Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərif ilanbaş
Zərif ilanbaş (lat. Ophisops elegans) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin i̇lanbaş cinsinə aid heyvan növü. Bu, ilanbaş cinsinin Azərbaycanda yayılmış yeganə növüdür. == Quruluşu == Zərif ilanbaş kərətənkələ iki yarımnövündən Azərbaycan hüdudlarından tipik forma qeydə alınmışdır. Başının üst tərəfində aydın uzununa novcuq vardır. Bu cür novcuqlar böyürlərdə də olurr. Təbil qalxancığı böyükdür. Qarın qalxancıqları 6 uzununa sırada yerləşmişdir. Oma məsamələri sırası diz bükümünə azacıq çatmır. Anal qalxancığı əhatə edən qalxancıqlar arasında adətən bir iri preanal qalxancıq ayırd edilir.
Zərif lemurlar
Lepilemur (lat. Lepilemur) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin lepilemurlar fəsiləsinə aid heyvan cinsi.
Zərif meşənovruzu
Zərif meşənovruzu (lat. Cyclamen elegans) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin meşənovruzu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B2 ab (i,ii,iii,). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumrusu yastılaşmış dairəvi, bəzən diskvari, 3-7 sm dimaterindədir. Yarpaqlar kökyanı rozetdədirlər. Yarpağın lövhəsi dairəvi-yumurtavari, dairəvi-oval və ya oval–tumurcuqlu, əsasda ürəkvari, 3-3,5 sm uzunluqda, 3,5 -6 sm enində, üst tərəfdə tünd–yaşıl, alt tərəfdə bənövşəyi-qırmızıdır. Kasacıq qonur-qırmızı, 5 enli-lansetvari, iti dilimli, 4-5 mm uzunluqdadır. Çiçəklər iri, çəhrayı və ya bənövşəyi-çəhrayı, çıxıntının dar hissəsində bənövşəyi ləkəlidir.
Zərif çayırçiçəyi
Zərif çayırçiçəyi (lat. Aster atticus) - çayırçiçəyi cinsinə aid bitki növü.
Zərif çıxış
Zərif çıxış (ing. graceful exit, rus. элегантный выход) - əməliyyat sisteminə və ya prosesə yenidən idarəetməni qəbul etməyə və işi normal rejimdə davam etdirməyə imkan vermək üçün prosesin dayandırılması. Əgər proqram sistemin sabitliyini pozmadan işini dayandırarsa, onun zərif çıxış etdiyi deyilir. İdeal halda bütün proqramlar istənilən şəraitdə zərif çıxışı təmin etməlidir. Praktikada OS/2 və Windows kimi inkişaf etmiş əməliyyat sistemləri proqramlarda qəzalı çıxışların nəticələrindən qorunmanı təmin edir ki, həmin anda çalışan başqa proqramlar ziyan görməsinlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tərif
Tərif — Riyazi anlayışın tərif – onun məzmunu (mənasını) izah edən təklif. Tərif müxtəlif üsullarla verilə bilər: 1) Təyin olunan anlayışın məzmununun əsas anlayışların və tərifləri əvvəllər verilmiş anlayışların köməyi ilə izahıə; 2) Genetik və ya konstruktiv tərif burada təyin olunan anlayışın (obyektin) əmələ gəlmə qaydası göstərilir. 3) Anlayışın aksiomatik təyin olunması. Bu halda anlayış ilk anlayış kimi daxil edilir və anlayışlar arasında əlaqələr aksiomlarda ifadə olunur. Məsələn, natural ədəd anlayışı Peano aksiomlarında verilir, məsafə anlayışı metrikanın aksiomlarında verilir və s. Riyaziyyatda qəbul edilmiş aksiomatikaya görə eyni bir anlayışa müxtəlif (lakin eynigüclü) təriflər verilə bilər. Bir aksiomatikada müəyyən anlayışlara tərif verilə bilər, başqa aksiomatikada həmin anlayışlar tərifsiz qəbul edilə bilər. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Zərifə
Zərifə — qadın adı. Zərifə Əliyeva — tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. Zərifə Salahova — Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri. Zərifə Cəbrayılova — texnika elmləri doktoru, dosent . Zərifə Ağayeva — Azərbaycanın qadın jurnalisti. Zərifə Budaqova — AMEA­-nın müxbir üzvü.
Şərif
Şərif — Kişi adı. Şərif Vəlizadə — Qafqaz müsəlmanlarının VIII Müftisi. Şərif Qurbanəliyev — Rejissor. Ssenari müəllifi. Prodüser. Aktyor. Şərif Şərifov — Azərbaycanlı güləşçi. Şərif Şərifov (operator) — Azərbaycan operatoru. Ömər Şərif — Hollivud aktyoru.
Zərf
Zərf- Hər hansı bir materialın içinə yerləşdirildiyi qorumaq, gizlətmək və ya estetik görünüş məqsədli, kağız və ya plastik maddədən hazırlanan qablaşdırma vasitəsi. Dəftərxana ləvazimatı olaraq,daha çox məktubların içinə yerləşdirilərək qorunduğu və gizləndiyi kağız parçası olan zərflər eyni zamanda pul, kart və hər cür çap sənədi daşıya bilən vəsaitlərdir. == Pəncərəli zərflər == Pəncərəli zərflər, ön tərəflərində kəsmə dəlik olan zərflərdir ki, daxilindəki kağızın göründüyünə imkan verir. == Təhlükəsizlikli zərflər == Təhlükəsizlikli zərflər- daxillərində çap olmuş naxışlı bir boyaya malikdirlər ki məzmununu görməyini çətin edirlər.Müxtəlif nümunələridə mövcuddur.
Məhəmməd Cavad Zərif
Məhəmməd Cavad Zərif Xunsari (fars. محمدجواد ظریف‎; 7 yanvar 1960, Tehran, İran) — İran siyasətçisi, diplomatı, akademiki və dövlət xadimi. İran İslam Respublikasının xarici işlər naziri (15 avqust 2013 - 25 avqust 2021). O, 1990-cı illərdən bəri müxtəlif diplomatik və hökumət vəzifələrdə işləmişdir. Zərif həmçinin, Beynəlxalq Münasibətlər Məktəbi və Tehran Universitetində diplomatiya və beynəlxalq təşkilatlar barədə dərslər keçən bir professordur. O, 2002–2007-ci illər İranın Birləşmiş Millətlər Təşkilatında Daimi Nümayəndəsi idi.Xarici işlər naziri olduğu müddətdə Zərif İranın altılıq ölkələri ilə keçirdiyi danışıqlara rəhbərlik etmişdir. Bu, 14 iyul 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planının imzalanmasına gətirib çıxarmışdır. Müqaviləyə görə 16 yanvar 2016-cı ildə İrana qarşı sanksiyalara son qoyulmuşdur.Zərif bir neçə daxili və beynəlxalq vəzifələrdə də çalışmışdır – xarici işlər nazirinin baş məsləhətçisi, xarici işlər nazirinin qanuni və beynəlxalq işlərdə müavini, BMT-nin Sivilizasiyalar Arasında Dialoq üzrə görkəmli şəxslər qrupunun üzvü, Nyu-York şəhərindəki BMT-nin Silahsızlaşdırma Komissiyasının başçısı, BMT-nin ümumdünya idarəetmə üzrə görkəmli şəxslər qrupunun üzvü və Azad İslam Universitetinin beynəlxalq işlər üzrə vitze-prezidenti. == Həyatı == === İlk illəri və təhsili === Məhəmməd Cavad Zərif Xunsari 7 yanvar 1960-cı il tarixində İranın paytaxtı Tehran şəhərində anadan olmuşdur. "The New Republic" jurnalının verdiyi məlumata görə, Zərif Tehranda zəngin, dindar və siyasi cəhətdən mühafizəkar olan bir tacir ailəsində anadan olmuşdur.
Zərif üzvi sintez
Zərif üzvi sintez – çoxmərhələli reaksiyalar sxemi üzrə az miqdarda reaktivlərlə mürəkkəb quruluşa malik birləşmələrin sintez üsuludur. == Zərif üzvi sintezin əsas üzvi sintezlə müqayisəsi == Onların arasında bir sıra fərqlərin olduğunu aşkara çıxarır.. Əsas üzvi sintezin məhsullarından fərqli olaraq zərif üzvi sintezin məhsulları çox diqqətlə təmizlənməlidirlər. Zərif üzvi sintezin istehsallarının həcmi əsas üzvi sintezinki ilə müqayisədə çox da böyük olmur. Zərif üzvi sintezin məhsulları öz çeşidinə görə çoxsaylı və rəngarəngdir, məhsulların dəyəri isə nisbətən yükskdir. Adətən bu sənaye sahəsini “Kiçik tonnajlı kimya” adlandırırlar. == Zərif üzvi sintez üsulunun tətbiqi == Zərif üzvi sintez üsulu ilə ilk dəfə sintetik üzvi birləşmələr toxuculuq sənayesində tətbiq olunmuşdur. XIX əsrin axırlarında ilk sintetik dərman preparatı (E.Fişer) və sintetik boyaq maddəsi (U.Perkin) alındı və kimya-əczaçılıq sənayesi yarandı. XX əsrin ortalarındatəbii maddələrin nümayəndələri (vitaminlər, antibiotiklər) sintez olundu və tətbiq sahəsi tapdı. Sonralar zülallar, nuklein turşuları, lipidlər, karbohidratların ayrı-ayrı nümayəndələri və fraqmentləri sintez olundu.
Əlirza Saçar Zərif
Əlirza Saçar Zərif - Güney Azərbaycanlı baletmeyster, rəqqas, incəsənət professoru, pedaqoq. == Həyatı == Əlirzanın valideynləri 1937-ci il repressiyasından qurtulmaq üçün sovet Azərbaycanından İrana köçüblər. Daha sonra ailə Kanadada məskunlaşıb. İranda doğulub boya-başa çatan Əlirza Kanadada təhsil alıb. Sovet İttifaqı dağıldıqdan sonra Saçarın valideynləri yenidən Bakıya qayıdıb bir müddət burada yaşayıblar. Əlirza Bakıda çox olduğunu deyir. Kanadada ali tibb təhsili alan azərbaycanlı daha sonra bir xoreoqraf kimi də musiqi sahəsində təkmilləşib. Bakıya, valideynlərinin yanına qayıdanda ailəsi ilə dostluq edən bir sıra sənət ustaları ilə görüşüb, incəsənətə, musiqiyə, rəqsə meylindən danışıb. Əlirza rəqs kursuna gedib, Azərbaycan xalq rəqslərini öyrənib. Tanınmış sənətçilərlə ünsiyyət qurub, onlardan dərs alıb.
Zərif kəkilli susüpürən
Zərif kəkilli susüpürən (lat. Thalasseus elegans) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin kəkilli susüpürən cinsinə aid heyvan növü.
Hüseyn Şərif
Hüseyn Şərif (doğum adı: Hüseyn Qasım oğlu Şərifov; 9 fevral 1909 - 25 mart 1989) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1953), tərcüməçi. == Həyatı == O, 1909-cu ildə Tiflisdə anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1924-1929-cu illərdə Tiflis Pedaqoji Texnikumunda oxumuşdur. Onun uşaqlıq və gənclik illəri Tiflisdə yaşayan Azərbaycan ziyalılarının ən fəal dövrünə təsadüf edir. Bu şəhərdə yaşayan soydaşlarımız o dövrdə ədəbi jurnallar, dərgilər, qəzetlər nəşr edirdi. XX əsrin əvvəllərindən 30-cu illərin sonuna kimi Tiflisdə Azərbaycan ədəbi-mədəni mühiti çağlayırdı. Şübhəsiz ki, belə bir mühit həmin şəhərdə dünyaya göz açan, orada orta məktəbi bitirən, texnikumda oxuyan Hüseyn Şərifdən də yan ötə bilməzdi. Tiflis azərbaycanlılarının ədəbi orqanlarından biri də "Dan ulduzu" jurnalı idi. 20-ci illərin sonunda nəşr olunan bu ədəbi dərginin səhifələrində Əziz Şərif, Əmin Abid, Əli Nazim, Eynəli bəy Sultanov kimi şəxsiyyətlərin imzalarına rast gəlmək olar. Hüseyn Şərifin "Şükufə" adlı ilk hekayəsi də həmin jurnalın səhifələrində dərc olunmuşdu.
Mahzuni Şerif
Şerif Cırık və ya tanınan adıyla Aşıq Mahzuni Şerif (17 noyabr 1940 – 17 may 2002, Köln, Şimali Reyn-Vestfaliya), Türk aşığı. == Yaşamı == Mahzuni Şerif Kahramanmaraşın Afşin ilçesinin Berçenek kəndində dünyaya gəlmişdi. 1955-ci ildə sonradan Ankaraya köçürülən Mərsin kiçik zabitlər məktəbinə qeyd oldu. 1960-cı ildə həyat yoldaşı Sunanı qaçırdı və 6 ay kəndində qaldı. Bu sırada məktəbi Balıkesirə köçürüldü. Məktəb komutanının çaba-çalışması ilə yenidən təhsilinə dönən Aşıq Mahzuni, 6 ay dərsdən qaldığına görə bir məlumat üzərinə məktəbdən atılınca yenidən kəndinə döndü. 1964-cü ildə ilk valı ilə musiqi piyasasına girdi. Bir müddət Qaziantəpdə iqamət etdikdən sonra Ankaraya daşındı. 1989–1991-ci illər arasında Xalq Ozanları Federasyonu tərəfindən dünyanın ən böyük 3 ozanı arasında göstərildi. Sivas dramı adlı türküsünü, Sivasda yaşamını itirenlere ithaf etmişdir.
Mustafa Zərir
Mustafa Yusif oğlu Zərir (XIV əsr, Ərzurum – 1350) — XIV əsr Azərbaycan şairi. == Həyatı == Mustafa Yusif oğlu Ərzurum şəhərində anadan olmuşdur. 1377-ci ildə Misirə getmişdir. == Yaradıcılığı == XIV əsrdə yaşamış Azərbaycan şairi Mustafa Zəririn "Sirətün-Nəbi və ya Siyər" kitabı çox məşhurdur. Bu, türkdilli xalqların ədəbiyyatında Məhəmməd peyğəmbərin həyatından bəhs edən ilk dini dastandır. Mustafa Zərir Misirdə olduğu müddətdə VIII əsrdə yaşamış ərəb alimi İbn İshaqın "Kitabu-sirətür-Rəsulullah" əsərini "Sirətün-Nəbi" adı ilə Azərbaycan dilinə həm nəsr, həm də nəzmlə tərcümə etməyə başlayıb. Böyük mütəfəkkir–şair bu ağır işi 1380-ci ildə tamamlayıb. Mustafa Zəririn bu kitabı Azərbaycan ədəbiyyat tarixində ilk tərcümə və nəsr əsəri, eləcə də türkdilli ədəbiyyatda peyğəmbərə həsr olunmuş ilk dini dastan nümunəsi hesab olunur. Belə bir kitabın varlığı bilinsə də mətninin tapılıb-üzə çıxarılması yalnız indi mümkün olub. XIV əsrdə Mustafa Zərir Quran motivləri əsasında qurulmuş "Yusif və Züleyxa" mövzusunda ana dilində əsər yaratmışdır.
Muzaffer Şerif
Muzaffer Şerif (29 iyul, 1906, İzmir, Türkiyə – 16 oktyabr, 1988, Alyaska, ABŞ) türk əsilli ABŞ sosial psixoloqu idi (en. Muzafer Sherif). Muzaffer Şerifin tədqiqatları qrupdaxili prosesləri və qruplar arası münasibətləri əhatə edirdi. Onun qrup dinamikasını öyrənən Quldurlar mağarası eksperimenti daha çox tanınır. == Karyera == M. Şerif 1927-ci ildə İzmirdə Amerika Beynəlxalq Kollecini bitirərək bakalavr dərəcəsini, 1929-cu ildə İstanbul Universitetini bitirərək master dərəcəsini qazandı. Bundan sonra o Amerikaya getdi və Harvard Universitetində təhsilini davam etdirərək 1932-ci ildə ikinci dəfə master dərəcəsini aldı. Şerif doktorluq dərəcəsini 1935-ci ildə Kolumbiya Universitetində qazandı. Karyerası boyunca M. Şerif Yale Universitetində, Oklahoma, Texas, Vaşinqton, Pensilvaniya Universitetlərində psixologiya, sosiologiya, psixiatriya sahələri üzrə aparıcı mütəxəssis kimi çalışmışdır. 1936-cı ildə Şerif konformluğun öyrənilməsində görkəmli yer tutan bir təcrübə apardı. Avtokinetik effekt əsasında qurulmuş bu təcrübə ilə Şerif göstərdi ki, qrupda konvergensiya prosesi necə gedir və qrup normaları necə yaranır.1954-cü ilin yayında M. Şerif Quldurlar mağarası eksperimentini aparmışdır.
Müzəffər Şərif
Muzaffer Şerif (29 iyul, 1906, İzmir, Türkiyə – 16 oktyabr, 1988, Alyaska, ABŞ) türk əsilli ABŞ sosial psixoloqu idi (en. Muzafer Sherif). Muzaffer Şerifin tədqiqatları qrupdaxili prosesləri və qruplar arası münasibətləri əhatə edirdi. Onun qrup dinamikasını öyrənən Quldurlar mağarası eksperimenti daha çox tanınır. == Karyera == M. Şerif 1927-ci ildə İzmirdə Amerika Beynəlxalq Kollecini bitirərək bakalavr dərəcəsini, 1929-cu ildə İstanbul Universitetini bitirərək master dərəcəsini qazandı. Bundan sonra o Amerikaya getdi və Harvard Universitetində təhsilini davam etdirərək 1932-ci ildə ikinci dəfə master dərəcəsini aldı. Şerif doktorluq dərəcəsini 1935-ci ildə Kolumbiya Universitetində qazandı. Karyerası boyunca M. Şerif Yale Universitetində, Oklahoma, Texas, Vaşinqton, Pensilvaniya Universitetlərində psixologiya, sosiologiya, psixiatriya sahələri üzrə aparıcı mütəxəssis kimi çalışmışdır. 1936-cı ildə Şerif konformluğun öyrənilməsində görkəmli yer tutan bir təcrübə apardı. Avtokinetik effekt əsasında qurulmuş bu təcrübə ilə Şerif göstərdi ki, qrupda konvergensiya prosesi necə gedir və qrup normaları necə yaranır.1954-cü ilin yayında M. Şerif Quldurlar mağarası eksperimentini aparmışdır.
Məzari-Şərif
Məzari-Şərif, (fars. مزارِ شریف‎) - Əfqanıstanın şimalındakı Bəlx vilayətinin inzibati mərkəzi. == Ümumi məlumat == Əfqanıstanın dörd böyük şəhərindən biri olan Məzari-Şərif eyni zamanda Bəlx vilayətinin inzibati mərkəzidir. Özbəkistan sərhədlərinin 56 km cənubunda, dəniz səviyəsindən 380 m yüksəkdə yerləşir. Adı İmam Əlinin məzarının burada olduğu inancından verilmişdir. Həzrəti Əlinin dəfn olunduğu söylənən yerdə mavi çinili məscid və bir türbə inşa edilib. XIX əsrdə əfqanların tabeçiliyinə keçən Məzari-Şərif 1869-cu ildə Əfqan Türküstanının inzibati mərkəzi oldu.
Nəvaz Şərif
Mian Məhəmməd Nəvaz Şərif (pənc. میاں محمد نواز شریف‎, 25 dekabr 1949[…], Lahor, Pakistan dominionu) 2013-cü ildən 2017-ci ilə qədər Pakistan İslam Respublikasının Baş naziri olmuş pakistanlı biznes maqnatı və siyasi xadim. O, buna qədər iki dəfə (1990–93 və 1997–99-cu illərdə) bu vəzifəni icra etmiş, 1985-ci ildən 1990-cı ilə qədər isə Pəncab əyalətinin baş naziri olmuşdur. Pakistan tarixində ən uzun müddət baş nazir vəzifəsində xidmət etmiş şəxsdir.Nəvaz Şərif Lahor şəhərində Şərif ailəsində anadan olmuşdur. Atası "İttifaq" və "Şərif Group" şirkətlərinin sahibi olan Məhəmməd Şərif ölkədə məşhur biznesmen olmuşdur. Pakistan Seçki Komissiyasının verdiyi məlumata əsasən Nəvaz Şərifin şəxsi gəliri 15 milyon ABŞ dolları həcmindədir. Şərif Lahorda yerləşən Dövlət Kollecində və Pəncab Universitetində təhsil aldıqdan sonra 1970-ci illərin sonlarında siyasətə daxil olmuşdur. O, 1981-ci ildə Ziya ül Həqq tərəfindən Pəncab əyalətinin Maliyyə naziri vəzifəsinə təyin olunmuşdur. 1985-ci ildə mühafizəkarlar koalisiyası tərəfindən dəstəklənmiş və Pəncab əyalətinin baş naziri vəzifəsinə təyin olunmuşdur. Şərif ilk baş nazirliyi dövründə o dövrkü prezident Qulam İshaq Xan tərəfindən korrupsiyada şübhəli bilinərək vəzifədən azad edilmişdir.
Qurani-Şərif
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Rəşid Şerif
Rəşid İbrahim oğlu Həsənov (Rəşid Şerif; 29 sentyabr 1953, Mərdəkan – 26 mart 2020, Bakı) — Azərbaycan teatr rəssamı, karikaturaçı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2011), Azərbaycan Dövlət Yuğ Teatrının baş rəssamı (1989-2020) == Həyatı == Rəşid Şerif 1953-cü il 29 sentyabrda Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olmuşdur. 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirmiş, elə həmin ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamı vəzifəsində çalışmağa başlamışdır.1989-cuildən – Yuğ Teatrının yarandığı vaxtdan ömrünün son gününə kimi teatrda baş rəssam kimi fəaliyyət göstərmişdi. 2003-cü ildə Estoniyanın Vilyan şəhərindəki “Uqala” teatrında “Dekameron” tamaşasının səhnə tərtibatının müəllifi olmuşdur. Rəşid Şerif 1992-ci ildən karikaturaçı kimi bir sıra qəzetlərlə əməkdaşlıq etmişdir. 1997-ci ildən “Aydın doğan” Beynəlxalq karikatura müsabiqəsinin daimi iştirakçısı olmuş, 1996-2000-ci illərdə “İlin ən yaxşı karikaturaçısı” nominasiyası üzrə “Media açarı” mükafatına layiq görülmüşdür. “İnsan hüquqları: ikinci nəfəs” (Alma-Atı, Qazaxıstan, 1998-ci il) Beynəlxalq sərgi-seminarının iştirakçısı olmuşdur. Bakı İncəsənət Mərkəzi (Bakı, 1995), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi (Bakı, 1996), “Adile Naşit” Mədəniyyət Mərkəzi (İstanbul, Türkiyə, 1991), “Kodolinna Mayas” qalereyası (Tallin, Estoniya, 2003) kimi mötəbər sərgi salonlarında rəsm sərgiləri keçirilmişdir. Azərbaycan teatr rəssamlarının “Retrospektiv” (Bakı, 2005) adlı sərgisinin iştirakçısıdır. 1992-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olub. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əməkdar rəssam fəxri adına layiq görülmüşdür.Rəşid Şerif 26 mart 2020-ci ildə Bakı şəhərində uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
Saqqalı-Şərif
Saqqal-ı Şərif - İslam Peyğəmbəri Məhəmmədin dini günlərdə sərgilənən, şüşə qabda mühafizə edilən saqqalı. Tarix boyunca İslam ölkələrində saxlanılmış, səfərlər boyunca baş üzərində daşınmış, səfər bitdikdən sonra isə növbəti səfərədək xüsusi sandıqda saxlanılmışdır. Türkiyənin və dünyanın bir çox yerlərində sərgilənmişdir. Hal-hazırda Topqapı Sarayının Hırka-i Səadət otağında mühafizə edilən Saqqal-ı Şərif Hz. Əbu Bəkr, Hz. Əli və digər səhabələrin şahidliyi ilə peyğəmbərin bərbəri Səlman Farisi tərəfindən kəsilmişdir.
Yeni Şərif
Yeni Şərif — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Balakən rayonunun Şərif kəndinin M. Əzizbəyov adına kolxozun ərazisindəki hissəsi Şərif kənd Sovetindən ayrılaraq Yeni Şərif kəndi adı ilə rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və bu kənd mərkəz olmaqla Yeni Şərif kənd Soveti yaradılmışdır. == Toponimikası == Avarlar arasında bu kəndə Qazbeq və yaxud Lokuba deyilir. == Əhalisi == Əhalisi əsasən Avarlardan ibarətdir.
Zərifə Budaqova
Zərifə İsmayıl qızı Budaqova (28 aprel 1929, İrəvan – 10 noyabr 1989, Bakı) — filologiya elmləri doktoru (1963), professor (1968), AMEA-nın müxbir üzvü (1980), azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru (1988–1989-cu illər). == Həyatı == Zərifə Budaqova 28 aprel 1929-cu ildə İrəvan şəhərində anadan olub. 1943-cü ildə Ermənistan SSR Pedaqoji Texnikumunda, 1945-ci ildə Ermənistan SSR Dövlət Pedaqoji İnstitununun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1948-ci ildə tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisindəki azərbaycanlıların böyük qisminin deportasiya edilməsi nəticəsində Zərifə Budaqovanın da ailəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə köçmüş və o, 1948–1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirərək oranı fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == Zərifə Budaqova 1949–1953-cü illərdə Moskva şəhərində keçmiş SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri sektorunun aspiranturasında oxuyan Zərifə Budaqova 1953-cü ildə "Azərbaycan dilində feilin tərz kateqoriyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1963-cü ildə "Azərbaycan ədəbi dilində sadə cümlə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Zərifə Budaqova 1968-ci ildə "Türk dilləri" ixtisası üzrə professor elmi adını qazanıb, 1980-ci ildə isə AMEAnın müxbir üzvü seçilib.Zərifə Budaqova azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru olub.Alim 100-dən artıq elmi əsərin, 8 kitabın müəllifidir. O, bir çox beynəlxalq, ümumittifaq və respublika miqyaslı simpozium, konfrans, müşavirə və elmi sessiyalarda iştirak edərək Azərbaycan Elmlər Akademiyasını təmsil edib. Dilçi alim 20-dən çox elmlər namizədi və elmlər doktoru yetişdirib. == Əmək fəaliyyəti == Zərifə Budaqova 1953–1955-ci illərdə Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunda (o zaman bu institutlar birgə olmuşlar) böyük elmi işçi vəzifəsində çalışmış, 1955-ci ildən 1989-cu ilədək (ömrünün sonuna qədər) Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinə rəhbərlik edib.Dilçi alim 1984–1988-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, 1988–1989-cu illərdə direktoru vəzifəsində çalışıb.