Civə
Civə (Hg) (farsca: جیوه-jive)– D.İ. Mendeleyevin elementlərin dövri sistemində 80-ci element.
== Civənin tarixi ==
İtalyadakı Monte-Amyata civə yatağı Qədim Roma dövründən istifadə olunur. Civənin bu qədər qədimdən məlum olmasının səbəbi onunla əlaqədardır ki, orada çıxarılan kinovar (civə-sulfid HgS) havada qızdırıldıqda asanlıqla parçalanaraq metallik civə buxarları əmələ gətirir:
HgS+O2→Hg+SO2Civə e.ə. II minillikdə insanlara məlum idi. Əlkimyaçılar onu maddələrin qadın başlanğıcı, metalların anası, fəlsəfə daşının əsası hesab edirdilər. Onlar civəni argentium vivum ("CANLI GÜMÜŞ"), hidrargirum ("maye gümüş") və ya Mercurius adlandıraraq onun metalların şahı qızılla yaxınlığını nəzərə çatdırırdılar (işarəsi qızıl olan Merkuri planeti Günəşə ən yaxın planetdir).
== Civə təhlükəlidir ==
.Civə ağır metal, birləşmələri olduqca təhlükəli maddələr olub atmosferi, suyu, qida məhsullarını çirkləndirir. Tərkibində civə olan üzvi birləşmələr, xüsusən metal-civə daha təhlükəlidir.
Civə ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılmışdır, trofik zəncirdə bioakkumlyasiya və hərəkət etmə qabiliyyətinə malikdir. Civənin qida zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək olar: su – dib çöküntüləri – biota (bentos, fito – zooplankton), balıqla qidalanan balıqlar və quşlar.