Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Banani
Banani — Malidə yerləşən kənd. Əsas əhalisi doqonlardır.
Canalı
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır.
Danalı
Danalı (Əcəbşir)
Danaçı
Danaçı — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Hanami
Hanami (花見, hərfi "hana" - gül və "mi" - baxmaq) - yaponların gül ləçəylərinə seyr etmə ənənəsi, xüsusən albalı ləçəylərinə (桜, sakura).. 1000 ildən çox tarixi olan ənənə indidə çox populyardır. Ləçəylər yalnız yazda iki həftəlik, martdan aprelə kimi olur. Qısa bir zamandan sonra ləçəylər yerə düşür və bu da, öz sirasında, daha bir gözəl mənzərə yaradır. == Tarixi == Ənənə Nara dövründə Çinin Tan sülaləsinin Yaponiyaya təsiri zamanı yaranıb və Heian dövründə məşhurlaşıb. Heian dövründə sakura daha çox diqqət çəkməyə başladı. Sakura ağacı müqəddəs sayılırdı və bu günə kimi Yaponiyanın mədəni rəmzi sayılır. İnsanlar ağaclarda Tanrıların yaşadığına inanırdılar və hanami bayramını ilin başlanğıcını və düyünün əkin vaxtını müəyyən edirdi. İlk dəfə Hanamı anlayışı Gencinin hekayəsi əsərində istifadə olundu. Ondan sonra tanka və hayku poeziyasında "gül" "sakura" demək idi və "hanami" və "gül bayramı" anlayışları yalnız sakura güllərini seyr etmək" mənasını daşıyırdı.
Jalebi
Jalebi, digər adla zülbiyə Cənubi və Qərbi Asiyada, Şimali və Şərqi Afrikada geniş yayılmış çərəz növü. Jalebi Maida unundan hazırlanmış xəmirin yağda qızardılması və şərbətlə isladılması ilə hazırlanır. Forması ya dairəvi, ya da bretzel formasında olur. Bu çərəz İran və Hindistanda məşhurdur. Jalebi isti və ya soyuq şəkildə təqdim edilir. Bəzən ona gülab da əlavə edilir. Jalebi istəyə uyğun olaraq ətirli su əlavı edilmiş kəsmik və rabri (Şimali Hindistan) ilə birgə yeyilir. Azərbaycanda ortaq ada sahib olan zülbiyə, habelə Gəncə şəhərinə xas olan zilviyə şirniyyatı mövcuddur.
Janbay
Janbay adası (qaz. Жанбай аралы) — Xəzər dənizində yerləşən ada. Volqa çayı deltasından şərqdə yerləşir. Sahildən 1,2 km aralıda qərar tutur. Uzunluğu 21,5 km, maksimal eni 7 km təşkil edir. Qazaxıstannın Atırau vilayəti ərazisinə daxildir.
Talabı
Talabı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Talabı oyk., düz. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. Keçmişdə kənd 3 məhəllədən ibarət olmuşdur. Kəndin böyüməsi nəticəsində ondan Baş Talabı (Sər Talabı), 'Orta Talabı (Minkə Talabı) və Aşağı Talabı (Zır Talabı) məntəqələri yaranmışdır. Baş Talabıdan çıxan ailələr Talabıqışlaq kəndini yaratmışlar. Aşağı Talabı indi Xaruşə, Baş Talabı isə Talabı adlanır. Oykonim fars dilindəki təlab (çəmən, bağ, bağça) sözündən və mənsub, bildirən -/ şək.-sindən ibarət olub, “çəmənlik, bağ- çalıq” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 343 nəfər əhali yaşayır.
Tanami
Tamani (ing. Tanami) — Avstraliyanın şimalında yerləşən daşlı-qumlu səhra. Sahəsi 292 194 km² təşkil edir. Səhra XX əsrə qədər avropalılar tərəfindən az öyrənilmişdir. == Coğrafiyası == Tamani səhrası Şimal ərazisi və Qərbi Avstraliya ərazilərini əhatə edir. Səhradan şimal-şərqdə Alis-Sprinqs şəhəri, qərbdə isə Böyük Qumlu səhra yerləşir. Avstraliyanın mərkəz səhralarına xas iqlimə və relyefə malikdir. Əsasən Triodia cinsinə aid bitkilər geniş yayılmışdır. Dyunlara, qum düzənliklərinə, duz göllərinə və quruyan bataqlıqlara rast gəlinir. İqlimi yarımsəhradır.
Vanati
Mığırlı - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Tarixi == == Fiziki-coğrafi mövqeyi == == Əhalisi == === Görkəmli şəxsiyyətləri === Zakir Məhərrəmov — Texnika elmləri namizədi, AzTU-nun “Tətbiqi informatika” kafedrasının dosenti.
Vasabi
Vasabi (lat. Eutrema japonicum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin evtrema cinsinə aid bitki növü. Çoxillik vasabi bitkisinin kökündən, yarpaqlarından alınan məşhur yapon ədviyyatı. Vasabinin iri ürək formalı yarpaqları olur və kələmkimilər fəsilsinə aiddir. Bitki ilk dəfə Yaponiyada X əsrdə becərmişlər. Vasabinin ilk dəfə Yaponiyanın dağ çaylarının kənarlarında yabanı halda bitdiyi ehtimal olunur. Onun dadının və qoxusunun xoş olduğunu görən yaponlar kütləvi surətdə vasabi yetişdirməyə başlamışlar.Onu bəzən yapon xreni də adlandırırlar. İndi Cənubi Koreyada, Çində, ABŞ-də, Yeni Zellandiyada vasabinin yetişdirilməsi ilə xüsusi məşğul olurlar. Vasabidən xüsusi ədviyyat hazırlanır. Bu ədviyyat istiot, qida boyaları və müxtəlif ədviyyatların qarışımından hazırlanır və yaşıl rəngdə olur.
İnnabı
İnnabı - Azərbaycanin məşhur qədim qadın rəqslərindən biri. == Söz açımı == Burada heç də innab meyvəsi nəzərdə tutulmur, meyvənin rəngi aktuallaşdırılır. İnnabı rəngi adıdır, tünd qırmızı rəngi bildirir. Bu, qadınların toy zamanı bər-bəzəyə, şala, qumasha, tafta-baftaya bürünüb simvolik şəkildə qırmızılaşdırılmasına, qırmızıya boyanmasına işarədir, alt-şüur səviyyəsində isə birbaşa qadın başlanğıcına işarədir. == Tarixçə == İnnabı Azərbaycanın toy rəqsidir, bir rəqs forması kimi varlı qadınların evlərində meydana gəlmişdir. Onu adətən qonaqlardan olan iki rəqqasə ifa edərmiş. İnnabını Bakıda yalnız qadınlar oynardılar, bir çox rayonlarda isə onu həm qadınlar, həm də kişilər ifa edərdilər. Vaxtilə Azərbaycanda qadın və kişi toyları (və ya qız və oğlan toyları) ayrıca keçirilərdi. Kişi toyunda qadınlar, qadın toylarında kişilər iştirak etməzdilər. Bu dövrdə qadınların getdiyi yerlər də məhdud idi.
Anafi
Anafi (yun. Αναφή) — Egey dənizindəki ada Yunanıstana məxsusdur. == Coğrafiya == Kiklad arxipelaqına daxildir. Santorinidən 12 dəniz mili şərqdə yerləşir. Ada təxminən 38 km² əraziyə, 10 km uzunluğa və 7 km enə malikdir. Anafi adasının şərq hissəsində hündürlüyü 584 m olan Kalamoss zirvəsi var. == Əhali == 2001-ci il siyahıyaalınmasına görə, Anafi adasında 273 nəfər yaşayırdı. == İqtisadiyyat == Hazırda ada sakinlərinin əsas məşğuliyyəti turizm və balıqçılıqdır.
Abşeron kanalı
Abşeron kanalı — Abşeron yarımadasında suvarma kanalı. Samur-Abşeron kanalının davamı olaraq Ceyranbatan su anbarında başlayaraq Gürgan qəsəbəsi ərazisində Xəzərə tökülür. Kanalın uzunluğu 72 km təşkil edir. Təsərrüfat daxili hissələrdə su borulardan istifadə etməklə ötürülür. Su magistral kanaldan və onun açıq qollarından nasoslar vastəsi ilə təsərüfat daxili şəbəkəyə vurulur. Basqılı boru kəmərinin ümumi uzunluğu 1056 km, açıq qolarının uzunluğu isə 37 km-dir. Abşeron yarımadasında şəhər ətrafı kənd təsərrüfatının inkişafında və yaşıllıqların artırılmasında böyük əhəmiyyəti vardır.
Adana kababı
Adana kababı ― Türk mətbəxinə aid kabab növü. Quzu ətindən qıyma, quyruq yağı, pul bibər və digər inqredientlərdən hazırlanır.Adana kababının müəllifi barədə konkret məlumat mövcud deyil. Ancaq qeyd olunan təamın Türkiyənin Adana bölgəsində meydana çıxdığı güman üçün adı da həmin coğrafi məntəqə ilə bağlıdır. Ümumən Yaxın Şərqdə bu qəbildən olan kabab növləri geniş yayılmış olsa da, təamın müəlliflik hüquqları hal-hazırda Adana Ticarət Palatasına məxsusdur.Adana kababı quzu ətinin xüsusi bıçaqla kiçik hissəciklərə bölündükdən sonra quyruq yağı və pul bibər ilə qarışdırılması ilə əldə olunan qıymanın zəif yanan közdə kabab edilməsi ilə əldə olunur. Kababın servisi həm dürmək, həm də birbaşa boşqabda əsas yemək olaraq həyata keçirilir. Adanada sözügedən təama həsr olunmuş xüsusi tədbirlər həyata keçirilir. Hər il dekabr ayının ikinci şənbə günü "Adana kababı və şalğam şirəsi festivalı" olaraq qeyd olunur. Küçə festivalı halında qeyd olunan tədbir müsiqiçilərin müşaiyəti ilə baş tutur. İştirakçılar Türkiyədə ənənəvi kombinasiya hesab olunan adana kababı, şalğam şirəsi və türk milli spirtli içkisi rakı istehlak edirlər.
Alabalıq kababı
Alabalıq kababı – alabalıqdan izqarada, manqalda və ya duxovkada hazırlanan kabab növü. == Tərkibi == Alabalıq kababının hazırlanmasında alabalıqdan, sarımsaqdan, limondan, kəkotundan, maye yağdan, duzdan və istiotdan istifadə olunur. == Hazırlanması == Alabalıq kababını hazırlamaq üçün əvvəlcə alabalıq təmizlənir və yuyulur. Dərin bir qabda yağı, limon suyu, kəkotu, istiot, duz və əzilmiş sarımsaq qarışdırılır. Balıqlar bu qaba qoyulur və sous suyu qurudulmuş balıqlara yedirilir. Soyuducunun içərisində də balıqları arada çevirilir ki, sous canına yaxşı çəksin. Sonra alabalıq tavada, elektrikli izqarada və ya qızğın alovsuz manqalda bişirilir. Balıq bişərkən hər iki tərəfi də arada fırçayla yağlanır. Servis edilərkən salat və yaxud göyərti ilə bəzədilir.
Alxançurt kanalı
Alxançurt kanalı — Şimali Qafqazda suvarma və nizamlayıcı kanal. Kanal Alxançurt vadisindən keçməklə Şimali Osetiya, İnquşetiya və Çeçenistan ərazilərinə aiddir. Kanal Alxançurt rayonlar arası suvarma və nizamlama sisteminin əsas kanalıdır. Kanalın əsas su götürmə mənbəyi — Terek çayıdır. Axançurt kanalı əsas iki qola bölünür. Qərb və Şərq kanalları. Bu qolların ayrılma nöqtəsinə kimi kanalın uzunluğu 66,4 km-dir. Qolları ilə birlikdə kanalın ümumi uzunluğu — 182,4 km-dir. Kanal inşasından sonra Açaluk çayıda kanala tökülməyə başlamış. Dövlət su reyestrində obyekt kodu — 07020000222308200003054.
Avqustov kanalı
Avqustov Kanalı (pol. Kanał Augustowski) - XIX Polşanın şimal-şərqində Podlasie Voyvodeşip və şimal-qərbi Belarusun Qrodno vilayətində qurulmuş bir transsərhəd kanaldır. İlk qurulduğu vaxtdan etibarən kanallar, mütəxəssislər tərəfindən texnoloji bir möcüzə olaraq təsvir edilmişdir və çox sayda şlüzlə estetik cəhətdən cəlb edicidir. Visla və Neman çaylarını birləşdirir. YUNESKO-nun xüsusi mühafizə olunan ərazisində yerləşən hidrotexniki memarlıq abidəsidir. Uzunluğu 101,2 km, o cümlədən Belarus ərazisində 22 km, Polşada isə 79 km. Bir sıra şlüz və hərəkətli körpülər daxildir. Oqinski kanalı, Dauqava, Berezina, Dnepr çayları vasitəsilə Qara dənizlə əlaqəsi var. Avqustov Kanalının qurulmasının səbəbləri həm siyasi, həm də iqtisadi idi. 1821-ci ildə Prussiya, Polşanın və Litvanın mallarının öz ərazisi ilə tranzit etməsi üçün yüksək vergi güzəştlərini tətbiq etdi və bu, Polşalı tacirlərin Visla çayından Baltik dənizinə çıxmasına mane oldu.
Azərbaycan manatı
Azərbaycan manatı (işarəsi: ₼) — Azərbaycan Respublikasının pul vahidi. == Tarixi == === İlk buraxılış === Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu. Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeqanə ödəniş vasitəsi olması tətbiq olundu. === Yeni nəsil pul nişanları === Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi yasaqdır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur.
Balıq kababı
== Tərkibi == Balıq əti (Nərə balığı) – 347q. Bitki yağı ( ya xama – 10q) – 5q. Baş soğan – 240q. Göy soğan – 32q. Pomidor – 100q. Limon – 1/5 ədəd . Narşərab – 5q. Sumaq – 1q. İstiot – 0,1q. Duz – zövqə görə.
Banarı (Dəram)
Banarı (az.-əbcəd بانارێ‎, fars. بنارود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 38 nəfər yaşayır (15 ailə).
Benaia Barabi
Benaia Barabi (ivr. ‏בניה ברבי‏‎; 4 aprel 1989, Tiberiya, İsrail şimal dairəsi) — İsrail müğənnisi, mahnı müəllifi, bəstəkar və musiqiçidir. Barabi bir çox tanınmış İsrail musiqiçiləri və sənətçiləri ilə əməkdaşlıq etmiş və Müəlliflər, Bəstəkarlar və Musiqi Cəmiyyəti tərəfindən 2019-cu il üçün "İlin kəşfi" elan edilmişdi.
Bibər kababı
Boztəpəarx kanalı
Boztəpəarx kanalı - 1924-cü ildə İmişli rayonu ərazisində tikilmiş suvarma kanalı. == Tikilmə tarixi == 1924-cü ildə İmişli rayonu ərazisində tikilmişdir. Araz çayından su öz axını ilə çayda mexaniki tənzimləmə işləri aparmaqla Boztəpəarx kanalına verilir. Başlanğıcında suyun sərfi 8 m³/san olmaqla torpaq məcrada inşa edilmişdir. İmişli və Beyləqan rayonlarının ərazisində 11 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Ümumi uzunluğu 45 km-dir.
Böyrək kababı
Böyrək kababı — Azərbaycan mətbəxində qoyun böyrəyindən hazırlanan kabab növü. == Tərkibi == Böyrək kababının hazırlanmasında qoyun böyrəyindən, kərə yağından, baş soğandan, cəfəridən, sumaqdan, istiotdan və duzdan istifadə olunur. == Hazırlanması == Böyrək kababını hazırlamaq üçün qoyun böyrəklərinin pərdəsi soyulub soyuq suda yuyulur, sonra isə eninə tərəf hərəsi iki hissəyə bölünür, duzlanıb şişə taxılır və üstünə yağ sürtülərək manqalda kömür üzərində qızardılır. Buna qızardan vaxtda da arabir yağ sürtülür. Böyrək kababı süfrəyə veriləndə yanına halqavari doğranmış baş soğan qoyulub üstünə doğranmış göyərti səpilir və ayrıca da sumax və döyülmüş istiot verilir.Yay vaxtı böyrək kababının yanına şişdə qızardılmış pomidor qoyulur.