CİVƏ

is. Gümüşü-ağ rəngdə ağır duru metal; kimyəvi element. Civə və onun birləşmələri zəhərlidir.
◊ Civə kimi – bir an yerində durmayan, ələ-ovuca sığmayan adam, yaxud şey haqqında (müqayisə məqamında işlənir).
Elçin ucaboylu, civə kimi oynaq bir oğlan idi. M.Rzaquluzadə.
Carçıyevin gözləri civə kimi oynadı. İ.Hüseynov.

Etimologiya

  • CİVƏ Ərəbcədən alınmadır, bizdə onun əvəzinə gönə suyu ifadəsi işlədilib. Başqa dillərdə “civə” mənasını verən söz “gümüş suyu” kimi başa düşülür
CİVAR
CİVƏLİ
OBASTAN VİKİ
Civə
Civə (Hg) (farsca: جیوه-jive)– D.İ. Mendeleyevin elementlərin dövri sistemində 80-ci element. == Civənin tarixi == İtalyadakı Monte-Amyata civə yatağı Qədim Roma dövründən istifadə olunur. Civənin bu qədər qədimdən məlum olmasının səbəbi onunla əlaqədardır ki, orada çıxarılan kinovar (civə-sulfid HgS) havada qızdırıldıqda asanlıqla parçalanaraq metallik civə buxarları əmələ gətirir: HgS+O2→Hg+SO2Civə e.ə. II minillikdə insanlara məlum idi. Əlkimyaçılar onu maddələrin qadın başlanğıcı, metalların anası, fəlsəfə daşının əsası hesab edirdilər. Onlar civəni argentium vivum ("CANLI GÜMÜŞ"), hidrargirum ("maye gümüş") və ya Mercurius adlandıraraq onun metalların şahı qızılla yaxınlığını nəzərə çatdırırdılar (işarəsi qızıl olan Merkuri planeti Günəşə ən yaxın planetdir). == Civə təhlükəlidir == .Civə ağır metal, birləşmələri olduqca təhlükəli maddələr olub atmosferi, suyu, qida məhsullarını çirkləndirir. Tərkibində civə olan üzvi birləşmələr, xüsusən metal-civə daha təhlükəlidir. Civə ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılmışdır, trofik zəncirdə bioakkumlyasiya və hərəkət etmə qabiliyyətinə malikdir. Civənin qida zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək olar: su – dib çöküntüləri – biota (bentos, fito – zooplankton), balıqla qidalanan balıqlar və quşlar.
Civə (komiks)
Civə (ing. Quicksilver) — ABŞ nəşriyyatı Marvel Comics tərəfindən uydurulmuş mutant super qəhrəman. İlk dəfə 1964-cü ildə "İks-adamlar" komiksinin 4-cü sayında görünmüşdür. Əsl adı Pietro Maksimovdur və bacısı Vanda Maksimov da mutant olub Qırmızı cadugər kimi tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. == Həyatı == === İlk illəri === Anaları Maqda Maqnitodan qaçırdı və uşaqları Transiyada yerli qaraçı Bovaya əmanət etmişdir. Bova uşaqları Mariya və Canqa Maksimov ailəsinə verməli olmuşdur. Mariya və Canqa uşaqlara öz uşaqları kimi baxdılar. Burada o, bacısı Vanda ilə birlikdə ilk dəfə super güclərini kəşf etmişdir. Bir dəfə Canqo oğurluq etmiş və buna görə insanlar qaraçı düşərgəsinə hücum etmişlər.
Civə (personaj)

Millimetr civə
Millimetr civə (mmHg) — digər adı ilə “torr” olaraq da bilinən və Beynəlxalq vahidlər sisteminə (Système International d'Unités, SI) uyğun olmayan bir təzyiq vahididir. 760 mm Hg (760 Torr) 1 atmosfer təzyiqinə bərabərdir. Dəniz səviyyəsində civə ilə dolu bir qab və bir boru ilə açıq hava təzyiqinin 76 sm ölçülməsi ilə meydana çıxan vahiddir.
Mm civə

Ağqaya civə yatağı
Ağqaya civə yatağı – Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində, Tərtər çayın sağ sahilində, Qarabağ silsiləsinin şimal-şərq yamacında eyniadlı kəndin yaxınlığındadır. Yatağın geoloji quruluşunda, hiperbazit və qabbroid intruziv massivləri ilə kəsilmiş Alt Senonun vulkanogen-çökmə və Üst Senonun əhəngdaşı süxurları iştirak edir. Struktur cəhətdən yataq uzununa və köndələn qırılma zonalarının qovşağında yerləşir. Ağqaya civə yatağında hidrotermal dəyişmiş 7 civədaşıyan zona aşkar edilmişdir. Nisbətən zəngin filiz kütlələri yatağın mərkəzi hissəsindədir. Həmin zonalar serpentinitlər və qabbroidlərin kvars-xlorit-serisitli şistlərlə tektonik təmasında yerləşir. Onların uzunluğu 300 metrə, qalınlığı isə 10–15 metrə çatır. Linza-damarabənzər kvarslaşmış filizli listvenitlərdə minerallaşma, demək olar ki, hər yerdə müşahidə edilsə də, ən zəngin filiz kütlələri birinci və ikinci zonaların mərkəzi hissəsində aşkar edilmişdir. Listvenitlərlə yanaşı civə filizləşməsi, həmçinin dəyişilmiş silisiumlu şistlərdə, kristallaşmış əhəngdaşılarda, brekçiyaya oxşar qabbroidlərdə, nadir halda isə qumdaşılarda müşahidə olunur. Listvenitlərdə civənin əsas mineralı kinovar (HgS) bütün zona boyu müşahidə edilir.
Ağyataq civə yatağı
Ağyataq civə yatağı – Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində faydalı qazıntı yatağı. Moz çayının (Tutğun çayının sol qolu) sol sahilində Zülfüqarlı silsiləsinin yamacındadır. Tektonik cəhətdən Sarıbaba sinklinoriumu ilə Kəlbəcər törəmə muldasının təmasında antiklinal struktura uyğun gəlir. Əsasən Üst Təbaşir, qismən də Alt Təbaşir yaşlı çökmə və vulkanogen çökmə süxurlardan təşkil olunmuşdur. Süxur kompleksi müxtəlif yaşlı və tərkibli intruzivlərlə və diorit-porfirit, andezit, andezit-dasit daykaları ilə kəsilmişdir. Yataq sahəsində ən cavan süxurlar Miopliosen yaşlı dasit tuflarıdır. Filizləşmə başlıca olaraq tektonik çatlar boyu süxurların parçalanması nəticəsində əmələ gəlmiş tektonik brekçiyalarla əlaqədardır. Ağyataq civə yatağında üç sütunvarı formaya malik filiz kütləsi məlumdur. Filizləşmə möhtəvi-damarcıq tiplidir və listvenitlərdə, Santon argillitlərinin tektonik brekçiyalarında qeyd olunur. Filizlərin mineraloji tərkibi sadədir, əsas filiz mineralı kinovardır.
Civə (Marvel Comics)
Civə (ing. Quicksilver) — ABŞ nəşriyyatı Marvel Comics tərəfindən uydurulmuş mutant super qəhrəman. İlk dəfə 1964-cü ildə "İks-adamlar" komiksinin 4-cü sayında görünmüşdür. Əsl adı Pietro Maksimovdur və bacısı Vanda Maksimov da mutant olub Qırmızı cadugər kimi tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. == Həyatı == === İlk illəri === Anaları Maqda Maqnitodan qaçırdı və uşaqları Transiyada yerli qaraçı Bovaya əmanət etmişdir. Bova uşaqları Mariya və Canqa Maksimov ailəsinə verməli olmuşdur. Mariya və Canqa uşaqlara öz uşaqları kimi baxdılar. Burada o, bacısı Vanda ilə birlikdə ilk dəfə super güclərini kəşf etmişdir. Bir dəfə Canqo oğurluq etmiş və buna görə insanlar qaraçı düşərgəsinə hücum etmişlər.
Levçay civə yatağı
Levçay civə yatağı — Tərtərçayın böyük sol qolu olan Levçayın yuxarı hövzəsində yerləşən yataq. Yataq məkanca Göygöl-Levçay zonasının şimal qərbində geniş bir sahəni əhatə edir.Levçay yatağı üst senon yaşlı əhəngdaşlarından təşkil olunub. Filizə nəzarət edən qırılma Ağdaş antiklinanlının tağı boyu keçir. Antiklinal qırışıq hər yerdə civə minerallaşması daşıyır. Yataqda civə ilə yanaşı sürmə və mərgümüş filizləşməsidə geniş yayılmışdır. Əsas filiz mineralı kinovardır. Bu mineral səpinti möhtəvi şəklində filiz kütləsinin əsas hissəsini təşkil edir. İkinci dərəcəli minerallara antimonit və realqar aiddir. Filizlərdə mərgümüşün miqdarı 0,02%, nadir hallarda isə 0,1-0,2% təşkil edir. Əsasən narın səpinti halında pirit qeyd olunur.
Uçux civə təzahürü
Təzahür Həsənsu çayının sağ sahilində yerləşir. Geoloji quruluşunda Alt santonun vulkanogen-piroklastik süxurları iştirak edir. Buradakı süxurlar şimal-şərq istiqamətli qırılmalar boyu intensiv əzilmiş, kvarslaşmış bəzi sahələrdə isə kaolinləşmişdir. Bu sahələrdən götürülmüş sınaqlarda 0,5%- ə qədər civə təyin olunmuşdur.
Nuriyə Ülviyyə Mevlan Civələk
Nuriyə Ülviyyə Mevlan Civələk — türkiyəli jurnalistdir. O, Balıkəsirin Gönen vilayətində 1893-cü ildə anadan olmuşdur. Türkiyənin qadın hüquq mühafizəçisidir. İlk Türkiyəli feminist qadın jurnalının və müsəlman qadın hüquqlarının yaradıcısıdır. == Həyatı == 1893-cü ildə Sofiya və Çərkəz Mahmudun 7-ci qızıdır. Osmanlı imperiyası dövründə Balıkəsirdə anadan olmuşdur. Nuriyyənin ailəsi Kafkasyada yaşadığı müddət ərzində Rusiya imperiyası tərəfindən sürgün edilmişdir. Sürgündən sonra Trabzona ordanda Balıkəsirə gəlirlər. Burada onlar maddi cəhətdən sıxıntı çəkillər. Buna görə də qızlarını 6 yaşında Ulduz saraya göndərirlər.

Digər lüğətlərdə

бо́ртничествовать всеконе́чно заму́жство кашица не ме́ньше ниспосыла́ть пенсионе́р поразъе́хаться преподнести́ продры́хнуть расклева́ние вольтерья́нец зуботы́чина накрутить хвост непря́деный расселя́ть половодье historicity lighten manu militari pika proletarization quantification yeast внесудебный