Şəmsəddinin oğlu Arslanla münasibətlərində vasitəçi rolu oynayaraq ara müharibələrin qarşısını almışdır. 571-ci il rəbiüləvvəl ayının ortalarında (19.09.-18.10.1175) ərindən bir ay əvvəl Naxçıvanda vəfat etmişdir. Şəmsəddin Eldəniz onun qəbri üstündə məqbərə tikdirməyə başlamış, lakin bu işi oğlu Məhəmməd Cahan Pəhləvan tamamlamışdır. Salnaməçi Sədrəddin əl-Hüseyni "Əxbar əd-doulət əs-Səlcuqiyyə" ("Səlcuqilə dövləti haqqında məlumat") əsərində onun haqqında qeyd edirdi: Möminə xatun həmişə Şəmsəddin Eldənizi ölkə səyahətlərində müşayiət edirdi; dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hesablaşırdılar.
İsokiçi Komine
İsokiçi Komine (17 iyul 1867, Şimabara, Naqasaki prefekturası – 3 oktyabr 1934, Rabaul) – yapon əsilli Avstraliya fermeri, mirvari ovçusu və biznesmeni. Alman Yeni Qvineyasının ilk yapon sakini və yerli yapon icmasının lideri olmuşdur. İsokiçi Komine 17 iyul 1867-ci ildə Yaponiyanın Şimabara şəhərində doğulmuşdur. 1890-cı ildə Avstraliyanın Tersdi adasına miqrasiya etmişdir. O, mirvari ovu ilə məşğul olmağa başlamış və öz lugerini almışdır. 1894-cü ildə qayıq tikintisinə maraq göstərmişdir. O, 1895-ci ildə kənd təsərrüfatına yararlı torpaqlar tapmaq üçün Yeni Qvineyanın Binaturi və Flay çayları boyunca səyahət etmiş, lakin kəşflərindən yararlanmaq üçün kapital tapa bilməmişdir. Komine 1901-ci ildə Avstraliyanın Kerns şəhəri yaxınlığında torpaq alıb şəkər yetişdirmək istəsə də, Avstraliya vətəndaşlığına qəbul edilmədiyi üçün uğursuz olmuşdur. Britaniya Yeni-Qvineyasında daimi yaşama icazəsi də qəbul edilməmişdir. Komine 1901-ci ildə Alman Yeni Qvineyasına köçmüşdür.
Domı
Binə (əvvəlki adı: Domı) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd 1992-ci ilədək Domı adlandırılmışdır. Domı sözü də binə sözünə yaxın "oturmaq, ayağını qatlayıb aşağı çökmək" mənaları ilə bağlıdır. Ərazisindən axdığı Domı çayın (hal hazırda çayın adı Binəçaydır) əyildiyi, burulduğu yerdə yerləşdiyi üçün yaşayış məntəqəsi bu adı almışdır. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Domı kəndi Binə kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Binə kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. === Tarixi abidələri === Binə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Binə kəndi dağlıq ərazidə, Qarabağ silsiləsinin yamacında, Binəçayın (Quruçayın sağ qolu) sol sahilində, rayon mərkəzi Xocavənd şəhərindən 45 km cənub-qərbdə, Hadrut qəsəbəsindən 50 km şimal-qərbdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == İşğaldan qabaq kəndin əhalisi heyvandarlıq, bağçılıq və heyvandarlıqla məşğul idi, kənddə rabitə şöbəsi var idi, kəndin yaxınlığında mineral bulaq var. == Mədəniyyəti == İşğaldan qabaq kənddə klub, kinoqurğu var idi, həmçinin Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdu.
Оmiş
Omiş
Оmiş (xorv. Omiš) — Xorvatiyanın Dalmasiya bölgəsində yerləşən bir şəhərdir. Bölgənin ümumi əhalisi 14,936 nəfərdir, ərazisi 266 kvadrat kilometrdir. Şəhərin daxilində aşağıdakı yaşayış məntəqələri yerləşir: Bu gün Omiş şəhərinin iqtisadiyyatı əkinçilik, balıqçılıq, toxuculuq və qida emalı sənayesi və turizmə əsaslanır.
Bafetimbi Qomis
Bafetimbi Qomis (Fransızca tələffüz: [bafetimbi ɡɔmis]; 6 avqust 1985[…], La-Seyn-syur-Mer[d]) - Seneqal əsilli fransız futbolçu. Türkiyə Super Liqası təmsilçilərindən Qalatasaray’da oynayır. == Klub karyerası == === Sent-Etyen === Bafetimbi, peşəkar karyerasına Sent-Etyen’də başladı. Daha sonra icarə əsasında Troyes’ə transfer olundu. Bu klubda 13 oyunda 6 qol vurdu. 2009-cu ildə Sent-Etyen’lə yollarını ayırdı. === Olimpik Lion === Qomis 2009-cu ildə ölkəsinin Olimpik Lion klubu ilə 13 milyon avro qarşılığında 5 illik müqavilə imzaladı. Bafetimbi, Sent-Etyen’in Olimpik Lion’a göndərdiyi 6-cı futbolçu olmuşdur. === Suonsi Siti === 2014-cü ildə İngiltərə klublarından Suonsi Siti ilə 4 illik müqavilə imzaladı. Futbolçu ilk qolunu Arsenal’a qarşı atdı.
Demis Russos
Demis Russos (yun. Ντέμης Ρούσος, əsl adı Artemios Venturis Russos, yun. Αρτέμιος Βεντούρης Ρούσος; 15 iyun 1946, İsgəndəriyyə, Misir – 25 yanvar 2015, Afina, Yunanıstan) — yunan müğənnisi. == Həyatı == 15 iyun 1946-cı ildə Misirin İsgəndəriyyə şəhərində yunan əsilli ailədə dünyaya gəlmiş, 1956-cı il Süveyş böhranından sonra ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür. Russos 1963-cü ildə Vangelis və Lukas Sideras ilə birlikdə "Aphrodite's Child" qrupunun əsasını qoymuşdur. 1968-ci ildə Yunanıstandakı hərbi çevrilişdən sonra qrup üzvləri Parisə köçdülər və burada özlərinin "Rain & Tears" mahnısı ilə məşhurluq qazandılar. 1971-ci ildə Russos qrupu tərk etdi və solo karyerasına başladı, amma keçmiş qrup üzvü Vangelislə əməkdaşlığını davam etdirdi və bu əməkdaşlığın nəticəsi olaraq 1977-ci ildə "Magic together" albomunu çıxardı. Onların ən məşhur birgə işi isə Oskar mükafatına layiq görülmüş "Alovlu döyüş arabaları" ("Chariots of Fire") filminin musiqisi — "Race to the End" və onun ispan dilindəki versiyası "Tu Libertad" oldu. Russos həmçinin Vangelisin 1982-ci ildə Filip Dikin əsəri əsasında çəkilmiş "Ülgücün üzəri ilə qaçan" ("Blade Runner") filminə yazdığı "Tales of the Future" mahnısını da səsləndirmişdir. 1974-cü ildə Russos "Forever & Ever" albomu ilə uğur qazandı.
Karel Domin
Karel Domin (çex. Karel Domin;4 may 1882[…] – 10 iyun 1953 və ya 16 may 1953, Praqa) — Çex boyaniki və siyasətçisi. == Botanik adlandırılma üzrə elmi işləri == Cheilanthes parryi Domin Dryandra sessilis (Knight) Domin, Vĕstn. Král. Ceské Společn. Nauk, Tř. Mat. Přír. 2: 19 (1923) (=Banksia sessilis (Knight) A.R.Mast & K.R.Thiele Oryza australiensis Domin Pityrogramma dealbata (C.Presl) Domin Rozpr. Ceské Akad.
Onore Domye
Onore Viktoren Domye (fr. Honoré Victorin Daumier; 26 fevral 1808[…], Marsel[…] – 10 fevral 1879[…], Valmondua[…]) — fransız qrafiki, boyakar və heykəltəraşı, XIX əsrin ən böyük siyasi karikatura ustalarından biri. Onore Viktoryen Domye 26 fevral 1808-ci ildə Marsel şəhərində anadan olmuşdur. 1814-cü ildə ailəsi ilə birlikdə Parisə gəlmişdir. 1822-ci ildən A. Lenuarın emalatxanasına və Süis akademiyasına getmiş, Luvrda qədim sənətkarların yaradıcılığını öyrənmişdir. 1820-ci illərdə litoqraf J. M. Beliarın assistenti olmuş, kiçik nəşriyyatlar üçün vinyetkalar, titul səhifələri və s. işləmişdir. Domyenin siyasi karikatura ustası kimi formalaşmasında 1830-cu il inqilabının böyük təsiri olmuşdur. Калитина Н. Н. Домье. М., Искусство, 1955.
Qomis Jardin
Joze Qomis di Voskonselus Jardin (port. José Gomes de Vasconcelos Jardim; 1 yanvar 1773 — 1 dekabr 1854) — Braziliyalı həkim, həmçinin hərbi və siyasi xadim. Farrapus müharibəsinin əsas fiqurlarından biri, Riu-Qrandi-du-Sulun müstəqilliyinin tərəfdarı. Riu-Qrandi Respublikasının ikinci prezidenti (1843—1845). Jardin üsyanın əvvəllərindən onun iştirakçısı, sonradan rəhbəri olmuşdur. Üsyançılar 5 noyabr 1836-cı ildə Riu-Qrandi Respublikası elan edildikdən sonra Bentu Qonsalvisi prezident, Jardini isə vitse-przident təyin edirlər. Ancaq Bentu Qonsalvis əsirlikdə olması səbəbindən onun səlahiyyətləriri Jardin icra edir. Sentyabr 1837-ci ildə Qondalvis əsirlikdən qaçmağa müvəffəq olur və üsyançılara qoşulur. Mübarizəni davam etdirsə də, 1943-cü ilin avqust ayında üsyançıların rəhbərliyində yaranan fikir ayrılığı səbəbindən istefa verir. Jardin vitse prezident kimi yenidən prezident olur.
Doris (albom)
Doris — ABŞ repçisi Earl Sweatshirt-ün debüt studiya albomu. 20 avqust 2013-cü ildə Odd Future Records və Tan Cressida Records tərəfindən buraxılıb.
Doris (dəqiqləşdirmə)
Doris — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin nudibranchia dəstəsinin dorididae fəsiləsinə aid heyvan cinsi. Doris (albom) — ABŞ repçisi Earl Sweatshirtün debüt studiya albomu.
Demis Hassabis
Demis Hassabis (ing. Demis Hassabis; 27 iyul 1976, London) — İngilis kompüter alimi və süni intellekt tədqiqatçısı və sahibkardır. İlk karyerasında o, video oyun süni intellekt proqramçısı və dizayneri və ekspert stolüstü oyun oyunçusu olmuşdur. O, DeepMind və Isomorphic Labs-ın baş icraçı direktoru və həmtəsisçisidir və Böyük Britaniya hökumətinin süni intellekt üzrə məsləhətçisidir. D.Hassabis zülal qatlanması proqnozlarına görə 2024-cü il Kimya üzrə Nobel Mükafatına layiq görülmüşdür. (Con Camper və Devid Bayker ilə birgə) == Həyatı == Demis Şimali Londonda Kiprli yunan ata və Sinqapurdan olan Çinli ananın oğlu olaraq doğulub böyüyüb. Uşaq ikən şahmat oynayan Hasabis şahmat vunderkindi idi, 13 yaşında Elo reytinqi 2300 idi, 14 yaşadək oğlanlar arasında dünyada beşinci yeri tutur və bir çox İngiltərə yeniyetmə şahmat komandalarına rəhbərlik edirdi. Hassabis 1994-cü ildən Kembric Universitetinin Queens Kollecində kompüter elmləri üzrə təhsil alıb və 1997-ci ildə ikiqat fərqlənmə diplomu ilə məzun olub. == Karyera == Lionhead Kembrici bitirdikdən sonra Demis bir müddət Lionhead studiyasında işləyib. Xüsusilə, Qara və Ağ oyunu üçün oyun süni intellektinin yaradılması üzrə aparıcı proqramçı idi.