Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hako
Hako — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd Kənd əhalisi əsasən Yezidilərdən ibarətdir. Hako kəndində 1990-cı illərə qədər 100 ailə yaşayırdısa, indi burada cəmi 16 ailə qalıb.
Tako
Tako (isp. taco, astek tlacopan)- ənənəvi Meksika yeməyidir ki,qarğıdalı və ya buğda tortiliya çörəyi bir doldurma ətrafında qatlanmış və ya lülələnmişdir.Tako müxtəlif doldurmalar o cümlədən mal əti, toyuq əti, dəniz məhsulları, tərəvəzlər və pendir ilə hazırlana bilər.Tako ümumiyyətlə əl ilə yeyilir və salsa sousu, avokado və ya quakamole, silantro, pomidorlar, qiymə ət, soğan və kahı ilə müşayiət olunur. Tako, Meksikada Avropalıların gəlişindən əvvəl istehlak edilməyə başlanmışdır.
Bako Saakyan
Bako Sahaki Sahakyan (erm. Բակո Սահակյան, 30 avqust 1960, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının 3-cü prezidenti. Xocalı soyqırımında iştirak etmişdir. İlk dəfə 19 iyul 2007-ci ildə prezident seçilib. 19 iyul 2012-ci ildə ikinci dəfə beş il müddətinə yenidən seçilib, təxminən üçdə iki səs toplayıb. 2017-ci ildə üç il müddətinə dolayı olaraq yenidən seçildi. İki dəfə beş il müddətinə prezident postunu tutan Arkadi Qukasyanın əvəzinə Saakyan gəldi. == Həyatı == Saakyan 1960-cı ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olub. Sovet ordusunda xidmət etdikdən sonra Xankəndi fabrikində doqquz il işləmişdir. 1990-cı ildə Dağlıq Qarabağ Müdafiə Ordusuna qoşuldu və bu vəzifədə komandir müavini oldu.
Cako müharibəsi
Çako müharibəsi 1932–1935 ci illərdə Paraqvay və Boliviya arasında Qran-Çako (hansı ki orada böyük neft ehtiyatının olması ehtimal edilirdi. Bununla belə yalnız 2012-ci ildə bu ehtiyyatlar aşkarlanır) vilayətinə sahiblənmə uğrunda baş verib. Bu Latın Amerikası tarixinə ən qanlı müharibə kimi düşüb. == Müharibənin tarixi == Ərazi mübahisəsi Boliviya və Paraqvay Şimali Canko ərazisinə sahiblənmə hələ dövlərin müstəqillik elan edilməsindən başlayır. Belə ki Paraqvay 1811, Boliviya isə 1825 ci illərdə qurtuluşunu elan etdir. Paraqvay daha tez qurtuluşu elan etməsi ona bir çox üstünlüklər verir. Paraqvay bölgə də öz qoşunlarını yerləşdirir və inzibati hakimiyyətini qurur. Bu əraziyə Braziliyada iddia edir. Bu çətinliklərin səbəbi İspaniyanın hakimiyyəti zamanında burada dəqiq sərhədin müəyyənləşdirməməsi idi. Bu isə ərazinin quraq olması, iqlimi və əhali tərəfindən az məskunlaşmasın təsir edirdi.
Jake Short
Cek Şort (30 may 1997, İndianapolis) — yeniyetmə ABŞ aktyoru. Onun ən məşhur rolu "Şortlar" filmindəki Nous Nousvörtidir. O Disney Channelin komediya "Bacarıq Ferması" serialında Fleçer Kuimbi kimi Çayna Enn MakKlayn və Sierra MakKormik ilə birlikdə baş rola çəkilir.
Jaku adası
Jaku (port. Jaco) — Kiçik Zond adalarının tərkibinə daxil olan kiçik ada. == Coğrafiyası == Timor adasından şərqdə yerləşir. Şərqi Timor dövlətinin Luten rayonu, Tutuala alt rayonuna daxildir. Sahəsi 10 km², maksimal hündürlüyü isə 100 metrdir. == Əhalisi == Adada yaşayış yoxdur. Timorun əhalisi adanı müqəddəs saydığından onun ziyarəti qadağandır. == Turizm == Günümüzdə adanı tez-tez balıqçılar və turistlər ziyarət edir. Onları bura fauna və gözəl çimərliklər cəlb edir. == Mənbə == "Jaco Island".
Janko Leskovar
Janko Leskovar (12 dekabr 1861 – 4 fevral 1949) — xorvat novellaçı. == Haqqında == Leskovar Valentinovoda tanınmış ailədə doğulub. Onun babası dəmirçi idi. Atası İvan Leskovar, həyat yoldaş isə Tereziya Leskovar adlanırdı. Leskovar müəllim işləyirdi. O, Misao na vječnost (Əbədiyyət düşüncəsi) novellasını orta yaşlarda tamalayıb. Novella 1891-ci ildə Vijenac jurnalında çapdan çıxıb. Leskovar yazıçılıq fəaliyyəti dövründə hekayə personajlarının müxtəlif psixoloji təhlillərini verməyə çalışmışdır. Onun doğulduğu ev Valentinovoda qorunub saxlanılır.
Joe & Jake
Joe & Jake — Co Vulford (ing. Joe Woolford; d. 6 oktyabr 1994) və Ceyk Şeykşaftın (ing. Jake Shakeshaft; d. 25 iyul 1995) təşkil etdiyi Britaniyalı musiqili duet. Onlar "You're Not Alone" mahnısı ilə Böyük Britaniyanı "You're Not Alone" mahnısı ilə 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Karyera == === 2015: The Voice UK === Co və Ceyk ilk dəfə 2015-ci ildə Böyük Britaniyanın The Voice səs yarışmasında iştirak edərkən tanış olmuşdurlar. Onların hər ikisi yarışmada ilkin mərhələni uğurla keçmişdir. Co Rita Oranın, Ceyk isə Amerikan musiqiçisi will.i.am-in komandasında yer almışdır. Yarışmada iştirak etdikləri müddət ərzində Co Elli Qoldinq, Ceyson Mraz və Kris Braun mahnıları ilə çıxış etmiş, Ceyk isə Ed Şiran, Coldplay və Castin Biber mahnılarını səsləndirmişdir.
Pako Alkaser
Pako Raban
Pako Raban (fr. Paco Rabanne), əsl adı Fransisko Rabaneda-i-Kuervo (isp. Francisco Rabaneda y Cuervo); 18 fevral 1934[…], Pasahes[d], Gipuskoa vilayəti[d], İspaniya – 3 fevral 2023[…]) — fransız modelyeri. Francisco-i- Rabanedanın uşaqlığı qeyri-adi keçib. Oğlan 1934-cü ildə İspaniyanın San-Sebastyano şəhərində dünyaya gəlib və 5 yaşı olanda ailə vətənlərindəki müharibəyə görə Parisə köçürlər. Respublikaçı atası inqilab vaxtı itkin düşdü, Françiskonun tərbiyəsi ilə ateist, Marks ideyalarını dəstəkləyən anası və okkultizm sahəsində gizli biliklərə sahib olan çox dindar nənəsi məşğul olurdu. Bu müxtəlif tərəfli təsir- dəbin gələcək dahisinin xarakterini formalaşdırdı- sədaqət, alicənablıq, bütün yeniliklərə açıq fikirlilik, reallığın çox tərəfli və variantlı olmasına inam. 18 yaşlı Françisko Parisdə Milli sənət məktəbinin arxitektur fakültəsində oxumağa başladı. Təhsilinin pulunu ödəmək üçün Balenciaga Moda Evinə hazırladığı aksesusarları, düymələri təklif etdi. Onun ideyalarə iltifatla qəbul edilmişdi- ilk növbədə Cristobal Balenciagln köməkçisi işləmiş anasının sayəsində.
Qran-Cako
Qran-Çako, Böyük Çakо, və ya Çakо (isp. Gran Chaco, keçua Hatun Chaku (chaku — «Ovçuluq torpağı»)) — Zəif məskunlaşmış ərazi olaraq, isti tropik və yarımsəhra iqliminə malik bölgə. İnzibati cəhətdən Boliviya, Paraqvay (şimal-qərb), Argentina və Braziliyanın Matu-Qrasu vilayətinin kiçik bir hissəsini özündə birləşdirir. Regionun flora və faunası çöl və rütubətli subtropik (Kampos) iqlim qurşağında yerləşir. Əsasən Amazon çökəkliyindən La-Plataya qədər və Salado, Rio-Vermexo, və Pilkomayo çayları hövzəsini əhatə edir. Bölgənin yerli əhalisi köçəri və yarımköçəri olan hindulardır. Hinduların Aymara və Quaranilərdir. Hal-hazırda isə Metislər və Kreollar üstünlük təşkil edir. Bölgədə Avropalı İspanlar, Almanlar və Ruslar kimi xalqların immiqrantları konpakt şəkildə yaşayır. Qran-Çakonun mərkəzi hissəsi Paraqvayın ərazisində yerləşir.
Tako Qaçeçiladze
Tamara "Tako" Qaçeçiladze (gürc. თამარა "თაკო" გაჩეჩილაძე, 17 mart 1983, Tbilisi) — Gürcüstan müğənnisi, bəstəkarı və aktrisası. O, Gürcüstanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Tamara Qaçeçiladze vətəni olan Gürcüstanı 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edə bilmək üçün Gürcüstanın GPB telekanalının təşkil etdiyi milli seçim turunda "Me and My Funky" adlı mahnı ilə iştirak etmiş və onuncu yerdə qərarlaşaraq, yarışmada məğlub olmuşdur. Daha sonra müğənni 2009-cu ildə "Stephane & 3G" qrupunun üzvü olaraq Gürcüstanın Avroviziya üçün keçirdiyi milli seçim turuna yenidən qatılmışdır. Qrup ifa etdikləri "We Don't Wanna Put In" mahnısı ilə seçim turunda qələbə qazansa da, mahnının siyasi mesaj daşıması səbəbindən Gürcüstanın müsabiqədə iştirakı təxirə salınmışdır. Tamara Qaçeçiladze "Keep the Faith" mahnısı ilə Gürcüstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Müğənni 9 may tarixində baş tutan yarımfinal mərhələsində səhnə almış və səsvermədə 11-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. Tamar Qaçeçiladze 17 mart 1983-cü ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olmuşdur.
Çako tinamusu
Çako tinamusu (lat. Nothura chacoensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin quyruqsuz tinamu cinsinə aid heyvan növü.
İren Jakob
İren Jakob (ing. Irène Marie Jacob; 15 iyul 1966[…], Süren, Fransa) — Dünyada məşhur olan İsveçrəli-Fransız aktrisadır. Üç Rəng: Qırmızı filmi və Véronique'in İkili Həyatı filmləri ilə məşhurlaşmışdır.
Jak Abbadi
Jak Abbadie (fr. Jacques Abbadie), həmçinin Ceyms Abbadi (ing. James Abbadie; 1654[…] – 25 sentyabr (6 oktyabr) 1727 və ya 15 sentyabr 1727, Marlibon[d], Böyük London[…]) — protestant keşiş və yazıçı. == Həyatı == Jak Abbadi təxminən 1654-cü ildə Fransanın Bern kantonunun Ney şəhərində anadan olmuşdur. O, Sedan və Saumurda təhsil alıb. Abbadinin erkən akademik uğuru onun cəmi on yeddi yaşında olanda Sedandakı akademiyadan ilahiyyat dərəcəsi almasına gətirib çıxarmışdır. Jak Abbadi Berlində, sonra isə Londonda fransız protestant qaçqınlarının keşişi olmuşdur. Jak Abbadi 1690-cı ildə Londondakı Savoy Kapellasında Fransa kilsəsinin rəhbəri təyin edilmişdir. O, 1699-cu ildə İrlandiyada Killalo kilsəsinin dekanı olmuşdur. Jak Abbadi 25 sentyabr 1727-ci ildə, London şəhərinin yaxınlığında vəfat etmişdir.
Jak Adamar
Jak Adamar (8 dekabr 1865[…], Versal – 17 oktyabr 1963[…], Paris) — fransız riyaziyyatçısı. == Həyatı == La Valle Pussenlə yanaşı sadə ədədlər nəzəriyyəsinin paylanma qanununu əsaslandırmışdır. Diferensial tənliklər, funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, mexanika üzrə əsərlərin müəllifi.
Jak Brel
Jak Brel (8 aprel 1929[…], Sxarbek[d], Brüssel paytaxt vilayəti[d], Belçika – 9 oktyabr 1978[…]) — belçikalı müğənni, mahnı müəllifi, aktyor, rejissor. Müasir şanson janrının ustadı hesab olunur. Mahnılarını əsasən fransız, bəzən isə alman dilində yazırdı. Buna baxmayaraq bir çox ingilis dilli yazarlara təsir etmişdi. == Həyatı == Jak Brel 8 aprel 1929-cu ildə Sxarbekdə anadan olmuşdur. Jak və onun böyük qardaşı Pyer Katolik ibtidai məktəbinə gedirdilər. 1941-ci ilin sentyabrında universitetə qəbul olan Brel dram klubu yaradır. O kiçik hekayələr, şerlər və esselər yazırdı. 1944-cü ildə, 15 yaşında ikən, gitara çalmağı öyrəndi. Növbəti illərdə isə dostları ilə birlikdə öz teatr qrupunu yaratdı və əsərlər yazmağa başladı.
Jak Derrida
Jak Derrida (15 iyul 1930[…], El-Biar[d], Fransa Əlcəzairi[d] – 8 oktyabr 2004 və ya 9 oktyabr 2004, V arondisman) — Fransız filosof, ədəbiyyat tənqidçisi və dekonstruksiya cərəyanın qurucusu. Derridanın fəaliyyəti təkcə fəlsəfə və ədəbiyyatla məhdudlaşmır o, eyni zamanda XX əsrin 60-cı illərində siyasi motivli irqçilik problemlərinin gündəmə gətirmiş, Fransada yaşayan Əlcəzairli miqrantların hüquqlarının qorunması sahəsində fəaliyyət göstərmişdir. 1982-ci ildə Çexoslovakiyada başladılan müxalif yönümlü hərəkatı dəstəklədiyi üçün həmin ölkədə həbs edildiyi də məlumdur.
Jak Fevr
Jak Fevr (fr. Jacques Faivre; 25 noyabr 1932, Burk-an-Bres – 12 avqust 2020, Virya) ― hücumçu mövqeyində oynamış Fransa futbolçusu. Fransanın müxtəlif böyük klublarında çıxışı ilə tanınır.
Jak Feyder
Jak Feyder(21 iyul 1885[…], İksel[d], Brüssel paytaxt vilayəti[d] – 24 may 1948 və ya 25 may 1948) — fransız kino rejissoru == Filmləri == Krenkebil (film, 1922) Qribiş (film, 1925) Tereza Raken (film, 1928) Böyük oyun (film, 1934) "Mimoza" pansionu (film, 1935) Cənab Penson polis işçisidir (film, 1916) Atlantida (film, 1921) Makadam (film, 1946) == İstinadlar == == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı, 1986, səh. 517.
Jak Fresko
Jak Fresko (13 mart 1916, Bruklin, Nyu-York ştatı – 18 may 2017, Sebrinq[d], Florida) — amerikalı futurist və ictimai mühəndis olaraq özünü tanıtmışdı. Avtodidakt idi və industrial dizayn sahələrində çalışmışdı. Fresko davamlı şəhərlər, enerji effektivliyi, təbbi resursların idarəolunması, avtomatlaşma və elmin cəmiyyətdə yeri haqda fikirlərini yazmış və mühazirələrində dilə gətirmişdir. O, Venera layihəsini (Venus Project) yaratmış və resurs əsaslı iqtisadiyyat adlandırdığı sosio-iqtisadi modelin qlobal tətbiqini müdəfiə etmişdir. == Gəncliyi == Fresko 13 mart 1916-cı ildə doğulub, Nyu-Yorkda Bruklin rayonunda Səfarad yəhudilərindən ibarət ailəsinin yanında böyüyüb. Böyük böhran zamanında o, vaxtını dostarı ilə birlikdə Çarlz Darvin, Albert Eynşteyn, elm və gələcək haqda müzakirə edərək keçirirdi. Fresco Gənc Kommunistlər Ligasına qatılır və liganın rəhbəri ilə görüşdə müzakirədən sonra "Karl Marks səhv idi" deyə bağırdığına görə ligadan sözün birinci mənasında atılır. Gənc Fresko 14 yaşında evi tərk edir və zəmanənin gəncləri kimi avtostop və "qatarlara tullanaraq" səyahət edir. Daha sonra o diqqətini texnokratiya üzərinə cəmləyir. == Karyera == === Hava gəmisi sənayesi === Fresko 1930-cu illərin sonrarına doğru Kaliforniada Douglas Aircraft Company-də çalışıb.
Jak Fua
Jak Fua (fr. Jacques Foix; 26 noyabr 1930 – 14 iyun 2017) ― hücumçu mövqeyində oynamış Fransa futbolçusu. Onun peşəkar oyunçu karyerası 1951-ci ildən 1964-cü ilə qədər davam etmişdir. 1953-1956-cı illər arasında Fransa milli futbol komandasının heyətində 7 oyuna 3 qol vurmuşdur. O, 1959 və 1964-cü illərdə Fransa çempionatının qalibi olmuşdur. Fua 14 iyun 2017-ci ildə 86 yaşında vəfat etdi.
Jak Houdek
Jak Hudek (ing. Jacques Houdek; d. 14 aprel 1981, Velika Qoritsa, Yuqoslaviya Sosialist Federativ Respublikası (indiki Xorvatiya)) — Xorvatiyalı müğənni və bəstəkar. O Xorvatiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Jak öz peşəkar musiqi karyerasına 2000-ci ildə başlamışdır və həmin zamandan ifaçı bir çox mahnılar və albomlar təqdim etmişdir. O Xorvatiyanın The Voice səs yarışmasında münsif olaraq faəliyyət göstərir və 2015-ci ildə onun komandasında yer alan Nina Kralyiç yarışmanın qalibi seçilmişdir. Jak Xorvat dili ilə yanaşı İngilis, İtalyan, Alman, İspan, Fransız və Makedon dillərində də mahnılar ifa etmişdir. == Həyatı == Jelko Hudek 14 aprel 1981-ci ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının Zaqreb qraflığında yerləşən Velika Qoritsa şəhərində anadan olmuşdur. Musiqi məktəbinin piano bölməsində təhsilini bitirdikdən sonra Jak iki ali məktəbdə fərqli ixtisaslar üzrə təhsil almağa başlamışdır; musiqi (solo ifa bölməsi) və bərbərlik peşəsi. O eyni zamanda vokal dərsləri də almışdır.
Jak Hudek
Jak Hudek (ing. Jacques Houdek; d. 14 aprel 1981, Velika Qoritsa, Yuqoslaviya Sosialist Federativ Respublikası (indiki Xorvatiya)) — Xorvatiyalı müğənni və bəstəkar. O Xorvatiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Jak öz peşəkar musiqi karyerasına 2000-ci ildə başlamışdır və həmin zamandan ifaçı bir çox mahnılar və albomlar təqdim etmişdir. O Xorvatiyanın The Voice səs yarışmasında münsif olaraq faəliyyət göstərir və 2015-ci ildə onun komandasında yer alan Nina Kralyiç yarışmanın qalibi seçilmişdir. Jak Xorvat dili ilə yanaşı İngilis, İtalyan, Alman, İspan, Fransız və Makedon dillərində də mahnılar ifa etmişdir. == Həyatı == Jelko Hudek 14 aprel 1981-ci ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının Zaqreb qraflığında yerləşən Velika Qoritsa şəhərində anadan olmuşdur. Musiqi məktəbinin piano bölməsində təhsilini bitirdikdən sonra Jak iki ali məktəbdə fərqli ixtisaslar üzrə təhsil almağa başlamışdır; musiqi (solo ifa bölməsi) və bərbərlik peşəsi. O eyni zamanda vokal dərsləri də almışdır.
Jak Kallo
Jak Kallo (fr. Jacques Callot; 1592[…] və ya 25 mart 1592, Nansi – 25 mart 1635[…] və ya 24 mart 1635, Nansi) — fransız qravürçü və rəssam. Ən böyük ofort texnikasının ustası (cəmi 1500-dən çox qravür buraxmışdır), ofort texnikasının yeni növünün ixtiraçısıdır. == Bioqrafiyası == Jak Kallo, 1592 və ya 1593-cü ildə Nansidə, Lotaringiya qəhrəmanı Jan Kallonun böyük ailəsində anadan olmuşdur. Uşaqlıqdan rəsmlə maraqlanır, küçədə gördüyü hər şeyi təsvir etməyə çalışırdı. 1609-cu ildə bir versiyaya görə — gəzən qaraçılarla birlikdə Romaya piyada getmişdir. Əvvəlcə, rəssam Remicio Kantaqallina ilə birlikdə Florensiyada, sonra Romada, gənc rəssam etch sənətini mənimsədiyi məşhur qravürçü Antonio Tempestanın emalatxanasında təhsil aldı. 1611-ci ildən Kallo Florensiyada çalışdı, burada 1612-ci ildə Culio Parici atelyesinə fəaliyyətini davam etdirdi. == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Сомов, Александр Андреевич. Калло, Жак // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Green Baku (Yaşıl Bakı)