1. Cismən az qüvvətli, gücsüz. Zəif adam. Zəif at. Zəif qol.
// İs. mənasında. Gücsüz, qüvvətsiz adam.
// Sağlam olmayan, möhkəm olmayan, cansız, arıq, xəstələnməyə mail olan. Zəif bədən. Zəif ciyər. Səhhətcə zəif uşaq. – Xasay qatarın səsini eşidincə sanki onun qoluna qüvvət gəldi.
2. Üzgün, əldən düşmüş, taqətsiz.
□ Zəif düşmək – üzülmək, əldən düşmək, taqətdən düşmək.
Zəif eyləmək (etmək) klas. – zəiflətmək, üzmək, əldən salmaq.
Zəif salmaq – zəifləşdirmək, əldən salmaq.
3. məc. Zabitəsiz, qətiyyətsiz.
// İradəsiz, iradə qüvvəsi çatışmayan, aciz.
4. Lazımınca nüfuzu, gücü, başqalarına təsiri olmayan. Zəif dövlətlər. Zəif hökmdar.
5. Təsiri, gücü az olan. Zəif dərman. Zəif zəhər.
6. Qüvvəsi, gərginlik gücü, fəaliyyət gücü az olan. Zəif cərəyan. Zəif külək. Nəbzi zəif (z.) vurur.
7. Az, əhəmiyyətsiz, kifayətsiz, pis. Zəif qabiliyyət. Zəif intizam. Zəif iş. Zəif yoxlama. Dili zəif (z.) bilir. Qulağı zəif (z.) eşidir.
8. Öz işini, vəzifəsini layiqincə yerinə yetirə bilməyən, öz işini, sənətini yaxşı bilməyən, yaxşı işləməyən, işin öhdəsindən gəlməyən. Zəif idarə başçısı. Zəif rəhbər.
// Yaxşı oxumayan, pis oxuyan. Zəif tələbə. Zəif sinif. Zəif (z.) oxumaq. Riyaziyyatdan zəifdir.
// Sənətkarlıq nöqteyi-nəzərindən qeyri-mükəmməl, keyfiyyətsiz. Zəif əsər. Zəif roman. Zəif çalğıçı. Skripkaçının texnikası zəifdir. O, tarda çox zəif (z.) çalır.
◊ Zəif damar – bir şəxsin təsirə düşə bilən ən həssas cəhəti.
Zəif yer, zəif cəhət – nöqsan, çatışmazlıq.