Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Deko
Deko kimi tanınan Anderson Luis de Souza SHO (27 avqust 1977[…]) — karyerasını bitirmiş peşəkar Portuqaliya futbolçusu; karyerası dövründə o, hücumameyilli və orta yarımmüdafiəçi mövqeyində çıxış edirdi.
Eyko Nakayama
Eyko Nakayama (28 sentyabr 1970, Matsumoto, Naqano prefekturası) — Yaponiyanı təmsil edən skeletonçu. Eiko Nakayama, Yaponiyanı 2002 və 2006-cı illərdə baş tutan Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Eyko Nakayama, 2002-ci ildə Yaponiya yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Eyko Nakayama, 1-ci gedişdə 54.00 saniyə, 2-ci gedişdə isə 54.72 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 12-ci yerdə başa vurdu. Eyko Nakayama, 2006-cı ildə İtaliyanın Turin şəhərində baş tutan XX Qış Olimpiya Oyunlarınada qatıldı. Eyko Nakayama, 1-ci gedişdə 1:01.82 saniyə, 2-ci gedişdə isə 1:02.10 saniyə nəticə göstərdi və yarışları 15 idmançı sırasında 14-cü yerdə başa vurdu.
Metaseiulus eiko
Metaseiulus eiko (lat. Metaseiulus eiko) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Pedro Enko
Petro Kapşuçenko (ukr. Петро́ Капшуче́нко; 27 sentyabr 1915, Dnepr – 17 noyabr 2006, Nyu Cersi), digər adları ilə Peter Kapşuçenko və ya Pedro Enko – Ukrayna–ABŞ avanqard rəssamı və heykəltaraşı. Əsas əsərləri Müqəddəs Endryu Memorial Kilsəsinin (Nyu-Cersi) ərazisində yerləşən Vasil Lipkivskinin (1983) və Müqəddəs Kiyevli Olqanın (1987) tunc abidələridir. Kapşuçenko Ukraynanın Dnepropetrovsk İncəsənət İnstitutunda heykəltaraşlıq təhsili almışdır. 1941-ci ildə Ukrayna Reyxkomissarlığı dövründə Almaniyada yerləşən məcburi əmək düşərgəsinə aparılmışdır. Müharibədən sonra 1949-cu ilə qədər Almaniyanın Regensburq şəhərindəki köçürülmüş əsirlər düşərgəsində yaşamışdır, daha sonra Argentinada məskunlaşmışdır. Argentinada Pedro Enko kimi tanınan Kapşuçenko heykəltaraşlıq fəaliyyətinə davam etmiş və Argentina mədəniyyətinə verdiyi töhfələrə görə Buenos-Ayres Humanitar Elmlər Universitetinin fəxri üzvü seçilmişdir. 1963-cü ildə həyat yoldaşı Zoya və qızı Lyudmila ilə birlikdə Filadelfiyaya köçmüşdür. Filadelfiyadakı Ukrayna İncəsənət Studiyasında dərs deməyə başlamışdır. 1990-cı illərdə bir çox heykəli Şimali Amerikada baş tutmuş sərgilərdə nümayiş etdirildikdən sonra məşhurluğu artmışdır.
Ar-deko
Ar-deko və ya Deko — ilk dəfə 1910-cu illərdə (Birinci Dünya Müharibəsindən əvvəl) Fransada ortaya çıxmış və 1920-1930-cu illərin əvvəllərində ABŞ və Avropada çiçəklənmiş vizual incəsənt, memarlıq və sənaye dizaynı üslubu. Ar-deko böyük strukturlardan tutmuş kiçik obyektlərə, o cümlədən insanların görünüşünə (geyim, dəb və zərgərlik) kimi hər şeyin: körpülər, tikililər (göydələnlərdən kinoteatrlara qədər), gəmilər, qatarlar, avtomobillər, yük maşınları, avtobuslar, mebellər və radio və tozsoran kimi gündəlik əşyaların belə daxili və xarici üslub və dizaynına təsir etmişdir. Ar-deko müasir üslubları incə sənətkarlıq və zəngin materiallarla birləşdirdi. O, öz çiçəklənmə dövründə dəbdəbəni, cazibəni, coşqunu və sosial və texnoloji tərəqqiyə inamı təmsil edirdi. Nyu-Yorkun Empayr Steyt Bildinq və Kraysler binası da daxil olmaqla 1920-1930-cu illərdə inşa edilmiş göydələnləri bu üslubun daşıyıcılarıdır. == Xüsusiyyətləri == Ar-deko həm dəbdəbə, həm də müasirliyi ehtiva etdi, çox bahalı materialları və incə sənətkarlığı modernist formalarda birləşdirdi. Ar-dekoda heç nə ucuz deyildi, bu üslubdakı mebel nümunələri fil sümüyü və gümüş ornamentləri ehtiva etmiş, zərgərlik nümunələri isə almazı platin, mərcan və digər qiymətli materiallarla birləşdirmişdir. Üslub okean gəmilərinin, lüks qatarların və göydələnlərin birinci sinif salonlarını, həmçinin 1920-ci illərin sonu və 1930-cu illərdə bütün dünyada böyük kino salonlarını bəzəmək üçün istifadə edilmişdir.
Edo Kayembe
Edo Kayembe (3 avqust 1998 və ya 3 iyun 1998) — Belçika Birinci Divizounu təmsilçilərindən olan Anderlext klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. == Klub karyerası == === Anderlext === Kayembe Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. 22 noyabr 2016-cı ildə Konqonun Şarks XI klubundan ayrıldıqdan sonra Kayembe Anderlext klubu ilə 4.5 illik olan ilk peşəkar müqaviləsini imzalamışdır. Kayembe öz peşəkar karyerasında debütünü 22 dekabr 2017-ci ildə Eypen klubuna qarşı oyunda etmişdir. O, 66-cı dəqiqədə Adrian Trebeli əvəz etmişdir. Belçika Birinci Divizounu görüşündə Anderlext rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Kayembe 2017 Frankofoniya Oyunlarında iştirak etmək üçün Konqo DR U-20 millisinə dəvət almışdır. Lakin o, turnirdə heç bir oyunda meydana çıxmamışdır. == Karyera statistikası == === Klub === 31 iyul 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Belçika Superkuboku görüşləri daxildir.
Edo dövrü
Edo dövrü (江戸時代, Edo jidai) və ya Tokuqava dövrü (徳川時代, Tokuqava jidai) — Yaponiya tarixində 1603-1868-ci illəri əhatə edən dövr. Yapon cəmiyyətinin Tokuqava şoqunatınin və 300 regional daymyonun hakimiyyəti altında olması ilə səciyyələnir. Bu dövr iqtisadi inkişaf, ciddi sosial qaydalar, xarici siyasətdə özünütəcrid, sabit əhali, incəsənət və mədəniyyətə qarşı isti münasibət, materialların təkrar istehsalı və davamlı meşə idarəetməsi ilə xarakterizə olunur. Bu, məhdud ehtiyatların tam istifadəsinə əsaslanan davamlı və özü-özünü təmin edən cəmiyyət idi. Şoqunat, rəsmi olaraq, 24 mart 1603-cü ildə Edoda Tokuqava İeyasu tərəfindən yaradılmışdır. Bu dövr 3 may 1868-ci ildə Meydzi islahatının başlaması və Edonun ələ keçirilməsi ilə sona çatdı. == Hadisələr == 1600: Sekiqahara döyüşü. Tokuqava İeyasu daymyoların ordularını məğlub edərək Yaponiyanın böyük hissəsi üzərində hakimiyyətini qurur. 1603: İmperator Tokuqava İeyasunu şoqun təyin edir və o öz hökumətini Edoya (indiki Tokio) köçürərək Tokuqava şoqunlar sülaləsinin əsasını qoyur. 1605: Tokuqava İeyasu şoqunluqdan gedir və yerini oğlu Tokuqava Hidetadaya verir.
Edo ştatı
Edo ştatı (ing. Edo State) — Nigeriyanın Orta-qərbi geosiyasi zonasında ştat. == Adı == Edo Benin Krallığının bütün klanlarının adıdır.
Eko terminlər
== Ekomarka == Ekomarka — ekoloji təmiz məhsullara verilən marka, istehlakçıların daha yaxşı seçim etməsinə şərait yaratmağa və istehsalın stimullaşmasına xidmət edir. == Ekomorflar == Ekomorflar — bitki və heyvanların xarici mühitlə əlaqədar yaşayış forması. Yerüstü orqanizmlər üçün bu, hər şeydən əvvəl, rütubət hesab olunur. Rütubətə münasibətinə görə bitkilər hidrofit, hiqrofit, mezofit və kserofit, heyvanlar isə hidrofil, hiqrofil, mezofil və kserofil olur. Rütubətdən sonra mühüm rol oynayan istiliyə görə bitki və heyvanlar psixrofit və psixrofil, mezotermofit və mezotermofıl, meqatermofit və meqatermofil, duza münasibətinə görə halofit və halofil, substrata münasibətinə görə litofit və litofil və psammofil olur. == Ekonizamlayıcı proseslər == Ekonizamlayıcı proseslər- bioloji və ekoloji inteqrasiya proseslərinin bütün səviyyələrində mövcud olub fərdlərin həyat fəaliyyətinin sabitliyi, onun saymı və biokütləsini saxlayır və nəzarət edir. Həm abiotik (işıq, temperatur, nəmlik və s.), həm də biotik (yırtıcılıq, parazitlik, rəqabət və s.) faktorlar populyasiyanın sayının, növ müxtəlifliyinin və biosenozun kütləsinin nizamlanmasında bilavasitə və ya dolayı yolla iştirak edirlər. == Ekonomansiya == Ekonomansiya-istehsalın əlavə məhsulları və ya tullantılarından və təbii resurslarından səmərəli istifadə üsullarını öyrənən bölməsi. == Ekosfer (ekoloji sfer) == Ekosfer (ekoloji sfer)- bir-birilə əlaqəsi olan bioloji sistem (canlı orqanizmlər də daxil olmaqla) və onu əhatə edən ətraf mühit. Termin bu mənada B.Kommenor (1973) tərəfindən istifadə edilmişdir.
Umberto Eko
Umberto Eko (5 yanvar 1932[…], Alessandriya, İtaliya krallığı[…] – 19 fevral 2016[…], Milan, İtaliya) — italyan filosof, tarixçi-medievist, yazıçı. Umberto Eko 5 yanvar 1932-ci ildə İtaliyanın Alessandriya şəhərində anadan olub. Umbertonun babası atılmış uşaq olub və o dövrdə İtaliyada qəbul olunmuş qaydaya görə ona Ех Caelis Oblatus (yəni "Allahın bəxşişi") ifadəsinin abreviaturunı soyad kimi veriblər. Turin Universitetində orta əsr fəlsəfəsivə ədəbiyyatını öyrənib. Təhsil aldığı zaman ateizmi qəbul edir və Katolik kilsəsini tərk edir. 1954-cü ildə Turin Universitetini bitirir, tarix və jurnalistika ilə məşğul olur, televiziyada çalışır, qəzetlərdə şərhçi kimi işləyir. U. Eko Milan, Florensiya, Turin universitetlərində estetikadan və mədəniyyət nəzəriyyəsindən dərs deyib. Bolonya Universitetinin professoru, fransız Fəxri Legion Ordeninin kavaleridir. U. Eko həmçinin Ceyms Bondla bağlı məsələləri öyrənən bondalogiya sahəsinin qəbul olunmuş ekspertidir. U. Eko 1962-ci ildən alman əsilli incəsənət müəlliməsi Renata Ramqe ilə ailəlidir.
Eko-aktivizm
Eko-aktivizm, ətraf mühitin və təbii sərvətlərin qorunması, inkişafı və zərər vurulmasının qarşısını alınması üçün bir fəaliyyət formasıdır. Bu aktivizm növü, qlobal iqlim dəyişikliyinə qarşı mübarizə məsələləri ilə bağlı fəaliyyətləri təşkil edir və müxtəlif qruplar və təşkilatlar arasında koordinasiya və birgə fəaliyyətləri əhatə edir. Ekoloji hərəkatın əsas məqsədlərindən biri ətraf mühiti çirkləndirən tullantıları azaltmaqla ətraf mühiti yaxşılaşdırmaqdır.Bu hərəkatın əsas məqsədi, tullantılar və sairə kimi təhlükəli tullantıları təbii ətrafa təsirini azaltmaq, bioloji çeşidliliyi qorumaq və təbii resursları qorumaq üçün güclü addımlar atmaqdır.Qlobal istiləşmə və ya iqlim dəyişmələri, ən ciddi ətraf mühit problemlərindən biri kimi qarşılaşdığımız və dünya üzərində böyük təsirlər edən böyük bir məsələdir. Ekoloji aktivistlər, bu problemin əsas faktorlarını ortadan qaldırmaq və insanları iqlim dəyişməsinin təhlükələrinə qarşı böyük məsuliyyət daşımaları üçün dünya miqyasında fəaliyyət göstərirlər. eko-aktivistlər, ictimaiyyəti iqlim dəyişməsi və qlobal istiləşmə haqqında informasiya ilə təmin və bu məlumatları tədricən təhsil prosesinə inteqrasiya edərək insanların bu məsələyə daha geniş diqqət yetirmələri üçün çalışırlar. Ekoloji aktivistlər, qlobal səviyyədə qəbul edilmiş siyasi qərarları və bu sahədə həyata keçirilmiş tədbirləri müzakirə edir və təhlükəsizlik tədbirlərinin daha ciddi şəkildə tətbiq edilməsini tələb edirlər. == Tanınmış eko-aktivistlər == Wangari Maathai Qərbi Afrikanın ən məşhur ekoloji aktivistlərindən biri olan Maathai, ağacların əkilməsi və meşələrin qorunması üçün göstərdiyi səylər ilə tanınır. Həmçinin, "Green Belt" Hərəkatının təsisçisidir. Qreta Tunberq, isveçli gənç eko-aktivist olaraq tanınır. "Fridays for Future" adlı hərəkatın təsisçisidir.
Eko-investisiya
Eko-investisiya və ya yaşıl sərmayə, ekoloji baxımdan təmiz məhsullar və təcrübələr təklif edən və ya onları dəstəkləyən şirkətlərə yönələn sosial məsuliyyətli investisiya növüdür. Bu sərmayələr, karbon asılılığını azaltmağa kömək edən və dayanıqlı alternativlərə keçidi dəstəkləyən yeni texnologiyaların inkişafını təşviq edir. Belə şirkətlər yalnız ekoloji məsuliyyəti artırmaqla kifayətlənmir, həm də çox vaxt bu prosesdə gəlir əldə edirlər. Yaşıl maliyyə "daha yaxşı ekoloji nəticəni təmin etmək üçün yaradılmış istənilən strukturlaşdırılmış maliyyə fəaliyyətidir". Sənayelərin ətraf mühitə təsirləri mövzusunda getdikcə daha çox aydınlıq əldə edildikcə, yaşıl məsələlər təkcə pop-mədəniyyətdə deyil, eyni zamanda maliyyə sektorunda da əsas mövzulardan birinə çevrilib. 1990-cı illərdən başlayaraq, bir çox investorlar öz yatırımlarını ətraf mühitə təsir baxımından rəqiblərindən daha yaxşı çıxış edən şirkətlərə yönəltməyə başladılar. O vaxt investorlar əsasən ən zərərli çirkləndiricilərdən qaçmaqla maraqlanırdılar. Ancaq müasir dövrdə bir çox investorlar üçün vurğu dəyişib və diqqət pulun necə istifadə edildiyinə yönəlib. Onlar artıq yalnız çirkləndiricilərdən uzaq durmaqla kifayətlənmir, həm də investisiyalarından müsbət, transformasiyaedici təsir yaratmaq üçün istifadə etməyə çalışırlar. Məqsəd, bizi dayanıqlı bir cəmiyyətə çevirmək yolunda irəliyə aparmaqdır.
Edo dövrünün yanğınsöndürənləri
Hikeşi (火消) – Edo dövrünün Yaponiya yanğınsöndürənləri. Edo dövründə Yaponiya şəhərləri əsasən taxta tikililərdən ibarət idi və buna görə tez-tez yanğınlar baş verə bilirdi. Böyük yanğınların qarşısını almaq üçün şəhərlərdə yanğınsöndürmə briqadaları formalaşdırılmışdı. Edo, Kioto və Osaka kimi böyük şəhərlərdə hikeşi briqadaları şoqunluq tərəfindən təşkil olunurdu. Daymyolar və hakamotolar Edoda və qəsrlərində hikeşi briqadalarını qururdular. Adi sakinlər isə məhəllələrino qorumaq üçün öz hikeşi briqadalarını təşkil edirdilər. Edo şəhərində 3 növ hikeşi mövcud olmuşdur: cobikeşi (定火消, şoqunluğun hikeşiləri), daymyo hikeşi (大名火消, daymyoların hikeşiləri) və maçi hikeşi (町火消, şəhərlilərin hikeşiləri). == Növləri == === Cobikeşi === Cobikeşi briqadaları 1650-ci ildə 4 briqada ilə qurulmuş, 1657-ci ildə baş vermiş Meyreki yanğınından sonra böyüdülmüş, 1704-cü ildə isə 10 briqadadan ibarət olması qərarlaşdırılmışdır. Cobikeşilər şoqunluğun rəsmiləri hesab olunurdular və hatamotolardan əmr alırdılar. Hər cobikeşi birliyi 36 samuraydan ibarət idi.
Fukaqava Edo Muzeyi
Fukaqava Edo Muzeyi (深川江戸資料館, Fukuqava Edo Şiryokan) – Yaponiyanın Tokio şəhərinin keçmiş Fukuqava rayonunda yerləşən, Edo dövrünə həsr olunmuş muzey. == Tarixi == Fukaqava Edo Muzeyi 1986-cı ilin noyabrında açılmışdır. Muzey Fukaqava-Saqaço qəsəbəsinin 1830–1844-cü illərdəki tarixindən bəhs edir. Muzeydə müxtəlif artefaktlar və tarixi sərgilənsə də, muzeyin əsas sərgisi Fukaqava-Saqaçonun real ölçülərdə olan replikasıdır. Qəsəbənin replikası bir neçə bölgədən ibarətdir və Edo dövrünün üslubunu əks etdirir. "Qəsəbənin" küncündə yanğın müşahidə qülləsi, onun altında çay evi yerləşir. Bundan əlavə, küçə boyunca yerləşən, balıqçılara və qayıqçılara xidmət göstərmiş mehmanxanaların olduğu küçə boyunca yerləşən çoki-buneləri görmək olar. Qəsəbənin yaşayış bölgəsində naqaya adlı taxta evlərin əmələ gətirdiyi dar küçələrdən ibarətdir. Burada dükkanlar, dülgərxana, su quyusu, ictimai hamam, zibilxana, tanrı İnariyə həsr olunmuş kiçik məbəd yerləşir. Replikanı daha realistik göstərmək üçün işıqlandırma 20 dəqiqədən bir dəyişir.
Anko
Anko, adzuki tortu, şirin lobya tortu - şəkər tozlu və ya ballı paxlalı tort. Anko Çində ilk dəfə bişirilib. Yapon, çin və koreya mətbəxində istifadə olunur. == Növləri == Ankonun hazırlanması üçün müxtəlif konsentratlardan istifadə edilir. === Çin mətbəxi === Bərk anko - şəkər tozunu qaynadılır və sonra torta əlavə edilir. Torta əlavə olunan konsentrasiyadan asılı olaraq dadı fərqlənir. Yumşaq anko - paxlanı şəkərisz qaynadıllar və sonra xəmirə əlavə edilir. === Yapon mətbəxi === Çubu an (yap. 粒餡) - tamamilə lobya, az miqdarda şəkər tozu. Çubusi an (yap.
Beko
BEKO – Türkiyənin Arçelik A.Ş. şirkətinin tərkibinə daxil olan əmtəə nişanı. Məişət texnikasının istehsalı üzrə ixtisaslaşmışdır. Kompaniya Türk mühəndis Vehbi Koç tərəfindən yaradılmışdır. Koç öz biznesinə tikinti materiallarının satışı ilə başlamışdır. O, 20 il Koçzade Ahmet Vehbi Trading Company adlanan ailə şirkətində işlədikdən sonra fəaliyyət çevrəsini genişləndirmək qərarına gəlir. 1944-cü ildə Koç Türkiyədə ilk olaraq avtomobillərin satışı üzrə şirkət açır. On ildən sonra isə Koç Bejerano şirkəti ilə birgə BEKO markasını qeydiyyatdan keçirir. Bu brend altında iki şirkət konservlər və tomat şirəsi istehsalını təşkil etmək istəyirdilər. Əmtəə nişanının adı Bejerano və Koç adlanan şirkətlərin birinci hərflərini özündə birləşdirirdi. Lakin yeni biznesin açılması zamanı ortaya problemlər çıxdı.
Demo
Edam
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Eddi
Eddi — ad. Eddi Albert — ABŞ aktyoru. Eddi İsrafilov — Azərbaycan futbolçusu. Eddi Mörfi — ABŞ aktyoru. Eddi O'Hara — Şotlandiya futbolçusu. Eddi Redmeyn — Britaniyalı aktyor.
Eder
Eder — ad. Eder (Portuqaliyalı futbolçu) — Portuqaliyalı futbolçu. Eder (İtaliya futbolçusu) — İtaliya futbolçusu. Eder Bonfim — Braziliya futbolçusu.
Edfu
İdfu (ərəb. إدفو‎) - Misirin cənub hissəsində, Nil çayının sahilində yerləşən şəhər. Nil çayının qərb sahilində Esna və Avan şəhərlərinin arasında yerləşir. Əhalisi 60 min nəfərə yaxındır. İdfu şəhəri eyni adlı Qədim Misir dövrünə aid məbədin şəhər yaxınlığında yerləşməsi ilə tanınmışdır. İdfu məbədi Qədim Misirə aid məbədlər arasında ən yaxşı vəziyyətdə olan ikinci məbəd hesab olunur. Məbədin 50 metr qərb tərəfində Tell İdfu olaraq adlandırılan qədim yaşayış yeri aşkar olunmuşdur. Şəhərin 5 km şimal hissəsində kiçik pilləkənli piramidaların xarabalıqları aşkarlanmışdır.
Ədat
Ədat — sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsi. Ədatlar cümləyə müxtəlif cəhətdən məna incəlikləri verir, ifadənin səlistləşməsinə və fikrin məntiqi qurulmasına xidmət edir. 'Ən, lap, daha, axı, hətta, artıq, -ca², da, də, ha, düz, bir, ki, necə, nə, belə, olduqca, heç ' ədatları qüvvətləndirici ədatlardır. Məsələn: Lap başımı itirmişəm. Artıq mən belə fikirlə razı deyiləm. Axı o bununla maraqlanırdı? Sən bunu desən belə, heç kəs razı olmayacaq. Bunu mütləq deməlisən ha! Hətta mən də bunu bilmirdim. Düz yanında dayandı.
Ədəb
Ədəd
Ədəd — varlıqların miqdar və say xarakteristikası üçün istifadə olunan anlayışdır. Bu anlayış qədim insanlar arasında saymaya olan təlabatdan yaranıb, hazırda isə dəyişib zənginləşdirilərək, mühüm riyazi anlayışa çevrilib. Riyaziyyatda mənfi rəqəmlər anlayışı borcları hesablamaq üçün orta əsrlərdə yaranıb. Natural ədədlər əşyaları sayarkən istifadə olunan ədədlərə deyilir. Natural ədədlər çoxluğu N {\displaystyle \mathbb {N} } ilə işarə olunur. Yəni N = { 1 , 2 , 3 , . . . } {\displaystyle \mathbb {N} =\left\{1,2,3,...\right\}} . Tam ədədlər.
Ədən
Ədən — keçmişdə Yəmənin paytaxtı olmuşdu. Ədənə və Əsənə adı ilə antik dövrlərdən məlumdur. 1839-cu ildə Böyük Britaniyanın müstəmləkəsi olmuşdu.
Echo
echo (ing. echo — əks-səda) hesablamada arqument kimi ona ötürülən sətirləri çıxaran əmrdir. Bu, müxtəlif əməliyyat sistemi örtüylərdə mövcud olan və adətən status mətnini ekrana və ya kompüter faylına çıxarmaq üçün shell skriptlərində və toplu fayllarında istifadə olunan əmrdir və ya boru kəmərinin (pipeline) mənbə hissəsi kimi. == Tətbiqlər == Komanda aşağıdakı əməliyyat sistemlərində mövcuddur: Multics TSC FLEX MetaComCo TRIPOS Zilog Z80-RIO Microware OS-9 DOS Acorn Computers Panos Digital Research FlexOS IBM OS/2 Microsoft Windows ReactOS HP MPE/iX KolibriOS SymbOS Unix və Unix bənzəri əməliyyat sistemləri == Tarix == echo Multics daxilində başladı. Doug McIlroy tərəfindən C dilində "barmaq məşqi" kimi proqramlaşdırıldıqdan və faydalı olduğunu sübut etdikdən sonra Unix Versiya 2-nin bir hissəsi oldu. Versiya 7 -də, (kimi davranırdı, lakin çıxışını xətt ayırıcı ilə dayandırmadan) əvəz edilmişdir. echo-npromptecho PWB/UNIX və daha sonra Unix System III-də C-dən qaçış ardıcıllıqlarınıecho genişləndirməyə başladılar, məsələn, nəzərəçarpacaq fərqlə səkkizlik qaçış ardıcıllığı C-də olduğu kimi ifadə edildi .\n\0ooo\ooo Səkkizinci Buraxılış Unix yalnız seçimdən echokeçdikdə xilas genişlənməsini həyata keçirdi və bu davranış Bash və ya zsh və GNU-nun daxili əmri kimi bir neçə başqa tətbiq tərəfindən kopyalandı. -eechoecho MS-DOS-da əmr 2-ci və sonrakı versiyalarda mövcuddur. Hal-hazırda, echomüxtəlif əməliyyat sistemlərində (çox vaxt eyni sistemdə bir neçə) bir-birinə uyğun gəlməyən bir neçə tətbiq mövcuddur, bəziləri defolt olaraq qaçış ardıcıllığını genişləndirir, bəziləri yox, bəziləri variantları qəbul edir (siyahısı tətbiqlərə görə dəyişir), bəziləri onlardan yox. == Nümunələr == ANSI qaçış kodu (ANSI escape code) SGR ardıcıllığından istifadə edərək, uyğun terminallar rəngli mətni çap edə bilər.
Deki deki (mahnı)