ZƏRF

ZƏRF I is. [ ər. ] Bükülən, bükmək üçün olan paket. Elə əlimə keçən qəzeti qaldıranda arxasından ağ bir zərf düşdü (S.Qədirzadə).

ZƏRF II is. [ ər. ] qram. İş və hərəkətin necə, harada, nə zaman, nə qədər icra olunduğunu bildirən nitq hissəsi.

ZƏR
ZİL
OBASTAN VİKİ
Zərf
Zərf- Hər hansı bir materialın içinə yerləşdirildiyi qorumaq, gizlətmək və ya estetik görünüş məqsədli, kağız və ya plastik maddədən hazırlanan qablaşdırma vasitəsi. Dəftərxana ləvazimatı olaraq,daha çox məktubların içinə yerləşdirilərək qorunduğu və gizləndiyi kağız parçası olan zərflər eyni zamanda pul, kart və hər cür çap sənədi daşıya bilən vəsaitlərdir. == Pəncərəli zərflər == Pəncərəli zərflər, ön tərəflərində kəsmə dəlik olan zərflərdir ki, daxilindəki kağızın göründüyünə imkan verir. == Təhlükəsizlikli zərflər == Təhlükəsizlikli zərflər- daxillərində çap olmuş naxışlı bir boyaya malikdirlər ki məzmununu görməyini çətin edirlər.Müxtəlif nümunələridə mövcuddur.
Zərf (nitq hissəsi)
== Zərfin quruluşca növləri == Zərflər quruluşca sadə, düzəltmə və mürəkkəb olur. === Sadə zərflər === Sadə zərflər bir kökdən ibarət olurlar və heç bir şəkilçi qəbul etmirlər.: tez, gec, axşam, yuxarı, sakit ,aşağı, gündüz, yavaş,rahat,asta və.s ==== Düzəltmə zərflər ==== Düzəltmə zərflər kök və leksik (sözdüzəldici) şəkilçidən ibarət olur. Düzəltmə zərflər, əsasən, aşağıdakı leksik şəkilçilərlə düzəlir: -ca²: yavaşca, rahatca, sakitcə, yüngülcə, rusca, ingiliscə xırdaca, astaca və s. -casına²: qəhrəmancasına, açıqcasına, igidcəsinə, qorxaqcasına və s. -yana², -anə: dostyana, dahiyanə, şairanə zarafatyana və s. -da²: ayda, ildə, gündə, həftədə, birlikdə, təklikdə, yayda və s. -dan²: ucadan, astadan, bərkdən, birdən, çoxdan, hərdən və s. -la²: zorla, ehtiyatla, cəsarətlə, diqqətlə və s. -akı²: yanakı, çəpəki və s. -ən: daxilən, qəsdən, ruhən, qəlbən, qəflətən və s.
Birinci gün zərfi
Birinci gün zərfi - buraxılış günündə poçt təqvim ştampı vurulmaqla markası ləğv edilmiş zərf. Xüsusi kolleksiya obyektidir.
Zərflik
Zərflik — cümlənin ikinci dərəcəli üzvü. Zərflik hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir. Zərflik əksərən feili xəbərə az hallarda isə ismi xəbərə aid olur. == Haqqında == Zərflik cümlədə əsasən feili xəbərə, həmçinin adlarla, xüsusilə, sifətlərlə ifadə olunan ismi xəbərə aid olub, hərəkət və əlamətin icra və meydana çıxma tərzini, zamanını, yerini, kəmiyyətini, səbəbini, məqsədini, şərtini, dərəcəsini və s. bildirən II dərəcəli cümlə üzvüdür.Zərflik əsasən feili xəbərə, bəzən də ismi xəbərə aid olur. Məs: Elə danış ki, maraqlı olsun.(Tərzi-hərəkət zərfliyi) Zay Xəyal Zərfliklər haraya? necə? nə qədər? nə üçün? nə məqsədlə?
Zərflik budaq cümlələri
Zərflik budaq cümlələri

Digər lüğətlərdə

глазёнки лаке́йская недоруба́ться обмежева́ться перегусти́ть табаке́рочный хрю́кание да́внее дать исхо́д чему-л ерунди́ть криста́льно морская ли́лия плаку́чий приподыма́ть ча́ша шу́рин Cyclades богоявление дольмен заваливать канительщица неприкрытый расчехлять тесовый хромовый