Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anime
Anime (yap. アニメ, azərb. Animasiya‎, IPA. ) — yapon animasiyası. Anime cizgi filmləri qərbin cizgi film texnikası ilə yapon ənənələrini birləşdirib eksperimentlər edən yapon rejissorlarının təcrübəsi nəticəsində yaranmışdır. Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzi var. Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). «Anime» sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.
Aniva
Aniva (rus. Ани́ва) ya da Rutaka (yap. 留多加) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinin tərkibinə daxildir.
Eniva
Eniva (yap. 恵庭市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın İşikari sabprefekturada yerləşən şəhər.
Ənizə
Ənizə (ərəb. عنزة‎, ʻanizah, [ʕni.zah]) — Ərəbistan yarımadasında, Yuxarı Mesopotamiyada və Levantda ərəb qəbiləsi. Ənizə qəbiləsinin nümayəndələri Nəcd, Hicaz və Levant (Hüms, Həma, Hələb) ərazisində yaşayırlar. Coğrafi cəhətdən onları aşağıdakı qruplara bölmək olar: İraq ənizələri, Fərat və Cəzirə ənizələri, Həma ənizələri, Hüms ənizələri, Dəməşq ənizələri və Hicaz ənizələri. "Sübh əl-Əşa"da Qəlqəşəndiyə görə, ənizələr əvvəlcə Mədinə yaxınlığındakı Xeybərdə yaşayırdılar. İbn Xəlduna görə, ənizə qəbiləsi əvvəlcə Əyn-Təmrada (indiki Kərbəla və ətrafı) yaşamış, sonra isə Xeybərə köçmüşdür.
Civə
Civə (Hg) (farsca: جیوه-jive)– D.İ. Mendeleyevin elementlərin dövri sistemində 80-ci element. İtalyadakı Monte-Amyata civə yatağı Qədim Roma dövründən istifadə olunur. Civənin bu qədər qədimdən məlum olmasının səbəbi onunla əlaqədardır ki, orada çıxarılan kinovar (civə-sulfid HgS) havada qızdırıldıqda asanlıqla parçalanaraq metallik civə buxarları əmələ gətirir: HgS+O2→Hg+SO2 Civə e.ə. II minillikdə insanlara məlum idi. Əlkimyaçılar onu maddələrin qadın başlanğıcı, metalların anası, fəlsəfə daşının əsası hesab edirdilər. Onlar civəni argentium vivum ("CANLI GÜMÜŞ"), hidrargirum ("maye gümüş") və ya Mercurius adlandıraraq onun metalların şahı qızılla yaxınlığını nəzərə çatdırırdılar (işarəsi qızıl olan Merkuri planeti Günəşə ən yaxın planetdir). .Civə ağır metal, birləşmələri olduqca təhlükəli maddələr olub atmosferi, suyu, qida məhsullarını çirkləndirir. Tərkibində civə olan üzvi birləşmələr, xüsusən metal-civə daha təhlükəlidir. Civə ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılmışdır, trofik zəncirdə bioakkumlyasiya və hərəkət etmə qabiliyyətinə malikdir. Civənin qida zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək olar: su – dib çöküntüləri – biota (bentos, fito – zooplankton), balıqla qidalanan balıqlar və quşlar.
Nike
Nike (Nayk) – idman geyimləri istehsal edən dünya şöhrətli ABŞ şirkəti. Mənzil qərargahı Biverton şəhəri, Oreqon ştatı. Adını yunan mifologiyasındakı zəfər tanrıçası Nikedən alır. Air Jordan və Nike Golf kimi alt markaları ilə yanaşı, Converse kimi müstəqil markaların da sahibidir. Şirkət istehsalının hardasa hamısını uzaq şərqdəki fabrkilərdə istehsal etməkdədir.Şirkət dünya səviyyəsində 25,000 işçiyə malikdir və (2007)-ci ildə 10,9 milyard təmiz gəlir açıqlamışdır. Nike bir çox futbol komandasına və milli komandaya sponsor olaraq, futbol dünyasına ağırlığını qoymağa çalışmaqdadır. Nike həmçinin Braziliya, Portuqaliya, Niderland, ABŞ, Mançester Yunayted, Arsenal, Barselona, İnter Milan, Yuventus, Şaxtyor, Portu, Styaua Buxarest kimi dünyanın aparıcı futbol klublarına və bəzi sponsorluq etdiyi klublar Qırmızı Ulduz, Boka Xuniors, Korintians Paulista, Trabzonspor, Klub Amerika, Aston Villa, Seltik və PSV. Dünyanın ən tanınmış markalarından biri olan Nike, uşaq işçiləri işlətmək və təbiətə zərər vermək kimi mövzularda davamlı məhkəməlik olmaqda və imicini zədələməkdədir. Stanford Universitetində işləyən Phil Knight tərəfindən 1972-ci ildə qurulan Nikenin swoosh deyilən məşhur simvolu, bir universitet şagirdi tərəfindən 35 dollara çəkilmişdir.Simvolun gətirdiyi fövqəladə müvəffəqiyyətdən sonra1983-ci ildə Carolyn Davidsona (ictimaiyyətə açıqlanmayan miqdarda) şirkət hissəsi verilmişdir.
Nile
Niue
Niue (ing. Niue [ˈnjuːeɪ], niue Niuē-fekai) — Sakit okeanında yerləşən ada dövlətidir. Yeni Zelandiyadan 2,400 km şimal-şərqdə yerləşir. Quru sahəsi 260 kv.km-dir. 2016-cı ilin noyabrına olan məlumata əsasən, əksəriyyəti Polineziyada olmaqla təqribən 1,612 nəfər əhalisi var. Niuenin paytaxtı Alofi kəndidir. Niue əhalisi Yeni Zelandiya vətəndaşı sayılır. Ölkənin başçısı kraliça II Elizabetdir. Niue əhalisinin 95%-i Yeni Zelandiyada yaşayır və təqribən 70%-i Niue dilində danışır. Niue BMT üzvü deyil.
Nizə
Nizə, mizraq və ya cida — qədim atıcı, deşici və kəsici soyuq silah. Müxtəlif uzunluqda olur. Qısa və yüngül nizələr məsafədən atmaq, nisbətən ağır və uzun nizələr yaxın döyüş üçün istifadə olunurdu. Nizədən həm piyada, həm də at belində yararlanırdılar.
Nüvə
Hüceyrə nüvəsi — Nüvə hüceyrənin mərkəzində yerləşən ən əsas hissəsidir. Atom nüvəsi — atomun mərkəzi hissəsi olub, atomun aid olduğu kimyəvi elementi təyin edir. Atom nüvəsi haqqında bilik radioaktivliyin, nüvə parçalanmasının başa düşülməsi üçün əhəmiyyətlidir. Nüvə enerjisi — nüvə parçalanması və ya birləşməsi ilə müşayiət olunan nüvə reaksiyası zamanı yaranan enerji. Nüvə (kompüter) — əməliyyat sisteminin mərkəzi hissəsi.
Nəvə
Nəvə — oğlun və ya qızın uşağı.
Pivə
Pivə - taxıl (buğda, arpa və ya çovdar) və şərbətçiotu olan qarışığın qıcqırdılmasından alınan dünyanın ən çox içilən spirtli içkisidir. Qıcqırma prosesinin idarə olunması üçün mayadan (elmi adı Saccharomyces cerevisiae) istifadə edilir. Bundan əlavə qarışığa zövqə görə meyvələr, otlar və ədviyyat da əlavə edilir. Almaniya və Avstriyada normal pivə sortunun tərkibində olan alkoqolun həddi 4,5-6 % arasındadır. Pivə həm sərinləşdirici, həm də alkoqollu içkidir. Bu içkinin digərlərindən fərqi istifadə olunan məhlulun tərkibindəki şəkərin miqdarının yüksək olub, proses zamanı heç bir distillə, yəni saflaşdırma mərhələsindən istifadə edilməməsindədir. Şərabın istehsalında şəkər kimi bitkillərdən alınma və heyvan mənbələrindən əldə edilmiş (bal) şəkərlərdən istifadə edildiyi halda, pivə üçün ilkin mənbə nişasta götürülür. Pivə hələ qədim Misirdən, Babilistandan, Çindən məlum olan içkidir. Fərziyyələrə görə insanlar Misirdə buğda və arpanı ilk zamanlarda yalnız pivə bişirmək üçün əkib becəriblər, çörək bişirmək isə sonralar yaranıb. Qazıntılar zamanı Misirdə ən qədim pivə bişirmək resepti tapılmışdır.
Sivə
Sivə (ərəb. واحة سيوة‎, bər. ⵉⵙⵉⵡⴰⵏ) — Misirin Mətruh mühafəzəsində yerləşən oazis. Məntəqə Misir-Liviya sərhədindən 50 km, Aralıq sahilindən isə 300 km uzaqlıqda, Kəttarə çökəkliyində yerləşir. Sivə Misirin ən təcrid olunmuş məntələrindən biridir və əhalisi 33,000 nəfərdir. Əhalisinin əksəriyyəti bərbər xalqındandır. Sivədə yaşayan bərbərlər xüsusi bir mədəniyyət yaratmışdır və dilləri bərbər dil ailəsindən olan Sividir. Oazis orada yerləşən Amonun məbədinə görə məşhurdur. Bu məbəd turistləri məntəqəyə cəzb edir. Qonaqlar oazisə Ammonium adını veriblər.
Xivə
Xivə (özb. XivaXiveh) — müasir Özbəkistanda yerləşən qədim şəhər. Xivə qədim Xarəzmin mərkəzi şəhərlərindən biri idi. Xivə xanlığının paytaxtı olmuşdu. Özbəkistanda yerləşən Xivə şəhərinin ətrafındakı gil divarlar YUNESKO-nun müdafiəsi altından olan nəhəng İçan-Qala kompleksinin tərkibinə daxildir. Onun uzunluğu 2,5 km, hündürlüyü isə 10 metrdən çoxdur. Divarlar hələ də həyatın davam etdiyi şəhəri uzun əsrlərdir ki, əhatə edir. O, günəş şüaları altında xüsusi şəkildə qurudulmuş və 40х40х10 ölçülərə malik kərpiclərdən hörülmüşdür. Xivə ətrafındakı divarların tikilmə tarixi V əsrə aid edilir. Xivə Arxivləşdirilib 2008-10-07 at the Wayback Machine Фото Xivə Xivə.
Zivə
Zivə (Məlkari dehistanı)
Eatonella nivea
Google Drive
Google Drive (köhnə adıyla Google Docs) — 12 oktyabr 2006-cı ildə Google tərəfindən fəaliyyətə başlayan bulud xidməti. Google Driveda hər cür musiqi, şəkil, sənəd, video və ya fərqli formatları saxlaya bilərsiniz. Bu fayllara online olaraq fərqli kompüterlərdən, telefonlardan ya da tabletlərdən dərhal istifadə edə bilərsiniz. Googlenin bulud xidməti olan Google Drive, hər istifadəçisinə pulsuz 15 GB yer verir. Bundan əlavə daha yüksək həcmdə Google Drivedan yer almaq mümkündür.
Jaime Halsey
Jaime Halsey (qızlıq soyadı: Moore; d. 16 avqust 1970; Nortqempton, İngiltərə) — Birləşmiş Krallığı təmsil edən batut gimnastı. Jaime Halsey, 2000-ci ildə Birləşmiş Krallığı XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Jaime Halsey, 2000-ci ildə Birləşmiş Krallığın bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Halsey, 59.90 xal topladı və 12 idmançı sırasında sonuncu, 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Jeniva (Vaşinqton)
Cenevrə (ing. Geneva) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 2321 nəfər olmuşdur. Adam başına düşən illik gəlirə görə Vaşinqton ştatında 85-ci, Uatkom əyalətində isə birinci olmuşdur. == Coğrafiyası == Ümumi ərazisi 3.3 km² olub, bunun 2.7 km² quru, 0.6 km² isə sudur. == Əhalisi == === 2010-cu il əhalinin siyahıyaalınması === 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 2321 nəfər əhali, 867 şəxsi təsərrüfat və 683 ailə vardı. Əhalinin sıxlığı 859.6 nəfər/km²-di. Burada 911 ev var və evlərin sıxlığı 337.4/km²-dir. Əhalinin etnik tərkibini 92.7%-i Ağ amerikalılar, 0.9%-i Afroamerikalılar, 0.8%-i Hindilər, 1.9%-i Asiyalılar, 1.3%-i digər irqdən olanlar və 2.4%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi. 867 şəxsi təsərrüfatın 33.9%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 67.8%-ində evli ailə, 3.5%-ində əri olmayan qadın, 7.5%-ində arvadı olmayan kişi, 21.2%-ində isə ailəsi olmayanlar vardı.
Jives gölü
Jives gölü (pol. Jezioro Żywieckie), həmcinin Jives su anbarı olaraq tanınır (pol. Żywiecki Zbiornik Wodny) və ya Tresna su anbarı (pol. Zbiornik Wodny Tresna) — Polşanın Jives şəhəri yaxınlığında, Sola çayının yatağında təşkil olunmuş su anbarı. Su anbarı Kiçik Beskidlər silsiləsi ilə Jives çökəkliyi arasında yerləşir. 1966-cı ildə bir neçə kəndin su altında qalması ilə təşkil olunmuşdur: Zajeçe, Tresna, Zadzele və Starı-Jives. == Coğrafiyası == Gölün əsas göstəriciləri: Ümumi həcmi — 94,6 mln. m³ Su anbarının ölü həcmi — 3,2 mln. m³ Daimi daşqın həcmi — 23,1 mln. m³ Kompensasiya həcmi — 67,7 mln.
Jurinea nivea
Jurinea nivea (lat. Jurinea nivea) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
K (anime)
K (ケイ, Key, həmçinin K Project adı ilə tanınır) — 2012-ci ildə Şinqo Suzukinin rejissorluğu ilə GoHands studiyası tərəfindən çəkilmiş anime serialı. MBS-də 5 oktyabr 2012-ci ildən 28 dekabr 2012-ci ilə kimi yayımlanmışdır. Anime serialı Viz Media tərəfindən Şimali Amerika üçün, Madman Entertainment tərəfindən Avstraliya üçün lisenziyalaşdırılmışdır. Prikvel manqası "K: Memory of Red" Yui Kuroe tərəfindən çəkilmişdir və 28 may 2012-ci ildən 15 avqust 2013-cü ilə kimi Kodansha nəşriyyatının "Aria" jurnalında serializasiya olunmuşdur. Digər prikvel manqası "K: Stray Dog Story" Kodansha nəşriyyatının "good! Afternoon" jurnalında 2012-ci ilin noyabrından 2013-cü ilin martına kimi nəşr olunmuşdur. Üçüncü manqa "K: Days of Blue" 2013-cü ilin noyabrından 2014-cü ilin iyuluna kimi, dördüncü manqa "K: Countdown" 2014-cü ilin dekabrından 2015-ci ilin iyuluna kimi Kodansha nəşriyyatının "Aria" jurnalında yayımlanmışdır. Beşinci manqa "K: Missing Kings" "Monthly G Fantasy" jurnalında 2015-ci ilin aprelindən avqustuna qədər çap olunmuşdur. Bundan əlavə beş manqa seriyası — "K: The First", "Gakuen K", "K: Lost small world", "K: Dream of Green" və "K: Return of Kings" hazırda nəşr olunur. "K Side:Blue" və "K Side:Red" adlı iki ranobe 2012-ci ilin oktyabr və noyabr aylarında çapdan çıxmışdır.
Linaria nivea
Linaria nivea (lat. Linaria nivea) — bağayarpağıkimilər fəsiləsinin mahmızca cinsinə aid bitki növü.
Paprika (anime)
Paprika (パプリカ, Papurika) — 1993-cü ildə Yasutaka Tsutsui tərəfindən yazılmış eyniadlı kitabın əsasında çəkilmiş 2006-cı il istehsalı tammetrajlı animesi. Yaxın gələcəkdə ixtira edilmiş yuxu maşını insanlara bir birinin yuxularına girmək imkan verir. Bu maşın oğurlanır və onu qaytarmaq lazım. Paprika aşağıdaki mükafatları və nəmizədləri almış: 2010-cu ildə Volfqan Petersen rejessorluğu ilə animenin film adaptasiyası hazırlanırdı. Fəqət, həmin il oxşar məzmunlu Başlanğıc filmi üzə çıxandan sonra filmin hazırlanması haqqında hər hansı sa yeni məlumat olmayıb.
Physostegia nivea
Yeganə Physostegia virginiana (L.) Benth. növü aiddir. Gülçülükdə bir növ- Virciniya fizostegiyasından (P. virginiana) geniş istifadə olunur. Bu bitkilərin hündürlüyü 1 m-ə qədər olub, nazik lansetvari yarpaqları uzun çiçək oxcuğunda sıra ilə yerləşib. Çoxlu sayda sortları olan bu bitki hündürlüyünə və çiçəklərin rənginə görə bir-birindən fərqlənir. Çiçəklərin rəngi ağ, tünd-qırmızı, yasəməni ya da bənövşəyi ola bilər. Fizostegiyanı əkməzdən əvvəl torpağı mineral gübrələrlə təmin etmək lazımdır. Payızda çiçək saplaqları kəsilməlidir. Fizostegiya bitkisini toxumla, yazda kolların və kökümsovların bölünməsi ilə çoxaltmaq olar. Dracocephalum denticulatum Aiton Dracocephalum denticulatum var.