Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Doğuş
Doğum — hamiləliyin başa çatması və döl, cift, döl qişalarının ana orqanizmindən ayrılaraq, təbii doğum yollarından keçməsi ilə müşayiət olunan mürəkkəb fizioloji proses. Doğum populyasiyada vahid zaman ərzində orqanizmin yeni fərdlərinin həyata gəlməsi hadisəsi, yəni doğum əmələ gəlir. Yeni fərdlərin əmələ gəlməsi yumurtadan çıxma, toxumla cücərmə və bölünmə yolu ilə ola bilər. Zaman vahidi ərzində doğulanların sayı sabit kəmiyyət olmayıb populyasiyanın fərdlərinin ölçü və yaşından, həm də mühit şəraitindən asılı olaraq dəyişir. Doğum çox olduqda ərazi vahidinə düşən fərdlərin sayı artaraq sıxlığı yüksəlir. Bu zaman ərazi, dişilər və yem üstündə fərdlərarası rəqabət güclənir. Nəticədə fərdlər arasında ölüm halları artır.
Dönüş
Filmlər Dönüş (film, 1972) — Dönüş (film, 2006) — rejissor Pedro Almodovarın filmi. Dönüş (film, 2018) — rejissor Rüfət Əsədovun filmi.
Döyüş
Döyüş — bir-biri ilə münaqişədə olan ya müharibə vəziyyətində olan iki tərəf arasında baş verən irimiqyaslı hərbi əməliyyatlara deyilir. Döyüşün adı əsasən hərbin baş verdiyi ərazinin adından götürülür. Döyüş müharibənin gedişatında xüsusi çəkiyə malik olub, onun taleyini tam həll etmiş olur. Qədim Dünyada, Orta Əsrlərdə və yeni Tarixdə döyüş konkret bir məkanda, açıq bir yerdə, dənizdə, donmuş göl üzərində baş verir və bir neçə gündən artıq davam etmirdi. Müasir dövrdə döyüş geniş bir coğrafiyada baş verir və aylarla davam edə bilir.
Köpük
Köpük qaz baloncuqlarını bərk və ya maye halına gətirərək yaradılan bir maddədir. Hamam süngərindəki və bir stəkan pivənin üstündəki qabarcıqlar köpük nümunəsidir. Əksər köpüklərdə böyük bir qaz var və onlar qaz zonalarını ayıran nazik bərk film və ya bərk filmlərdən ibarətdirlər.
Gərni döyüşü
Qarni döyüşü — 1225-ci ildə Gürcüstan çarlığı və Xarəzmşahlar arasında baş vermiş döyüş. Döyüş nəticəsində Gürcüstan çarlığı məğlub edildi və Gürcüstan çariçası Rusudan qərargahını Tiflisdən Kutaisiyə köçürməyə məcbur olmuşdur. == Döyüşdən əvvəl == Bu dövrdə Cəlaləddin Mənguberdi çariça Rusudana məktub yazaraq tabelik göstərməsini istədi. Lakin Rusudan tabe olmaqdan imtina etdi və Cəlaləddinə Monqol imperiyasına məğlub olduğunu xatırladan məktub yazdı. Bundan sonra 1225-ci ildə Xarəzmşah ordusu sərhədi keçərək Gürcüstana daxil oldu və qısa bir müddət sonra iki tərəf arasında ağır döyüş baş verdi. == Tərəflərin hərbi potensialı == Çariça Rusudan əsgər toplamaq üçün Gürcüstan çarlığının bütün bölgələrinə elçilər göndərdi. Bu dövrdə çarlıq muzdlu əsgərlər də daxil olmaqla 100,000 yaxın əsgər toplamaq potensialına sahib idi. Bununla yanaşı gürcülər təhlükəsizlik səbəbindən qüvvələrinin bəzi hissələrini ayırdılar. Beləliklə, Cəlaləddinə qarşı gürcülərin əlində 60–70,000-ə qədər qüvvə var idi. Xarəzmşah ordusunun sayı isə gürcülərdən daha çox idi.
Hadrut döyüşü
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. == Erkən hadisələr == Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi. 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı.
Hörmüz döyüşü
Hörmüz döyüşü — 1622-ci ildə baş vermişdir. 10 həftəlik mühasirədən sonra İngiltərə-Səfəvi dövlətlərinin müttəfiq qoşunları qaladakı portuqal qarnizonunu məğlub etməyi bacarırlar. Bununla da Fars körfəzində İngiltərə ilə Səfəvi dövlətinin ticarət yolu açılmış olur. Hörmüzün Səfəvilər tərəfindən geri qaytarılmasından əvvəl Portuqaliya təxminən bir əsr idi ki, buranı özünə tabe etmişdi. Hörmüz 1507-ci ildən Portuqaliyaya tabe idi, buranı portuqal sərkərdə Alfonso de Albuerque tabe etmişdi. Bu yer vasitəsilə portuqallar Hindistan ilə Avropa arasındakı bütün ticarəti öz nəzarətlərinə keçirmişdilər. == İngiltərə-Səfəvi ittifaqı == İngiltərə tərəfi müharibədə Ost-Hind şirkəti tərəfindən təmin edilən 5 döyüş gəmisi və 4 kiçik gəmi ilə təmsil olunurdu. Səfəvilər isə ingilislərlə ittifaq qurulana qədər artıq müharibəyə başlamışdılar. I Şah Abbasın qoşunu portuqalları Qeşm adasındakı qalada mühasirəyə almışdı. I Şah Abbas ümid edirdi ki, ingilislər onlara yardım edəcək.
Hüneyn döyüşü
Hüneyn Döyüşü (ərəbcə: غزوة حُنين); Hicrətin səkkizinci ilində, miladi təqvim ilə 630-cu ildə, Məkkənin fəthindən dərhal sonra Hüneyn Vadisində meydana gəldi. Müharibə İslamın qurucusu və son peyğəmbər Məhəmməd (s.a.v) əmrindəki İslam ordusu ilə Taif bölgəsindəki Havazin və Sakif qəbilələri arasında baş verdi. Bütpərəstlərin basqınları və Məkkənin yeni müsəlmanlarının iştirakı sayəsində, Hüneyn yürüşünün başlanğıcında İslam ordusu sarsıldı və hətta İslamın qurucusu Məhəmməd peyğəmbərin həyatı təhlükə altında qaldı. Lakin nəticədə müsəlmanlar qalib gəldilər və çoxlu qənimət əldə etdilər. Bu rəvayətlərin bəziləri məsəl ənənəsinin əksidir. Bu ənənənin özəlliyi ictimaiyyəti incidən aşkar faktlarda deyil, əksinə povestlərindən sonra tamaşaçıdan yığdıqları pulun miqdarını artıran, duyğularını sığallayan, şişirdən, bəzən ağlatdıran ətraflı dramatik hekayələr verir. Lətifələr əsasən peyğəmbərlik dəlilləri (Delail En Nubuwwa) kimi sahələrdə istehsal edilmişdir. Məsələn, Huneyn döyüşündə Məhəmmədin atdığı bir ovuc çınqıl bütün kafirlərin gözünə bir-bir daxil olur. == Hüneyn Muharabəsi"nin Səbəbləri == Hüneyn müharibəsinin səbəbinin Havazin və Sakif qəbiləsinin görkəmli şəxslərinin İslamın banisi Məhəmməd peyğəmbərin Məkkəni fəth etməsindən sonra növbədə olduqlarını düşündükləri və o dövrdə Məkkədə olan müsəlmanlara hücum etmək qərarına gəldikləri barədə xəbər yayılır. Başqa bir düşüncəyə görə, bu müharibə Məhəmməd peyğəmbərin Məkkəni fəth etmək üçün Mədinədən yola düşdüyü zaman Havazin və Sakif qəbilələrinin bir araya gələrək, İslam ordusunun onlarla mübarizə aparmaq üçün hərəkətə keçdiyini düşünərək Hüneyn bölgəsində qərargah qurdular.
Kadeş döyüşü
Kadeş döyüşü Firon II Ramzesin hökmranlığının beşinci ilində, e.ə. 1274 cü ildə indiki Suriya və Livan sərhəddində, Orentos çayı üzərindəki Kadeş şəhəri uğrunda Qədim Misir və Het çarlığı arasında baş vermiş hərbi toqquşma. Qədim Misir tarixində III Tutmos tərəfindən e.ə. 1457 ci ildə aparılmış Megiddo döyüşündən sonra ikinci böyük hərbi münaqişə. == Döyüş səlnamələri == Kadeş döyüşü hər iki tərəfə aid səlnamələrdə öz əksini tapmışdır. Qədim Misir səlnamələrində II Ramzes tərəfindən hərbi yürüşün başlanmasından və Kadeş döyüşlərindən xəbər verilir: qoşunları tərəfindən tərk edilmiş II Ramzes tanrı Amunun köməyi ilə qələbə çalmış olur. Döyüş haqqında Karnak, Luksor, Ramesseum , Əbu Simbel və Abidos təsvirlərinə əsaslanan üç və əlavə papirus yazılara əsaslanan 13 təssəvvür mövcuddur. Hettlər tərəfindən düyüş təsəvvürü Babil mixi yazılarına əsaslanır. Het dövlətinin paytaxtı Xattusa şəhərinin xarabalığından tapılmış mixi ilə yazılmış gil lövhələr adıgedən döyüşdən xəbər verir. === Döyüş önü === Kadeş şəhəri Qədim padşahlıq dövrünə aid XVIII sülalə zamanında III Tutmosis tərəfindən altı yürüşdən sonra ələ keçirilmiş olur.
Kalka döyüşü
Kalka döyüşü - (müasir Kalçik çayı), Kalmius çayının sol qolu Donetsk (Ukrayna) vilayəti). 31 may(6 iyun) 1223-cü ildə birləşmiş rus-qıpçaq qoşunları ilə monqol-tatar ordusu arasında, Cebe və Sabutayın yürüşü çərçivəsində baş verən döyüş. == Döyüş ərəfəsi == Gürcü, sonra isə alan-yas və Şimali Qafqaz qıpçaq qoşunlarını darmadağın edəndən sonra, Sabutay bahadur və Cebe noyonun başçılığı altında monqol-tatar ordusunun iki tüməni(20 min süvari) 1223-cü ildə Krıma sonra isə qıpçaq çöllərinə soxuldular. Qıpçaq xanı Kötən xan rus knyazlarından kömək dilədi. Kiyevdəki knyaz şurasında düşməni qarşılamaq qərarı verildi. Apreldə rus və qıpçaq qoşunu, şırımlı yerində(Zaporojye) Dnepri keçərək, rəqibi, avanqardını geri oturdaraq, geri çəkilməyə məcbur etdi. İlk uğur rusları və qıpçaqları ruhlandırdı, və onlar şərqə hərəkət etdilər. 9 gündən sonra Kalka çayında rus-qıpçaq qoşunu(40 min rus və 20 min qıpçaq) monqol-tatarların əsas qüvvəsi ilə qarşılaşdı. == Döyüşün gedişi == Rus knyazlarının şurasında ziddiyətlər yarandı. Kiyevli Mstislav monqol-tatarları Kalkanın sağ tərəfində qarşılamağı təklif etdi.
Katvan döyüşü
Katvan döyüşü (çin. 卡特萬之戰) ― Səlcuqlar, onların vassal dövləti Qərbi Qaraxanilər dövləti və Qarakitaylar dövləti arasında 9 sentyabr 1141-ci ildə baş vermiş döyüş. Səlcuqlar bu döyüşdə qəti şəkildə məğlub oldular və nəticədə Böyük Səlcuq imperiyası çökməyə başladı. == Döyüşdən əvvəlki vəziyyət == Qərbi Lyao imperatoru Yelü Daşinin Balasaquna qədər gələrək Qaşqar, Beşbalıq və Xücənd şəhərlərini tutaraq paytaxtı Balasaqun şəhəri olan Qaraxitaylar dövlətini yaratması ilə Qaraxanlı-Qarakitay mübarizəsi ciddiləşmişdi. 1137-ci ildə Qarakitay ordusu Səlcuq vassalı olan Qərbi Qaraxanlı hökmdarı Mahmud b. Məhəmməd Arslan Xanın qüvvələrini Xücənd yaxınlarında məğlub etdi. Xarəzmşahlar ilə Böyük Səlcuq imperiyası arasındakı mübarizədən faydalanan Qarakitaylar, Qaraxanlı torpaqlarına olan hücumlarını gücləndirmişdilər. Qaraxanlılar ilə onlara tabe olan Qarluqlar arasında mövcud olan ziddiyyətlərdə, Qaraxanlıların, Səlcuq hökmdarı Sultan Səncərdən kömək istəmələri ilə birgə Qarluqlar da Qarakitaylara sığınmışdırlar. == Döyüş == Yelü Daşi, Qarluqların bağışlanması məqsədi Sultan Səncərə müraciət etmiş, ancaq bu tələbi müsbət qarşılamayan Səncər ordusu ilə birgə yürüşə davam etmişdir. İki ordu Səmərqəndin şimal hissəsində yerləşən Katvan çölündə qarşılaşmışdır.
Kerx döyüşü
Kerx döyüşü — Çərkəz Hüseyn bəyin komandanlıq etdiyi Osmanlı əsgərlərinin, Səfəvi qüvvələrinin pusğusu ilə təqribən Osmanlı əsgərlərinin məhv olması ilə nəticələnmişdir. == Döyüş == Qaraman və İstanbuldan kömək gözləyən Bığlı Mehmet Paşa, getdikcə güclənən Ustacalı Qaraxanı bir oyunla məğlub etmək istəyirdi. Bunun nəticəsində iki min nəfərlik süvari ilə saxta bir hücum ediləcək, Səfəvi qüvvələri yığışdıqdan sonra bu qoşunlar geri çəkilərək Səfəvi ordusunu Bığlı Mehmet Paşanın komandanlığı altında əsas ordunun tələsinə salacaqlar. Mövlana İdris isə bu qərara qarşı çıxdı. Səbəb isə mövsümün təsiriylə yolların palçıqlı olması və Kerx mövqeyi ilə əsas ordunun gözlədiyi Qantara arasında uzun bir məsafənin olması idi. Bığlı Mehmet Paşa etirazları qəbul etmədi və Harpud sancaqbəyi Çərkəz Hüseynin komandanlığı altında adı çəkilən qüvvələri verərək yola düşdü. Kəşfiyyatçılar vasitəsilə basqının olacağını eşidən Qaraxan düşərgəni boşaltdı və ətrafına gizləndi. Osmanlı ordusu düşərgənin boş olduğunu düşünərək, oranı talan etməyə başladılar. Əsas ordunun arxadan gəldiyini düşünən Səfəvi ordusu Osmanlı ordusunun düşərgələrini ciddi şəkildə məhv etmələrinə imkan verdi. Əsas ordunun gəlməyəcəyini və bu qüvvələrin tək olduqlarını biləndə gizləndikləri yerdən çıxıb hücuma keçdilər.
Konya döyüşü
Konyanın döyüşü — 21 dekabr 1832-ci ildə Birinci Osmanlı-Misir müharibəsi zamanı Misir və Osmanlı imperiyası arasında baş vermiş döyüş. Müasir Türkiyədə Konya şəhərində olmuşdur. Döyüşə Osmanlılar tərəfdən Resid Mehmed Paşa, Misir tərəfdən isə İbrahim Paşanın başçılığı edirdi. Bu qısa toqquşma misirlilərin qələbəsi ilə bitmişdir. == Ədəbiyyat == Laffin, John, Brassey's Dictionary of Battles, (Barnes & Noble Inc., 1995). Grant, R.G., Battle: A Visual Journey through 5,000 years of combat, (DK Publishing Inc., 2005). Dupuy, R. Ernest and Trevor N. Dupuy, The Harper Encyclopedia of Military History, (HarperCollins Publishers, 1993). McGregor, Andrew James, A Military History of Modern Egypt: from the Ottoman Conquest to the Ramadan War, (Greenwood Publishing Group Inc., 2006). Finkel, Caroline, Osman's Dream, (Basic Books, 2005), 57; "Istanbul was only adopted as the city's official name in 1930..".
Kulikovo döyüşü
Kulikovo döyüşü - Dmitri Donskoyun komandanlığı altında olan ruslarla Qızıl Orda xanı Mamay xan arasında, 8 sentyabr 1380-ci ildə Don, Nepryadva və Krasivaya Meça çayları arasındakı Kulikovo çölündə(hal-hazırda Tula vilayətinin Kimovski və Kurkinski rayonları) baş vermiş döyüş. == Döyüş öncəsi == 1380-ci ilin yayında çərkəzlərin, osetinlərin, ermənilərin, eləcə də krımlı genuyalıların da daxil olduğu təxminən 100 minlik qoşun, o zaman Qızıl Ordanın faktiki hakimi olmuş tümənbaşı Mamayın komandanlığı altında, güclənməkdə olan Moskva üzərinə yeridi. Böyük Litva knyazı Yaqaylo və (bəzi məlumatlara görə) ryazanlı knyaz Oleq Mamayın müttəfiqi idilər. I Dmitriy bütün rus knyazlıqlarına bütün mümkün qüvvələrin toplanması çağırışı ilə xəbər göndərir. Mamay onların zərbəsini qarşılamasın deyə rus qoşunları Moskvaya aparan yollarda, Kolomna və Serpuxovda toplanırlar. Dimitrinin qoşununda Novqorod, Tver, Nijeqorod,Ryazan və Smolenskdən başqa demək olar ki bütün rus knyazlıqları iştirak edir. Moskva knyazı fəal hərəkətlərlə tatarlarla litvalıların birləşməsini qarşılamağı fikirləşirdi, həm də Mamayı rus ərazilərinin sərhədində qarşılamaq fikrindəydi. == Rəqiblərin dispozisiyası == 6 sentyabrda təxminən 100 minlik rus ordusu Nepryadvanın qovuşduğu yerdə Dona çatdı. Ruslar Don çayını keçmək qərarına gəldilər. Bununla onlar Odoyevə yaxınlaşan litvalıların zərbəsini qarşılamış olurdular, eyni zamanda rusların seçdiyi Kulikovo çölü nisbətən dar olduğuna görə tatar süvari kütləsi üçün əlverişsiz idi.
Kursk Döyüşü
Kursk Müharibəsi (Almaniyanın verdiyi kod adı: alm. Unternehmen Zitadelle‎ (Hisar Hərəkatı); rus. Курская битва) — İkinci dünya müharibəsi zamanı Şərq cəbhəsində, Alman qüvvələrinin Kursk çıxıntısına qarşı 1943-cü il iyul və avqust aylarında təşkil etdiyi hücumdur. İkinci dünya müharibəsinin ən böyük tank vuruşmalarından biri və bir gün ərzində ən çox itki verilmiş hava döyüşləri bu döyüşdə reallaşmışdır. Almanların Şərq Cəbhəsində reallaşdırdığı son strateji hücumdur. Döyüş nəticəsində Sovet qələbəsi Şərq Cəbhəsində təşəbbüsü Sovetlərə vermiş və müharibənin sonuna qədər də bu belə qalmışdır. "Kursk Çıxıntısı", Almanların Stalinqraddakı məğlubiyyəti sonrasındakı Sovet hücumu və Alman Üçüncü Xarkov döyüşü əks-hücumu nəticəsində meydana gəlmişdi. Almanlar, çıxıntını şimal və cənub qanadlarından kəsərək cəbhəni qısaltmağı və Qırmızı Ordu birliklərini mühasirəyə alaraq yeni bir böyük zəfər əldə etməyi ümid edirdilər. Ancaq Sovet ordusunun Hitlerin planları haqqında yaxşı bir kəşfiyyat məlumatı vardı. Digər yandan almanlar, başda Tiger I və Panther tankları olmaqla yeni silahların gəlməsini gözləyərək hücumu təxirə salırdılar.
Köniqsberq döyüşü
Köniqsberq döyüşü — İkinci Dünya Müharibəsi zamanı Sovet qüvvələrinin Şərqi Prussiyada son hərbi əməliyyatlarından biridir. Sovet mənbələrinin də daxil olduğu bəzi mənbələrdə döyüşün adı Köniqsberq Hücumu olaraq keçir. Sovet 3-cü Belarus Cəbhəsinin qüvvələri şəhərə hücumun ardından dörd gün davam edən sərt qarşıdurmalardan sonra, bu gün adı Kalininqrad olan şəhərə nəzarəti təmin etdilər. Şəhərin Sovet birləşmələri tərəfindan mühasirə edilməsi 1945-ci ilin yanvar ayının sonlarında başlamışdı. Köniqsberq ilə Pillau limanı arasıdaki quru körpüsünü ələ keçirmək üçün şiddətli döyüşlər keçirilib. Lakin 1945-ci ilin Mart ayında Köniqsberq artıq əsas cəbhə xəttinin yüzlərlə kilometr arxasında qalmışdı. Sovet qoşunları üç gün davam edən döyüşlərlə Alman mövqelərini müdafiə etmək vəziyyətə saldıqda, 9 aprel 1945-də alman qoşunları təslim oldu və regiondakı döyüşlər sona çatdı. == Döyüş öncəsi qarşıdurmalar == Sovet Ali Komandanlığı (STAVKA), Şərqi Prussiya Hücumunu Berlin istiqamətində irəliləyəcək olan Qızıl Ordu qüvvələrinin qanadını örtmək üçün planlaşdırmışdı. Əslində Berlinə hücumda istifadə ediləcək çoxsaylı qüvvələr Sovet rəhbərliyi tərəfindən Şərqi Prussiya hərəkatlarına cəlb edilmişdir. Şərqi Prussiya Döyüşünü planlaşdırarkən Stalin, Marşal Rokossovskiyə Şərqi Prussiyada tələyə salınacaq olan Vermaxt qüvvələrini məhv etməsini əmr etmişdi.
Körpü döyüşü
Körpü Döyüşü 634-cü ildə Fərat çayı yaxınlığında Sasanilərlə Ərəblər arasında gedən döyüşlərdən biridir.
Kösedağ döyüşü
Kösedağ döyüşü — 1 iyul 1243-cü ildə Anadolu səlcuqluları ilə monqollar arasında baş vermiş müharibə. Döyüşlərin sonu monqolların qələbəsilə bitmişdir. Türk-İslam tarixində əhəmiyyətli bir dönüş nöqtəsi təşkil edən bu döyüş, Anadolu Səlcuqlu Dövlətinin süqut dövrünü təşkil edir. == Tarixi == Monqollar Anadolu Səlcuqlu Dövlətinin güclü hökmdarı I Əlaəddin Keyqubad çəkinirlər. Bu səbəbdən də Anadoluya hücum edə bilmirdilər. Əlaəddin Keyqubadın ölümündən sonra yerinə keçən oğlu II Qiyasəddin Keyxosrovun zamanında monqollar dövlətin müəyyən mənada zəiflədiyini düşünərək ölkəyə hücum etdilər. Anadolunun içərilərinə doğru səfərlər təşkil etmək üçün İrandakı monqol orduların başına Baycu Noyan gətirildi. Qafqazdakı gürcü və erməni qüvvələrindən də kömək alan Baycu Noyan, Anadolu Səlcuqluları üzərinə hücum etmək üçün fürsət gözləyirdi. Baycu noyan İshaq üsyanından və Qiyasəddin Keyxosrovun təcrübəsizliyindən faydalanaraq 1242-ci ildə Ərzuruma hücum edir. Qorxunc zülmlər və qırğınlar edərək, yerli əhalinin mallarını dağıdır.
Kösədağ döyüşü
Kösedağ döyüşü — 1 iyul 1243-cü ildə Anadolu səlcuqluları ilə monqollar arasında baş vermiş müharibə. Döyüşlərin sonu monqolların qələbəsilə bitmişdir. Türk-İslam tarixində əhəmiyyətli bir dönüş nöqtəsi təşkil edən bu döyüş, Anadolu Səlcuqlu Dövlətinin süqut dövrünü təşkil edir. == Tarixi == Monqollar Anadolu Səlcuqlu Dövlətinin güclü hökmdarı I Əlaəddin Keyqubad çəkinirlər. Bu səbəbdən də Anadoluya hücum edə bilmirdilər. Əlaəddin Keyqubadın ölümündən sonra yerinə keçən oğlu II Qiyasəddin Keyxosrovun zamanında monqollar dövlətin müəyyən mənada zəiflədiyini düşünərək ölkəyə hücum etdilər. Anadolunun içərilərinə doğru səfərlər təşkil etmək üçün İrandakı monqol orduların başına Baycu Noyan gətirildi. Qafqazdakı gürcü və erməni qüvvələrindən də kömək alan Baycu Noyan, Anadolu Səlcuqluları üzərinə hücum etmək üçün fürsət gözləyirdi. Baycu noyan İshaq üsyanından və Qiyasəddin Keyxosrovun təcrübəsizliyindən faydalanaraq 1242-ci ildə Ərzuruma hücum edir. Qorxunc zülmlər və qırğınlar edərək, yerli əhalinin mallarını dağıdır.
Kəskər döyüşü
Kəskər döyüşü 634-cü ildə kəskər bölgəsində Sasanilərlə Ərəblər arasında gedən döyüşlərdən biridir.
Lodi doyusu
Lodi döyüşü — 1796-cı il 10 Mayda baş vermişdir. Avstriyalı general Beaulieu Napoleona qarşı Fombio döyüşündə aldığı məğlubiyyətdən sonra Beaulieu məğlub olaraq ordusunu Ada çayının gerisinə çəkdi. Beaulieu geri çəkilməni sürətləndirmək üçün Lodidə General-Mayor Vukassovich idarəsində təxminən 10.000 nəfər qoyaraq irəlilədi. Napoleonun ordusu 10 Mayda Lodiyə çatıb çayın sol sahilini düşməndən təmizlədi. Napoleonun əsas ordusu Lodiyə çatana qədər fransız topçuları avstriyalıların körpüyü dağıtmamaqları üçün qarşı sahilə dayanmadan atəş açırdılar. Elə bu vaxt Napoleon şəxsən toplardan birinin başına keçib əsgər kimi döyüşdü. Bu fransız əsgərlərinin döyüş ruhunu artırdı. Axşamüstü əsas ordu Lodiyə çatdı. Napoleon dərhal əsgərlərə körpünü keçmələri əmrini verdi. Axşama yaxın şəhər ələ keçirildi.
Maqneziya döyüşü
Maqneziya döyüşü - E.ə. 190-cı ildə (Bəzi tədqiqatçılara görə E.ə. 189-cu ildə) Selevkilər və müttəfiqləri ilə Roma Respublikası və Perqama krallığının orduları arasında döyüş. Selevkilər dövlətinin ordusuna III Antiox, Roma Respublikası ordusuna konsul Lusi Kornelli Skipo və qardaşı Publi Korneli Skipo, Perqam krallığı ordusuna isə II Emanuel rəhbərlik edirdi. Selevkilər tərəfdə Qalatiyalılar və Kelt tayfalarıda vuruşurdu. Roma Respublikası bu döyüşdə böyük qələbə qazandı və Selevkilərin hakimiyyəti altında olan Anadolu torpaqları Romanın əlinə keçdi. Bu döyüş barədə məlumatı Romalı tarixçi Titu Livi və Appian öz yazılarında qeyd etmişdir. == Döyüşdən öncə == Selevkilərin keçmiş müttəfiqi Filip E.ə. 197-ci ildə Romaya məğlub oldu. Selevki hökmdarı ona Yunanıstanı işğal etmək fürsəti verdi.
Marabda döyüşü
Marabda döyüşü — 1625-ci ilin 30 iyununda və ya 1 iyulunda baş vermiş döyüş. Səfəvi ordusu gürcü ordusunu məğlub etmişdir. Bu döyüş eyni ildə baş vermiş Martqopi döyüşündən sonra baş vermişdir. == Arxa plan == Döyüş 1625-ci ildə baş vermiş Kartli-Kaxetiya üsyanı zamanı baş vermişdir. Bu üsyan I Teymurazın Səfəvilərə qarşı ikinci üsyanı idi. I Şah Abbas üsyanı yatırmaq üçün İsa xan Səfəvini böyük ordu ilə Gürcüstana göndərmiş və onu Gürcüstandakı Səfəvi ordusunun komandanı təyin etmişdir. Həmçinin Qafqazdakı digər Səfəvi sərkərdələrinə İsa xana kömək etməyi əmr etmişdi. Səfəvi ordusuna həmçinin Şirvan, İrəvan, şimali və mərkəzi İran bəylərbəyliklərinin qoşunları da daxil idi. I Şah Abbas isə hərbi əməliyyatı Cənubi Azərbaycandakı düşərgəsindən idarə edirdi. == Hazırlıq == 1625-ci ilin iyununda Səfəvi ordusu Gürcüstan ərazisinə daxil oldu və Algeti çayının yaxınlığındakı Marabda ovalığında düşərgə saldı.
Marafon döyüşü
Marafon döyüşü — e.ə. 490-cı ilin 12 sentyabrında Afinadan təxminən 42 km uzaqlıqda olan Marafon şəhərində, plateyalıların dəstək verdiyi afinalılarla Datis və Artafernin komandanlıq etdikləri fars qoşunu arasında baş vermiş döyüş. Döyüş farsların şah I Daranın hakimiyyəti zamanı Yunanıstanı özünə tabe etmək cəhdlərinin kulminasiyası idi. Yunan ordusu çoxsaylı farslar üzərində qətiyyətlə qələbə qazandı, bu da Yunan-İran müharibələrində dönüş nöqtəsi oldu. Farsların ilk hücumlarının səbəbi afinalıların İoniya üsyanına müdaxilə etməsi ilə bağlı idi. Afina və Eretriya, fars hakimiyyətini devirməyə çalışan İoniya şəhərlərinə dəstək göndərirdilər. Afinalılar və eretriyalılar Sardis şəhərini ələ keçirmək və yandırmağa nail oldular, lakin sonra onlar böyük itki ilə geri çəkilməyə məcbur oldular. Bu hücuma cavab olaraq, Dara Afina və Eretriyanı yandırmağa and içdi. Herodotun sözlərinə görə, Dara öz yayını götürərək, göyə ox atdı və söylədi: "Zevs! Afinalılardan intiqam almağıma icazə ver!".
Martqopi döyüşü
Martqopi döyüşü (gürc. მარტყოფის ბრძოლა) 1625-ci ildə Gürcüstan Kartli çarlığı və Səfəvilər arasında hərbi qarşıdurma. General Georgi Saakadzenin rəhbərliyi ilə gürcülər I Şah Abbas-ın Səfəvi dəstəsini darmadağın etdilər. 1625-ci ilin yazında yaxınlaşan qiyamın qarşısını almaq üçün I Şah Abbas Qaraçaqay xanın komandanlığı ilə qoşunlarını Gürcüstana göndərdi. Kartlidə kütləvi qırğın və deportasiya siyasətini həyata keçirməyə çalışdı. Göründüyü kimi Şah Georgini Səfəvi generalına müşavir təyin etdikdən sonra oğlu Paatanı girov götürdüyü üçün Georgiyə tam etibar etmirdi. Düşmən ordusunda Georgi tərəfində onun başqa bir oğlu Avtandil də var idi. Georginin məsləhəti ilə Qaraçaqay xan qoşununun çox hissəsini Cavaxetiyanın müxtəlif bölgələrinə göndərdi, onların dağılmasını və məğlub olmalarını asanlaşdırdı. Gürcülər uğurlarını baş komandan Saakadzenin hazırlıqlarına borc bilirlər. Üsyan başçılarının planlarına görə gürcülər düşərgəyə planlaşdırılandan daha əvvəl hücum etməli idilər; Saakadze və ətrafındakılar Səfəvi ordusunun komandirlərini öldürməli idilər.