Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çando (Vando)
Çando (kor. 장도, 將島) — Koreya boğazında, Koreya yarımadası sahillərində yerləşən, Cənubi Koreya aid olan ada. Kvando adasının qərb sahillərinə yaxın ərazidə yerləşir. İki ada piyada körpüsü vastəsi ilə birləşir. Tarixi park 828–851-ci illərdə mövcud olmuş "dəniz hökmdarı" Çan Boqoya həsr edilmişdir. İnzibati baxımıəndan Vando vilayətinə daxildir.
Tadao Ando
Tadao Ando (yap. 安藤 忠雄; 13 sentyabr 1941[…]) — Dünya şöhrətli yapon memar-dizayner. O, memarlıq təhsili olmayan və memarlıqda 4 əsas mükafatı (Pritsker, Kyoto, Praemium İmperiale, Royal Gold Medal) qazanan yeganə dünya şöhrətli memar 13 sentyabr 1941-ci ildə Osakada anadan olmuşdur. Cavanlığında boksçu olmuşdur. Əmək fəaliyyətinin ilk vaxtlarında tir sürücüsü kimi çalışmışdır. Le Corbusier, Mies van der Rohe, Louis Kahn kimi memarların işləri olan binaları gəzdikdən sonra 1968-ci ildə Osakaya qayıdaraq "Tadao Ando, Associated Architects" studiyasını qurmuşdur. Dünya üzrə 100-dən çox layihənin müəllifidir. Memarı olduğu Naqaraqava Konvensiya Mərkəzinin layihəsinə görə 1995-ci ildə Pritsker memarlıq mükafatına layiq görülmüşdür. Francesco Dal Co. Tadao Ando: Complete Works.
Badoo
Badoo — 2006-cı ildə rusiyalı sahibkar Andrey Andreev tərəfindən qurulmuş tanışlıq mərkəzli sosial şəbəkəsidir. Baş ofisi Limasolda, Kiprdə və Londonda və digər ofisləri isə Böyük Britaniyada, Malta, Rusiya və ABŞ-də yerləşir. O, 190 ölkədə fəaliyyət göstərir və 47 fərqli dildə mövcuddur ki, bu da onu dünyanın ən çox istifadə edilən tanışlıq şəbəkəsinə çevirir. Proqram iOS, Android və internetdə mövcuddur. Badoo əsas xidmətlərdən ödənişsiz istifadə oluna bilən freemium modelində işləyir. == Tarixi == Badoo rusiyalı sahibkar Andrey Andreev tərəfindən təsis edilib və 2006-cı ilin noyabrında Moskvada işə salınıb. O vaxtdan bəri ən populyar tanışlıq saytları arasında yer alır. 2016-cı ildə 21 ölkədə ən çox yüklənən tanışlıq proqramı idi.2011-ci ildə Wired Badoo-nu Braziliya, Meksika, Fransa, İspaniya və İtaliyada "kütləvi fenomen" kimi təsvir etdi.
Damno
Jdanov
Jdanov — soyad. Aleksandr Jdanov Aleksandr Jdanov (mühəndis) — Aleksandr Jdanov (professor) — Andrey Jdanov Andrey Jdanov (inqilabçı) — Andrey Jdanov (futbolçu) — Yaşayış məntəqələri Jdanov rayonu — Beyləqan rayonunun 1964-1969-cu illərdəki adı. Jdanov — Beyləqandakı Mil qəsəbəsinin keçmiş adı. Jdanov — Loru mahalında Qışlaq kəndinin dəyişdirilmiş adı. Jdanov — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd.
JonDo
JAP (JonDo Anonim Proksisi) — proqramının başlıca təyinatı internet istifadəçilərinin onlayn kimliyini ziyarət etdikləri saytlardan, internet xidmət provayderinizdən və internet bağlantını izləyən hər kəsdən gizlətməkdir. JAP bunu "Mixes" (Qarışıqlar) sistemindən istifadə etməklə reallaşdırır. Belə ki, istifadəçilərin məlumatları internetə çatmazdan öncə digər JAP istifadəçilərinin məlumatları ilə qarışdırılır. Əgər istifadəçi JAP anonimlik xidmətini aktivləşdiribsə və internetdən məlumat əldə etmək istəyirsə, həmin istifadəçinin sorğusu kodlaşdırılır, sonra isə çoxlu sayda qarışıqlardan ibarət "Mix Cascade" (Qarışıq şəlalə) adlı sistem vasitəsilə filtrasiya olunaraq həmin istifadəçinin internet bağlantısındakı kimlik məlumatları digər istifadəçilərin kimlik məlumatlarının müxtəlif hissələri ilə qarışdırır. Ən sonda isə istifadəçinin sorğusunun şifrəsini açaraq ona anonim olaraq istədiyi məlumatı əldə etməyə imkan verir.
Kladno
Kladno (çex. Kladno, alm. Kladno‎) — Çexiyanın böyük şəhəri. Orta Çexiya bölgəsinin inzibati mərkizidir. Əhali sayı 71,6 min nəfər. == Coğrafiya == Şəhər Praqanın mərkəzindən, 25 km şimali-qərbində yerləşir. == Tarix == Şəhərin əsası XIV əsrə təsadüf edilir. 1561-ci ildə şəhərdə çoxlu yarmarkaların açılışı ilə Çexiyanın "alış-veriş" mərkəzinə çevrilmişdi. Amma buna baxmayaraq, 400 il provinsial bir şəhər kimi inkişaf edridi. Əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olurdu.
Panno
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Radio
Radio (lat. radio — şüalandırıram, şüa buraxıram; radius — şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır. Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur. Radioda əsas əyləncə növü kimi musiqi və xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.
Radon
Radon (Ra)- D. İ. Mendeleyevin elementlərin dövri sistemində 86-cı element. Radonun başlıca mənbəyi torpaq, tikinti materialları və yeraltı mənbədən olan sular hesab olunur. Quruda onun fon konsentrasiyası 10 Bk/m³ təşkil edir. Bk – bekkerel – radioaktivlik ölçüsü olub, 1 dəqiqə ərzində radioaktiv parçalanmanın sayıdır, 1 Bk 1 saniyə ərzində bir radioaktiv parçalanmaya uyğun gəlir. Radonun mənzilə əsas daxil olma yolu – binanın özülünün (bünövrəsinin) altından onun infiltrasiya olunmasıdır, o, özüldə olan çat və yarıqlarla, həmçinin zirzəmi və divarlardan sızılaraq keçir. Mənzilin daxilində radonun konsentrasiyası adətən açıq sahədəkindən yüksək olur, odur ki, insan orqanizminə onun əsas hissəsi, havası yaxşı təmizlənməyən mənzillərdə daxil olur. Radon mənzillərdə tikinti materiallarından, dağ süxuru və qruntdan hazırlanmış döşəmə, divar və tavandan, həmçinin mənzildəki materiallarından, sudan və yandırılan yanacaqdan toplanır. Radonun miqdarı tikinti materiallarının xassəsindən və ərazinin geoloji xüsusiyyətindən asılıdır. Radonun konsentrasiyası, xüsusən havası yaxşı dəyişilməyən evlərin birinci mərtəbəsində kürsülü və zirzəmi mənzillərdə yüksək olur. Rütubətlik radonun ayrılmasını artırır.
Rudno
Rudno — Polşanın cənubunda kənd. Krakov şəhərinin qərbində, ondan 28 km aralı (sərhəddən 20 km) yerləşir. 745 nəfər əhalisi var. Yehovanın Şahidləri abidəsi, orta məktəb.
Tadao
Tadao — ad. Tadao Ando — Dünya şöhrətli yapon memar-dizayner. Tadao Horie — keçmiş Yaponiya futbolçusu. Tadao Kobayaşi — keçmiş Yaponiya futbolçusu. Tadao Onişi — keçmiş Yaponiya futbolçusu. Tadao Takayama — keçmiş Yaponiya futbolçusu.
Vodno
Vodno—(mak. ) Makedoniya ərazisində, Skopye vadisində yerləşən dağ. Vodno ölkənin şimalında, paytaxt Skopyenin isə cənub-qərbində yerləşir. Vodnonun ən yüksək zirvəsi Krstovar pikidir(1066 m). Orta Vodnonun hündürlüyü 557 m, dağ ətəyinin hündürlüyü 337 metrdir. 2002-ci ildə Krstovar pikində "Millenium Xaçı" abidəsi ucaldılıb. Bu mövcud xaç heykəllərindən ən böyüklərindən biri hesab olunur. Bir çox mənbələrdə Vodnonun hündürlüyü 1066 m göstərilir. Əslində bu rəqəm Adriatik dənizi səviyyəsindən ölçmə sisteminə əsasən göstərilib. Baltik dənizi ölçmə sisteminə əsasən isə Vodnonun hündürlüyü 1135 metrdir.
ADNA
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
FM-radio
26 dekabr 1933-cü ildə Edvin Houard Armstronq (Edwin Howard Armstrong) tezlikli modulyasiya prinsipi əsasında qurulmuş FM-radionu patentləşdirmişdir. Bu radio efirdə yaranan küyü aradan götürməyə və daha yaxşı rabitə keyfiyyətini əldə etməyə imkan verirdi. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Fanni Kadeo
Fanni Kadeo (it. Fanny Cadeo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Fanny Cadeo
Fanni Kadeo (it. Fanny Cadeo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Hanno Koffler
Hanno Koffler (alm. Hanno Koffler‎; doğ. 1980) — Almaniyalı kino aktyor və musiqiçi. == Bioqrafiya == Hanno Koffler 1980-ci ildə Berlin şəhərində anadan olub. 1994-cü ildə qardaşı Maks Kofflerlə birgə «Kerosin» adlı musiqi qrupunu yaratmışdı. == Filmoqrafiya == 2000: Mein lieber Herr Gesangsverein (Kurzfilm) 2000: Family (Kurzfilm) 2002: REC – Kassettenjungs/Kassettenmädchen 2002: Die Dickköpfe (TV) 2003: Ganz und gar 2003: Anatomiya 2 2004: Yay tufanı 2004: Einsatz in Hamburg – Bei Liebe Mord (TV) 2004: Halle şəhərinin kometləri 2004: Charlotte und ihre Männer (TV) 2005: Rabenbrüder 2008: Qırmızı Baron 2008: Krabat 2008: Qəhrəmanlar, xoş gəlmişsininz 2009: Kömək altında 2009: Tatort – (TV) 2009: Divarın arxasında (TV) 2009: Countdown – die Jagd beginnt (TV) 2010: Sərhəd (TV) 2010: Heç kim itmir (TV) 2011: Kim, əgər biz deyiliksə 2012: Xarici tapşırıq (TV) 2013: Sərbəst eniş 2013: Lotta & die frohe Zukunft (TV) == Mükafatlar == == Web links == Hanno Koffler — IMDb səhifəsi Hanno Koffler bei der Agentur Inka Stelljes Der Willensstarke, 3sat Kulturzeit vom 26.
Janko Leskovar
Janko Leskovar (12 dekabr 1861 – 4 fevral 1949) — xorvat novellaçı. == Haqqında == Leskovar Valentinovoda tanınmış ailədə doğulub. Onun babası dəmirçi idi. Atası İvan Leskovar, həyat yoldaş isə Tereziya Leskovar adlanırdı. Leskovar müəllim işləyirdi. O, Misao na vječnost (Əbədiyyət düşüncəsi) novellasını orta yaşlarda tamalayıb. Novella 1891-ci ildə Vijenac jurnalında çapdan çıxıb. Leskovar yazıçılıq fəaliyyəti dövründə hekayə personajlarının müxtəlif psixoloji təhlillərini verməyə çalışmışdır. Onun doğulduğu ev Valentinovoda qorunub saxlanılır.
Janna Badoyeva
Janna Osipovna Badoyeva (ukr. Жанна Йосипівна Бадоєва; qızlıq soyadı — Dolqopolskaya; 18 mart 1976, Majeykyay) — Ukraynalı teleaparıcı və rejissor. Daha çox "Oryol i Reşka" səyahət proqramının müəllifi və aparıcısı kimi tanınır. == Həyatı == Janna Badoyeva 18 mart 1976-cı ildə Litvanın Majeykyay şəhərində anadan olmuşdur. Onun valideynləri mühəndis idilər, buna görə də qızlarının inşaat texnikumuna daxil olmasını arzu edirdilər. Janna bu texnikuma daxil olur və sonadək təhsil alır. Sonra Kino və Televiziya İnstitutunun aktyorluq fakültəsinə daxil olmaq istəyir, lakin yaşı çatmır. Rejissorluq fakültəsini bitirərək, ardınca Kiyevdə yerləşən ali məktəblərin birində işləməyə başlayır. === Televiziya karyerası === Badoyeva Comedy Club U. A. şousunun ilk rezident qadını olmuşdur. 1+1 telekanalında efirə çıxan "Танцую для тебя" (azərb.
Janna Dark
Janna d'Ark (təq. 6 yanvar 1412, Domremi[d], Fransa krallığı – 30 may 1431, Ruan, Normandiya, İngiltərə və Fransa ikili monarxiyası[d]) — Arklı Janna, Fransanın milli qəhrəmanı. == Həyatı == Janna d'Ark 1412-ci il, yanvar ayının 6-da Fransanın şimal-şərqində Məzə çayının kənarında yerləşən Domeremi kəndində anadan olmuşdu. Onun atası Jak d’Ark əkinçiliklə məşğul olurdu, anası İzabelin 5 uşağı vardı. Ortancıl övladları olan Janna ailənin adi uşaqlarından biri idi. Onu o dövrdə həmyaşıdlarından fərqləndirən tək bir amil vardı. Bu da d’Arkın dinə böyük hörmət bəsləməsi və bu məsələdə özünü kilsənin qızğın tərəfdarı kimi göstərməsi idi. Sonralar kilsəyə olan bu sevgisinə görə yaxın yoldaşlarından biri onu "Tanrının və Həzrəti Məryəmin xidmətçisi" adlandırmışdı. Janna d’Arkın uşaqlıq illəri Fransa ilə İngiltərə arasında davam edən 100 illik müharibənin ən qızğın vaxtına təsadüf etmişdi. 1415-ci ildə İngiltərə kralı V Henri Fransa ordusunu məğlub edərək, ölkəni işğal etdi.
Janna Friske
Janna Friske (rus. Жанна Владимировна Фриске) — Rusiyalı estrada müğənnisi, kinoaktrisa və fotomodel.
Jdanov rayonu
Beyləqan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Beyləqan şəhəridir. == Tarixi == İran ərazisində yerləşən "Nəqşi Rüstəm" abidəsinin, od məbədində Əhəmənilər və Sasanilər dövrünə aid kitabədə "I Şapurun" dövrünə aid olan yazıda Sasani dövlətinə daxil olan 27 ölkə arasında "Adurbadaqan" (Atropatena), Albaniya və onun vilayəti olan Balasakanın adı vardır. Kür və Araz çaylarının qovuşduğu əraziləri Balasakan, bəzən Paytakaran (Beyləqan) adlandırırdılar. Beyləqan rayonu 1939-cu ilin yanvar ayında inqilabçı Andrey Jdanovun adı ilə yaranmışdır. 1963-cü ildə rayon ləğv edilərək İmişli rayonu ilə birləşdirilmiş, mərkəzi İmişli şəhəri olmuşdur. 1964-cü ildə yenidən ayrılaraq Jdanov olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək ərazidə xarabalıqları qalmış qədim tarixi Beyləqan (Örənqala) şəhərinin adı verilmişdir. Qədim Beyləqan şəhərinin əsasının IV əsrdə qoyulması ehtimal olunmaqla XIII əsrdə monqol istilaçıları tərəfindən dağıldığı tarixi faktdır. Qədim İpək yolunun buradan keçməsi Beyləqanın Bərdə, Gəncə və Təbrizlə əlaqəsini genişləndirmişdir.
János Hunyadi
Yanoş Hunyadi (mac. János Hunyadi , 1407- 11 avqust 1456) – Orta əsrlərdə Macarıstanda hərbi və siyasi xadimi == Ailəsi == XV əsrin əvvəllərində Transilvaniyada fermer ailəsində anadan olmuşdur. Macar kralı Siqismund tərəfindən 1409-cu ildə Hunyad qalası dərəbəyliyi atası Voyka verildiyi üçün sinifi təbəqələri yüksəldi. Bu hadisədən sonra ailəsi Hunyad soyadını qəbul edir. 1429-cu ildə soylu bir ailənin qızı olan Elizabet Szilaqi ilə evlənir. Həmin il Macar Kralı Siqismundun sarayında xidmətə başlayır. Soylu bir qadınla evlənməsi və Serb şahzadəsi Lazareviçin dəstəyi ilə krallıq nəzdində tanınmış bir şəxsə çevrilir. Hərbi səfərlər zamanı əldə etdiyi müvəffəqiyyətlər, reformist Yan Qusun edamı ilə əlaqədar çıxan çaxnaşmaların yatırdılmasındakı rolu onun məşhur bir döyüşçü kimi tanınmasına səbəb olur. == Hərbi karyerası == 1431-ci ildə Macar kralı Siqismundun əmri ilə Milan Hersoqu Flippo Mariya Viskontinin dəstəsinə qoşulur. Burada 2 il xidmət göstərir.
Ladino dili
Ladino və ya Sefard dili — Roman dillərindən biridir. Bu dilin daşıyıcıları 1492-ci ildə İspaniyadan qovulmuş və Avropanın cənubunda, Niderlandda, İngiltərədə, Almaniyada və Türkiyədə məskunlaşmış yəhudilərin törəmələridir. 100 minə qədər daşıyıcısı məlumdur. Ədəbi ladino dili XVI əsrdə koyne əsasında yaranmışdır.